Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarasol
Qarasol (lat. Vimba vimba) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Növün daxilinə aşağıdakı növlər daxildir: Vimba vimba carinata (Pallas, 1814) — Kiçikqaradəniz qarasolu, Azov və Qara dəniz sularında yaşayır. Vimba vimba persa (Pallas, 1814) — Xəzər qarasolu, Xəzər dənizində yayılmışdır. Vimba vimba tenella (Nordmann, 1840) — Kiçik qarasol, Qara dəniz sularında yaşayır Vimba vimba vimba (Linnaeus, 1758), Şimal və Baltik dənizi sularında yayılmışdır. 60 sm uzunluğa, 3 kq çəkiyə sahib olur. Maksimal yaşam müdddəti 17 ildir. Əti ağ rəngdə olur və olduqca dadlıdır. Bu səbəbdən qiymətli sənaye balığı hesab edilir. Sürüləmə dövrü may-iyun ayları baş tutur.
Fərhad Qaraşov
Fərhad Qaraşov (tam adı: Fərhad Arif oğlu Qaraşov; 12 dekabr 1986, Bakı) — Azərbaycan biznesmeni, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri, iqtisad üzrə fəlsəfə doktoru, "Made in Azerbaijan" məhsulu olan "Originar" brendinin yaradıcısıdır. == Həyatı == Fərhad Qaraşov 1986-cı il dekabr ayının 12-sində Bakı şəhərində anadan olmuşdur. 1992–2003-cü illərdə Bakı şəhərindəki 248 nömrəli məktəbdə təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. Universitetdə beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Oranı bitirdikdən sonra 2007–2010-cu illərdə universitetin beynəlxalq ticarət ixtisası üzrə magistraturasını bitirmişdir. 2007–2008-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında hərbi xidmətdə olmuşdur. 2009-cu ilin yanvar-fevral aylarında Azərbaycan Beynəlxalq Bankının Problemli Kreditlərlə İş Departamentinin baş mütəxəssisi vəzifəsində çalışmışdır. 2008–2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək ikinci təhsilini almışdır. 2016–2017-ci illərdə İngiltərədə Anglia Ruskin Universitetinin "Business Administration" ixtisası üzrə MBA dərəcəsi almışdır.
Taleh Qaraşov
Taleh Qaraşov (tam adı: Taleh Azay oğlu Qaraşov; 20 may 1959, Pirəköcə, Kürdəmir rayonu) — azərbaycanlı dövlət xadimi; Kürdəmir rayonunun icra başçısı (1996–2002), Cəlilabad rayonunun icra başçısı (2002–2006), Neftçala rayonunun icra başçısı (2006–2011), Astara rayonunun icra başçısı (2011–2012) və Lənkəran şəhərinin icra başçısı (2012). == Həyatı == Taleh Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur. 1981–1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982–1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983–1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986–1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991–1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996–2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011–2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Ailəlidir, 3 övladı var.
