Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarabağır
Qarabağır (lat. Tetrastes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Bonazi qarabağırı
Bonazi qarabağırı (lat. Tetrastes bonasia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin qarabağır cinsinə aid heyvan növü.
Asta Qarabağı
Asta Qarabağı — Azərbaycanın milli rəqsi. Bu rəqs Qarabağda, Xankəndidə yaranıb. Rəqsin hərəkət düzümləri sabitdir, aram hissədə yerindəcə, sonra isə bir qədər tərpənişlə ifa olunur. Rəqsin tempi aramdır..
Dağlıq Qarabağın tarixi
== 1900-1918-ci illər == == 1918-1923-cü illər == Qafqazda erməni dövlətinin yaradılması beynəlxalq qarşıdurma münasibətləri müstəvisində gerçəkliyini tapan məsələ olmuşdur. Azərbaycan dövlətçiliyi, ərazi təhlükəsizliyi baxımından son dərəcə zərərli olan bir güzəşt erməni federasiyasının təşkili üçün İrəvanın onlara siyasi mərkəz olaraq verilməsi oldu. Azərbaycanın tarixi torpaqlarında dövlət əldə etmələrinə qane olmayan ermənilər qonşularına qarşı yeni-yeni iddialarla qanlı mübarizə aparmışlar. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər 1918-ci il iyulun 22-də onun “müstəqilliyini” elan etməyə cəhd göstərdilər. İyulun 31-də Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski İstanbulda olan Azərbaycan nümayəndə heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə yazırdı ki, əgər ermənilər Qarabağa iddia ilə çıxış etsələr, o zaman İrəvan və Qazax qəzasının bir hissəsini onlara güzəştə getməkdən imtina etsin. Ermənilərlə razılaşmaya əsasən, Azərbaycanın digər ərazilərinə iddia etməyəcəkləri şərtilə İrəvanın onlara keçməsi nəinki rəsmiləşdi, bundan əlavə Zəngəzur və digər Azərbaycan torpaqlarını mənimsədiklərinə baxmayaraq, Qarabağla bağlı mütəmadi bəyanatlarla çıxış etmiş, zorakı təcavüzdə davam etmişdilər. Ermənilərin Ənvər paşaya təqdim etdikləri xəritəyə görə onların iddia sərhədlərinə Sürməli, Naxçıvan, Ahalkələk, Ecmiədzin, İrəvan, Borçalı, Qazax, Qarabağ, Zəngəzur, Ordubad qəzaları daxil edilmişdi. Xarici hərbi qüvvələrin Azərbaycanda həm də siyasi gücə malik olduqları mərhələlərdə ermənilər Qarabağla bağlı müvafiq mövqe nümayiş etdirmişlər. Osmanlı hərbçilərinin köməyi ilə Bakı Cümhuriyyət hakimiyyəti altına keçdikdən sonra Qarabağda erməni yaraqlılarının türk hakimiyyət nümayəndələrindən əfv diləyərək silahlarını təhvil verməsi müşahidə olunur. Qarabağın şəhər və kəndlərində erməni əhali Azərbaycan qoşunlarını duz-çörəklə qarşılayaraq, Azərbaycan təbəəliyini qəbul edir, silahı könüllü təhvil verir, Azərbaycan hökumət qurumlarının bütün sərəncamlarına tabe olmağa hazır olduqlarını bildirirdilər.
Qarabağın etnik tərkibi
== Rusiya işğalı == 14 may 1805-ci il tarixində Qarabağ xanı İbrahim Xəlil xan ilə Rus generalı Pavel Sisianov arasında imzalanan Kürəkçay müqaviləsindən sonra Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə qatılır və bununla da ermənilərin Qarabağa kütləvi miqrasiyası başlamışdır. 1811-ci ildə: ermənilər – 20,8%, müsəlmanlar – 79%; 1823-cü ildə: ermənilər – 21,7%, müsəlmanlar – 78% təşkil edirdi. Bu göstəricilər 10 fevral 1828-ci il tarixində Qacar dövlətinin şahzadəsi Abbas Mirzə ilə general İ.F.Paskeviç arasında imzalanmış Türkmənçay müqaviləsindən sonra əhəmiyyətli dərəcədə dəyişilir. 1830-cu ildə ermənilərin sayı artıq 33%, müsəlmanların sayı isə 66 ,6% təşkil edirdi. 1828–1830-cu illərdə İran və Türkiyədən 140.000-ə yaxın erməni Cənubi Qafqaza köçürüldü. Onların böyük hissəsi Qarabağda yerləşdirildi. İran və Türkiyədən kütləvi miqrasiya, xüsusilə Rusiya hökumətinin onlar üçün yaratdığı əlverişli iqtisadi şərait nəticəsində köçkünlərin arasında doğum sayının artması ilə yanaşı, XIX əsrin ikinci yarısında ermənilər və müsəlmanlar arasında nisbətin dəyişməsinə gətirib çıxardı. 1889-cu il: ermənilər −45,5%, müsəlmanlar-54%; 1897-ci il: ermənilər −41,5%, müsəlmanlar −57%; 1914-cü il: ermənilər −41%, müsəlmanlar −55%. Aşağıda təqdim olunan cədvəllərdə Qarabağın etnik tərkibindəki dəyişiliklər aydın müşahidə olunur. 1889–1914-cü illər ərzində Qarabağ əhalisinin etnik-dini tərkibinin hesablanması əhalinin etnik-dini mənsubiyyətinə görə 1867-ci ildə keçmiş Qarabağ xanlığı torpaqlarında yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının dörd qəzasında-Şuşa, Cəbrayıl (Karyaginski), Cavanşir və Zəngəzur qəzalarında həyata keçirilmişdir.
Qarabağın maralı (mahnı)
"Qarabağın maralı" — Sözləri və musiqisi İskəndər Novruzluya məxsus mahnı. == Tarixi == "Qarabağın maralı" xalq mahnısı kimi məşhurlaşan bu sənət incisinin sözləri və musiqisi Ağdamlı İsgəndərindir. Mahnı Qarabağ gözəli, teatr aktrisası Suğra Bağırova-Abdullayeva həsr olunmuşdur. İlk dəfə 1951-ci ildə şuşalı xanəndə İsa Rəhimovun ifasında səslənib. Sonralar bir çox müğənnilər "Qarabağın maralı"nı böyük həvəslə oxuyublar. Bəzi hallarda da mahnının adını və sözlərini təhrif edərək "Azərbaycan maralı" kimi səsləndiriblər. == İfaçıları == Bu mahnının ən gözəl ifaçıları isə xalq artistləri Sara Qədimova və Şövkət Ələkbərova olub.
