Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mürəbbə
Mürəbbə — meyvələrin çeşidli şəkillərdə şəkərlə qaynadılması ilə hazırlanan şirniyyat. Azərbaycan ərazisində məlum meyvə-giləmeyvələrin hamısı yetişir və becərilir. Ona görə də azərbaycanlılar hələ qədimdən sadə üsullarla meyvə-tərəvəzdən mürəbbə, püre, povidlo, cem və digər məhsullar hazırlamışlar. Azərbaycana şəkər gətirilənə qədər mürəbbə tipli məhsullar şirin meyvə-giləmeyvələrin şirəsi və balla hazırlanırdı. Bu məqsədlə şirin üzüm və ağ tut şirələrindən daha çox istifadə edilir. Ağ tut şirəsi qaynadılıb bir qədər qatılaşdırılır və həmin şirədə iri giləli tut, gilas bişirilib şirin məhsul — "riçal" əldə edilir. İndinin özündə belə bir çox rayonlarda tut və üzüm riçalı bişirilir. VII əsrdə Azərbaycan torpağına şəkər gətirilməyə başlayır və meyvə-giləmeyvədən hazırlanan mürəbbələrin çeşidi ilbəil artır. Eyni zamanda qızılgül ləçəklərindən də mürəbbə hazırlanır. Qızılgül ləçəklərini şəkərlə əzib günəş altında 20 gün saxlamaqla "Gülqənd" adlı şirin ətirli məhsul əldə edilir.
Qəsəbə
Qəsəbə — inkişafına görə kənddən yüksək, şəhərdən isə aşağı səviyyəli yaşayış məntəqəsi statusudur. Azərbaycanda rayon və şəhər tabeliyində olan çox sayda qəsəbə vardır. Qəsəbələr böyüyüb inkişaf etdikcə şəhər tipli qəsəbə halına gələ bilər və daha sonra şəhər statusunu qazana bilər. Qəsəbələrin kəndlərdən ən əsas fərqi əhalisi və onun məşğuliyyətidir. Azərbaycanda çox qəsəbələrdə xəstəxana, kitabxana, uşaq bağçası və s. vardır.
Qələbə
Qələbə (lat. victoria) — əvvəlcə müharibəyə şamil edilir və şəxsi döyüşdə, ümumilikdə hərbi əməliyyatlardan sonra və ya əlavə olaraq istənilən yarışda əldə edilən uğur. İnsan duyğularına gəldikdə, qələbə güclü bir sevinc hissi ilə müşayiət olunur və insan davranışı, hərəkətləri və duruşları ilə bunu göstərir. Mifologiyada qələbə çox vaxt ilahiləşdirilir, məsələn: yunan dilində bu ilahə Nika, Romada Viktoriya adlandırılır. Qalib qəhrəmanın bir əjdaha ilə döyüşə girdiyi variantlar da var. Antik dövrdə dəfnə çələngi qələbənin simvolu idir. Qələbə simvolu ✌ — "qələbə əli" və ya sülhü bildirən ümumi jestdir.
Qürub
Qürub və ya Günbatımı — Yerin öz ətrafında fırlanmasının nəticəsi olaraq Günəşin üfüqün aşağısında qeyb olmasıdır.
Qürvə
Qürvə (farsca: قروه) İranın Kürdüstan ostanında bir şəhərdir. Bu şəhər Qürvə şəhristanının inzibati mərkəzidir. Əhalisi 66.390 nəfərdir (1996). Qəsəbə Kürdüstan ostanının şərqində, ostan mərkəzi Sənəndəc şəhərindən 93 kilometr şərqdə yerləşir. Qürvə mineral bulaqlar ilə zəngindir. Əhalisi əsasən kürdlərdən ibarətdir.