Aleksandr Tarasov
Aleksandr Nikolayeviç Tarasov (Rusca: Алекса́ндр Никола́евич Тара́сов; 8 mart 1958, Moskva) — sovet və rus sosioloqu, politoloqu və sol məsləkli kulturoloqu, publisisti, yazıçısı, filosofu. XXI əsrin başlanğıcına kimi İ. Mesaroşla eyni sırada və “Praksis” qrupuna mənsub olan və sonradan Londona emiqrasiya etmiş yuqoslav marksist-filosoflarla yanaşı özünü postmarksistlərə aid edirdi. Ancaq XXI əsrdə “postmarksizm” termininin E. Laklau, Ş. Muff və onların davamçıları tərəfindən mənimsənilməsi ilə əlaqədar olaraq, A. Tarasov (eynilə, Mesaroş və qeyd edilən yuqaslav filosofları kimi) özünü bu cür adlandırmaqdan əl çəkdi. == Erkən siyasi fəaliyyəti == Dekabr 1972 – yanvar 1973-cü ildə Tarasov Vasili Minorski ilə "Yeni Kommunistlər Partiyası" (YKP) adlı gizli solradikal qrup yaratdı və 1973-cü ilin yayında onun qeyri-rəsmi lideri oldu. 1974-cü ildə YKP “Sol məktəb” adlı başqa bir gizli solradikal qrupla birləşdikdən sonra birləşmiş təşkilat “Sovet İttifaqı Neokommunist Partiyası” (SİNKP) adını aldı və Tarasov onun rəhbərlərindən biri oldu. Partiyanın nəzəriyyəçisi idi, SİNKP-nın "Neokommunizmin prinsipləri" (1974) adlı proqram sənədi Tarasov tərəfindən yazılıb. 1975-ci ildə DTK tərəfindən həbs olunub, SİNKP-nın işi məhkəməyə qədər gedib çıxmadığı üçün ilkin həbsdən və birillik xüsusi ruhi xəstəxanada qaldıqdan sonra azadlığa buraxılıb. Xüsusi ruhi xəstəxanada qəddar rəftara və de-fakto işgəncələrə (döyülmə, EKT, insulin komaları, böyük dozalarda neyroleptik inyeksiyalar) məruz qalmışdır, nəticədə azadlığa ağır somatik xəstəliklərlə (hipertonik xəstəlik, ankilozlaşan spondiloartrit, böyrək və mədəaltı vəzi xəstəliyi), mahiyyətcə əlil kimi çıxdı. Sərbəst buraxıldıqdan sonra SİNKP-nın bərpa edilməsində iştirak edib, 1985-ci ilin yanvarında onun ləğvinə qədər təşkilatın rəhbərlərindən biri olub. 1988-ci ildə iki dövlət psixiatriya komissiyası tərəfindən müayinə olunub və tamamilə ruhi sağlam qəbul edilib.
Zahid Qaralov
Zahid İbrahim oğlu Qaralov (10 iyul 1934, Ormeşən, Başkeçid rayonu – 7 yanvar 2015, Berlin) — Azərbaycan ictimai-siyasi xadimi, pedaqoq, Yeni Azərbaycan Partiyası yaradıcılarından biri, Azərbaycan SSR Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, professor. == Həyatı == 1934-cü il iyul ayının 10-da qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonunun Ormeşən kəndində Türkiyədə ruhanilər məktəbində təhsil almış Molla İbrahimin ailəsində dünyaya göz açmışdır. Zahid müəllimin atası Qaraloğlu Molla İbrahim heç bir günahı olmadan 1937-ci illərin represiya qurbanlarından biri olduğuna görə, anası Fatma ana və böyük qardaşları Rza, Ziyəddin, Nəsrəddinin himayəsində böyümüşdür. Onun uşaqlıq illəri hamı kimi II Dünya müharibəsinə təsədüf olunduğundan çox çətinliklə keçmişdir. Bu çətinliklərə baxmayaraq Zahid müəllim 1947-ci ildə Ormeşən 7 illik məktəbini; 1950-ci ildə Qızılkilsə kənd orta məktəbinini yaxşı qimətlərlə bitirərək, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyət fakültəsinə qəbul olmuşdur. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra, Zahid müəllim 1956-ci il avqust ayının 15-də bir başa Ormeşən 8-illik məktəbinə direktor təyin olunmuşdur. 1956-cı ildə Gürcüstan müəllimlərinin I qurultayına nümayəndə seçilib. ’’Əməkdə fədakarlığa görə” medalı ilə təltif edilib. 1959-cu il Başkeçid Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. Dmanisi Rayon Partiya Komitəsinin plenum üzvü və büro üzvü olmuşdur.
