Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Power-up
Power-up (ing. power – güc, up – yuxarı) — videooyunlarda oyun mexanikası olaraq oyunçu personaja müvəqqəti fayda və əlavə bacarıqlar verən əşya. Adətən oyunçunun ona toxunması ilə əldə olunan "power-up" əşyaları bəzən bir neçə əlaqədar əşyanın yığılması ilə də əldə oluna bilər. Populyar mədəniyyətdə öz yerini tapmış ən çox tanınan "power-up" əşyalarına "Pac-Man" seriyasındakı güc kürəcikləri və "Mario" seriyasındakı super göbələk aiddir."Power-up" əşyaları adətən oyun dünyasına ya əvvəlcədən yerləşdirilirlər, ya ixtiyarı şəkildə spaun olurlar, ya döyülmüş düşmənlərdən düşürlər, ya da ki konteyleri qırdıqdan sonra düşürlər. "Power-up" adətən labirint, "shoot 'em up", birinci şəxs atıcı və platforma oyunları kimi döyüşəmeyilli videooyunlarda tapılır. == Tarixi == 1980-ci ildə satışa çıxarılmış "Pac-Man" videooyunu "power-up" mexanikasından istifadə edən ilk videooyun hesab edilir. Oyundakı hər labirintdə dörd güc kürəciyi var, hansı ki, baş qəhrəmana ruhları yemək bacarığını verir. Güc kürəcikləri populyar mədəniyyətdə öz yerini tapmış və videooyunların uşaqlara təsiri ilə bağlı bir zarafata çevrilmişdir.1984-cü ildə satışa çıxarılmış "Sabre Wulf" videooyununda "power-up" əşyaları çiçəklənən zaman sürətlənmə və ölümsüzlük effektlərini verən çiçəklər kimi təqdim olunmuşdur.1985-ci ildə satışa çıxarılmış "Super Mario Bros." video yunu populyar mədəniyyətə daxil olmuş Super göbələyi (ing. Super Mushroom) təqdim etmişdir."Konami" şirkətinin 1985-ci ildə satışa çıxartdığı "Gradius" videooyununda ilk dəfə seleksiya sayğacından istifadə etmişdir. Bu sayğac vasitəsilə oyunçular istədikləri "power-up" əşyalarını aktivləşdirə bilirlər.1986-cı ildən sonra daimi "power-up" əşyaları konsepsiyası döyüş rol videooyunlarına "bacarıq" (ing.
Power metal
Power metal — Almaniya və Skandinaviya ölkələrində yaranıb. Məlum olan ən köhnə Power metal mahnısı, Rainbow qrupunun “Stargazer” mahnısıdır. Power metal 1980-ci illərin əvvəllərində Alman qrup Helloween ilə məşhurlaşdı. Bu tərz, 70-ci illərdəki rock qruplardan gələn bir tərzdir. Power metal`da vokallar adətən normal olur. Yəni death, black və ya digər vokallar kimi ağır deyil. Amma çox güclü səs tələb edən bir tərzdir. Bu tərz qruplarda adətən alətlərin paylanması bu cürdür: 2 gitara, 1 bass gitara, bateri və vokal.. Bəzi qruplar keyboard`da işlədir. İtalyan olan Rhapsody qrupu isə hətta sinfonik alətlərdən də istifadə etmişdi.
Tyrone Power
Tayron Pauer (5 may 1914[…], Sinsinnati, Ohayo – 15 noyabr 1958[…], Madrid) — 1930–1950-ci illər arasında onlarla film ilə tanınan Amerika film və teatr aktyorudur. Adını daşıdığı böyük babası İrlandiyalı Tyrone (1795–1841) məşhur komediya aktyoru idi. Böyük əmisi Maurice (d. 1849) Şekspirin pyeslərindəki rolları ilə məşhur idi. Yenə teatr aktyoru olan atası Frederik Tyrone (1869–1931), Hollivud istehsalı olan müxtəlif filmlərdə iştirak etmişdir. Power, bir neçə il Shakespeare Repertoire Qrupu ilə tanışlıqdan sonra turnirlərə çıxıb filmlərdə kiçik rollarda oynadıqdan və radioda işlədikdən sonra 1935-ci ildə Romeo və Cülyetta pyesindəki rolu ilə Broadwaydə səhnəyə çıxdı. İlk uğurlu ekran əsəri Lloyd's of London filmi olmuşdur. Bu filmindəki uğurundan sonra bir sıra digər uğurlu filmlərdə baş rollarda oynamışdır. Özünü kinoya qəbul etdirən Power, tədricən romantikanın üstünlük təşkil etdiyi rollara keçdi. Power İkinci Dünya Müharibəsi zamanı ABŞ Dəniz Korpusunda xidmət etmişdir.
