Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qədiriyyə
Qədiriyyə-sufi yönümlü islam təriqəti Əbdülqadir Geylani (v.562/1166) tərəfindən qurulmuşdur. Əbdülqadir Geylani, Xəzər dənizinin şimali qərbində Gilana bağlı Neyf kəndindəndir. Nəslinin Əli (r.a) yə dayandığı rəvayət edilir. Təhsilini dövrün elm və irfan mərkəzi olan Bağdadda almışdı. Hədis, fiqh və ədəbiyyat kimi elmlərin arxasınca Əbul-Xeyr Məhəmməd ibn Müslim əd-Dəbbas (v.525/1131) vasitəsilə təsəvvüf yoluna girdi və şeyxinin yeznəsi oldu. Bir müddət təfsir, hədis, fiqh və qiraət elmlərindən dərs dedi. Ancaq daha sonra mədrəsədəki tədris vəzifəsindən ayrılaraq inzivaya çəkildi. Rəvayətə görə, iyirmi beş ilə qədər Bağdad və Kərh xarabalıqlarında riyazət və inziva həyatı yaşadı. Nəhayət Əbu Səid Mübarək tərəfindən ona şeyxlik xirqəsi geyindirildi və xalqın arasına qarışaraq irşad xidmətinə başladı. Əbdülqadir Geylani, əvvəllər Şafii məzhəbinə, daha sonra isə uyğun gördüyü Hənbəli məzhəbinə keçdi və bu məzhəbin müdafiəçisi oldu.
Qədriyə Teymurbulatova
Qədriyə Teymurbulatova və ya Kadriya Temirbulatova (rus. Темирбула́това Кадрия Уразбаевна; d. 14 dekabr 1948, SSRİ, RSFSR, Dağıstan MSSR, Noqay rayonunun Terekli-Məktəb kəndi – ö. 30 iyun 1978, SSRİ, RSFSR) — görkəmli noqay şairi. Qədriyə Orazbay qızı Teymurbulatova 14 dekabr 1948-ci ildə Rusiyanın Dağıstan MSSR-nın Noqay rayonunun Terekli-Məktəb kəndidində çoban ailəsində anadan olmuşdur. Qədriyəni 1954-cü ildə, hələ 5 yaşı tamam olmamış kəndlərindəki orta məktəbin birinci sinfinə aparırlar. Həmin illərdə uşaqlar 7 yaşından birinci sinifə qəbul edilirdilər. Ona görə də Qədriyə sinifdəkilərdən həm yaşca kiçik, boyca da balaçaymış. Buna baxmayaraq iti qavramasıyla, dərin zəkasıyla sinif yoldaşları arasında seçilərək müəllimlərinin sevimlisinə çevrilir. 1965-ci ildə Terekli-Məktəb kənd orta məktəbini bitirərək, Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji İnstitutunun Filalogiya fakültəsinə daxil olmuşdur.
Fəxriyyə
Fəxriyyə — qəsidənin bir növü. Bu janrda yazılmış əsərlərdə müəllif öz şairlik qüdrətindən fəxrlə söz açır. == Ərəb Ədəbiyyatında Fəxriyyə == Klassik ərəb ədəbiyyatında fəxriyyə mövzusu ən çox yayılmış mövzulardan biridir. Bu şeirlərdə şairlər öz tayfaları ilə, əcdadları, özləri, qəhrəmanlıqları, igidləri ilə fəxr edirlər.
