Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qars
Qars (türk. Kars) — Türkiyənin şərqində yer alan şəhər. Qars ilinin inzibati mərkəzidir. Türkiyənin ən yüksəkdə yerləşən il mərkəzlərindən olan Qars kəndləri ilə birlikdə ümumi əhali sayı 100 mini keçən şəhərlərdəndir (şəhər mərkəzi: 102.001, ümumi 129.458). Mərkəz ilçəyə bağlı üç məhəllə və 70 kənd vardır. Müxtəlif etnosların birlikdə yaşadığı şəhərdır. Qars Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü il üçün Türkiyə Turizm Strategiyası 2023 və Turizm Strategiyası Hərəkət Planı əsasında nəzərdə tutulan 15 il mərkəzindən biridir. Bu layihə ilə hədəflənən il mərkəzlərini " mədəniyyət turizmi inkişaf etdiriləcək brend şəhərlər" elan edib inkişaflarını təmin etməkdir. == Tarixi hadisələr == 18 noyabr 1877-ci ildə Erməni könüllü silahlı dəstələri və yerli ermənilərin fəal iştirakı ilə general Hovhannes Lazaryanın qoşunları gecə yarısı gizli yollarla xəlvətcə Qarsa daxil oldular.
Qors
Hors — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi qeyd edilmişdir. Bu qədim azərbaycanlı Kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır. == Toponimi == Toponim xors türk etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır. Onu da qeyd edək ki, xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qüds
Qüds (ərəb. القدس‎ əl-Qüds (dinlə)) və ya Yerusəlim (ivr. ‏יְרוּשָׁלַיִם‏‎ Yerushalayim (dinlə)) — Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən qədim şəhərlərindən biri. İsrail və Fələstin hər ikisi Qüds şəhərinin öz ölkələrinin paytaxtı olmasını iddia edirlər. İsrail Dövləti uzun müddətdir ki, bütün hökumət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar, lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır. Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün adı qədim Mesopotamiyanın mixi yazılarında "Tanrının şəhəri" anlamına gəldiyi düşünülən "Urusalima" olaraq göstərilir. Yəhudilərin şəhər üzərində hakimiyyəti dövründə e.ə. 9-cu əsrdə (İkinci Dəmir dövrü) Qüdsdə əhəmiyyətli tikinti işləri həyata keçirilmiş və 8-ci əsrdə şəhər İudeya krallığının dini və inzibati mərkəzinə çevrilmişdir. Böyük tarixi boyunca Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilmişdir. Qüdsün David Şəhəri adlandırılan ən qədim hissəsi e.ə.
Arpaçay (Qars)
Arpaçay — Türkiyədə qəsəbə. Türkiyənin Qars ilinin Arpaçay ilçəsinin inzibati mərkəzi.
Ortalar (Qars)
Ortalar — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiya == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 40 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 20 km uzaqlıqda yerləşir. == Əhali == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 297 nəfər daimi əhali yaşayır.
Qars (Xızı)
Qars — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Altıağaç kənd Sovetinin Qars kəndi Tıxlı kənd Sovetinin tərkibinə verilmişdir. == Coğrafiyası və iqlimi == Kənd meşə sahəsi ilə əhatəlidir. Kənddə Seyidbulaq, Qasımxan, Soyuqbulaq kimi bulaqlar mövcuddur. == Əhalisi == Oğuzların bayat və ya əfşar qoluna aid olan qədirli-türk tayfaları bu əraziyə II Şah Abbasın təşəbbüsü ilə Cənubi Azərbaycanın Ərdəbil şəhərindən gəlmişlər. Qədirli tayfası şahsevənlərin bir qolu olmuşdur. Bu tayfa (qədirli) isə türk boylarından olan əfşarlara aiddir. Hazırda kəndin daimi əhalisi azlıq təşkil edir. == İqtisadiyyatı == Kənd əhalisi arıçılıq, heyvandarlıq, əkinçilik və s. ilə məşğul olur.
Qars (dəqiqləşdirmə)
Qars — Türkiyənın şərqində yer alan şəhər. Qars ili — Türkiyədə ərazi. Qars vilayəti — coğrafi ərazi. Qars (Xızı) — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd.
