Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəcil qəbiristanlığı
Gəcil qəbiristanlığı “Məqbərətül-Ürəfa (Ariflər məzarlığı)” — Təbriz in üç tarixi məzarlığından biri. == Tarixi == Gəcil və ya Məqbərətül-Ürəfa məzarlığı isə XII əsrdən bəri sufilərin və alimlərin dəfn yeri olmuşdur. Məşrutə hərəkatının bəzi tanınmış simaları və şəhidləri də həmin məzarlıqda dəfn edilib. Pəhləvilər hakimiyyətə gəldikdən sonra bu tarixi məzarlığı parka çevirmək bəhanəsi ilə dağıtdılar. Məqbərətülürəfa və yaxud Ariflər Məzarlığında Təbrizli Şəms kimi tarixi şəxsiyyətlərin dəfn edildiyi söylənməkdədir. Gülüstan Bağı Rza Pəhləvi dövründə tarixi məzarlığın üzərində tikilərək həmin məzarlıq məhv edilmişdir.
Dəmgil
Dəmgil — bitkilərdə, əsasən də meyvə və giləmeyvələrdə rast gəlinən xəstəlik. Dəmgil xəstəliyi tumlu meyvə bitkilərinə ən çox zərər verən və Azərbaycan şəraitində çox yayılan göbələk xəstəliklərindən biridir. Onu Fusicladium cinsinə aid göbələklər törədir. Bu xəstəlik zamanı meyvənmin səthində girdə, tutqun boz rəngli ləkələr əmələ gəlir. Meyvələrin erkən müddətlərdə zədələnməsi daha qorxuludur, çünki dəmgil ləkələrinin altında mantarlaşmış qoruyucu toxuma əmələ gəlir və meyvənin belə yerləri inkişaf etmir. Meyvə birtərəfli böyüyür, onun zədələnmiş yerlərinin toxuması çatlayır. Belə meyvələr əmtəəlik dəyərini, tamını itirir və uzun müddət saxlanıla bilmir. Yetişməsinə az qalmış zədələnən meyvələrin forması dəyişilmir. Bu meyvələr çatlamır, lakin 2-ci sorta aid edilir. Xəstəlik saxlanılma zamanı artmır və sağlam meyvələrə keçmir.
Təmsil
Təmsil (danışıq dilində - Məsəl) — epik növün ən qədim janrlarından biri. Bitki və heyvanların insanların xüsusiyyətləri ilə təsviridir və həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cismləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir. Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn: M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir: Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır.
Cəmil
Cəmil — Azərbaycanlı kişi adı. Cəmil Ağayev — Cəmil Debbouz — Cəmil bəy Haqverdiyev — Cəmil bəy Musayev — Cəmil bəy Vəzirov — Cəmil bəy Köçərlinski — Cəmil bəy Rəfibəyli — Cəmil Cahid bəy Toydəmir — Cəmil bəy Xazalanski — Cəmil Lənbəranski — Cəmil Mərdəm Bəy — Cəmil Sadıqbəyov — Cəmil Kavukçu — Cəmil Çiçək — Cəmil Əlibəyov — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984) Cəmil Quliyev — Azərbaycan kinorejissoru, İctimai Televiziyanın baş direktoru (2013-cü ildən).
Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Qəmgin Fəzi
Qəmgin Fəzi (1912, Daşkənd, Yeni Bəyazid qəzası – 2000, Yeni Daşkənd, Bərdə rayonu) — azərbaycanlı şair, II Dünya müharibəsi iştirakçısı. == Həyatı == Kərimov Fəzi Məşədi Qasım oğlu 1912-ci ildə Göyçə mahalınının Daşkənd kəndində anadan olub. Atası Məşədi Qasım (1863–1921) Göyçə mahalında çox hörmətli, adlı-sanlı şəxsiyyətlərdən və həmçinin 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edən igidlərdən olmuşdur. Məşədi Qasım Göyçə mahalındakı döyüşlərdən sonra ailəsi ilə birlikdə Qarabağa gəlmiş, Laçınlı Sultan Bəyin silahdaşı olmuş və erməni millətçilərinə qarşı qəhrəmanlıqla vuruşmuşdur. Bir neçə il Sultan Bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə orada vəfat etmiş və orada da dəfn olunmuşdur. Fəzi uşaq ikən ata və anasını itirdikdən sonra əmisi Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparmışdır. Hələ uşaqkən Fəzi dini çox dərin mənimsəmiş və şeirlərində də bunları çox aydın şəkildə ifadə etmişdir. Qəmgin Fəzi Aşıq Ələsgər ocağı ilə dostluq etmiş, qohumluğu da olmuşdur. 1941/45-ci illərdə Böyük Vətən müharibəsində topçu komandiri olmuş, orden və medallarla təltif olunmuşdur. 1953-cü ildə bir çox göyçəlilər kimi o da Bərdədə məskunlaşmalı olub.
