Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəzzaq Məmmədov
Rəzzaq Məmmədov (tam adı: Rəzzaq Qüdrət oğlu Məmmədov; 2 noyabr 1948, Port-İliç, Lənkəran rayonu – 3 may 2023) — azərbaycanlı aktyor. == Həyatı == Rəzzaq Qüdrət oğlu Məmmədov 2 noyabr 1948-ci ildə Lənkəran rayonunun Liman qəsəbəsində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Həmin ildən "Tədris Teatrı"nda aktyor kimi fəaliyyətə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. Daha sonra təqaüdə çıxıb. Rəzzaq Məmmədov 3 may 2023-cü ildə 74 yaşında Bakıda vəfat edib. Lənkəranda dəfn olunub. == Əsas rolları == Supunovalı — ("Çarəsiz sərnişinlər", G. Ltratiyev) Səlim — ("Aydın", C. Cabbarlı) Leylinin atası — ("Leyli və Məcnun", M. Füzuli) Egey və Bədləgər — ("Yay gecəsində yuxu", Vilyam Şekspir) Qəbirqazan və Keşiş — ("Hamlet", Vilyam Şekspir) Qapıçı və xidmətçi- ("Maqbet", V. Şekspir) Eskal — ("Tədbirə qarşı tədbir", V. Şekspir) Cadugər — ("Neron", M. Xubai) Hacı Baxşəli — ("Ölülər", C. Məmmədquluzadə) Vəzir – ("Sərgüzəşti vəziri-xani Lənkəran", M. F. Axundov) Polis – ("Mürafiə vəkilləri", M. F. Axundov) Axund – ("Ox və Hədəf", F. Ağamalıyev) Gözətçi – ("Karmen", P. Merime) Estraqon – ("Qodo həsrətində", S. Bekket) Vadim Andreyeviç – ("Ördək ovu ", A. Vampilov) Abbas –("Dadaşbala əməliyyatı", R. Əlizadə) Əlimənsur – ("Jaləli düzən", R. Əlizadə) Molla – ("Əbləhlərin toyu", R. Əlizadə) Tazı – ("Hamam hamam içində", R. Əlizadə) Kosa – ("Keçəlin toyu", R. Əlizadə) Ağsaqqal – ("Tıq-tıq xanım", R. Əlizadə) Kosa – ("Sehrli mücrü", R. Əlizadə) Div – ("Məlikməmməd", R. Əlizadə) İxtiyar – ("Məndən nigaran qalmayın", İ. Məlikzadə) Sərxan – ("Sultanqulu körpüsü", İ. Məlikzadə) Bolşevik – ("Şeytan tələsi", Ə. Əylisli) Həmid –("Qumm üzərində ev", R. İbrahimbəyov) Mirzə Məmmədəli – ("Atamın kitabı", B. Vahabzadə) Cəllad – ("Generalın son əmri", V. Səmədoğlu) Kamal – ("Mamay kişinin yuxuları", V. Səmədoğlu) Ata – ("Yeddi məhbusə", Ə. Əmirli) Professor – ("Meydan", Ə. Əmirli) Müdür – ("Komendant saatının lətifələri", Ş. Manafov) İxtiyar – ("İblis", H. Cavid) Kəblə Qubad – ("Ər və arvad", Ü. Hacıbəyov) Dəli – ("Ağıllı adam", F. Mustafa) Qonşu – ("Su pərisi" F. Mustafa) Hərənin öz ulduzu – ("Xəzinədar", Ə. Səməd) İnal bəy – ("Səni sevirəm Türkiyə", K. Abdulla) Ata – ("Valeh kəndiə qayıt", D. Mehdi) Aslan həkim – ("Vicdanın hökmü", H. Mirələmov) Dəyirmançı – ("Anamın gəlinlik paltarı", Ə. Əliyev) Qafar – ("Qarışqa yuvası", Ə. Qiyas) Tip – ("Məhv olmuş gündəliklər", İ. Əfəndiyev) Ox və məmur – ("Tarelkinin ölümü", Suxovo-Kobilin) Kərəməli – ("Məhəbbət yaşayır hələ", Hidayət) Mürid – ("Şeyx Sənan", H. Cavid) Dəyirmançı – ("Viktoriya", K. Hamsun) Çaylz – ("Oliver Tvistin macəraları" Ç. Dikkens) Müəllim – ("Mənim ağ göyərçinim" T. Vəliyeva) Ata, İrvahim – ("Əcəl atı" V. Əlixanlı) Cabbar müəllim – ("Buzovna kəndinin əhvalatları" Elçin) Ağa Mərdan – ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə) Ohan yüzbaşı – ("Hacı Qara" M. F. Axundzadə) Qazı – ("Əlincə qalası" Dilsuz) Şəhərli – ("Buratinonun macəraları" A. Tolstoy) Musa — ("Sarıköynəklə Valehin nağılı" İ. Əfəndiyev) == Filmoqrafiya == Altı nömrəli palata (film, 1994) Bala-başa bəla!