Qars azərbaycanlıları
Qars azərbaycanlıları — Türkiyənin Qars ilində yaşayan azərbaycanlıların icması. Azərbaycanlıların böyük sayı Qarsın mərkəzində və mərkəzə bağlı kəndlərdə yaşayır. Qars şəhərində azərbaycanlılar əsasən "Yeni" və "İstasyon" məhəllələrində yaşayırlar. Burada azərbaycanlıları aşağıdakı qruplara ayrılar: Molla Musalılar, Karakilseliler, Kulubeqliler və Çobankerelilerdilər. Bu adlar onların əslinin gəldiyi vilayətlərin və kəndlərin adlarına görə verilib.Qars ilçəsində azərbaycanlıların yaşadığı kəndlər: Başqedikler, Bayraktar, Bekler, Büyük Aküzüm, Karakaş, Küçük Pirveli, Külveren, Soylu, Tazekent, Yağıkesen, Layçınlar, Yılanlı. Arpaçay ilçəsində — Bacıoğlu, İbişköy, Kayadöven, Mescidli, Meydancık, Taşdere; Ağyaxa ilçəsində — Akbulak, Aslanxane, Büyükkımlı, Büyükpirveli, Esenyayla, Küçük Aküzüm, Küçük Kımlı, Şahnalar. Azərbaycanlılar Akyaka mərkəzində yaşayan əhalinin böyük hissəsini təşkil edir.Arpaçay ilçəsində azərbaycanlıların digər etnik qruplarla yanaşı yaşadığı kəndlər: Büyükçatma, Gediksatılmış, Küçükçatma, Çetindurak, Demirkent, Çetinköy, Hacıpiri, Kalkanale, Hamzagerek, Kürekdere, Oğuzlu. Azərbaycanlılar həmçinin Qarsın Hacıveli, Yolaçan və s. kəndlərində də yaşayırlar. Qeyd etmək lazımdır ki, Qarsda Azərbaycanlıların xüsusi etnik qrupu olan Qarapapaqlar da yaşayırlar.
Qars ili
Qars Əyaləti (türk. Kars İli) — Qars Şərqi Anadolu Bölgəsinin şimal-şərqində yerləşir. Əyalət əhalisi: 281.077. Bu əhalinin 51,5%-i şəhərlərdə yaşayır (2021-ci ilin sonu). Vilayətin sahəsi 10,193 km2-dir. Əyalətdə hər km2-ə 28 nəfər düşür. Bu bələdiyyələrin tərkibində 8 rayon, 9 bələdiyyə, 57 məhəllə və 381 kənd var. == İlçələr == == Əhalisi == İlin əhalisi hazırda əsasən azərbaycanlılardan (buradakı azərbaycanlılar - Azərbaycan dilində danışan və özünə yerli deyən türklərdən, azərbaycanlıların etnoqrafik qrupu olan və Azərbaycan dilində danışan, özlərini tərəkəmə və ya qarapapaq adlandıran türklərdən, 1908-1946-cı illərdə əsasən İrandan, qismən də Azərbaycan SSR-dən siyasi təqiblərin təsiri nəticəsində Qars ilinə köç etmiş Azərbaycan türklərindən ibarətdir) və kürdlərdən ibarətdir. == Coğrafi quruluşu == İqlimi əsasən soyuqdur. Soyuq hava kütləlidir.
Qars kafedralı
Qars kafedralı — Kümbət Məscidi və ya Həvarilər Kilsəsi (erm: Սուրբ Առաքելոց Եկեղեցի) Qarsdakı tarixi bir binadır. Şərqin Ayasofyası olaraq xarakterizə olunur. == Tarixçəsi == X əsrdə Qarsda və ətrafında hökm sürən Bağratlı Krallığı dövründə bir erməni-gürcü kilsəsi olaraq inşa edilmişdir. Kral Abas tərəfindən tikilən kilsə beş il ərzində tamamlandı. Bu tikili, ibadət yerindən daha çox, xristianlıq üçün böyük bir müqəddəsliyə sahib olan 12 Həvarini anmaq üçün tikilmişdir. Region 1064-cü ildə müsəlmanların hakimiyyəti altına keçdikdən sonra bu kilsə məscidə çevrildi və Kümbət məscidi adını aldı. Region Rusiyanın hakimiyyəti altına girəndə Rus-Pravoslav kilsəsinə, 1918-ci ildə Türk hakimiyyəti altına girəndən sonra isə yenidən məscidə çevrildi. 1964-cü ildə muzeyə çevrildi və Qarsdakı qazıntılardan əldə edilən tarixi əsərlər burada sərgilənməyə başladı. Qars Muzeyi olaraq da bilinən bu köhnə ibadət yeri 1981-ci ilə qədər bu funksiyasını davam etdirdi. 1993-cü ildən bəri məscid kimi istifadə edilmişdir.
