Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stellaria media var. media
Orta cincilim (lat. Stellaria media) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin cincilim cinsinə aid bitki növü. == Sinonimləri == Alsine apetala Kit. ex Nyman Alsine avicularum Lam. Alsine barbata Stokes Alsine bipartita Gilib. [Invalid] Alsine brachypetala Opiz Alsine elongata Jord. & Fourr. Alsine glabella Jord. & Fourr. Alsine gussonii Jord.
Alsine media
Orta cincilim (lat. Stellaria media) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin cincilim cinsinə aid bitki növü. == Sinonimləri == Alsine apetala Kit. ex Nyman Alsine avicularum Lam. Alsine barbata Stokes Alsine bipartita Gilib. [Invalid] Alsine brachypetala Opiz Alsine elongata Jord. & Fourr. Alsine glabella Jord. & Fourr. Alsine gussonii Jord.
Aspyr Media
Aspyr Media, Inc. – baş qərərgahı Ostin, Texasda yerləşən ABŞ videooyun nəşrçisi. 1996-ci ildə qurulan şirkət videooyunların, Microsoft Windows-dan MacOS və Linux-a daşınmasında ixtisaslaşıb.Aspyr'ın loqosu altında, daşınan məşhur seriyalar arasında Call Of Duty, Sivilizasiya, Ulduz Müharibələri, The Sims 2 və Borderlands iştirak edir. 2003-cü ildə Aspyr, Mac Əyləncə Bazarı'nın 60 faizinə sahib oldu. MacOS və Linux'dan, Aspyr, Game Boy Advance, Nintendo DS, Xbox, Xbox 360, PlayStation 2, IOS, Android və Windows Mobile'a da videooyun daşıyıb. Aspyr, videooyunlarının daşınmasından əlavə, Wideload Games'in 2005-ci ildə satışa çıxarılan Stubbs The Zombie in Rebel Without a Pulse adlı oyunu ilə məşhur hala gələn nəşriyyat xidmətləri də təqdim edir. Aspyr, 2014-ci ilin İyun ayında, Linux üçün, Sivilizasiya V'in daşınmasını satışa çıxardı.Aspyr, ayrıca bir çox albomlar və sənədli filmlər istehsal etdi və payladı. 2015-ci ildə Aspyr, Quantic Dream tərəfindən hazırlana Fahrenheit: İndigo Prophecy'ni, həm hazırladı, həmdə nəşr etdi, bu onların daşınma sahəsinin xaricindəki təkmilləşdirilən ilk oyunu edir.
Banksia media
Banksia media (lat. Banksia media) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Crataegus × media
Crataegus ×media (lat. Crataegus ×media) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
DMG Media
DMG Media – Böyük Britaniyada qəzet qrupu. Lord Rotermirin 1922-ci ildə yaratdığı "Deyli meyl ənd ceneral trast" nəşriyyat korporasiyasına daxildir. İdarəsi Londondadır. "Associated Newspapers Ltd" 3 qəzet nəşr edir (2004). Gündəlik "Deyli meyl" ("Daily Mail") qəzetinin əsası 1896-cı ildə qoyulmuşdur, tirajı 2,3 mln. nüsxədir. "Meyl on sandi" ("Mail on Sunday") bazar günü nəşri 1982 ildə yaradılmış, tirajı 2,2 mln. nüsxədir. "İvninq standard" ("Evening Standard") London axşam qəzeti 1827-ci ildən nəşr olunur, tirajı 440 min nüsxədir. Nəşrlərin üçü də Böyük Britaniyanın mərkəzi qəzetləri içərisində oxucu dairəsinin ("orta sinfin" konservativ, yaxud mərkəzçi düşüncəli hissəsi) stabilliyi ilə seçilir.
Digitalis media
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Drosera media
Drosera intermedia (lat. Drosera intermedia) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Drosera americana Willd. Drosera foliosa Elliott Drosera intermedia var. americana (Willd.) DC. Drosera intermedia f. corymbosa (DC.) Fernald Drosera intermedia var. corymbosa DC. Drosera intermedia f. elatior Planch. Drosera intermedia var. elatior Planch.