Ər-Rəzzaq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur.
Fəzzan
Fəzzan (ərəb. فزان‎; lat. Phazania) — Liviyanı meydana gətirən üç qədim bölgədən biridir. Digər ikisi Tərabülüs və Kirenaiykadır. Mərkəzi Səbhadır. Bugünkü Liviyanın cənub-qərbində yerləşir. Bölgənin adı bəzi qaynaqlarda Fəzzan keçməkdədir. Fəzzanda qurulan ilk dövlət Fəzzan Sultanlığıdır. Bu dövlət daha sonra Misirlilərin hakimiyyətinə qirmişdilər. == Tarixi == 1551 - ci ildə Turqut Rəis, Tərabülüsi fəth edəndə Fəzzan da həqiqətən Osmanlı Dövlətinə qatılmış ve Tərabülüs Bəylərbəyliyinə bağlı Fəzzan Bayrağı qurulmuşdur.
Nəzzam
Nəzzam (775, Bəsrə[…] – 845[…], Bağdad və ya Bəsrə) – Müsəlman filosofu, mötəzilə məzhəbinin nümayəndəsi === Həyatı === Dünya elm və mədəniyyətinə İslam dünyasının bəxş etdiyi mütəfəkkirlərdən biri də mötəzilə məzhəbinin məşhur simalarından olan Əbu İshaq İbrahim ibn Səyyar ibn Hani Nəzzamdır. Onun doğum tarixi haqqında müxtəlif fərziyyələr mövcuddur. Tədqiqatçıların bəzisinə görə, o, 760-cı ildə, bəzilərinə görə isə 811-ci ildə Bəsrə şəhərində dünyaya gəlmişdir. Mənbələrdə ulu babalarının Bəlx şəhərindən olduğu bildirilmişdir. Ləqəbi "Nəzzam" haqqında da bir-birindən fərqli fikirlər dolaşır. Bu ləqəbin ona muncuq düzəltdiyi və yaxud çox gözəl şeirlər, mənzum əsərlər yazdığı üçün verildiyi rəvayət olunur. Gənclik illərini Bəsrədə keçirən Nəzzamın ilk müəllimi dayısı Əbul Hüzeyl əl-Əllaf olmuşdur. Daha sonra xəlifə Məmunun dəvəti ilə Bağdada gələrək, orada mötəzilə məzhəbinin məşhur alimləri ilə tanış olmuş, bir çox fiqh, kəlam və hədis alimləri ilə elmi disputlarda iştirak etmişdir. Şöhrəti artdıqca maddi vəziyyəti də mütənasib olaraq yüksəlmişdir. Hənəfi məzhəbinin nümayəndələri ilə gərgin elmi mübahisələri olmuşdur.
Rəzvan
Rəzvan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Biləsər inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 12 nəfərdir. == Toponimiya == Bu toponim Rezvan variantında da qeydə alınmışdır. Oykonim rəz (talış, “cır üzüm tənəyi”) və van (yer) komopnentlərindən düzəlib, “tənəklik” mənasındadır. Masallı rayonununda bu sözlə bağlı Rəzoba mikrotoponimi qeydə alınmışdır.
