Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Prerial
Prerial (fr. prairial, fr. prairie — çəmən) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin oktyabrından 1 yanvar 1806 cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən IX ay (20/21 may — 18/19 iyun) .
Reval
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Preveli çimərliyi
Preveli (yun. Πρέβελη, bəzən isə Palmalı çimərlik adlanır) — Yunanıstanda çimərlik və laqun. Çimərlik Krit adasının cənub hissəsində yerləşir. Çimərlik Liviya dənizinin sularına aiddir. Çimərliyin adı ərazidə yerləşən Preveli monastrında götürülmüşdür. Çimərlik Kurtaliotiko dərəsinin dənizə çıxısında yerləşir. Dərə ilə Meqalopotamos çayı axır. Məhs Meqalopotamos çayının hesabına çimərlik suyunun temperaturu digər akvatoriyalarla müqayisədə aşağıdır. Preveli çimərliyinin uzunluğu təxminən 210 metr, eni isə maksimum 50 metrdir. Çimərlik qumunun rəngi tünd-bozdur.
Əhməd Zevail
Əhməd Zevayl (ərəb. أحمد حسن زويل‎, ing. Ahmed H. Zewail; 26 fevral 1946[…], Dəmənhur – 2 avqust 2016[…], Pasadena, Kaliforniya) — Misir-ABŞ kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999). Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Desuk qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı.
Reval danışıqları
Reval danışıqları — 9 iyun 1908-ci ildə Finlandiya körfəzinin Baltik sahillərində, indiki Estoniyanın paytaxtı Revalda Britaniya kralı VII Eduard və Rusiya imperatoru II Nikolayın arasında baş tutmuş görüş. 6 noyabr 1908-ci ildə o dövrdə Rusiya imperiyasının tabeliyində olan Revalda görüşən Britaniya və Rusiya nümayəndə heyətləri "xəstə adam" olaraq görülən Osmanlı imperiyasını zəiflətmək barədə razılığa gəlmişdilər. Bu səbəbdən Balkanlarda islahatlara təzyiq edilməsinə qərar verilmişdir. İkinci Məşrutiyyət elan edilmişdir. Rusiya Balkanlar və Boğazlar ətrafında rəqibsiz qalmışdır. Britaniya koloniyalarını qorumuşdur. İran və Əfqanıstan bölgələrində sərhədlər müəyyən edilmişdir. Makedoniyada islahatların aparılması qərara alınmışdır. Almaniyaya təzyiq artırılmışdır. Britaniya Misir, Cənubi Sudan və İraq bölgələrində tək qalmışdır.
Akdaşski Proval gölü
Akdaşski Proval gölü —Tatarıstanın Almetev rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir == Coğrafiya == Bolşoe gölü karst məşhəllidir. Tatarıstanın Almetev rayonunda, Kaleykino kəndində yerləşir. Su tutarı dairəvi formaya malikdir. Sahilləri sıldırımlıdır. Uzunluğu 28 metr, maksimal eni isə 28 metrdir. Su tutarı 20 metr aşağıda yerləşir. Su səthinin sahəsi 0,03 ha-dır. Orta dərinliyi 11 m, maksimal dərinliyi isə 28 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 3 min.
Proval gölü (Tatarıstan)
Proval gölü —Tatarıstanın Alikseevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. Proval gölü karst mənşəllidir. Tatarıstanın Alikseevski rayonunda, Zoteevka kəndində yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 75 metr, maksimal eni isə 60 metrdir. Su səthinin sahəsi 0,30 ha-dır. Orta dərinliyi 3 metr təşkil edir. Göl 1895-ci ildə dərinliyi 7 metr, diametri 70 sm olaraq meydana gəlmiişdir. Su tutarının həcmi 10 m³-dir.
Rəfail
Rafael — kişi adı. Rafael Santi — məşhur İtalyan rəssamı. Rafael Kalderon — Kosta-Rikanın prezidenti. Rafael Mustafayev — tanınmış jurnalist. Rafael Əmənzadə — Fizika-riyaziyyat elmləri doktoru, professor, Rafael Varan — Fransa futbolçusu. Rafael Süleymanov Rafael Qvaladze — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi (1985–1990). Rəfail Oğuztürk Dağlı Digər Rafael Urdaneta Universiteti — Venesuelanın Marakaybo şəhərində yerləşən ali təhsil müəssisəsi.
Rəfail Allahverdiyev
Rəfael Xanəli oğlu Allahverdiyev (9 may 1945, Bakı – 11 yanvar 2009, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000), Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırış deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi. 1945-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. Moskva İctimai Elmlər Akademiyasının mətbuat işçiləri fakültəsini və Bakıdakı Qərb Universitetinin xarici iqtisadi əlaqələr fakültəsini bitirmişdir. İşgüzar inzibatçılıq üzrə magistr olmuşdur. Rus dilini bilirdi. Evlidir, 3 övladı var. 2004-cü ildən İsveçrədə yaşayırdı. 2009-cu il yanvarın 11-də Bakıda vəfat edib. 1971–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1983–1988-ci illərdə Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi olub.