Adil Cəmil
Cəmilov Adil Savalan oğlu (8 oktyabr 1954, Kilsəli, Kəlbəcər rayonu) — Azərbaycan şairi, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin (1985), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979), "Qızıl qələm" mükafatı laureatı (1998), Azərbaycanın əməkdar jurnalisti (2015). == Həyatı == Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirmişdir. ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla "Yazıçı" nəşriyyatının sərəncamına göndərilmişdir. Burada poeziya redaksiyasının redaktoru olmuşdur (1977-1990). "Həqiqət" qəzetində baş redaktor, "Bakı" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor (1990-1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993-1994), "Binəqədi" rayon qəzetinin redaktoru (1994-2001) işləmişdir. Hazırda "Ədəbiyyat qəzeti"nin şöbə müdiri vəzifəsində çalışır (2002-ci ildən). Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlasa da ilk mətbu şeiri - "Bahar" 1970-ci il martın 22-də "Mingəçevir işıqları" qəzetində dərc olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur.
Aşağı Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Qəsil Ağdaş rayonunun Qülbəndə inzibati ərazi vahidində kənd. Şirvan düzündədir, "aşağıda yerləşən Qəsil kəndi" deməkdir. Qəsil Azərbaycan dilinin dialektlərində və bəzi türk dillərində işlənən qas/qəs/qəjəl sözləri ilə bir kökdənolub, "otlaq, yamac" mənasını ifadə edir. == Din == Kənddə Aşağı Qəsil kənd məscidi dini icması fəaliyyət göstərir.
Cəmil Adıgözəlov
Cəmil Əli oğlu Adıgözəlov (29 aprel 2002; Ramana, Sabunçu rayonu, Bakı, Azərbaycan — 2 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmil Adıgözəlov 29 aprel 2002-ci ildə Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində anadan olmuşdur. 2008–2019-cu illərdə Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən tam orta məktəbi bitirmişdir. Subay idi. == Hərbi xidməti == Cəmil Adıgözəlov 2020-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Cəmil Adıgözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəmil Adıgözəlov 2 oktyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cəmil Debbouz
Camal Dəbuz (fr. Jamel Debbouze, 18 iyun 1975, Paris) — Mərakeş əsilli Fransa aktyoru, rejissoru, prodüseri və komediyaçısı. == Həyatı == 2006-cı ildə Kann Film festivalında "Vətənpərvərlər" filmindəki roluna görə aldığı Ən yaxşı aktyor mükafatı ilə daha çox tanınmışdır. İki dəfə Sezar mükafatına namizəd olmuşdur. Aktyor 1990-cı ildə, hələ 15 yaşında ikən Trappesdəki metro stansiyasında dostları ilə oynayarkən 150 km/saat sürətlə gedən bir qatarın çarpması nəticəsində sağ qolunun işləmə bacarığını itirmiş, 1992-ci ildə ilk dəfə qısametrajlı bir filmdə rol almış, sonrakı illərdə bir çox filmlərdə rol almışdır. 1996-cı ildə ilk tammetrajlı filmdə rol almış, 1998-ci ildən sonra zaman-zaman televiziyalarda komediya və əyləncə proqramlarının aparıcısı olmuş, seriallarda rol almışdır. 2004-cü ildə Olimpiya oyunları atəşini Fransa adından daşımışdır. == Filmoqrafiya == Les pierres bleues du désert (1992) Les Deux papas et la maman (1996) Zonzon (1998) Un pavé dans la mire (1998) Le Ciel, les oiseaux et... ta mère!