Qəzza
Qəzza və ya Qəzzə — Fələstinin cənub-qərbində yerləşən şəhər. Şəhər inzibati baxımdan Qəzza bölgəsinə daxildir və həmin bölgənin ən böyük şəhəri hesab olunur. Qəzzədəki insan yaşayış tarixi bu şəhəri dünyadakı ən qədim şəhərlərdən biri edəcək şəkildə 5.000 ilə çatır. Şimali Afrika və Levant arasındakı Via Maris deyilən ticarət rotası üzərində iştirak etdiyi üçün tarixinin böyük bir hissəsində Cənubi Fələstinin qiymətli bir antreposu və Qırmızı dəniz üzərindən gələn Ədviyyat Yolu üzərində əhəmiyyətli bir fasilə yeri olaraq funksiya gördü. Romalılar və daha sonra Bizanslılar altında, Qəzzə və nisbi sülh dövrü yaşayaraq əhəmiyyətli bir məskunlaşma vahid oldu. 635-ci ildə, İslam Ordusu tərəfindən fəth edildi və sürətli bir şəkildə İslami bir hüquq mərkəzi halına gəldi. Ancaq, Xaçlılar zəbti ilə şəhər xarab oldu. Aşağıdakı hissələrdə bir tarixçinin Xaçlıların şəhəri "pilotsuz və xarab tapdığından" bəhs etdiyi yazmaqda olub bu mövzuda qəti qaynaq yoxdur. Sonrakı əsrlərdə, Qəzzə sellər və Monqol axınları üzündən bir çox çətinlik yaşadı. 16-cı əsrdə, Osmanlı İmperatorluğuna daxil olduqda bir kənd idi.
Rəzan
Ryazan — Rusiyada şəhər. Ryazan vilayətinin mərkəzi. == Qardaş şəhərlər == Bressuire, Fransa. Kruševac, Serbiya. Loveç, Bolqarıstan. Münster, Almaniya. New Athos, Abxaziya. Omiš, Xorvatiya. Ostrów Mazowiecka, Polşa. Xuzhou, Çin.
Ərzaq
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tonla ölçülür.
İn-Qəzzam
İn-Qəzzam (ərəb. إن ڨزام‎) ‎ — Əlcəzairin cənub hissəsində, Tamanrasset vilayətində şəhər və kommuna. == Coğrafi mövqe == Şəhər vilayətin cənubunda, Böyük Səhranın mərkəzi hissəsində, Niger ilə dövlət sərhədinin yaxınlığında, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1910 kilometr cənub-cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 399 metr yüksəkdir.İn-Qəzzam kommunasının sahəsi 46,813 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 43 mm-dir). Orta illik temperatur 27,9 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 18,6°C, ən isti ayın (iyun) orta temperaturu 34,6°C-dir. == Nəqliyyat == Transsəhramagistralı şəhərdən keçir. Cənub-qərb kənarında eyni adlı hava limanı yerləşir.
Ər-Razzəq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur.
Qəzza müharibəsi
Qəzzə müharibəsi (ərəb. الهجوم على قطاع غزة‎; ivr. ‏מבצע עופרת יצוקה‏‎) İsrail Silahlı Qüvvələrinin Hanukanın davam etdiyi 27 dekabr 2008 tarixində yerli saatla 09:30 radələrində Həmasın israilli vətəndaşlara və hərbi bölmələrə qarşı kassam raketli hücumlar etdiyi iddiası ilə başlatdığı müharibə. == Arxa plan == 19 iyunda Misirin vasitəçiliyi ilə 6 aylıq atəşkəs elan olundu. 24 iyunda İsrail bir Fələstin İslami Cihadı komandirini öldürdü. Həmin gün İsrailə üç kassam raketi atıldı, 2 nəfər yaralandı. 26 iyulda FƏTH İsrailə raketlər göndərdi. Həmin gün Həmas İsrailin Qəzzə zolağındakı sərhəd qapılarını açmamağını atəşkəsin pozuntusu olaraq xarakterizə etdi. Bu xarakterizənin ardıyca Qəzzə zolağından İsrailə hər ay çox sayda raket və havan topu atışı davam etdi, ancaq nə İslami Cihad, nə FƏTH, nə də Həmas bu atışların məsuliyyətini öz üzərinə götürmədi. 4 noyabrda İsrail əsgərləri Qəzzə zolağına hərbi əməliyyat təşkil edib 6 Həmas üzvünü öldürdülər.