Your Power
"Your Power" — amerikalı müğənni Billi Aylişin ikinci studiya albomu "Happier Than Ever"dən üçüncü sinql. 29 aprel 2021-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb.
Microsoft PowerPoint
Microsoft PowerPoint (tam adı — Microsoft Office PowerPoint) — təqdimat yaratmaq üçün istifadə olunan Microsoft Office proqramıdır, Microsoft Windows və Mac OS əməliyyat sistemlərində istifadə olunur. == Tarixi == PowerPoint-in yaradılması ideyası ilk dəfə Berkli universitetinin tələbəsi Bob Haskins tərəfindən irəli sürülmüşdür. 1987-ci ildə PowerPoint-in Apple Macintosh üçün olan ilk versiyası PowerPoint 1.0 buraxılmışdır. 1987-ci ildə PowerPoint Microsoft forması tərəfindən 14 milyon $ dəyərində alınmışdır. 1990-cı ildə Windows üçün olan versiyası yaradılmış və Microsoft Office proqram paketinə daxil edilmişdir. == Yeni Təqdimatının yaradılması == Microsoft PowerPoint proqramı vasitəsilə slaydlar yaradılır və onları bir-birinin ardınca istənilən qaydada düzməklə təqdimat təşkil olunur. Təqdimat vasitəsilə qeydlər, çıxış tezisləri, reklamlar, dissertasiya, hesabat və s. məlumatlar dinləyicilərə gözəl tərtibatda çatdırılır. Təqdimatlarda qrafik redaktorların məhzullarından və multimediya vasitələrindən geniş istifadə etmək mümkündür. MS PowerPoint proqramında təqdimatları üç üsulla yaratmaq olar: Master, Şablon və Boş Təqdimat.
PowerNow!
AMD PowerNow! laptop prosessorları üçün AMD-nin dinamik tezlik miqyası və enerjiyə qənaət texnologiyasıdır. Batareyaya qənaət etmək, istilik və səs-küyü azaltmaq üçün kompüter aşağı yük altında və ya boş vəziyyətdə olduqda CPU -nun saat sürəti və VCore avtomatik olaraq azalır. Temperaturdan asılı olaraq eksponent olaraq dəyişən elektromiqrasiyanın azalması səbəbindən CPU-nun ömrü də uzanır.Texnologiya Intel -in SpeedStep texnologiyasına bənzər bir konseptdir. PowerNow-un uyğunlaşdırılması! AMD-nin masaüstü CPU-ları üçün Cool'n'Quiet adlanır. Daha yeni Opteronlar da PowerNow-un uyğunlaşdırılmasından istifadə edirlər! Optimized Power Management adlanır. AMD öz PowerNow! üçün drayverləri təmin edib və dəstəkləyib Windows 98, ME, NT və 2000-də işləyən texnologiya.
Powerwolf
Powerwolf - Almaniya pauer metal musiqi qrupu. 2003-cü ildə Çarlz Qreyvolf və Metyu Qreyvolf qardaşları tərəfindən yaradılmışdır. == Haqqında == Qrupu yaratdıqdan sonra qardaşlar Rumıniyaya səfər edərək orada Attila Dorn ilə tanış olduqdan sonra Attila Dorn qrupa vokalist kimi qatıldı. Dorn, Buxarestdə klassik opera vokal musiqi Akademiyasını bitirdiyi üçün onun səsi qrupun üslubu üçün çox əlverişli oldu. Qrupun sözləri vampir əfsanələrindən, din və şeytan haqqındadır. Qrupun ilk debüt albomları 2005-ci ildə "Return in Bloodred" adlı albomları olmuşdur.
