Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Berroa
Berroa (lat. Berroa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Berroa gnaphalioides (Less.) Beauverd — Cənubi Amerikada bitən yeganə növ.
Borrou
Barrou (ing. Barrow) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Burqon
Burqon (fr. Bourgogne, IPA: [buʁ.ɡɔɲ]) — Fransanın şərqində bir bölgədir.
Burqos
Burqos (isp. Burgos) — Kastiliyanın keçmiş paytaxtı, indi isə İspaniyada şəhər və bələdiyyə. Burqos vilayətinə daxildir. Əhalisinin sayına görə (178 966 nəfər, 2009-cu il ) Burqos İspaniyada 37-ci yeri tutur.
Turron
Turron(it. torrone, isp. turrón, kat. torró)- bal, şəkər və yumurta ağından hazırlanmış Cənubi Avropada yayılmış qənnadı məmulatı. Turron İtaliyada, İspaniyada və Latın Amerikasındakı keçmiş ispan müstəmləkələrində Yeni il şirniyyatı kimi məşhurdur. Fransada isə nuqa adı ilə tanınır. Ən qədim turron resepti 16-cı əsrdə yazılmış Manual de Mujeres adlı qadınlar üçün kitabçada qeyd edilib. Turron şirniyyatı müxtəlif dillərdə bir-birinə bənzər sözlərlə adlanır.Məsələn, ispanca turron,katalanca torró, italyan dilində torrone, Braziliya portuqaliyacasında torrone, portuqal dilində torrão,Sardiniya dilində turrone, taqaloq dilində isə turon adlanır.
Butros Butros-Qali
Butros Butros Qali (/ˈbuːtrɒs ˈɡɑːli/; qibt. Ⲡⲉⲧⲣⲟⲥ Ⲡⲉⲧⲣⲟⲥ-Ⲅⲁⲗⲓ, ərəb. بطرس بطرس غالي‎ Buṭrus Buṭrus Ghālī ; 14 noyabr 1922[…], Qahirə, Misir krallığı[d] və ya Misir – 16 fevral 2016[…], Cizə) — Misir diplomatı, 1992–1996-cı illərdə BMT-nin Baş katibi olmuşdur. 1922-ci ildə Misirdə xristian ailəsində doğulub.
Butros Butros Qali
Butros Butros Qali (/ˈbuːtrɒs ˈɡɑːli/; qibt. Ⲡⲉⲧⲣⲟⲥ Ⲡⲉⲧⲣⲟⲥ-Ⲅⲁⲗⲓ, ərəb. بطرس بطرس غالي‎ Buṭrus Buṭrus Ghālī ; 14 noyabr 1922[…], Qahirə, Misir krallığı[d] və ya Misir – 16 fevral 2016[…], Cizə) — Misir diplomatı, 1992–1996-cı illərdə BMT-nin Baş katibi olmuşdur. 1922-ci ildə Misirdə xristian ailəsində doğulub.
Arrow
Arrow, İsrailin təkmilləşdirdiyi anti-ballistik raket sistemidir. Bu sistem qısa və orta mənzilli döyüş raketlərinə qarşı müdafiə imkanları verir. İsrail və ABŞ tərəfindən müştərək olaraq maliyyələşdirilən bu sistemin yaradılması işinə 1986-cı ildən başlanılmışdır. İsrail Müdafiə Nazirliyi və ABŞ Raketdən Müdafiə Təşkilatının nəzarəti altında, İsrail Aviasiya və Kosmik Sənaye (IAI) ilə Boeing tərəfindən layihə davam etdirilir. Testləri edilib qurtaran və istehsalına başlanılan Arrow 1 döyüş raketinin ardınca Arrow 2 rakelərinin yaradılmasına başlanılmışdır. Arrow, indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur. Daha inkişaf etdirilmiş modeli olan Arrow 3 isə 2013-cü ilin fevral ayında bazara çıxarılmışdır. Təkmilləşdirmə proqramına təxminən 3 milyard ABŞ dolları xərclənmişdir. Hal-hazırda bir döyüş raketinin qiyməti 3 milyon dollardır. İsrailin Azərbaycana satdığı silahların arasında "ARROW" raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi xüsusi çəkiyə malikdir.