Türbə
Türbə – görkəmli müsəlman alimlərinin, vəliəhdlərin, hökmdar və hökmdar ailəsi üzvlərinin, əmirlərin, vəzir və hərbi rəhbərlərin qəbirləri üzərində ucaldılan, üzəri xüsusi qübbələrlə örtülmüş tikili. Tanınmış İslam mütəffəkirlərinin üstü açıq olan məzarlarına da onlara hörmət əlaməti olaraq türbə deyilir. Türbələr camaat tərəfindən ziyarətgaha çevrilir. Bütövlükdə türbə anlayışı İslam təliminə ziddir və İslam ölkələrində türbə tikintisinin çox geniş yayılması, başlıca olaraq əsgi türk gələnəklərinin bu regionun xatirə memarlığına yönəldici təsir göstərməsi ilə bağlıdır. İslam ölkələrinin memarlığını araşdıran mütəxəssislər qülləvari türbələrin məkan-konstruksiya və bədii memarlıq həllinin genetik kökləri barədə müxtəlif fikirlər irəli sürmüşlər. Qülləvari türbələrin soykökü haqqında elmi baxışlardan ən geniş yayılanı və daha inandırıcı dəlillərlə əsaslandırılanı bu memarlıq tipinin türk mənşəli olmasıdır. Bir qrup alim (M. Van – Beşem, E. Dits, N. Baçinski, O. Aslanapa) qülləvari türbələrin türk mənşəli olmasını təsdiq edərək, onların yaranmasını köçəri çadırının, yaxud köçəri xalqların başçılarının iri çadırlarının monumental memarlıqda yamsılanması ilə bağlayırlar. Q. A. Puqaçenkovanın fikrinə görə bu türbələr "ideyaca Orta Asiyanın və Qafqazın türk xalqlarının qədim kurqanabənzər dəfn tikintilərinə bağlıdır." Sərdabənin dəfn tikilisi kimi ortaya çıxması isə başlıca olaraq tabbutda basdırma mərasimi ilə (Avropada bu adət daha çox xristianlıqda özünü göstərir) bağlıdır. Çin alimlərinin məlumatına görə hələ eradan əvvəl ikinci yüzildə hunlar ölüləri qızıl və gümüş işləməli, qalın parçaya bürünmüş ikiqatlı tabuta qoyurdular. Türk ədəbi abidələrində də belə mərasimlər və tikililər haqqında bilgilər saxlanmışdır.
Qürrə
Püşk (çöp) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində oynanılan oyunlarda başçı və oyunçuları təyin etmək vasitəsi. Püşk üçün çöp, dəmir pul, aşıq və s. nəsnələrdən, eləcə də sözdən istifadə olunur. Uşaqlar məhəllə, həyət meydançalarına toplaşırlar. Müəyyən bir oyun, misal üçün, gizlən qaç oyunu oynamaq istəyirlər. Bəs oyunu kim başlamalı, gözlərini kim yummalı, gizlənənləri kim tapmalıdır? Bunun üçün çoxsaylı nümunələrdən oxumaqla həmin oyunçunu müəyyənləşdirirlər: Oyunçuların sayı qədər bu püşkatma söyləməsi deyilir. "Çıx qırağa" hansı oyunçuya deyilirsə, o, gizlənənlər sırasına keçir. Sona qalan gözlərini yumub təyin olunmuş mərədə durur.
Masallı (qəsəbə)
Masallı — Azərbaycan Respublikasının Masallı rayonunun Təklə kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Masallı qəsəbəsi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Masallı qəsəbəsinin dövlət mülkiyyətində olan 58,8 ha təşkil edən ərazisi bütövlükdə Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Mollahəsənli kəndinin inzibati ərazisinə birləşdirilmişdir.
Müqtədir (qəsəbə)
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
NZS (qəsəbə)
NZS qəsəbəsi — Xətai rayonunda yerləşən və qəsəbə kimi tanınan, amma əslində yaxınlıqda yerləşən UPD qəsəbəsinə tabe olan ərazi. Qəsəbə SSRİ-nin vaxtından vardır. Qəsəbənin adı rus dilində olan neft doldurma stansiyası mənasına gələn "нефтезаправочная станция" sözlərinin baş hərflərinin birləşməsindən əmələ gəlib. Hazır ki dövrdə də qəsəbə ərazisində neft doldurma məntəqələri və sternləri vardır. Hazırda qəsəbə əsasən "NZS pivə zavodu"na görə çox məşhurdur. Qəsəbədə çoxlu köhnə binalar, həyət evləri vardır. Sosial cəhətdən SSRİ-nin vaxtında pis şəraitdə olsa da, hazırda xeyli inkişaf etmiş və şəraitli bir qəsəbəyə çevrilmişdir. Qəsəbədə 166 saylı bağça (O.Vəliyev küç. 37) və E.Məmmədov adına uşaq bağçası (Abbas Səhhət küç. 48) fəaliyyət göstərir.