Qars mühasirəsi
Qars Mühasirəsi - Krım müharibəsinin son böyük miqyaslı hərbi hərəkatıdır. 1855-ci ilin iyun ayında Sivastopoldakı qüvvələrin üzərindəki təzyiqi yüngülləşdirmək üçün İmperator II Aleksandr və General Muravyovun rəhbərliyindəki Rus qoşunları Anadoluya üz tutmağa qərar verdilər. 25,000 əsgərdən ibarət güclü bir korpusla Şərqi Anadolunun ən mühüm qalalarından Qarsa doğru ani bir hücuma keçdi. İlk təcavüz İngilis general Uilyam Fenvick Villiams komandanlığı altındakı Osmanlı qarnizonu tərəfindən geri oturduldu. Ruslar noyabr ayına qədər şəhəri mühasirədə saxladılar. Hücum xəbərinin duyulması ilə Osmanlı Komandanlarından olan Ömər Paşa Sivastapoldakı Osmanlı qoşunlarını geri çəkməklə Qarsdakı Rus qoşunlarının mühasirəni aradan qaldırmaq təklifini irəli sürdü. 6 sentyabrda Ömər Paşa 45,000 əsgəriylə birlikdə Suxumiyə çəkildi. Ancaq Muravyov bunun üzərinə Qarsa üçüncü dəfə hücum təşkil etdi və Osmanlı qüvvələri rusları geri oturdular. Osmanlılar 700-800 itki verərkən Rus ordusu 3000-6000 arası ölü, yaralı və əsir verdi.
Qars müqaviləsi
Qars müqaviləsi (ing. Treaty of Kars; türk. Kars Antlaşması; rus. Карсский договор) — Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış sülh müqaviləsi. 1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsi. Müqavilə 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minmiş və bitmə müddəti müəyyənləşdirilməmişdir. == Qars müqaviləsini imzalayanlar == Bir tərəfdə Ermənistan Sovet Sosialist Respublikası, Azərbaycan Sovet Sosialist Respublikası və Gürcüstan Sovet Sosialist Respublikası hökumətləri və o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlmiş və bunun üçün öz Müvəkkillərini təyin etmişlər: Ermənistan Sovet Sosialist Respublikasının hökuməti: Askanaz Mravyan, xalq xarici işlər komissarı; Poqos Makinzyan, xalq daxili işlər komissarı. Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti: Behbud Şahtaxtinski, xalq dövlət nəzarəti komissarı. Gürcüstan Sovet Sosialist Respublikasının hökuməti: Şalva Eliva, xalq hərbi-dəniz işləri komissarı; Aleksandr Svanidze xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı. Türkiyə Böyük Millət Məclisi hökuməti: Kazım Qarabəkir Paşa, Böyük Millət Məclisində Ədirnədən millət vəkili, Şərq Cəbhəsi komandanı; Vəli bəy, Böyük Millət Məclisində Burdurdan millət vəkili; Muxtar bəy, İctimai İşlər Stats-Sekretarının keçmiş müavini; Məmduh Şövkət bəy, Türkiyənin Azərbaycanda səlahiyyətli nümayəndəsi.
Qars qəsri
Qars qəsri (türk. Kars Kalesi) — Türkiyənin Qars şəhərində yerləşən keçmiş istehkam. Qəsr 1153-cü ildə Sultan Məlik II İzzəddin Saltukun sifarişi ilə Firuz Akay tərəfindən inşa edilmişdir. Şəhəri əhatə edən xarici divarlar XII əsrdə inşa edilmişdir. 1386-cı ildə Teymur tərəfindən dağıdılmış qəsr 1579-cu ildə Osmanlı sultanı III Muradın əmri ilə Qarsa gələn Lələ Mustafa Paşa tərəfindən yenidən inşa edilmişdir. Osmanlı mənbələrində qəsrin yüz min əsgər və işçinin köməyi ilə yenidən qurulduğu deyilir. Qəsr 1606-cı ildə Səfəvi şahı I Abbas tərəfindən dağıdılmış və 1616 və 1636-cı illərdə iki dəfə bərpa edilərək yeni elementlər əlavə edilmişdir. 1877-1878 Osmanlı-Rus müharibəsindən sonra ruslar tərəfindən işğal edilən qəsr çox zərər gördü və 40 illik işğaldan sonra qismən dəyişdirildi. Qars qəsrinin divarları bazalt hörgüdən hazırlanmışdır. == Tərtibat == Qəsr daxili və xarici qəsr olmaqla iki hissədən ibarət olmuşdur.