PowerShell
PowerShell, Microsoft-un əmr sətiri qabığından və əlaqəli skript dilindən ibarət tapşırıqların avtomatlaşdırılması və konfiqurasiya idarəetmə proqramıdır. Əvvəlcə yalnız Windows PowerShell kimi tanınan Windows komponenti, 18 avqust 2016-cı ildə PowerShell Core tətbiqi ilə açıq mənbəli və çarpaz platformaya çevrildi. Birincisi .NET Framework, ikincisi isə .NET Core üzərində qurulub. PowerShell-də, inzibati tapşırıqlar, ümumiyyətlə , müəyyən əməliyyatı həyata keçirən ixtisaslaşdırılmış .NET sinifləri olan cmdletlər (tələffüz olunan əmrlər ) vasitəsilə yerinə yetirilir. Bunlar, provayderlər vasitəsilə PowerShell-ə ​​təqdim edilən fayl sistemi və ya Windows Qeydiyyatı kimi müxtəlif məlumat anbarlarında verilənlərə daxil olmaqla işləyir. Üçüncü tərəf tərtibatçıları PowerShell-ə ​​cmdletlər və provayderlər əlavə edə bilərlər. Cmdletlər öz növbəsində modullara paketlənə bilən skriptlər tərəfindən istifadə oluna bilər. Cmdletlər .NET API ilə tandemdə işləyir. == Fon == Komanda xətti tərcüməçisi (command-line interpreter, CLI) əksər Microsoft əməliyyat sistemlərinin ayrılmaz hissəsi olmuşdur. MS-DOS və Xenix demək olar ki, yalnız CLI-yə arxalanırdı.
Poker
Poker — Şans, bacarıq, risk və taktikaya söykənən bir kart oyunudur. Pokerin bir çox növü vardır: 3 card poker, omaha və s. Bunlardan ən çox bilinəni isə Texas Hold'em Pokerdir. Pokerdə ümumi olaraq hər bir oyununda ən yaxşı beşliyi sıralamaq əsasdır. Yəni hər bir oyunçu üçün oyunun əsas məqsədi paylanılan 2 kartla yerdəki kartları tamamlayıb ən yaxşı 5-li yığıb rəqib və ya rəqiblərin çiplərini (oyun pulu) toplamaqdır. Poker, ən az 2, ən çox isə 10 nəfərlə və 1 ədəd 52-lik dəstəylə oynanır. Oyunun masadakı istiqaməti saat istiqamətindədir. ↻ {\displaystyle \circlearrowright } Masada kafi iştirak sayı olduğu müddətcə davam edən oyunda kart sıralaması isə belədir: A, K, Q, J, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2 == Pokerin qaydaları == Bütün rənglərin dəyəri bərabərdir. Ancaq 5 fərqli və ya bərabər əllər gəldiyində "Ürək, Qara Ürək (Pik də deyilir), Kərpic, Xaç (Gəşniş də deyilir)" sıralaması tətbiq olunur. Oyunun başlanğıcında maksimum məbləğ müəyyən edilir.
Azerbaijan Tower
Azərbaycan Qülləsi (ing. Azerbaijan Tower) — "Khazar Islands" layihəsi çərçivəsində tikintisi planlaşdırılan göydələn. Bina Bakıdan 25 km cənubda yerləşəcək. == Layihə haqqında == Layihənin təşəbbüskarı "Avesta" şirkətidir.
Baku Tower
Baku Tower – Bakı şəhəri, Heydər Əliyev prospekti 109 ünvanında inşa edilən 52 mərtəbəli ofis binasıdır. Bina inşa edildikdən sonra Bakının və Qafqazın ən hündür göydələni olacaq. == Tarixi == "Azinko Holding" MMC və "Azvil Tikinti" MMC-nin Bakıda yeni biznes mərkəzi tikmək planı haqqında ilk məlumat 2014-cü ildə yayımlanmışdır. Lakin həmin məlumatda binanın 49 mərtəbəli olacağı və 252 metr hündürlükdə planlaşdırılması bildirilirdi. Layihənin "Arxin-M Ltd" tərəfindən hazırlanması, memarın isə Eren Yorulmazer olduğu bildirilir.Binanın inşa prosesində onun mərtəbələrinin sayı və hündürlüyü ilə bağlı dəyişikliklər edilmişdir. Belə ki, 2015-ci ildə yayımlanmış məlumatlarda binanın 50 mərtəbəli olacağı qeyd edilirdi. Həmçinin 2015-ci ildən "Hill International" şirkəti də "Azvil Tikinti" MMC-nin məsləhətçisi kimi tikintiyə qoşulmuşdur. Bu şirkətlə bağlanmış müqavilənin təxmini məbləğinin 3,7 milyon dollar olması məlumat verilir. "Hill International" isə tikintinin bütün mərhələlərində iş qrafikinə, inşaatın keyfiyyətinə və texniki məsələlərə nəzarət etməyi öhdəsinə götürmüşdür.2017-ci ildə "Nargis" jurnalı tərəfindən yayımlanmış məlumatda binanın 52 mərtəbəli və 277 metr hündürlüyə malik olacağı bildirilmişdir.Bina inşaat işlərinin tamamlanmasından sonra Flame Towers (33 mərtəbə) qülləsini geridə qoyaraq Azərbaycanın ən hündür göydələni olacaq. == Memarlıq xüsusiyyətləri == Binanın yer sahəsi bir hektar yarıma yaxın, ümumi sahəsi isə 84486 m2-dir.
