Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qolf
Qolf təbiətdə xüsusi olaraq düzəldilmiş bir sahədə qolf çubuqları və kiçik sərt bir topla oynanan bir oyundur. Oyunun məqsədi, sahənin təyin olunmuş 18 parkurunu (çuxurunu) qolf topuna ən az vuruş edərək tamamlamaqdır. == Tarixi == Bu idman növünün vətəni Şotlandiya sayılır. Çobanlar tərəfindən yaradıldığı güman edilən qolf növündə əsas məqsəd ayrıca iştirakçılar və ya komandaların xüsusi ağaclarla müəyyən məsafəni minimal sayda zərbələrlə qət etməklə kiçik topu quyucuqlara salınmasından ibarətdir. Hazırda dünya miqyasında isə qolf elitar növlərdən sayılır. Xüsusən, ABŞ-də populyar olan bu növ üzrə Tayger Vuds kimi məşhur idmançı yetişib. Vuds həm də dünyanın ən varlı idmançısıdır. Nüfuzlu "Forbes" jurnalının hesablamasına əsasən, 33 yaşlı idmançının illik gəliri 11,9 milyon dollardır. 1996-cı ildən qolfla məşğul olan Vudsun əmlakı 1 milyard dolları keçib. == Qolfun növləri == Golf MiniGolf və ya Miniatür Golf Simulyator (qolf kompüter oyunlarında) == Qolf turizmi ilə məşğul olan şirkətlər == PGA Tour (1968) ABŞ PGA European Tour Japan Golf Tour (1973) Asian Tour PGA Tour of Australasia (1973) Sunshine Tour (C. Afrika) Canadian Professional GT (1970) Tour de las Américas (L. Amerika) Nationwide Tour (1990) ABŞ Challenge Tour (Avropa) == Olimpiadalarda == Qolf 1900 və 1904-cü illərdə Yay Olimpiya Oyunlarının proqramında olub.
Kamillo Qolci
Kamillo Qolci (7 iyul 1843[…] – 21 yanvar 1926[…], Paviya, Lombardiya[…]) — italyan alimi, histoloq, Nobel mükafatı laureatı == Həyatı == Məşhur italyan histoloqu (toxumaları öyrənən elm sahəsi) Kamillo Qolci 1843-cü il iyul ayının 7-də İtalyanın Korteno şəhərində doğulmuşdur. Paviya Universitetində məşhur botanik Eusebio Oelanın rəhbərliyi altında tibb təhsili alan Qolci 1865-ci ildə həmin universiteti bitirərək, Paviyadakı San-Matteo xəstəxanasının psixatriya klinikasında fəaliyyətə başlamışdır. Universitetdə müəllimi Culio Bissoseronun laboratoriyasında isə beyinin quruluşu və sinir sistemi sahəsində tədqiqatlarını davam etdirmişdir. == Tədqiqatı == XIX əsrdə mikroskopun texniki imkanlarının inkişafı ilə əlaqədar alimlərin hüceyrə və toxumalar sahəsindəki nəzəri bilikləri xeyli artmış, 1850-ci ildə alman alimi Rudolf Virxovun çapdan çıxmış "Hüceyrə patologiyası" kitabından sonra isə bu sahədəki tədqiqatlar daha da genişlənmişdir. Digər tərəfdən isə beyin hüceyrələrinin (neyronların) araşdırılması zamanı ənənəvi üsullara müraciət edilməsi düzgün elmi nəticələrin alınmasına çətinlik törədirdi. Kamillo Qolcinin mikroskopik neyroanatomiya sahəsində ilk tədqiqatları 1860-cı illərin sonlarında nəşr olunmuşdur. 1872-ci ildə Abyateqrasso şəhər xəstəxanasının baş sanitar müfəttişi vəzifəsinə təyin edildikdən sonra laboratoriya təcrübələri aparmağa vaxtı və imkanı məhdudlaşdığından tədqiqatlarını evinin mətbəxində davam etdirmiş və neyron toxumalarının azotlu gümüşə batırıldıqda qara rəngə boyandığını aşkar etmişdir. Bu üsul elm aləmində əvvəlcə ehtiyatla qarşılansa da, 1880-ci illərdən etibarən məşhurlaşmağa başlamışdı. Qolci 1898-ci ildə neyronlar üzərində apardığı tədqiqat zamanı onların arasında incə saplarla hörülmüş tor müşahidə etmiş və buna "Holci kompleksi" adını vermişdir. Bu toxumanın öyrənilməsi yalnız elektron mikroskopun kəşfindən sonra mümkün olmuşdur.
