req

req (coğr.)
rekvizitçi
reqaliya
OBASTAN VİKİ
Req
Req (rus. рег, ing. reg) — Əlcazair Saxarasında düzənlik daşlı səhranın ərəbcə adı. Bu tip səhraların daş /çaqıl/ örtüyü qumlu-çaqıllı allüvinin və ya konqlomerat laylı qum-daşlarının və konqlomeratların aşınmış materiallarının sovrulması sayəsində yaranmışdır. Bəzi müəlliflər R. Liviya səhrasındakı "serir" termininin sinonimi hesab edirlər.
Ey Reqib
Ey Reqib (kürd. ئهٔ ره‌قیب / Ey Reqîb) — Kürdüstan Regional Hökumətinin milli himni. == Sözləri (Kurmanc dili) == Ey Reqîb!
Laurentsiu Reqekampf
Laurentsiu Reqekampf (19 sentyabr 1975, Tırqovişte[d]) — sabiq rumın futbolçu, futbol məşqçisi.
Lebon-Reqis
Lebon-Reqis (port. Lebon Régis) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyə. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 12331 nəfərdir. Ərazisi 990,74 km²-dir. Əhalinin sıxlığı 13,1 nəfər/km²-dir. Bələdiyyə 26 iyun 1934-cü ildə yaradılmışdır. Bələdiyyənin bayramı 19 dekabrdır.
Mentha requienii
Mentha requienii (lat. Mentha requienii) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü.
Qrafik reqressiya
Qrafik reqressiya — statistik proqnozlar qrafik reqressiyanın köməyi ilə də verilə bilər. Bu zaman prediktor ədədi qiymətlə və ya keyfiyyət xarakterli göstəricilərlə verilə bilər. Bu üsul təcrübədə geniş şəkildə istifadə olunur. Burada X3 predikantı, X1 və X2 prediktorlarının funksiyaları kimi verilir. Qrafik reqressiya üsulunun mənfi cəhəti bu üsulun subyektiv xarakter daşımasıdır. Məlumdur ki, izoxəttlər nə qədər sadə olsa, götürülən kəmiyyət daha da statistik cəhətdən yararlı sayılır. Qrafik reqressiya üsulunun köməyilə hesablamalar sadələşdirilir və gözlənilən kəmiyyətin alınması sadələşir.
Reqaliya
Reqaliya (lat. Regalia) — monarxiya simvolu olan əşyaları göstərmək üçün işlədilən ifadə. Termin latın dilindəki "regalis" (azərb. Krala aid‎) sözünün substantivləşməsindən əmələ gəlir. "Regalis" özü də "rex" (azərb. Kral‎) sözündən törəmişdir. Regalia entry at the Catholic Encyclopedia RoyalArk—see each present country Symbols of Royal Justice—French regalia, including the Hand of Justice Регалії // Юридична енциклопедія : [у 6 т.] / ред. кол. Ю. С. Шемшученко (відп. ред.) [та ін.] — К. : Українська енциклопедія ім.
Reqbi
Reqbi — iki komanda arasında oval bir topun əl və ayaqlarla nəzarət edilərək hesab artırılması əsasına söykənən komanda oyunu. Bütün dünyada reqbi birliyi (ing. rugby union) və ya reqbi liqası (ing. rugby league) qaydaları ilə oynanır. Bir başqa növü olan yeddili reqbi, həm reqbi birliyi həm də reqbi liqası qaydaları ilə oynana bilər. 1823-də İngiltərədə Reqbi Şəhərinin eyniadlı məktəbində yaradılmış bir idmandır. Cəhd xal kimi top rəqibin hesab meydançasında ilk dəfə yerə düşərkən hesablanır Əgər yenrdən vurulan (sərbəst zərbə, qapıdan zərbə istisna olmaqla) zərbə yerə və zərbəni vuran komandanın oyunçusuna dəymədən qapı dirəklərinin arasından keçərsə, bu qol sayılır. Reqbi 7 növündə isə hər komandada 7 oyunçu çıxış edir. Bunlardan 3-ü hücumçu, 4-ü isə müdafiəçi olur. Oyun hər biri 7 dəqiqədən ibarət olan 2 hissəlik olur.
Reqel çatılotu
Reqel çatılotu (lat. Euphrasia regelii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin çatılotu cinsinə aid bitki növü.