Fulbright Tower
Fulbright Tower — Hyustonda yerləşən 52 mərtəbəli binadır.
KBR Tower
KBR Tower (əvvəl M. W. Kellogg Tower) - hündürlüyü 167.6 metr olan göydələnir. Texasın Hyuston şəhərində yerləşir, Cullen Center kompleksinin bir hissəsidir. 40 mərtəbəli tikintidə 97,339.0 m² ofis sahəsi var. Tikinti 1973-cü ildə başa çatmışdı.
MetLife Tower
Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi. == Müasir dövrdə == 2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.
SOCAR Tower
SOCAR Tower — Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli bina. == Tarixi == 2010-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. ARDNŞ-nin müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanıb, bununla bağlı müsabiqə elan olunub, dünyanın, eləcə də Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılıb. Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə ARDNŞ-nin qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Cənubi Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "külək-alov" konsepsiyası daha cəlbedici hesab edilib. Layihələndirmə işlərinin həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb. 2007-ci ilin sentyabrında ARDNŞ ilə layihələndirmə müsabiqəsinin qalibi olan "Heerim Architects & Planners Co. Ltd" şirkəti arasında müvafiq müqavilə imzalanıb. 2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib və dünyanın səkkiz nüfuzlu tikinti şirkəti arasında Türkiyənin "TEKFEN İnşaat və Təchizat" şirkəti qalib gəlib və həmin şirkətlə ARDNŞ arasında müqavilə imzalanıb. == İnşası == Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini "Heerim" şirkəti həyata keçirəcək.
SOFAZ Tower
SOFAZ tower (ARDNF qülləsi) — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən çoxmərtəbəli binadır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binası olan bu göydələn yüksək beynəlxalq standartlara uyğun olan ən son texnoloji yenilikləri və Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən unikal layihədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2009-cu il tarixli, 367s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binasının tikilməsi məqsədilə Nizami rayonu 6-cı Köndələn küçəsi 2 ünvanında 0,64 hektar torpaq ərazisi Fondun balansına verilmişdir. Həmin gündə prezident İlham Əliyev onun bünövrəsinin təntənəli qoyulması mərasimində iştirak etmişdir.20 dekabr 2011-ci ildə N.V. Besix S.A. şirkət-inşaatçısı ilə tikintiyə dair ikitərəfli müqavilə imzalanmışdır. Bundan sonra SOFAZ Tower binasının tikintisinin aktiv mərhələsinə start verilmişdir. N.V. Besix S.A. şirkəti Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı əsasında "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq, təkliflər sorğusu metodu ilə satınalma müsabiqəsinin nəticəsində qalib gəlmiş və 20 dekabr 2011-ci il tarixində Dövlət Neft Fondu və Besix-Az Besix konsorsiumu arasında 84 916 000 avro məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır. Baş podratçı tərəfindən binanın tikintisinə yerli və xarici sub-podratçı şirkətlər cəlb edilmişdir.Binanın tikinti və dizayn işləri 5 il ərzində yekunlaşmışdır. Binanın tikinti layihəsi M.D.M MMC və Fransanın "İnter Art Etudes" şirkəti tərəfindən hazırlanmışdır.Tikinti prosesinin icrası Amerikanın "AECOM"şirkətiin nəzarəti altında Belçikanın "N.V. Besix S.A."şirkəti tərəfindən həyata keçirilmişdir. == Yerləşdiyi ərazi == Bina dənizin sahil xəttindən 4 kilometr şimalda, Bakı şəhərinin ən gediş-gəlişli Heydər Əliyev prospektinin mərkəzində və "Ulduz" metro stansiyasından şimal-şərqə yerləşir. Qonşuluq üzrə, daha doğrusu prospektin qərb kənarı boyunca başqa böyük bir obyekt — Azərbaycan Mərkəzi bankının 32-mərtəbəli göydələni yüksəldilir.