Rəfail Becanov
Rafail Becanov (2 iyul 1968, Odurakəran, Yardımlı rayonu) — "Cümhuriyət" qəzetinin baş redaktoru, "Cebhe.info" Xəbər Portalının direktoru. Rəfail Zəkəriyyə oğlu Becanov 2 iyul 1968-ci ildə Yardımlı rayonunun Odurağaran kəndində anadan olub. 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. 1986–1993-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Eyni zamanda 1990–1992-ci illərdə ADAU-nun nəzdindəki İctimai Peşə Fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb və ikiillik kursu bitirib. Evlidir. 2 övladı var. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü və Milli Azadlıq Hərəkatının fəallarından, Gəncə şəhərində tələbə hərəkatının liderlərindən olub. 1992-ci il dekabrın 12-də keçirilən Azərbaycan Respublikası Tələbələrinin 1-ci Qurultayının Təşkilat Komitəsinin üzvü və Qurultayın həmsədri olub. 1993-cü ildən jurnalistikadadır.
Rəfail Fətullayev
Rəfail Həsənov
Rəfail Həsənov — Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri (2019), sosiologiya elmləri doktoru, professor. R.M.Həsənov 12 noyabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərinin 190 saylı məktəbini bitirdikdən sonra Kazan Dövlət Pedaqoji İnstitutunun Tarix-fililogiya fakültəsinin tarix, ictimaiyyətşünaslıq və ingilis dili şöbəsinə daxil olmuş və 1985-ci ildə oranı bitirmişdir. 1989-cu ilədək Kazan şəhərində peşə məktəbi və texnikumda komsomol komitəsinin azad katibi olmuş, orduda hərbi xidmət keçmişdir. 1994-cü ildə “Şəxsiyyət azadlığı və ictimai məsuliyyət” mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə isə “Transformasiya şəraitində vətəndaş cəmiyyətinin formalaşması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildən BDU-nun Sosiologiya kafedrasında dosent vəzifəsində çalışır. 2011-ci ildən həmin kafedranın professorudur. O, 2002-ci ilin avgustundan Harvard Universitetinin Mərkəzi Avrasiya Tədqiqatlar Mərkəzinin (CESS), 2012-ci ildən bu günə kimi ABŞ-nin Merivud Universitetində yerləşən Yaxın Şərqdə Dövlət İdarəçiliyi və Siyasəti Assosiasiyasının (AMEPPA) və 2019-cu ildən Ümumdünya Sosiologiya Assosiasiyasının üzvüdür. 100-ə yaxın elmi məqalənin, 1 monoqrafiyanın, 2 kitabın, 2 dərs vəsaitinin və 1 dərsliyin müəllifidir. Xaricdə çıxan nüfuzlu jurnallarda məqalələri dərc olunmuşdur.
Rəfail Tağızadə
Rəfail Tağızadə (azərb. Rəfail Alı oğluTağızadə‎; 11 fevral 1958, Sofulu, Ağdam rayonu) — şair, publisist, Yazıçılar Birliyinin üzvü, Rəsul Rza mükafatı laureatı (2006), Ümid Partiyası Ali Məclisinin sədri, “Ədəbi ovqat” dərgisinin təsisçisi, Prezident təqaüdçüsü (2011). Rəfail Alı oğlu Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb. Rəfail Alı oğlu Tağızadə müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində zabit kimi xidmət edib. Ordu komandanlığı tərəfindən "Şah İsmayıl Xətai" və başqa Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə təltif olunub. "Qapı" (2004) və "Qarabağ rüzgarları" (2009), "Gecə xəyalları" (2013), “Su üzərində bahar (2019)” şeir kitablarının müəllifidir. Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” (2019) kitabının tərtibçisi və redaktorudur.