Qaradağ (qəsəbə)
Qaradağ — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qürbət Qurbanov
Qürbət Tarverdiyev
Qüsabə (Meşkinşəhr)
Qüsabə (fars. قصابه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,110 nəfər yaşayır (488 ailə).
Qırmızı Qəsəbə
Qırmızı Qəsəbə (əvvəlki adları: Kulqat; Yevreyskaya Sloboda; Krasnaya Sloboda; Qırmızı qəsəbə; Fətəli xan) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Rayonun yerli camaatı qəsəbəni "Qırmızıkənd" (Krasnoselsk) adlandırır. Qırmızı Qəsəbə Quba rayonunda, Qusara gedən yol üzərində yerləşir. Bura yəhudilər Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülmüşdür. Bu kəndin əsasının 1731-ci ildə qoyulduğu güman edilir. Bu dövrdə siyasi təzyiq səbəbindən indiki əraziyə (Kulqat) köçən dağ yəhudiləri buraya kompakt formada yerləşir. Kəndin ilkin adı olan Kulqat indi də Qırmızı Qəsəbəni təşkil edən kvartallardan birinin adını daşıyır. Ərazi 7 məhəllədən ibarətdir: Kulqat, Qusar, Qarçoq, Giləki, Ağacani, Çapkəni və Mizrahi. Bütün bu kvartallar əslində bu əraziyə köçən dağ yəhudilərinin gəldiyi ərazini və soyunu göstərir. Qəsəbədə ən qədim kvartal Kulqatdır.
Qələbə Günü
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Qələbə Paradı
1945 Moskva Qələbə Paradı
Qələbə abidəsi
Qələbə abidəsi (Xankəndi)
Qələbə bayrağı
Zəfər bayrağı və ya Qələbə bayrağı (rus. Знамя Победы) — 1945-ci il, mayın 1-i günü Qızıl Ordu əsgərləri tərəfindən Berlindəki Reyxstaq binası üzərinə qaldırılan, 188x82 sm ölçülü, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayraq. Aleksey Berest, Meliton Kantariya və Mixayıl Yegorov adlı üç Sovet əsgəri tərəfindən göylərə ucaldılan bayraq, II Dünya Müharibəsində Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbə çalmasının rəsmi simvoludur. İndiki keçmiş SSRİ ölkələri və Rusiyada hələ də rəsmi tədbirlərdə, xüsusən Qələbə Günü təntənələrində və Moskva Qələbə Günü Parad Mərasimlərində istifadə edilir. Eyni zamanda 1996-cı ildən bəri Belarus və 2009-cu ildən bəri Dnestryanın (Dnestryanı Moldov Respublikası) rəsmi simvollarından biridir. Orijinal bayraq Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Muzeyində nümayiş etdirilir. Qələbə Bayrağının üzərində kiril əlifbası ilə yazılıb; "150.Tüfəng, II.Кutuzov sinfi, İdrissa bölüyü, 79.Tüfəng Korpusu, 3.Zərbə Ordusu 1.Belarus Cəbhəsi" Sovet bayrağının oraqsız və çəkicsiz olan bir variantı var idi, prezident Boris Yeltsin 1996-cı il aprel ayının 5-də milli bayrağa bu emblemleri verdi. Prezident Vladimir Putin də zəfər bayrağını rus ordusunun rəsmi bayrağı kimi qəbul etdi. Bu bayraq Reyxstaqda qaldırılan bayraqdan sonra adlandırıldı, lakin bu da "qələbə bayrağı" adlanır. Bu gün bu variant artıq rəsmi rəmz deyil.