Buros
Buros (Borås) — İsveçin cənub qərbində şəhər. == Əhalisi == Əhalisi 66,3 min (2010) nəfərdir. == Coğrafiyası == Katteqat boğazının 70 km-liyində, Viskan çayı sahilində, Höteborqdan şərqdədir. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport. == Tarixi == 1621-ci ildə salınmışdır. Qəsr (15 əsr), kilsə (1699), Ratuşa (1909–1910, memarlar İ. Tenqbum və E. Torulf) saxlanılmışdır. == Memarlığı == Universitet (1977), Ali memarlıq məktəbi fəaliyyət göstərir. Rəssamlıq, müasir incəsənət, toxuculuq (2000) muzeyləri, açıq səma altında etnoqrafiya muzeyi, yanğınsöndürmə işi muzeyi; şəhər teatrı (1964); zoopark var. Xidmət sferası (o cümlədən internet-ticarət) inkişaf etmişdir.
Burre
Burre (fr. bourrée, bourrer sözündən – gözlənilməz sıçrayışlar etmək) — qədim fransız rəqsi. == Haqqında == XVI əsrin ortalarında yaranmışdır. XVII əsrdən Burre səciyyəvi cüt ölçülü (alla breve), iti templi, dəqiq ritmli saray rəqsi olmuşdur. XVII əsrin ortalarında instrumental süitanın tərkibinə salınmış, J. B. Lülli B.-ni opera və baletə daxil etmiş dir. XVIII əsrin 1-ci yarısında Fransanın hüdudlarından kənarda da məşhur idi. Q. Muffat, G. F. Hendel, İ. S. Bax, A. Kampra, A. K. Detuş, J. F. Ramo öz yaradıcılıqlarında Burreyə müraciət etmişlər.
Hobbit
Hobbit və ya Oraya və Geriyə (ing. The Hobbit, or There and Back Again) - ingilis yazıçısı Con Tolkin tərəfindən fentezi janrında yazılmış povestdir və 1937-ci ildə nəşr olunmuşdur. Faktiki olaraq, “Üzüklərin hökmdarı” romanı bu kitabın ardıdır. == Yaranma tarixi == Bir çox digər məşhur nağıl əsərləri kimi, "Hobbiti" də Con Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi. Lakin, hekayə yarımçıq qaldı və Tolkin sadəcə əlyazmasının bir nüsxəsini çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkinin tələbələrindən biri bir gün "Allen & Unwin" nəşriyyat evinin redaktoru Süzanna Daqnellə söhbət edərkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın. Lakin, nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi.
Rabitə
Rabitə Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi
Şabbat
Şabbat və ya Sebt, Yəhudilərin istirahət günü olan şənbə gününü bildirir. Yəhudilər üçün Yehova ilə aralarındakı xüsusi bir bağı ifadə edir. İbranicə “lişbot” (işlərdən imtina etmək, istirahət) sözündən yaranıb. Yəhudilikdə bəşəriyyətin başlanğıcı haqqında olan Yaradılış kitabında bildirilir ki, Allah dünyanı 6 gün ərzində yaratmış və 7-ci gün istirahət etmişdir. Məhz buna görə Yəhudilər Allahın bu günü yəhudilərə xüsusi verdiyinə inanırlar. Şənbə günü yəhudilər bütün günü dincəlir, Tövrat oxuyur və sinaqoqa gedib dua edirlər. Şənbə, bütün həftənin bir növ panoramasıdır. Şənbə həm həftəni və nələr etdiyini düşünmək, həm Allaha yaxınlaşmaq və həm də daha yaxşı bir insan olmaq üçün bir fürsətdir. Bu gün heç bir iş görülmür, elektrik istifadə edilmir. Yəhudi təliminə görə, şənbəyə (“şabbat”) müqəddəs gün kimi ehtiram göstərilməlidir, bu o deməkdir ki, həmin günü Allaha həsr etməli və hər cür əmək fəaliyyətindən çəkinilməlidir.
