MƏDHİYYƏ

MƏDHİYYƏ (tərif məzmunlu şeir) [Hərdəmxəyal:] Müsəlman ədibi və mühərriri əlinə qələm götürəndə mədhiyyə yazmasa, yəqin bicdir və atasından xəbəri yoxdur (Anar); QƏSİDƏ Hər ikisi (Füzuli ve Nəfi) qəsidələrində digər sinif və saray şairləri kimi müəyyən bir sinfi ..sultanları, padşahları və digər saray əhlini mədh və səna etmişdi (A.Şaiq); MƏDİHƏ (kl.əd.) Özü də M.Ə.Sabir bu mətləbə işarə buyurur: “Puldan ötrü yalan mədihələr yazmağa iqtidarım yox isə də, doğru həcv yazmaqda çox hünərliyəm” (A.Şaiq); MƏDH, MƏDHNAMƏ.

MƏDH
MƏDHNAMƏ
OBASTAN VİKİ
Mədhiyyə
Panegirik (lat. Panegyrikus, q.yun. πανηγυρικος, πανηγυρις), həmçinin mədhiyyə və ya mədhnamə (ərəb. مديح‎ + fars. نامه‎) — bir şəxs və ya əşyanın yüksək tərifi ilə ifadə edilən rəsmi ictimai çıxış və ya yazılı əsər. Antik dövrlərdən XVIII əsrədək kiminsə ölümü münasibətilə yazılmış çıxışlardan ibarət ədəbi janr, həmçinin ədəbi əsərlərdə və çıxışlarda hər cür tərif epizodları panegirik adlansa da, XIX əsrdən başlayaraq əsassız tərifləri ifadə etmək üçün işlədilir. Yunanlar dəfn mərasimlərində çıxış etmək adətini misirlilərdən qəbul etmiş və bu ənənə əsasında ədəbiyyatın və natiqlik sənətinin xüsusi bir növünü yaratmışlar. Artıq Solonun dövründə tanınmış şəxslərin dəfn mərasimlərində çıxışlar istənilən şəxs tərəfindən yox, bunun üçün xüsusi təyin edilmiş məşhur bir natiq tərəfindən edilirdi. Qədim Romada isə "Ölülər haqda ya yaxşı, ya heç nə" (De mortuis aut bene, aut nihil) yanaşması mövcud idi və bu səbəbdən məzar başındakı çıxışlar rəsmi xarakter alır və son nəticədə həyatda olanların mədh olunması üçün bəhanəyə çevrildi. Qədim dövrün panegirikləri arasında ən diqqətəlayiqləri Periklin Marafon və Salamin döyüşlərində həlak olanların xatirəsinə və Lisinin Korinfə qarşı döyüşənlərə həsr etdiyi çıxışlardır.

Digər lüğətlərdə