Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəhilə
Rəhilə (ivritcə רחל) — Əhdi-Ətiqdə Yaqubun arvadı, Yusifin və Binyaminin anası. Tövrata görə, Efratada (indiki Bet-Lexem) rəhmətə getmiş və dəfn olunmuşdur. == İstinadlar == == Mənbə == Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
Rəbət
Rəbət (fars. ربط‎‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,987 nəfər və 1,607 ailədən ibarət idi.
Lənətə gələnlər
"Lənətə gələnlər" — yazıçı Rövşən Yerfinin ən çox oxunan əsərlərindən biridir. 2008-ci ildə yazılmış, 2014-cü ildə çap olunmuşdur. == Əsər haqqında == Əsərdə bir ailənin timsalında cəmiyyətimizdəki acı reallıqların, mənəviyyatımızdakı aşınmaların təsviri verilir. Kitab oxucunu bəhs edilən məsələlərlə bağlı düşünməyə vadar edir. == Qısa məzmunu == Ananın tək oğlunu Rusiyada qalmaqla Qarabağ döyüşlərindən yayındırması. Yaşlaşandan sonra ailəsi ilə vətənə qayıdan oğulun işsizlikdən əyyaşa dönməsi və sonda ananın daim ehtiyatlandığı faciəli oğul itkisi. == Çapı == Kitab 2014-cü ildə çap olunub. Kitabxana.net Milli Virtual kitabxanasında, Milli Kitabxana-İnformasiya Mərkəzinin elektron kitabxanasında, Android əməliyyat sistemində və digər internet saytlarında yayımlanır. == Xarici keçidlər == Siz də “lənətə gələnlər”dənsiniz!
Mehdi Rəhməti
Mehdi Rəhməti (fars. سید مهدی رحمتی‎; 2 fevral 1983, 3 fevral 1983 və ya 3 fevral 1981, Təbriz) — İran futbolçusu. == Həyatı == Mehdi Rəhməti 1983-cü ildə İranın Tehran şəhərində anadan olub. Rəhməti əslən Üskülüdür.
Rəhilə Bəndəliyeva
Rəhilə Möhbalı qızı Bəndəliyeva (4 may 1958, Kurud, Qafan rayonu) — tanımış müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == 1958 il müəllimin ailəsində, Ermənistan SSR Qafan rayonundakı Kurud kəndində anadan olub. 1970 ildə ailə ilə Bakıya köçüb. 1977 ildə Asəf Zeynallı adına musiqi texnikumun müğam şöbəsini qurtarıb. 1977 ilin oktyabrın 4-dən bugünədək "Lalə" qızlar ansamblının solistidir, 1978-ci ildən isə Azərbaycan Dövlət Filarmoniasının solistidir. == Mükafatları == Mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 17 oktyabr 2007, Rəhilə Bəndəliyeva "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adla təltif olunub. == Şəxsi həyatı == 1982-ci ildə ailə qurub, iki uşağı var.
Rəhilə Cabbarova
Rəhilə Muxtar qızı Cabbarova (24 noyabr 1922, Tiflis – 1 dekabr 2002, Bakı) — Azərbaycan müğənnisi (messo-soprano), vokalçı-aktrisa, pedaqoq, Azərbaycan SSR əməkdar artist (1958). == Həyatı == Rəhilə Muxtar qızı Cabbarova 24 noyabr 1922-ci ildə Tiflisdə anadan olmuş və buradakı 1 saylı musiqi məktəbində oxumuşdur. Müharibə illərində — 1941–1945-ci illərdə Tiflis şəhərindəki hərbi hospitalda işləmişdir. 1945–1947-ci illərdə Tiflis Xalq Yaradıcılığı evində təlimatçı olmuş və az sonra Gürcüstan Dövlət Mahnı və Rəqs ansamblına solist götürülmüşdür. 1947-ci ildə ailəsi ilə Bakıya köçmüşdür.Rəhilə Cabbarova Üzeyir Hacıbəyovun tövsiyəsi ilə Azərbaycan Dövlət Konservatoriyasının hazırlıq şöbəsinə daxil olmuş və 1949–1954-cü illərdə vokal şöbəsində oxumuşdur. Üçüncü kurs tələbəsi olarkən Şövkət Məmmədovanın təklifi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürülmüşdür.İlk dəfə səhnəyə Üzeyir Hacıbəyovun "Koroğlu" operasında xanəndə qız rolunda çıxan Rəhilə Cabbarova uzun müddət bu rolun ifaçısı kimi tanınmışdır. Onun ilk böyük rolu isə Fikrət Əmirovun "Sevil" operası səhnələşdirilərkən canlandırdığı Gülüş obrazı olmuşdur. Bunun ardınca aktisanın bir sıra əhəmiyyətli rolları olmuşdur.Rəhilə Cabbarova səhnə fəaliyyətindən əlavə, radio və televiziya verilişlərində də tez-tez iştirak etmişdir. Onun repertuarına Azərbaycan xalq mahnıları, rus və Qərbi Avropa bəstəkarlarının kamera əsərləri də daxil olmuşdur.Sonralar — 1971–1997-ci illərdə Rəhilə Cabbarova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının müdiri vəzifəsində çalışmışdır.Rəhilə Cabbarova 26 aprel 1958-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülmüş və 11 iyun 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.Rəhilə Cabbarova 1 dekabr 2002-ci ildə Bakıda vəfat etmişdir.