Cəmil Fərəcov
Cəmil Əliqulu oğlu Fərəcov (13 fevral 1946, Bakı – 1 avqust 2023) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu (1969), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib (1974). 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. 1997–2002-ci illərdə "Yaddaş" sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru, 2002–2006-cı illərdə Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri, 2006–2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb. Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var idi. Cəmil Fərəcov Fərəcov 1 avqust 2023-cü ildə vəfat edib. "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. == Filmoqrafiya == Arvadım Mənim, Uşaqlarım Mənim (1978) "Azərbaycan" dünyanı gəzir (film, 1984) "Azərbaycan"da dəniz səyahəti (film, 1976) Ağır şkaf (film, 1971) Axırıncı maqın sonu (film, 1974) Ayna və Həmid (film, 1990) Azərbaycan kinosu-80 (film, 1996) Azərbaycan məktəbi yüksəlişdə (film, 1972) Azərbaycan və Nobel qardaşları (film, 1991) Başdan ayağa (film, 1973) Bəhrə (film, 1984) Bir səfərin izilə (film, 1980) Biz qayıdacağıq (veriliş, 2007) (II) Çay daşının göz yaşı...
Cəmil Həsənli
Cəmil Həsənli (tam adı: Cəmil Poladxan oğlu Həsənli; 15 yanvar 1952, Ağalıkənd, Puşkin rayonu) — Azərbaycan tarixçi-alimi; siyasətçi; tarix elmləri doktoru (1992) — professor (1993); Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi (2009); Milli Şuranın qurucu üzvlərindən biri (2013); Azərbaycan Respublikasının əməkdar müəllimi (2009); Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası üzrə professoru (1993–2013); Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı. Milli Şuranın sədri və lideri. == Həyatı == Cəmil Poladxan oğlu Həsənov 15 yanvar 1952-ci ildə Biləsuvar rayonunun Ağalı kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə Cəlilabad rayonunun Alar kənd orta məktəbində təhsil almışdır. 1970-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (ADU) Tarix fakültəsinə daxil olmuş və 1975-ci ildə həmin fakültəni bitirmişdir. 1977-ci ilin payızında ADU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası üzrə əyani aspiranturaya daxil olmuş və 1980-ci ildə buranı bitirmişdir. 1983–1984-cü illərdə Moskva Dövlət Universitetində ixtisaslaşma kursu keçmişdir. 1984-cü ildə ADU-nun ixtisaslaşdırılmış müdafiə şurasında "SSRİ-Amerika münasibətləri" mövzusunda namizədlik müdafiə edib tarix elmləri namizədi dərəcəsini almışdır. 1990-cı ildə Xalq təhsili üzrə SSRİ Dövlət Komitəsinin qərarı ilə dosent elmi adına layiq görülmüşdür. 1992-ci ildə "Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918–1920" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
Cəmil Həşimli
Cəmil Əflatun oğlu Həşimli (11 avqust 1995, Kürdəmir – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmil Həşimli 1995-ci il avqustun 11-də Kürdəmir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Cəmil Həşimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəmil Həşimli oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəmil Kavukçu
Cəmil Niftaliyev (türk. Naza Cəmil; 1951) — hekayə və roman yazarı. == Həyatı == 1951-ci ildə Türkiyədə anadan olub. == Yaradıcılığı == Yaradıcılığa 1980-ci illərdən başlayıb. "Bazar günəşi" adlanan ilk hekayələr kitabı 1983-cü ildə çap olunub. "Dönüş" və başqa romanların müəllifidir. Hekayələrində əsasən sadə insanların həyatından bəhs olunur.