Qolci aparatı
Bu orqanoidi ilk dəfə İtalyan histoloqu Kamillo Qolci (1898) sinir hüceyrələrində görmüşdür. Sonra onun şərəfinə Qolci kompleksi (aparatı) adlandırılmışdır. Qolci kompleksi bütün bitki və heyvan hüceyrələrində olur. Onun ölçüsü və forması müxtəlifdir. O, sinir hüeyrələrində mürəkkəb tor şəklində olur, nüvənin ətrafında yerləşir. Qolci kompleksi bitki və ibtidai orqanizmlərin hüceyrələrində membranla örtülmüş ayrıca cisimcikdir. Bu da oraqvarı və ya çubuqvarı formalıdır. Bu heyvan hüceyrələrində formaca bir qədər fərqlənir. Lakin onların quruluşu bütün hüceyrələrdə eynidir. Qolci kompleksinin üç quruluş komponenti var: membranlarla hüdudlanan və qruplarla yerləşən boşluqlar boşluqlardan çıxan mürəkkəb borucuqlar borucuqların ucunda yerləşən iri və xırda qovuqcuqlarLakin bunların hər üçü vahid orqanoidi təşkil edir.
Qolci kompleksi
Bu orqanoidi ilk dəfə İtalyan histoloqu Kamillo Qolci (1898) sinir hüceyrələrində görmüşdür. Sonra onun şərəfinə Qolci kompleksi (aparatı) adlandırılmışdır. Qolci kompleksi bütün bitki və heyvan hüceyrələrində olur. Onun ölçüsü və forması müxtəlifdir. O, sinir hüeyrələrində mürəkkəb tor şəklində olur, nüvənin ətrafında yerləşir. Qolci kompleksi bitki və ibtidai orqanizmlərin hüceyrələrində membranla örtülmüş ayrıca cisimcikdir. Bu da oraqvarı və ya çubuqvarı formalıdır. Bu heyvan hüceyrələrində formaca bir qədər fərqlənir. Lakin onların quruluşu bütün hüceyrələrdə eynidir. Qolci kompleksinin üç quruluş komponenti var: membranlarla hüdudlanan və qruplarla yerləşən boşluqlar boşluqlardan çıxan mürəkkəb borucuqlar borucuqların ucunda yerləşən iri və xırda qovuqcuqlarLakin bunların hər üçü vahid orqanoidi təşkil edir.