Azərbaycan Qarabağı batalyonu
Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsi (kiril qraf. Азәрбајҹан Гарабағы көнүллү мүдафиә дәстәси) və yaxud qısaca Qarabağ batalyonu — Qarabağ müharibəsində könüllülərdən təşkil olunmuş müdafiə dəstəsi. Şuşa şəhərinin müdafiəsində iştirak edib. Azərbaycan Müdafiə Nazirliyinin 1 fevral 1992-ci il tarixli 12014 nömrəli əmri ilə şəxsi heyəti 109 nəfərdən ibarət Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsi qeydə alınıb.
Qarabaği
Qarabaği bu mənalarda gələ bilər:
Dağlıq Qarabağın azərbaycanlı icması
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlıları təmsil edən ictimai birlik idi. İcma, keçən əsrin 80-ci illərin sonlarında vüsət alan Qarabağ müharibəsinin nəticəsində azərbaycanlıların Qarabağ bölgəsindən qovulmasından sonra, 1994-cü ildə fəaliyyətə başlamışdı. 2020-ci ildə Azərbaycan Respublikası İkinci Qarabağ müharibəsi nəticəsində işğal altındakı ərazisinin böyük hissəsini azad etdikdən sonra, 2021-ci ildə İcma öz fəaliyyətini dayandırmışdır. == İcmanın tarixi == Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir.Bununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratdı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayının keçirilməsi oldu.Qurultaya 65 min nəfərdən çox icma üzvünü təmsil edən 350 nəfər nümayəndə seçilmiş, eləcə də qurultayın işində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən çox nümayəndəsi qonaq kimi iştirak etmişdir. Qurultayda "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş və icmanın 22 nəfərdən ibarət idarə heyəti, idarə heyətinin sədri, əlaqələndirmə şurasının sədri və nəzarət-təftiş komissiyası seçilmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi idarə heyətinin sədri və icmanın rəhbəri seçilmişdir.
Dağlıq Qarabağın Azərbaycan icması

Qarabağı gözəl gördüm (mahnı)
Qarabağı gözəl gördüm — azərbaycanlı müğənni Aygün Kazımova və "Xarı Bülbüllər" qrupunun birgə ifa etdiyi mahnıdır. Mahnı Arif Qazıyevin 2005-ci ildə Aygün Kazımovanın baş rolda çəkildiyi Xarı Bülbüllər filmi üçün yazılmışdır. Mahının sözləri Baba Vəziroğluya, musiqisi Cavanşir Quliyevə aiddir.
Dağlıq Qarabağın tarixi (1918-1923)
== 1900-1918-ci illər == == 1918-1923-cü illər == Qafqazda erməni dövlətinin yaradılması beynəlxalq qarşıdurma münasibətləri müstəvisində gerçəkliyini tapan məsələ olmuşdur. Azərbaycan dövlətçiliyi, ərazi təhlükəsizliyi baxımından son dərəcə zərərli olan bir güzəşt erməni federasiyasının təşkili üçün İrəvanın onlara siyasi mərkəz olaraq verilməsi oldu. Azərbaycanın tarixi torpaqlarında dövlət əldə etmələrinə qane olmayan ermənilər qonşularına qarşı yeni-yeni iddialarla qanlı mübarizə aparmışlar. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər 1918-ci il iyulun 22-də onun “müstəqilliyini” elan etməyə cəhd göstərdilər. İyulun 31-də Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski İstanbulda olan Azərbaycan nümayəndə heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə yazırdı ki, əgər ermənilər Qarabağa iddia ilə çıxış etsələr, o zaman İrəvan və Qazax qəzasının bir hissəsini onlara güzəştə getməkdən imtina etsin. Ermənilərlə razılaşmaya əsasən, Azərbaycanın digər ərazilərinə iddia etməyəcəkləri şərtilə İrəvanın onlara keçməsi nəinki rəsmiləşdi, bundan əlavə Zəngəzur və digər Azərbaycan torpaqlarını mənimsədiklərinə baxmayaraq, Qarabağla bağlı mütəmadi bəyanatlarla çıxış etmiş, zorakı təcavüzdə davam etmişdilər. Ermənilərin Ənvər paşaya təqdim etdikləri xəritəyə görə onların iddia sərhədlərinə Sürməli, Naxçıvan, Ahalkələk, Ecmiədzin, İrəvan, Borçalı, Qazax, Qarabağ, Zəngəzur, Ordubad qəzaları daxil edilmişdi. Xarici hərbi qüvvələrin Azərbaycanda həm də siyasi gücə malik olduqları mərhələlərdə ermənilər Qarabağla bağlı müvafiq mövqe nümayiş etdirmişlər. Osmanlı hərbçilərinin köməyi ilə Bakı Cümhuriyyət hakimiyyəti altına keçdikdən sonra Qarabağda erməni yaraqlılarının türk hakimiyyət nümayəndələrindən əfv diləyərək silahlarını təhvil verməsi müşahidə olunur. Qarabağın şəhər və kəndlərində erməni əhali Azərbaycan qoşunlarını duz-çörəklə qarşılayaraq, Azərbaycan təbəəliyini qəbul edir, silahı könüllü təhvil verir, Azərbaycan hökumət qurumlarının bütün sərəncamlarına tabe olmağa hazır olduqlarını bildirirdilər.
Abbas Qarabaği
Abbas Mirzə Kərim xan oğlu Qarabaği (fars. عباس قره‌باغی‎; 1 noyabr 1918, Təbriz – 13 oktyabr 2000 və ya 14 oktyabr 2000, Paris) — İran Silahlı Qüvvələrinin sonuncu Baş Qərərgah Rəisi, general.Əslən azərbaycanlı və qarabağlı olan Abbas Qarabağı İran İslam İnqilabındakı roluna görə məşhurdur. == Həyatı == Abbas Mirzə Kərim xan oğlu 1918-ci ildə Təbriz şəhərinin Qarabağlı məhəlləsində anadan olmuşdur. Əslən Füzuli rayonunundandır. Təbriz şəhərində və Fransada hərbi məktəbdə oxumuşdur. 1953-cü ildə Fransa hüququna dair doktorluq dissertasiyası yazmışdır. Abbas Qarabaği 82 yaşında, 13 oktyabr 2000-ci ildə Fransanın Paris şəhərində vəfat etmişdir. == Karyerası == Abbas Qarabağı 1938-ci ildə İran ordusunda xidmətə başlamışdır. Tədricən vəzifəsi və rütbəsi artırılan Abbas Qarabağı 1979-cu ilə qədər Jandarma komandanı olaraq xidmət etmişdir. 1979-cu ilin yanvar ayının 7-də isə Məhəmməd Rza Şah Pəhləvi tərəfindən İran ordusunun Baş Qərərgah Rəisi, yəni faktiki ordunun baş komandanı təyin edilmişdi.