Cəmil Lənbəranski
Cəmil bəy Ləmbəranski (1884, Lənbəran, Cavanşir qəzası – 1959, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, travmatoloq, ortoped, dosent, əməkdar həkim, səhiyyə əlaçısı. == Həyatı == Cəmil Ləmbəranski 1884-cü ildə Cavanşir qəzasının Lənbəran kəndində anadan olmuşdur. 1913-cü ildə Kiyev Universitetinin tibb fakültəsini qurtarmışdır. Universiteti bitirdikdən sonra Tərtərdə zemski həkim işləmişdi. Cəmil bəy 1919-cu ildə Bakıya gələrək doktor Larionovun müalicəxanasında cərrah işləməyə başlayır. 1922-ci ildə Xalq Səhiyyə Komisarlığının qərarı ilə cərahiyyə xəstəxanası yaradılmış və Cəmil bəy Ləmbəranski xəstəxananın müdiri təyin edilmişdir. 1929-cu ilə qədər orada işləyən Cəmil bəy xəstəxana ləğv edildikdən sonra Caparidze adına Bakı Şəhər 3 nömrəli klinik xəstəxanasının travmatologiya şöbəsinə müdir təyin olunur. 1941–1945-ci illərdə Cəmil bəy İkinci Dünya müharibəsində iştirak etmişdir. 1946-cı ildən Bakı Elmi Tədqiqat Travmatologiya və Bərpa Cərrahiyyəsi İnstitutunda baş həkim işləyən Cəmil bəy Ləmbəranski 1948-ci ildən Cəmil bəy Ləmbaranski Bakı şəhər 2 nömrəli klinik xəstəxanasında travmatologiya şöbəsinə müdir təyin olunur. O, həmçinin Həkimləri Təkmilləşdirmə İnstitutu travmatologiya və hərbi səhra cərahiyyəsi kafedrasında da baş elmi işçi olaraq da işləyir.
Cəmil Müfidzadə
Cəmil Miryusif oğlu Müfidzadə (24 fevral 1934, Ordubad rayonu, Naxçıvan MSSR – 20 dekabr 2019, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı == Cəmil Müfidzadə 24 fevral 1934-cü ildə Ordubadda anadan olmuşdur. O, ilk ixtisas təhsilini 1948-1955-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində almışdır. "Ümumittifaq sərgisinə eksponatların yola salınması" tablosu onun diplom işi idi. Rəssam daha sonra 1955-1956-cı illərdə Ukraynada Kiyev Orta Rəssamlıq Məktəbini, 1959-1962-ci illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunun "Qrafika" fakültəsini bitirmişdir. Cəmil Müfidzadənin növbəti diplom işi "Neft daşları" mövzusunda çəkdiyi rəngli ofortlar silsiləsi olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Qrafika" kafedrasına rəhbərlik etmiş Cəmil Müfidzadə "Ofort" adlı dərsliyin müəllifidir. Görkəmli rəssam 20 dekabr 2019-cu ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Rəssamın işlədiyi "Doğma düzənlər" ofort silsiləsi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü çərçivəsində təşkil olunmuş təsviri sənət sərgisində nümayiş olunmuşdur. O, 1961-ci ildə III Ümumittifaq sərgisində (Moskva) "Qaldırıcı kranlar təmirdə" adlı ofort ilə iştirak etmişdir.
Cəmil Məmmədli
Cəmil Məmmədli (28 iyul 1999, İsmayıllı rayonu – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələri Quru qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2005–2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil almış, 2016–2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin Materialşünaslıq fakültəsində ali təhsil almışdır. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür. == Hərbi xidməti == 2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanır. Xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş edir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edir. "Əsgərlikdə olduğu zaman evlərinə zəng edib anası ilə danışanda böyük fəxarət hissi ilə, Milli Qəhrəman Mübariz İbrahimovun istifadə etdiyi silahdan ona verildiyini demişdi." "Atıcılıq" — bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı. Oktyabr ayının 14-dən 15-ə keçən gecə Füzuli rayonunun Kürdlər kəndi istiqamətində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlmişdir.