Fumaria media
Dərman şahtərəsi (lat. Fumaria officinalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dərman şahtərəsi 10-30 sm hündürlükdə, budaqlanan, qabırğacıqlı, içərisi boş gövdəli birillik ot bitkisidir. Bitki göyümtül-yaşıl rənglidir. Yarpaqlar gövdə üzərində növbəli düzülmüş və ikiqatlələkvari bölümlüdürlər. Çiçəkləri qırmizi rənglidir, qeyri-müntəzəmdirlər, xırda olub salxıma toplanmışdır. Kasa yarpaqları 4 ədəd, erkəkciklər 2 ədəd və 3 bölümlüdürlər. Meyvəsi uc hissədən bir qədər basıq olan fındıqcıqdır. Bitki aprel ayindan iyun aylarına qədər çiçəkləyir və iyul-avqust aylarinda meyvə verir. == Yayılması == Azərbaycan Kür-Araz ovaliqlarından başlamış alp qurşağına qədər bütün regionlarda yayılmışdır.
Gallinago media
Ortaboy tənbəlcüllüt (lat. Gallinago media)) — Tənbəlcüllütlər fəsiləsinin Tənbəlcüllüt cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (EN). Təhlükə həddindədir. == Qısa təsviri == Qaratoyuqdan iridir (150-250 q). Üst tərəfi qəhvəyi-qonur, başı açıq zolaqlı qara, qarın tərəfi ağdır. Döşünün yanlarında və qarın nahiyəsində naxışlar köndələndir. Sükan lələklərinin ağ xalları kənardan mərkəzi cütə tərəf azalır. Bədənin yanlarında naxışlar köndələn V hərfinə (>) və mötərizə işarəsinə oxşayır .
Gawker Media
"Gawker Media LLC" (əvvəllər "Blogwire, Inc." və "Gawker Media, Inc.") — ABŞ onlayn media şirkəti və bloq şəbəkəsi. == Tarixi == 2003-cü ilin oktyabrında Nik Denton tərəfindən "Blogwire" adı ilə təsis edilmişdir. Qərargahı Nyu-Yorkda yerləşir. 2012-ci ildən Kayman adalarında birləşdirilmiş "Gawker Media" yeddi müxtəlif veb-loqların və onların altında bir çox alt saytların əsas şirkəti idi. Bütün "Gawker" məqalələri "Creative Commons" qeyri-kommersiya lisenziyası əsasında lisenziyalaşdırılmışdır. 2004-cü ildə şirkətin adı "Blogwire, Inc"dən "Gawker Media, Inc."ə və qısa müddət sonra "Gawker Media LLC"yə dəyişdirilmişdir.2016-cı ildə şirkət Halk Hoqan intim kaset iddiaları nəticəsində şirkətə qarşı 140 milyon dollarlıq təzminat ödənildikdən sonra 11-ci fəsildə iflasdan müdafiə üçün müraciət etmişdir. 16 avqust 2016-cı ildə "Gawker.com" istisna olmaqla bütün "Gawker Media" brendləri "Univision Communications" tərəfindən hərracda 135 milyon dollara alınıb. 18 avqustda şirkət "Gawker.com"un növbəti həftə fəaliyyətini dayandıracağını, digər saytlarının isə fəaliyyətini davam etdirəcəyini açıqlamışdır.21 sentyabr 2016-cı ildə "Univision" bütün "Gawker Media" mülkiyyətlərini yeni yaradılmış "Gizmodo Media Group"a köçürmüşdür. == İstinadlar == == Xarici keçidlər == gawker.com — Gawker Medianın rəsmi saytı Tom Zeller, Jr. New York Times.com: "A Blog Revolution?