Rəfail İncəyurd
Rəfail İncəyurd (tam adı: Rəfail Ağakişi oğlu İsmayılov; 4 iyul 1954, Kəmərli, Qazax rayonu) — Azərbaycan şairi. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Rəfail İncəyurd 4 iyul 1954-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini bitirmişdir. Ədəbi həyata yeniyetmə yaşlarından başlamışdır. Universiteti bitirdikdən sonra bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1981–1998-ci illərdə Azərbaycan Dövlət Universiteti Hesablama Mərkəzində proqramçı, redaktor müavini, redaktor, Müəllim nəşriyyatında redaktor, Bakı Dövlət Universiteti nəşriyyatında kompüter proqramçısı, Odlar Yurdu və Diplomat nəşriyyatlarında baş redaktor və s. vəzifələrdə çalışıb. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Rəfail İsmayılov
Rəfail İşiyev
Rəfail Şeydayev
Rəfail Əlizadə
Rəfail Həsənalı oğlu Əlizadə — Riyaziyyat üzrə professor 1956-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Ailəlidir, 3 övladı var. Ingilis, türk və rus dillərini bilir. 1963–1973-cü illərdə Cəbrayıl şəhər Maksim Qorki (indiki Mehdizadә) adına mәktәbdә oxumuşdur. Azərbaycan Respublikası Riyaziyyat olimpiadalarında 1971-ci ildə qızıl, 1972-ci və 1973-cü illərdə gümüş medal almışdır. 1972–1973-cü illərdə Rusiyada nəşr olunan "Kvant Populyar Riyaziyyat və Fizika" jurnalının məsələlər guşəsinin qaliblərindən olmuşdur. 1973–1978-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində təhsil almış, sonradan bu təhsil müəssisəsində aspiranturada da oxumuşdur. 1978–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda, 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində elmi və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1994–2022-ci illəri arasında Türkiyənin İzmir şəhərindəki ingilisdilli ali təhsil müəssisələrində dərs vermişdir: 1994–2000-ci illərdə Dokuz Eylül Universitetində, 2001–2010-cu illərdə İzmir Yüksək Texnologiya İnstitutunda və 2010–2022 illərdə özəl Yaşar Universitetində professor vəzifəsində fəaliyyət göstərmişdir. 2023-cü ilin yanvar ayında Azərbaycana dönmüş, hazırda ADA universitetində elmi və pedaqoji fəaliyyətini davam etdirməkdədir.
Rəfail Mirzəyev
Rəfail (Rafael) Xalid oğlu Mirzəyev (19 fevral 1959, Marneuli rayonu) — Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini (2006-cı ildən), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini (?–2006) general-leytenant (), gömrük xidməti general-leytenantı (2005).
Rəfail Fətullayev (əsgər)
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Rəfail Oğuztürk Dağlı
Rəfail Oğuztürk – şair, tarixçi-etnoqraf, pedaqoq, hərbçi. Rəfail Oğuztürk Dağlı (Mustafayev Rəfail Salman oğlu) 1966-cı il may ayının 22-də Bakı şəhərində anadan olub. Əslən Sayad-Xızı (indiki Xızı) rayonundandır. Səlcuqlu Dövlətinin qurulmasında misilsiz xidmətləri olan, Türk tarixində daha çox "Arslan Yabqu elatı" kimi tanınmış "Dağlı" (Qara Dağlı) oğuz elatının məşhur isalu-əfşar tayfasındandır. 1973–1983-cü illərdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 21 saylı orta məktəbdə oxuyub. 1983-cü ilin dekabr ayından 1985-ci ilin iyunayına qədər fəhləişləyib. 1985-ci ilin avqust ayında Leninqrad (indiki Sankt-Peterburq) Ali Hərbi Mühəndis Məktəbinə daxil olub və 1990-cı ildə bu məktəbi bitirib. 1990 – 1991-ci illərdə Şimali Qafqaz Hərbi Dairəsində xidmət edib. 1991-ci ildə Zaqafqaz Hərbi Dairəsinə keçirilib. 1992-ci ildən 2003-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib.
Rəfail Əlizadə (alim)
Rəfail Həsənalı oğlu Əlizadə — Riyaziyyat üzrə professor 1956-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Ailəlidir, 3 övladı var. Ingilis, türk və rus dillərini bilir. 1963–1973-cü illərdə Cəbrayıl şəhər Maksim Qorki (indiki Mehdizadә) adına mәktәbdә oxumuşdur. Azərbaycan Respublikası Riyaziyyat olimpiadalarında 1971-ci ildə qızıl, 1972-ci və 1973-cü illərdə gümüş medal almışdır. 1972–1973-cü illərdə Rusiyada nəşr olunan "Kvant Populyar Riyaziyyat və Fizika" jurnalının məsələlər guşəsinin qaliblərindən olmuşdur. 1973–1978-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində təhsil almış, sonradan bu təhsil müəssisəsində aspiranturada da oxumuşdur. 1978–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda, 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində elmi və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1994–2022-ci illəri arasında Türkiyənin İzmir şəhərindəki ingilisdilli ali təhsil müəssisələrində dərs vermişdir: 1994–2000-ci illərdə Dokuz Eylül Universitetində, 2001–2010-cu illərdə İzmir Yüksək Texnologiya İnstitutunda və 2010–2022 illərdə özəl Yaşar Universitetində professor vəzifəsində fəaliyyət göstərmişdir. 2023-cü ilin yanvar ayında Azərbaycana dönmüş, hazırda ADA universitetində elmi və pedaqoji fəaliyyətini davam etdirməkdədir.