Qars vilayəti
Qars vilayəti (rus. Карсская область) — Cənubi Qafqazda, 3 mart (19 fevral Yuli təqvimi) 1878 – 14 sentyabr (1 sentyabr Yuli təqvimi) 1917-ci illərdə Rusiya imperiyası, 14 sentyabr (1 sentyabr Yuli təqvimi) – 7 noyabr (25 oktyabr Yuli təqvimi) 1917-ci ildə Rusiya Respublikası, 22 aprel (9 aprel Yuli təqvimi) – 26 may 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qars şəhəri idi. Hazırda bu ərazi Türkiyə Respublikasının əsasən Ərdəhan və Qars illərinə, qismən isə Ərzurum ilinə və Ermənistan Respublikasının Şirak mərzinə daxildir. Erməni müəllif Bədəlyan 1953-cü ildə nəşr edilmiş "Rusiya tərəfindən birləşdirilməsindən günümüzədək Ermənistan əhalisi" adlı məqaləsində qeyd edir ki, "1886-cı ilin ailələr üzrə siyahılarından götürülmüş, Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatların yekunu"na əsasən yaşayanların sayına görə Qars vilayətinin Qars dairəsinin 14,70%–i (Ağbaba şöbəsi tamamən; Şuragel şöbəsindən Qaraməmməd və Molla Musa kənd cəmiyyətləri, həmçinin Baş Şuragel kənd cəmiyyətindən Aralıq kəndi) Ermənistan SSR–in hazırkı (1953-cü il) sərhədlərinə daxil olmuşdur. == Etimologiya == "Divanü Lüğat-it-Türk"ə görə dəvə və ya qoyun yunundan toxunan paltara Kars (قرس) deyilirdi. Dərisindən gözəl kürk tikilən bozqır tülküsü isə Karsak (قرساق) adlanırdı. Əl çalmaqdan çıxan səsə isə Kars – kars (قرس قرس) deyilirdi. Britaniyalı şərqşünas, türk dillərinin tədqiqatçısı Ser Cerard Lesli Meykins Klousnun (ing. Sir Gerard Leslie Makins Clauson) "XIII əsrə qədərki türkcənin etimoloji lüğəti" kitabına əsasən hər üç söz türk mənşəlidir.
Qüds (İran)
Qüds (farsca: قدس) — İranda şəhər, Tehran ostanının Qüds şəhristanının inzibati mərkəzi. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 230.147 nəfərdir.
Qüds Gücü
Qüds qüvvələri (Farsca: نیروی قدس Nīrū-ye Qods və ya سپاه قدس Sepâh-e Qods) – İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan hərbi birləşmədir. İranın dövlət xaricində həyata keçirilən əməliyyatlar üçün birbaşa Ayətullah Seyyid Əli Xameneidən göstərişlər alır. 1998-2020-ci illər aralığında komandiri əfsanəvi general General-mayor Qasım Süleymani idi. 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-yə məxsus pilotsuz uçuş aparatından endirilən raket zərbələri nəticəsində general Süleymani qətlə yetirilmiş, bundan sonra isə briqadaya komandir General-mayor İsmail Qaani təyin olunmuşdur. 2007-ci ildə saylarının təxminən 15. 000 peşəkar əsgərdən ibarət olduğunu güman edirdilər.
Qüds Mühacir
Qüds Mühacir (fars. مهاجر‎, “İmmiqrant”) Qüds Aviasiya Sənayesi Şirkəti tərəfindən 1980-ci illərdən dörd əsas variantda istehsal olunan taktiki PUA-dır. Mühacir ailəsi əsasən kəşfiyyat üçün istifadə olunur və ən yetkin və tanınmış İran PUA-ları arasındadır. == “Mohajer-1” == İran və İraq arasındakı qarşıdurmanın pik vəziyyətində İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən İraqdakı mövqeləri izləmək məqsədilə ”Mohajer-1” PUA-larının yaradılmasına başlanıb. Dörd prototip 1981-ci ildə quruldu və əvvəlcə Şalamçekdəki rəqib xətlərinə nəzarət etmək üçün istifadə edildi. Sonradan “Mohajer-1” adlandırılan bu pilotsuz təyyarə İranın PUA istehsalına atdığı ilk addım idi. “Mohajer-1” müharibənin sonuna qədər İraq qüvvələrinin fotoşəkillərini çəkməyə davam etdi və 619 dəfə havaya qalxdı və 53772 şəkil çəkmişdir. “Mohajer-1” düşmən mövqelərinə hücum etmək üçün 6 ədəd RPQ-7 ilə silahlanaraq həm də İranın ilk zərbə PUA-sı oldu.Sənədlərin olmaması M1 pilotsuz vasitəsinin qiymətləndirilməsinə ciddi mane olur. M1 dronları ilə bağlı video və foto materialların əksəriyyəti 1990-cı ildə yayımlanan “Mohajer” filmindən əldə edilib. İran hökumətinin müharibə filmləri çəkməsinə münasibətini nəzərə alsaq, PUA-nın xüsusiyyətlərinin kifayət qədər dəqiq olduğunu düşünmək ağlabatan ola bilər.