IBT Media
"IBT Media" — ABŞ qlobal rəqəmsal xəbərlər təşkilatı. aylıq 90 milyondan çox oxucu əldə edir. Digərləri arasında "International Business Times" və "Medical Daily" nəşrlərini dərc edir. "IBT Media"nın baş ofisi Nyu-Yorkda yerləşir. 2014-cü ilin məlumatına görə, şirkət təxminən 21 milyon dollar gəlir və təxminən 500 min dollar mənfəət əldə etmişdir.Şirkət 2006-cı ildə "IBT Media" olaraq qurmuşdur. Şirkətin xüsusi şaquli saytlar və həmçinin beynəlxalq nəşrlər vasitəsilə üzvi şəkildə qurduğu bir neçə brend mövcuddur. == Qalmaqallar == 2018-ci ilin yanvar ayında Manhetten dairə prokurorluğunun işçiləri şirkətin ofislərində reyd keçirərək on səkkiz kompüter serverini götürmüşdür. "Newsweek"in məlumatına görə, reyd şirkətin maliyyəsi ilə bağlı araşdırmanın bir hissəsi idi. 1 fevral 2018-ci ildə şirkətin sahiblərindən olan və sədri Etyen Uzak, eləcə də maliyyə direktoru vəzifəsini icra edən həyat yoldaşı Marion Kim istefa vermişdir. Uzak həbsdən qaçmaq üçün təqsirli bilinərək məhkum edilmişdir.20 fevral 2018-ci ildə "Newsweek" prokurorluğun ana şirkət ilə bağlı araşdırması və Olivet Universiteti ilə əlaqələri haqqında məlumat vermişdir.Xəbərlərin dərc edilməsindən sonra "Newsweek"in bir neçə əməkdaşı işlərindən azad edilmiş və bəzi redaktorlar rəhbərliyin xəbərlərin dərcinə müdaxilə etməyə çalışdığını bildirərək istefa verəcəklərini bildirmişdir.
Imagine Media
Future US (əvvəllər Imagine Media və The Future Network USA) — Birləşmiş Krallığın "Future plc" korporasiyasının ABŞ bölməsi. Bu nəşriyyat videooyunlar, musiqi və yüksək texnologiyalar sahəsində ixtisaslaşdırılmış müxtəlif jurnallar nəşr edir. == Tarixi == 2010-cu ilin iyun ayında Future US, əsas istehlakçı elektronikası və əlaqəli pərakəndə satış şəbəkəsi "Best Buy" ilə müqavilə ilə yeni paylama variantlarını araşdırmağa davam etmişdir. Müqaviləyə əsasən, "Future US" əməkdaşları "@Gamer" jurnalının nəşrinə nəzarət edəcək, "Best Buy" tərəfindən işə götürülən işçilər isə onun satışa çıxarılmasına cavabdeh olacaqlar. Jurnalın bütün "Best Buy" mağazalarında satışı planlaşdırılırdı.2011-ci ilin iyun ayında şirkət həm bu bölməni, həm də onun digər adlarını gücləndirmək üçün videooyun bölməsini yenidən təşkil etmiş, bəzi mövcud resursları birləşdirmişdir. İstehlak məhsullarının reklamı üzrə direktor Riç MakKarti və departamentin vitse-prezidenti Keyt Birn də daxil olmaqla bir sıra əməkdaş işindən azad edilmiş, bir sıra ümumi kompüter jurnalları fəaliyyəti dayandırılmışdır.Buna baxmayaraq, dəyişikliklər bununla bitməmiş və iyul ayında şirkətin bazar strategiyasında dəyişiklik ediləcəyi elan edilmişdir. "Future US" nəşriyyatının gələcək prezidenti Con Markomun sözlərinə görə, çap satışları azalmağa davam etdikcə çap məhsullarının təşviqi strategiyasına yenidən baxılmış, rəqəmsal məhsullara artan diqqətin olmuşdur.
Lacerta media
Aralıq kərtənkələsi (lat. Lacerta media) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Onların uzunluğu 170 mm, quyruğu isə 250 mm çox olur. Çəkisi 70 q təşkil edir. Bədəni boyunca 42-56 pulcuq vardır. Bədəni boyunca mavi nöqtələr vardır. Quyruğu və arxa hissəsi həmişə yaşıl olur. == Areal == Bu növə Türkiyənin şərqində, şimal-qərbi İran, Qafqazın Qara dəniz sahillərində yayılmışdır. Üstəlik onlara Azərbaycanın dağlıq rayonlarında da rast gəlinir. Rusiyada isə iki bir-birindən aralıda yerləşən arealı vardır.
Mahonia × media
Mahonia × media (lat. Mahonia × media) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.