Rəhilə Hacıbababəyova
Rəhilə Hacıbababəyova (1881, Tiflis – 1954, Bakı) — Bakıda ali-ibtidai qız məktəbinin yaradılmasının (1914) təşəbbüsçüsü və müdiri, görkəmli pedaqoq. == Həyatı == Rəhilə xanım İbrahim bəy qızı Hacıbabəyova (Hacıbababəyzadə) –1882-ci ilin avqustunda Tiflisdə anadan olub . Burada Müqəddəs Nina məktəbini bitirib. 1902-ci ildə Bakıdakı İsgəndəriyyə Qadın Müsəlman Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1910-cu ildə Hacıbababəyovanın təşəbbüsü ilə azərbaycanlı qızlar üçün iki illik məktəb açıldı. 1914-cü ildə ibtidai məktəbə çevrildi. Rəhilə Hacıbababəyova bu məktəbin direktoru idi. 1925-ci ildə Hacıbabəyova Azərbaycan SSR Maarifçilər Həmkarlar İttifaqı mərkəzi şurasının üzvü olmuşdur. 1927-ci ildə Rahil Hacıbabəyova 5-ci Ümumittifaq Sovetlər Sovetləri və Azərbaycan qadın fəhlələri və kəndliləri qurultayının nümayəndəsi seçildi. Rahil Hacıbabəyova 1954-cü ildə Bakıda vəfat etdi.
Rəhilə Həsənova
Rəhilə Həsənova — bəstəkar. == Əsərləri == BaletKos-kosa balet-pantomimaOpera"Mahnılı nağıllar" uşaq Operası (1996) — libretto müəllifindir "Cavidi dəstgah" xor operası (2000–2001) — qiraətçi, xor, solistlər və 5 zərb aləti üçünSimfonik əsərlərSimli kvartet, tenor və bas üçün "Dərviş" (1992); Simli, nəfəsli, vokal kvartetlər və piano üçün "Mərsiyə" (1993); 15 alət üçün "Səma" (19194); Simfonik orkestr üçün "Gecə" (1997);Digər instrumental əsərlərPiano üçün: sonata (1990); "A la meyxana" fantaziyası (1996); "Jasmin ləçəkləri" 7 miniatür (1998); 2 piano və 2 saksofon üçün "Dəniz" (1998); Kontrabas üçün solo-sonata (1990); Orqan üçün "Qəsidə" simfoniyası (1991); "Səhra" fantaziyası (1997); Klarnet üçün solo-sonata (1994); Gitara üçün solo-sonata (1995); 3 saylı simli Kvartet (1995); 9 müxtəlif alət üçün "Pirəbədil" (1996); Fleyta üçün solo-sonata (1997); 4 fleyta və zərb alətləri üçün Mərasim-"Maral oyunu" (1999); 8 violonçel və 4 kontrabas üçün "Müğfil" (2001)."Maral" teatr tamaşasına musiqi /H.Cavidin əsəri əsasında/ (1999);MəqalələrKak na pervom uroke /Q.Qarayev/. "Şərqi" jurnalı, №2, 1999; Zapax Rodinı. "Şərqi", №4, 1999; Edinstvennıy i nepovtorimıy /X.Mirzəzadə/. "Şərqi", №1, 2000; Mono-dialoq /rəssam E.Məmmədovun xatirəsinə/. "Şərqi", №2, 2001; Otveth samomu sebe. "Şərqi", №3, 2001; Voznesennıy na krılhcx vetra /R.Behbudov/. "Azərbaycan-İrs" jurnalı, №4, 2001.
