ŞƏMMƏD
ŞƏMSİ
OBASTAN VİKİ
Şəmsəddin Abbasov
Şəmsəddin Bəhlul oğlu Abbasov (27 may 1906 – 20 sentyabr 1975, Bakı) — Azərbaycan nasiri, dramaturq, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1906-cı ilin mayın 27-də Bakı qəzasının Sayadlar kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Bakıda rus-tatar məktəbində, sonra politexnikumda təhsil almış, 1926 – 1927-ci illərdə Politexnik İnstitutunda oxumuşdur. 1923-cü ildən "Yeni fikir", "Kommunist" və "Gənc işçi" qəzetlərində əməkdaşlıq etmişdir. Bu dövrdə "Məhşər günü" hekayəsi ilə ədəbi aləmə daxil olmuşdur. 1926-cı ilin iyun ayından "Gənc işçi" qəzeti redaksiyasında məsul katib vəzifəsində işləmiş, eyni zamanda "Komsomol" jurnalının redaksiya heyətinin tərkibinə daxil edilmişdir. Gənc yazıçılar birliyinin – "gənc qızıl qələmlər"in yaradıcılarından biri olmuşdur. 1929-cu ildən "Kommunist" qəzetinin məsul katibi işləmişdir. 1938 – 1939-cu illərdə M. F. Axundov adına Opera və Balet Teatrının direktoru kimi Moskvada Azərbaycan incəsənəti dekadasında iştirak etmişdir. "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.
Şəmsəddin Abışov
Şəmsəddin Qocabəy oğlu Abışov (14 sentyabr 1963, Köryədi, Yardımlı rayonu – 18 oktyabr 2023, Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini, gömrük xidməti polkovniki. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin keçmiş rəisi. Şəmsəddin Abışov 14 sentyabr 1963-cü ildə Yardımlı rayonunun Köryədi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1986-cı ildə Şimali Osetiyada Orconikidze (vladiqafqaz) Ali Hərbi Ümumqoşun Komandirlər məktəbini, 1998-ci ildə isə Azərbaycan Respublikası Hərbi Akademiyasını bitirmişdir. 1986–1992-ci illərdə keçmiş Sovet Ordusunda müxtəlif vəzifələrdə, 1992-ci ildən 2016-cı ilə qədər Azərbaycan Ordusunda zabit kimi xidmət etmişdir. Xidmət etdiyi dövrlərdə döyüş bölgələrində böyük həcmli hərbi hissə komandiri, birliyin qərargah rəisi vəzifələrinə qədər yüksəlmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilmişdir. 2014–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparıcı kafedraların rəisi vəzifələrində xidmət etmişdir. 2016-cı ilin sonunda təyin edilmiş yaş həddinə görə Silahlı Qüvvələrdən "Polkovnik" rütbəsi ilə ehtiyata buraxılmışdır. 2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini vəzifəsinə, Gömrük xidməti polkovniki rütbəsi verilməklə təyin edilmişdir.
Şəmsəddin Aslanov
Aslanov Şəmsəddin Həmdulla oğlu (17 mart 1960, Anzolu, Lerik rayonu) — "SNT" İnşaat Şirkətinin direktoru, Əməkdar Mühəndis. Şəmsəddin Aslanov 17 mart 1960-cı ildə Lerik rayonunun Anzolu kəndində anadan olmuşdur. 1967-ci ildə Anzolu kənd 8 illik məktəbinin birinci sinfinə getmiş və 1975-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir. Şəmsəddin Aslanov həmin il Bakı Politexnik Texnikumunun inşaat fakültəsinə qəbul olunmuşdur. 1979-cu ildə həmin texnikumu fərqlənmə diplomu ilə bitirib gənc mütəxəssis kimi təyinatla Bakı Baş Tikinti İdarəsinə göndərilmiş və 21 nömrəli Tikinti İdarəsində 2-ci dərəcəli bənna kimi ilk əmək fəaliyyətinə başlamışdır. Ş. H. Aslanov 1979–1981-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1981-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra 21 nömrəli Tikinti İdarəsində işini davam etdirməklə yanaşı Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun axşam şöbəsinə qəbul olunmuş və işləyə-işləyə təhsilini davam etdirmişdir. Ş. H. Aslanov 1982-ci ildən "Bakıbaştikinti" İdarəsinin "Bakışəhərtikinti" trestinin 21 nömrəli Tikinti İdarəsində tikinti ustası vəzifəsinə irəli çəkilmiş, az sonra isə iş icraçısı vəzifəsinə keçirilmişdir. Şəmsəddin Aslanov 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda sənaye və mülki tikinti ixtisası üzrə tam kursu bitirərək ali təhsilli inşaat mühəndisi kimi həmin idarədə baş iş icraçısı vəzifəsinə təyin olunmuşdur. 1989-cu ildə köçürmə yolu ilə "Aqrarsənayetikinti" trestinin Bakı ixtisaslaşdırılmış təsərrüfat hesablı Təmir Tikinti İdarəsinə baş mühəndis vəzifəsinə təyin olunmuşdur.