Mədariyyə
Mədariyyə — Hindistan, Nepal və Banqladeşdə yayılmış sufi təriqəti. Bu, Hindistanın xüsusilə Uttar-Pradeş, Məvat, Bihar, Qücərat və Qərbi Benqal kimi şimal ərazilərində yayılmışdır. Sinkretik cəhətləri və batini zikrə vurğusu ilə tanınan bu təqirət sufi övliyası Bədiəddin (həmçinin Şah Mədar kimi də tanınır) tərəfindən yaradılmışdır. Təriqət Bədiəddinin indiki Hindistanın Uttar-Pradeş ştatı ərazisində yerləşən Kanpur rayonunun Makanpur qəsəbindəki dərgahında mərkəzləşmişdir. IX əsrdə yaşamış Bəyazid Tayfur Bəstami təlimlərinə əsaslanan Tayfuriyyə təriqətindən törəmiş yaranan Mədariyyə Moğol imperiyasının son dövrlərində, XV–XVII əsrlərdə zirvəsinə çatmışdır. Əksər sufi təriqətlərində olduğu kimi, Mədariyyənin adı da qurucusunun adından nisbə götürərək yaradılmışdır.
Mədhiyyə
Panegirik (lat. Panegyrikus, q.yun. πανηγυρικος, πανηγυρις), həmçinin mədhiyyə və ya mədhnamə (ərəb. مديح‎ + fars. نامه‎) — bir şəxs və ya əşyanın yüksək tərifi ilə ifadə edilən rəsmi ictimai çıxış və ya yazılı əsər. Antik dövrlərdən XVIII əsrədək kiminsə ölümü münasibətilə yazılmış çıxışlardan ibarət ədəbi janr, həmçinin ədəbi əsərlərdə və çıxışlarda hər cür tərif epizodları panegirik adlansa da, XIX əsrdən başlayaraq əsassız tərifləri ifadə etmək üçün işlədilir. Yunanlar dəfn mərasimlərində çıxış etmək adətini misirlilərdən qəbul etmiş və bu ənənə əsasında ədəbiyyatın və natiqlik sənətinin xüsusi bir növünü yaratmışlar. Artıq Solonun dövründə tanınmış şəxslərin dəfn mərasimlərində çıxışlar istənilən şəxs tərəfindən yox, bunun üçün xüsusi təyin edilmiş məşhur bir natiq tərəfindən edilirdi. Qədim Romada isə "Ölülər haqda ya yaxşı, ya heç nə" (De mortuis aut bene, aut nihil) yanaşması mövcud idi və bu səbəbdən məzar başındakı çıxışlar rəsmi xarakter alır və son nəticədə həyatda olanların mədh olunması üçün bəhanəyə çevrildi. Qədim dövrün panegirikləri arasında ən diqqətəlayiqləri Periklin Marafon və Salamin döyüşlərində həlak olanların xatirəsinə və Lisinin Korinfə qarşı döyüşənlərə həsr etdiyi çıxışlardır.
Qadiriyyə
Qədiriyyə-sufi yönümlü islam təriqəti Əbdülqadir Geylani (v.562/1166) tərəfindən qurulmuşdur. Əbdülqadir Geylani, Xəzər dənizinin şimali qərbində Gilana bağlı Neyf kəndindəndir. Nəslinin Əli (r.a) yə dayandığı rəvayət edilir. Təhsilini dövrün elm və irfan mərkəzi olan Bağdadda almışdı. Hədis, fiqh və ədəbiyyat kimi elmlərin arxasınca Əbul-Xeyr Məhəmməd ibn Müslim əd-Dəbbas (v.525/1131) vasitəsilə təsəvvüf yoluna girdi və şeyxinin yeznəsi oldu. Bir müddət təfsir, hədis, fiqh və qiraət elmlərindən dərs dedi. Ancaq daha sonra mədrəsədəki tədris vəzifəsindən ayrılaraq inzivaya çəkildi. Rəvayətə görə, iyirmi beş ilə qədər Bağdad və Kərh xarabalıqlarında riyazət və inziva həyatı yaşadı. Nəhayət Əbu Səid Mübarək tərəfindən ona şeyxlik xirqəsi geyindirildi və xalqın arasına qarışaraq irşad xidmətinə başladı. Əbdülqadir Geylani, əvvəllər Şafii məzhəbinə, daha sonra isə uyğun gördüyü Hənbəli məzhəbinə keçdi və bu məzhəbin müdafiəçisi oldu.