Qüds dairəsi
Qüds dairəsi — İsrailin yeddi inzibati ərzi vahidindən biri. Ərazisi 653 km² (Şərqi Qüds də daxil olmaqla). İnzibati mərkəzi həm də İsrailin paytaxtı olan Qüds şəhəridir. == Əhalisi == İsrailin Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2011-ci ildə dairədə 945 000 nəfər yaşayırdı: Yəhudilər: 635 200 nəfər (67,2 %) Ərəblər: 293 800 nəfər (31,1 %) Digəriləri: 16 000 nəfər (1,7 %)Qeyri-yəhudi əhalinin sayı 28,3 % müsəlman, 1,8 % xristian və 1,4 % dinini qeyd etməyənlərdir..
Qüds günü
"Qüds günü" — Fələstinin azadlığına dəstək aksiyası == Tarixi == İlk dəfə 1982-ci ildə İran islam inqilabının lideri ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir. Son illər "Qüds günü" Azərbaycanda və İraqda şiələr yaşayan bölgələridə də qeyd olunur. 2011-ci ildə "Qüds günü" avqustun 26-na düşmüşdür.
Qüds krallığı
Yerusəlim krallığı — birinci səlib yürüşü iştirakçılarının 1099-cu ildə Qüdsü işğal etdikdən sonra yaratdıqları dövlət. XII əsrin əvvəllərində qəti bərqərar oldu. 1291-ci ildə Misir qoşunları Aqra şəhərini tutduqdan sonra Yerusəlim krallığı süqut etdi. Krallıq Yerusəlim krallığı və 3 vassal (əslində müstəqil) dövlətdən – Tripoli, və Elista qraflıqlarından və Antioxiya knyazlığından ibarət idi. Bu dövlətin ilk başçısı Bulonlu Qodfrey olmuşdur. Ancaq bir ildən sonra ölən Qodfridin yerinə qardaşı Boduin kral taxt-tacına oturdu. Krallığın ərazisi Qüds şəhərindən başqa Beyrut, Qeysəriyyə, Xayfa, Akka, Yaffa, Sayda, Sur şəhərlərindən və Qalileya vilayəti ilə sahil torpaqlarından ibarət idi. Bu krallıq səlibçilərin əsas dövləti idi və ona digərlərinin üzərində süzeren hüquqları verilmişdi. Bu dövləti əhəmiyyətli edən digər amil, Tampliyer və Qospitalyer ordenlərinin mərkəzlərinin burada yerləşməsi ilə bağlı idi.
Qüds mükafatı
Qüds mükafatı (ivr. ‏פרס ירושלים‏‎) — cəmiyyətdə fərdi azadlığını müdafiə edən yazarlara ədəbi mükafat. 1963-cü ildən bəri Qüdsdə iki ildə bir dəfə Beynəlxalq Kitab Sərgisi tərəfindən mükafatlandırılır. == Mükafat sahibləri == 1963 — Bertran Rassel (1872—1970) 1965 — Maks Friş (1911—1991) 1967 — Andre Şvarts-Bart (1928—2006) 1969 — İnyatsio Silone (1900—1978) 1971 — Xorxe Luis Borxes (1899—1986) 1973 — Ejen İonesko (1909—1994) 1975 — Simona de Bovuar (1908—1986) 1977 — Oktavio Pas (1914—1998) 1979 — İsayya Berlin (1909—1997) 1981 — Qrem Qrin (1904—1991) 1983 — Vidiadxar Suracprasad Naypol (1932—2019) 1985 — Milan Kundera (d. 1929) 1987 — Con Maksvell Kutzee (d. 1940) 1989 — Ernesto Sabato (1911—2011) 1991 — Zbiqnev Xerbert (1924—1998) 1993 — Stefan Qeym (1913—2001) 1995 — Mario Varqas Losa (d. 1936) 1997 — Xorxe Semprun (1923—2011) 1999 — Don Delillo (d. 1933) 2001 — Süzen Zontaq (1933—2004) 2003 — Artur Miller (1915—2005) 2005 — Antonio Lobo Antuneş d. 1942) 2007 — Leşek Kolakovski (1927—2009) 2009 — Xaruki Murakami (d. 1949) 2011 — İen Makyuen (d.