Rəhilə Mustafayeva
Rəhilə Mustafayeva (20 iyun 1923 – 1996) – azərbaycanlı müğənni, aktrisa. == Həyatı == 1923-cü ildə anadan olub. 1943-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppasına qəbul edildi və 1978-ci ilə qədər orada çalışdı. 1945-ci ildə, o, ən yaxşı rolda - Sovet Azərbaycan filmindəki Arşin Mal Alandakı Asya rolunu canlandırdı. 1981-ci ildə tez-tez konsertləri ilə çıxış edən "Uzun ömürün akkordları" filmində rol aldı. 1996-cı ildə vəfat edib. == Filmoqrafiya == Arşın mal alan (film, 1945) Üzeyir ömrü (film, 1981) == Xarici keçidlər == Aktrisa və müğənninin həyatının dəqiq illəri ilə qısa tərcümeyi-halı Arxivləşdirilib 2017-03-04 at the Wayback Machine.
Rəhilə Məhərrəmova
Rəhilə Cavad qızı Məhərrəmova (7 noyabr, 1923 – 22 avqust, 2011) — filologiya elmləri doktoru, professor. == Həyatı == R. C. Məhərrəmova (qızlıq soyadı Kazımova olmuşdur) 1923-cü il noyabrın 7-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1930-cu ildə Bakıda 40 saylı orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1937-ci ildə də yeddinci sinfi bitirərək M. Ə. Sabir adına Pedaqoji Texnikumda təhsil almış, oranı 1941-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1941-ci ildə Azərbaycan Dövlət Darülfünununun filologiya fakültəsinə qəbul olmuş, 1945-ci ildə universitetdə təhsilini başa çatdırmışdır. Tələbəlik dövründə Bakının Lenin (indiki Sabunçu) rayonundakı 80 saylı məktəbdə ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Dövlət Universitetini (hazırda Bakı Dövlət Universiteti) bitirəndən sonra 1945–1948-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun aspiranturasında oxumuşdur. Aspirant olan müddətdə eyni zamanda yarımştat kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1949-cu ildə "Ə. Haqverdiyevin hekayələrinin dili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950-ci ildə Nizami adına Ədəbiyyat və Dil İnstitutunda baş elmi işçi vəzifəsinə keçirilmişdir.
Rəhilə Məmmədova
Rəhilə Məmmədova (17 dekabr 1955, Qazax rayonu) – Azərbaycanın əməkdar artisti (2018), "Qızıl Dərviş" mükafatı laureatıdır.[mənbə göstərin] == Həyatı == 1955-ci ildə anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət Univertsitetini bitirmiş, həmin ildən də Şəki Dövlət Dram Teatrında işləmişdir. 1986-cı ildən Gəncə Dövlət Dram Teatrında və eyni zamanda 2001-ci ildən Gəncə Dövlət Nizami Poeziya teatrında fəliyyət göstərir. == Fəaliyyəti == İşlədiyi müddətdə aşağıdakı rolları oynamışdır: “Şair və Hökmüdar” (Məhsəti) “Memarın məhəbbəti” (Möminə xatın) “İsgəndərnamə” (Nüşabə) “ Qapı” (Ana)Rəna Temurqızının “Dərd yükü” tamaşasının həm quruluşçu rejissoru həm də Ana obrazının ifaçısı. B. Vahabzadə və Z. Yaqubun şerləri əsasında Pərvanə Qurbanovanın səhnələşdirdiyi “Yaddan çıxmaz Qarabağ” – aparıcı vəs. Hal hazırda Volterin “Sadiq və ya Tale” povestinin motivləri əsasında Fərman Rzayevin səhnələşdirdiyi “ Əlmanə” tamaşasında – Cahan məleykəsi obrazı üzərində işləyir. == Mükafatları == 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Rəhilə Orucova
Rəhilə Əli qızı Orucova (25 sentyabr 1965, Göyçə mahalı – 11 may 1992, Şıxarx, Tərtər rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. Şəhidlər Xiyabanında dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçü. == Uşaqlıq dövrü və təhsili == Rəhilə Orucova 1965-ci il sentyabrın 25-də Göyçə mahalında anadan olmuşdur. 1973-cü ildən 1978-ci ilədək Ağstafa rayonunda oxumuş, oradakı təhsilini bitirdikdən sonra 1979-cu ildən 1981-ci ilədək təhsilini 109 nömrəli məktəbdə davam etdirmişdir. 1981-ci ildə 1 nömrəli Bakı Tibb məktəbinə daxil olmuş, texnukomu bitirdikdən sonra əvvəlcə Bakı Təcili Yardım xəstəxanasının reanimasiya şöbəsində, sonra isə Qədirli adına Baş Hövsə xəstəxanasında fəaliyyətə başlamışdır. == Döyüş yolu == Rəhilə Orucova Milli Orduya könüllü yazılmışdır. Ön cəbhədə həm könüllü tibb bacısı kimi, həm də sıravi əsgər kimi vuruşmuşdur. 1992-ci il mayın 11-də Ağdərə rayonunun Leninavan kəndi uğrunda döyüşdə qəhrəmancasına şəhid olmuşdur. May ayının 13-də Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Burada dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçüdür.