Qələbə mağarası
Kinderle mağarası ( və ya Qələbə mağarası, Qələbənin 30 illiyi mağarası) — Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Qafuri rayonu, Taş-Astı kəndi yaxınlığında yerləşən mağara. Mağara Kinderle çayının sol sahilində yerləşir. Mağara 1940-cı illərdə aşkarlanmışdır. Bununla belə mağarada ilk araşdırma işləri 1974-cü ildə gerçəkləşdirlmişdir. Araşdırma işləri A. Andreyevin rəhbərliyi ilə aparılmışdır. Mağara Faşist Almaniyası üzərində qələbənin 30 illiyi münasibətilə Qələbə mağarası olaraq adlandırılmışdır. Mağarada 4 yarusludur. Çıxış 94 metr hündürlükdə yerləşir və buradan enişli bir tunelə çıxışı vardır. Burada buzlaqlar və çoxlu sayda stalaqmitlər müşahidə edilir. Bundan əlavə aşağı enərkən Çılçıraq zalını görmək mümkündür.
Qəribə müharibə
Qəribə müharibə (3 sentyabr 1939 – 8 may 1940) — İkinci dünya müharibəsinin əvvəlindən heç bir hərbi əməliyyatın aparılmadığı 8 aylıq dövrün adıdır. Avropanın bütün böyük gücləri bir-birinə müharibə elan etməsinə qarşılıq, bu dövrdə Almaniyanın işğallarına qarşı irimiqyaslı bir hərbi reaksiya verilməmişdir. Bu müharibə Almaniyada "Sitzkrieg" ("oturan müharibə", Blitzreqə bir göndərmə), Fransada "Drôle de guerre" ("gülməli müharibə") və Polşada "Dziwna wojna" ("qəribə müharibə") adlandırılmışdır. Vinston Çörçill isə bu müharibə üçün Şəfəq müharibəsi ifadəsini işlədib. Alman ordusunun böyük hissəsi Polşada olsa da, Ziqfrid xəttində daha kiçik bir birlik Fransa sərhədini gözləyirdi. Sərhədin digər tərəfində Majino xəttində İngilis və Fransız qoşunları var idi. Bu dövrdə qırıcı təyyarələr arasında çox kiçik miqyaslı toqquşmalar və iti döyüşlər baş verdi. Kral Hərbi Hava Qüvvələri Almaniyaya dair təbliğat broşuraları yayımladı. Sərhədlərində vuruşmayan tərəflər Norveçdə döyüşlə məşğul olacaqlar. Müharibənin başlaması ilə İngiltərə və Fransa Amerika silah istehsalçılarına böyük həcmdə silah sifarişləri verir.
Qəribə valvisiya
Qəribə valvisiya (lat. Welwitschia mirabilis) — Qnetokimilər sinfinə aid velviçiyakimilər sırasının yeganə müasir növü. Namibiya və Anqolaya xasdır. Bitki adətən ingilis dilində "welwitschia" kimi tanınır, lakin tumbo ağacı adı da istifadə olunur. Namada "kharos" və ya "khurub", afrikaansda "tweeblaarkanniedood", Damarada "nyanka", Hereroda "onyanqa adlanır. Qeyri-rəsmi mənbələrdə bitki adətən "canlı fosil" kimi istifadə olunur. Velviçiya, 1859-cu ildə indiki Anqolada bitkini təsvir edən ilk avropalı olan Avstriyalı botanik və həkim Friedrich Velviçin adını daşıyır. Velviç bitkidən o qədər heyrətə gəldi ki, "bir toxunuşun xəyal məhsulu olduğunu sübut etməsindən qorxaraq diz çöküb ona baxmaqdan başqa heç nə edə bilmədi." London Linnean Cəmiyyətindən Dalton Hooker Velviçin təsvirindən istifadə edərək və Namibiyada bitkini müstəqil şəkildə qeydə almış rəssam Tomas Bainesin materialı ilə birlikdə material toplayıb, növləri təsvir etdi. Canlı fosil bitkisi olaraq da bilinən ən uzun ömürlü bitkilərdən biri yenə Afrikada tapılan ən nadir bitki növlərindən biridir. Bu qəribə görünüşlü bitkinin odunlu, qalın, qısa və qalın gövdəsi var.
