Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Soyutma
== Ərzaqlar == Qoyun əti - 217q, baş soğan - 30q, pomidor - 280q, xama 30q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun əti 0,1-0,5 kq tikələr şəklində suda bişirir, bulyondan çıxarıb soyudurlar. Süfrəyə verdikdə soyuq qoyun ətinin 2-3 mm qalınlığında doğrayır, boşqaba qoyur, yanına girdə doğranmış pomidor və çöp şəklində soğan düzür, üstünə xama tökürlər.
Dempferləmə (söndürmə)
Dempferləmə yəni söndürmə (en. damping), (ru. демпфирование, гашение), (tr. sönümleme/dempferləmə) – sxemin və ya qurğunun cavab siqnallarının sıçrayışlarının (müəyyən olunmuş həddi keçmələrinin) qarşısının alınması üsulu. Məsələn, gücləndiricinin sxeminə elə elementlər qoşula bilər ki, çıxış siqnalını azaltmaqla, ona böhran həddini keçməyə imkan verməsin. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Buxarlı soyutma
Buxarlı soyutma Bildiyimiz kimi, suyun mayedən qaz halına çevrilməsi istilik enerjinin udulması ilə müşayiət olunur. Bunun üçün suyu aktiv qaynama temperaturuna çatdırmaq mütləq deyil. Su maye halında qalana qədər effekt istənilən temperaturda özünü büruzə verir və bu temperatur diapazonu insanın rahatlığını təmin edən temperatur sahəsindən xeyli çoxdur. Beləliklə, buxarlanma prosesini sürətləndirdikcə su havadakı istini udacaq. Buxarlı soyutma prinsipi bu prosesin üzərində qurulubdur. İş prinsipi Əgər isti quru hava suyla hopdurulmuşbir neçə millimetr qalınlığı olan penoplast və ya lifli filtrdən keçirsə, suyun yarısı buxarlanır. Bunun nəticəsində filtrdən keçən hava bir neçə dərəcə soyuyur. Filtr üçün nəzərdə tutulmuş su mütəmadi olaraqdaima təmiz maye suyla (idealda – distilya olunmuş) doldurulan çəndən təmin olunur. Sadələşdirilmiş buxarlı soyutma sistemi adətən yastı damda quraşdırılır. Konstruktiv olaraq sistemtərəflərinin ölçüsü təxminən 1 metr olmaqla kub şəklində verilir.
Söndürmə və qaraltma
Söndürmə, Qaraltma (Blanking) -görüntünün displeyə verilməsi zamanı elektron şüasının bir sətirdən o birinə keçid anında siqnalın qısa müddətli söndürülməsidir. Kompüterin monitorunda elektron şüası ritmik olaraq ekran boyunca qaçaraq şəkil “çəkir”. Şüa soldan sağa və yuxarıdan aşağıya dəqiq sinxronlaşdırmış sxem üzrə hərəkət edir. Sətrin sağ ucuna çatdıqda siqnal ani olaraq sönür ki, şüa növbəti sətrin başlanğıcına qayıtsın. Bu qayıdış üfüqi qayıdış, bu yerdəyişmə zamanı siqnalın verilməsindəki ani fasilə isə üfüqi qaraltma intervalı adlanır. Anoloji olaraq, siqnal displeyin sağ aşağı küncündə elə sönür ki, elektron şüası sol yuxarı küncə qayıtsın. Mövqenin belə dəyişilməsi şaquli qayıdış, uyğun fasilə isə şaquli qaraltma intervalı adlanır. Görüntünün ekrana verilməsi zamanı elektron şüası geri dönərkən iz qoymasının qarşısının alınması üçün qaraltma zəruridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kompüter soyutma sistemi
Maye soyutma sistemləri
== Ümumi məlumat == Kompüter soyutması, kompüteri təşkil edən təchizatların bütün və ya qismən ortaya çıxardığı istiliyi aradan etmə texnikalarının tətbiqi əməliyyatıdır. Bir kompüter sisteminin parçaları iş əsnasında olduqca yüksək miqdarda istilik meydana gətirməkdədir. Bu istilik yüksək nisbətdə prosessor, yonqu, ekran kartı və sabit disklər kimi vahid dövrələr tərəfindən ortaya çıxarılsa da, əslində kassa içərisindəki bütün dövrələr tərəfindən da qatqı görməkdədir. Kassa içərisindəki istilik məqbul səviyyələrə azaldılmadığı müddətcə parçaların