Cəmil Niftəliyev
Cəmil Niftəliyev (5 oktyabr 1968, Yardımlı – 29 mart 1992, Şelli, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakının Lökbatan qəsəbəsinə köçmüşlər. Burada 233 saylı məktəbə getmişdir. 1986-cı il 11 oktyabr hərbi xidmətə çağırılmışdır. Özbəkistanda snayperlik kursunu bitirdikdən sonra Əfqanıstan müharibəsinə göndərilir. 1989-cu ildə ordudan tərxis edilir və Cəmil Vətənə dönərək Səbail rayonunda Yanğından Mühafizə İdarəsinə daxil olur. == Döyüşlərdə iştirakı == Vətənin dar günləri idi...Cəmil könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi və 10 mart 1992-ci il tarixdən onun döyüş yolu başladı. Cəmil peşəkar atıcı olduğu üçün erməni quldurlarını ağır itkilərə məruz qoyurdu. Ağdamda rəşadətlə vuruşan Vətən oğlu tezliklə cəbhədə hörmət qazanmışdı.
Cəmil Nəcəfov
Cəmil Nəcəf oğlu Nəcəfov (24 iyun 1993, Bakı – 10 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Cəmil Nəcəfov 24 iyun 1993-cü ildə Bakıda dünyaya göz açmışdır. 1999-2007-ci illərdə Binəqədi rayon H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə təhsil almışdır. Orta məktəbi bitirən Cəmil Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən Cəmil hərbi vəzifəsinə başlamış, baş leytenant rütbəsi almışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun baş leytenantı olan Cəmil Nəcəfov 2016-cı ildə Aprel döyüşlərində ön cəbhədə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Cəbrayıl döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Cəmil Quliyev
Cəmil Quliyev (rejissor) — kino xadimi, rejissor, ssenari müəllifi, aktyor. Cəmil Quliyev (tarixçi) — akademik.
Cəmil Qurbanzadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Cəmil Səlimov
Cəmil Oqtay oğlu Səlimov (15 yanvar 1991, Əzizbəyov rayonu – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmil Səlimov 1991-ci il yanvarın 15-də Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan hərbi tibb qulluqçusu Cəmil Səlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Cəmil Səlimov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Binə qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəmil Turan
Cəmil Turan (1 yanvar 1947, İstanbul) — Türkiyənin keçmiş milli futbolçusu. == Həyatı == Türkiyə futbolunun bombardirlərindən biri olan Cəmil Turan futbol texnikası, qəfil qaçışları və yayınmaları, nişanda qalma uğurları və topla rəftarı ilə tanınırdı.
Cəmil Xələfov
Cəmil Fikrət oğlu Xələfov (25 fevral 1997, Quba rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmil Xələfov 1997-ci il fevralın 25-də Quba rayonunun Nərimanabad kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Cəmil Xələfov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Kəşfiyyatçı-pulemyotçu idi. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Cəmil Xələfov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Cəmil Xələfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəmil Xələfov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Xələfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cəmil Zeynalov
Cəmil Çiçək
Cəmil Çiçək (4 noyabr 1946, Yozqat) — Türkiyə Böyük Millət Məclisinin sədri. == Həyatı və fəaliyyəti == 1946-cı ildə Yozqatda doğulan Cəmil Çiçək İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Turqut Özalla bərabər Ana Vətən Partiyasının qurucularından olan Cəmil Çiçək bu qurumun hakimiyyəti illərində ailə məsələləri üzrə dövlət naziri vəzifəsini icra edib. TBMM-in 18, 20, 21, 22-ci çağırışlarında Ankaradan millət vəkili seçilib. 2002-ci ildə AKP-nin qurulmasında iştirak edən Cəmil Çiçək Rəcəb Teyyub Ərdoğan hökumətində ədliyyə naziri, baş nazirin müavini və hökumət sözçüsü vəzifələrində çalışıb. Evlidir, 3 övladı var. == Türkiyə Böyük Millət Məclisinə sədr seçilməsi == 2011-ci il iyulun 4-də Türkiyə Böyük Millət Məclisinə sədr seçilib. Cəmil Çiçəklə bərabər sədrliyə AKP-dən Zelkif Kazdal, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Tunca Toskay namizəd olublar. İlk turda Cəmil Çiçək 302, Tunca Toskay 50, Zelkif Kazdal 23 səs alıb. Qələbə üçün millət vəkillərinin üçdə ikisinin (367) səsini almaq tələb olunduğundan ikinci tur keçirilib.