Qolgi metodu
Qolgi metodu (üsulu) — işıq mikroskopiyası altında sinir toxumasını görüntüləmək üçün istifadə edilən gümüş rəngləmə üsulu. Metod 1873-cü ildə bu üsulla çəkilmiş ilk fotoşəkili nəşr edən italyan həkim və alim Kamillo Qolgi tərəfindən kəşf edilmişdir.Əvvəlcə Qolgi qara reaksiyası (la reazione nera) adlanırdı sonra daha çox Qolgi ləkəsi və nəhayət Qolgi üsulu kimi tanındı. Qolgi boyanması ispan neyroanatomu Santiaqo Ramón i Kajal (1852-1934) tərəfindən sinir sisteminin təşkili ilə bağlı bir sıra yeni faktlar aşkar etmək üçün istifadə edilmişdir ki, bu da neyronların öyrənilməsinin yaranmasına kömək etmişdi. Nəhayət, Ramon i Kajal "ikiqat emprenye" ​​adlandırdığı üsulu tətbiq edərək texnikanı təkmilləşdirdi. Bu gün də istifadə olunan Ramon i Kajal boyama texnikası Kajal boyanması adlanır. == Mexanizmi == Sinir toxuması hüceyrələri sıx şəkildə yığılır və bütün hüceyrələri rəngləyərkən onların quruluşu və əlaqələri haqqında az məlumat əldə etmək olar. Bundan əlavə, neyron aksonları və dendritlər də daxil olmaqla sinir hüceyrələrinin incə sap kimi prosesləri adi rəngləmə üsulları ilə görünməyəcək qədər nazik və şəffafdır. Qolgi metodu məhdud sayda hüceyrəni bütünlüklə boyayır. Bunun baş vermə mexanizmi hələ də tam məlum deyil. Hüceyrə soması kimi dendritlər açıq-aydın qəhvəyi və qara rəngə boyanıb və onlar bütün uzunluğu boyunca izlənilə bilər.
1900 Yay Olimpiya Oyunlarında qolf
1900-cü il Yay Olimpiya oyunları Fransanın Paris şəhərində təşkil olunmuşdu və qolf Olimpiyadanın proqramına birinci dəfə daxil edilmişdi. ABŞ , Yunanıstan, Fransa və Böyük Britaniya daxil olmaqla qolf yarışlarında dörd ölkə iştirak edirdi. Qolf yarışları kişilərin və qadınların fərdi mübarizəsi şəklində təşkil olunmuşdu. Olimpiya oyunları pis təşkil olunduğundan, iştirakçıların çoxunun Olimpiyada da iştirak etdikləri barədə anlayışları belə olmamışdı. == Yer == Kişi və qadınların qol yarışları Fransanın 30 mil şimalında yerləşən Kompen Klubda təşkil olunmuşdu. Bu qolf meydançası 1896-cı ildə yaradılmışdı və XIX əsrdə yaradılan bir neçə qolf meydançasından biri idi. Qolf meydançası M.W. Freemantle tərəfindən layihələndirilmişdi və Kompen cıdır yarışlarının meydançasının tərkibində yaradılmışdı. == Turnir == Kişilərin turniri 2 oktyabr 1900-cü ildə başladı və onlar ard-arda iki 18 dəlikli mərhələdə mübarizə apardılar. Növbəti gün qadınların turniri başaladı və onlar yalnız bir 9 dəlikli mərhələdə mübarizə apardılar. == Kişilərin turniri == Kişilərin turnirində Andrews Qolf Klubunun üzvü Çarlz Sands qalib gəlmişdi.
Qubada Azərbaycan Milli Qolf Klubu
Qubada Azərbaycan Milli Qolf Klubu — Azərbaycan Respublikasının Quba rayonunda qolf ilə məşğul olanlar üçün nəzərdə tutulan beynəlxalq səviyyəli idman qurğusu. Azərbaycan Qolf Federasiyasının balansındadır. İnşasına 2012-ci ildə başlanılan klubun 44 qolf avtomobilindən ibarət parkı vardır.Bu qolf sahəsinin ümumi ərazisi 92 hektar, meydançanın sahəsi isə 75 hektardır. İnzibati bölmədə idman avadanlığı mağazası və kafe vardır. Bu idman obyektinin Cənubi Qafqaz regionunda bənzəri yoxdur. Belə ki, bu idman qurğusu regionda 18 dəlikli ilk qolf meydançasıdır. Kompleksin ərazisində su maneələri üçün üç süni göl yaradılmışdır. Burada həm də qolf üzrə müxtəlif treninqlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan Milli Qolf Klubundakı şərait dünya standartlarına tam cavab verir. Buna görə də burada müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi mümkündür.Belə bir obyektin fəaliyyəti nəinki Qubanın, ümumilikdə bölgənin turizm sektorunun inkişafına mühüm töhfə verir.
