Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
RBG
RBG — Azərbaycan istehsalı qumbaraatan. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Serbiya şirkəti ilə birgə istehsal etdiyi 40×46 mm çaplı revolver tipli əl qumbaraatanını ilk dəfə ADEX-2014 sərgisində nümayiş etdirib. Piyada silahı olaraq qəbul edilən bu qumbaraatan 40×46 mm çaplı NATO standartlarına uyğun atəş yığımlarından istifadə edir. Silahda öz özünü döyüş vəziyyətinə gətirmə üsulu ilə işləyən zərbə-tətik mexanizmi və iki tərəfli qoruyucu tətbiq olunur. Qumbaraatan uzunluğu nizamlanan və rezin arxalığı olan yığılan qundaqla dəstləşdirilir. Hədəfə tuşlanması isə kollimator nişangahı ilə yerinə yetirilir. Silahın maksimal atış məsafəsi 400 metr, effektiv atış məsafəsi 375 metr, barabanının tutumu 6 qumbara, çəkisi boş halda 5,9 kq təşkil edir. Qumbaraatanın patron yuvasının uzunluğu 140 mm təşkil edir ki, bu da ondan hətta nisbətən uzun qumbaralarla atəş açmaq imkanı verir.
RPG
RPG-7 RPG-26 - Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən hazırlanmış olan birdəfəlik istifadə üçün nəzərdə tutulan tank əleyhinə reaktiv yaylım atəş sistemidir.
Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Rəng
Rəng — optik diapazonda elektromaqnit şüalanmasının keyfiyyətli subyektiv xarakteristikasıdır. Rəng hissetmənin fizioloji görüntüsü əsasında yaranır və bir sıra fiziki, fizioloji və psixoloji faktorlardan asılıdır. Rəngin fərdi qəbul edilməsi onun spektr tərkibindən, əhatə edən işıq mənbəyi ilə rəng və parlaqlıq kontrastından asılıdır. Bu faktor işıqlanmayan obyektlərlə də baş verir. Burada rəngin özündən, insan gözünün xüsusiyyətlərindən və psixikasından da asılılıq vardır. Berendsen, A. M., & Berendsen, A. M. (1989). Marine painting manual. London: Graham & Trotman. ISBN 1-85333-286-۰ p. 113.
Göy (rəng)
Göy – rənglərdən biri. == Ümumi məlumat == Göy rəng çox-çox hallarda nəinki mavi, hətta bəzi hallarda yaşıl rənglə eyni mənalı, eyni funksiyalı olur. Göylə mavini bir-birindən fərqləndirən başlıca əlamət mavinin açıq, göyün isə tünd olmasıdır. Amma bu o demək deyil ki, göylə mavi həmişə bir-birinin eyni ola bilir. Misal üçün, yetişməmiş, kal anlamına gələn göy meyvə – göy alça, göy gavalı, göy alma, göy ərik, yaxud göy (yaşıl) meşə, göy (yaşıl) ot, göy (yaşıl) çəmən və s. deyilə bildiyi halda, mavi alça, mavi gavalı, mavi alma, mavi ərik, mavi ot, mavi meşə, mavi çəmən və s. deyilmir. Eləcə də göy rəng həmişə mavi rəngi əvəz eləyə bilmir. Belə ki, "göy" rəng yox, substantivləşəndə əlamət olaraq mütləq "mavi" tələb edir. Misal üçün, səma, asiman adları daşıyan Göy qübbəsinin – göyün rəngini bildirmək üçün "göy Göy" yox, "mavi Göy" deyilir.
Göy rəng
Göy – rənglərdən biri. == Ümumi məlumat == Göy rəng çox-çox hallarda nəinki mavi, hətta bəzi hallarda yaşıl rənglə eyni mənalı, eyni funksiyalı olur. Göylə mavini bir-birindən fərqləndirən başlıca əlamət mavinin açıq, göyün isə tünd olmasıdır. Amma bu o demək deyil ki, göylə mavi həmişə bir-birinin eyni ola bilir. Misal üçün, yetişməmiş, kal anlamına gələn göy meyvə – göy alça, göy gavalı, göy alma, göy ərik, yaxud göy (yaşıl) meşə, göy (yaşıl) ot, göy (yaşıl) çəmən və s. deyilə bildiyi halda, mavi alça, mavi gavalı, mavi alma, mavi ərik, mavi ot, mavi meşə, mavi çəmən və s. deyilmir. Eləcə də göy rəng həmişə mavi rəngi əvəz eləyə bilmir. Belə ki, "göy" rəng yox, substantivləşəndə əlamət olaraq mütləq "mavi" tələb edir. Misal üçün, səma, asiman adları daşıyan Göy qübbəsinin – göyün rəngini bildirmək üçün "göy Göy" yox, "mavi Göy" deyilir.