səmərəli və təhlükəsiz işləməsi təhlükəyə girməkdədir. İndiki vaxtda olduqca kiçilmiş kompüter ölçüləri və bunun yanında irəli istehsal texnologiyası istilik meydana gəlməsini və istiliyin aradan edilməsini asanlaşdırsa da, bu əməliyyat üçün xüsusi vahidlər istifadə ediməsi məşhurdur. Bu xüsusi vahidlər içində yenə məşhur olaraq istiliyin paylandığı səthin artırılması məqsədi ilə istifadə edilən istilik yayıcıları (heat sink) və hava sirkülasyonunun yaxşılaşdırılması məqsədi ilə istifadə əksəriyyəti təşkil etməkdədirlər. Son dövrlərdə istifadəçinin idarəsinə açılan bir digər texniki isə yazılım yönümlü soyutma (softcooling) adı verilən, təchizatın performansını salaraq ortaya çıxan istiliyi birbaşa azaldılması məqsədi daşıyan fabrik çıxışlı bir üsuldur. Yenə son dövrdə kompüterlə maraqlananlar tərəfindən, daha əvvəl motorlu nəqliyyat vasitəsilərdə istifadə edilən radiator, akvarium sistemlərində istifadə edilən nasos və ümumi məqsədli maye xortumları kompüter soyutma məqsədinə həsr olaraq istifadə edilməkdədir. Bu yanaşma nəticəsində, bir çox firma bu cür sistemləri parça əsasında və ya vahid həllər şəklində çıxararaq satışa çıxarmışdır. Bu üsula məşhur olaraq "maye soyutma" adı verilməkdədir.
Qəzəbin yumruğu (film, 1972)
Qəzəbin yumruğu (ing. Fist of Fury, kantonca: 精武門 — Jing wu men) — 1972-ci ildə Brüs Linin iştirakı ilə çəkilən döyüş filmidir. == Məzmun == Filmdə baş verən hadisələr XX əsri əvvəllərində baş verir. Çen Zen "Cinqvu" məktəbinin əsasını qoyan müəllimi Ho Yuantszyanın ölüm xəbərini eşidir və Şanxaya geri dönür. Honqkou dojosunun sahibi Suzuki tərcüməçisi Vu En və adamları ilə birlikdə yas mərasiminə plakat göndərir və onun üzərində "Şərqi asiyanın xəstələri" ifadələri dərc olunmuşdur. Bu isə XIX əsrin sonları, XX əsrin əvvəllərində çinlilər üçün təhqir hesab olunurdu. Bu hadisədən sonra Çen Zen Honqkou dojosuna təkbaşına gedir və plakatı onlara geri qaytarır. Bu zaman dojonun müəllimi Yoşida və onun tələbələri ilə mübarizə aparır. Çen Zen onları məğlub edir. Çen Zen parka gedən zaman qadıdakı mühafizəçi onu içəri buraxmır.
Güc mənbəyi və soyutma sistemləri SFX/SFX 12 V güc mənbəyi
Təzəbinə
Təzəbinə (əvvəlki adları: Keşişkənd; Noraküh) – Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Noraküh kəndi Təzəbinə kəndi adlandırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin tərəfindən işğal edilmişdir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Tarixi == Təzəbinə kəndi dağ ətəyində yerləşir. Qədim adı Keşişkənd olmuş, sonralar isə ermənilər tərəfindən Noragüğ (ermənicə: Təzəkənd) adlandırılmışdı. 1992-ci ildən kəndin adı Təzəbinə kimi rəsmiləşdirilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Təzəbinə kəndinin əhalisinin sayı 1334 nəfər, daimi əhalinin sayı 1396 nəfər təşkil edirdi.
Həzəbani
Həzəbani və ya həzbani (kürd. ھەزەبانی ,Hecbanî) —orta əsrlərdə sünni müsəlman kürd tayfası. Mərkəzi Ərbil, Üşnəviyyə və Urmiya olan bir neçə qrupa bölünmüşdü. Onların hökmranlığına şərqdə Marağa və Urmiyanın ətraf əraziləri, şimalda Salmas, qərbdə Ərbil və Mosulun bir hissəsi 906–1080-ci illər arasında hökm sürmüşdü. Təxminən X əsrdə onlar tədricən şimala doğru, yay paytaxtı Üşnü olan, Urmiya gölünün ətrafındakı ərazilərə köçmüşdülər. Onlar bir müddət bu ərazidə hökmranlıq etmiş, lakin sonradan Azərbaycan və Qafqaza yayılan bir neçə qola ayrılmışdılar. Kürd müsəlman hökmdarı Səlahəddin həzəbani qollarından birinin nəslindən idi.