Zakir Qaralov
Zakir Bəkir oğlu Qaralov (13 yanvar 1956, Ormeşən, Dmanisi rayonu) — Azərbaycan Respublikasının sabiq Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Zakir Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstan SSR-nin Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981–2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləmişdir. 25 aprel 2000-ci ildən 1 may 2020-ci ilədək Azərbaycan Respublikasının Baş prokuroru olmuşdur. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. == Təltif və mükafatları == Azərbaycan Respublikası prokurorluq orqanlarının inkişafında xidmətlərinə görə 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə, 29 sentyabr 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı ilə, 13 yanvar 2016-cı ildə isə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. == Ailəsi == Ailəlidir, iki övladı var.
Rauf Qardaşov
Rauf Qardaşov (Qardaşov Rauf Hacı oğlu; 3 yanvar 1956, Zaqatala) — AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, böyük elmi işçi, İstanbul Universitetinin professoru (1993–2007). == Həyatı == Rauf Qardaşov 3 yanvar 1956-cı ildə Zaqatalada anadan olmuşdur. 1983-cü ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 2000-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 2014-ci ildə isə AMEA-nm müxbir üzvü seçilmişdir. == Əmək fəaliyyəti == R. Qardaşov əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının "Kaspi" elmi mərkəzində baş laborant vəzifəsində başlamış, keçmiş SSRİ EA-nın Okeanologiya İnstitutunda stajor-tədqiqatçı, aspirant, Azərbaycan EA-nın Təbii Sərvətlərin Kosmik Tədqiqi İnstitututunda kiçik elmi işçi, böyük elmi işçi, Riyaziyyat və Mexanika İnstitutunda aparıcı elmi işçi, laboratoriya müdiri, şöbə müdiri vəzifə-lərində işləmişdir. 1993–2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsində professor vəzifəsində işləmişdir. 2008–2017-ci illərdə AMEA-nm akademik H. Əliyev adına Coğrafiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. 2017-ci ildən həmin İnstitutun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiridir. == Tədqiqat sahəsi == R. Qardaşov okean və dənizlərin aerokosmik metodlarla tədqiqi sahəsində tanınmış alimdir. Onun əsas elmi nəticələri dalğalı dəniz səthində Günəş parıl-tılarının ölçülərinin paylanma qanununun tapılması; dəniz səthinin şüalanma qabiliyyətinin daha dəqiq qiymətinin hesablanması; dəniz səthindən Günəş və lazer şüalarının əks olunması probleminin həlli üçün "güzgü əksi nöqtələr metodu"nun işlənməsi; Günəş parıltılarının statistik xarakteristikalarına görə dalğanın və küləyin xarakteristikalarını təyin edən məsafədən zondlama metodunun yaradılması; geostasionar orbitdən müşahidə zamanı okean üzərində Günəş parıltısının yerinin təyini metodunun işlənməsi; neft təbəqələrinin dənizin radiasion balansına təsirinin hesablanmasıdır.
Aslan bəy Qardaşov
Aslan bəy Əli ağa oğlu Qardaşov (az-əbcəd. آسلان بی قارداشوو‎; 1866, Çökəkoba, Zaqatala dairəsi – 21 iyul 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin əkinçilik və dövlət əmlakı naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Əhrar fraksiyasının sədri, Əhrar Partiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Rusiya imperiyası II Dövlət Dumasının üzvü. Sovet hökumətinə qarşı qaldırılmış Zaqatala üsyanının liderlərindən biri. Aslan bəy Qardaşov Zaqataladan nümayəndə olaraq Zaqatalanı müxtəlif qanunverici orqanlarda təmsil etmişdir. O, əvvəlcə Zaqatalanın Dağlılar Respublikasına, sonra Osmanlı İmperiyasına, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsini dəstəkləmişdir. Lakin aprel işğalından sonra Gürcüstan Demokratik Respublikası ilə anlaşaraq Zaqatalanın Gürcüstana birləşdirilməsini dəstəkləmişdir. == Həyatı == Aslan bəy Əli ağa oğlu 1866-cı ildə Zaqatala dairəsinin Çökəkoba kəndində anadan olmuşdur. Əvvəlcə Zaqatala qəza məktəbində, daha sonra Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almışdır. İstanbul Universitetində təhsilini davam etdirmişdir. Daha sonra Zaqatalaya qayıdan Aslan bəy 1895-ci ildə Zaqatala dairəsinin Caromuxax bölgəsində katib işləmişdir.