Xəmriyyə
Xəmriyyə (ərəb. خمريات‎, fars. خمریه‎ — şərab poeziyası) - ərəbdilli və farsdilli ədəbiyyatda İslamın qadağan etdiyi şərabı mədh edən ədəbi hərəkatdır. Esat Ayyıldız, "Ebû Nuvâs’ın Şarap (Hamriyyât) Şiirleri". Bozok Üniversitesi İlahiyat Fakültesi Dergisi 18/18 (Aralık 2020): 147-173.
Hədiyyə
Hədiyyə — mal-mülkü kiməsə bağışlamaq. Hədiyyə adətən doğum günlərində, bayramlarda və yeni ildə verilir. Hədiyyə vermənin səbələri müxtəlif ola bilər. Bunlardan ən geniş yayılanı aşağıdakılardır: Adət və bayramlar (Doğum günləri, Bayramlar, Toy və s. hədiyyələr) Minnətdarlığın və ehtiramın ifadəsi Dostluq və ya sevgi etirafı Təsəlli xarakterli.
Ədliyyə
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Fəxriyyə Evcen
Fəxriyyə Evcən (4 iyun 1986, Zolingen[d], Şimali Reyn-Vestfaliya) — Türk aktrisası. == Həyatı == Fəxriyyə Evcən 4 iyun 1986-cı ildə Almaniyada anadan olub. Atası Salonik köçkünü, anası isə çərkəz mənşəlidir. Ailəsi uzun müddət Samsunda yaşayıb. Fəxriyyə evin kiçik qızıdır. Ailədə ondan yaşca böyük üç bacısı var: Neşe, Ayşən və Dəmət. Fəxriyyə Düsseldorf Universitetinin sosial elmlər fakültəsində təhsil alıb. O, türk, alman, ingilis və ispan dillərini bilir. Fəxriyyə Almaniyadan Türkiyəyə tətilə gəldiyi zaman rejissorların diqqətini cəlb edib. Təhsilini yarımçıq qoyan Fəxriyyə anası ilə birlikdə İstanbula yerləşib.
Fəxriyyə Evcən
Fəxriyyə Evcən (4 iyun 1986, Zolingen[d], Şimali Reyn-Vestfaliya) — Türk aktrisası. == Həyatı == Fəxriyyə Evcən 4 iyun 1986-cı ildə Almaniyada anadan olub. Atası Salonik köçkünü, anası isə çərkəz mənşəlidir. Ailəsi uzun müddət Samsunda yaşayıb. Fəxriyyə evin kiçik qızıdır. Ailədə ondan yaşca böyük üç bacısı var: Neşe, Ayşən və Dəmət. Fəxriyyə Düsseldorf Universitetinin sosial elmlər fakültəsində təhsil alıb. O, türk, alman, ingilis və ispan dillərini bilir. Fəxriyyə Almaniyadan Türkiyəyə tətilə gəldiyi zaman rejissorların diqqətini cəlb edib. Təhsilini yarımçıq qoyan Fəxriyyə anası ilə birlikdə İstanbula yerləşib.
Fəxriyyə Xələfova
Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi. == Həyatı == Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Məşhur Xələfbəyovlar nəslindəndir. Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin İnsan beyninin neyrofiziologiyası ixtisası üzrə Biologiya fakültəsində təhsil almışdır (1985–1990). Sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir (1994). Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir (1997). 1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur.