Reqina Ezera
Reqina Ezera (latış. Regīna Ezera‎; 20 dekabr 1930, Riqa – 11 iyun 2002, Kequms[d]) — Latviya yazıçısı, Latviya SSR-nin əməkdar mədəniyyət işçisi (1974), Latviya SSR xalq yazıçısı (1981). Üç Ulduz ordeninin IV dərəcəli kavaleri. Reqina Ezera 20 dekabr 1930-cu ildə Riqada, Robert və tibb bacısı Lusia Şamreto ailəsində anadan olmuşdur. 1944-cü ildə ailə Almaniyaya işləməyə aparılır. Amerikalılar “Zorla köçürülmüş insanları” 1945-ci ilin yazında Qərbə aparanda, valideynləri ilə birlikdə eşelondan qaçmış və Sovet işğal bölgəsində qalmışdır. O, 1945-ci ilin payızında Riqaya qayıtmışdır. Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib (1955). "Pionieris" qəzetində işləyib (1954-1957). Ezer (latış.
Reqina Moroz
Reqina Moroz — rus qadın voleybolçu. Ampluası blokçudur. Dinamo Kazan klubunda oynayır. Bu klubda "on yeddi" nömrəli formanı tərlədir.
Reqistrasiya müqaviləsi
Atmosfer Xarici Kosmosa Göndərilən Obyektlərin Qeydiyyatı Konvensiyası (Reqistrasiya Müqaviləsi və ya Reqistrasiya Sazişi kimi də tanınır) Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 1974-cü ildə qəbul edilmiş konvensiyadır. 1976-cı ildə qüvvəyə minmişdir. 2014-cü il tarixinə qədər 62, 2018-ci ilin dekabr ayına kimi isə 70 dövlət tərəfindən təsdiq edilmişdir. Konvensiya, dövlətləri kosmosa göndərilən obyektin hərəkət trayektoriyası barədə Birləşmiş Millətlər Təşkilatına məlumat verməyə məcbur edir. Buraxılmalar ilə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatı 1962-ci ildən bəri bir qeydiyyat aparır. Reqistrasiya konvensiyası və digər dörd Kosmik qanun konvensiyası Birləşmiş Millətlər Təşkilatının Kosmosun Dinc Məqsədlər Üçün İstifadəsi Komitəsi tərəfindən idarə olunur. Avropa Kosmik Agentliyi və Avropa Meteoroloji Peyklərin İstismarı Təşkilatı, müqavilə hüquqlarını və öhdəliklərini qəbul etdiklərini bildirmişdirlər.
Reqlament
Reqlament (fr. règlement): toplantı, iclas, sessiya və qurultayların zamanla aparılma qaydası. Bəzi beynəlxalq konqres və konfransların qərarlarının adı (məsələn, 1815 - ci il Vyana reqlamenti) . biznes - layihə üzvünün layihədə nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün etməli olduğu fəaliyyət ardıcıllığı .
Reqloba
Reqloba — Azərbaycan Respublikasının Astara rayonunun Hamoşam kənd inzibati ərazi dairəsində kənd.
Reqolit
Reqolit — Ayın qırıntılardan ibarət olan ən üst səth qatı; Ay səthində ilkin süxurlara (tərkibinə görə bazalta yaxındır) çoxsaylı meteorit zərbələri nəticəsində əmələ gəlir. Qalınlığı bir neçə sm-dən 10 m-dək olur. Reqolit üst qatı tozvari olub, alt qatları isə dərinə getdikcə sıxlaşır. Sinonim: Ay qruntu. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Reqqi
Reqqi — Yamaykaya məxsus musiqi janrıdır. 1960-cı illərin sonlarında Yamaykada ska və rocksteady janrları əsasında təşəkkül tapmışdır. Lakin reqqi onlara nisbətən yavaşdır. Yamayka üslublu rok musiqisi də deyilir. Mənşəyi calypso, rock'n roll, hətta R&B-yə söykənir. Xüsusi bir növü olan "roots reqqi" rastafari hərəkatı ilə çox yaxındır. Sevgi, sülh, bərabərsizlik, yoxsulluq kimi mövzularda olur. 1970-ci illərdən sonra məşhurlaşmışdır. Əfsanəvi ifaçı Bob Marli reqqinin dünyada məşhurlaşmasına səbəb olmuşdur. Reqqi musiqi janrında basslar böyük əhəmiyyət daşıyır.
Reqressiv eroziya
Reqressiv eroziya (rus. регрессивная эрозия, ing. regressive erosion, head ward erosion, backward erosion) — lat. regressio – geriyə hərəkət – geriyə çəkilən eroziya. Süxurların səthi axınlarla parçalanması və yuyulması prosesi. Dərinlik eroziyası mənbə istiqamətində inkişaf edərək tarazlıq profilinin yaranmasına gətirib çıxarır və adətən qonşu hövzələrin çaylarının baş hissəsinin zəbt olunmasına səbəb olur.
