Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qayçı
Qayçı — müxtəlif materialları kəsmək üçün alət və ya maşın. E.ə. III əsrdən məlumdur. İlk qayçılar qövsəoxşar, yaylı metal lövhə ilə birləşdirilmiş 2 bıçaqdan ibarət olmuşdur. Qayçının əsas işlək hissəsi materialı kəsən bir cüt (yaxud bir neçə cüt) bıçaqdır. Əl qayçısı ilə parça, kağız və b. materiallar kəsilir. Məişətdə və tibdə işlədilən, həmçinin çilingər, dərzi və s. qayçıları da olur. Müxtəlif materialları kəsmək üçün stasionar və gəzdirilə bilən (diskli və düzxətli bıçaqları olan) quruluşlar tətbiq edilir.
Daş, qayçı, kağız
Daş, qayçı, kağız dünyanın bir çox ölkəsində tanınan iki nəfərlik və üç haldan birinin seçilməsi ilə oynanılan əl oyunudur. Oyun Çində icad olunub. Daş qayçını, qayçı kağızı, kağız da daşa qalib gələr. Oyunçular eyni halı eyni vaxtda seçsələr, oyun heç-heçə qurtarır. == Oyunun qaydaları == Oyunçular birlikdə yumruqlarını silkələyərək ucadan "Daş, qayçı, kağız", yaxud "Bir, iki, üç" deyirlər və hər bir oyunçu eyni vaxtda üç haldan biri "daşdan, qayçıdan, kağızdan biri" seçilir. Seçilən hallara baxılaraq kimin udub-udmadığı məlum olur. Oyunun ilk saniyələrində qazanmaq üçün kağızdan başlamaq kifayətdir. İnsanlar ümumiyyətlə daşdan başlayırlar, çünki bu, əlin ala biləcəyi ən asan formadır. Daş - əl yumruq şəklində olur. Qayçı - Əlin şəhadət barmağı ilə orta barmağından başqa bütün barmaqlar ovucun içərisinə yığılır və şəhadət barmağı ilə orta barmaq bir-birindən ayrılmış halda olur.
Qaysı
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3–18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Qayğı
Qayğı (film, 1943)
Yayçı
Yayçı (Əcəbşir) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Yayçı (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.
Qamçı effekti
Qamçı effekti və ya Forrester effekti (ing. Bullwhip effect) — təchizat zəncirinin yuxarı və aşağı axımında məlumata görə yaranmış qeyri-dəqiqlik. Bu konsepsiya ilk dəfə Cey Forresterin 1961-ci ildə yayımladığı "Sənaye dinamikası" (ing. "Industrial Dynamics") kitabında təqdim edilmişdir. Bu səbəbdən termin bəzən onun adı ilə adlandırılır.
Qaysı qurusu
Qaysı qurusu və ya ərik qaxı (uyğ. kurägä "qurudulmuş əriklər" və ya özb. quru) – ərik meyvələrinin qurudulması yolu ilə əldə olunan meyvə qaxacı. Qida sənayəsində mühüm yer tutan ərzaq növlərindən biridir. Ərik qaxı milli xörəklərin hazırlanmasında (xüsusən plov) əvəzolunmaz çərəzdir. == Hazırlanması == === Günəşdə qurutma üsulu === Çox qədimdən istifadə olunan və geniş yayılmış üsuldur. Əriklər tumlu halında təmiz pambığ və ya kətan parça üzərinə sərilir. Günəş şüaları altnda 3–4 gün saxlanıldıqdan sonra tumu çıxarılır. Yumşaq şəkildə tumu çıxarılarsa forması əzilmiş olur və tumla birgə ətli hissəsi də çıxır və istənilən nəticə əldə edilmir. Tumlar rahat çıxarıldıqdan sonra arzuolunan rəng alınana qədər 5–10 gün müddətində gün işığında saxlanılır.
