TURŞUQOVURMALI sif. Xuruşu (qarası) turşuqovurmadan ibarət olan (plov haqqında). [Səriyyə:] Mənim plovum Adilin çox xoşuna gəlirdi. Ona görə də düyü arıtlayıb, turşuqovurmalı plov bişirərək dəmə qoydum. İ.Əfəndiyev.