Gemile
Gemile (türk. Gemile) — Türkiyənin sahilində, Fəthiyə şəhəri yaxınlığında yerləşən adadır. Adada IV və VI əsrlər arasında tikilmiş kilsələrin və tikililərin bir neçə xarabalığı yerləşir. Arxeoloqlar güman edirlər ki, ada müqəddəs Nikolay Çudotvoreçin ilkin basdırılma yeri ola bilər. == Coğrafiyası == Kiçik ada təxminən Fəthiyə şəhərindən 9 kilometr cənubda yerləşmişdir. Türkiyə sahilindən 200 metr məsafədə yerləşir. Gemile adası insan yaşamayan qayalıq adadır. Adanın şimal sahili boyunca kiçik liman yerləşir. Qalan sahil xətti qayalıqdır və sıldırımlıdır. == Görməli yerləri == Adada IV və VI əsrlər aralığında Bizans İmperiyası dövründə tikilmiş beş kilsənin xarabalıqları yerləşir.
Gərmsil
Gərmsil-Köpətdağın və Qərbi Tyanşanın ətəklərində yayda cənubdan və şərqdən əsən,quru isti fön tipli küləkdir. Gərmsil kənd təsərrüfatı bitkilərinə məhvedici təsir göstərir.
Məncil
Məncil — İranın Gilan ostanında yerləşən şəhər. Məncil şəhəri İranda öz külək turbinləri ilə məşhurdur. Bu şəhər tarixən Tarım vilayətinə daxil olaraq bir zamanlar bu bölgənin mərkəzi olubdur. Sonrakı dönəmlərdə qədim türk torpağı olan tarixi Tarım vilayəti bölünərək; Məncil şəhəri isə Gilan ostanına daxil edilibdir. == Coğrafiya == Məncil Tehrandan 210 kilometr şimal-qərbdə, dəniz səviyyəsindən 314 metr yüksəklikdə və Ammarlı dağının qərbi ətəyində yerləşir.Ortalama illik yağıntı miqdarı burada 477 milimetr dir. Məncil Qızılüzən çayının şərq sahilindəki dağlıq ərazidədir. Burası çox küləkli bir bölgə olaraq, son illərdə Məncildə bölgənin küləklərindən elektrik enerjisi istehsal etmək üçün bir neçə külək stansiyası quraşdırılmışdır.Məncil küləyi bu şəhərin şöhrət amillərindən biridir ki, yazda və yayda tez-tez daha çox, payızda və qışda daha az kəskinləşir. Bu külək çoxdan yerlilər arasında Məncilin Yeddi Küləkləri olaraq bilinir və elə güclüdür ki, burada bol əkilən zeytun ağaclarını tez-tez bir yana əyir.Məncilə gəldikdə, şübhəsiz ki, hamımız yel və onun külək turbinlərini xatırlayırıq. Bu turbinlər yalnız təmiz enerji istehsalının ən böyük qaynaqlarından biri deyil, eləcə də bu şəhərə xüsusi bir şöhrət və gözəllik verir. Bu turbinlərin və Sefidrud suanbarının mövcüdluğu səbəbindən bu şəhər bölgənin alış-veriş mərkəzi kimi tanınır.
Email
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Gmail
Gmail (tələffüz: ci-meyl) — Google şirkətinindən e-poçt xidməti. POP3S interfeysi ilə işləyir. 2008-ci ildə hər istifadəçiyə, öz məktublarını saxlamaq üçün, 10 GB yaddaş verilib və bu rəqəm 1 aprel 2005-ci ildən bəri artmaqdadır. Gmail 2004-ci il 1 aprel tarixində fəaliyətə başlayıb. Əvəlcə Gmail-i istifadə etmək üçün xüsusi dəvətnamə almaq lazım idi. Amma indi hər kəs Gmail xidmətindən faydalana bilər. Gmail xüsusi web interfeysə sahibdir və bu onun istifadəsini xeyli asandlaşdırır. Gmail istifadəçiləri Gtalk Instant Messenging servisindən də faydalana bilər. Gmail-in istifadəçi interfeysi Azərbaycan dilinə tərcümə olunub.