Kardinal (rəng)
Kardinal — rəng çaları. == Ədəbiyyat == The color displayed in the color box above matches the color called cardinal in the 1930 book by Maerz and Paul A Dictionary of Color New York:1930 McGraw-Hill; the color cardinal is displayed on page 33, Plate 5, Color Sample L5.
Madjenta (rəng)
Madjenta və ya Fuşya rəngi — qırmızı və mavi işığın bərabər nisbətdə qarışdırılması ilə əldə edilir. Bu rəng daha çox ingilis dilindəki adının tələffüzü olan "magenta" olaraq adlandırılır. == Ümumi məlumat == Madjenta dördrəngli (CMYK) çapda istifadə olunan rənglərdən biridir. Madjenta rənginin hex dəyəri "#FF00FF", RGB dəyəri "255, 0, 255", CMYK dəyəri isə "0, 100, 0, 0"dır.
Mavi rəng
Mavi – rənglərdən biri. Soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, braziliyalılar üçün hüzn, hindlilər üçün həqiqət rəngidir. Mavi sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər.
Narıncı rəng
Narıncı — qırmızı və sarı rənglər arasında olan rəng. 590—620 nanometr dalğa uzunluğuna sahibdir.
Qara rəng
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Qırmızı rəng
Qırmızı və ya qızıl – rənglərdən biri. Qırmızı rəng ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Bu rəng, Mars planetinindir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir. Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır. Qırmızı rəngin toplaşma, cəmləşmə, dava-dalaş simvolu kimi qəbul edildiyi halda bəzi türk xalqlarında qırmızı rəng qutsal sayılmış və o, göz ruhunun rəngi hesab edilmişdir.
Qəhvəyi rəng
Qəhvəyi və ya qonur – rənglərdən biri. Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
RPG-29
RPG-29 Vampir, Rusiya istehsalı olan çiyindən atılan tank əleyhinə döyüş raketidir. 1989-cu ildə SSRİ Silahlı Qüvvələri tərəfindən xidmətə qəbul edilmişdir. Rus ordusunda olan ən güclü tank əleyhinə silahlardan biri hesab olunur. RPG-29 bir əsgər tərəfindən aparılan və istifadə edilən bir tank əleyhinə silah olaraq hazırlanmışdır. Borunun üzərində durbin və sonunda daşınma kəməri mövcuddur. Gecə görüş durbinləri də əlavə edilə bilər. İki növ raketdən istifadə edə bilər: PG-29V tank əleyhinə/bunker əleyhinə raketlər TBG-29V termobarik anti-personal raketlər PG-29V raketi reaktiv zirehləri olan zirehli döyüş maşınlarını məhv etmək üçün tandem sursat döyüş başlığına malikdir (ERA) Döyüş başlığı böyük gücə malikdir. T-90 və T-80 tankları üzərində aparılmış testlər nəticəsində məlum olmuşdur ki, hər iki tankı ön zirehindən dağıdacaq qüvvəyə malikdir. Hizbullah tərəfindən 2006-cı ildə Livan ilə İsrail arasında baş tutmuş olan İsrail-Livan müharibəsində İsrail tanklarına qarşı istifadə edilmişdir. İsrail qəzeti Haaretz, İsrailin vermiş olduğu itkilərin çoxunun bu silahdan açılan atəşlər vasitəsilə baş verdiyini iddia etmişdir.
RPG-7
RPG-7 (rus. РПГ-7) — qumbaraatan. Knut adı verilən bu silah ilk dəfə olaraq, Rusiyanın Kovrov silah zavodunda 1961-ci ildə istehsal edilmişdir. 1962-ci ildə Varşava ordularında xidmətə başladı və bugünə qədər də sinfinin ən təsirli və məşhur silahı olaraq şöhrətini qorumaqdadır. Bu qədər ildən sonra belə bu silah hələ də istehsal olunur. Əvvəlki modeli olan RPG-2 əsas götürülməklə istehsal olunub. Bütün silah ucuna taxılan raket xaric 6 kq-dır.Bu silah son dərəcə dəqiqdir. 40 mm diametrində, 95.3 sm uzunluğunda çarpma sistemiylə çalışan dəqiqədə 4-6 atım edə bilən 25 metr geri təhlükə bölgəsi olan toplu, yüngül və orta zirehli hədəflərə istifadə edilən dəstək silahıdır. 900 metrdən sonra hədəfin tapıla bilməməsi halında raket özünü məhv etməkdədir. Möhkəm quruluşu, aşağı qiyməti və təsirli olması onu dünyada ən çox istifadə edilən anti-tank silahı etməkdədir.