Qaradon
Qaradon (yun. Χαράτων; IV əsr – V əsr) — hunların xanı.
Qaragav
Qaragav — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Qarayev
Qarayev — soyad.
Saratov
Saratov (rus. Сара́тов) — Rusiya Federasiyasının Avropa hissəsinin cənub-şərqində regional əhəmiyyətli şəhərdir. Saratov vilayətinin şəhər statuslu inzibati mərkəzidir.Saratov şəhəri Volqa bölgəsinin mədəniyyət, iqtisadi və təhsil mərkəzidir.Rusiya Federasiyasıda iyirmi ən böyük milyonçu şəhərlərindən biridir, eyni zamanda əhalisi 1,2 milyon nəfəri keçən Saratov aqlomerasiyasının mərkəzidir. Volqoqrad su anbarının sağ sahilində Saratovka çayı və Engels şəhəri ilə üzbəüz yerləşir.Saratovdan Volqoqrada qədər olan məsafə 389 km, Moskvaya qədər 858 km və cənub-şərqdə yerləşən Samaraya qədər olan məsafə isə 442 km-dir. 1590-cı ildə, orta əsrlərdə mövcud olan Qızıl Ordu dövlətindən qorunmaq üçün Fyodor İvanoviçin hakimiyyəti dövründə Rusiya dövlətinin cənub sərhədlərini qorumaq üçün bir keşikçi qalası olaraq quruldu.18-ci əsrin ikinci yarısında balıq və duz ticarətinin, 19-cu əsrdən isə taxıl ticarəti mərkəzlərindən biri oldu. 1780-ci ildən bəri isə vilayət şəhəri olaraq qaldı. 20-ci əsrin əvvəllərində Volqa bölgəsində əhali baxımından ən böyük şəhər idi.1909-cu ildən universitet fəaliyyət göstərir. Saratov- çoxsaylı sənaye, mədəni və təhsil müəssisələri olan çoxfunksiyalı bir mərkəzdir. Tarixi mərkəzdə şəhər və regional idarələr (19-cu illərin sonu - 20-ci əsrin ortalarında tikilmiş binalar kompleksi); teatrlar: opera və balet teatrı (1875), dram teatrı(1803), gənc tamaşaçılar teatrı (1918),konservatoriya (1912), sirk (1876), filarmoniya (1937); muzeylər: Saratovdakı A.N.Radişev İncəsənət Muzeyi (1885), K.A.Fedinin Muzeyi (18-ci əsrin əvvəllərinə aid bina), Nikolay Çernışevskinin Muzey-Mülkiyyəti (19-cu əsrin əvvəlləri); Trinity Katedralı (17-ci əsrin sonları);və s. 18-ci illərin sonu - 20-ci əsrin əvvəllərin aid federal və regional əhəmiyyətli çoxlu sayda memarlıq abidələri mövcuddur.
Abasov
Abasov — Azərbaycanda daha çox işlədilən soyad. İsmət Abasov — Azərbaycan Respublikasının keçmiş kənd təsərrüfatı naziri İsmayıl Abasov — AMEA-nın müxbir üzvü Midhət Abasov — texnika elmləri doktoru (1962), professor. AMEA-nın həqiqi üzvü (1980) Rizvan Abasov — Azərbaycan Respublikasının əməkdar mühəndisi.
Qarasu
Qarasu (Hacıqabul) — Hacıqabul rayonunda kənd. Qarasu (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonu ərazisində yaşayış məntəqəsi - qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda bulaq. Qarasu — Xəzər dənizində, Baki arxipelaqinda ada. Uzunluğu təqr.