Rəhilə Qeybullayeva
Qeybullayeva Rəhilə Məmməd qızı (30 yanvar 1961)— filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri. == Həyatı == Rəhilə Qeybullayeva 1966-cı ildə Zaqatala şəhər 1 № li orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. 1976–1981-ci illərdə M. F. Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı İnstitutunda rus dili və ədəbiyyatı ixtisası üzrə oxumuşdur. 1989-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Süjetdə dinamiklik və sabitlik" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitututunda "Müqayisəli tipologiya və ədəbiyyat tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi əsərlərinin əsas mövzusu == milli ədəbiyyat konsepsiyası; ədəbiyyatda təhlil metodlari: ədəbiyyatda dominantlar nəzəriyyəsi, dixotomiyalar nəzəriyyəsi və sistem nəzəriyyəsi; ədəbiyyat kontekstkəri; ədəbiyyatda mədəni dəyərlər; == Təltif və üzvlüklər == UNESCO-nun "Müxtəlifliklərdə birlik: mədəniyyətlər arasında dialoq…" layihəsi üçün 15 yanvar-15 may 2003-cü illərdə qrant layihəsini udmuşdur. (London Universiteti: AHRB, Centre for SOAS and UCL) Azərbaycan Komparativ Ədəbiyyatşünaslıq Assosoasiyasının sədri, Kyoto Prize rəsmi nominatoru, Mədəniyyətlər Tarixi beynəlxalq cəmiyyətinin yaradıcılarından biri və üzvüdür. Belçika (International Society for Cultural History Founding member), SJI (Beynəlxalq Elmi Jurnal), Communication & Media seriyası üzrə redaksiya şurasının eksperti (ABŞ), (Scientific Journal International, Editorial Review Board, Communication & Media, Harvard CESS (Harvard Mərkəzi Avrasiya və Qafqaz Araşdırmaları, ABŞ), IAPL (Beynəlxalq filosoflar və ədəbiyyatşünaslar assosiasiyası, ABŞ) == Təşkilati işlər == UNESCO-nun "Qeyri-maddi dəyərlərin şah əsərləri və onlarin qorunmasi" layihəsi çərçivəsində "Azərbaycan muğamı" layihəsinin koordinatoru (2002) Harvard CESS illik confransi çərçəvəsində "Harvard universitetində "National and Cultural İdentity" adlı panel (2003, oktyabr) Bir sıra ingilis dilli elmi məgalələri azərbaycancaya tərcümə edilməsi və Bakıda nəşr etdirilməsi Ənənə və qloballaşma konfransı, April 2002, Baku, AMEA AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin "Ədəbi-nəzəri məcmuəsi"-nin illik məcmuəsinin həmredaktoru (prof. Tahirə Məmmədlə bərabər) 2002, 2005. Müqayisəli ədəbiyyat: Ədəbiyyat kontekstləri, 2006, Noyabr, AZCLA və Baki Slavyan universiteti 1-ci, 2-ci və 3-cü Beynəlxalq Tələbə konfransı, aprel 2006, aprel 2007, aprel 2008, Baki Slavyan universiteti == Azərbaycanla baglı bir sıra diskussiyalarda iştirak == J. F. Kennedi adina Harvard Dovlətçilik fakültəsində (aprel, 2002); Böyük Britaniyanın Lordlar Palatasında (Mart, 2003); London universitetinin SOAS və LSE fakültələrində (Yanvar-May, 2003) == 70-dan çox elmi əsərin müəllifi, o cumlədən == Динамическое и устойчивое в сюжете. – Баку: Эльм (Наука), 1993, 157 s.