Media FM
“Media FM” Radiostansiyası “Digital Media” MMC tərəfindən 2008-ci ildə təsis edilib. 2009-cu ilin fevralından efir yayımına başlayan radio, hal-hazırda ölkənin 77%-dən çox ərazisində eşidilir. Hal-hazırda internet yayım üçün fəaliyyət göstərən mediafm.az saytı sayəsində isə ilin radiosunu bütün dünyada eşitmək olur. 2012-ci il Media FM üçün personala yatırım ilinə çevrilmişdir. Yeni mövsüm öncəsi transferlər hesabına radioya kadr bazarının ən uğurlu simaları cəlb edilmişdir. Bunun sayəsində radiostansiya ötən il ərzində də səhər və axşam praym-taymlarının mübahisəsiz lideri adını qoruyub. Dillər əzbəri olmuş “MANPASI” səhər şousu və “GÜL KİMİ” axşam şouları insanların işə gedəndə və işdən qayıdanda dinlədiyi əsas verilişlərdir. Radiostansiyanın bütün layihələri sosial yönümlüdür və unikaldır. Onlar nə bir-birini, nə də digər radioların verilişlərini təkrarlamır. Verilişlər, sözün əsl mənasında, eksklüziv efir məhsuludur.
Media Factory
Media Factory (メディアファクトリー, Mediafakutorī), keçmiş adı ilə Media Factory, Inc. (株式会社メディアファクトリー, Kabushiki gaisha Mediafakutorī) — Yaponiya nəşriyyatı və Kadokawa Corporation şirkətinin brend şirkəti. Əsası 1 dekabr 1986-cı ildə qoyulmuşdur və baş qərargahı Tokionun Şibuya xüsusi rayonunda yerləşir. Media Factory Recruit şirkətinin filialıdır. Nəşriyyat ehtimal ki, ilk anime distribüteri olmuşdur ki, fansablardan lisenziyalaşdırdığı hər hansı animeni saytlarında yerləşdirməməyi xahiş etmişdir. 12 oktyabr 2011-ci ildə nəşriyyat Kadokawa Corporation tərəfindən 8 milyard yen qarşılığında satın alınmışdır. Nəşriyyatın öz nəşr etdiyi aylıq manqa jurnalı "Monthly Comic Alive" adlanır və ranobe imprinti də var: MF Bunko J. Media Factory həmçinin "39 açar" romanının Yaponiyada distribusiyası lisenziyasına malikdir. Media Factory 1 oktyabr 2013-cü ildə 8 şirkətlə birləşərək Kadokawa Corporation şirkətinin brend şirkəti olduqdan sonra kabuşiki qayşa olmağı dayandırmış və "Pokemon" anime serialından uzaqlaşmışdır. == Jurnallar == "Monthly Comic Alive" "Monthly Comic Flapper" "Monthly Comic Gene" == Anime serialları == Aşağıdakı anime və manqa başlıqları nəşriyyatın adı ilə bağlıdır.
Media konqlomeratı
Media konqlomeratı (media imperiyası, media holdinqi, media konserni (ing. media concern), media qrupu, media korporasiyası, multimediya holdinqi) əhəmiyyətli miqdarda media qaynaqına sahib olan bir holdinq şirkəti. == Nümunələr == 2008-ci ildə Walt Disney şirkəti dünyanın ən böyük media quruluşu idi. İkinci, üçüncü və dördüncü sırada isə News Corporation, Viacom və Time Warner yerləşirlər .
