Sky Tower
Sky Tower (ing. Sky Tower) — Polşanın Vrotslav şəhərində yerləşən çoxfunksiyalı göydələn.
2015-ci ilin siyahıya alınmasınada tikili hündürlüyünə görə Vrotslav şəhərində birinci, Polşada üçüncü, Avropada isə 31-ci sıradadır.
İlkin layihədə altı və ya hətta yeddi bina və maksimum hündürlüyü 258 metr (şpil ilə, 221 metr dama kimi) və 56 mərtəbədən ibarət bir kompleks iştirak etdi.
Kompleksin tikintisinə 4 aprel 2008-ci il tarixində başlanıldı.
Bina üç hissədən ibarətdir.
Birinci binanın yerüstü üç və yeraltı bir, ikinci binanın isə 19 mərtəbəsi vardır. İkinci binada 11-ci mərtəbədən 18-ci mərtəbəyə qədər 52 yaşayış mənzili mövcuddur, qalan hissəsi ofislərdən ibarətdir. Üçüncü bina, 51 mərtəbədən ibarət kompleksdir, ofislər 1-dən 27-ci mərtəbəyə qədər, 28-dən 48-ə qədər 184 yaşayış mənzilləri mövcuddur.
Tikintidə fasadın dekorasiyası üçün 30.000 ton möhkəmləndirici polad və 60.000 m² şüşə istifadə edilmişdir.