Şəmsəddin Axundov
Şəmsəddin Əşrəf oğlu Axundov ( ) — Milli Aviasiya Akademiyasında ictimaiyyətlə əlaqə üzrə prorektor, mədəniyyət nazirinin sabiq müavini. Şəmsəddin Axundov 1956-cı ildə Azərbaycan Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirib. Mədəniyyət Nazirliyində metodist-inspektor, baş metodist, şöbə müdiri vəzifələrində çalışıb (1956-1965). Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, sədr (1965-1969) olmuş, Azərbaycan Həmkarlar İttifaqları Şurasında şöbə müdiri vəzifəsində işləmişdir (1969-1981). 1981-1987-ci illərdə M.F.Axundov adına Respublika Kitabxanasında elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1988-2001-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyində mədəni-maarif müəssisələri idarəsində rəis, mədəni-maarif, kitabxana və muzey işləri baş idarəsində rəis, 1991-ci ildən nazir müavini vəzifələrində çalışmış, həmçinin Azərbaycan Respublikası Nazirlər Şurasının qərarı ilə Mədəniyyət Nazirliyinin Kollegiya üzvü kimi fəaliyyət göstərmişdir. 0, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 7 sentyabr 2001-ci il tarixli 802 nömrəli sərəcanmı ilə mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilmişdir. 2005-2011-ci illərdə Milli Aviasiya Akademiyasında yaradılmış “Aviasiya tarixi muzeyi”nin direktoru olmuşdur. 2001-ci ildən dövlət qulluğu təqaüdünə çıxmışdır. “Şərəf nişanı” və “Qırmızı əmək bayrağı” ordenləri, “Əmək rəşadətinə görə”, “Əmək igidliyinə görə”, “Uzunmüddətli fədakar əməyə görə” medalları, “SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisi”nin Qızıl medalı, “Əla mədəniyyət işçisi” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “100 illik” medalları ilə təltif olunmuşdr.
Şəmsəddin Aydoğmuş
Şəmsəddin Aydoğmuş — Atabəy Cahan Pəhləvanın məmlüklərindən olmuşdur. Mərkəzi və Şərqi İranı ələ keçirərək Atabəy Özbəyi sultan elan etmişdir. Özünü Özbəyin atabəyi elan edən Aydoğmüş bir müddət Əcəm İraqında faktiki hakimiyyəti ələ keçirmişdi. 1196-cı ildə Əcəm İraqını tamamilə işğal edən xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı. Çox keçmədən Atabəy Əbu Bəkrin tərəfdarlarının və ordusunun çox hissəsi Gökcənin tərəfinə keçdi. Əbu Bəkr İsfahana çəkildi, Gökcə isə təntənəli surətdə Həmədana daxil oldu.
Şəmsəddin Balapour
Şəmsəddin Bağırov
Bağırov Şəmsəddin Mirzəli oğlu — texnika elmləri doktoru (1970), professor (1982). Bağırov Şəmsəddin Mirzəli oğlu 25 may 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1950-ci ildə Moskva Avtomobil Yolu İnstitutunu bitirmişdir. Ş. Bağırov 1954–1982-ci illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) assisent), dosent, dekan, 1982–1994-cü illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) işləmiş, 1994-cü ildən professor vəzifəsində çalışmışdır. Şəmsəddin Bağırovun tədqiqatları maşın və mexanizmlərin mexanika və nəzəriyyəsinə dair məsələlərin həlli sahəsidir. Alim 100-ədək elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir. Elmi kadrların hazırlanmasında xüsusi xidmətləri vardır. Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. III cild.
Şəmsəddin Cüveyni
Sahib Şəmsəddin Məhəmməd Cüveyni (XIII əsr – 16 oktyabr 1284) — Elxanlılar sülaləsi hökmdarı Abaqa xan zamanında yaşamış zamanının ünlü vəzirlərindən birisi. Bəzı qaynaqlara görə baş vəzir olub. Ayrıca Elxanlılar dövlətinin qurucusu Hülaku xan zamanında da maliyyə vəziri olmuşdu. Zamanının müəlliflərindən olan və onun kimi vəzir olmuş Əlaəddin Ataməlik Cüveyninin qardaşıdır. Abaqa xan, bəzi qaynaqlara görə Anadoluda əsayişi pozan Pərvanə Muinəddin Süleymanın öldürülməsiylə yəni bir düzən ortamı bərpa etmək üzrə ünlü vəzir Sahib Şəmsəddin Məhəmməd Cüvəynini Rum Səlcuqlu dövləti ölkəsinə göndərdi. Sahib Şəmsəddin Məhəmməd Cüvəyni, Anadoluda ilk olaraq pozulan siyasi istiqrarı düzəltdi və yetişdiyində hələ davam etməkdə olan olan üsyanları yatırdı. İqtisadi sahədə yeniliklər aparmağa çalışdı. Öncə xalqa yük olan bir çok vergini ortadan qaldırdı. Xalqdan gəlişi gözəl pul və mal istənməsini yasaqladı. Ardından Şəmsəddin Tuğrai tərəfindən alınan və heç cür ödənə bilməyən iqrazla, Səlcuqluların ödəyəmədiyi illik xəracların borcunu silərək yerinə Elxanlı hökmdarları divanına Ərzincan yörəsi və başqa yerlərin gəlirlərini incu vergisi (xüsusi gəlir) olaraq təhsis etdi.