Qərəcə xalçaları
Qərəcə xalçaları — Azərbaycanın Təbriz xalçaçılıq mərkəzinin Təbriz qrupuna aid olan Qərəcə xalçaları qədim və zəngin tarixə malikdir. Şəkildə təsvir olunan xalçanın adı Təbrizdən şimal — şərq istiqamətində yerləşən Qərəcdağ rayonunun adı ilə bağlıdır. Bu rayonun mərkəzi Axar — Azərbaycanın qədim şəhərlərindən biridir. Bu mahalda istehsal olunan xalçalar Mərənd xalça sənətinin təsiri altında inkişaf edirdi. Mərənd Azərbaycanın ən qədim xalçaçılıq məntəqələrindən biri olub, Axardan təqribən 100km məsafədə yerləşir. "Qərəcə" xalçasının ara sahəsinin kompozisiyası şaquli istiqamətdə düzülmüş çoxbucaqlı və pilləli göllərdən və başlıqlardan ibarətdir. Həndəsi naxışlarla bəzədilmiş bu xalçalar bədii tərtibatına görə "Şirvan" tipli xalçalarla oxşardır. "Qərəcə" xalçalarının rəng xüsusiyyətləri bu rayonda olan bağların, güllüklərin və çəmənlərin bolluğu ilə təyin olunur. Onlardan təbii və davamlı boyaq maddələri əldə edilir. "Qərəcə" xalçaları, adətən uzunsov olur.
Resen (qəsəbə)
Resen (mak. Ресен, serb. Ресан, türk. Resne, yun. Ρέσνα, alb. Resnjë) — cənub-qərbi Makedoniyadakı 9 min əhaliyə sahib bir qəsəbə. Resen Bitola və Oxrid arasında təxminən olaraq bərabər məsafədədir. Qəsəbə dəniz səviyyəsindən 880 metr yüksəkdə və Prespa gölü yaxınlığında yerləşir. Resen eyni zamanda Prespa gölündəki tək şəhərdir və Resen Bələdiyyəsinin mərkəzidir. Köhnə İliryalı Damastiyon şəhəri Resen'n yaxınlığında ola bilər.
Rəsulzadə (qəsəbə)
Məhəmməd Əmin Rəsulzadə (əvvəlki adı: Kirov) və ya qısaca Rəsulzadə — Azərbaycan Respublikasının Bakı şəhərinin Binəqədi rayonunun inzibati-ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun Kirov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kirov şəhər tipli qəsəbə M. Ə. Rasulzadə şəhər tipli qəsəbə, Kirov qəsəbə inzibati-ərazi vahidi M. Ə. Rasulzadə qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Rəsulzadə qəsəbəsi Binəqədi rayonunun mərkəzində, Abşeron yarımadasının qərb hissəsində yerləşir. Qəsəbənin bundan əvvəlki adı "Kirov" qəsəbəsi olmuşdur. Kirov qəsəbəsi 26.02.1936-cı ildə Bakı şəhərinin Kirov rayonunun tərkibində Kirov qəsəbəsi kimi qeydə alınmış, 10.11.1937-ci ildə həmin qəsəbə mərkəz olmaqla Kirov qəsəbə Sovetliyi (inzibati ərazi dairəsi) yaradılmışdır. 05.10.1999-cu ildən isə həmin qəsəbə Məhəmməd Əmin Rəsulzadənin şərəfinə Rəsulzadə qəsəbəsi adlandırılmışdır. Qəsəbə əhalisinin rəsmi sayı (qeydiyyatda olan) 52300 nəfər, qeyri rəsmi isə (qeydiyyatsız yaşayan) 70000-nə yaxındır. Ərazisi 12 kv km-dir. Qəsəbənin inzibati ərazisində 109 küçə, 3 yaşayış massivi ("Vorovski", "Xutor", "Baksol") və 8323 ev təsərrüfatı mövcuddur. Qəsəbə ərazisində 5 orta təhsil məktəbi (99, 100, 143, 30, 115), 5 məktəbəqədər müəssisə ("Sahil", "Delfin", 77, 90 və 211 saylı) fəaliyyət göstərir.
Güyəmə
Güyəmə (lat. Periploca) — kəndirkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Yunan güyəməsi (Periploca graeca L.) == İstinadlar == Güyəmə:The Plant List saytında takson barədə məlumat.