Qələbin
Qələbin — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 334 nəfərdir. == Toponimiyası == Toponim qələ (qala) və bin (alt, dib) sözlərindən ibarət olub, “qala altı, qalanın dibi” mənasındadır. Kəndin yerləşdiyi coğrafi mövqe də bunu təsdiq edir. Kənd qədim Zəməqalanın ətəyində yerləşir. Yerli əhali arasında Qalaaltı da adlanır. Rayonun Mistan inzibati ərazi vahidində eyniadlı köçəbə də vardır.
Qəzvini
Qəzvini — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Əl Hafiz Əbu Məhəmməd ibn Yəzid ibn Macə əl Qəzvini (İbn Macə) — böyük hədis alimi Nəcməddin Qəzvini — astronom, təbiətşünas filosof, məntiqçi Zəkəriyyə əl-Qəzvini — tarixçisi və coğrafiyaşünas Şərafəddin Qəzvini — Bərkə xan vəziri, Həmdullah Qəzvini — şair, tarixçi, coğrafiyaşünas. Zeynəddin Qəzvini — tarixçi, Həmdullah Qəzvininin oğludur Budaq Qəzvini — (1510-1577) - tarixçi, katib, vəzir. Vaiz Qəzvini — şair Məhəmməd Tahir Vəhid Qəzvini — şair Dərviş Xosrov Qəzvini — Qəzvin (Nöqtəvilik) nöqtəvilərinin rəhbəri Məhəmməd Yusif Qəzvini — Azərbaycanın XVII-XVIII əsr şair, xəttat və tarixçisi Mir İmad Qəzvini — xəttat Gövhərşad Qəzvini — xəttat, Mir İmadın qızı Hacı Xəlil xan Qəzvini — (?-1802)—İranın Hindistanda səfiri. Arif Qəzvini — İran şairi və bəstəkarı. Əmir xan Qəzvini — həkim və pedaqoq, İrannın Səhiyyə vəziri . Mirzə Yəhya xan Qəzvini — İranın ictimai xadimi Mirzə Abdulla xan Qəzvini — İranın ictimai xadimi Mirzə Məhəmməd xan Qəzvini — Şeyx Haşım Qəzvini — İslam alimi Xatib əl Qəzvini (22 Şâban 666’da (7 Mayıs 1268) Mosul- ö.
Təzəbin
Təzəbinə (əvvəlki adları: Keşişkənd; Noraküh) – Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Noraküh kəndi Təzəbinə kəndi adlandırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin tərəfindən işğal edilmişdir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Tarixi == Təzəbinə kəndi dağ ətəyində yerləşir. Qədim adı Keşişkənd olmuş, sonralar isə ermənilər tərəfindən Noragüğ (ermənicə: Təzəkənd) adlandırılmışdı. 1992-ci ildən kəndin adı Təzəbinə kimi rəsmiləşdirilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Təzəbinə kəndinin əhalisinin sayı 1334 nəfər, daimi əhalinin sayı 1396 nəfər təşkil edirdi.