RPG (janr)
Rol videooyunu (abr. RVO, ing. Role-playing video game; adətən rol oyunu adlanır, ing. Role-playing game, abr. RPG) və ya Rol kompüter oyunu (abr. RKO, ing. Computer role-playing game, abr. CRPG) — oyunçunun ətraflı şəkildə hazılanmış bir dünyada bir və ya bir neçə personajın hərəkətlərini idarə etdiyi videooyun janrı. Rol videooyunlarının əksəriyyətinin mənşəyi stolüstü rol oyunlarına əsaslanır və demək olar ki, eyni terminologiyadan, mövzudan və mexanikalardan istifadə edir. Janrın stolüstü rol oyunlarıyla olan digər əsas bənzərliklərinə təkmilləşdirilmiş süjet elementləri, oynanıla bilən personajın inkişaf edilməsi, mürəkkəbliyi, eləcə də yenidən oynanıla bilərliyi və daldırıcı xarakteristikası daxildir.
Rəd surəsi
13-cü surə ər-Rə’d (Göy gurultusu) surəsi (Məkkədə, bə’zi təfsirçilərə görə isə tamamilə, yaxud qismən Mədinədə nazil olmuşdur, 43 ayədir). Surə adını 13-cü ayədə işlədilən və göy gurultusu mənasını verən rad sözündən almışdır.
Rəf (kompüter)
Rəf (ing. rack)– kompüter və (və ya) şəbəkə avadanlıqlarını quraşdırmaq üçün metal konstruksiyadır. Taxçaların eni, adətən, 19 və ya 23 düym olur (19 düym = 48.26 sm, 23 düym = 58.42 sm). Rəfə quraşdırılmış (en. rack-mounted) – standar enli metal karkasa, yaxud bölməyə quraşdırılmaq üçün düzəldilmiş avadanlıq elementidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rəng (dəqiqləşdirmə)
Rəng - çalar. Rəng - muğam şöbələri arasında ifa olunan instrumental pyes.
Rəng (muğam)
Rəng — muğam şöbələri arasında ifa olunan instrumental pyes.
Rəng korluğu
Daltonizm — rəngli görmənin anadangəlmə pozuntusu; əsasən, qırmızı və yaşıl rəngləri seçmə qabiliyyətinin olmaması ilə səciyyələnir. Ən çox kişilərdə təsadüf edilir. İlk dəfə ingilis fiziki Con Dalton 1794-cü ildə təsvir etmişdir. Daltonizm digər görmə funksiyalarının pozulması ilə müşayiət olunmur, lakin onun aşkara çıxarılması bütün nəqliyyat növlərində, bəzi sənaye sahələrində işləyən şəxslərin, ayrı-ayrı qoşun növü hərbi qulluqçularının, habelə rəssamların, kimyaçıların və başqalarının peşə yararlılığının təyin olunması üçün əhəmiyyətlidir. Daltonizmin diaqnostikası polixromatik cədvəlin (bir rəngdə olan rəqəm və ya fiqurun eyni parlaqlıqlı digər rəng fonunda göstərilməsi), anomaloskopun (əsas rənglərin qavranma həddinin ölçülməsi), xüsusi kompüter proqramının köməyilə yerinə yetirilir. Daltonizm Xəstəliyə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə yerləşən konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hər hansı birinin və ya hər üçünün az olması yaxud da heç olmamasıdır. İrsən keçən xəstəlikdir. İlk dəfə olaraq 1798-ci ildə ingilis Con Dalton adlı bir kişidə rast gəlinən və sonradan onun adı ilə adlandırılan daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir. İngiltərədə nəşr olunan Nature jurnalında dərc olunan bir xəbərə əsasən Amerika alimləri daltonizmdən əziyyət çəkən Sam və Dalton adlı iki meymun üzərində 2 il müddətində bir təcrübə aparmışlar. Təcrübədə gözün torlu qişasındakı işığı qəbul edən sinir hüceyrələrini qırmızı və yaşıl rəngi qəbul edə bilməsi üçün lazım olan zülalı təmin etdilər və nəticədə meymunlar rəngləri görməyə başladı.