Sky Tower
Sky Tower (ing. Sky Tower) — Polşanın Vrotslav şəhərində yerləşən çoxfunksiyalı göydələn. 2015-ci ilin siyahıya alınmasınada tikili hündürlüyünə görə Vrotslav şəhərində birinci, Polşada üçüncü, Avropada isə 31-ci sıradadır. İlkin layihədə altı və ya hətta yeddi bina və maksimum hündürlüyü 258 metr (şpil ilə, 221 metr dama kimi) və 56 mərtəbədən ibarət bir kompleks iştirak etdi. Kompleksin tikintisinə 4 aprel 2008-ci il tarixində başlanıldı. == Xüsusiyyətləri == Bina üç hissədən ibarətdir. Birinci binanın yerüstü üç və yeraltı bir, ikinci binanın isə 19 mərtəbəsi vardır. İkinci binada 11-ci mərtəbədən 18-ci mərtəbəyə qədər 52 yaşayış mənzili mövcuddur, qalan hissəsi ofislərdən ibarətdir. Üçüncü bina, 51 mərtəbədən ibarət kompleksdir, ofislər 1-dən 27-ci mərtəbəyə qədər, 28-dən 48-ə qədər 184 yaşayış mənzilləri mövcuddur. Tikintidə fasadın dekorasiyası üçün 30.000 ton möhkəmləndirici polad və 60.000 m² şüşə istifadə edilmişdir.
Tayron Pover
Tayron Pauer (5 may 1914[…], Sinsinnati, Ohayo – 15 noyabr 1958[…], Madrid) — 1930–1950-ci illər arasında onlarla film ilə tanınan Amerika film və teatr aktyorudur. Adını daşıdığı böyük babası İrlandiyalı Tyrone (1795–1841) məşhur komediya aktyoru idi. Böyük əmisi Maurice (d. 1849) Şekspirin pyeslərindəki rolları ilə məşhur idi. Yenə teatr aktyoru olan atası Frederik Tyrone (1869–1931), Hollivud istehsalı olan müxtəlif filmlərdə iştirak etmişdir. Power, bir neçə il Shakespeare Repertoire Qrupu ilə tanışlıqdan sonra turnirlərə çıxıb filmlərdə kiçik rollarda oynadıqdan və radioda işlədikdən sonra 1935-ci ildə Romeo və Cülyetta pyesindəki rolu ilə Broadwaydə səhnəyə çıxdı. İlk uğurlu ekran əsəri Lloyd's of London filmi olmuşdur. Bu filmindəki uğurundan sonra bir sıra digər uğurlu filmlərdə baş rollarda oynamışdır. Özünü kinoya qəbul etdirən Power, tədricən romantikanın üstünlük təşkil etdiyi rollara keçdi. Power İkinci Dünya Müharibəsi zamanı ABŞ Dəniz Korpusunda xidmət etmişdir.
West Tower
West Tower (azərb. Qərb qalası‎) — Liverpulun mərkəzində yerləşən 40 mərtəbəli göydələn. == Xüsusiyyətləri == Göydələn Liverpulda yerləşən ən hündür tikilidir. Tikili vahid memarlıq üslubunda (modernizm) inşa edilmişdir. 5-ci mərtəbədən 33-cü mərtəbəyə qədər dəbdəbəli mənzillər, 34-cü mərtəbədə isə panoramalı restoran var. Qalan mərtəbələri (6 mərtəbə) üst qatında yerləşən ayrı bir sahə. Binanın inşası şirkətə 35.000.000 funt sterlinqə başa gəldi.
Williams Tower
Williams Tower (azərb. Uilyam Tauer‎) - Hyustonda yerləşən 275 m hündürlüyü olan binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1983-cü ildə tikilmişdir. Dünyada hündürlüyünə görə 107-ci yeri tutur.