Abdulla Qarayev
Abdulla İsmayıl oğlu Qarayev (14 yanvar 1910, Bakı – 8 dekabr 1968, Bakı) — BDU-nun rektoru (1944-1950), tibb elmləri doktoru (1940), professor, Azərbaycan SSR Əməkdar elm xadimi (1943), Azər­baycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1949). == Həyatı == Abdulla Qarayev 14 yanvar 1910-cu ildə Bakı şəhərində anadan olub. O, 10 nömrəli orta məktəbdə təhsil alıb. 1927-ci ildə Bakı Xalq Maarifi Şöbəsinin Pedaqoji Texnikumunu bitirib. Birinci ali təhsilini Bakı Dövlət Universitetində alan Qarayev 1930-cu ildə universitetin Pedaqoji fakültəsinin Təbiət bölməsini bitirib. Daha sonra 1932-1936-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. == Əmək fəaliyyəti == Abdulla Qarayev əmək fəaliyyətinə 1927-ci ildə başlayıb. O, 1930-cu ildə Bakı Dövlət Universitetində təhsilini başa vurduqdan sonra istedadlı tələbə kimi universitetin İnsan və heyvan fiziologiyası kafedrasında işlə təmin edilib. Professor P.Y.Rostovsevin rəhbərliyi altında çalışan A.Qarayev həyatını nəzəri və eksperimental fiziologiyanın inkişafına həsr etmişdir. Abdulla Qarayev 1942-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun Normal fiziologiya kafedrasında ikinci professor, Bakı Dövlət Universitetində isə İnsan və heyvan fiziologiyası kafedrasının müdiri vəzifələrinə seçilib (1940-1942) və fiziologiya sahəsində ilk milli professor olub.
Aleksey Savrasov
Aleksey Savrasov (rus. Саврасов, Алексей Кондратьевич; 12 (24) may 1830, Moskva – 26 sentyabr (8 oktyabr) 1897, Moskva) — Rus mənzərə rəssamı. Aleksey Savrasov lirik mənzərə janrının yaradıcılarından hesab olunur.
Amal Qarayev
Amal Ədalət oğlu Qarayev (23 yanvar 2001, Ərus, Yardımlı rayonu – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amal Qarayev 2001-ci il yanvarın 23-də Yardımlı rayonunun Ərus kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amal Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Qarayev oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Qarayev
Anar Qarayev (16 iyun 1998, Almalı, Qax rayonu – 4 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və təhsili == Anar Qarayev 1998-ci il iyun ayının 16-si Qax rayonunun Almalı kəndində anadan olub. O, doğulduğu kənddə böyüyüb və həmin kəndin orta məktəbində təhsil alıb. Anar 2016-cı ildə UNEC Zaqatala filialına qəbul olub, universiteti fərqlənmə ilə bitirib. O, unversitetdə oxuduğu müddətdə heç bir müəllim yanına getmədən ərəb, alman, ingilis və rus dillərini təmiz öyrənib. == Hərbi xidməti == Anar 2020-ci il iyulun 10-da Goranboy rayonu “N” saylı hərbi hissəsində əsgəri xidmətə başlayıb, sentyabrın 15-də Ağdamın “N” saylı hərbi xidmətini davam etdirib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Döyüşçü yoldaşı, Turan Quşiyevin Anar Qarayev haqqında xatirələri: Anar Qarayev 4 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşdə şəhid olub. Qaxın Almalı kəndində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Ağarza Qafarov
Ağarza Nurməmməd oğlu Qafarov (23 yanvar 1920, Bakı – 5 may 1999) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1963–1968). == Həyatı == Ağarza Qafarov 1920-ci ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1939–1944-cü illərdə Sovet Ordusunda xidmət edən Ağarza Qafarov Böyük Vətən müharibəsində iştirak etmişdir. 1944–1949-cu illərdə rəhbər komsomol işində, 1949–1954-cü illərdə Azərbaycan SSR Ehtiyat Əmək Qüvvələri İdarəsi rəisinin müavini, Kinolaşdırma İdarəsinin rəisi işləmişdir. 1954-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1959–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) işlər müdiri olmuşdur. 1963–1968-ci illərdə Azərbaycan SSR ticarət naziri, 1968-ci ilin iyunundan isə Azərbaycan SSR neftçıxarma sənayesi nazirinin müavini vəzifələrində çalışmışdır. Ağarza Qafarov 1955–1957-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi bürosunun üzvü, 1958–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1960–1963-cü illərdə Mərkəzi Komitə üzvlüyünə namizəd, 1964-cü ildən isə Mərkəzi Komitənin üzvü olmuşdur. 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. == İstinadlar == == Xarici keçidlər == "Кафаров Агарза Нурмамедович" (rus).