Qayğı (1943)
Qayğı (Laçın)
Qayğı — Azərbaycanın Laçın rayonu Qayğı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == 18 may 1992-ci ildə işğal edilib. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun tərkibindəki yaşayış məntəqəsi Qayğı qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qayğı qəsəbəsi mərkəz olmaqla Qayğı qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır. 2022-ci ilin avqust-sentyabr aylarında istifadəyə verilən Laçın dəhlizinə alternativ çəkilmiş yeni yolun üzərində yerləşir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu bu yola nəzarət edir. == Toponimikası == 1988–1989-cu illərdə Ermənistandan didərgin salınmış Azərbaycan ailələri üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən "Qayğı" cəmiyyətinin vəsaiti hesabına salındığından belə adlanmışdır. == Coğrafiyası və iqlimi == Qəsəbə Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Qayğı qəsəbəsi
Qayğı — Azərbaycanın Laçın rayonu Qayğı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == 18 may 1992-ci ildə işğal edilib. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun tərkibindəki yaşayış məntəqəsi Qayğı qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qayğı qəsəbəsi mərkəz olmaqla Qayğı qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır. 2022-ci ilin avqust-sentyabr aylarında istifadəyə verilən Laçın dəhlizinə alternativ çəkilmiş yeni yolun üzərində yerləşir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu bu yola nəzarət edir. == Toponimikası == 1988–1989-cu illərdə Ermənistandan didərgin salınmış Azərbaycan ailələri üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən "Qayğı" cəmiyyətinin vəsaiti hesabına salındığından belə adlanmışdır. == Coğrafiyası və iqlimi == Qəsəbə Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Yayçı (Əcəbşir)
Yayçı (fars. يايچي‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,114 nəfər yaşayır (264 ailə).
Yayçı (Ərdəbil)
Yayçı (fars. يايچي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 261 nəfər yaşayır (51 ailə).
Aşağı Qamçı
AŞAĞI QAMÇI — İrəvan quberniyası Eçmiadzin qəzasında kənd adı. == Toponimikası == Eçmiadzin qəzasında kənd adı. 1877-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə ermənicə Baqramabert adlandırılmışdır. XIX əsrdə Dağıstan əyalətinin Qaytaq-Tabasaran dairəsindəki Qamçı-özən çay adı Bakı qəzasındakı Gəmcə dağı, Naxçıvandakı Gəmici çayı və b. toponimlərlə mənaca eynidir.
Yayçı (Culfa)
Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimikası == Kəndin adı "Yəyci" variantında da qeydə alınmışdır. Oykonim mənşəcə oğuz tayfalarından olan qədim yaycı tayfasının adı ilə bağlıdır. Bu tayfa hələ qədimdən Naxçıvan, Cənubi Azərbaycan, Şərqi Anadolu və indiki Ermənistan ərazisində yaşamışdır. == Tarixi == === Tarixi abidələri === Yaycı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Əhalisi == Əhalisi 6343 nəfərdir.
Qayı boyu
Qayı boyu və ya Kayı boyu (Qayığ, Kayığقايى بويى/قيغ بويى) — Oğuzların boz ox qolundan. Türkmən tarixçisi Ovez Gündoğduyev Qayı boyunun Hun boyu olan Haylandur boyu eyni olduğu fikrini irəli sürür. == Tarixi == Qayı kəlməsi, "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. Oğuz Xan oğlu Gön Xan oğlu Qayının, bu boyun cəddi olduğu söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır. == Qalereya == == Mənbə == Oğuzlar: Tarihleri-Boy Teşkilatı-Destanları, İstanbul 1999 (Prof.
Qayı sülaləsi
Qayı boyu və ya Kayı boyu (Qayığ, Kayığقايى بويى/قيغ بويى) — Oğuzların boz ox qolundan. Türkmən tarixçisi Ovez Gündoğduyev Qayı boyunun Hun boyu olan Haylandur boyu eyni olduğu fikrini irəli sürür. == Tarixi == Qayı kəlməsi, "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. Oğuz Xan oğlu Gön Xan oğlu Qayının, bu boyun cəddi olduğu söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır. == Qalereya == == Mənbə == Oğuzlar: Tarihleri-Boy Teşkilatı-Destanları, İstanbul 1999 (Prof.