Fəzləlixan Qarabaği
Fəzləli xan Qarabaği, (Əmir Tuman) Bəylərbəyi adıylada tanınan, əslən Qarabağlı, Qacar dövrünün sərdarlarından idi. Fəzləli xan Qarabaği, Məhəmməd şah Qacarın taxta yetişməsinə yardım edib və özündən şücaət göstərdi. 1836-cı ildə Mazandaranın hakimi, 1838-ci ildə İsfahanın hakimi və 1840-cı ildə Kirmanın hakimi oldu. O, Kirman hakimi olanda İbrahim xan Zəhirəddövlənin qızı ilə evləndi. == Ailəsi == Fəzləli xan İbrahimxəlil xanın qızı Tеlli bəyimlə, Şahrux şah Qırxlı-Avşarın qızı Kiçik bəyimlə ailə qurmuşdu. Paşa bəy, Hüsеynqulu bəy adlı oğulları vardı. Hacı Ağalar xan Cavanşirin qardaşıdır. Rüstəm bəy Cavanşirin qardaşıdır. Əli xan Ərşədüddövlənin babasıdır.
Məhəmməd Qarabaği
Məhəmməd Qarabaği – filosof və ilahiyyatçıdır. 15-ci əsrin ikinci yarısında Qarabağda doğulub. O, hənəfilik məzhəbi üzrə hüqüqşünas olduğundan, "hənəfi" adı ilə tanınıb. Sonradan Rum ölkəsinə (Kiçik Asiya) gedib, orda fəaliyyət göstərdiyindən, mənbələrdə Rumi deyə də yad edilir. İstambulun bir çox mədrəsələrində dərs deyib. İznikdə Süleyman Paşa və Orxan Qazi mədrəsəsində işləyib. 1535-ci ildə İznikdə vəfat edib. Qarabağinin fəlsəfəyə dair "Elmin və idrakın mahiyyətinin təhqiqinə aid traktat"ı və digər şərhləri 1963-cü ildən Qahirənin "Xədiviyyə" kitabxanasında saxlanılır. Türkiyənin Darül Məsnəvi, Carullah kitabxanalarında saxlanılan əlyazma topluları da məşhurdur. Azərbaycan filosofunun Siracəddin Əli Uşi Fərqaninin (12 əsr) ilahiyyata dair "İmamların başlanğıcı" əsərinə həsr etdiyi şərhlə Mustafa ibn Yusif Müstarinin 1691-ci ildə öz əli ilə yazdığı haşiyə Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kitabxanasında saxlanılır.
Qənbər Qarabaği
Usta Qənbər Qarabaği (1830-cu illər, Şuşa – 1905, Şuşa) — Azərbaycan rəssamı, dekorativ boyakarlıq və ornament ustası. == Həyatı == Qənbər Rəhim oğlu Qarabaği 1830-cu ildə Şuşa şəhərində anadan olmuşdur. O, memar, nəqqaş kimi Yaxın Şərqdə tanınmışdı. Usta Qənbər 1905-ci ildə vəfat edib. Usta Qənbərin Novruz (1868-?), Şükür (1874-?) adlı oğulları vardı. İkinci oğlu Usta Şükür atasının sənətini davam etdirmişdi. Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekarativ panno və kompazisiyaların müəllifidir. Şuşada Mehmandarovun evindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən, Rüstəmovun evindəki divar rəsmləri isə son işlərindən hesab edilir. Şəki xanlarının sarayında çəkdiyi divar və tavan rəsmləri bədii-estetik dəyərinə görə Usta Qənbər Qarabağinin ən kamil əsərləridir. 19-cu əsrin sonunda sarayın bədii bərpası zamanı çəkdiyi bu rəsmlər məzmun və kompazisiya müxtəlifliyi, gül və çiçək, quş və heyvan təsvirlərinin realistliyi ilə seçilir.
İsfəndiyar Qarabaği
Doktor İsfəndiyar Qarabaği - Cənubi Azərbaycanlı müğənni. 1942-ci ildə Təbrizin Qarabağlılar məhəlləsində dünyaya gəlibdir.O, İtaliyada musiqi sahəsində təhsil alıb. O, Traktor Sazi futbol klubunun rəsmi mahnısının müğənnisidir.
İzzəddin Qarabaği
İzzəddin (Mühyəddin) Məhəmməd Əli oğlu Qarabaği (XVII əsr və ya XVIII əsr, Qarabağ – 1635) — Azərbaycan alimi. İbn Sina məktəbinin davamçılarındandır. Cəlaləddin Dəvaninin "Zəruri varlığın sübutuna dair traktat" kitabının şərhi Qarabağinin başlıca fəlsəfi əsəridir. Qarabağinin "Məlumatlar kitabının şərhi" və "İşlərin şərhi" traktatlarının əlyazması Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət kütləvi kitabxanasında saxlanılır.
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlıları təmsil edən ictimai birlik idi. İcma, keçən əsrin 80-ci illərin sonlarında vüsət alan Qarabağ müharibəsinin nəticəsində azərbaycanlıların Qarabağ bölgəsindən qovulmasından sonra, 1994-cü ildə fəaliyyətə başlamışdı. 2020-ci ildə Azərbaycan Respublikası İkinci Qarabağ müharibəsi nəticəsində işğal altındakı ərazisinin böyük hissəsini azad etdikdən sonra, 2021-ci ildə İcma öz fəaliyyətini dayandırmışdır. == İcmanın tarixi == Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir.Bununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratdı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayının keçirilməsi oldu.Qurultaya 65 min nəfərdən çox icma üzvünü təmsil edən 350 nəfər nümayəndə seçilmiş, eləcə də qurultayın işində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən çox nümayəndəsi qonaq kimi iştirak etmişdir. Qurultayda "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş və icmanın 22 nəfərdən ibarət idarə heyəti, idarə heyətinin sədri, əlaqələndirmə şurasının sədri və nəzarət-təftiş komissiyası seçilmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi idarə heyətinin sədri və icmanın rəhbəri seçilmişdir.
Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri
Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi. == Ərazilər haqqında ümumi məlumat == 12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar: Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir. Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci il tarixində Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.
Alnımızın Qarabağı. Amerikadan oxunanlar (film, 2012)
Alnımızın Qarabağı. Amerikadan oxunanlar qısametrajlı sənədli televiziya filmi 2012-ci ildə İctimai televiziyada istehsal edilmişdir. Filmdə Amerika mətbuatında Qarabağ mövzusuna yer verilməsindən bəhs edilir. == Məzmun == Filmdə Amerika mətbuatında Qarabağ mövzusuna yer verilməsindən bəhs edilir.
Qarabaldır
Qarabaldır (Qax) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Qarabaldır (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Qarabağlar
Azərbaycan Qarabağlar (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Qarabağlar (Şərur) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Qarabağlar (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Qarabağlar (Kəngərli) — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Qarabağlar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qarabağlar düzü — Kəngərli rayonu ərazisində cənub-qərbə enən maili düzənlik. Qarabağlar şəhəri — Naxçıvanda qədim ərazi. Qarabağlar türbəsi — Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşən türbə.Ermənistan Qarabağlar rayonu — Qərbi Azərbaycanda (indikiErmənistanda) azərbaycanlıların əsrlər boyu yaşadıqları qədim Azərbaycan torpaqları.Türkiyə Qarabağlar (İzmir) —İran Qarabağlar (Meşkinşəhr) —Digər Qarabağlar mahalı — Azərbaycanın Göyçay rayonu ərazisində mövcud olmuş mahal. Qarabağlar türbəsi — Azərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından biri Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşən türbə.
Qarabağlı
Qarabağlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Pənahəli xan Qarabağlı — Qarabağ xanlığının yaradıcısı. Mirzə Camal Cavanşir Qarabağlı — Tarixçi, Qarabağ xanlarının baş vəziri, Rizvan Qarabağlı — memar, memarlıq namizədi, Azərbaycan Memarlar İttifaqının üzvü. Telman Qarabağlı — erməni hüquqşünas, yazıçıKəndlər AzərbaycanQarabağlı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Qarabağlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Qarabağlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri
Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi. == Ərazilər haqqında ümumi məlumat == 12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar: Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir. Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci il tarixində Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.
Qarabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı.
Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri

Aşağı Qarabağlar
Çimənkənd, Aşağı Qarabağlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Çimənkənd rayon mərkəzindən 9 km şərqdə yerləşir. Əvvəllər mövcud olmuş Qarabağlar rayonuna aid olmuşdur və onun mərkəzi idi. Digər adı Aşağı Qarabağlar (yenə orada).1948-49-cu illərdə Qarabağlar rayonunun ləğvi ilə əlaqədar Vedi rayonunun tabeliyinə verilmişdir. Qafqazın 5 verstlik xəritəsində Cmankənd formasında qeyd edilmişdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904 - cü ildə 1725 nəfər, 1914 - cü ildə 1879 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırılmış və sağ qalanlar zorla qovulmuşdur. 1919 - cu illərdə xaricdən, xüsusilə də Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 880 nəfər azərbaycanlı, 210 erməni, 1926-cı ildə 690 nəfər azərbaycanlı, 141 erməni, 1931-ci ildə 663 nəfər azərbaycanlı, 178 erməni yaşamışdır.
Məhəbbət Qarabağlı
Məhəbbət Qarabağlı (tam adı: Məhəbbət İsmayıl oğlu Qarabağlı; 5 may 1941, Kəpənəkçi, Lüksemburq rayonu – 25 dekabr 2017) — Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı (1999-2005) == Həyatı == Məhəbbət Qarabağlı 5 may 1941-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində anadan olmuşdur. 1956-cı ildə kənd 8 illik, 1958-ci ildə isə Bolnisi rayon orta məktəbini bitirmiş və elə həmin il Bolnisi Rayon Xalq Maarifi Şöbəsinin əmri ilə doğma kənd 8 illik məktəbinə ibtidai sinif müəllimi təyin edilmişdir. Orada uğurla işləyərək iki il pedaqoji iş stajı topladıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul olunmuşdur. Çalışqanlığı və ictimai fəallığı ilə başqalarından seçilərək hələ birinci kursda ikən institutun Tələbə Elmi Cəmiyyətinə sədr seçilmişdir. Bir neçə dəfə qonşu ölkələrdə keçirilən tələbə elmi konfranslar çıxış edərək təhsil aldığı ali məktəbi təmsil etmişdir. Məhəbbət Qarabağlı 1966-cı ildə ali təhsilini başa vuraraq, təyinatla Mingəçevir şəhər 11 nömrəli orta məktəbə ixtisası üzrə müəllim göndərilmişdir. 1970-ci ildə şəhər 7 nömrəli 8 illik məktəbə, 1976-cı ildə isə şəhər 14 nömrəli orta məktəbə direktor təyin edilmişdir. 1976-1978-ci illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin qiyabi şöbəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1977-ci ildən Mingəçevir Şəhər Xalq Maarif Şöbəsinə rəhbərlik etmişdir. 1982-ci ildə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi sədrinin I müavini, 1990-cı ildə isə alternativ səsvermə yolu ilə Mingəçevir Şəhər Sovetinə sədr seçilmişdir.
Qarabaldır (Oğuz)
Qarabaldır — Azərbaycan Respublikasının Oğuz rayonunun Kərimli kənd inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 16 km. cənubda, Kərimli kəndinin qərbində, Əlicançayın sol sahilində yerləşir. == Etimologiyası == Qarabaldır etnik toponimdir. Azərbaycan xalqının etnogenizində iştirak etmiş qədim türk tayfalarından birinin adı q a r a b a l d ı r olmuşdur. “Qarabaldır” toponimi – iki hissədən ibarətdir: “qara” və “baldır”. “Qara”–böyük, güclü, qüvvətli, “Baldır” – "çıxıntı" sözlərindən yaranıb "böyük çıxıntı" deməkdir. Ümumiyyətlə, hələ qədimdən bədən üzvləri ilə oxşarlığı nəzərə alınaraq coğrafi obyektləri burun, bel, barmaq, daban, dil və sair kimi, sözlərlə adlandırmaq qanunauyğun hal olmuşdur. == Tarixi == Kəndin ərazisində ölkə və yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmiş Nekropol (e.ə IV-I əsrlər), Molla qoruğu (e. I-IV əsrləri) var.