Reqressiv vergitutma
Reqressiv vergitutma (ing. regressive tax) — vergi tutulan məbləğ artdıqca orta dərəcənin azaldığı vergitutma sistemi. Bu o deməkdir ki, təsərrüfat subyektinin gəlirinin artması ilə nisbət aşağı düşür, gəlir azaldıqda isə əksinə artır. Reqressiv vergi kasıblara (resurslar baxımından) zənginlərə nisbətən daha çox yük qoyur: vergi dərəcəsi ilə vergi ödəyicisinin aktivləri, istehlakı və ya gəlirləri ilə ölçülən ödəmə qabiliyyəti arasında tərs əlaqə mövcuddur. Bu vergilər daha yüksək ödəmə qabiliyyəti olan insanların vergi yükünü azaltmağa meyillidirlər, çünki onlar nisbi yükü daha çox ödəmə qabiliyyəti olan insanların üzərinə keçirirlər. Bir qayda olaraq, reqressiv vergitutma ilə gəlir hissələrə bölünür, onların hər biri öz dərəcəsi ilə vergiyə cəlb edilir, yəni azaldılmış dərəcələr bütün vergitutma obyektinə deyil, əvvəlkindən artıq olan hissəsinə şamil edilir. Məsələn, ƏDV kimi məsrəfdən sabit faiz şəklində tutulan vergilər və ya sorğu vergisi və ya Böyük Britaniya televiziyası lisenziyası haqqı kimi birbaşa sabit vergilər son nəticədə reqressivdir. Reqressiv vergitutma idxal, ticarət, mal və xidmətlərin istehsalı sahəsində tətbiq edilir. Həmçinin reqressiv prinsipə əsasən bir sıra xüsusi rüsumlar hesablanır, onlar üçün vergitutma müddəti fərqlidir. Beləliklə, məsələn, məhkəmədə ərizə vermək üçün dövlət rüsumu iddiaçının əmlak iddialarının ölçüsündən asılıdır.
Reqressiv yatım
Reqressiv yatım (rus. залегание регрессивное, ing. regressive bedding) — dənizin geriyə çəkilməsi şəraitində toplanan süxur laylarının yatımı. R. y. üçün fasiyaların ərazi üzrə və şaquli kəsilişdə nisbətən dərin dəniz çöküntülərindən dayaz dəniz çöküntülərinə doğru qanunauyğun dəyişilməsi səciyyəvidir.
Reqressiya
Reqressiya (rus. регрессия , ing. regression) — dənizin tədricən sahillərdən geri çəkilməsi, qurunun qalxması və ya okean dibinin enməsi. Qapalı su hövzələrində iqlim şəraitinin dəyişməsi təsirindən hövzələrdə su həcminin azalması ilə əlaqədardır. Dünya okeanı hövzəsində su həcminin azalması (məs., Buzlaq epoxalarında) nəticəsində baş verir. Qapalı su hövzələrində (Xəzər dənizi və s.) Reqressiya iqlim şəraitinin dəyişməsi təsirindən hövzələrdə su həcminin azalması ilə əlaqədardır. Xəzər dənizi dəfələrlə Reqressiyaya məruz qalmışdır. Dəniz reqressiyası – transqressiyanın əksidir, bu zaman dəniz səviyyəsi quruya nisbətən düşür və sahil xətti keçmiş dəniz dibinə doğru yerini dəyişir. Çökmə süxurların fasiyasının (litoloji və üzvü tərkibinin) dəyişməsi dəniz transqressiyası və reqressiyasının sübutlarıdır. Pleystosen dövründə Azərbaycan ərazisində Xəzər dənizi ilə əlaqədar üç transqressiya və üç reqressiya hadisəsinin baş verdiyi bildirilir (A. V. Məmmədov, B. D. Ələsgərov, 2002).