Qəzza zolağı
Qəzza zolağı, Qəzzə zolağı, Qəzza bölgəsi və ya Qəzza sektoru — Aralıq dənizinin şərq sahilində Fələstin Dövlətinə aid torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 2,2 milyon. Qəzza zolağı Yaxın Şərqdə, Aralıq dənizinin cənub sahilində yerləşən, Fələstin Dövlətinə aid və fələstinlilərin yaşadığı kiçik, sıx məskunlaşmış bir ərazidir. Təxminən 365 kvadrat kilometr sahəsi olan bu region İsrail, Misir və Aralıq dənizi ilə həmsərhəddir. Qəzza zolağı İsrail–Fələstin münaqişəsinin əsas mərkəzlərindən biridir və bölgədə uzun illərdir davam edən gərginliklər və qarşıdurmalar mövcuddur. Təxminən 2 milyon insanın yaşadığı Qəzza zolağı dünyada ən sıx məskunlaşılan ərazilərdən biridir. Burada əhalinin böyük əksəriyyəti fələstinlilərdir. Zolaq 2007-ci ildən bəri Fələstinin radikal islamçı hərəkatı olan HƏMAS tərəfindən idarə olunur. HƏMAS Fələstin torpaqları üzərində tam müstəqillik və İsraillə mübarizə məqsədi daşıyan bir təşkilatdır.
Rəzan Qadınəfəndi
Rəzan Qadınəfəndi (d. 28 mart 1860 — ö. 31 mart 1910) — 33. Osmanlı sultanı V Muradın beşinci xanımı. == Həyatı == Rəzan xanım 1860-cı ildə Artvində gürcü əsilli Ömər bəy və xanımı Fatma xanımın ailəsində dünyaya gəldi. Rəbiyə adlı doğma, Şayəstə adında da ögey bacısı vardı. Kiçik yaşlarında bacılarıyla birlikdə İstanbula gətirildi və burada Səniha Sultanın sarayına təqdim olundu. Adı dəyişdirilərək Rəzan qoyuldu və türk-İslam tərbiyəsi aldı. Qardaşı Sultan Muradın taxta çıxdığı əsnada Səniha Sultan Rəzan xanımı qardaşının hərəminə göndərmək istədi. Ancaq ailəsindən icazənin gec verilməsi nəticəsində bu nikah Sultan Muradın Çırağan sarayındakı məhbus illərinə təsadüf etdi (2 noyabr 1877).
Müsnəd əl-Bəzzar
Müsnəd əl-Bəzzar (ərəb. مسند البزار‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair mühəddis Əbu Bəkr əl-Bəzzar tərəfindən tərtib edilmiş hədislər toplusu. == Müəllif == Əl-Bəzzar Bəsrədə anadan olub. Dəqiq doğum ili məlum deyil, lakin 825-dən əvvəl deyil. İsfahan, Bağdad, Misir, Məkkə və Ramlada dərs demişdir. O, müsəlman təqvimi ilə 292-ci ildə (905) Ramla (müasir İsrail) şəhərində vəfat etmişdir. Əd-Daraqutni və əl-Hakimə görə, əl-Bəzzar isnad və hədis mətnlərinin nəqlində səhvlərə yol verib. Əl-Bəzzarın tələbələri bunlar idi: ət-Təbərani, Əbu əş-Şeyx və bir çox başqaları. == Kitabın təsviri == Əl-Bəzzarın Müsnədi bəzən Müsnədin ilk nəşrinə naşir tərəfindən verilən başlığa görə əl-Bəhr əz-Zəhhar (ərəb. البحر الزخار‎) adlanır.
