Qərəcə xalçaları

Qərəcə xalçalarıAzərbaycanın Təbriz xalçaçılıq mərkəzinin Təbriz qrupuna aid olan Qərəcə xalçaları qədim və zəngin tarixə malikdir.

Xalça
Qərəcə xalçaları
Qərəcə xalçası
Qərəcə xalçası
Xalça haqqında məlumatlar
Məktəbi Təbriz xalçaçılıq məktəbi
Ölkə Azərbaycan
Bölgə Qərəcədağ
Toxunması haqqında məlumatlar
Üslubu Təbriz xalçaçılıq məktəbi

Şəkildə təsvir olunan xalçanın adı Təbrizdən şimal — şərq istiqamətində yerləşən Qərəcdağ rayonunun adı ilə bağlıdır. Bu rayonun mərkəzi Axar — Azərbaycanın qədim şəhərlərindən biridir. Bu mahalda istehsal olunan xalçalar Mərənd xalça sənətinin təsiri altında inkişaf edirdi. Mərənd Azərbaycanın ən qədim xalçaçılıq məntəqələrindən biri olub, Axardan təqribən 100km məsafədə yerləşir.

Bədii xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

"Qərəcə" xalçasının ara sahəsinin kompozisiyası şaquli istiqamətdə düzülmüş çoxbucaqlı və pilləli göllərdən və başlıqlardan ibarətdir. Həndəsi naxışlarla bəzədilmiş bu xalçalar bədii tərtibatına görə "Şirvan" tipli xalçalarla oxşardır. "Qərəcə" xalçalarının rəng xüsusiyyətləri bu rayonda olan bağların, güllüklərin və çəmənlərin bolluğu ilə təyin olunur. Onlardan təbii və davamlı boyaq maddələri əldə edilir.

Texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

"Qərəcə" xalçaları, adətən uzunsov olur. Bəzən kvadrat formada belə xalçalara rast gəlinir. "Heris" və "Görəvan" xalıları ilə müqayisədə "Qərəcə" xalçalarında ilmələrin sıxlığı daha böyükdür.