Gəmir
Gəmir - Oğuz rayonunu ərazisində dağ aşırımı. == Haqqında == Gəmir Oğuz və Daşağıl çaylarının hövzələri arasındadır. Tədqiqatçılar oronimi türk dillərində "dağ başında dar yarğan, uçurum yer" mənasında işlənən kömür sözü ilə əlaqələndirirlər. Azərbaycanın şimal-qərb rayonlarında da gəm sözü "dar, kiçik" mənasında işlənir. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, 2007.
Qımıl
Qımıl — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir. Kəndin əhalisini əsasən ləzgilər təşkil edir(99%). == Toponimikası == Qımıl oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir.
Təcil
Təcil — sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fəsiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyət . Cismin təcillənməsi Nyutonun ikinci qanununda göstərildiyi kimi cismə təsir edən qüvvələrin əvəzləyicisinin hesabına baş verir. Beynəlxalq vahidlər sistemində (BS) təcilin vahidi metr bölünsün saniyə kvadratıdır ( m s a n 2 {\displaystyle m \over san^{2}} ). Təcil vektorial kəmiyyətdir (yəni həm qiyməti həm də istiqaməti ilə müəyyən olunur) və paraleloqram qanununa görə cəmlənir. Bir vektor kimi hesablanan əvəzləyici qüvvə cismin kütləsi (skalyar kəmiyyətdir) ilə onun təcilinin hasilinə bərabərdir. Misal üçün bir avtomobil hərəkətsiz haldan (başlanğıc sürəti 0 olan haldan) düz xətt boyunca sürətini artıraraq hərəkət edərkən, təcilin istiqaməti hərəkət istiqamətində yönəlir. Əgər avtomobil dönərsə, təcil istiqamətini dəyişərək yeni istiqamət alır. Bu misalda avtomobildəki sərnişinlərin müşahidə etdiyi onları oturacağa doğru itələyən və ya basan qüvvəni maşının təcili və ya xətti təcil adlanır. Avtomobil istiqamətini dəyişərkən avtomobildəki sərnişinlər onları yan tərəfə doğru itələyən qüvvələrin yarandığını müşahidə edəcəklər belə təcil qeyri xətti təcil adlanır. Əgər avtomobil sürətini azaldarsa, bu zaman təcil avtomobilin hərəkət istiqamətinin əksinə yönəlir və buna bəzən yavaşıma deyilir.Yavaşıma zamanı sərnişinlər onları önə doğru itələyən qüvvənin meydana gəldiyini müşahidə edirlər.Riyazi olaraq yavaşımanın ayrıca bir düsturu yoxdur,hər ikisidə surət dəyişməsidir.
Gəmiçi (Üskü)
Gəmiçi (fars. گميچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Gəmiçi Şahı adasında yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 527 nəfər yaşayır (184 ailə).
Gəmiçi Henri
Portuqaliya Şahzadəsi Henrike, Viseu Hersoqu (4 mart 1394, Portu, Portuqaliya krallığı – 13 noyabr 1460[…]) — daha çox "Gəmiçi" Henri ( port. Infante Dom Henrique, o Navegador) adı ilə tarixdə məşhurlaşıb. Henrik "Gəmiçi" adlandırılsa da heç vaxt açıq dənizə səyahətə çıxmamışdır, lakin coğrafi kəşflərə çıxan səyyahlara maddi dəstək vermişdir. Henrike Portuqaliya Kralı I Joao-nun dördüncü oğlu idi və heç vaxt Portuqaliya kralı olmayıb. Anası Filippa İngiltərə kralı IV Henrinin bacısı idi. == Həyatı == Henri dənizçiliyi inkişaf etdirərək həm yeni ticarət yollarının kəşf edilməsini, həm də Qərbi Afrikada xristianlığın yayılmasını istəyirdi. O, 21 yaşı olarkən atasını müsəlman Marinilər dövlətinin ərazisi olan Keuta limanını işğal etməyə razı saldı. Bu liman Cəbəllütariq boğazında yerləşdiyindən strateji əhəmiyyəti var idi. Digər tərəfdən bu liman, Portuqaliya sahillərində soyğunçuluq edən dəniz quldurlarının bazası idi. Bu uğurdan sonra Henrike avropalı dənizçilərə patronluq edərək Qərbi Afrikada kəşflər aparılmasına və buradakı qızıl ticarətinin mənbəyini axtarmağa başladı.