2014 Qəzza qırğını
Qoruyucu Sərhəd əməliyyatı — 8 iyul 2014-cü ildə İsrail ordusunun Qəzzəyə qarşı başladığı hücum əməliyyatıdır. İsrail ordu spikeri etdiyi şərhdə Qəzzədən İsrailin cənubuna atılan raketləri maneə törətmək məqsədiylə əməliyyat başladıldığını bildirib. == Səbəbi == İyunun 12-də Fələstinin Hebron şəhərində 3 israilli yeniyetmə itkin düşür. İsrailin baş naziri Benyamin Netanyahu əsassız olaraq faktla əlaqədar Fələstin rəhbərliyinin məsuliyyət daşıdığını bildirir. İordan çayının Qərb Sahilində yoxa çıxmış üç yəhudi yeniyetmənin axtarışını davam etdirən İsrail qoşunları ilə fələstinlilər arasında toqquşmalar baş verir, fələstinlilər arasında çoxlu sayda həbs olunanlar var. Axtarış səylərini intensivləşdirən İsrail hərbiyyəsi 150 fələstinlinin həbs olunduğunu bildirib. Ramallah məntəqəsi yaxınlığında baş vermiş toqquşmada 19 yaşlı fələstinli gənc həlak olub. Yəhudi yeniyetmələrin oğurlanmasında İsrail Həması təqsirləndirib, lakin Həmas təşkilatı bu ittihamları rədd edir. Cəsədləri bir neçə gün sonra İordan çayının Qərb Sahilində aşkar edilən yeniyetmələrin dəfn mərasimində on minlərlə insan iştirak edib. Gənclərin üçü də İsrailin Modiin şəhərində dəfn edilib.
Birinci Qəzza döyüşü
Birinci Qəzzə döyüşü — döyüş 26 mart 1917-ci ildə baş tutmuşdur. Bu zaman Misir ekspedisiya ordusu Fələstinin cənubuna hücum təşkil etmişdir. Bu dövrdə Fələstin Osmanlı imperiyasının ərazisinə daxildir. Döyüş Sinay və Fələstin kompaniyasının tərkib hissəsi olmuşdur. Qəzzə şəhəri ətrafında, Aralıq dənizi sahilində baş vermişdir. Britaniya qüvvələrinin əsas hədəfi Qəzzəni ələ keçirmək olmuşdur. Gecə ikən hücuma keçə Britaniya qüvvələri şəhəri ələ keçirmək ərəfəsində olmaq üzrə gələcək osmalı qüvvələri və qaranlıq səbəbindən geriyə çəkilməli olmuşdur. Bu məğlubiyyətin ardından 1917-ci ilin aprelində ikinci Qəzzə döyüşündə britaniyalılar daha ağır məğlubiyyət əldə etmişdir == Tarixi == 1916-cı ilin fevralında Misir Espedisiya ordusu Romanidə qələbə əldə etməklə Süveyş kanalına osmanlılar tərəfindən edilən hücumların qarşısını alırdı. Həmin ili dekabrında Maqxabedə əldə edilən qalibiyyət isə Əl-Ariş limanın təhlükəsizliyini təmin edirdi. 1917-ci ilin yanvarında Rafe döyüşündə əldə edilən qalibiyyətdən sonra isə Sinay yarımadanınişğalı tamamən başa çatdırılmışdır.
Qəzza zolağının blokadası
Qəzza zolağının blokadası — 2007-ci ildə HƏMAS-ın Qəzzə zolağına nəzarəti ələ keçirməsindən sonra İsrailin rəhbərlik etdiyi və Misirin dəstəklədiyi blokada. Bunun bir h isəsi olaraq Qəzzə zolağına məhsulların və insanların gediş-gəlişinə blokada tətbiq edilmişdir. Blokadanın bəyan edilən məqsədi Qəzzəyə silah qaçaqmalçılığının qarşısını almaqdır. Bu, həm də mühüm humanitar problemlərə gətirib çıxarmışdır, çünki bunun nəticəsində zəruri məhsulların axını məhdudlaşmış, iqtisadi çətinliklər güclənmiş və Qəzzə sakinlərinin hərəkət azadlığına xələl gətirilmişdir. Bu səbəblərə görə ərazi "açıq hava həbsxanası" adlandırılmışdır. Qəzzəyə dəniz və hava yolu ilə çıxış və giriş qadağandır. Qəzzəyə girib-çıxmaq üçün cəmi üç keçid var, onlardan ikisi İsrail, biri isə Misirin nəzarətindədir. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin 2022-ci il hesabatına görə, blokada İsrailin çıxış icazələrinin sayının azalması səbəbindən insanların və malların hərəkətini əhəmiyyətli dərəcədə azaltmışdır. İsrail müxtəlif hallarda blokadanın yumşaldılması və ya götürülməsi üçün müxtəlif atəşkəs sazişləri əsasında üzərinə götürdüyü konkret öhdəlikləri pozmaqda və ya yerinə yetirməməkdə ittiham olunur. "Keçidlər dəfələrlə bağlanmış və bufer zonalar bərpa edilmişdir.