Rəhilə İbadova
Rəhilə İbadova — Azərbaycanlı aktrisa; == Həyatı == 1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1969-cu ildən 2006-cı ildə həbs olunanadək (37 ildən artıq) Abdulla Şaiq adına Dövlət Kukla Teatrında səhnə ustası və aktrisa işləyib. “Tıq-tıq xanım”, “Cırtdan” və bir çox nağılın qəhrəmanlarını (ümumilikdə 27 tamaşa) oynayıb. Lider TV-də dublyaj olunan cizgi filmlərinin səsləndirilməsində iştirak edib, “Adam ol” filmində çəkilib. Həbsdən azad edildikdən sonra işinə qaytarılan aktrisa 2020-ci ildə həm 70 yaşı tamam olduğu üçün, həm də səhhətinə görə işdən azad edilməsini xahiş edib. === Şəxsi həyatı === 16 yaşında ailə qurub, beş uşaq anasıdır. 1999-cu ildə həyat yoldaşı vəfat edib. Əməkdar artist Firuzə İbadovanın bacısıdır. === Həbsi === 2006-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib.
Rəhimə Mirzəyeva
Rəhimə Mirzəyeva — İctimai Televiziya və Radio Yayımları Şirkətinin bədii rəhbəri, teatrşünas-rejissor; Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi.AzTV və Lider telekanallarında müxtəlif silsilə proqramların quruluşçu rejissoru olub. Bir çox film-verilişlərin müəllifidir. Bədii filmlərin və teleserialların dublyajı üzrə mütəxəssisdir.
Rəhmət (Əbyəlil)
Rəhmət kəndi (başq. Рәхмәт) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Bayın kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Rəhmət kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 79 km., kənd sovetliyindən (Bayın): 12 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat): 12 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Rəhməti Təbrizi
Rəhməti Təbrizi (?-1616) — Azərbaycan şairi. == Həyatı == Təx­mi­nən XVI əs­rin or­ta­la­rın­da Təb­riz­də dün­ya­ya gəl­miş, Hin­dis­ta­na sə­fər edə­rək 1616-cı il­də ora­da və­fat et­miş Rəh­mə­ti Təb­ri­zi­dir. Təz­ki­rə­çi Tə­qi Əv­hə­di "Ərə­fa­tül-aşi­qin və ərə­sa­tül-ari­fin" ad­lı təz­ki­rə­sin­də onun Hin­dis­tan sə­fə­rin­dən əv­vəl (1605-ci il­dən ön­cə) 7-8 min beyt­lik di­va­nı­nı gör­dü­yü­nü qeyd et­sə də, şai­rin AMEA M.Fü­zu­li adı­na Əl­yaz­ma­lar İnsti­tu­tun­da sax­la­nı­lan şeir­lə­ri 2050 beyt həc­min­də­dir. Bu şeir­lə­rin ək­sə­riy­yə­ti fars­ca­dır, cə­mi 25 qə­zəl və 1 rü­bai (129 beyt) Azər­bay­can türk­cə­sin­də­dir. Şa­ir fars­ca yaz­dı­ğı fəx­riy­yə­lə­rin­də döv­rü­nün bir sı­ra sə­nət­kar­la­rı­nın, ərəb şair­lə­rin­dən Bux­to­ri və Bu fə­ra­sın, fars şair­lər­dən Ün­sü­ri, Ən­və­ri, Ru­də­ki, Əs­cə­di, Fü­tu­hi, Də­qi­qi və baş­qa­la­rı­nın adı­nı çə­kir, özü­nü on­lar­dan üs­tün sa­yır. Ad­la­rı­nı çək­mə­sə də, onun türk­cə şeir­lə­rin­də Nə­vai və Fü­zu­li­dən tə­sir­lən­di­yi­ni gör­mə­mək müm­kün de­yil. I Şah Ab­ba­sın döv­rün­də (1587-1629) Hin­dis­ta­na mü­ha­ci­rət edən şa­ir bu öl­kə­nin müx­tə­lif ədə­bi məc­lis­lə­rin­də çox yük­sək də­yər­lən­di­ri­lən Nə­vai şeir­lə­ri ilə da­ha ya­xın­dan ta­nış ol­maq im­ka­nı əl­də et­miş­di. C.Na­ğı­ye­va Rəh­mə­ti­nin Nə­vai ya­ra­dı­cı­lı­ğı­na ya­xın­lı­ğı ba­rə­də ya­zır: "Rəh­mə­ti də Nə­vai ki­mi in­sa­nı hər şey­dən uca tut­muş­dur. Əgər Nə­vai­də "Məs­hə­fi-hüs­nün­də gör­düm bis­mil­la­hi­ni" oxu­yu­ruq­sa, Rəh­mə­ti "Məs­hə­fi-hüs­nün­də ol pey­vəs­tə bis­mil­lah­lər" de­yir. Hər iki şair­də za­hid və vaiz­lə­rin tən­qi­di ey­ni­dir.