Gəncin (Miyanə)
Gəncin (fars. گنجین‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (30 ailə).
Leşcil ağqartal
Leşcil ağ kərkəs (lat. Neophron percnopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin ağ kərkəs cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU). Mənfi təsirlərə həssasdır. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin tək növüdür. == Qısa təsviri == İri yırtıcıdır (2,1-2,4 kq). Ümumi rəngi ağ, çalma lələkləri qaradır. Quyruğu dar və pazvaridir. Üzü lələksiz çəhrayı–sarı rəngli dəridir.
Qamçılı xullar
Qamçılı xullar (lat. Mesogobius) — Xulkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar əsasən Qara dəniz və Xəzər dənizlərində yayılmışdır. == Növləri == Cinsə aşağıdakı növlər daxildir: Mesogobius batrachocephalus (Pallas, 1814) Mesogobius nigronotatus (Kessler, 1877) (?
Xemçik çayı
Xemçik çayı (tıva Хемчик) — Tuva Respublikasından axan çay, Yenisey hövzəsinə aiddir. Çayın uzunluğu 320 km, hövzəsinin sahəsi 27 min km²-dir. Orta su sərfiyyatı 119 m³/s-dir (mənsəbdən 74 km). == Hidroqrafiya == Çay başlanğıcını Kozer silsiləsinin şərq yamacından, Altay Respublikası ilə sərhəddə yerləşən Şapşalski silsiləsi sisteminə aid 3122 m zirvədən götürü. Bütün çay Tuva Respublikası ərazisindən axır. İki dağ sistemi - şimaldan Qərbi Sayan və cənubdan Qərbi Tannu-Ola arasında axır. Bütün suyunu bu silsilələrdə formalaşan çaylardan toplayır. Xemçik çökəkliyinin aşağı axınlarında, son dərəcə zəif yağışlar səbəbindən demək olar ki, heç bir qol qəbul etmir. Bütün mənbələr və qollar yüksək silsilələrdən axınlarla qidalanır və buna görə də Xemçik hövzəsindəki çay sistemi suvarma üçün geniş istifadə olunur. Çayın naviqasiya əhəmiyyəti yoxdur.
Emil
Emil — Azərbaycanlı kişi adı. Çalışqan mənasındadır. Bu adı olan tanınmışlar Emil Əliyarlı — operator. Emil Məlikov — şəhid. Emil Çoran — XX əsr rumıniya filosofu. Emil Axundov — Rusiya alimi; Texnika elmləri namizədi. Emil Əhmədov — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru.
Gəmi
Gəmi — Arximed prinsipinə əsasən suda üzə bilən su nəqliyyat maşını. Qayıq ilə gəmi arasındakı fərq onun ölçüsündədir. Gəmilər xüsusi gəmiqayırma zavodlarında hazırlanırlar. Gəminin gövdəsi hazır olduqdan sonra o suya buraxılır və sonra suda tam quraşdırılır. Gəmilər vacib nəqliyyat vasitələrindəndir. Onlardan həm sərnişin, həm də yüklərin daşınmasında istifadə olunur. Yüklər konteynerlərə yığılaraq uzaq məsafələrə daşınır. Böyük yük gəmiləri neft tankerləridir. Sərnişin gəmilərindən daha çox səyahət üçün istifadə olunur. == Gəmi növləri == Teploxod — daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi; Yaxta — motorlu və yaxud yelkənli yüngül gəmi; Aviadaşıyıcı — göyərtə aviasiyasiyası daşıyan hərbi gəmi.
Aşağı Qamçı
AŞAĞI QAMÇI — İrəvan quberniyası Eçmiadzin qəzasında kənd adı. == Toponimikası == Eçmiadzin qəzasında kənd adı. 1877-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə ermənicə Baqramabert adlandırılmışdır. XIX əsrdə Dağıstan əyalətinin Qaytaq-Tabasaran dairəsindəki Qamçı-özən çay adı Bakı qəzasındakı Gəmcə dağı, Naxçıvandakı Gəmici çayı və b. toponimlərlə mənaca eynidir.