Mikroskop media
Mikroskop Media 6 fevral 2018-ci il tarixində jurnalist Cavid Abdullayev və Fatimə Kərimova tərəfindən yaradılıb. Əsasən izahedici materiallar, fakt yoxlama və müstəlif video formatlarda materiallar dərc olunan media orqanı həm də mütəmadi olaraq müxtəlif mövzularda infoqrafikalar dərc edir. Baş ofisi Latviyanın Riqa şəhərindədir. Əsasən video və infoqrafika, eləcə də yazı formatında materiallar dərc olunur. Azərbaycanda ilk dəfə Mikroskop Media informasiya agentlikləri və xəbər saytlarında dərc olunan kriminal xəbərlər əsasında 2019-cu il ərzində ölkədə ailə üzvləri tərəfindən döyülən və öldürülən qadınların sayı barədə statistika dərc edib.Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
Onlayn media
Rəqəmsal jurnalistika və ya internet-jurnalistika — XX əsrin sonlarında İnternetin inkişafı və yayılması ilə ortaya çıxan yeni bir jurnalistika növü. == Yeni media == "Yeni media" dedikdə ilk ağıla gələn bu kommunikasiya sistemnin məhz İnternet üzərində var olmasıdır. Halbuki yeni media daha geniş anlayışdır və internet məkanı xaricində də, offlayn həyata keçə bilir. Çox vaxt yeni medianı sosial media ilə qarışıq salırlar və bu iki anlayışı birləşdirirlər. Əslində, bilmək lazımdır ki, yeni media daha geniş anlayışdır və sosial media da onun ən populyar və gündəmdə olan qoludur. Sosial medianın da içərisində daha çox sosial şəbəkələr müzakirə olunur ki, ağıla ilk gələn Facebook şəbəkəsidir. Bundan başqa, yüzlərlə sosial şəbəkə platformaları var ki, jurnalistlər öz işlərində bunlardan yararlana bilər. Yeni medianı anlamaq üçün öncə yeni media mühitinin nə olduğunu anlamaq gərəkdir. Etik öhdəliklərlə yanaşı, dəyişməz öhdəliklər də var olmaqdadır. Bunlar juralistikanın təməl prinspləridir: xəbərin doğruluğu, dəqiqliyi, qərəzsizliyi, vicdanlılığı, etibarlılığı və s.
Plantago media
Ortaboy bağayarpağı (lat. Plantago media) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü.
Sosial media
Sosial media — virtual icmalar və şəbəkələr vasitəsilə məlumatların, ideyaların, maraqların və digər ifadə formalarının yaradılmasını və paylaşılmasını asanlaşdıran interaktiv texnologiyalar. İndiki dövrdə mövcud olan müstəqil və daxili sosial media xidmətlərinin müxtəlifliyi səbəbindən sosial medianın tərifində çətinliklər yaranmasına baxmayaraq, onun bəzi ümumi xüsusiyyətləri var: Sosial media interaktiv veb 2.0 internet əsaslı proqramlardır. İstifadəçi tərəfindən yaradılan məzmun (məsələn, mətn yazıları və ya şərhlər, rəqəmsal fotoşəkillər və ya videolar və bütün onlayn qarşılıqlı əlaqələr vasitəsilə yaradılan məlumatlar) sosial medianın can damarıdır. İstifadəçilər sosial media təşkilatı tərəfindən hazırlanmış, onlar tərəfindən dəstəklənən vebsayt və ya proqramlar üçün xüsusi xidmət profilləri yaradırlar. Sosial media istifadəçinin profilini digər şəxslərin və ya qrupların profilləri ilə birləşdirərək onlayn sosial şəbəkələrin inkişafına kömək edir.Media sahəsində "sosial" termini platformaların istifadəçi mərkəzli olduğunu və kommunal fəaliyyətə imkan verdiyini göstərir. Beləliklə, sosial medianı insan şəbəkələrinin – sosial əlaqəni gücləndirən fərdlərin şəbəkələrinin onlayn vasitəçiləri və ya gücləndiriciləri kimi nəzərdən keçirmək mümkündür.İstifadəçilər adətən sosial media xidmətlərinə masaüstü kompüterlərində olan veb-əsaslı applikasiyalar vasitəsilə daxil olurlar və ya mobil cihazlarına (məsələn, smartfonlar və planşetlər) sosial media funksionallığı təklif edən xidmətləri endirirlər. İstifadəçilər bu elektron xidmətlər ilə məşğul olaraq yüksək interaktivliyə malik platformalar yaradırlar. Burada fərdlər, icmalar və təşkilatlar postlar paylaşa, birgə məzmun yarada, müzakirələr edə, iştirakçılıq edə və istifadəçi tərəfindən yaradılan və ya onlayn yerləşdirilən məzmunu dəyişdirə bilər. Bundan əlavə, sosial media bloqlar, podkastlar, videolar və oyun saytlarının yaradılması ilə bağlı fikirlərin inkişaf etdirilməsi ilə yanaşı, xatirələri sənədləşdirmək, hansısa mövzu haqqında öyrənmək və onları araşdırmaq, özünü reklam etmək və dostluq əlaqələri yaratmaq üçün istifadə olunur.100 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi olan ən populyar sosial media saytlarından bəzilərinə "Twitter", "Facebook" (və onunla əlaqəli "Messenger"), "WeChat", "ShareChat", "Instagram", "QZone", "Weibo", "VK", "Tumblr", "Baidu Tieba" və "LinkedIn" daxildir. İnterpretasiyasından asılı olaraq bəzən sosial media xidmətləri adlandırılan digər məşhur platformalara "YouTube", "QQ", "Quora", "Telegram", "WhatsApp", "Signal", "LINE", "Snapchat", "Pinterest", "Viber", "Reddit", "Discord", "TikTok", "Microsoft Teams" və s.