Şəmsəddin Cəfərov
Şəmsəddin Cəfərov (Şəmsəddin Məmməd oğlu Cəfərov; d. 1925 – v. 1976) — Azərbaycanlı alim, fəlsəfə elmlər doktoru, professor. İkinci dünya müharibəsi zamanı göstərdiyi xidmətlərə görə "Qafqazın müdafiəsinə görə" medalı laureatı. Azərbaycan Ali və Orta İxtisas Təhsil Nazirliyinin Elmi-tədqiqat şöbəsinin rəisi. Azərbaycan Dövlət İncəsənət İnstitutunun yeni yaradılmış fəlsəfə kafedrasının ilk müdiri olmuşdur. Şəmsəddin Cəfərov 1925-ci ildə Qazax mahalının Mollacəfərli kəndində anadan olmuşdur. Atası Məmməd Mollacəfər oğlu Azərbaycanın bu regionunda sovet hakimiyyəti qurulanadək mahalın tanınmış şəxsiyyətlərdən olmuşdur. Qazax mahalının bir necə kəndlərinin əhalisini tərəfindən seçilən və bu kəndlərin inzibati işlərini idarə edən bu şəxs Koxa Məmməd kimi tanınırdı. 1939-cu ildə Düzqışlaq natamam orta, 1942-ci ildə isə Ağstafa dəmiryolu orta məktəbini əla qiymətlərlə bitirmişdir.
Şəmsəddin Eldəgəz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az-əbcəd. شمس الدین الدڭیز‎, fars. اتابک شمس‌الدین ایلدگز‎; -(d.1110 – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi. Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir. Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir.
Şəmsəddin Eldəniz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az-əbcəd. شمس الدین الدڭیز‎, fars. اتابک شمس‌الدین ایلدگز‎; -(d.1110 – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi. Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir. Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir.
Şəmsəddin Eltutmuş
Şəmsəddin Eltutmuş (bilinmir – 28 aprel 1236, Mehrauli[d]) — Dehli Türk sultanlığı sultanı. dekabr 1210-cu ildən 27 aprel 1236-cı ilədək hökm sürdü. Türk mənşəli olan Sultan Şəmsəddin Eltutmuş, Sultan Qütbəddin Aybəkin ölümündən sonra qısa müddət taxtda qalan Sultan Ərəm şahdan sonra hakimiyyətə keçdi. 1229-cu ildə Xəlifə Müntəsirdən Nasırü-l-Əmir-ül-Möminin unvanını aldı. Çingiz xan başçılığında qərbə doğru yayılan Monqol imperiyasının hücumlarına müqavimət göstərdi. Dalbadal səfərlərlə Sind, Moltan və Benqal bölgələrini hakimiyəti altına aldı. Eltutmuş, Qucaratı ələ keçirməyi bacarmadısa da, racputları məğlubiyyətə uğradaraq torpaqlarını cənuba doğru genişlətdi, həmçinin yavaş-yavaş Dehli Türk sultanlığının Qanq vadisinə hakim olmasını da bacardı.
Şəmsəddin Əhməd
Şəmsəddin Əhməd (benq. শামসুদ্দিন আহমদ; 1 avqust 1920 – 9 aprel 1971) — Banqladeş istiqlal müharibəsində öldürülən və Banqladeşdə şəhid hesab olunan Şərqi Pakistan həkimi. Əhməd 1 avqust 1920-ci ildə Britaniya Racının Silhet əyalətinin Ambarxana şəhərində benqal müsəlman ailəsində anadan olub. Atası İmanəddin Əhməd Dəmir Yolları Nazirliyində işləyib, anasının adı isə Rəşidə Begüm olub. O, 1939-cu ildə Silhet Hökumət Liseyində təhsilini başa vurmuş, 1941-ci ildə isə Murari Çand Kollecində İncəsənət ixtisasına yiyələnmişdir. O, 1946-cı ildə Kəlküttə Tibb Kollecini MBBS (Tibb üzrə cərrahiyyə bakalavrı) dərəcəsi ilə bitirmiş və Birləşmiş Krallıqdakı Kral Həkimlər və Cərrahlar Kollecindən Kral Cərrahlar Kollecinin Təqaüdünü qazanmışdır. Silhet Tibb Kollecinin yataqxanası olan Doktor Şəmsəddin Hall, onun adını daşıyır. 14 dekabr 1997-ci ildə Banqladeş Poçt İdarəsi onun xatirə markalarını buraxmışdır.