Baranov adası
Baranov adası (ing. Baranof) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. 1805-ci ildə kapitan Yuri Lisyanski tərəfindən Aleksandr Baranovun şərəfinə adlandırılmışdır. Orada yaşayan Tlinqit hinduları onu Sheet’-ká X'áat’l (çox vaxt sadəcə "Şi") adlandırırlar. Admiralteyski və Çiçaqov adaları ilə birlikdə "ABC adaları" adlanan adaları əmələ gətirir. 2000-ci ildə əhalinin sayı 8532 nəfər olmuşdur. == Coğrafiya == Adanın sahəsi 4162 km², maksimum uzunluğu təxminən 160 km, eni isə 50 km-dir. Bu Aleksandr arxipelaqının ən dağlıq adası və Alyaskanın səkkizinci ən böyük adasıdır. Dünyanın ən böyük adaları siyahısında 135-ci yerdədir. Adanın demək olar ki, bütün ərazisi inzibati cəhətdən şimalda Çiçaqova adasına qədər uzanan Sitka şəhərinin məhəlləsinin bir hissəsidir.
Bədir Qarayev
Bədir Cəmil oğlu Qarayev (19 dekabr 1942, Arabaçı, Gədəbəy rayonu – 1994) — Azərbaycanın maliyyə naziri (1987–1992), professor. == Həyatı == Bədir Cəmil oğlu Qarayev 19 dekabr 1942-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuş, 1950-ci ildə kənd orta məktəbinə daxil olaraq 1960-cı ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Universitetinin maliyyə-kredit ixtisası üzrə iqtisadiyyat fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin universiteti bitirərək maliyyəçi-iqtisadçı ixtisasına yiyələnmişdir. Bədir Qarayev universiteti qurtardığı ildə təyinatla öz doğma Gədəbəy rayonuna göndərilmiş və həmin rayonun Dövlət bankında kredit müfəttişi kimi fəaliyyətə başlamışdır. Bu dövrdə onun öz üzərində çalışması bir müddət Tikinti bankının Azərbaycan kontorunda iqtisadçı, 1967–69-cu illərdə isə Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində işləməsinə şərait yaratmışdır. Sözü gedən yerlərdə yaradıcılıqla işləməsi Bədir Qarayevi elmlə məşğul olmağa həvəsləndirmişdir. Buna görə də o, 70-ci illərin əvvəllərində aspiranturaya daxil olmuş və 1972-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-ci ildən Maliyyə Nazirliyinin müxtəlif idarələrində rəis müavini və rəis işləmiş, 1980-ci ildən 1987-ci ilə kimi maliyyə nazirinin müavini, 1987-ci ilin oktyabrından 1992-ci ilin oktyabr ayına kimi Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsini icra etmişdir. 1968-ci ildə Maliyyə Nazirliyində işlədiyi dövrdə В. С. Qarayev "İşdə fərqləndiyinə görə" Azərbaycan Respublikasının Dövlət İdarələri İşçilərinin Həmkarlar İttifaqı və Maliyyə Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür. 1980-ci ildə Bədir Qarayev Maliyyə Nazirliyində işlədiyi dövrdə SSRİ Maliyyə Nazirliyinin "Maliyyə işinin əlaçısı" döş nişanı və "Fəxri fərmanı" ilə təltif olunmuşdur.