Stellaria media
Orta cincilim (lat. Stellaria media) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin cincilim cinsinə aid bitki növü. == Sinonimləri == Alsine apetala Kit. ex Nyman Alsine avicularum Lam. Alsine barbata Stokes Alsine bipartita Gilib. [Invalid] Alsine brachypetala Opiz Alsine elongata Jord. & Fourr. Alsine glabella Jord. & Fourr. Alsine gussonii Jord.
Viz Media
VIZ Media, LLC — manqa və anime nəşr edən amerika kompaniyası .
Vox Media
Vox Media Inc. — ABŞ rəqəmsal media şirkəti. Ona daxil olan redaksiya markaları "SB Nation", "The Verge", "Polygon", "Curbed", "Eater", "Racked", "Vox" və "Recode". Bütün "Vox Media" saytları öz xüsusi rəqəmsal nəşr platforması olan "Chorus" üzərində qurulmuşdur."Vox Media, Inc."in baş qərargahı Vaşinqtonda və Nyu-Yorkda yerləşən şirkətin Los-Anceles, Çikaqo, Ostin və San-Fransiskoda ofisləri var. 2010-cu ilin məlumata görə, şirkət 400 maaşa bağlanan müəlliflə 300 saytı bir araya gətirir.
Qeyri-Elektrolitlər
Dielektriklər — elektrik cərəyanını keçirməyən maddələrdir. Dielektriklərin qaz, maye və bərk növləri var. Dielektriklər neytral atom və ya molekullardan təşkil olunmuşdur. Dielektriklərin iki növü vardır: polyar və qeyri-polyar. Onlar molekulların quruluşuna görə bir-birindən fərqlənirlər. Elektrik sahəsində dielektrikin bağlı yükləri əks istiqamətlərdə yerini dəyişir; dielektrik polyarlaşır. Polyarlaşmış dielektrik özü elektrik sahəsi yaradır. Bu sahə dielektrikin daxilində xarici elektrik sahəsini zəiflədir. == Dielektriklər == Dielektrikin polyarizasiyası-xarici elektrik sahəsində dielektrikin qarşı üzlərində əks işarəli bağlı elektrik yüklərinin yaranmasıdır. Dielektrik nüfuzluğu-dielektrik daxilində sahə intensivliyinin vakuumdakı sahə intensivliyindən neçə dəfə kiçik olduğunu göstərən fiziki kəmiyyətdir: ε=E0/E.Dielektrik nüfuzluğu adsız kəmiyyətdir və maddənin növündən asılıdır.
Qeyri-adi
Qeyri-adi — nadir halda rast gəlinən, sistemə salınmamış, insanlarda təəccüb doğuran, təkrarlanmayan, ənənələri ya az, ya heç olmayan, tez-tez dəyişilən, rastlaşanda maraq doğuran, istisna, standartdan fərqlənən, qeyri-adiliyi ilə seçilən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.348.