Şəmsəddin Kuzəçi
Şəmsəddin Kuzəçi (türk. Şemsettin Küzeci 1965, Kərkük)- Tədqiqatçı, pedaqoq, jurnalist, şair və yazıçı, Kərkük qəzetinin baş redaktoru, 2022-ci ildə türk dünyası Akademiyasının "fəxri professoru" adına da layiq görülüb. 1965-ci ildə Kərkükdə anadan olub. 1984-cü ildə Mosul Universitetinə qəbul olub və 1989-cu ildə Universiteti bitirib. 1992–1996-cı illərdə Kərkük Liseyində dərs keçib. 1992–1995-ci illərdə Kərkük televiziyası və Bağdad Türkmənistan radiosunda "Gənclik və idman" proqramlarını hazırlayaraq təqdim edib. 1993-cü ildə İraq rejimi tərəfindən həbs edilib Üç ay həbsdə qaldıqdan sonra sərbəst buraxılıb. 1996-cı ildə siyasi səbəblərdən İraqdan Türkiyəyə köçüb. 2015-ci ildə öz istəyi ilə təqaüdə çıxıb. Kərkük, Burada Musalla liseyində müəllim olaraq çalışır.
II Şəmsəddin xəlifə
II Şəmsəddin xəlifə (XVII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. Dizmar mahalının (Qaradağın) hakimi və xəlifəsi. Bürhanəddin xəlifənin oğlu. Əhər şəhərində anadan olub. Mükəmməl savad almışdı. Övladı olmayıb. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, «Şuşa» nəşriyatı, 2008. – 160 səh.
Şəmsəddin Günaltay
Mehmet Şəmsəddin Günaltay (17 iyul 1883, Kəmaliyə, Mamurətül-əziz vilayəti – 19 oktyabr 1961, İstanbul) — Türkiyə Respublikasının 8-ci baş naziri, tarixçi və keçmiş Türk Tarix Qurumunun başçısı.
Şəmsəddin Hacıyev
Şəmsəddin Hümmət oğlu Hacıyev (8 noyabr 1950, Lək, Ucar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor. Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru (2004–2014), Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri. 1950-ci il noyabr ayının 8-də Ucar rayonunda anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş və D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1970-ci ildə institutu bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna iqtisadçı vəzifəsində işləməyə göndərilmişdir. 1971-ci ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1974-cü ildə təhsilini başa vurmuşdur. 1974-cü ilin noyabr ayından 1976-cı ilin fevral ayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi, baş elmi işçi və bölmə müdiri vəzifələrində çalışmışdır. 1981-ci ildə müsabiqədən keçərək D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna baş müəllim, 1986-cı ilin noyabrında dosent vəzifəsinə seçilmişdir. 1989-cu ildə "Ticarətin iqtisadiyyatı və idarə edilməsi" kafedrasına müdir təyin olunmuşdur.
Şəmsəddin Orucov
Şəmsəddin Qasımov
Şəmsəddin Qasımov (azərb. ‎ Şəmsəddin Mustafa oğlu Qasımov; 27 iyun 1955, Naxçıvan) — Bəstəkar, Naxçıvan MR əməkdar incəsənət xadimi (2005) Şəmsəddin Qasımov 27 iyun 1955-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini Naxçıvan Şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin tar sinfində almış, 1971–75-ci illərdə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbində təhsilini davam etdirmiş və istedadlı tarzən kimi Naxçıvana qayıdaraq Naxçıvan Şəhər Uşaq Musiqi Məktəbində müəllim işləmişdir. Şəmsəddin Qasımov 1980-ci ildə Azərbaycan İncəsənət Universitetinə daxil olmuş və 1985-ci ildə universitetin mədəni-maarif fakültəsini bitirməklə özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisasına yiyələnmişdir. 1981-ci ildə Nehrəm və Cavidabad kənd uşaq musiqi məktəblərində, sonralar Naxçıvan şəhər 1 və 2 saylı uşaq musiqi məktəblərində direktor, müəllim, dərs hissə müdiri işləmişdir. Şəmsəddin Qasımov 1970-ci illərdən həm də bəstəkar kimi fəaliyyətə başlamışdır. Tanınmış bəstəkar Boris Kabakovdan bəstəkarlıq dərsi almaqla bu illərdə özünün bir sıra əsərlərini bəstələmişdir. Azərbaycanda Bayraq haqqında və 1990-cı ildə İlk dəfə şəhid şəxslər haqqında yazılan ilk mahnıların müəllifi olmuşdur. İlk dəfə musiqisi və sözləri özünə məxsus olan orta məktəb məzunları üçün yazmış Əlvida doğma məktəb və Son zəng mahnılarının bəstəkarıdır. Son illərdə Azərbaycanda demək olar ki, tam unudulmaqda olan 6-yeni duet mahnısı yazmış və bu gün də dinləyicilər arasında çox populyardir.