Qarabaldır (Qax)
Qarabaldır — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Oykonim qara (burada "böyük" məna-sında) və baldır (çıxıntı) sözlərindən ibarət olub, "böyük çıxıntı" deməkdir. Ümumiyyətlə, hələ qədimdən bədən üzvləri ilə oxşarlığı nəzərə alaraq coğrafi obyektləri burun, bel, barmaq, daban, dil və s. kimi sözlərlə adlandırmaq qanunauyğun hal olmuşdur. Tərkibində baldır komponenti olan toponimlər Tovuz rayonunda da mövcuddur (Ağbal- dır dağı, Qarabaldır dağı). Deməli, kənd öz adını dağ adından almışdır. Araşdırmalar göstərir ki, baldır qədim türk dillərində sırf coğrafi termin kimi "dağ çıxıntısı" mənasında işlənmişdir. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qarabaldır kəndində milli tərkibi muğallardan ibarət 59 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
Qarabaldır bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarabağlar (Göyçay)
Qarabağlar — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə gəzasının Qarabaqlar kənd yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın Naxçıvandan Qarabağa köçürdüyü kəngərlilərin qara­bağlar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə qarabağlar tayfasının Gəncə qəzasında yaşaması haqqında məlumat vardır. == Toponimikası == Kənd 19-cu əsrdə Gəncə qəzasından olan köçkünlər tərəfindən salınmışdır. 1856-cı ilə aid “Qafqaz təqvimi”nə görə, Qarabağlar kəndində (mənbəyə görə) “tatarlar”-sünnilər (sünni azərbaycanlılar) yaşayıb Azərbaycan dilində danışırdılar[3]. 1886-cı ilə aid ailə siyahılarının materiallarında Qarabağların "Tatar" (Azərbaycan) kəndində 324 nəfər göstərilir ki, onlardan 292 nəfəri sünni, 32 nəfəri isə şiədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 988 nəfər əhali yaşayır. == Həmçinin bax == Göyçay rayonu == Xarici keçidlər == Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti == İstinadlar == | Qarabağlar (Samux) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb.
Qarabağlar (Kəngərli)
Qarabağlar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. == Tarixi == Kiçik Qafqaz silsilələrinin qocaman Araza enib gəldiyi əlverişli və səfalı bir ərazidə yerləşir. Kəndin şimalındakı təpəlik ərazidə son Tunc və dəmir dövrlərinə aid Qalacıq yaşayış məskəni tapılıb. Qalacıq qədim yaşayış yerinin sahəsi 40 hektardır. Bütün Qafqazda ilk dəfə ibtidai icma quruluşu dövrünə aid belə möhtəşəm yaşayış yeridir. Bu fakt 1934-cü ildə burada aparılan arxeoloji tədqiqatlardan sonra təsdiqlənib. Bundan başqa ölkə əhəmiyyətli arxeoloji abidə sayılan Qarabağlar yaşayış yeri XII – XVII əsrlərə aiddir. Ehtimallara görə Qarabağlarda XVII əsrdə 50000 nəfərə qədər əhali yaşayıb. İlk sakinləri 4000 il əvvəl, yəni e.ə. II minilliyin başlanğıcında məhz həmin yerdə məskən salıblar.
Qarabağlar (Meşkinşəhr)
Qarabağlar (fars. قره باغلار‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 454 nəfər yaşayır (102 ailə).
Rizvan Qarabağlı
Rizvan Sarı oğlu Babaşov (10 yanvar 1956, Şükürbəyli, Qaryagin rayonu) — Azərbaycan memarı, memarlıq namizədi, Azərbaycan Memarlar İttifaqının üzvü. == Həyatı == Rizvan Qarabağlı 10 yanvar 1956-cı ildə Füzuli rayonunun Şükürbəyli kəndində anadan olub. 1973-cü ildə Şükürbəyli kənd orta məktəbini bitirib. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun memarlıq fakültəsini memar ixtisası üzrə bitirib. 1990-cı ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insititunda baş laborant vəzifəsində elmi faliyyətə başlayıb və həmin ildə institutun aspiranturasına daxil olub. "Memar Kərbəlayi Səfixan yaradıcılığı və Qarabağın dini memarlığı" adlı namizədlik dissertasiyasını müdafiə edərək memarlıq namizədi elmi adına layiq görülüb. Hazırda həmin institutda aparıcı elmi işci vəzifəsində çalışır və "Qarabağ memarlığı" adlı doktorluq mövzusu üzərində işləyir. 1993-cü ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. == Fəaliyyəti == Rizvan Qarabağlının işlədiyi layihələr əsasında Füzuli rayonu ərazisində "Şəhidlər xatirəsinə abidə" kompleksi, "Heydər parkı", Xırdalan şəhərinin məzarlığında "Seyid Əşrəf məqbərə-məscid memarlıq kompleksi", eləcə də müxtəlif yerlərdə bir çox yaşayış binaları inşa olunub. == Əsərləri == Memar Qəzənfər Əlizadə.
Fəzləli xan Qarabaği
Fəzləli xan Qarabaği, (Əmir Tuman) Bəylərbəyi adıylada tanınan, əslən Qarabağlı, Qacar dövrünün sərdarlarından idi. Fəzləli xan Qarabaği, Məhəmməd şah Qacarın taxta yetişməsinə yardım edib və özündən şücaət göstərdi. 1836-cı ildə Mazandaranın hakimi, 1838-ci ildə İsfahanın hakimi və 1840-cı ildə Kirmanın hakimi oldu. O, Kirman hakimi olanda İbrahim xan Zəhirəddövlənin qızı ilə evləndi. == Ailəsi == Fəzləli xan İbrahimxəlil xanın qızı Tеlli bəyimlə, Şahrux şah Qırxlı-Avşarın qızı Kiçik bəyimlə ailə qurmuşdu. Paşa bəy, Hüsеynqulu bəy adlı oğulları vardı. Hacı Ağalar xan Cavanşirin qardaşıdır. Rüstəm bəy Cavanşirin qardaşıdır. Əli xan Ərşədüddövlənin babasıdır.