Qeyri-kommersiya
Qeyri-kommersiya təşkilatı (həmçinin qeyri-ticarət müəssisəsi kimi də tanınır) — kollektiv, ictimai və ya sosial məqsədlər üçün təşkil edilmiş fəaliyyət göstərən hüquqi şəxsdir. Sahibləri üçün mənfəət əldə etməyi hədəfləyən biznes kimi fəaliyyət göstərən müəssisədən fərqli olaraq fayda. Qeyri-kommersiya təşkilatı bölüşdürülməmə məhdudiyyətinə tabedir: xərcləri aşan hər hansı gəlir şəxsi tərəflər tərəfindən alınmamaqla, təşkilatın məqsədinə yönəldilməlidir. Bəzi siyasi təşkilatlar, məktəblər, biznes assosiasiyaları, kilsələr, sosial klublar və istehlak kooperativləri də daxil olmaqla bir sıra təşkilatlar qeyri-kommersiya təşkilatıdır. Qeyri-kommersiya təşkilatları vergidən azad olmaq üçün hökumətlərdən icazə istəyə bilər, bəziləri də vergidən çıxılan töhfələr almaq hüququna malik ola bilər, lakin müəssisə vergidən azad statusunu təmin etmədən qeyri-kommersiya təşkilatı kimi daxil ola bilər. Qeyri-kommersiya təşkilatlarının əsas aspektləri hesabatlılıq, etibarlılıq, dürüstlük və təşkilata vaxt, pul və inam sərf edən hər bir şəxsə açıqlıqdır. Qeyri-kommersiya təşkilatları donorlar, təsisçilər, könüllülər, proqram alıcıları və ictimai ictimaiyyət qarşısında cavabdehdirlər. Fəaliyyətlərini ianələr vasitəsilə maliyyələşdirməyə çalışan qeyri-kommersiya təşkilatı üçün ictimai etimad, qeyri-kommersiya təşkilatının toplaya bildiyi pul məbləğində bir amildir. Qeyri-kommersiya təşkilatları öz missiyalarına nə qədər çox diqqət yetirsələr, bir o qədər ictimai etimad qazanacaqlar. Bu, təşkilat üçün daha çox pulla nəticələnəcək.
Qeyri-metallar
Qeyri-metallar — metal xassələri olmayan kimyəvi elementlərdir. Bu elementlər elektriki keçirmirlər, istiliyi isə pis keçirirlər. Bərk, maye ve qaz halında ola bilirlər. Kövrək xassəlidirlər (döyüldükdə ovxalanırlar). Həmçinin, Hidrogen və Helium da bu elementlərə aiddir.Onlar Periodik cədvəlin yuxarı hissəsində yerləşirlər.
Qeyri-rezidentlər
Qeyri- rezidentlər— aşağıdakı şəxsləri əhatə edir. Müəyyən ölkəyə münasibətdə onun hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən bu ölkədə müvəqqəti qalan fiziki şəxslər; Müəyyən ölkəyə münasibətdə xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış və bu ölkənin hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar; Ölkədə yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları; Müəyyən ölkəyə münasibətdə qeyri-rezidentlərin bu ölkədə yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri). Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri; Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri; məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs; Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri; == Qeyri-rezidentin gəlirləri == Daimi nümayəndəliklə bilavasitə bağlı olmayan gəlirləri və daimi nümayəndəlik vasitəsilə əldə olunan gəlirləri özündə cəmləşdirir. 2-ci halda Azərbaycan mənbəyindən alınan gəlirlər üzrə vergi öhdəliklərini daimi nümayəndəlik özü yerinə yetirir və yalnız xalis mənfəətindən qeyri-rezidentə ödəmələr aparılarkən həmin ödəmədən 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd olunmalıdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunması nəzərdə tutulduğu halda, xüsusi olaraq hazırlanmış inzibatçılıq qaydalarına əsasən müvafiq şəkildə təsdiqlənmiş formalar təqdim olunmaqla dividend, faizlər və royaltilər ödəmə mənbəyində vergiyə cəlb olunmadan azad edilə, vergiyə cəlb olunmuş digər gəlir növləri isə vergi tutulduqdan sonra qeyri-rezidentin vergi orqanına müraciətinə əsasən Nazirlər Kabineti müəyyən etdiyi qaydada geri qaytarıla bilər. == Rezident şəxslər == Aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs rezident sayılır. təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan; təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;. vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır: daimi yaşayış yeri; həyati mənafelərinin mərkəzi; adətən yaşadığı yer; Azərbaycan Respublikasının vətəndaşlığıFiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun; === Rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər. === Vergi ödəyicisinin ailə üzvləri: ər-arvadlar; valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər; vərəsələr; doğma (ögey) bacılar (qardaşlar); bacı və qardaş övladları; ər-arvadların bacıları, qardaşları və valideynləri; bacıların ərləri və qardaşların arvadları; valideynlərin bacıları (qardaşları); qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.