Alofi
Alofi (Alofis) (ing. Alofi) — qəsəbə, Sakit okeanın cənub hissəsində yerləşən Niue adasının inzibati mərkəzi . Koordinatları: 19°4' c.e. 169°95' q.u. Dəniz səviyyəsindən hündürlüyü — 20 m. Əhalisi — 614 nəfər (2001-ci il, siyahıyaalma). İki hissədən ibarətdir — Şimali Alofi (əhalisi 256 məfər) və hökumət idarələri yerləşən Cənubi Alofi (əhalisi 358 nəfər). Həmçinin liman şəhəridir, kopra və banan aparılır. Alofi adanın qayalı sahili boyu bir neçə kilometr uzunluğunda olan yaşayış məntəqəsidir. Qəsəbənin bir neçə gözəgəlimli binasından əlavə kanoe yaxınlaşması üçün sahil yeri vardır.
Delfi
Delfi — Yunanıstanda Parnasos Dağının cənub-qərbində olan arxeoloji və müasir bir qəsəbədir. Antik çağlarda Yunan xalqları üçün əhəmiyyətli bir dini mərkəz idi.
Qolac
Qulac (qolac) — xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur. Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir. Bəzi mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər. Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və "aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da orta hesabla 1 m-ə bərabərdir. Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Qolem
Qolem (ivr. ‏גולם, goilem‏‎) əfsanələrdə ruhu olmayan, əsasən gildən və ya torpaqdan yaradılan bir canlıdır. Orta əsrlərdə tanrının adlarının fərqli formada deyilməsi, bu sözləri yaradan hərflərin fərqli formada düzülməsi və ya bunların bir kağıza yazılaraq düzəldilən tilsimlərlə qolem yaradılmasına bağlı bir çox əfsanə yaranmışdır. Bir yəhudi əfsanəsinin qəhrəmanıdır, Talmudda Adəmin ruh üfürülmədən əvvəl bir qolem olduğu yazılır. Yəhudi folklorunda qolemlər, əsasən insan forması verilmiş palçıqdan düzəldilir. Ruhları yoxdur, zəkaları düşük səviyyədədir. Qolem sözü ivrit dilində "axmaq" sözündən törədilib (ivr. ‏גולם, goilem‏‎). Əsas məqsədi yaradıcısını qorumaqdır. İnanca görə haham Judah Loew ben Bezalel tərəfindən gildən bir heykəl düzəldildi və yəhudi xalqını qorumaq üçün canlandırıldı.
Qorgi
Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndələrindən biri. == Fəlsəfəsi == Böyük sofistlərin daha bir tanınmış nümayəndəsi Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) olmuşdur. O müdrikliyi deyil, natiqliyi öyrətdiyini iddia edirdi. Çünki, hamı üçün bir olan həqiqət yoxdur.
Qorki
Qorki — Rusiyada şəhər. Qorki (Belarus) — Belarusda şəhər. Qorki Avtomobil Zavodu — Avtomobil Zavodu.
Acacia colei
Acacia colei (lat. Acacia colei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Aldo Boffi
Aldo Boffi (it. Aldo Boffi; 26 fevral 1915 – 26 oktyabr 1987) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Futbolçu üç dəfə İtaliya çempionatının bombardiri olub. Güclü zərbələri ilə məşhur olub. == Karyera == Aldo Boffi 26 fevral 1915-ci ildə Cussanoda anadan olub. Karyerasına İtaliyanın üçüncü divizionunda çıxış edən "Vis Nova" klubunun gənclər komandasında başlayıb. 1935-ci ildə B Seiyası klubu olan "Serenyo" klubuna transfer olunur. "Serenyo" klubu futbolçunu transfer etdikdən bir il sonra C Seriyasına düşur, lakin bütün komandanın uğursuz oynamasına baxmayaraq, Boffi 20 qol vuraraq B Seriyasının ən yaxşı bombardirlərindən biri olur. Futbolçu bu uğurunu bir il sonra C Seriyasındada təkrar edərək C Seriyasının bombardiri olur.