Qəzza-İsrail münaqişəsi
Qəzza-İsrail münaqişəsi İsrail və Qəzzə arasında baş verən münaqişədir. 1948-ci ildən başlayaraq, 200.000 fələstinli qaçqın kimi qaçaraq və ya evlərindən qovularaq (Nəkbə) Qəzza zolağında məskunlaşdı. O vaxtdan bəri İsrail Qəzza zolağında təşkilatların iştirakı ilə təxminən 15 müharibədə iştirak edib. Hazırda davam edən müharibədə həlak olan Qəzzalıların sayının (37.000) Ərəb-İsrail münaqişəsinin bütün digər müharibələrində ölənlərin sayından çox olduğu bildirilir.
Rəza Dəğati
Reza Deqati (26 iyul 1952, Təbriz) Rza Diqqəti (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist. == Həyatı == Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Guranabad-i Qazzaq (Sulduz)
Guranabad-i Qazzaq (fars. گوران ابادقزاق‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (26 ailə).
Ərzaq mağazası (film, 1937)
Qəzza–İsrail münaqişəsi (2023)
Qəzzədə müharibə və ya HƏMAS–İsrail müharibəsi — 2023-cü ilin 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzzə zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları ilə başlayan müharibə. Qəzza-İsrail səddini aşan silahlılar qısa zamanda Qəzzə sərhəd keçid məntəqələrinin yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başladı. Paralel olaraq, təxminən 2500 fələstinli yaraqlı Qəzza-İsrail səddini aşaraq, hərbi bazalara hücum edib və qonşu İsrail icmalarında mülki əhalini qətlə yetirib. Ən azı 1400 israilli öldürüldü, o cümlədən musiqi festivalında 260 nəfər qətlə yetirildi. Silahsız mülki girovlar və əsir götürülmüş İsrail əsgərləri qadın və uşaqlar da daxil olmaqla Qəzza zolağına aparıldı. Qəfil hücum İsrailin əks hücumu ilə qarşılandı və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan etdi. HƏMAS tərəfindən başladılmış hərbi toqquşmalara "Əl-Əqsa fırtınası" əməliyyatı adı verilmişdir. 7 oktyabr tarixində baş tutan toqquşmalar 1948-ci ildə baş vermiş Ərəb-İsrail müharibəsindən sonra İsrail ərazisindəki ən şiddətli döyüşlər kimi tarixə keçmişdir. Döyüş əməliyyatları hadisə günün səhər saatlarında İsrailə qarşı raket hücumları və minik avtomobillərində silahlanmış yaraqlılarn İsrail ərazilərinə daxil olması, ətrafdakı yəhudi yaşayış məntəqələrinə və İsrail Silahlı Qüvvələrinə mənsub hərbi bazalara bir necə xaotik hücumlarla başlayıb.
Genetik modifikasiya olunmuş ərzaq məhsulları
GMO - (Genetik Modifikasiya olunmuş Orqanizm) genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materiyalı dəyişdirilmiş orqanizmlərə verilən addır. Bəzi qaynaqlarda GDO, Genetikası Dəyişdirilmiş Orqanizm də adlandırılır. GMOlar qida, dərman istehsalında və elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Dünyada xüsusilə GMO istifadə olunaraq istehsal olunan qidaya yanaşma birmənalı deyildir. GMOnun ekologiya, insan sağlığı və iqtisadiyyata potensial zərərləri haqqında qızğın müzakirələr getməkdədir. Transgen orqanizm GMO-nun bir növü olub tamamilə başqa bioloji növlərdən gen və ya genlərin köçürülməsi yolu ilə əldə olunmuş orqanizmlər nəzərdə tutulur. GMO canlının öz DNTsində dəyişikliklər əmələ gətirmək yolu ilə də əldə oluna bilər. == Tarix == 1976-ci ildə dünyanın ilk genetik mühəndisliyi şirkəti Genentech qurulmuşdur. Bir il sonra şirkət insan zülalı, somtostatini E.coli bakteriyası vasitəsilə istehsal etməyə başlamışdır. 1978-də isə şirkət insan insulin hormonunu genetik işləyərək eyni bakteriyada istehsal etmişdir.
