n 1. güc, qüvvə; the ~ of a blow zərbənin gücü; I will do everything in my power to help you Sənə / Sizə kömək etmək üçün gücüm çatan hər şeyi edəcəm; 2. fiz. enerji; qüvvə; electric ~ elektrik enerjisi; lifting ~ qaldırıcı qüvvə; 3. hakimiyyət; absolute / supreme ~ mütləq / ali hakimiyyət; a party in ~ hakimiyyətdə olan partiya; to come to ~ hakimiyyətə gəlmək; to take ~ hakimiyyəti ələ almaq; to seize ~ hakimiyyəti zəbt etmək; 4. ixtiyar, vəkalət, səlahiyyət; large ~s geniş səlahiyyət; 5. dövlət; the Great Powers böyük dövlətlər; leading ~s aparıcı dövlətlər; small ~ kiçik dövlət; nuclear ~ nüvə dövləti