Qayğı (film, 1943)
Yaycı
Yaycı (Culfa) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd; Yaycı (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistan Respublikasının Gorus rayonunda kənd; Yaycı (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ermənistan Respublikasının Vedi rayonunda kənd; Yaycı (Dərəçiçək) —İrəvan xanlığının Dərəçiçək mahalında, sonralar İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Ermənistan Respublikasının Sevan rayonunda kənd; Yaycı (İğdır) — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd; Yuxarı Yaycı (Şərur) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd; Aşağı Yaycı (Şərur) —Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd; Yaycı (Çaldıran) — (İran, Qərbi Azərbaycan ostanı, Çaldıran şəhristanı); Yaycı (Şahinbəy) — Türkiyənin Qaziantep ilində, Şahinbəy ilçəsində məhəllə (kecmişdə kənd); Yaycı (Şebinkarahisar) — Giresun ili Şebinkarahisar ilçəsinə bağlı kənd; Yaycı (Ünye) — Ordu ili Ünye ilçəsinə bağlı məhəllə; Yaycı (Qırxbulaq) — İrəvan xanliğının Qırxbulaq mahalında kənd; Yaycı stansiyası — Culfa rayonunda dəmiryolu stansiyası; Yaycıçay— Şərur rayonu ərazisində çay. Araz çayının sol qoludur.
İnsana qayğı (film, 1978)
Yaycı (Culfa)
Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimikası == Kəndin adı "Yəyci" variantında da qeydə alınmışdır. Oykonim mənşəcə oğuz tayfalarından olan qədim yaycı tayfasının adı ilə bağlıdır. Bu tayfa hələ qədimdən Naxçıvan, Cənubi Azərbaycan, Şərqi Anadolu və indiki Ermənistan ərazisində yaşamışdır. == Tarixi == === Tarixi abidələri === Yaycı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Əhalisi == Əhalisi 6343 nəfərdir.
Yaycı (Dərəçiçək)
Yayıcı (Zovaber) — İrəvan xanlığının Dərəçiçək mahalında, sonralar İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə, Zəngi çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuz tayfalarından olan yayıcı etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zovaber (Dzovaber) qoyulmuşdur. == Toponimi == 1978-ci ildə kənd ermənicə Tsovabert adlandırılmışdır. XVII əsrə aid erməni mənbəyinə görə adı Yaycılar idi == Əhalisi == XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi ermənilər idi.
Yaycı (Gorus)
Yaycı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim yaycı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Harjis qoyulmuşdur.
Yaycı (Vedi)
Yaycı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda kənd adı == Əhalisi == Kənddə 1897-ci ildə 180 nəfər, 1914-cü ildə 157 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildən etibarən kəndin azərbaycanlı əhalisi zorla ermənilər tərəfindən qovulmuşdur. 1930-cu illərə kimi kənd xaraba qalmış, heç kim yaşamamışdır. 1930-cu ildən başlayaraq kəndə kürdlər yerləşdirilmişdir. == Toponimi == Toponim yaycı türk etnonimi əsasında düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Yaycı (Çaldıran)
Yaycı (fars. يايچي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (10 ailə).
Yaycı (İğdır)
Yaycı — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 5 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Əhalisi == Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. == Təsərrüfat == Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq yəşkil edir. Ən çox yetişdirilən bitki qarğıdalıdır. == İnfrastruktur == Kənddə ibtidai məktəb, İçməli su şəbəkəsi vardır. Ancaq kanalizasiya isə yoxdur. Sağlamlıq ocağına sahibdir. Kəndə gedən yol asfaltlaşdırılmışdır.
Yaycı düzənliyi
Yaycı düzənliyi — Qaradərə çayının gətirmə konusundan ibarət olub, şimaldan cənuba doğru 10–12 km uzanır. Düzənliyin ən enli yeri 5 km olmaqla, dəniz səviyyəsindən 720–960 m hündürlükdə yerləşir. Yaycı düzü Kərimqulu Dizə kəndindən şimal-qərb istiqamətinə dönərək, Qapıqabağı düzənliyinə qovuşur. Bu düzənlik əsasən allüvial-prollüvial çöküntülər ilə örtülmüşdür. Ərazinin 1000 hektara yaxın torpaq sahəsi suvarılaraq, əkinçilikdə istifadə olunur. Burada da suvarma suyu təminatı zəifdir. Gilan çaydan çəkilən Yaycı arxı suvarma dövrü yeganə etibarlı su mənbəyi rolunu oynayır.