Qadsiyyə döyüşü
Qadisiyyə (Kadisiyyə) döyüşü — 636-cı ildə baş vermiş döyüş. Döyüş sasanilərlə ərəblər arasında baş tutmuş və ərəblər qələbə qazanmışlar. 633-cü ilin əvvəlindən və bir neçə il ərzində ərəblər farslara qarşı bir neçə mühüm döyüşdə qalib gələ bildilər. Bir sıra belə dağıdıcı döyüşlərdən sonra farslar başa düşdülər ki, ərəblərin yaratdığı bu təhlükəni qiymətləndirməmək düzgün deyil. Onların hərbi gücünü dəf etməyə ciddi hazırlıq işləri görüldü. İran dövlətini faktiki olaraq o dövrdə sərkərdə Rüstəm idarə edirdi, çünki kiçik padşah III Yezdigird o zaman Ktesifonun əsl başçısı deyildi. Rüstəm padşahın əmrinə əsasən, İranın bütün əyalətlərindən qoşun verməyi tələb etdi və bu yığım bütün il ərzində davam etdi. Albaniya hökmdarı Varaz Qriqor oğlu Cavanşiri göndərdi. Əsas hərbi əməliyyatlar üçün düşərgə Qadisiyyə ətrafında quruldu. Rüstəm, tarixçilərin də dediyi kimi, problemi hərbi əməliyyatlara əl atmadan həll etmək ümidi var idi.
Qədisiyyə mühafəzası
Qadisiyyə mühafəzəsi İraqın 18 mühafəzəsindən biri. Qadisiyyə mühafəzəsinin ərazisi 8.153 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 751.331 nəfər, inzibati mərkəzi Divaniyyə şəhəridir.
Qədisiyyə mühafəzəsi
Qadisiyyə mühafəzəsi İraqın 18 mühafəzəsindən biri. Qadisiyyə mühafəzəsinin ərazisi 8.153 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 751.331 nəfər, inzibati mərkəzi Divaniyyə şəhəridir.
Qədisiyyə mühafəzəsı
Qadisiyyə mühafəzəsi İraqın 18 mühafəzəsindən biri. Qadisiyyə mühafəzəsinin ərazisi 8.153 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 751.331 nəfər, inzibati mərkəzi Divaniyyə şəhəridir.
Fəxriyyə Bağırova
Fəxriyyə Bağırova — (31 mart 2006 - Bakı, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Araz-Naxçıvan" klubunun yarımmüdafiəçisi == Həyatı və Karyerası == 2022-ci ildən etibarən "Neftçi" klubunda çıxış etməyə başladı. Həmin sezon, yəni 2022/2023-cü il sezonunda "Neftçi" ilə Azərbaycan Yüksək Qızlar Liqasında gümüş medal əldə etdi. 2024-cü ilin digər yarısından etibarən isə "Araz-Naxçıvan" klubunda çıxış etməyə başladı.
Dəriyyə əmirliyi
Birinci Səudiyyə dövləti və ya Diriyyə əmirliyi (ərəb. إمارة الدرعية‎) — 1744-cü ildən 1818-ci ilə qədər Osmanlı Ərəbistanı torpaqlarında (indiki Səudiyyə Ərəbistanı) mövcud olmuş dövlət. Səud sülaləsinin idarə etdiyi birinci dövlət. Paytaxtı Diriyyə şəhəri olduğundan, bəzi tarixçilər əmirliyi Diriyyə əmirliyi adlandırırlar. == Tarixi == Diriyyə şəhərinin əmiri Məhəmməd ibn Səud yerli əmirlərlə yaxın münasibətlər qurur, tərəfdarları ilə ətraf bölgələrə yürüşlər edirdi. Məhəmməd ibn Əbdülvahhab öz adına xütbələr oxutmağa başladı. Bu da, Osmanlı imperiyasına qarşı mübarizədə ərəb hərəkatının əsas ideoloji bazasını təşkil edirdi. 1765-ci ildə Məhəmməd ibn Səud öldü və yerinə oğlu Əbdüləziz keçdi. Əbdüləziz ibn Məhəmməd əl-Səud müsəlman-vəhhabilərin imamı kimi Diriyyə əmirliyini güclü bir dövlətə çevirə bildi. 1773-cü ildə Ər-Riyadı işğal edən Səudlar, bütün Nəcdi özlərinə tabe etdilər.
Hədiyyə (dəqiqləşdirmə)
Hədiyyə — bir əşyanı kiməsə bağışlamaq. Hədiyyə (film, 2015) — film. Hədiyyə (film, 2016) — film.