Qeyri filiz
Qeyri-filiz süxurlar — aparılan geolojikəşfiyyat işləri nəticəsində Respublikanın bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilmişdir. == Mişar daşı == Dövlət balansında 59 yataq qeydə alınmışdır, onlardan 48-i əhəngdaşı, 9-u tuf və tuf qumdaşı, 1 qumdaşı və 1 travertin yatağıdır. == Üzlük daşı == Dövlət balansında 22 üzlük daşı, o cümlədən, 2 əhəng daşı, 12 mərmərləşmiş əhəngdaşı, 1 porfirit, 2 travertin, 1 tuf, 1 qabbro, 2 konqlomerat və 1 tesenit yatağı qeydə alınmışdır. == Gil == Dövlət balansında 101 kərpic-kirəmid, keramzit, aqloporit və tikinti keramikası istehsalına yararlı gil yataqları qeydə alınmışdır. == Sement xammalı == Dövlət balansında 16 sement xammalı yatağı qeydə alınmışdır. == Tikinti daşları == 27 tikinti daşı (əhəngdaşı, qırmadaş) yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır. == Qum-çınqıl == Dövlət balansında 76 qum-çınqıl qarışığı yatağı qeydə alınmışdır. == Qum == 17 qum yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır. == Bitumlu qumlar == Dövlət balansında 3 yataq qeydə alınmışdır. Yataq süxurlarında bitumun miqdarı 7,5–8,1 % arasında dəyişir.
Qeyri-müəyyənlik
Qeyri-müəyyənlik — cümlənin, müddəanın və ya həllin aydın şəkildə müəyyən edilmədiyi, bir neçə şərhi ağlabatan edən məna növüdür. Bu, bir işarənin, simvolun, şəklin və ya ifadənin birdən çox mənası ola biləcəyi vəziyyətləri təsvir edən bir termindir. Beləliklə, nəzərdə tutulan mənası məhdud sayda üsullarla bir qayda və ya prosesə uyğun olaraq qəti şəkildə həll edilə bilməyən hər hansı bir fikrin və ya ifadənin atributudur. Qeyri-müəyyənlik anlayışı çox vaxt fəlsəfə ilə əlaqələndirilir.
Qeyri-zorakılıq
Qeyri-zorakılıq — şiddəti qəbul etməmək və hər hansı məqsədə çatmaq üçün zorakılıqdan istifadə etməkdən imtinadan ibarət dəyər sistemi, etik və sosial anlayış. == Qeyri-zorakılığa yanaşmalar == Qeyri-zorakılıq özünü fundamental dini, etik, fəlsəfi inanc və praqmatik siyasi strategiya kimi göstərə bilər. === Dində qeyri-zorakılıq === Xristianlıqda zorakılıq etməmək əmrləri Dağdakı Xütbədə verilmişdir. Onlardan biri belə idi: “Kim səni sağ yanağına vursa, digər yanağını da ona çevir” (Mf. 5:39). Buddizm, caynizm və hinduizmdə qeyri-zorakılıq anlayışı zorakılığın əksi olan və "canlı mövcudatlara zərər verməmək" mənasını verən ahimsa ideyasından irəli gəlir. Mahatma Qandinin ahimsa anlayışını qeyri-zorakılığın sinonimi kimi istifadə etdikdən sonra bu anlayış müasir Avropa mədəniyyətində bərqərar oldu. Bununla belə, ahimsa anlayışı Qandinin başa düşdüyü kimi, qeyri-zorakılığın aktiv, fəal tərəfini gizlədirdi. Qandi sonradan qeyri-zorakılığa dair fikirlərini ifadə etmək üçün hind fəlsəfəsində yeni “ satyaqraha ” konsepsiyasını işləyib hazırladı. === Siyasətdə qeyri-zorakılıq === Cəmiyyətə və hökumətə vətəndaş təsirinin bir yolu olaraq, sosial transformasiyaya aparan mübarizə strategiyası, qeyri-zorakılıq Hindistanda Britaniya hakimiyyətinə qarşı onilliklər boyu davam edən mübarizədə Mahatma Qandi tərəfindən həyata keçirildi.
Gəbri
Gəbri (fars. گابري‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 44 nəfər yaşayır (14 ailə).