Ansi Aqolli
Ansi Aqolli (11 oktyabr 1982, Tirana) — albaniyalı futbolçu. "Nyu York Kosmos" futbol klubunun oyunçusudur. Albaniya millisinın kapitanı olmuşdur. Hazırda ABŞ-də peşəkar futbolçu və futbol məktəbi sahibi kimi fəaliyət göstərir. Futbolçu "sol cinah müdafiəçisi" mövqeyində oynayır. == Klub karyerası == === Tirana === Aqolli karyerasına ölkəsinin Tirana klubunda başladı.Aqolli 5 il peşəkar şəkildə bu klubda oynadı.Bu müddətdə 2 dəfə Albaniya Superliqasının, 2 dəfə Albaniya Kubokunun, 3 dəfə Albaniya Superkubokunun çempionu oldu. === Neuxatel Ksamaks === İki il Tiranada keçirdikdən sonra Aqolli 2005-ci ilin iyul ayında İsveçrə klubu Ksamaksa transfer olundu. Aqolli 32 oyunda 4 qol vurdu. === Lyusern === Yeni mövsümdə Aqolli İsveçrə klubu Lyusernə transfer olundu.Lakin burada işlər yaxşı olmadı. Aqolli 2007-ci ilin yanvar ayında Finlandiya klubu VPS-a transfer olundu.
Arşil Qorki
Arşil Qorki (ing. Arshile Gorky, erm. Արշիլ Գորկի; 15 aprel 1904[…] – 21 iyul 1948[…]) və ya Vostanik Manuk Adoyan (erm. Ոստանիկ Մանուկ Ատոյան ) - erməni əsilli amerikalı rəssam.
Ceyson Dolli
Ceyson Skot Dolli (5 iyul 1991, Los-Anceles, Kaliforniya) — Amerika aktyoru, müğənnisi, musiqiçisi. Ən məşhur rolu Uğurlar, Çarli! filmindəki Picey Dankan roludur.
Delfi arabaçısı
Delfi arabaçısı (yun. Ἡνίοχος, cilov sahibi) — Qədim Yunanıstandan bu dövrümüzə gəlib çıxmış heykəldir və qədim tunc heykəltəraşlıq nümunəsidir. == Haqqında == Heykəltəraşın adı məlum deyil, lakin stilistik səbəblərə görə heykəlin Afinada hazırlandığını iddia edirlər. Onun Afina mənşəli olduğu bilinən Pirey Apollon heykəli ilə müəyyən oxşarlıqları var. == Tarixi == Heykəl Yunanıstanın Delfi şəhərində Siciliyadakı tiran Gelalı Polizalın və onun arabasının eramızdan əvvəl 478 və ya 474-cü illərdə Delfidə Pithean Apollonun şərəfinə keçirilən Pif Oyunlarında qazandığı iki qələbədən birinin xatirəsinə ucaldılıb. .