Kosa Yusif Qarabaği
Yusif Məhəmmədcan oğlu Qarabaği (1532, Qarabağ – 1591, Səmərqənd) — XVI əsrdə yaşamış Azərbaycan filosofu və şairi. == Şəxsiyyəti == Yusif Qarabağinin öz dövründəki elmi nüfuz və şöhrəti haqqında onun müasiri Xacə Seyid Şərif Raqimin «Tarixi-Raqimi» adlı əsərində verdiyi məlumatlar dolğun təsəvvür yaradır: «Alimlərin sultanı, fazillərin sübutu olan Mövlana Yusif Qarabaği mənalar Misrində taxta əyləşmiş, bəlkə də üzüyünün qaşı altına tam fəzilət mülkünü almış, bilik taxt-tacında əzizlənib elm səmasında on dörd gecəlik Ay kimi şəfəqlənmişdi. Bütün elmlər üzrə o, müasirlərindən bir istisna təşkil etmişdir. O, elmlər üzrə ixtisaslaşmış və mahir olmuşdur. Xüsusilə fəlsəfə və nücum sahəsində zəmanəsinin misilsiz alimi və əsrinin yeganəsi idi». Raqim Yusif Qarabağinin həm də istedadlı bir şair kimi təqdim edərək yazır: «Yusif Qarabaği şeir deməkdə yüksək ilhama və gözəl istedada malik idi, onun qəsidələri mətlədən məqtəyə qədər nadir və məzmunlu qafiyələrlə bitmişdir». Maraqlıdır ki, vaxtilə Abbasqulu ağa Bakıxanov Yusif Qarabağini məhz bir şair kimi yad etmişdir. Yusif Qarabağinin şəxsiyyəti məşhur Azərbaycan alimi Məhəmmədəli Tərbiyətin diqqətindən kənarda qalmamış və o, «Danişməndani-Azərbaycan» adlı ensiklopedik əsərində əldə etdiyi məlumatları ümumiləşdirərək yazmışdır: «Kosa adı ilə məşhur olan Yusif Məhəmmədcan oğlu Məhəmmədşahi Qarabaği öz dövrünün alimlərindən olmuş və hicri-qəməri. 1054-cü (1644-cü) ildə vəfat etmişdir. O, Mövlana Cəlaləddin Dəvvaninin «Şərhi-əqayidi-əzüdi» əsərinə haşiyə və əlavələr yazmışdır ki, «Haşiyəyi-Xanəgahi» adı ilə məşhurdur.
Kərbəlayi Səfixan Qarabaği
Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği (1817, Şuşa-1910, Şuşa) — görkəmli memar. == Həyatı == Kərbəlayı Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun doğum tarixində ziddiyətlər var. Görkəmli memar 1910-cu ildə vəfat edib. Mirzə Həsən qəbiristanlığında dəfn olunub.Kərbəlayı Səfixanın Ələkbər (1858-?), Gülməmməd (1863-?) adlı oğulları, Xurşid adlı qızı vardı. == Fəaliyyəti == Kərbəlayı Səfixanın Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib. Yuxarı Gövhər ağa məscidinin bərpası (XIX əsr) Şuşa Aşağı Gövhər ağa məscidi (1874-75) Şuşa Saatlı məscidi (1883) Culfalar məscidi Hacı Ələkbər məscidi Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868), Ağdamda məscid (1870), Odessada Tatar məscidi (1870), Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir. Şirin su hamamı == Mənbə == Rizvan Qarabağlı, Memar Kərbəlayi Səfixan Qarabaği.
Kərbəlayı Səfixan Qarabaği

Kərbəlayı Yusif Qarabaği
Kərbəlayı Yusif Qarabaği (1779-1854) — soyuq silah ustası, xəncərsaz. == Həyatı == Kərbəlayı Yusif Zikrəli oğlu 1779-cu ildə Şuşa şəhərində anadan оlmuşdu. Molla yanında oxumuşdu. Bir müddət atasının şagirdi olmuş, onun vəfatından sonra qılınc dəbdən düşdüyü üçün xəncərsaz kimi məşhurlaşmışdı. O, müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Yusif 1854-cü ildə vəfat edib. == Ailəsi == Kərbəlayı Yusif Zeynəblə ailə qurmuşdu. Əli adlı oğlu, Banu adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Şuşa şəhəri: Təbrizli məhəlləsi, Bakı, "Şuşa", 2010, səh. 212 Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
Mirzə Məhəmməd Qarabaği
Qarabaği Mirzə Məhəmməd Bağır oğlu-(1782–1858), həkim == Həyatı == Şuşanın tanınmış həkimlərindən biri də Məhəmməd Qarabağidir. Ona Bağır oğlu Məhəmməd də deyirdilər. Məhəmmədin atası Bağır kişi öncə Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin yanında, sonra onun oğlu Cəfərqulu xanın yanında pişxidmət işləmişdi. Qarabağ xanının vəliəhdi Məhəmmədhəsən ağa dığ deyilən bir azara mübtəla olmuşdu. Bağır qəlbən sevdiyi bu adamın şəfa tapmasına çalışırdı. Xanın əmri ilə Azərbaycanın, İranın bütün şəhərlərini gəzir, tanınmış həkimləri yüksək mükafat müqabilində saraya dəvət edirdi. Gələn həkimlərin hərəsi bir müalicə yazırdı. Hətta həkimlərdən biri gənc vəliəhdə müsiqi terapiyası təyin etmişdi. O gündən Qarabağın məşhur çalıb-oxuyanları Məhəmmədhəsən ağanın sarayından əskik olmadı. Maraqlıdır ki, musiqini xoşlayan və daim dinləyən gənc Cəfərqulu xan bir gün bezib çalğıçıları döymüşdü.