Azersu Office Tower
Azersu Office Tower — Bakı şəhərində yüksək səviyyəli bina. Bina Azərbaycanın su ehtiyatlarının milli operatorunun qərargahını yerləşdirmək üçün nəzərdə tutulmuşdur. == Tarixi == "Azərsu" ASC-nin hazırda fəaliyyət göstərdiyi ofis binası 20 Yanvar metrostansiyası yaxınlığında, Moskva prospektində yerləşir. Bu sahə isə tıxaclar ilə ağırlaşır. Bundan əlavə, şirkət əlavə ofisə ehtiyac duyur. Bu şərtlərə görə, Bakı şəhərinin futuristik yüksəkbucaqlı binalarının reallaşdırılması və paytaxtın biznes mərkəzi olmağının əsas yeri olan Heydər Əliyev prospektinin boş ərazilərində daha geniş yeni bina tikilməsi qərara alınıb. Bu prospekt əsasən mürəkkəb bir çoxmərtəbəli arxitektura ilə qurulduğu üçün, binanın qalan hissəsi ilə uğurla birləşə biləcək binanın dizaynını seçmək vacibdir. "Azərsu" ASC yeni ofis binasının dizaynını seçmək üçün memarlıq şirkətləri arasında tender keçirilmişdir. 9 avqust 2012-ci il tarixində Koreyanın Heerim Architects şirkəti tenderdə qalib gəldi ki, bu da yaxınlıqdakı bir göydələn ilə təmasda olan bir damla su şəklində bir bina layihəsi təklif etdi. 2013-cü il 15 martda bir başqa Koreya şirkəti, Halla E & C, proqramçı olaraq seçilmişdir.
Devon Energy Tower
Devon Energy Tower (başqa adı Two Allen Center) — 159 metr hündürlüyü olan ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn. Tikintisi 1978-ci ildə başa çatmışdı, binada 36 mərtəbə var. Hündürlüyünə görə şəhərdə 25-ci yeri tutur.
F&F Tower
F&F Tower və ya keçmiş adı ilə İnqilab qülləsi — Panamanın paytaxtı Panama şəhərində yerləşən ofis qülləsi. Tikintisi 2011-ci ildə başa çatdırılmışdır. Göydələn 2011-ci ilin top-10 göydələnindən biri seçilmiş, dizaynına və funksionallığına görə Emporis Göydələn Mükafatında 7-ci yerdə göstərilmişdir. Panama şəhərinin simvolik tikililərindən biridir. == Haqqında == Ümumi hündürlüyü 242,9 metrdir. Hündürlüyünə görə Panamada 9-cu, Latın Amerikasında 14-cü yerdədir. Tikintisi zamanı şüşə və gücləndirilmiş betondan istifadə edilmişdir.
First City Tower
First City Tower - ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn. Hündürlüyü 202 metrdir. Binada 49 mərtəbə var, tikintisi 1981-ci ildə bitmişdir. İndi bu bina hündürlüyünə görə şəhərdə 14-cü yeri tutur. Göydələn ofis sahələri ilə 120,000 m² yer tutur.
JPMorgan Chase Tower
JPMorgan Chase Tower (azərb. JPMorgan Chase Qülləsi‎) — Hyustonda yerləşən 305 m hündürlüyü olan 75 mərtəbəli binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1981-ci ildə tikilmişdir. Hündürlüyünə görə dünyada 48-ci yeri tutur.
Marathon Oil Tower
Marathon Oil Tower — Texas ştatının Hyuston şəhərində yerləşən göydələndir. Tikintinin hündürlüyü 171 metrdir, 41 mərtəbəsi var və 1981-ci ildə tikintisi başa çatmışdı.
Metropolitan Life Tower
Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi. == Müasir dövrdə == 2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.
