QARABAQARA

zərf
1. İzincə, təqib edərək, ardınca düşərək, özünü göstərmədən, izləyərək.
[Fərhad:] Nə qarabaqara düşübsən, dalımca gəzirsən! Ə.Haqverdiyev.
[Xurşud:] Yox, yox, vəzir qoşun götürüb qarabaqara onun dalınca getməlidir. Ü.Hacıbəyov.
Heydər meşəyə gircək, onlar qarabaqara onu izlədilər. S.Rəhimov.

2. Diqqətlə, hərf-hərf. Qarabaqara oxumaq.
QARAAZAR
QARABASMA

Digər lüğətlərdə