Hədiyyə Məmmədzadə
Hədiyyə Məmmədzadə (1892 Gürcüstanın Asxuri k.-1951Bakı) — Azərbaycan jurnalisti, maarifçi, pedaqоq, xeyriyyəçi. == Həyatı == Hədiyyə Xəlil qızı Bakıda 2-ci rus-müsəlman qız məktəbində oxumuşdur. 1909-cu ildə "Səadət" cəmiyyətinin Ağdaşda açdığı ilk qız məktəbində müdir işləmişdir. "Məktəb", "İşıq" jurnallarında çıxış etmiş, xalqı maarifə çağırmışdır. 1914-18 illərdə Tiflisdə Qafqaz müsəlman qadınları "Xeyriyyə cəmiyyətinin" təşkil etdiyi uşaq himayədarlığı evində tərbiyəçi işləmişdir. Ali təhsil aldıqdan sonra Bakıda, Zaqatalada və s. yerlərdə müəllimlik etmişdir. Gürcüstanın Asxuri kəndində maarifçi ailəsində dоğulmuş, təhsilini kəndində və Bakıdakı rus-müsəlman məktəbində almış, əmək fəaliyyətinə müəllimlikdən başlamışdır. Bir müddət Ağdaşda ilk qız məktəbinin müdiri, Tiflisdə, Bakıda, Zaqatalada və b. yerlərdə məktəbdarlıq etmişdir.
İnzibati ədliyyə
İnzibati ədalət — dövlət idarəetmə sistemində hüququn aliliyinə riayət olunmasına nəzarət edən ixtisaslaşmış orqanlar və ya xüsusi məhkəmələr sistemi. Dar mənada bir tərəfdən vətəndaş və ya təşkilatla digər tərəfdən dövlət orqanı arasında olan inzibati-hüquqi mübahisələrin həlli üçün xüsusi prosessual prosedurdur. Dünyanın bir çox ölkələrində belə bir sistem yaradılmışdır. Десницкий, Семён Ефимович. Представление об учреждении законодательной, судительной и наказательной власти в Российской империи.// Избранные произведения русских мыслителей второй половины XVIII века. М.,1952. -Т.1.- С.300-311. Куплеваский, Николай Осипович. Административная юстиция в Западной Европе. Харьков, Куплеваский, Николай Осипович.
Səriyyə Cəfərova
Səriyyə Cəfərova — yazıçı, publisist, müstəqil jurnalist. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri. Qarabağ müharibəsi veteranı - hərbi repartyor. Səriyyə Müslüm qızı Cəfərova 1960-cı ildə Xocalı şəhərində anadan olmuşdur. Xocalı soyqırımının canlı şahididir. Soyqırım zamanı anasını, yaxın qohumlarını itiribdir. 1992-ci ildə Xankəndindəki Pedoqoji Universitetini bitirmişdir. 1991-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. 1991-ci ildə "Xocalının səsi" qəzetində xüsusi müxbir, həm də "Səhər" qəzetinin bölgə müxbiri işləmişdir. Xocalı soyqirımından bəhs edən ilk kitabı "Qan üstünə qan yağırdı" adı altında 1992-ci ildə nəşr olunmuşdur.
Səriyyə Xəlilova
Səriyyə Xəlilova — Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri idi. Səriyyə Xəlilova 1933-cü ilin yanvarında Bakıda doğmaları – atası və qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Bu cinayət mövhumatçı kəsimin yenilikçi qadınlara qarşı çıxmasının tipik nümunəsi sayılır. Belə ki, Səriyyə Xəlilova Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri olmuşdur. Səriyyə Xəlilovanın dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məişətinin dayaqlarına qarşı ciddi etiraz nümayişinə çevrilmiş, minlərlə qadın dəfn mərasiminə qatılmışdır. Fabrik, zavod, kolxoz və sovxozlarda işçi və kəndli qadınlar Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətlərini bildirmiş və öz hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içmişdilər. Azərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın qızı Rəbiyyə Sultanzadə bu haqda belə xatırlayır: "Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də." Səriyyə Xəlilovanın xatirəsi cəmisi 1 il sonra "İsmət" (digər adı — "Adətin məhvi") bədii filminin çəkilişləri ilə əbədiləşdirilir.