Şəmsəddin Sami
Şəmsəddin Sami (1 iyun 1850 – 18 iyun 1904, Konstantinopol və ya Konstantinopol) — Alban əsilli Türk yazarı və tədqiqatçısı, ensiklopedist şəxsiyyət, dilçi və filosof. Avropayönəmli ilk türk romanı nümunəsi hesab olunan "Təəşşüqi-Tələt və Fitnət"in (1872), ilk Türk ensiklopediyası "Qamusul-Elam"ın (1889–1898) və ilk Türk sözlüyü olan "Qamusi-Türki"nin (1901) yazarı; fransızca "Qamusi-Fransavi", ərəbcə isə "Qamusi-Arabi" adlı sözlükləri qələmə almışdır. 1897-ci ildə böyük qardaşı Fraşıri Abdül Beylə birlikdə Latın və Yunan hərflərindən istifadə etməklə ilk Alban əlifbasını inkişaf etdirmiş və Alban dilində qrammatika kitabı yazmışdı. Qardaşı Naim Fraşıri Alban milli şeirinin yaradıcısı hesab olunur. 1850-ci il, 1 iyun tarixində Fraşerdə — Albaniyanın cənubundakı Gjirokastër qəsəbəsindəki bir kənddə anadan olmuşdur. Fraşeri ailəsindən Xalid Bəyin 5 oğlundan 3-cüsü idi. Digər iki oğlu — Naim və Abdülün Alban tarixinin inkişafında böyük rolu olmuşdur. İlk təhsilini Bektaşi təriqətindən olan Fraşıri Nasıbi Tahir Baba Təkkəsində almış. Orta təhsilini İoannina şəhərində məşhur yunan gimnaziyası "Zosimea" liseyində bitirmişdir. Burada o, Qərb fəlsəfəsi ilə tanış olmaqla əvvəlcə yunan, fransız, italyan, daha sonralar isə müəllim köməyi ilə ərəb, fars, eləcədə türk dillərini öyrənmişdi.
Şəmsəddin Sultanov
Şəmsəddin Qurban oğlu Sultanov (1917, Pirquluoba, Quba qəzası – 20 oktyabr 1976, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1954), "Azərittifaq"ın sədri (1974–1976). Şəmsəddin Qurban oğlu Sultanov 1917-ci ildə hazırkı Xaçmaz rayonunun Pirquluoba kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 16 yaşında kolxozun hesabdarı kimi başlamışdır. 1938-ci ildə Bakı Xalq Təsərrüfatı Uçotu Texnikumunu bitirdikdən sonra Voronej Dövlət Universitetinə daxil olan Şəmsəddin Sultanov Böyük Vətən müharibəsi başlandığı üçün təhsilini bitirə bilməmişdir. 1941-ci ildə Sovet Ordusu sıralarına çağırılmışdır. Ordudan tərxis edildikdən sonra o, təhsilini və əmək fəaliyyətini davam etdirmiş, 1950-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Rayon partiya komitəsinin təbliğatçısı, şöbə müdiri, katibi, Azərbaycan Kommunist Partiyası Bakı Komitəsinin şöbə müdiri, "Azərneft" Birliyi rəisinin müavini vəzifələrində çalışmışdır. Şəmsəddin Sultanov 1952-ci ildən ömrünün axırınadək təsərrüfat və sovet orqanlarında rəhbər vəzifələrdə olmuşdur. O, istehsal kooperasiyası, Azərbaycan SSR Ticarət Nazirliyi və Dövlət Plan Komitəsi sistemlərində çalışmışdır. Azərbaycan SSR ticarət nazirinin müavini, ticarət naziri, Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı idarə heyəti sədrinin müavini, Bakı Şəhər Ticarət İdarəsinin rəisi, Dövlət Plan Komitəsində şöbə rəisi, nazirin birinci müavini vəzifələrini daşımışdır.