Qüds qüvvələri
Qüds qüvvələri (Farsca: نیروی قدس Nīrū-ye Qods və ya سپاه قدس Sepâh-e Qods) – İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan hərbi birləşmədir. İranın dövlət xaricində həyata keçirilən əməliyyatlar üçün birbaşa Ayətullah Seyyid Əli Xameneidən göstərişlər alır. 1998-2020-ci illər aralığında komandiri əfsanəvi general General-mayor Qasım Süleymani idi. 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-yə məxsus pilotsuz uçuş aparatından endirilən raket zərbələri nəticəsində general Süleymani qətlə yetirilmiş, bundan sonra isə briqadaya komandir General-mayor İsmail Qaani təyin olunmuşdur. 2007-ci ildə saylarının təxminən 15. 000 peşəkar əsgərdən ibarət olduğunu güman edirdilər.
Qüds sindromu
Qüds sindromu — şəhərin mistik atmosferi tərəfindən Qüds şəhəri və ya həcc ziyarəti edən turistlərdə yaranmış yanlış fikirlər, müqəddəsləşdirmə, dini mərkəzli motivlər kimi psixozların yaratdığı bir sindromdur. Bu sindrom tək bir dinə və məzhəbə aid deyildir, həm yəhudilərə, həm xristianlara və müsəlmanlara təsir edə bilər. Əvvəllər ədəbiyyatda tanımlanmamış sindrom, adi bir isteriya olaraq təyin olunurdu. == Tarixi == 1930-cu illərdə psixiatr Heinz Hermanın tərəfindən isteriyadan ayrılması bir çox alim tərəfindən aşkar edilmiş və tanınmışdır. Oxşar psixoloji problemlər digər din mərkəzli şəhərlər kimi Məkkə və Roma şəhərlərində də görülmüşdür. 2000-ci ildə son dərəcə yaxşı psixolojisi olan insanlar bu sindromu kollektiv davranışlar sərgiləyib xəstəxanalara düşdülər və sindromun nüfuzu artdı. Bu qəribə sindrom bir çox digər sindrom kimi müzakirə etmək üçün açıqdır və bir çox şəxslər tərəfindən qəbul edilmir. Psixiatr M. Kalian və E. Vitztum Qüds sindromu olaraq adlandırılan şeyin əvvəlki psixoloji problemləri olan insanlar tərəfindən yaşanan bir sıra tutmalardan ibarət olduğunu iddia edirlər. == Növləri == === Birinci növ === Qüdsə gələn insanların psixi rahatsızlıqları olur və şəhərə gəlir-gəlməz içində qaldıqları ağır dini atmosfer bu sindromu üzə çıxarır. Bu insanlar qatı dindar olub, Qüdsdə yarım qalmış dini missiyanı tamamlayacaqlarını və ya din adına gerçəkləşdirilməsi lazım olan bir məqsəd olduğuna inanırlar.
Qüds şəhristanı
Qüds şəhristanı (fars. شهرستان قدس‎) — Tehran ostanında inzibati ərazi vahidi. İnizbati mərkəzi Qüds şəhəridir. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 62.355 ailədə 237.077 nəfərdir.
Riyazül-Qüds
Riyazül-Qüds — Azərbaycan yazıçısı və mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun Kərbəlada baş verən hadisələrə, şiələrin əsas müqəddəslərinin həyat və əməllərinə həsr olunmuş nəsr dini şeiri. Tədqiqatçı Ənvər Əhmədov əsərin Bakıxanovun həyatının Quba dövrünə aid olduğunu qeyd edir. Əsər 1820-ci ilin payızında şiə sakinlərin xahişi ilə Azərbaycan dilində yazılıb (müəllifin sözlərinə görə o, bu əsəri hicri təqvimi ilə 1236-ci ildə Qubalı şiə təəssübkeşləri üçün yazmışdır). Əsər Hz. Əlinin oğlu İmam Hüseynin faciəli taleyi və Kərbəla hadisəsinə həsr olunub. Şiələrin zülm olunan haqqı qələmə alınıb."Riyazül-Qüds" Bakıxanovun ilk nəsr əsərlərindən biri sayılır və xronoloji olaraq onun ilk böyük epik əsərlərindəndir. "Riyazül-Qüds" on dörd fəsildən ibarətdir. Hər bir fəsildə müəyyən hadisə təsvir olunur. Fəsillər bir-biri ilə bağlı və bir-birini tamamlayan müstəqil novellalar kimi təqdim olunur. Həmçinin qeyd etmək lazımdır ki, əsərin nəsr mətninə şeirlər də daxil edilib.Bakıxanovun əsəri şiə dini ədəbiyyatının güclü təsiri altında yazılıb.