Mirzə Yusif Qarabaği
Mirzə Yusif Qarabaği — 1798-ci ildə Qarabağ xanlığının Hadrut kəndində anadan olmuşdur. Onun atası Nerses Cənubi Azərbaycanın Əhər şəhərindən idi və Qarabağa köçmüşdü. Mirzə Yusif öz əsərinin ("Tarixi-Safi") müqəddiməsində hələ uşaq ikən Qarabağdan "Qızılbaş vilayətinə" (Cənubi Azərbaycana) aparıldığını qeyd edirsə də, bunun səbəbini izah etmir.Ə. Ə. Səidzadə bu məsələdən bəhs edərkən Mirzə Yusif Qarabağinin 8–9 yaşlarında ikən talan məqsədilə Qarabağa soxulan qarətçilər tərəfindən əsir edilib aparıldığını və digər əsirlər sırasında İran şahına təqdim olunduğunu göstərir. Mirzə Yusifin özünün yazdığına görə, o, 18 il Qacar İranında Əmirxan sərdarın yanında qalaraq, farscanı mükəmməl öyrənmişdi. O, bir müddət divanxana katibliyi vəzifəsində işləmiş, vaxtının müəyyən hissəsini də tarixə dair əsərlər mütaliəsinə sərf etmişdir. 1828-ci ildə Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Mirzə Yusif Qarabağa qayıdır və bir müddət müəllimliklə məşğul olur. İranda müsəlmanlığı qəbul etmiş Mirzə Yusif Qarabağa qayıtdıqdan sonra mitropolit Baqdasar Həsən Cəlalyanın təkidi ilə yenidən xristianlığı qəbul edir.Mirzə Yusifin yazdığına görə o, 1854-cü ildə Kaspi və Şimali Dağıstan ölkələrinin komandanı general-leytenant knyaz Qriqori Orbelianinin yanında xidmətə girmiş və mütərcimlik etmişdir. Rusiya hərbi komandanlığı ilə Şeyx Şamil arasında aparılan yazışmada Mirzə Yusifin yaxından iştirak etdiyi ehtimal olunur.Mirzə Yusif Dağıstanda işlədiyi dövrdə Teymurxan-Şurada (Buynakskda) Vaqif və onun müasirlərinin əsərlərindən ibarət bir ədəbi məcmuə də çap etdirmişdir. Dağıstanda üçillik xidmətdən sonra Qarabağa qayıdan Mirzə Yusif yenə də müəllimliklə məşğul olmuş və 1864-cü ildə Qarabağda vəfat etmişdi.
Mirzə Əbdüllətif Qarabaği
Mirzə Əbdürrəhim Qarabaği
Mirzə Əbdürrəhim Molla Məhəmmədbağır oğlu Qarabaği - şair, müctəhid == Həyatı == Mirzə Əbdürrəhim Qarabaği 1794-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Onun mənsub olduğu nəslin nümayəndələri ardıcıl olaraq Şuşanın qazisi və məşhur ruhaniləri olublar. Təhsil almaq məqsədilə Nəcəfə yola düşən gənc Mirzə Əbdürrəhim Şeyx Əhməd Bəhreynidən dərs alaraq ictihad məqamına çatmışdı. Daha sonra Şuşaya qayıdaraq elmi və ictimai fəaliyyətə başlamışdı. O zaman Azərbaycan Rusiya imperiyasının tərkibində idi. Buna baxmayaraq Mirzə Əbdürrəhim Qarabağinin sayəsində burada mədrəsələr açılır, şəriət qanunları təbliğ olunur, dini elmlər üzrə tələbələr yetişdirilirdi. Onun fəaliyyətindən narahat olan bəzi qüvvələr alim barəsində şaiyə yayır və rus məmurlarına yanlış məlumatlar çatdırırdılar. Bu səbəbdən alim Tiflis canişini Vorontsovun yanına gətizdirilərək həbs olunmuşdu. Bir neçə müddətdən sonra onun barəsində verilən məlumatların yalan olduğu aydınlaşmış və o azadlığa buraxılmışdı. Həbsdən sonra Mirzə Əbdürrəhim Qarabaği Şirvana köçmüşdü.
Molla Hüseynəli Qarabaği
Molla Hüseynəli Kərbəlayı Rəcəbəli oğlu Qarabaği (1800-?) — Rusiya-İran savaşının iştirakçısı, kəşfiyyatçı/ == Həyatı == Hüseynəli Kərbəlayı Rəcəbəli oğlu 1800-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Öncə məhəllələrinin dini işləri ilə məşğul olmuş, sonra şəhər komendanturasının əks-kəşfiyyat bölməsinin İran şöbəsində işə düzəlmişdi. Qardaşı Hacının əlaqələndiricisi olmuşdu. Komendantdan öncə məaf, sonra bəy ünvanı almışdı. == Ailəsi == Molla Hüseynəli bəy Pəri xanımla ailə qurmuşdu. Seyidəli bəy, Ələsgər bəy, Lütfəli bəy adlı oğlanları, Tükəzban xanım, Xeyrənsə xanım adlı qızları vardı.
Molla Əli Qarabaği
Molla Əli Molla Kəlbəli oğlu – şair, xəttat, müəllim. Şuşa şəhərindəki Mərdinli məscidinin axundu. == Həyatı == Molla Əli Molla Kəlbəli oğlu 1811-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Şuşa şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. O, Qarabağda "Kor xəlifə" ayaması ilə tanınırdı. Molla Əli gözəl xəttat idi. Bir çox xəttləri yazmaqdə tay-tuşu tapılmazdı. Mirzə Kazım isimli bir şagirdi onun yazılarını toplayıb, "İnşai-Mirzə Kazım" adlı kitab çap etdirmişdi.
Qarabağlar (Samux)
Qarabağlar — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın Naxçıvan və Qarabağdan köçürdüyü insanların məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə qarabağlar tayfasının Gəncə qəzasında yaşaması haqqında məlumat vardır. == Əhalisi == Əhalisinin sayı 1595 nəfərdir.
Qarabağlar (İzmir)
Qarabağlar (türk. Karabağlar) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Konak, şərqində Buca və Qaziemir, cənubunda Menderes, qərbində Gözəlbağça və Səfərihisar, şimal-qərbində Balçova və Narlıdərə ilçələri yerləşir. İlçənin sahəsi 89 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 480,925 nəfərdir.
Qarabağlar (Şəmkir)
Qarabağlar – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qarabağlar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Qarabağlar (Şərur)
Qarabağlar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. == Tarixi == Kiçik Qafqaz silsilələrinin qocaman Araza enib gəldiyi əlverişli və səfalı bir ərazidə yerləşir. Kəndin şimalındakı təpəlik ərazidə son Tunc və dəmir dövrlərinə aid Qalacıq yaşayış məskəni tapılıb. Qalacıq qədim yaşayış yerinin sahəsi 40 hektardır. Bütün Qafqazda ilk dəfə ibtidai icma quruluşu dövrünə aid belə möhtəşəm yaşayış yeridir. Bu fakt 1934-cü ildə burada aparılan arxeoloji tədqiqatlardan sonra təsdiqlənib. Bundan başqa ölkə əhəmiyyətli arxeoloji abidə sayılan Qarabağlar yaşayış yeri XII – XVII əsrlərə aiddir. Ehtimallara görə Qarabağlarda XVII əsrdə 50000 nəfərə qədər əhali yaşayıb. İlk sakinləri 4000 il əvvəl, yəni e.ə. II minilliyin başlanğıcında məhz həmin yerdə məskən salıblar.