Rəy sorğusu
Rəy sorğusu — sorğusunu keçirmək uçun hər şeydən əvvəl anket tərtib etmək lazımdır ki, onun köməyi ilə lazım olan məlumatları toplamaq mümkün olsun. Anket — müəyyən tərzdə struktur cəhətdən təşkil olunmuş və hər biri tədqiqatın əsas vəzifəsi ilə məntiqi surətdə bağlı olan suallar yığımıdır. Anketin tərtib edilməsi prosesi əslində tədqiqatın əsas hipotezasını suallar dilinə çevirməkdən ibarətdir. Bu çox mürəkkəb və olduqca çox zəhmətli, tədqiqatçı-sosioloqdan diqqətlə, səbirlə işləməyi, sualların tipləri haqqında yaxşı biliklərin olmasını, sualları dəqiq ifadə etməyi və onları müəyyən ardıcıllıqla düzməyi bacarmağı tələb edən əməliyyatdır. Anket sualları, adətən, üç əsasa görə fərqləndirilir: məzmununa görə; formasına görə; funksiyasına görə. Sualların məzmununa görə tipləri. Anketin bütün suallarını məzmununa görə şərti olaraq iki böyük qrupa bölmək olar: keçmiş və indiki zamanlardakı faktlar, davranış və fəaliyyət məhsulları haqqında suallar; fərdin motivləri, qiymətləri və rəyləri haqqında suallar. Əgər birinci qrupdan olan suallar vasitəsilə tədqiqatçı rəyi soruşulan haqqında, onun nələri bildiyi və yadda saxladığı haqqında obyektiv məlumat ala bilərsə, ikinci qrupda, daxil olan sualların köməyi ilə o, rəyi soruşulanın nə düşündüyü, bu və ya digər bir şey haqqında rəyi, nə etmək istədiyi və bunun səbəbi haqqında məlumat əldə edir. Birinci qrup suallara hər şeydən əvvəl demoqrafik sualları, rəyi soruşulanın statusunun, cinsinin, yaşının, təhsilinin, ailə vəziyyətinin, peşəsinin, iş stajının və s. müəyyənləşdirilməsinə yönəlmiş sualları aid etmək olar.
Rəz (Nəmin)
Rəz (fars. رز‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 310 nəfər yaşayır (60 ailə).
Sarı rəng
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir. Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil.
İctimai rəy
İctimai rəy — insanların müxtəlif qruplarının onların maraq və tələbatlarına təsir edən real həyat hadisə və proseslərinə münasibətinin (gizli və ya aşkar) təzahür etdiyi kütləvi şüur forması. İctimai rəy açıq şəkildə ifadə olunur, cəmiyyətin və onun siyasi sisteminin fəaliyyətinə təsir göstərir. Məhz ictimai həyatın aktual problemləri ilə bağlı əhalinin açıq, ictimai ifadəsinin mümkünlüyü və bu ifadə edilmiş mövqeyin ictimai-siyasi münasibətlərin inkişafına təsiri xüsusi sosial institut kimi ictimai rəyin mahiyyətini əks etdirir. Eyni zamanda, ictimai rəy bir qrup insana təsir edən konkret məsələ ilə bağlı çoxsaylı fərdi fikirlərin məcmusudur. Hazırda bu nöqteyi-nəzər əksər elmi əsərlərdə öz əksini tapır və ümumi qəbul edilmiş hesab olunur. Bu fenomen qədim dövrlərdən başlayaraq bütün tarixi dövrlərdə mövcud olmuşdur, lakin bəşəriyyətin sosial həyatının bu unikal fenomenini ifadə edən terminin özü IX əsrdə Rusiyada, sonra isə XII əsrdə İngiltərədə meydana çıxdı. Orada onun baş verməsi ingilis dövlət və ictimai xadimi, yazıçı İohann Solsberinin adı ilə bağlıdır ki, o, “Polikratik” kitabında ölkə əhalisinin parlamentə mənəvi dəstəyini ifadə etmək üçün istifadə edib. Sonrakı “ictimai rəy” termini “Public opinion” iki sözünün birləşməsinin hərfi tərcüməsi idi. İngiltərədən bu ifadə digər ölkələrə və XVIII əsrin sonlarından nüfuz etdi və ümumi qəbul edildi.