Grus grus
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Guru Guru
Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır. 1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən «Alman Sosialist Tələbə Birliyi» ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir. Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan «Rockpalast» verlişinə qonaq olan ilk alman qrupudur.
GPRS
GPRS (General Packet Radio Service — ümumi istifadə üçün paketli radiorabitə) — GSM mobil şəbəkələrində paketləri ötürmək üçün istifadə edilən texnologiyadır. GPRS-lə qoşularkən antenalarında hal-hazırda istifadə edilməyən səs kanalları istifadə edilir. Telefonun qurğusundan asılı olaraq bu qoşulma kanalları 2, 4 və daha artıq ola bilər. Ona görə də GRRS-lə qoşulma vaxtı internetdə məlumatlar 56 kbit/s-dən 114 kbit/s sürətinəcən ola bilər.
Grus
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Gürz
Əmud, Gürz, Toppuz və ya şeşpər, düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. == Hazırlanması == Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. == İstifadəsi == Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. == Digər dillərdə == Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Quaş
Quaş (Sulu boya) — daha çox sıx və tutqun yapışqanlı, suda həll olunan rəngli boya növüdür. Quaş termini əvvəlcə Fransada XVIII əsrdə yarandı, ancaq bu rəngin yaradılması texnikası çox-çox əvvəllər — orta əsrlərlərə Avropada istifadə olunurdu. Orta əsrlərlərə kitab miniatürləri artıq adi akvarellə kombinasiyada sulu boyayla yerinə yetirilirdi. İntibah dövrünün rəssamları eskizlər, kartonlar və başqa hazırlıq işlərləri üçün, həmçinin portret miniatürləri üçün sulu boyanın texnikasını tətbiq edirdilər. Sulu boyanın texnikasının çiçəklənməsi XIX əsrin sonu — XX başlanğıcına təsadüf edir. Rusiyada rəssamlar birliyinin "İncəsənət Dünyası" quaşın (sulu boyanın) dekorativ keyfiyyətlərindən istifadə edərək böyük sənət əsərləri yaratdılar. Quaş tipli rənglər ağ boyaqlara (ruşullara) rəngli piqmentlərin və yapışqanların əlavə edilməsiylə hazırlanır. Ağ rəngli sulu boya ilə (ruşulların) rəng qatışığından alınan quaşa tutqun rəng zərifliyi (lətifliyi) verir, amma boyadan istifadə zamanı onun qurudulması vaxtı bir qədər vaxt aparır ki, rəsm çəkmə prosesində hər bir rəssam bunu nəzərə almalıdır. Quaş tipli boyaların köməyi ilə tünd tonları işıqlı tonlarla əvəz etmək daha asan olur. Sulu boya işlənmiş (çəkilmiş) rəsm və ya təsvir rütubətli yerdə saxlanılan zaman daha daha tez rənglərin tonu dəyişir.
Qurd
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Börü (بُرى / 𐰋𐰇𐰼𐰃) sözü bütün türk dillərində müxtəlif formalarda işlənilir (büre, börö, böri və s.) və tarixdəki ən əski qaynağı 731-ci ildə ölən Kültəkinin qəbirüstü yazısıdır. == Qısa məlumat == Qurdlar yaz başları cütləşirlər. Boğazlıq müddəti 63–65 gündür. Qışda cütləşir, yazda küçükləyirlər, 5–6 bala doğurlar.
Quru
Quru (ing.guru, ru.гуру) — (slenq) kompüterdən çox yaxşı başı çıxan kimsə. O, yaranan problemləri həll edə, suallara cavab verə və, demək olar ki, çıxılmaz vəziyyətlərdə çox dəyərli məsləhətlər verə bilər. Quru sanskrit kökənli bir termin olub, hinduizm və buddizm mistisizmində "mürşid", "ustad" anlamına gəlir). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Quruş
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır. == Coğrafi mövqeyi == Quruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır. Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur. == Tarixi == 1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi.
Xurs
Xurs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.Eyniadlı bələdiyyənin mərkəzidir. Tərkibində aşağı Xurs və yuxarı Xurs kəndləri var. Rayonun mərkəzindən şimal-şərqdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarındadır . == Tarixi == Xurs Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Gilan çayı sahilindədir. Tədqiqatçılar bu oykonimi Gorus etnoniminin variantı hesab edirlər. Dərədə yerləşdiyi üçün dərə Xurs kimi də tanınır . Toponimiyada Xırs- Ayı yəni (ayı basan dərə ) mənasını verir . == Əhalisi == Əhalisi 167 nəfərdir. Əhalisi maldarlıq, bağçılıq və arıçılıqla məşğuldur.