Yaycı kanalı
Yaycı kanalı — Naxçıvan Muxtar Respublikasının Ordubad və Culfa rayonlarında tarixi abidə. Öz başlanğıcını Ordubad rayonunun Sabirkənd yaxınlığında Gilançaydan götürür. Kanal dağların ətəyi ilə Culfa rayonunun Yaycı kəndinə doğru axır. Kanal hazırda istifadə edilməkdədir. Sabirkəndin içərisində kanalın fəaliyyətini təmin etmək üçün hündürlüyü bəzi yerlərdə 3-4 metrə çatan dəstək divarları inşa edilmişdir. Divarlar yonulmamış qaya parçalarından hörülərək palçıqla bərkidilmişdir. Divarlar təmir edilmədiyindən hazırda dağılmış vəziyyət dədir. Sabirkənddən keçən hissədə torpaq yumşaq olduğu üçün kanalın içərisinə və divarlarına daş döşənmişdir. Döşəmənin qalıqları yalnız bəzi qismlərdə salamat qalmışdır. Hazırda kanalın içərisinə beton salınmışdır.
Yaycı nekropolu
Yaycı nekropolu — orta tunc dövrünə aid olub, Şərur rayonunun Aşağı Yaycı kəndindən cənubda yerləşən abidə. Nekropol 1976-cı ildə Arpaçay su anbarı tikilərkən təsadüfən aşkar olunmuşdur. Tikinti zamanı bir neçə qəbir abidəsi dağıdılmış, zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Qəbirlər daş qutulardan ibarət olub müxtəlif istiqamətlərə yönəlmişdir. Onların divarları iri sal daşlarla qurulmuş, üzəri bir neçə daş pilitə ilə örtülmüşdür. Bəzi daş qutular kromlexlə əhatə olunmuşdur. Qəbirlərin üzərində yer səviyyəsindən 0,5-1 m hündürlükdə olan kurqanlar saxlanmışdır. 2011-ci ildə Yaycı nekropolunda kəşfiyyat qazıntıları aparılmışdır. Bu qazıntılar zamanı E.Məmmədov tərəfindən üzəri daş kurqanla örtülmüş bir torpaq qəbir açılmışdır. Qəbirdə skelet qalıqları tapılmamışdır.
Yaycı qalası
Yaycı qalası — Şərur rayonunun Aşağı Yaycı kəndində, Avpaçayın sol sahilində arxeologi abidə. Аrpаçаyın sоl sаhilində, hündür dаğ zirvəsində dаşdаn inşа еdilmiş qаlа strаtеji cəhətdən əlvеrişli mövqеdədir. Qаlаnın bir hissəsi təbii qаyаlаrlа əhаtələnmişdir. Qаlаdа аpаrdığımız tədqiqаtlаr nəticəsində burаdаn хеyli miqdаrdа şirli və şirsiz sахsı məmulаtı, dəmir əşyаlаrın hissələri аşkаr еdilmişdir. Dəmir əşyаlаr ох və nizə tipli Оrtа əsr silаhlаrı ilə təmsil оlunmuşdur. Yаycı qаlаsını burаdаn аşkаr еdilmiş mаddi mаtеriаllаr əsаsındа IХ-ХIII əsrlərə аid еtmək оlаr.
Yaycı çayı
Yaycıçay — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində çay. == Haqqında == Şərqi Arpaçayın sol qoludur. Mənsəbindən 23 km. məsafədə ona tökülür. Uzunluğu 7 km, hövzəsinin sahəsi 5 km²-dir. Yağış və qrunt suları ilə qidalanır.
Yuxarı Yaycı
Yuxarı Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun Yaycı i.ə.v. də kənd . Dərələyəz silsiləsinin ətəyində yerləşir.Keçmiş adı Yaycı olmuşdur. XX əsrin 20 - ci illərində ondan əmələ gəlmiş digər kənd Aşağı Yaycı, Keçmişkənd isə Yuxarı Yaycı adlandırılmışdır. Oykonimin birinci komponenti kəndin yerləşdiyi coğrafi mövqeyi, ikinci komponenti isə qəd. türk mənşəli yaycı tayfasının adını əks etdirir.
Parçı
Xanlıqlar (Parçı) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun Eyniadlı i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Naxçıvan xanlarına məxsus Xanlıq adlanan mülk yerinin ərazisində salındığı üçün belə adlanır.