Şəmsəddin Təhməzov
Şəmsəddin Vəliyev
Şəmsəddin Xanbabayev
Şəmsəddin Hüseynqulu oğlu Xan-Babayev (1 aprel 1939, Aşağı Əndəmic, Ordubad rayonu) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi. Şəmsəddin Xan-Babayev 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikomunu bitirmişdir. 1964–1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlamışdır. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləmişdir. 2 il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olmuşdur. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990–1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Şəmsəddin Əsədov
Şəmsəddin Əsədov (tam adı: Şəmsəddin İsrafil oğlu Əsədov) — kənd təsərrüfatı elmləri doktoru, professor. Şəmsəddin İsrafil oğlu Əsədov 20 iyun 1949-cu ildə Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. O, 1966-cı ildə Ağdamın Əlimədədli kənd orta məktəbini bitirib, 1968-1972-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Biologiya fakültəsində ali təhsil almışdır. Tələbəlik illərində ictimai fəaliyyətinə görə Respublika LKHT MK-nın fəxri fərmanı ilə təltif edilmişdir. İnstitutu bitirib, təyinatla Bərdədə müəllim işlədikdən sonra Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Genetika və Seleksiya İnstitutunun aspiranturasına qəbul olunmuş (1975), "Pambıqda fiziki-kimyəvi mutagenlərin təsiri ilə dəyişkənliyin və viltədavamlılığın öyrənilməsi" mövzusunda dissertasiya müdafiə edib (1981), biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, K.A.Timiryaziyev ad. Kənd Təsərrüfatı Akademiyasında "Eksperimental mutagenez və hibridləşdirmə ilə orta lifli pambıq sortlarında yeni formaların yaradılması" mövzusunda dissertasiya müdafiə edərək (1994, Moskva), kənd təsərrüfat elmlər doktoru alimlik dərəcəsi almışdır. Şəmsəddin Əsədov 1996-1997 illərdə Rusiya Federasiyası Aqrar Universitetində işləmişdir. Hazırda o, Azərbaycan Milli Elmlər Akademiyasının Genetika Ehtiyatları İnstitutunun texniki-yem və dərman bitkiləri laboratoriyasının müdiridir. Şəmsəddin Əsədov 1979 ildən 1991 ilə qədər kimyəvi mutagentlərin kənd təsərrüfatı bitkilərinə təsirinin öyrənilməsi sahəsində Moskvada keçirilən Ümumittifaq müşavirələrinin iştirakçısı, bəzi illərdə isə təşkilat komitəsinin üzvü olmuşdur.
I Şəmsəddin xəlifə
I Şəmsəddin xəlifə (?-1603) — Toxmaqlı oymağının məşhur simalarından biri. Dizmar mahalının hakimi və xəlifəsi. I İlyas xəlifənin oğlu. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. II İlyas xəlifə və Əhməd xəlifənin atasıdır. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi
Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi (15 may 1469, Ədirnə – 16 aprel 1534, Konstantinopol) — Osmanlı tarixçisi, alimi və şeyxülislamı. == Həyatı == 15 may 1469 tarixində Ədirnədə dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəmsəddindir. Şahzadə Bəyazidin (gələcəyin II Bəyazidi) lələsi olan böyük babası Kamal Paşa səbəbilə bir çox qaynaqlarda Kamalpaşazadə vəya İbn-i Kamal olaraq qeyd olunur. İstanbulun fəthində iştirak edən atası Süleyman Çələbi 1474-cü ildə Amasiya, 1478-ci ildə isə Tokat hakimi təyin olundu. Anası isə II Mehmed dönəminin qazılarından Muhiddin Mehmed Əfəndinin qızı idi. Quran-i Kərimi əzbərlədikdən sonra Amasiya üləmasından ərəb dili və ədəbiyyatı, fars dili və məntiq öyrənən Kamalpaşazadə əvvəlcə hərbi təhsil almağa başladı. Sipahi əsgəri olaraq II Bəyazidin səfərlərinə qatılmışdır. Ancaq daha sonra üləma olmağa qərar verən Kamalpaşazadə əvvəlcə Ədirnədə Molla Lütfidən dərslər almağa başladı. Ardından dövrün önəmli alimlərinin hamiliyini qəbul edən Kamalpaşazadə qısa müddət sonra təhsilini başa vurdu.
Molla Şəmsəddin Fənari
Molla Şəmsəddin Fənari, (1350, Bursa – 15 mart 1431, Bursa) — Osmanlı alimi, müdərris və ilk Osmanlı şeyxülislamı. 1350-ci ilin aprel ayında Mavəraünnəhrdə dünyaya gəlmişdir. Əsl adı Şəmsəddin Məhəmməd ibn Həmzədir. İlk təhsilini atasından aldıqdan sonra İznikdə din dərsləri aldı. Müəllimi ilə aralarında yaranan elmi bir mübahisə səbəbilə buradan ayrıldı və Amasiyaya getdi. Burada Cəmaləddin Aksarayinin tələbəsi oldu və 1376-cı ildə təhsilini tamamladı. Ardından Qahirəyə gedən Molla Şəmsəddin burada elmi dərslər aldıqdan sonra Bursaya geri döndü. İldırım Bəyazidin əmrilə Manastr Mədrəsəsinə müdərris təyin olundu və bu vəzifəsinə davam edərkən 1393-cü ildə Bursa qazısı seçildi. 1402-ci ildə baş verən Ankara döyüşü səbəbilə Əmir Teymurun ordusu Bursanı ələ keçirdi və Qaramanoğulları bəyliyini bərpa etdi. Bu əsnada bir müddət vəzifədən azad edilən Şəmsəddin Fənari bir qrup alimlə birlikdə Əmir Teymurun əmrilə əsir alındı və Kütahyaya aparıldı.