Bülbülü öldürmək
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1960-cı ildə Harper Li tərəfindən qələmə alınmış roman. Roman nəşr edildikdən sonra qısa zaman ərzində məşhurlaşaraq Pulitser mükafatını qazandı və müasir Amerika ədəbiyyatının klassiki oldu. Əsərin süjet xətti və qəhrəmanları Harper Linin ailəsi, qonşuları və 1936-cı ildə 10 yaşı olarkən yaşadığı Alabama ştatının Monrovill şəhərində başına gəldiyi bir hadisədən götürülmüşdür. Hekayə altı yaşındakı Cin Luis Finç tərəfindən nəql olunur. Romanda təcavüz və irqi ayrı-seçkilik mövzuları yer alsa da, əsasən, yumoristik məzmunu ilə tanınır. Hekayəni nəql edən Luis Finçin atası Attikus Finç bir sıra oxucu kütləsi üçün əsl qəhrəmana çevrilmişdi və vəkillər üçün öz vəzifəsini vicdanla həyata keçirən hüquqçü modeli idi. Bir tənqidçi roman haqqında yazır: "Bülbülü öldürmək əsəri XX əsrdə Amerikada mövcud olan irqi ayrı-seçkiliyi özündə əks etdirən ən çox oxunan kitabdır və onun qəhrəmanı Attikus Finç irqi mübarizənin ən təsirli bədii imicidir".Cənubi qotik üslubunda yazılmış bir roman olan "Bülbülü öldürmək" romanının əsas mövzusu irqi bərabərsizlik və günahsızların məhvidir. Bundan əlavə, bir çox tənqidçilər vurğulayırlar ki, Li əsərdə Amerikanın ucqar cənubundakı sosial təbəqə, cəsarət, müqayisə və gender rolları məsələlərinə də toxunur. Kitab Birləşmiş Ştatların məktəblərində tolerantlığı və qərəzsiz mövqeni təbliğ edən dərslərdə geniş şəkildə tədris olunur.
Sultanı öldürmək (roman)
Sultanı öldürmək - Türkiyə yazıçısı Ahmet Ümit tərəfindən 2012-ci ildə yazılmış krimanal roman. Roman cinayət, məhəbbət və tarix üslublarını özündə birləşdirir. == Hekayə == Hadisələr XV əsr Osmanlısından bəhs edir. Osmanlı padşahı və Konstantinopolun fatehi Fateh Sultan Mehmet öz qüdrətinin zirvəsindədir. Konstantinopol fəth olunmuşdur, sultanın adı bütün dünyaya yayılmışdır. 49 yaşında hakimiyyətinin ən qüdrətli dövrünü yaşayan sultan müxtəlif xalqlardan, müxtəlif dinlərdən olan insanlardan yeni xalq qurmaq istəyi ilə alışıb yanır. Lakin qəflətən sultan öldürülür. Hakimiyyət uğrunda iki şahzadə mübarizəyə qalxır. Saray iki yerə ayrılır. Xalq isə bundan xəbərsizdir...
Bülbülü öldürmək (film)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi. == Məzmunu == Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı? == Film haqqında == 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b.
Arif Qəzvini
Arif Qəzvini (farsca: ابوالقاسم‌ عارف قزوینی; 1882, Qəzvin – 21 yanvar 1934, Həmədan) — İran şairi və bəstəkarı. Siyasi təsnifat və siyasi qəzəl janrının yaradıcısıdır. 1905–1911-ci illərdə İrannın Məşrutə inqilabında iştirak etmişdir. Gözəl bir səsi olan şair Tehranda konsertlər vermiş, vətənpərvərlik hisslərini tərənnüm edən təsnifləri ilə şöhrət qazanmışdır. "Yaşasın", "Azadlıq müjdəçisi", "Quşun naləsi", "Ölüm libası" və s. şeirlərini xalq dilində yazmışdır. 150-yə yaxın qəzəl, qitə, qəsidə, məsnəvi və təsniflərdən ibarət "Divan"ı ilk dəfə 1924-cü ildə əvvəl Berlində, sonra Tehranda çap olunmuşdur. Həyatının son illərini Həmədanda sıxıntı içində yaşamış, orada da vəfat etmişdir.Arif Qəzvini həmçinin İran milliyətçiliyinə bağlı olan baxışlarıyla seçilmişdir. Qəzvini, İranda Azərbaycan türkcəsinin danışılmasına qarşı çıxmış, bu dilin "türklərin və monqolların hökmranlığının utanc verici izi" olduğunu demiş, bu dilin bütün iranlıların milli dili saydığı "gözəl və şirin" fars diliylə əvəz edilməsinə çağırışlar edirdi. Bu görüşləri yaradılıcığında da əks olunmuşdur: زبان ترك از براي از قفا كشيدن است صلاح , پاي اين زبان ز مملكت بريدن است دو اسبه با زبان فارسي از ارس پريدن است نسيم صبحدم برخيز بگو به مردم تبريز كه نيست خلوت زرتشت جاي صحبت چنگيز Tərcüməsi:Türkün dilini dartıb boynunun ardından çıxartmaq lazımdır; Bu dilin ayağını məmləkətdən kəsmək və fars dili ilə dördnala Arazı keçmək məsləhətdir; Ey səhər küləyi, qalx və təbrizlilərə de ki, Zərdüşt yurdu (yəni İran) boş deyil və burada Çingizin söhbəti gedə bilməz.