Rəmənə Səyəhi
Ramana Sayahi (4 oktyabr 1982) — İran əsilli kanadalı Aktyor, model və vizajistdir. == Həyatı == Səyahi İranın Əhvaz şəhərində anadan olub. O, həmçinin Kanadanın Toronto şəhərində yaşayır.O, təbii olaraq Ancelina Coliyə bənzədiyi üçün qrafika fakültəsinin məzunudur və hazırda model kimi işləyir və Torontoda model kimi işləyən aktyorluq təcrübəsi var.İlk dəfə 18 yaşında anası televiziyada bu qadının sənə nə qədər oxşadığını, Hollivud aktyoruna oxşadığını, amma o zamanlar onun üçün çox da əhəmiyyət kəsb etmədiyini göstərmişdi.
Cəhət təyini
Məhəldə üfüqün tərəflərini (cəhətlərini) təyin etmə . Cəhət günəşə, Qütb ulduzuna, yerli əlamətlərə, saat əqəbinə əsasən və kompasla təyin edilir.
Rahət İsayev
Rahət Rafət oğlu İsayev (26 dekabr 2000, Əliabad, Biləsuvar rayonu – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahət İsayev 2000-ci il dekabrın 26-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2007-2018-ci illərdə M. Piriyev adına Əliabad kənd tam orta məktəbdə təhsil alıb. Sabirabad Dövlət Kollecinin "Arxiv işi və Karguzarlıq" ixtisasına qəbul olsa da, qiyabi təhsili seçib və 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Subay idi. == Hərbi xidməti == Rahət İsayev 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Kəşfiyyatçı atıcı idi. Azərbaycan Ordusunun əsgəri olan Rahət İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahət İsayev noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Noyabrın 18-də Biləsuvar rayonunda dəfn olunub.
Rəftə (Soyuqbulaq)
Rəftə (fars. رفته‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (9 ailə).
Abbas Səhət
Mehdizadə Abbas Əliabbas oğlu (1874, Şamaxı – 11 iyul 1918, Yelizavetpol) — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi. == Həyatı == Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. 1894-cü ildə İrana getmiş Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür. "Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906–1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir 1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür.
Çerete
Çerete (it. Cerete) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 80 kilometr (50 mil) şimal-şərqində və Berqamodan təxminən 35 kilometr (22 mil) şimal-şərqdə yerləşir. Əhalisi 1378 nəfər (2008), əhalinin sıxlığı 106 nəfər/km². Sahəsi 13 km² ərazini tutur. Poçt kodu — 24020. Telefon kodu — 0346.
Aşıq Qurban Rəhməti
Aşıq Qurban Rəhməti (1970, Takab, Qərbi Azərbaycan ostanı – 8 dekabr 2017, Takab, Qərbi Azərbaycan ostanı) — Cənubi Azərbaycanlı tanınmış aşıq. == Həyatı == Aşıq Qurban Rəhməti 1970-ci ildə Cənubi Azərbaycanın Tikantəpə məntəqəsində anadan olmuşdur. İqtisadi çətinliklərə görə ailəsi ilə birlikdə sonralar Tehran şəhərinə köçmüşdür. == Yaradıcılığı == Aşıq Qurban Rəhməti qədim dövrlərdən Azərbaycan ədəbiyyatında mövcud olan bir çox dastanları əzbər bilməklə yanaşı, həm də özünün müəllifi olduğu xeyli şerləri vardır. Cənubi Azərbaycanda və ümumilikdə İranda çox tanınan Aşıq Qurban Rəhməti 2016-cı ildə Novruz bayramı şənliklərində Dünya Mədəniyyət Mirasları Siyahısında qeydiyyata alınmış Təxt-i Süleyman (Sorğulu) Kompleksində keçirilən mərasimə dəvət olunan aşıqlar arasında olmuşdur. == Ölümü == 2017-ci ilin dekabr ayının 8-də infarkt nəticəsində vəfat etmişdir.