Musa ağa Şəmsəddinski
Musa ağa Məmməd ağa oğlu Şəmsəddinski (15 fevral 1896, Gədəbəy, Yelizavetpol qəzası – 18 fevral 1974, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin zabiti, dövlət xadimi. Musa ağa Məmməd ağa oğlu 15 fevral 1896-cı ildə Yelizavetpol quberniyasının Qazax qəzasının Şınıx kəndində anadan olmuşdu. İbtidai təhsilini kəndlərində almışdı, 1908-ci ildə Gəncədəki Müsəlman Müəllimlər Seminariyasına daxil olmuşdu. Seminariyanı bitirən Musa ağa 1916-cı ildə Bakı Xeyriyyə Cəmiyyətində çalışaraq Birinci Dünya müharibəsində İran cəbhəsindəki döyüşlər nəticəsində yurd-yuvalarından didərgin düşən qaçqınlar və zərərçəkənlərin problemlərinin həll edilməsi, onlara yardım göstərilməsi ilə ilgilənmişdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumətin qərarı ilə bütün gənclər kimi Milli Orduya səfərbər edilən M. Şəmsəddinski Gəncədəki hərbi Gizirlər Məktəbinə oxumağa göndərilmişdi. Həmin ilin noyabrında məktəbi bitirib Milli Ordunun 4-cü Quba piyada alayının 2-ci bölüyünün komandiri təyin edilmişdi. Bölüyün əsas vəzifəsi Qusarçay və Samurçay boyunca uzanan əraziləri ağqvardiyaçı general Denikinin dəstələrinin hücumundan müdafiə etmək idi. M. Şəmsəddinskinin komandir olduğu dəstə 1920-ci ilin martında Qarabağa hücum edən daşnak ordusu ilə mübarizə aparmaq üçün ora göndərilir. M. Şəmsəddinskinin başçılıq etdiyi dəstə hətta Ermənistan ərazisinə – Şəmsəddin rayonuna gedərək orada erməni daşnak bandasını darmadağın edir, bandanın başçısı poruçik Sergeyevi diri tutub Milli Ordumuzun Gəncədəki Xüsusi Şöbəsinə təhvil vermişdi. Həmin dəstə 1920-ci il aprelin sonunda Naxçıvana göndərilmişdi, lakin Şərur bölgəsində qeyri-bərabər döyüşdə daşnak ordusunun təzyiqi altında məcburən Şahtaxtı körpüsü vasitəsilə Araz çayından əvvəlcə İranın Maku şəhərinə, oradan isə Türkiyə ərazisinə – Bəyazitə, sonra da Ərzruma getmişdi.
Naziyyə Şəmsəddinskaya
Naziyyə Şəmsəddinskaya (Naziyyə Musa qızı Şəmsəddinskaya; 8 avqust 1926, Bakı – 26 avqust 2020, Bakı) — Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, “Şöhrət” ordeni laureatı. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1949). Əmək fəaliyyətinə Ordubad şəhərində başlamışdır. 1955-1957 illərdə Krupskaya adına 2 saylı şəhər xəstəxanasında mama-ginekoloq, 1960-63 illərdə Azərbaycan Tibb İnstitutunun 1-ci mamalıq-ginekoloqiya kafedrasında baş laborant, 1963-64 illərdə Azərbaycan Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, 1964 ildən Azərbaycan Tibb İnstitunun 1-ci mamalıq-ginekologiya kafedrasında asisstent, 1966 ildən dosent olmuş, 1970 ildən II mamalıq-ginekologiya kafedrasının müdiridir. Tədqiqatı qadınlarda hamiləliyin gedişinə, bətndaxili infeksiyaların etiologiyasına və s. həsr edilmişdir. Dəfələrlə Beynəlxalq konqreslərdə, forum və seminarlarda iştirak etmişdir. 170 elmi məqalənin, bir neçə kitabın müəllifidir. 20 sentyabr 2010-cu ildə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Naziyyə Şəmsəddinskaya "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Nəsib sultan Şəmsəddinli
Nəsib sultan Şəmsəddinli (1763-1819) — Gəncə xanlığının Şəmsəddin mahalının başçısı (1797—1819), mayor. Nəsib sultan 1763-cü ildə Şəmsəddin mahalının Öysüzlü obasında anadan olmuşdu. Əli Sultandan sonra mahal başçısı olmuşdu. Sisiyanov Gəncəyə hücum edəndə 700 atlı ilə ona qoşulub Cavad xana qarşı vuruşur. Nəsib sultan Gəncə hakiminə qarşı Qazax ağalarını da səfərbər etdi. Yaxşı təlim görmüş 300 qazaxlı süvari çar generalının əmri ilə Gəncəyə hücum etmişdi. El şairi Gəncəli Həsən yazırdı: Nəsib sultan Şəmsəddinli göstərdiyi xidmətə görə mayor rütbəsi almışdı. Gəncənin işğalı başa çatdıqdan sonra Nəsib sultanın səlahiyyəti genişləndi, o, Şəmşəddin və Qazax mahallarının başçısı təyin edildi. Xidmətlərinə görə Həsənsuyundan başlamış Şahdağına qədər olan ərazini onun ixtiyarına verdilər. Lakin bu səlahiyyət uzun sürmədi.