Reqressiya analizi
Reqressiya analizi — bir və ya bir neçə asılı olmayan dəyişənin digər asılı dəyişənə təsirinin statistik analiz üsulu. Məqsədi bir asılı olan, və bir və ya bir neçə asılı olmayan dəyişənlər arasındakı münasibəti araşdırmaqdır. Burada asılı dəyişənlərin sistematik təsiri nəticəsində asılı olmayan dəyişənlərin özlərini aparmasını izah etmək və onları təsadüfi təsirlərdən ayırd etmək əsas məsələlərdəndir. Asılı olmayan dəyişənlərə reqressorlar və ya prediktorlar, asılı olan dəyişənlər isə kriterial dəyişənlər adlanır. Tədqiqatda yalnız riyazi asılılıq nəzərdə tutulur. Araşdırılan prosesə misal kimi mexaniki emalda kəsmə qüvvəsinin dəyişməsi (asılı olan dəyişən) ilə prosesin gedişini müəyyənləşdirən kəsmə parametrləri (asılı olmayan dəyişən) arasındakı asılılığın təyinini göstərmək olar. Dəyişənlər arasındakı münasibət birölçülü halda y = f ( x ) + e {\displaystyle y=f(x)+e\quad } , formada, n-ölçülü halda isə y = f ( x 1 , x 2 , … , x n ) + e {\displaystyle y=f(x_{1},x_{2},\dotsc ,x_{n})+e\quad } formada axtarılır. Burada y asılı olan dəyişən (parametr), x isə asılı olmayan dəyişənlərdir (parametrlər). f axtarılan və ya qəbul olunmuş funksiyadır. e ilə xətanı təsvir edirlər.
Request Tracker
Request Tracker — sorğuları işləmək üçün pulsuz sistemdir. Request Tracker anlayışını müxtəlif cür konfiqurasiya etmək olar. Request Tracker e-poçtla göndərilən insident məlumatını avtomatik qeydiyyata alır və bu məlumatı göndərən istifadəçiyə bilet verir. İnformasiya verilənlər bazasında saxlanılır.
Requiem
Requiem (azərb. Ölülər üçün dua‎) — Fransanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Alma "Requiem" mahnısı ilə Fransanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı milliyətcə yəhudi olan müğənni və bəstəkar Nazim Xaled tərəfindən bəstələnmişdir.
Requiem for a Dream
Bir yuxu üçün rekviyem (ing. Requiem for A Dream) Darren Aronofskinin 2000-ci ildə çəkdiyi dram və cinayət janrlı film. Hubert Selby Jr.'ün 1978də çap olunmuş romanından, 2000-ci ildə ekranlaşdırılıb. Başrollarında Ellen Burstyn, Jennifer Connelly, Marlon Wayans ve Jared Leto yer alır. Ellen Burstyn bu film ile 2000 Ən Yaxşı Aktrissa Oscar mükafatına namizəd olmuştur. Film müasir dünyada gəncləri ən çox zəhərləyən narkotik, bu bağlılığın yol açdığı əxkaqsızlıqlar və televiziya bağlılığından həyatları alt-üst olan 4 insandan danışır. Narkotik bağımlısı bir gənc, televizor bağımlısı anası və aralarında gündən-günə yüksələn bir uçurum… Narkotik batağı içərisindəki Harry’nin həyatdaki tək məqsədi daha çox narkotikdir. Ümidsiz anasını isə həyata bağlayan tək şey ən sevdiyi yarışma programıdır. Bir gün bu yarışmada iştirak haqqı kazananda tək düşündüyü şey qalib olmaq və bu zaman qırmızı paltarını geyinmiş olmaqdır. Yaşlı, dul ve bədbəxt qadın arıqlama həbləri atmağa başlayır.
Requl
Requl α Şir bürcünün ən parlaq ulduzlardan biri olan Günəşdən təxminən 79 işıq ili uzaqlıqda olan Alpha LEONIS (α LEONIS, qısaldılmış Alpha Leo, a Leo) olaraq da adlandırılır. Regulus, iki cüt şəklində təşkil dörd ulduzdan ibarət olan misilli ulduz sistemidir. Requl A açıq-mavi əsas ulduzdan və digər komponenti birbaşa müşahidə etmək olmur, ancaq ağ cırtdan olduğu təxmin edilən spektroskopik qoşa ulduzdur. Daha uzaqda yerləşən Requl B, C və D ulduzları da baş ardıcıllıq ulduzlarıdı. Requl, "Aslanın Ürəyi" olaraq da bilinər. Α LEONIS (Alfa Leonis'e Latinceed) ulduzun Bayer adıdır. Ənənəvi adı Regulus "şahzadə" və ya "kiçik kral" kimi Latıncada qeydə alınır. Beynəlxalq Astronomiya Birlik 2016-cı ildə ulduzlar üçün uyğun adları kataloqlaşdırılması və Standartlaşdırma üçün Star Names (WGSN) üzərinə bir Əmək Qrupu təşkil etdi. WGSN'nin iyul 2016 ilk bülletenində, WGSN tərəfindən təsdiqlənən ilk iki ad siyahısı toplandı; Bu ulduz üçün Requl qeydə alındı. Bu anda IAU Ulduz Adlarının kataloquna daxil edilmişdir.

Digər lüğətlərdə