Budaq Qəzvini
Budaq Qəzvini (1510–1577) — tarixçi, dəftərxanada işçi, qoşun kargüzarı (nəvisəndəgi-ye ləşkər), münşi, kələntər, katib, vəzir. == Həyatı == Budaq bəy 1510-cu ildə Qəzvin şəhərində anadan olmuşdu. Budaq Qəzvini öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda məmur vəzifəsindəki fəaliyyətini qısaca və aydın təsvir etmişdir. O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, on dörd yaşında olarkən şah dəftərxanasında işə qəbul olunmuşdur. Sonrakı ildə Budaq Qəzvini pulların saxlandığı dəftərxanada (dəftər-i ərbab-i təhavil) üç tümən maaşla işə götürüldü. Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu gələn xəzinə başçısı (müstövfi əl-məmalik) Hacı Hüseyn Kaşi onu öz yanına işə götürdü və ona on beş tümən maaş təyin etdi. Onun qulluqdakı fəaliyyətinin altıncı ilində ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan ötrü məlumat dəftərxanası yaradıldı və Budaq səkkiz tümənlik əmək haqqı ilə ora işə keçirildi. Onun qardaşı Hacı İzzəddin dəftərxananın rəisi idi. Budaqın dayısı Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının divan katibi (münşiy-i divan) vəzifəsinə işə götürdü. Üç ildən sonra Məhəmməd xan qoşun kargüzarı (nəvisəndəgiy-iləşkər) vəzifəsini də Budaqa tapşırdı və onun əmək haqqı 20 tüməndən 30 tümənədək artdı.
Gövhərşad Qəzvini
Gövhərşad Qəzvini (?-1628)— Məşhur xəttat Mir İmadın qızı, xəttat. == Həyatı == Gövhərşad xanım Məşhur xəttat Mir İmadın ailəsində dünyaya gəlmişdi. İbtidai təhsilini və xəttatlığı atasından öyrənmişdi. Nəstəliq xəttini gözəl yazırdı.Məşhur dilçi və ədəbiyyatşünas Mirzə Səngilax (Məhhəmədəli Qoçani, 1771-1877) onun xəttini bir çox yazılarında tərifləyir. Gövhərşad xanım Qəzvin ədəbi mühitində gözəl şeirləri ilə da tanınırdı. Həsəni və Seyfi təxəllüsləri ilə məşhur idi. == Həmçinin bax == Mir İmad Qəzvini Mirzə Məhəmmədhüseyn Seyfi == Xarici keçidlər == Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır.
Həmdulla Qəzvini
Həmdullah Mustovfi Qəzvini (fars. حمدالله مستوفى قزوینی‎; 1281, Qəzvin, Elxanilər dövləti – ≥ 1339, Qəzvin) — İran məmuru, tarixçisi, coğrafiyaşünası və şairi. O, monqol Elxanilər dövlətinin son dövründə və ondan sonrakı fətrət dövründə yaşamışdır. Əslən Qəzvindən olan Həmdullah mustovfilər (maliyyə mühasibləri) ailəsində anadan olmuş, ona görə də bu adı almışdır. O, onu tarixi-coğrafi əsərlər yazmağa ruhlandırmış, dövrün qabaqcıl vəziri və tarixçisi Rəşidəddin Həmədaninin yaxın yoldaşı olmuşdur. Qəzvini üç əsərin müəllifidir: "Tarix-i güzidə" (Seçilmiş tarix), "Zəfərnamə" və "Nüzhət əl-qulub" (Qəlblərin əyləncəsi). Böyük nüfuzlu şəxsiyyət olmuş Qəzvininin İran tarixini və coğrafiyasını konseptuallaşdırmaq üsulu XIII əsrdən bəri digər tarixçilər tərəfindən istifadə edilmişdir. O, doğulduğu Qəzvin şəhərində, Uzun Günbəz türbəsində dəfn olunmuşdur. == Həyatı == Həmdullah Mustovfi Qəzvini 1281-ci ildə İranın qərbində, Əcəm İraqında yerləşən Qəzvin şəhərində anadan olmuşdur. Onun ailəsi IX–X əsrlərdə şəhər valisi vəzifəsində və sonralar Qəznəvilərin yüksəlişi dövründə mustovfi (yüksək rütbəli maliyyə mühasibləri) vəzifəsində çalışmış ərəblərin nəslindəndir.