Qaramanoğlu Şəmsəddin bəy
Qaramanoğlu Şəmsəddin bəy (ö. 1352) — Qaramanoğulları bəyliyinin bəyi. Prof. Yaşar Yüce-Prof.
Qazızadə Əhməd Şəmsəddin Əfəndi
Qazızadə Əhməd Şəmsəddin Əfəndi (1512 – 25 may 1580, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. 1512-ci ildə dünyaya gəlmişdir. Atası Sultan Süleyman Qanuni dövrünün Ədirnə qazılarından Bədrəddin Mahmuddur. Bu səbəblə tarixi mənbələrdə Qazızadə olaraq anılır. İlk təhsilini aldıqdan sonra Ədirnədəki darülhədis müdərrisi Qılınczadə İshaq Çələbidən dərslər aldı. Daha sonra Üçşərəfəli müdərrisi Çivizadə Muhiddin Əfəndinin xidmətinə girdi. Ardından Sahn-ı səman mədrəsəsinin müdərrislərindən Əbusuud Əfəndinin və Sadullah Sədi Əfəndinin dərslərinə qatıldı. Nəhayət, Əbdülqədir Çələbinin tələbəsi ikən mədrəsə təhsilini tamamladı. 25 axca maaşla Bursa Fərhadiyyə mədrəsəsinə, ardından 30 axca maaşla Əhməd Paşa mədrəsəsinə müdərris oldu. 1543-cü ildə Bursa Kaplıca mədrəsəsinə, 1550-ci ildə Sahn-ı səman mədrəsəsinə təyin edildi.
Səlim xan Şəmsəddinli
Səlim xan Şəmsəddinli — XVII əsrin əvvəllərində fəaliyyət göstərmiş Səfəvi hərbçisi və dövlət məmuru. O, türkmən Şəmsəddinli tayfasının mənsubu olmuşdur. Şəmsəddinli tayfasının mənsubu olan Səlim xan Ahalsıxın hakimi kimi xidmət etmişdir. Onun hakimliyinin mərkəzi Mesxeti olmuşdur. Bura həmçinin, Mesxeti, Masq və ya Meşxiya da adlandırılır. Onun bu vəzifədəki xidmət illəri 1623-1627-ci illəri əhatə edir. Bu vəzifədən ayrıldıqdan sonra o, həmçinin Şəmsəddinli tayfasının torpağı yerləşən Qarabağ bəylərbəyliyində də uzun illər çalışmışdır. Oğlu olan İsmayıl onu 1629-cu ildə atasını hər iki vəzifədə də əvəz etmişdir. İsmayıl 1629-cu ildən həm atasının əvəzinə tayfa başçısı, həm də Şəmsəddinli bölgəsinin hakimi olmuşdur.
Əllamə Şəmsəddin Amuli
Əllamə Şəmsəddin Məhəmməd ibn Mahmud Amuli: (XIII əsr) — İslam alimi və təbib. “Şəmsəddin Amuli” ləqəbi ilə tanınan Əllamə Məhəmməd ibn Mahmud XIII-XIV (hc.VII-VIII) əsrlərdə yaşayıb-yaratmış islam təbib və alimlərindən biri olmuşdur. Onun dəqiq doğum tarixi bizə məlum deyil, amma XIII (hc.VII) əsrin ikinci yarısında Amulda (Mazandaran vilayəti) anadan olduğu deyilir. O, Ulcaytu xanın dövründə (1304-1317) Sultaniyyə şəhərinə dəvət olunmuş, ora getdikdə Ulcaytu xan və onun vəziri Fəzlullah Rəşidəddinin rəğbətini qazanaraq Sultaniyyə mədrəsəsinin müdərrisi və müəllimi vəzifəsinə təyin edilmişdir. Əllamə Şəmsəddin Amuli ərəb və fars dillərində bir neçə dəyərli əsərin müəllifidir. Amma bu alimin ən məşhur əsəri fars dilində yazdığı «Nəfaisül-fünun fi Əraisil-üyun» (Çeşmələr incilərində nəfis elm sahələri) əsəridir. Onun çap olunmuş nüsxəsi əlimizdə olduğuna görə, bu kitabda onun qiymətli məlumatlarından nisbətən geniş formada istifadə etməyə çalışmışıq. Üç cilddən ibarət bu kitab sözügedən dövrün müfəssəl elmi-ensiklopedik məlumatlar kitabı hesab olunur. Belə ki, əsərdə 120-yə yaxın elm və onların müxtəlif şaxələri böyük bacarıqla işıqlandırılmış, elmin mürəkkəb məsələləri sadə bir dildə şərh edilmişdir. Orta əsr müəllifləri bir qayda olaraq tarixi hadisələri daha öncə yazılmış əsərlərdən tənqidi yanaşmadan, bir çox hallarda isə birbaşa köçürərək nəql etmişlər.

Digər lüğətlərdə