Trump Tower Baku
The Ritz-Carlton Baku – Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli bina. Hündürlüyü 130 metr olan bina 33 mərtəbədən ibarətdir. Azərbaycanın 10 ən yüksək binasından biri hesab olunur. İlk adı ilə Trump Tower Baku və ya sonrakı adı ilə Yelkən Hotel == Tarixi == Tikintisinə 2008-ci ildə başlanılıb. 2009-cu ilin iyun ayında binanın bünövrəsi artıq tam hazır idi, həmin ilin iyulunda binanın birinci mərtəbəsinin tikintisinə başlanılıb. 2011-ci ilin sonuna kimi binanın beton karkası tikilmiş və eksteryerinin şüşələnməsinə başlanılmışdır. 2015-ci ildə fasadın bəzədilməsi üzrə bütün çöl işləri başa çatdırılmışdır. Binada 11 ədəd sürətli lift quraşdırılmışdır. == Yerləşdiyi yer == Bina Bakıda, paytaxtın mərkəzi magistral yollarının kəsişməsində yerləşir (Heydər Əliyev prospekti, Babək prospekti, Yusif Səfərov küçəsi). Qüllədən 350 metr şimalda bu yaxınlarda tikilmiş Heydər Əliyev Mərkəzi yerləşir.
Wedge International Tower
Wedge International Tower — Texasın Hyuston şəhərində yerləşən göydələn. Binanın hündürlüyü 168 metrdir. Göydələn 1983-ci ildə tikintisi bitib, 43 mərtəbəsi var.
Coker
Coker (personaj)
Coser
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur. == Coser adının mənşəyi == Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir.Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır. Ehram kompleksində aşkarlanmış yazılarda fironun arvadı və qızının adı "Xenti-ta-ceser-nisut" (əlahəzrət hökmdarın ölkəsinin xeyir-duası ilə) kəlməsi ilə başlanır.
Dover
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Homer
Homer (təq. e. ə. IX əsr, bilinmir – təq. e. ə. VIII əsr) — Antik dövrdə yaşamış İoniyalı şair. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. 12–7 əsrlərdə yaşadığı ehtimal edilir.
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Lozer
Lozer (fr. Lozère, oks. Losera) — Fransa cənubunda yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 48. İnzibati mərkəzi — Mand. Əhalisi — 76607 nəfər (departamentlər arasında 101-ci yer, 2013-cü ilin məlumatları) . == Coğrafiyası == Ərazisi — 5167 km². Departamentin ərazisində Lo və Tarn çayları axır. Departamentə 2 rayon, 13 kanton və 158 kommun daxildir. == Tarixi == Lozer — 1790-ci ilin mart ayında Böyük Fransa inqilabı zamanı yaradılan gələn ilk 83 departamentdən biridir.
Peter Poles
Peter Poles — Sloveniya yayımçı.
Peker
Pekər, Peker — ad, soyad.
Ponor
== Ponor == Ponor (serb-xorvat-ponor-qıf)-qalın karstlaşan süxur laylarında əmələ gələn və səth sularının hərəkət etdiyi mürəkkəb quruluşlu dərin quyuya deyilir. Ponorun yayıldığı sahələrdə çayların qəflətən "yox olması", yer altına enməsi, müəyyən məsafədən sonra yenidən səthə çıxması və ya bulaq şəklində təzahür etməsi (belə bulaqlara voklüz deyilir), göllərin su səviyyəsinin qeyri-dövrü tərəddüd etməsi, yox olub, qəfildən meydana gəlməsi və s. hadisələr müşahidə edilir.
Dönər
Dönər (dönər kababı) Türkiyədən gələn və Azərbaycanda (əsasən mal və toyuq ətindən), habelə başqa ölkələrdə yayılmış fastfud yeməyi. Ət layları dönən şişdə olurlar (adı buradandır). Bəzi hallarda kartof, qışda isə marinadlaşdırılmış pomidor da qoyulur. 2006-cı ildə Azərbaycanda "quş qripi" ilə əlaqədar toyuq ətindən dönər qeyri-tələbatlı olub. Berlin divarında dönərçi təsvir edilmişdir. Şəhərdə bəzi Restoran və Fastfood dükanlarında fərqli qiymətlərlə satılır. 19-cu əsrdə Osmanlı İmperiyasında icad edilmişdir və ərəb şavarma, Yunan girosları, Kanada donair və Meksikan al pastor kimi yeməklərə ilham vermişdir.
Köbər
Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1918-1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial-demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871-1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959-1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı). == Coğrafiyası və iqlimi == Kənd Ceyrançöldə yerləşir. == Əhalisi == Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.
Kövər
Kövər — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. == Tarixi == Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir. Oykonim "mal-qara üçün ayrılmış örüş yeri" mənasındadır. Kövər variantında da qeydə alınmışdır.