Həmdullah Qəzvini
Həmdullah Mustovfi Qəzvini (fars. حمدالله مستوفى قزوینی‎; 1281, Qəzvin, Elxanilər dövləti – ≥ 1339, Qəzvin) — İran məmuru, tarixçisi, coğrafiyaşünası və şairi. O, monqol Elxanilər dövlətinin son dövründə və ondan sonrakı fətrət dövründə yaşamışdır. Əslən Qəzvindən olan Həmdullah mustovfilər (maliyyə mühasibləri) ailəsində anadan olmuş, ona görə də bu adı almışdır. O, onu tarixi-coğrafi əsərlər yazmağa ruhlandırmış, dövrün qabaqcıl vəziri və tarixçisi Rəşidəddin Həmədaninin yaxın yoldaşı olmuşdur. Qəzvini üç əsərin müəllifidir: "Tarix-i güzidə" (Seçilmiş tarix), "Zəfərnamə" və "Nüzhət əl-qulub" (Qəlblərin əyləncəsi). Böyük nüfuzlu şəxsiyyət olmuş Qəzvininin İran tarixini və coğrafiyasını konseptuallaşdırmaq üsulu XIII əsrdən bəri digər tarixçilər tərəfindən istifadə edilmişdir. O, doğulduğu Qəzvin şəhərində, Uzun Günbəz türbəsində dəfn olunmuşdur. == Həyatı == Həmdullah Mustovfi Qəzvini 1281-ci ildə İranın qərbində, Əcəm İraqında yerləşən Qəzvin şəhərində anadan olmuşdur. Onun ailəsi IX–X əsrlərdə şəhər valisi vəzifəsində və sonralar Qəznəvilərin yüksəlişi dövründə mustovfi (yüksək rütbəli maliyyə mühasibləri) vəzifəsində çalışmış ərəblərin nəslindəndir.
Nəcməddin Qəzvini
Nəcməddin Qəzvini (1203, Qəzvin – 1277) — Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələrindən, astronom, təbiətşünas filosof, məntiqçi alimdir. == Həyatı == Nəcməddin Qəzvini 1203-cü ildə anadan olmuşdur. Filosofun ləqəbi Nəcməddin, adı Əli, atasının adı Ömər, babasının adı Əlidir. Qəzvin şəhərindən olduğu üçün Qəzvini nisbəsini daşımışdır. Mütəfəkkir elmi əsərlərin üzünü köçürən mirzə sözünü ifadə edən Dəbirani və ya Katibi kimi də tanınmışdır. Mənbələrdə o, "Ən böyük alim" ("Əllamə") adı ilə yad edilmişdir.Professor Həbibulla Məmmədbəyli "Marağa rəsədxanasının banisi Nəsirəddin Tusi" kitabında Marağa rəsədxanasının iyirmi bir nəfər elmi əməkdaşının adlarının siyahısını vermişdir. O, burada Nəcməddin Qəzvininin adını beşinci sayda "Nəcməddin Qəzvini Dəbirani" kimi göstərdikdən sonra on üçüncü sayda yenidən onu "Nəcməddin Katibi" yazaraq ayrı şəxs hesab etmişdir. Lakin tədqiqatçı sonra filosof haqqında məlumat verərkən onu "Nəcməddin Omam ben Əli ben Məhəmməd Katibi Dəbirani Qəzvini" təqdim etmişdir. Burada Nəcməddin Katibi Dəbirani Qəzvini bir şəxs kimi düzgün göstərilmiş, amma onun, atasının və babasının adları yanlış verilmişdir.Nəsirəddin Tusinin dəvəti ilə Marağaya gələn Nəcməddin Qəzvini rəsədxanada çalışan ilk dörd astronomdan biri olmuşdur. O, mənbələrdə Nəsirəddin Tusinin şagirdi kimi təqdim edilməsinə baxmayaraq, Marağaya gəlməmişdən əvvəl də alim kimi tanınmışdır.