Cahangir Qarayev
Cahangir Mürsəl oğlu Qarayev (11 fevral 1950, Bakı – 15 yanvar 2013, Bakı) — Azərbaycan pianoçusu, bəstəkar və pedaqoq. == Həyat və yaradıcılığı == Cahangir Qarayev 11 fevral 1950-ci ildə Bakı şəhərində tibb xadimləri olan Mürsəl Qarayev və Böyükxanım Nəzirovanın ailəsində dünyaya gəlmişdir. Bəstəkar Qara Qarayevin qardaşı oğludur. O, ilk musiqi təhsilini 1957–1968-ci illərdə Bülbül adına Orta-İxtisas Musiqi Məktəbində Lidiya Lvovna Filatovanın fortepiano sinfində almışdır. 1968–1973-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında pianoçu-pedaqoq, professor Mayor Brennerin fortepiano sinfində təhsilini davam etdirmişdir. 1973–1975-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında aspiranturada professor Rauf Atakişiyevin sinfində oxumuş, eyni zamanda konservatoriyanın Fortepiano ixtisası kafedrasında pedaqoji fəaliyyətə başlamışdır. C.Qarayev hələ konservatoriyada təhsil aldığı illərdə bəstəkar yaradıcılığına başlamışdır. O, "Fortepiano üçün sonata", 12 prelüddən ibarət "Anlar və impulslar", "Neqativlər" adlı fortepiano pyesləri silsilələrinin, prelüdlərin, caz kompozisiyalarının, habelə bir sıra xalq mahnılarına aranjimanların müəllifidir. Musiqiçi xarici və Azərbaycan bəstəkarlarının fortepiano üçün çoxsaylı müasir üslublu əsərlərinin ilk ifaçısı olmuşdur. O, 1970-ci illərdə caz-rok strukturlu "Cürbəcür" qrupunu yaratmışdır.
Cavanşir Qafarov
Cavanşir Qafarağa oğlu Qafarov (10 fevral 1928, Gədəbəy, Gəncə qəzası – 6 yanvar 1994, Bakı) — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Cavanşir Qafarov 10 fevral 1928-ci ildə Gədəbəydə anadan olmuşdur. Gur, cingiltili və bariton səsi olan aktyor 1948–1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Cavanşir Qafarov 6 yanvar 1994-cü ildə Bakıda vəfat edib. Gədəbəydə dəfn olunmuşdur.
Cavid Qarayev
Cavid Əmirxan oğlu Qarayev (5 sentyabr 1984, Kərimbəyli, Füzuli rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Qarayev 1984-cü il sentyabrın 5-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Cavid Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Qarayev oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun Kərimbəyli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Qarayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Corc Qafarov
Corc Qafarov — Azərbaycanlı aktyor. == Həyatı == Qafarov Corc Maris oğlu 24 fevral 1995-ci ildə Latviya Respublikasının Riqa şəhərində anadan olmuşdur. Atası Maris Beinerts latviyalı, anası Leyla Qafarova isə azərbaycanlıdır. Corc 5 yaşında anası ilə birlikdə Azərbaycana gəlib. Valideynlərinin boşanması nəticəsində Corc və qardaşı Jerar uşaq evinə düşür və orada böyüməyə başlayırlar. Bu dövrdə onun atası Latviyada, anası isə Azərbaycanda qalır. 24 may 2014-cü ildə Corcun anası xərçəng xəstəliyindən dünyasını dəyişir. Corc uşaq evində qaldığı müddətdə idman, rəqs və rəsmlə məşğul olur. Rəqslə qatıldığı televiziya yarışmasında Corcu Rejissor Yavər Rzayev görüb bəyənir və görüşə dəvət edir. Yavər Rzayev onu öz filmində baş rolda görmək istəyir.