Ədliyyə Nazirliyi
Ədliyyə Nazirliyi (Azərbaycan)
Xeyriyyə
Xeyriyyəçilik və ya xeyriyyəçilik fəaliyyəti (philanthropy) – fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən, maddi və ya digər yardıma ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür yardım göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız yardım göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı hallarda yardım göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır: 1.Bu cür yardımı alan şəxs yardımı göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə; 2.Bu cür yardımı alan və yardımı göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa; 3.Bu cür yardım hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə. Xeyriyyə təşkilatı, xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.
Kitab-ül Bəhriyyə
Kitab-ül Bəhriyyə və ya Dənizlər kitabı (osman. >كتاب بحرية türk. Kitâb-ı Bahriye) — Osmanlı dənizçisi, admiralı Piri Rəis tərəfindən hazırlanmış Aralıq dənizi sahillərinin ətraflı xəritəsi-bələdçisi əsəridir. Kitabda dənizçilərə Aralıq dənizi sahilləri, onun adaları, keçidləri, boğazları, körfəzləri, fırtına zamanı hara sığınacaq axtarmalı, limanlara necə yaxınlaşmalı, eləcə də limanlar arasında naviqasiya üçün dəqiq marşrutlar haqqında məlumat verilir. Kitab-ül Bəhriyyənin iki variantı var. Birincisi 1521-ci ilə aiddir və dənizçilərin istifadəsi üçün hazırlanmışdır. İkincisi, 1526-cı ildə Qanuni Sultan Süleymana təqdim edilmək üçün hazırlanmış daha təfərrüatlı və təmtəraqlı nüsxəsidir. == Tarixi == Böyük kartoqraf olmaqla yanaşı, böyük dənizçi olan Piri Rəis getdiyi yerlər haqqında məlumatları qeydə alır, xəritələrini çəkirdi. 1511-1513-cü illər arasında ilk dünya xəritəsini çəkərkən (Piri Rəis xəritəsi) naviqasiya qeydlərini kitab şəklində tərtib etməyə başladı. Nəhayət, xarici mənbələrdən istifadə edərək 1521-ci ildə tamamladığı Kitab-ül Bəhriyyə də bu yerlərin tarixi və coğrafi xüsusiyyətlərini topladı.
Vaqiəyi-Xeyriyyə
Vaqiəyi-Xeyriyyə (Yaxşı Hadisə) — 16 iyun 1826-cı ildə Osmanlı sultanı II Mahmud tərəfindən Yeniçəri ocağının artilleriya atəşinə tutulması və sağ qalanlarının isə edamı ilə nəticələnən hadisələrə verilən addır. Ruse deputatı, Ələmdar Mustafa Paşa və ardıcılları 1807–1808-ci illərdə baş vermiş Kabakçı Mustafa üsyanı zamanı hakimiyyətdən salınmış Sultan III Səlimi yenidən taxta çıxarmaq üçün bəzi danışıqlar aparmağa başladılar. Nəhayət 16000 nəfərlik bir ordu ilə İstanbula gedən Ələmdar Mustafa Paşa Hacı Əli Ağanı İstanbula göndərdi və Kabakçı Mustafanı öldürdü (19 iyul 1808). Ordusu ilə İstanbula gələn Ələmmdar Mustafa Paşa, bir çox qiyamçını öldürdükdən sonra Babıalıya gəldi. Arif Əfəndini (Ərəbzadə) şeyxülislam etdikdən sonra saraya getdi. Sultan IV Mustafa, Ələmdar Mustafa Paşanın Sultan III Səlimi padşah etmək üçün gəldiyini söyləyən şeyxülislamı qovdu və qardaşı Şahzadə Mahmudun və əmisi Sultan III Səlimin öldürülməsi əmrini verdi. Sultan III. Səlim dərhal öldürüldü. Şahzadə Mahmud, cariyələrin və xidmətçilərinin köməyi ilə sarayın damına qaçırıldı. Ələmdar Mustafa Paşa, Sultan IV Mustafanı taxtdan endirərək taxta II Mahmudu gətirdi. Sultan II Mahmud, taxta çıxmasına səbəb olan Ələmdar Mustafa Paşanı sədrəzəm (böyük vəzir) etdi.