Qələbin şəlaləsi
Qələbin — Azərbaycannın Lerik rayonunda Veri ərazisinin Qələbin kəndində yerləşən şəlalə. Talış dağlarının zirvəsində olan şəlalə yuxarı və aşağı şəlalələrdən ibarətdir. == Şəlalə haqqında == Mənbəyi təqribən dəniz səviyyəsindən 1000 metr hündürdə yerləşən Talış dağları olan şəlalənin hündürlüyü təqribən 65–70 metrdir.
Vaiz Qəzvini
Molla Rəfiəddin Məhəmməd Vaiz Qəzvini — Azərbaycanın Səfəvi dövründə şair. azərbaycan və fars dillərində şer yazıb. Bu şair 1027 Hicri-qəməridə Qəzvinin Səfiabad kəndində anadan olub və 1089 Hicri-qəməridə vəfat etmişdir.
Zeynəddin Qəzvini
Zeynəddin bin Həmdullah əl-Qəzvini (?-?) — XIV əsr İran tarixçisi. == Həyatı == Zeynəddin bin Həmdullah əl-Qəzvini XIV əsrin İran tarixçisidir, Həmdullah Qəzvininin oğludur. O, atasının «Tarixi-qozide» əsərinə 1341-1392-ci illərdə Azərbaycanda və İranda baş vermiş tarixi hadisələrin təsvirini artırmışdır. Əsərdə bu dövrün başlıca hərbi-siyasi hadisələrinin təsviri verilir və bu hadisələrin mədəni mühitə təsiri dərəcəsini öyrənmək baxımından o, qiymətli mənbələrdən biridir. Ümumiyyətlə, «XIII-XIV əsrlərdə, Şərq ölkələrində, o cümlədən Azərbaycanda və İranda tarix elmi nəzərəçarpacaq dərəcədə irəliləmişdi. Akademik V.V.Bartold bu dövrü «Fars (İran) tarixşünaslığının qızıl əsrləri» adlandırmışdır».1341-1392-ci illərin ictimai-siyasi həyatından bəhs edən Zeynəddin bin Həmdullah Qəzvini “Zeyl-e tarix-e qoz de” (“Seçilmiş tarixə”ə əlavə) əsərində Cəlairlər, Teymurlular dövründən geniş bəhs edir.
İmadəddin Qəzvini
İmadəddin Qəzvini(azərb. Əbu Məhəmməd Ömər ibn Məhəmməd əl Məkki əl-Qəzvini‎) — qazı == Həyatı == XIII əsrin ikinci yarısında Naxçıvan qazısı olmuşdur. 1267-1268-ci illərdə Təbrizdə onunla rastlamış və haqqında yazmış məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvatinin məlumatına görə,İmadəddin Qəzvini "qazılar,ədalətli qanunşünaslar və ləyaqətli rəislər nəslindən" idi. == Yaradıcılığı == Ədəbiyyatı, şeir sənətini dərindən bilir və tədris edirdi. Mənbədəki məlumata görə, şəhər hakimi Şəmsəddin Məhəmməd İbn Məhəmməd əl-Cüveyni ədəbiyyat elmini və ərəb müəllifi ər-Həririnin "Məqamat"ını ondan öyrənmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 211.
Soyuqdağ
Soyuqdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 3147,5 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Gənzəçayla Kotamçayın mənbə hissəsində, Gənzə kəndindən 4,8 km şərq-şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qranodiorit-porfir, diorit və diorit-porfirlərindən təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-şərq cinahında yerləşir.
Əllamə Qəzvini
Mirzə Məhəmməd xan Qəzvini (1874–1949)— əllamə, ədəbiyyatşünas. == Həyatı == Mirzə Məhəmməd xan Qəzvini 1874-cü ildə Tehran şəhərində, Qəzvin darvazası məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini atası Molla Əbdülvahabdan almışdı. Sonra mədrəsədə oxumuşdu. Babası Molla Əbdüləli Qəzvini də İranın alim şəxslərindən sayılırdı. Əslən Qəzvin vilayətinin Bəşəriyyət mahalından idilər. Mirzə Məhəmməd xan Qəzvini Müəyyirilməmalik mədrəsəsində dərs demişdi. Nasiri Darültalif və Rarültərcüməsində çalışmışdı. Mirzə Məhəmməd xan Qəzvini 1949-cu ildə vəfat edib.