Dilsuz Qarayev
Dilsuz Məmmədağa oğlu Qarayev (23 dekabr 1990; Hindarx, Ağcabədi rayonu, Azərbaycan SSR – 3 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi. == Həyatı və hərbi xidməti == Dilsuz Qarayev 23 dekabr 1990-cı ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Gədəbəydə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 6 ay xidmət keçdikdən sonra gizir məktəbinə göndərilməsi üçün komandanlığa müraciət etmişdir. Gizir məktəbinə bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin giziri olmuşdur. Paytaxtda xidmət edən Dilsuz Qarayev ön xəttdə xidmət etmək üçün komandanlığa müraciət edir və o, ön xəttdə yerləşən "N" saylı hərbi hissələrdən birinə göndərilir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Dilsuz Qarayev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşdu. Dilsuz Qarayev 3 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.
Dmitri Baranov
Balaşov
Balaşov — Rusiya Federasiyasında yerləşən şəhər Saratov vilayətinə daxildir
Qaragöl
Azərbaycanda Qaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd. İşıqlı Qaragöl — Laçın rayonu ilə Gorus rayonu sərhəddində yerləşən göl.
Qaragöz
Qaragöz (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qaragöz (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Qaragöz (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Qaraçöp
Qaraçöp — Gürcüstan Respublikasında əhalisi azərbaycanlılardan ibarət özündə əsasən 8 məhəlləni birləşdirən qəsəbə. Bu məhəllələrə daxildir: Qazılar, Tüllər, Ləmbəli, Keşəli, Muğanlı, Qarabağlı, Düz - Əyrəm və Baldoy. == Tarixi == Qaraçöp qədim döyüşçü türk boyları (əsasən oğuz, az sayda qıpçaq) tərəfindən yurd edilmişdir. Buraya Qarabağ, Gəncə, Qazax və Borçalıdan başqa türkmənlər də köç etmişlər. == Əhalisi == Qaraçöp əhalisi demək olar ki, bütünlüklə azərbaycanlılardan ibarətdir. Dini inancları islamdır. Əhali əsasən maldarlıq və ticarətlə məşğul olur. Sovet dövründə əhalinin var-dövləti dövlət tərəfindən müsadirə edilmişdir. Buna görə hətta kənddə üsyan baş qaldırmışdır. Kəndə girə bilməyən əsgərlər onu uzaqdan top atəşinə tutmuşlar.
Qaraşen
Qaraşen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «böyük» mənasında işlənən qara sözündən və «yaşayış yeri, kənd» mənasında işlənən şenlik sözündən formalaşan şen topoformantı əsasında əmələ gəlib «böyük kənd, yaşayış yeri» anlamını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb toponimdir.
Braşov
Braşov (rum. Braşov, mac. Brassó) — Rumıniyada şəhər. Ölkənin 10 ən böyük şəhərlərindən biri. Keçmişdə Kronştadt (alm. Kronstadt‎) adlanıb. 1950–1960-cı illərdə şəhər İosif Stalinin şərəfinə Oraşul-Stalin adlandırılıb. Tsara Bırsey tarixi bölgəsinin paytaxtıdır. == Ümumi məlumat == Rumıniyanın mərkəzində yerləşən Braşovu tez-tez rumın Zalsburqu da deyirlər. Braşovun qotik üslublu köhnə məhəllələri insanda güclü təəssürat oyadır.
Aleksandr Kardaşov
Aleksandr Vasilyeviç Kardaşov (rus. Александр Васильевич Кардашев; 10 iyul 1917 – 7 noyabr 1973) — Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (avqust 1959-cu il — 12 oktyabr 1963-cü il).
Anar Babaşov
== Siyahı ==