Guts
Guts — amerikalı müğənni Oliviya Rodriqonun ikinci studiya albomu. 8 sentyabr 2023-cü ildə Geffen Records tərəfindən buraxılıb. Albomdan ilk sinql "Vampire" 30 iyun 2023-cü ildə buraxılıb və çox qısa zamanda Billboard Hot 100 hit-paradında birinci mövqeyi tutmuşdur. İkinci sinql "Bad Idea Right?" 11 avqust 2023-cü ildə yayımlanıb, mahnı ABŞ-nin Billboard "Hot Rock & Alternative Songs" hit-paradının ilk onluğuna daxil olmuşdur.
Gur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Qur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Quş
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41- 42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Adi qur-qur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Xırda qur-qur
Dəli Qurd
Dəli qurd - türk şairi, tarixçisi, yazıçısı və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın 1958-ci ildə yazdığı romandır. == Mövzu == Roman, Osmanlı imperiyasında olan hadisədən bəhs edir. Osmanlıda çoxhakimiyyətlilik dövründə taxta namizədlərdən biri olan İsa bəy, gücünü itirməyə başlayınca xanımı Bala Xatunu adamlarından biri olan Çakıra əmanət edir və onu qaçırmasını istəyir. Çünki Osmanlı adətlərinə görə taxt uğrunda mübarizələrdə sadəcə həmin şəxsin özü yox, onun soyundan gələn hər kəs öldürülürdü və Bala Xatun da hamilə idi. Çakır uğurla Bala Xatunu qaçırır və süd anasının yanına yerləşdirir. İllər keçir, Çakır sipahi olur və süd anasının yanına gəlir. Süd anasının yanına getdiyi vaxt Bala Xatunun İsa bəyin ölümündən qısa müddət sonra öldüyünü öyrənir. Bu zaman İsa bəyin oğlu Murad böyümüşdür. At minməyi, hərəkətlərinə görə ona "Dəli qurd" ləqəbi verilmişdir. Murad, 16 yaşındakı Osmanlı ordusuna girmiş və qısa müddət sonra isə sipahi olmuşdur.
Grus japonensis
Yapon durnası (lat. Grus japonensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Uzaq Şərq və Yaponiya ərazisində yayılmış nadir növ. Onların ümumi sayı 1700–2000 baş olaraq qiymətləndirilir. Tamamən yoxa çıxması təhlükəsi qarşısında olmuşdur. Bu səbəbdən Beynəlxalq və yerli qanunlarla qorunur. XX əsrin üçüncu yarısında yapon durnası artıq Hokkoyda adasında geniş əraziyə yayıldıqdan sonra artıq qonşu Saxalin, Kunaşir, Habomai adalarında da görünməyə başlayır. == Təsviri == Ən böyük durna növlərindən biridir. Boyu 158 sm, çəkisi 7,5 kq-dır. Xariçi görünüş baxımından digər durna növlərindən fərqlənir.
Grus leucogeranus
Leucogeranus leucogeranus (lat. Leucogeranus leucogeranus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin leucogeranus cinsinə aid heyvan növü. == Kateqoriyası == Azərbaycanda heç bir mənfi təsirə məruz qalmadan həmişə kritik vəziyyətdə olub. == Qısa təsviri == Ümumi rəngi ağdır. Ancaq qanadının ucu qaradır. Ayağı, dimdiyi və gözlərinin ətrafındakı ləkəsiz dəri parlaq qırmızıdır. == Yayılması == Rusiyada, əsasən, tundra qurşağında nəsil verir. İranda, Çində və Hindistanda qışlayır. Azərbaycanda Lənkəran ovalığında köç vaxtında qeyd olunub. == Yaşayış yeri və həyat tərzi == Miqrasiya vaxtında və qışlaqlarda, keçilməz açıq bataqlıqların və göllərin dayaz su sahələrində olur.
Grus nigricollis
Qaraboyun durna (lat. Grus nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Çin və Hindistanın Tibet yaylası ərazisində yayılmışdır. Alp qurşağında müşahidə edilən yegahə durna növüdür. Bu nadir quş Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir. Onların ümümi sayı 5000–6000 arasında dəyişir. Bu quşlar ilk dəfə 1872-ci ildə Nikolay Prjevalski tərəfindən təsvir edilmişdir. O, onları Kukunor göü ətrafında müşahidə etmişdir. Təbiətdə bu növ durnalar 20–30 il yaşaya bilirlər. == Təsviri == Nəhəng quş 115 sm hündürlüyə və 5,35 kq çəkiyə sahibdirlər.
Grus turfa
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.