Reza Deqati
Reza Deqati (26 iyul 1952, Təbriz) Rza Diqqəti (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist. == Həyatı == Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (LATI /FAO/) (ing. Food and Agricultural Organization of the United Nations, FAO) — vəzifəsi əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış təşkilatı. 1945-ci ildə yaradılmışdır. Əsas vəzifələrindən biri – kənd təsərrüfatı istehsalı, meşə və balıq təsərrüfatında inkişaf etməkdə olan ölkələrə kömək göstərməkdir. Inkişaf etmiş kapitalist ölkələrdən ərzağın birbaşa digər ölkələrə çatdırılması, kənd təsərrüfatında elmi araşdırmaların və işlərin həyata keçirilməsi və təşkilinə köməklik daxil olmaqla, FAO yardımı maddi və qeyri-maddi xarakter daşıyır. FAO milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirak edir. FAO umumdünya torpaq xəritəsini tərtib etmiş, dünya səhralaşma xəritəsinin hazırlanmasında iştirak etmişdir. Hal-hazırda FAO səhralaşma problemi ilə əlaqəli 50-yə yaxın layihə həyata keçirir. Onlar arasında "Səhralaşmanın qiymətləndirilməsi və xəritələşdirilməsi", "Quraq və yarımquraq otlaq yerlərinin ekoloji idarə edilməsi" və s. var.
Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücum
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum — İsrail ordusunun 31 may 2010-cu ildə gecə saat 4:30 radələrində Qəzzə zolağına humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücumu. "Mavi Marmara" gəmisi Qəzzə zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zamanı İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 10 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı. == Tarix == "Haaretz" qəzetinin verdiyi məlumatda bildirilir ki, İsrailin ilk planı "Mavi Marmara" gəmisini Ağ dənizdə batırmaq olub. Planı Mossad-ın təşəbbüsü ilə İsrail Müdafiə Nazirliyi hazırlayıb. Qəzetə açıqlama verən Müdafiə Nazirliyinin yüksək səlahiyyətli nümayəndəsi deyib ki, böyük insan faciəsinin baş verəcəyi və İsrailin beynəlxalq aləmə bu olayı izah etməkdə çətinlik çəkəcəyi riski nəzərə alınaraq, sonradan bu plandan üz döndərilib. == Hücum == Qəzzə sektoruna gedən gəmilərə İsrail əsgərləri vertolyotdan enib və atəş açıblar. Hücum anında gəmilər İsrailin sahil sularından 70 mil uzaqlıqda olub. Hücumdan sonra gəmilərlə əlaqə kəsilib. Gəmilərdə 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər, 1976-cı ildə Nobel sülh mükafatına layiq görülmüş Şimali İrlandiyalı Meyrid Korriqan Maquayer də olub.
Məhəmməd Reza Əxlaqpasand
Məhəmməd Reza Əxlaqpasand (12 dekabr 1978) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Məhəmməd Reza Əxlaqpasand İranı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Yusuf Reza Gilani
Yusuf Rza Gilani (urdu یوسف رضا گیلانی; 9 iyun 1952[…], Kəraçi, Sind[d]) — pakistanlı siyasi xadim, Pakistanın 18-ci baş naziri (25 mart 2008-ci ildən). == Həyatı == 1952-ci il iyun ayının 9-da Kəraçidə anadan olmuşdur. Atası Ələmdar Hüseyn Gilani 50-ci illərdə parlamentin üzvü və əyalət naziri olmuşdur. Y.R.Gilani Pəncab Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978-ci ildə Pakistan Müsəlman Liqasının üzvü olmuşdur. 1980-ci ildən siyasi fəaliyyətə başlamışdır. General Ziya Ül Həqqin (1977–1988) zamanında federal nazir olmuşdur. 1988-ci ildə Pakistan Xalq Partiyasının sıralarına daxil olmuşdur. 1988–1990-cı illərdə – Səhiyyə naziri olmuşdur. 1993–1996-cı illərdə – Parlamentin spikeri olmuşdur.