Qayğı (Laçın)

QayğıAzərbaycanın Laçın rayonu Qayğı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Qayğı
39°39′29″ şm. e. 46°32′16″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qayğı xəritədə
Qayğı
Qayğı

Tarixi[redaktə | mənbəni redaktə et]

18 may 1992-ci ildə işğal edilib

Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun tərkibindəki yaşayış məntəqəsi Qayğı qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qayğı qəsəbəsi mərkəz olmaqla Qayğı qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır.[1]

2022-ci ilin avqust-sentyabr aylarında istifadəyə verilən Laçın dəhlizinə alternativ çəkilmiş yeni yolun üzərində yerləşir.

Toponimikası[redaktə | mənbəni redaktə et]

1988–1989-cu illərdə Ermənistandan didərgin salınmış Azərbaycan ailələri üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən "Qayğı" cəmiyyətinin vəsaiti hesabına salındığından belə adlanmışdır.[2]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Qəsəbə Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq idi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  2. Qayğı (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]