Rəhimə Pərəstu Sultan
Rəhimə Pərəstu Sultan (1826, Çərkəzistan – 1904, Maçka) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 34-cü Osmanlı sultanı II Əbdülhəmidin mənəvi anası və Osmanlı tarixinin son validə sultanı. == Həyatı == === Gənclik illəri === I Əbdülhəmidin qızı və Sultan Əbdülməcidin bibisi olan Əsma Sultan İstanbuldakı köşklərində mükəmməl bir həyat yaşayırdı. Ancaq yenə də bədbəxt idi. Çünki bir övladı olmamışdı. Nəhayət uzun müddət sonra, Şimali Qafqazdakı ubix əsilli ailələrin birindən bir övlad alıb böyütməyə qərar verdi. Bu isə Gök bəy Gögenin bir yaşlı qızı Rəhimə oldu. Uşaq o qədər incə və zərif idi ki, adı dəyişdirildi və farsca qaranquş mənasına gələn Piristü adı verildi. Əsma Sultanın sarayında mükəmməl saray təhsili alan Rəhimə Pərəstu Sultan əsl sultan kimi böyüdüldü. Sultan Əbdülməcid vəliəhd olduğu illərdə tez-tez bibisini ziyarət edir, onun tövsiyələrini dinləyirdi. Sultan olduqdan sonra da bu ziyarətləri davam etdi.
Rəhmət Abad (Zərənd)
Rəhmət Abad ( Zərənd) (Farsca: رحمت‌آباد (زرندیه)‎) — İran İslam Respublikasının Mərkəzi ostanında bir kəndır.
Layoş Fekete
Layoş Fekete, Macar tarixçisidir, Birinci Dünya Müharibəsində əsir düşüb, Türkcə öyrənən Layoş (ya da Lajos), müharibədən sonra Macarıstan və Avropa arxivlərindəki Osmanlı sənədlərini incələdi, Budapeşt universitetində Türk tarixi üzrə professor təyin olundu. Sonra İstanbula çağırılıb, Baş Nazirlik Arxivindəki sənədləri araşdırmaq tapşırılır. Türkcə sənədləri araşdırdıqdan sonra Einführung in die Osmanisch-Tür-kische Diplomatik der Türkischen Botmassigheit in Ungarn (Macarıstandakı Türk Hakimiyyətində Osmanlı Türk diplomatiyasına giriş, 1926) adlı əsərini yazmışdır. Türkische Schriften aus dem Archive des Palatins Nikolaus Esterhazy 1606–1645 (Palatinus Miklos Esterhazynin arxivindəki Türkcə sənədlər 1606–1645, 1932) adlı əsərində XVII əsrin II yarısındakı Osmanlı-Macar münasibətlərini araşdırmışdır. Bundan başqa Budapest a Törökkorban (Osmanlı dönəmində Budapeşt,1944) və Rechnungsbücher des Türkischer Finazstellen in Buda 1550–1580 (Budində Türk maliyyə təşkilatının hesab dəftərləri 1550–1580, 1962) adlı əsərlərini də nəşr etdirmişdir. Layoş Feketeni Azərbaycan tarixi üçün önəmli edən tərəf isə ondadır ki, o Səfəvi dövlətinin iki şahının- I Səfinin və Şah Sultan Hüseynin Azərbaycan Türkcəsində iki məktubunu arxivlərdən tapıb, nəşr etdirmişdir. Bunlar I Səfinin (1629–1649) Avstriya imperatoru və Macarıstan kralı II Ferdinanda (1619–1639) məktubudur. İkincisi isə Şah Sultan Hüseynin(1694–1722) Polşa kralı Fridrix Avqusta(1694–1733) məktubudur. Bu məktubların əhəmiyyəti ondadır ki, bunlar vasitəsi ilə Səfəvilərin son şahlarının belə Azərbaycan türkcəsindən diplomatiyada istifadə etməsi sübut olunur.