Qanlı
Qanlı, Qamışlı, Torfavan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin yaranması və ilk adı olan Qanlı sözünün mənası iki əsas mənanı kəsb edir. 1. "Dədə Qorqud" dastanını təşkil edən 12 Türk boylarından biri "Səlcuq" Türkərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. 2. Qanlı sözünün ikinci mənası isə deyilənlərə görə Qazax mahalından Göyçə mahalına gələn Qanlı Allahverdinin adı iıə bağlıdır. Qanlı Allahverdi kəndin himini salarkən bol sulu, münbit torpağa və eləcə də maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Qanlı Allahverdi kənddə özündən sonra məskunlaşan kənd sakinlərindən biri ilə dalaşaraq həmin adamı öldürmüşdü. O, qan tökdüyünə görə həmin gündən ailəsi ilə birlikdə kənddən köçərək Azərbaycanın Kəlbəcər rayonunun indiki Qanlı kəndinin bünövrəsini salmış və ömrünün sonuna qədər orada yaşamışdır.
Qaraçı
== Xalq ==
Qayda
Qayda – 1)nizam, səliqə; bir şeyin düzgün vəziyyəti, nizamda olması. Məsələn, qaydaya salmaq, şeyləri qaydada saxlamaq, qayda yaratmaq; 2)bir şeyin yerinə yetirilməsi üçün müəyyən üsullar göstərən qərar və s. Məsələn, seçki qaydaları, intizam qaydaları; 3)üsul. Ədəbiyyat R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qayma
Qayma (rus. глыба, ing. block, massiph) — 1) yer qabığının qırılmalarla ayrılmış hissəsi olub, digər sahələrdən quruluşuna, şaquli tektonik hərəkətlərin sürəti və istiqamətinə görə fərqlənir. Qalxmış Q.-horstlar, enmiş Q. – qrabenlərdir; 2) eni və uzunluğu bir neçə yüz metr, qalınlığı on metrlərlə olan ekzotik və yaxud buzlaq vasitəsilə qopardılmış (ayrılmış) belə Q. Buz-laqlar vasitəsilə ilkin yerlərindən 100 km-lərlə məsafəyə aparılır; 3) diametri 1 metrdən böyük olan süxur parçaları.
Qayot
Qayot (rus. гайоты, ing. guyots) — amerikalı coğrafi və geoloq A. Qüyotun (1807–1884) şərəfinə adlandırılmışdır. Ətraf sahələrdən təcrid olunmuş hamar zirvəli sualtı vulkanik dağlar. Belə hesab edirlər ki, zirvənin hamarlanması qədim abraziya və yaxud subaeral denudasiya nəticəsində baş vermişdir. Sakit okeanda müşahidə olunur. Q. zirvəsi 200 m-dən 2000 m-ə qədər dərinlikdə yerləşir.
Qaysa
Qaysa — Azərbaycan Respublikasının Balakən rayonunun Qaysa kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Balakən rayonunun Qaysa kənd Soveti Qaysa kəndinin ərazisinin bir hissəsi Qabaqçöl qəsəbə Sovetinin tərkibinə verilmişdir.
Qayıq
Qayıq — qədim su nəqliyyatı vasitəsi, su nəqliyyatının ən mükəmməl növü. == Tarixi == Qayıq Neolit dövründən məlumdur. İlk qayıqları qalın və uzun ağac gövdəsinin içini daş alətlərlə oyub düzəldirdilər. Qədim zamanlarda heyvan dərisindən, papirusdan və s.-dən də qayıq hazırlanırdı. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq məqsədilə ağacın alt hissəsini yonub yastı hala salır, qabaq tərəfini isə nazildib itiləşdirirdilər. Belə qayıqlar ilk dəfə avstraliyalılar tərəfindən yaradılmışdı. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində dəniz və çaylarda yük daşımaq üçün avarlı və yelkənli qayıqlar hazırlanırdı. Qayıq Azərbaycanda da qədimdən məlumdur. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin, Azərbaycanda yaşamış tayfaların hələ e.ə.
Qayış
Qayış (texnika) — maşın hissəsi. Qayış (mifologiya) — mifik canlı.