Xeyriyyə təşkilatı
Xeyriyyə təşkilatı, ehtiyacı olanlara kömək etmək üçün qurulan qeyri-kommersiya təşkilatıdır. İnsanların pulsuz istifadəsi üçün bir xeyriyyə təşkilatı və ya xeyriyyəçi tərəfindən inşa edilən bulaq, məktəb və xəstəxana kimi tikililərə xeyriyyəçilik üçün tikilmiş binalar deyilir. Xeyr, ərəb dilindən Azərbaycan dilinə keçən bir söz olub, mənası "qarşılıq gözləmədən edilən yaxşılıq" deməkdir. Xeyriyyəçilik təşkilatları çox geniş sahələrdə fəaliyyət göstərirlər. Məsələn, həm yaşlılara, həm küçə uşaqlarına, həm kasıblara, həm sahibsiz heyvanlara, həm qaçqınlara, həm müəyyən bir xəstəlikdən əziyyət çəkən insanlara həm maddi baxımdan, həm də mənəvi bacuny yardım etməyə çalışan xeyriyyə təşkilatları olduğu kimi, təbiətin və ətraf mühitin qorunması üçün fəaliyyət göstərən xeyriyyə təşkilatları da mövcuddur. Xeyriyyə təşkilatlarının fəaliyyəti, ümumiyyətlə, toplanan yardım və ianələr hesabına maliyyələşdirilir. Bundan əlavə, bəzi xeyriyyə təşkilatları hökumətlər və beynəlxalq təşkilatlar tərəfindəndə dəstəklənirlər. Bəzi xeyriyyə təşkilatlarının xərcləri onların adından yaradılan fondlar vasitəsilə təmin edilir.
Xeyriyyə (Armudlu)
Xeyriyyə — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində rusların Klarceti bölgəsini ələ keçirməsindən sonra buradan köçən gürcülərin indiki Armudlu rayonu sərhədləri daxilində məskunlaşdığı üç kənddən biridir. Digər iki kənd isə Səlimiyyə və Məcidiyyədir. Xeyriyyə kəndində məskunlaşan gürcülər Borçka mahalı sərhədlərindəki Devişkeli (indiki Qaynarca) və Adaquli (indiki Adagül) kəndlərini tərk etmişdilər. Gürcüstan tarixçisi Zakariya Çiçinadzenin 1893-cü ildə verdiyi məlumata görə, bu tarixə qədər Adaquli kəndində 30 təsərrüfat yaşamış, 20 təsərrüfat köç etmişdir. Həmin tarixdə Zəkəriyyə Çiçinadze yazmışdır ki, Rusiya idarəsinə tabe olan Devişkeli kəndindən 25 ailə Osmanlı ölkəsinə köçmüşdür. Kəndin adı 1911-ci il qeydlərində Sultaniyyə kimi qeyd olunmuşdur. 1928-ci il tarixli Osmanlı kəndi siyahısında adı Xeyriyyə (خیریە) olaraq qeyd edilmişdir. 1935-ci il siyahıyaalınmasında Xeyriyyə Bursa vilayətinin Gəmlik rayonunda yerləşən Armudlu nahiyəsinə bağlı kənd olmuşdur və o zaman əhalisi 230 nəfərdən ibarət idi. 1960-cı il ümumi siyahıyaalınmasında Xeyriyyə kəndinin köhnə adı Çiflik olaraq verilmişdir.