Renate Linqor
Renate Linqor — Qadın futbolu üzrə dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı == Həyatı == Renate Linqor Almaniyanın Karlsrue şəhərində doğulub. == Karyerası == === Klub karyerası === O, futbol oynamağa 1981-ci ildə "SV Blankenloch" klubunda başlayıb, 1983-cü ildən "Karlsrue SC" klubunun gənclərdən ibarət komandasında çıxış edib. Almaniya Bundesliqasında peşəkar karyerasına 14 yaşında "SC Klinge Seckach" klubu ilə müqavilə imzaladıqdan sonra başlayıb. Almaniyanın bir sıra aparıcı klublarından təklif almasına baxmayaraq, o, adıçəkilən klubda 1997-ci ilə qədər çıxış edib. Həmin il Renate Linqor "FFC Frankfurt" klubunda mərkəz yarımmüdafiəçi mövqeyində oynamağa başlayıb. Linqor 2 dəfə UEFA Kubokunun qalibi (2002, 2006), 5 dəfə Almaniya çempionu (1999, 2001, 2002, 2003, 2005), 5 dəfə Almaniya Kubokunun qalibi (1999, 2000, 2001, 2002, 2003) olub. 2007-2008-ci il mövsümündən sonra futbolçu karyerasını başa vurub. === Milli karyerası === 1995-ci ildə Almaniya milli komandasına dəvət olunan Renate Linqor buna qədər Almaniyanın 20 yaşlı futbolçulardan ibarət yığmasının tərkibində 19 oyunda meydana çıxıb. 2006-cı ildə Marta (Braziliya) və Kristin Lilli (ABŞ) ilə bərabər Dünyada İlin Ən Yaxşı Qadın Futbolçusu adına Renate Linqorun da namizədliyi irəli sürülüb. Linqor Milli komandada 2 dəfə dünya çempionu (2003, 2007), 2 dəfə Avropa çempionu (2001, 2005) və 2 dəfə Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (2000, 2004) olub.
Reneta Kamberova
Reneta Kamberova (d. 12 sentyabr 1990, Pazardznik, Bolqarıstan) — Bolqarıstannı təmsil edən bədii gimnast. Reneta Kamberova 2012 və 2016-cı ildə Bolqarıstanı Olimpiya Oyunlarında təmsil etdi; 2016-cı ilə isə yarışların bürünc medalını qazandı. Kamberova həmdə Dünya və Avropa Çempionatlarında ümumi olaraq üç qızıl, üç gümüş və yeddi bürünc medala sahib çıxıb. == Karyerası == Reneta Kamberova birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 6-cı yeri tutdu. Reneta Kamberova 2016-cı ildə Bolqarıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lyubomira Kazanova, Mixaela Maevska-Veliçkova, Tsvetelina Naydenova və Xristiana Todorova ilə birgə final yarışlarında 34.282 xal topladı və bürünc medal qazandı.
Vladimir Fekete
Vladimir Fekete (slovak. Vladimír Fekete, 11 avqust 1955, Bratislava) — Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi. == Həyat və fəaliyyəti == Vladimir Fekete 1955-ci ilde Bratislava yaxınlığındakı Xorvatski Qrob kəndində doğulub. 1979-cu ildə Bratislavada Komenski Universitetinin təbiət elmləri bitirib. 1981-ci ilde Don Boskonun Saleziyanları cəmiyyətinə gizlincə qoşuldu və 30 iyun 1983-cü ildə Berlində Volfqant Veyder tərəfindən keşiş kimi təqdis olundu. 1990-ci ildə Slovakiyada kommunist rejiminin süqutuna qədər geoloq kimi çalışıb. 1989-cu ildən sonra Levoçada Saleziyalı katolik tələbələrin cəmiyyətində direktor olub. 1993-1999-cı illərdə Slovak Saleziyanların vikarı kimi fəaliyyət göstərib. 1999-cı ildə Lüblin Katolik Universitetində teoloji dərəcəsini alıb. 1999-2005-ci illərdə Slovak Saleziyanların rəhbərliyinə geri qayıdıb.
Bekir Refet
Bekir Refet Teker (22 may 1899, Konstantinopol – 5 aprel 1977, Karlsrue, Baden-Vürtemberq) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Türkiyə millisinin heyətində çıxış etmişdir. == Həyatı == Bekir Refet 22 may 1899-cu ildə İstanbulda anadan olmuşdur. Gəncliyində Fənərbaxçada futbol oynayırdı. 1914-cü ildə İstanbul Gənclər Futbol Liqasının çempionu oldu. Həmən klubda hücumçu mövqeyində oynayaraq peşəkar karyerasına başladı. 1915–1916-cı illərdə Fənərbaxça, 1916–1918-ci illərdə Altınordu, 1920–1921-ci illərdə İttihatspor klublarında oynamışdır.1921-ci ilin avqust ayında Qalatasarayın Almaniya turuna qatıldı, burada Hamburq, Verder Bremen, Nürnberq və Sparta Praqa klublarına qarşı oynamışdır. Karlsrue komandasına qarşı qələbədən sonra alman klubunun nümayəndələrini maraqlarına tuş gəldi və onlar onu Almaniyada qalmağa razı saldılar. O, Feniks (1921–1923), Pfortshaym (1923–1926) və Karlsrue FF (1926–1935) klublarında çıxış etmişdir. 1927–1928 illərdə qısa müddətlik Fənərbaxçanın heyətinə qatılmışdır.