Delfi metodu
Delfi metodu və ya delfi texnikası informasiyanın toplanmasının ekspert qiymətləndirmələri metodlarından biridir. == Əsas xüsusiyyətləri == === Birinci mərhələ === Birinci mərhələdə tədqiq edilən problem üzrə işçi qrupu yaradılır və onlar məntiqi əsaslandırmalarla tədqiq edilən problemə dair hipotezalar irəli sürür və onun əsasında ekspertlərin qiymətləndirəcəyi sualları özündə əks etdirən anket hazırlayırlar. === İkinci mərhələ === İkinci mərhələdə həmin anket müəyyən kriteriyalara uyğun olaraq seçilmiş ekspertlərə təqdim edilir. Hər bir ekspert bir-birindən xəbərsiz anketlərdə qoyulmuş sualları müəyyən bal şkalasına uyğun olaraq qiymətləndirir. Ekspertlərin verdikləri qiymətlər atributiv və ya kəmiyyət əlamətlərinə görə sıralanır. Hər bir sual üzrə orta qiymət, meddiana və kvartili (birinci və üçüncü kvartili) hesablanılır. Birinji və üçünjü kvartilinin qiymətləri intervalına uyğun gəlməyən cavablar nəzərdən keçirilmir. Kvartilinin qiymət intervalına daxil olan cavablar əsasında verilmiş qiymətlərin dispersiyası hesablanılır. Dispersiyanın kənarlaşma səviyyəsinin sıfıra yaxın olması verilmiş qiymətlərin cavablarının reprezentativliyini xarakterizə edir. === Üçüncü mərhələ === Üçüncü mərhələdə cavabları kvartilinin qiymət intervalına uyğun gəlməyən ekspertlərin suallara verdikləri cavabların qiyməti və onların rəyləri verdikləri qiymətldər kvartilinin qiymətləri intervalında yerləşən ekspertlərə təqdim edilir.
Dolli (qoyun)
Dolli (ing. Dolly) - İlk klonlaşdırılmış heyvan olan qoyunun ləqəbi. Klonlaşdırma Ian Wilmut və əməkdaşları tərəfindən Edinburq universiteti Roslin institutunda PPL Therapeutics biotexnologiya şirkəti ilə birgə həyata keçirilmişdir. 1996-cı ildə süd vəzi hüceyrəsindən düzəldilmiş quzuya ad vermə zamanı çatdıqda, tədqiqat qrupunun lideri Yan Vilmut (Ian Wilmut) süd vəzi ilə assosiasiya etməyə çalışır və daha cəlbedici ad ağlına gəlməyərək, iri sinəsinə görə tanınmış amerikalı müğənni Dolly Partonun ismini verir.
Dolli Medison
Dolli Medison (ing. Dolley Payne Todd Madison; 20 may 1768[…] – 12 iyul 1849[…], Vaşinqton) — ABŞ siyasətçisi, 4-cü Prezidenti Ceyms Medisonun həyat yoldaşı.
Dritero Aqolli
Dritero Aqolli (13 Oktyabr 1931 – 3 Fevral 2017) - Albaniya şairi və yazıçısı. 1973-cü ildən Albaniya Yazıçılar və Rəssamlar Birliyinin prezidenti idi. == Həyatı == Aqolli 1931-ci ildə Albaniyanın Qoritsa vilayətininin Menkulas kəndində anadan oldu. Orta təhsilini 1952-ci ildə Erqiridə tamamladıqdan sonra 1957-ci ildə Leninqrad Universitetindən məzun oldu. O dövrdə sosialist rejimlə idarə olunan Albaniyaya qayıaraq "Zëri i Popullit" ("Xalqın səsi") qəzetində işləməyə başladı. Eyni zamanda Tirana Universitetində dərs verirdi. 1973-1992-ci illərdə Albaniya Yazıçılar və Sənətçilər Birliyinin prezidenti oldu.Aqolli realist əsərləri ilə tanınır. Ən məşhur əsəri "Komissar Memo" romanıdır. Şair də olan Drietro Aqollinin şeirlərinin əsas mövzusu insanlıq problemləri və təbiətdir. Aqolli 3 fevral 2017-ci ildə Tiranada 85 yaşında uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Holzi
Eşli Nikolett Francipani (ing. Ashley Nicolette Frangipane; 29 sentyabr 1994, Edison (Nyu-Cersi), Nyu Cersi, ABŞ) və ya səhnə adı ilə Holzi (ing. Halsey) — ABŞ müğənnisi və mahnı yazarı. Onun səhnə adı Nyu-York metropoliteninin Bruklində yerləşən Holzi Strit stansiyası ilə bağlıdır və onun adının anaqramıdır. == Həyatı == Əsl adı Eşli Nikolett Francipanidir. 29 sentyabr 1994-cü ildə Nyu-Cersi ştatının Klark şəhərciyində anadan olmuşdur. Anası Nikol Francipani bir xəstəxanada təhlükəsizlik əməkdaşı, atası Kris Francipani maşın satıcısıdır. İki balaca qardaşı var: Sevian və Dante. Anası italyan və macar əsilli, atası isə afroamerikalı və irland əsillidir. == Karyerası == Sosial şəbəkələrdə tanınmasının ardından 2014-cü ildə Astralwerks şirkəti ilə müqavilə imzalamışdır.