Gərədə
Gərədə (türk. Gerede) — Bolu ilinin ilçəsi. Qərb Qaradəniz bölgəsində Bolunun şərqində 1255 km 2 sahədə yerləşir. Cənub şərqdə Qızılcahamam və Çamlıdərə ilə, şimal şərqdə Çərkəş və Əskibazar, Cənub qərbdə Dörtdivan, Şimalda Məngən, qərbdə Yeniçağa mahallarıyla sərhəddir. Daxili Anadolu Bölgəsinin Qərb Qaradənizə keçid verdiyi bir mövqedə ortalama 1470 metr yüksəklikdə dalğalı bir ərazi şəklində ətrafı meşələrlə bağlı dağlarla çevrili iqlimi çox sərt bol yağışlı bir düzənlik şəklindədir. Mahalda soyuq qışlar 5-6 ay davam edər. Qışda ən soyuq bölgə olmasa da (ortalama -25 dərəcə) yazın ən sərin bölgələrdəndir. İstilik 25 dərəcəni çox nadir olaraq keçər. Gecə istilikləri yazda anormal dərəcədə düşər. Bölgə yaşlıları gəncliklərin iyul ayında qar yağdığına şahid oduğlarını, qışda evlərindən tunel qazaraq çıxdıqlarını izah edərlər.
Gərənə
Gərənə — Azərbaycan Respublikasının Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ düzündədir. Əsl adı Qaranüydür. Gərənə bu adın təhrif forması hesab olunur.Oykonim "qara" (burada "sıx" mənasındadır) və "nüy" (Azərb. dilinin dialektlərində "çaysahili meşəlik" deməkdir) sözlərindən düzəlib, "çaysahili sıx meşəlik" mənasındadır. XIX əsrin məlumatlarına görə əkin və bağ üçün təmizlənmiş meşə yeri də yerli əhali arasında nüy adlanırdı. == İqtisadiyyatı == Uzun müddət qaz şəbəkəsi olmayan Gərənə kəndinə 2011-ci ildə qaz xətti çəkilmiş və həmin ilin noyabr ayında kəndə təbii qaz verilməsinə başlanmışdır.
Körebe
Körebe – Göksel-in 2001-ci ildə çıxardığı 2-ci albom. Albomdakı "Depresyondayım" mahnısına klip çəkilmişdir.
Mürəbbe
Mürəbbe (ərəbcə: dördlük) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması. Mürəbbe 4 misra olmaqla 5-7 bənddən ibarət olur. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 3 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Qafiyə quruluşu aaaa, bbba, vvva və s. şəklindədir. Bəndlərin son misrası nəqərat şəklində olur. Müasir ədəbiyyatda mürəbbenin ifadə imkanları qismən dəyişmişdir. Məhəmməd Füzulinin "Gözüm, canım, əfəndim sevdigim, dövlətli sultanım!" nəqəratli mürəbbesi məşhurdur. Mürəbbedə hər bəndin axırıncı misraları təkrar da ola bilər.
Qureyş
Qureyş, Qüreyş (Ərəb: 'قريش' ) — İslam Dininin peyğəmbəri Hz.Məhəmməd ibn Abdullahın mənsub olduğu, mənası "gəlmələr" adlanan ərəb qəbiləsi. Məkkənin ən güclü qəbiləsiydi. İslam peyğəmbərinin qəbiləsi olmaqla yanaşı, eyni zamanda Müsəlmanların ən çox döyüşdüyü qəbilələrdəndir. Məhəmməd Qureyş qəbiləsinin Haşimoğulları sülaləsinə mənsubdur. Qurucusu Hz.Məhəmmədin ulu babalarından biri Kusay ibn Kilabdır. Qureyş qəbiləsi Hz.Məhəmmədin on bir göbəkdən atası Fihr ibn Malikin oğlanlarının nəslindən gələn zadəgan bir qəbilədir. Bəzi tarixçilərə görə Qureyş qəbiləsi, Hz.Nuh peyğəmbərin nəvəsi Hz.İbrahim peyğəmbərin oğlu Hz.İsmayılın oğlu Adnanın soyundan gəlir. Kusay ibn Kilab (Zeyd), Əbdülmuttalibin ulu-babası və Məhəmmədin beşinci göbəkdən əcdadıdır. Kusay Məkkənin ən güclü adamı idi. Kəbədən məsul olan Huzai Qəbiləsindən qız alaraq Kəbənin qoruyuculuğuna qalxmışdır.