Qarabağlar (şəhər)
Qarabağlar şəhəri — Müasir Qarabağlar kəndinin yerləşdiyi ərazidə isə məskunlaşmanın tarixi, əsasən, orta əsrlərə aiddir. Qarabağların tarixinə diqqət yetirsək, bu ərazinin, xüsusilə XII–XVII əsrlərdə bölgənin əsas mərkəzlərindən biri kimi önəmli bir statusa sahib olduğunu söyləyə bilərik. Qarabağlar şəhərinin əsasının nə zaman qoyulması barədə yazılı qaynaqlarda verilən məlumatlar da məhz XII əsri işarə etməkdədir. Türk səyyahı Övliya Çələbinin "Bu şəhərin özülünü Mənüçöhr qoyub" fikrinə əsaslanan bir sıra tədqiqatçılar Qarabağlar şəhərinin əsasının XII əsrdə Şirvanşah Mənüçöhr tərəfindən qoyulduğu fikrini irəli sürmüşlər. Lakin bu fikrin nə qədər həqiqətə uyğun olub-olmadığı hələlik digər mənbələr tərəfindən təsdiqlənməmişdir. Qarabağların şəhər kimi formalaşması və inkişaf dövrü isə Hülakülər dövlətinin dönəminə təsadüf edir. Dövrün mənbələrində Naxçıvan tüməninin tərkibinə aid olan Naxçıvan, Əncan, Ordubad, Azad, Makuyə, Dəbil, Sürməli, Qarabağlar şəhərlərinin adı çəkilmişdir. Qarabağlar kəndi ətrafında yerləşən ərazilərdəki oykonimlər də (Qıvraq, Yurdçu və sair) ərazidə Hülakülər dövründə sürətli məskunlaşmanın olduğunu sübut edir. Qarabağlar ərazisində bu günə qədər qorunub saxlanılan Qarabağlar türbəsi də məhz Hülakülər dövründə tikilmişdir. XIX əsrdə bu kənddə olmuş V.M.Sısoyev Qarabağlar türbəsinin son Hülakülər – ilk Teymurilər dönəmində tikildiyini yazmış, portal-baştağ çərçivələrinin isə XIV əsr memarlığına uyğun olduğunu göstərmişdir.
Qarabağlar düzü
Qarabağlar düzü — Kəngərli rayonu ərazisində cənub-qərbə enən maili düzənlik. Naxçıvan dağarası çökəkliyinin Arazboyu düzənliklərindən biri. Qarabağlar kəndindən başlayaraq cənub-qərb istiqamətində genişlənir və Qıvraq qəsəbəsinədək davam edir. Cənubda Xok kəndinədək uzanır. Düzün zəif parçalanmış səthi Pleystosenin qitə molassından (allüvial-prolüvial, delüvial, delüvial-prolüvial əmələgəlmələr) təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb hissəsində, Xoy antiklinalından şimalda yerləşir.
Qarabağlar mahalı
Qarabağlar mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Göyçay rayonu ərazisində mövcud olmuşdur. == Əhalisi == 1821-ci ildə 8 kənddə (Yeniarx, Çaracə, Qarabağlar, Kürd, Potu, Rastacı, Şadat, Xoşabad) 102 ailə yaşayırdı. == İqtisadiyyatı == Qarabağlar mahalının sakinləri əkinçilik və baramaçılıqla məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Salyanlı xanım Pyotrun zabitlərini necə qətlə yetirdi" (az.).
Qarabağlar nahiyəsi
Qarabağlar nahiyəsi — Qarabağ nahiyəsi 6 kənd (Qarabağlar, Çınıq (Bakaul), Xök (Əhmədağa dizəsi), Səng, Qıvraq, Sus kəndləri) və 2 məzrəədən (Fazilqışlağı və Əlixangüney məzrə­ələri) ibarət idi. Nahiyənin ərazisi, təqribən, 467 kvadratkilometrə çatırdı. Şimaldan İrəvan sancağı və Məvaziyi-Xatın nahiyəsi, şərqdən Mülki-Arslan və Naxçıvan nahiyələri, cənubdan Təbriz əyaləti, qərbdən isə Şərur qəzasının Şərur nahiyəsi ilə həmsərhəd idi.
Garabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı.
Kazım Qarabəkir
Musa Kazım Qarabəkir (türk. Musa Kâzım Karabekir; 1882 və ya 23 iyul 1882 – 26 yanvar 1948, Ankara) — Türkiyənin görkəmli hərbi və siyasi xadimi, general, "Alçıtəpə Qəhrəmanı" ləqəbiylə tanınır. Türkiyə İstiqlaliyyət müharibəsini başladan komandirlər arasında yer alaraq, Şərq Cəbhəsində göstərdiyi uğurlarlar səbəbiylə İstiqlal medalı ilə təltif olunmuşdur. == Ailəsi == Kazım 1882-ci ildə Mehməd Əmin Paşa və Hacı Həvva xanımın ailəsində dünyaya gəlmişdir. Onun ata tərəfdən kökləri oğuz türklərinin Əfşar boyuna gedib çıxır. İlk dəfə, 1924-cü ildə, 42 yaşında ikən, Aydınlı Camal bəyin qızı İclal xanım (1900–1954) ilə evləndi. Bu evlilikdən 1927-ci ildə Həyat (1927-) və Əməl (1927–1984) adında əkiz və Timsal (26 yanvar 1941) adlarında 3 qız övladı olmuşdur. == İlk illəri və təhsili == Jandarm Alaybəyi Mehmed Emin bəyin oğlu olaraq, 23 avqust, 1882-ci il tarixində, İstanbulda anadan olmuşdur. 1902-ci ildə Hərbiyyə Məktəbindən, 1905-ci ldə Məktəb-i Erkan-i Hərbiyyədən məzun olub. == Hərbi karyerası == === I Dünya Müharibəsi illəri === Avropanın ümumi bir savaşa sürükləndiyi bu dövrdə Parisdə çalışmaqda idi.