Kulfi
Kulfi (həmçinin xulfi və ya qulfi kimidə yazılır; Hindistanicə: क़ुल्फ़ी və ya قلفی) — Hindistan yarımqitəsində məşhur dondurulmuş süd məhsullarından hazırlanan desert.Adətən "Hindistan yarımqitəsinin ənənəvi dondurması" kimi təsvir olunur.
Melfi
Melfi (it. Melfi) — İtaliyada kommuna.
Bulbophyllum rolfei
Bulbophyllum rolfei (lat. Bulbophyllum rolfei) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Göllü
Göllü — qədim Azərbaycan (türk) torpağı, qədim adı Ağbaba olan Azərbaycan torpaqlarının indiki adı Amasiya (Hamasa) rayonunda yerləşir. Hal-hazırda Ermənistan ərazisindədir. == Tarix == Göllü kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıları qədim torpaqlarından deportasiya edilərək bu və digər kəndlərin adları dəyişdirmişdir. Hazırda Göllü kəndinin adı dəyişdirilərək Ardenis adı verilmışdır. == Dağıdılmış abidələri == == Əhalisi == Kənddə 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 284 nəfər, 1908-ci ildə 313 nəfər, 1914 - cü ildə 403 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar kənddən qovulmuşdur. 1920-ci ildən sonra indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə kənddə 242 nəfər, 1926-cı ildə 306 nəfər, 1931-ci ildə 334 nəfər, 1959 - cu ildə 470 nəfər, 1970-ci ildə 698 nəfər, 1979 - cu ildə 757 nəfər, 1987-ci ildə 760 nəfər azərbaycanlı yaşamışdır.
Qoytı
Qoytı (çeçen. ГӀойтӀа ) kəndi Çeçenistan Respublikasının Urus-Martan rayonunda yerləşir. Qoytı kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Qoyta çayının (Sunjanın sağ qolu) və Sənaye kanalının hər iki sahilində yerləşir. Qroznıdan 12 km cənubda, Qafqaz federal magistral yolundan 7 km cənubda və Urus-Martan şəhərindən 3 km şimal-şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə Urus-Martan, şimal-qərbdə Alxan-Yurt, şimal-şərqdə Qikalo, şərqdə Qədim Ataqi, cənubda Miçurina, Qoyskoye və Alxazurovo. == Tarixi == Kənd haqqında ilk məlumat 1785-ci ildə, Qafqaz müharibəsi tarixində, Şeyx Mənsurun Qoytı kəndindən bir qızla evləndiyi qeyd olunur. 1822-ci ildə Qoytı və Urus-Martan kəndləri polkovnik Qrekov tərəfindən dağıdıldı. 1918-19-cu illərdə Sovet hökumətini dəstəkləyən Taştamir Elderxanovun rəhbərliyi ilə Çeçenistan Xalq Şurası bu kənddə yerləşirdi. Qoytı Şurası, A.Şeripovun komandanlığı ilə Çeçenistan Qırmızı Ordusunu yaratdı.
Çolpı
Çolpı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 2024 nəfərdir. == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Dolnı Kubin
Dolnı Kubin (slovak. Dolný Kubín, alm. Unterkubin‎, mac. Alsókubin) — Slovakiyanın şimalında şəhər. Orava çayının sahilində, Mala Fatra, Oravska Maqura və Xoçske Vrhi dağ massivlərinin yamaclarında yerləşir. Əhalisi 19 min nəfərdir.