Req
Req (rus. рег, ing. reg) — Əlcazair Saxarasında düzənlik daşlı səhranın ərəbcə adı. Bu tip səhraların daş /çaqıl/ örtüyü qumlu-çaqıllı allüvinin və ya konqlomerat laylı qum-daşlarının və konqlomeratların aşınmış materiallarının sovrulması sayəsində yaranmışdır. Bəzi müəlliflər R. Liviya səhrasındakı "serir" termininin sinonimi hesab edirlər.
Areq
Pirmələk (Areq, Tatul) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim dini məna ifadə edən pir sözü ilə Mələk şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Areq qoyulmuşdur. Hal-hazırda kəndin adı Tatul adlanır.
REA
Rusiya Elmlər Akademiyası (abbr. REA, rus. Российская академия наук, abbr. РАН) — Rusiyada təbiət və ictimai elmlərdə fundamental tədqiqatlar aparan aparıcı elmi təşkilat, dövlət elmlər akademiyası. Akademiyanın əsas vəzifəsi təbiətin, cəmiyyətin, insanın inkişafı barədə, həmçinin Rusiyanın texnoloji, iqtisadi, sosial və mənəvi inkişafına dəstək olacaq biliklərin əldə edilməsini təmin edən fundamental tədqiqatların təşkil etməkdir. Rusiya Elmlər Akademiyası Rusiya Federasiyasının Konstitusiyasının 44-cü maddəsinə görə dövlət elmlər akademiyası formasında olan vacib konstitusiya-ictimai qeyri-kommersiya təşkilatıdır. Akademiyanın 1000 elmi institutu, 50 min elmi işçisi, 819 həqiqi üzvü, 1081 müxbir üzvü, 713 akademiyasının professoru vardır. Gennady Krasnikov — Rusiya Elmlər Akademiyasının Prezidenti (2022). Alqebra i analiz Пекарский А. История Императорской академии наук в Петербурге. СПб., 1873.
Rej
Rej — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Ren
Ren (fr. Rennes, IPA: [ʁɛn]) — Fransanın Brötan regionun paytaxtı , İl və Vilen departamentində yerləşən şəhərdir. Setif, Əlcəzair Löven (nid. Leuven, fr. Louvain, alm. Löwen‎), Belçika Ekseter (ing. Exeter), Böyük Britaniya Xyüe (vyet. Huế), Vyetnam Erlanqen (alm. Erlangen‎), Almaniya Kork (ing. Cork, irl.
Rep
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Rev
Rev (Əsgəran)
Rey
Rey (İran) — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi.
Rəqs
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Meq
Meq(ing. The Meg) — Din Georqaris, Con Höber və Erix Höberin ssenarisi əsasında Con Turteltaubun rejissorluğu ilə çəkilmiş 2018-ci il elmi fantastika filmi. Stiv Altenin 1997-ci ildə yazdığı "Meg: A Novel of Deep Terror" romanı əsasında çəkilib. Filmdə baş rolları Ceyson Stethem, Li Binqbinq, Rainn Vilson, Rubi Rouz, Uinston Çao və Kliff Körtis canlandırıb. Süjetdə bir qrup elm adamı Sakit Okeanın dibində xilasetmə missiyası apararkən 75 fut uzunluğunda (23 m) meqalodon köpəkbalığı ilə qarşılaşır. Walt Disney Studios ilk olaraq 1990-cı illərdə romanın film hüquqlarını aldı, lakin inkişaf cəhənnəmində illərin sərf etdi. Filmin hüquqları sonda Warner Bros. Pictures-ə keçdi və filmin çəkilməsinə icazə verildi. Turteltaub və aktyor heyətinin əksəriyyəti 2014-cü ilin sentyabrında filmə qoşuldu və çəkilişlər Yeni Zelandiya və Çinin Sanya şəhərində başladı və 2017-ci ilin yanvarında başa çatdı. Meq ABŞ-də 10 avqust 2018-ci ildə nümayiş olundu.
Re:Re:
Re:Re: – Yaponiyanın Asian Kung-Fu Generation musiqi qrupunun "Sol-fa" albomuna daxil olan sinql. 2016-cı ildə qrup albomu və mahnını yenidən yazmış və 16 mart 2016-cı ildə buraxmışdır. Mahnının 2016-cı il versiyası "Erased" animesinin açılış mahnısı olmuşdur. Sinql üçün hazırlanan musiqili videonun rejissoru Kazuyoşi Okudur. Video qrupun köhnə musiqi videoları ilə canlı performanslarının qarışığından ibarətdir. Videonun sonunda bütün görüntü birləşir və ortaya "Re:Re:" sözü ortaya çıxır. Bütün sözlər Masafumi Qoto tərəfindən yazılmışdır..