Quruba
Qurumba (əvvəlki adı: Quruba) — Azərbaycan Respublikasının Lənkəran rayonunun Rvo inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Rvo kənd inzibati ərazi dairəsi tərkibindəki Quruba kəndi Qurumba kəndi adlandırılmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qurumba və Narbağı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qurumba kəndi olmaqla Qurumba kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Bu oykonimin Qunınba variantın da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, oykonim talış dilində ku (dağ, təpə), ron (yol) və bə (qapı) komponentlərindən düzəlib, "dağ yolunun qapısı" deməkdir. Digər mülahizəyə görə isə, oykonim qronbə sözündən olub, mənası "qəbirlər qapısı" deməkdir. Əhalisi 937 nəfərdir.
Şürele
Grube
Adolf Eduard Qrube (alm. Adolph Eduard Grube‎;18 may 1812, Köniqsberq – 2 iyun 1880, Vrotslav, Prussiya) — Alman anatomu və zooloqu. == Əsərləri == "Zur Anatomie und Physiologie der Kiemenwürmer" (1838); "Die Familie der Anneliden" (1851); "Untersuchungen über den Bau von Peripatus Edwardsii" (1853); "Annulata Oerstedtiana" (1856–58); "Die Insel Lussin und ihre Meeresfauna" (1864); "Annulata Semperiana" (1878). == Ədəbiyyat == M'Intosh W. C. Adolph Edouard Grube // Nature. — 1880. — Vol. 22. — P. 435–436. — doi:10.1038/022435d0. Romer F. Adolf Eduard Grube // Leopoldina.
Gürzə
Gürzə (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsi Gürzə patrul maşını — Azərbaycan istehsalı hərbi texnika. Gürzə (xörək) — Azərbaycan kulinariyasında xəmir xörək. Gürzələr — pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Qrene
Qrene (fr. Grenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38184. Kommunanın 2012-ci il üçün əhalisi 1530 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 22 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Qurək
Qurək (soqd Wγrk) — Ərəblərin Mavəraünnəhrə yürüşü zamanı Səmərqənd ixşidi. Qurək 710-cu ildə Səmərqəndin ixşidi Tərxunun müsəlmanlarameylli olduğuna görə şəhər əhalisi tərəfindən devrilməsindən taxta çıxır. Əməvi valisi Quteybə bin Müslüm Səmərqəndə yürüş edir, ancaq axırda Qurəki Səmərqənd hakimi kimi tanıyır. Qurək müsəlmanlar və türgiş türkləri ilə müxtəlif ittifaqlar quraraq hakimiyyətdə qalmağa nail olmuşdur. O, 731-ci ildə baş vermiş Keçid döyüşündən bir müddət sonra Səmərqənd şəhərindəki nəzarətini gücləndirir və 737 və ya 738-ci ildə vəfat edənə qədər yarımmüstəqil şəkildə hakimiyyətdə olur. Gibb, Hamilton Aleksandr Rosskin. The Arab Conquests in Central Asia (ingilis). London: The Royal Asiatic Society. 1923. OCLC 499987512.
Gügələ (Həştrud)
Gügələ (fars. گوگ الا‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Gürbey İleri
Gürbey İleri (13 fevral 1988, İstanbul) — türk aktyoru.
Gərənə bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hamar güyənə
Hamar toyçiçəyi, Hamar güyənə (lat. Polygonatum glaberrimum) - toyçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Polygonatum mischtschenkoanum Greuter Polygonatum odoratum subsp. glaberrimum (K.Koch) Elenevsky & Zernov Polygonatum ovatum Miscz. ex Tamanian Polygonatum pruinosum Boiss. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır. == Yarpaq == Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır. == Çiçək == Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır.
Kirəbe (Uçalı)
Kirəbe (başq. Кирәбе, rus. Кирябинскоe) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Kirəbe kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 40 km, ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (75%) üstünlük təşkil edir.