Eddison Rey
Eddison Rey İsterlinq (ing. Addison Rae Easterling; 6 oktyabr 2000, Lafayette[d], Luiziana) — ABŞ aktrisası, fotomodeli, rəqqasəsi və müğənnisi.
Erotik rəqs
Erotik rəqs erotik əyləncə təmin edən və məqsədi tamaşaçıların erotik və ya cinsi düşüncələrini stimullaşdırmaq olan rəqs növüdür. Erotik rəqs mərasim rəqsi, iştirak rəqsi, performans rəqsi və sosial rəqs də daxil olmaqla bir neçə rəqs kateqoriyasından biridir.
Erq-Şeş
Erq-Şeş (ing. Erg Chech) — Saxaranın qərbində olan qumlu səhra. Əlcəzairin cənub-qərbi, Malinin şimal ərazilərini əhatə edir. Erq-Şeş öz növbəsində maksimal hündürlüyü 300 m olan düzənlikdən ibarətdir. Şimalında hündürlüyü 300 m olan dyunlər, cənubda 50 metrə enir. Saura vadisində çay deltası yerləşir. İllik yağıntının miqdarı 10 mm təşkil edir. İyul ayının orta temperaturu 35 °С təşkil edir. Səhra ərazisində demək olar ki, su quyu yoxdur. 7 aprel 1942-ci ildə Erq-Meşə ekspedisiya zamanı geoloq Andrey Feofiloviç Meyendorf vəfat etmişdir.
Fandanqo (rəqs)
Fandanqo — ispan xalq rəqsi. Kastiliya və Əndəlisdə geniş yayılmışdır. Musiqi ölçüsü 3/4, tempi mülayimdir. Fandanqonun bütün növləri mahnının müşayiəti ilə qoşa ifa olunur. XVIII əsrdən Fandanqonun melodiyaları bəstəkarlar (X.V.Qlyuk, V.Motsart, H.Rimiski-Korsakov, E.Qranados və b.) tərəfindən işlənilmiş, ayrı-ayrı orijinal əsərlərə daxil edilmişdir.
Haylend (rəqs)
Haylend (şot.kelt dannsa Gàidhealach) — ənənəvi şotland rəqslərindən biridir. Rəqs əsasən barmaqlar üzərində tullanış və ayaqların hərəkət elementlərindən ibarətdir. Rəqqasın gövdəsi həmişə düz olmalı, əl hərəkətlərindən az istifadə etməlidir. == Termin == Hal-hazırda highland dancing ("Dağlıların rəqsi") terminindən adətən XIX və XX əsrlərdə bayramlar və Dağlı oyunları zamanı keçirilən yarışlar ərzində günümüzə qədər gəlib çıxan şotland solo rəqslərinin xüsusi stilini bildirmək üçün istifadə olunur. Tuluq ifaçısının müşayiəti bu yarışların tipik və mütləq cəhəti sayılırdı. Rəqqaslar mütləq xüsusi rəqs ayaqqabıları — qillilərdə (şotland dilində "ghillies") çıxış etməli idilər. Əslində bu termini tək bir rəqsə aid etmək düzgün olardı, çünki təkcə bir rəqs Şotlandiyanın Haylend ərazilərində yaranmışdır. Haylend rəqsi kənardan çoxlu təsirlərə məruz qalmışdır. Məsələn, şəhər estetikası rəqsə çox böyük təsir göstərmişdir. Həmin şəxslər əsasən, yarış hakimləri və rəqqasların himayədarları olmuşlar.
IEG Mainz
IEG Mainz (Institut für Europäische Geschichte) — Almaniyanın Maynts şəhərində yerləşən tədqiqat mərkəzidir. Tədqiqat səmtləri 15–20-ci əsrlərdə Avropa xalqlarının tarixi, mədəniyyətinin inkişafı, əsas siyasi və dini cərəyanların tarixidir. İnstituta müdirlik edən Prof. Dr. Dingellə Prof. Dr. Haynts Duxxardtdır.
Keyli (rəqs)
Keyli (şot.kelt cèilidh) — ənənəvi Qal ictimai məclisi, adətən Qal xalq musiqisi və rəqsləri ilə müşaiət olunur. Keyli İrlandiya və Şotlandiyada yaransa da, hazırda Şotlandiya və İrlandiya diasporu tərəfindən işlənir.
Keçməməsi (rəqs)
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.