Ramnit
Ramnit, Windows istifadəçilərinə təsir edən kompüter qurdudur . Onun 2011-ci ilin sentyabr-dekabr ayları arasında 800 000 Windows kompüterinə yoluxduğu təxmin edilirdi Ramnit botneti 2015-ci ildə Europol və Symantec tərəfindən söküldü 2015-ci ildə ən yüksək göstərici olaraq Ramnit-in 3.200.000 kompüterə yoluxduğu təxmin edilirdi. Ramnit USB sürücülər kimi çıxarıla bilən mediaya yoluxur və həmçinin özünü əsas yükləmə qeydində gizlədir. Kompüterə yoluxan kimi o, özünü bütün əlavə və çıxarıla bilən disklərə kopyalayır. O, həmçinin .exe, .dll, .htm və .html uzantıları olan faylları axtarır və yoluxdurur.
Qambit
Qambit (komiks) — ABŞ-nin Marvel Comics nəşriyyatı tərəfindən yaradılan İks-adamlar personajı. Qambit (şahmat) — Şahmat termini.
Adama Berrou
Adama Berrou (ing. Adama Barrow; 15 fevral 1965, Mansadjanq-Kunda[d], Qambiya Koloniyası və Protektoratı[d]) — Qambiya siyasətçisi və 2017-ci ildən etibarən Qambiya Prezidenti. Basse Santa Su yaxınlığındakı Mansadjanq-Kunda kəndində anadan olub, Xərçəng Adası Orta Məktəbi və Müsəlman Liseyində oxuyub, iikincisində təqaüd qazanıb. Daha sonra Qambiya enerji şirkəti "Alhagie Musa Njie & Sons"-da çalışdı və satış meneceri oldu. 2000-ci illərin əvvəllərində Londona köçən Berrou daşınmaz əmlak sahəsində təhsil aldı və eyni zamanda mühafizəçi olaraq çalışdı. 2006-cı ildə Qambiyaya qayıtdıqdan sonra Majum Daşınmaz Əmlak Şirkətini qurdu və 2016-cı ilə qədər baş direktor oldu. O, müxalifət partiyası olan Birləşmiş Demokrat Partiyasının xəzinədarı seçildi və öncəki sədr həbs edildikdən sonra 2016-cı ilin sentyabrında onun yerinə keçdi. Berrou daha sonra 2016-cı il prezident seçkilərində BDP namizədi olaraq seçildi. Daha sonra 2016-cı il müxalif qrup koalisiya dəstəyi ilə müstəqil olaraq qalacağı açıqlandı. Berrou 2016-cı il prezident seçkilərində 43,34% səslə uzun müddət vəzifədə olan Yəhya Cammehi məğlub edərək qalib gəldi.
Barrou boğazı
Barrou boğazı ing. Barrow Strait - Kanada Arktik arxipelaqına daxil olan Devon, Kornuolles adaları ilə Uels Şahzadəsi (ada) və Şahzadə Liopold adalarını ayırır. Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Mak-Klur boğazı, Vaykaunt-Melvill boğazı və Lankaster boğazı ilə birlikdə ingilis mənbələrində Parri boğazı adlandırılır. Bofort dənizini Baffin dənizini birləşdirir. Kraliça Yelizaveta adasını, digər adalarını ayırır. Qərbdə Vaykaunt-Melvill, şərqdə Lankaster boğazını, şimal-şərqdə Vellinqton, cənubda Pil boğazı ilə birləşir. Uzunluğu 270 km, eni isə ən dar yerdə 45 km, enli yeri 106 km, dərinliyi 200 m təşkil edir. 48 km-liyinə qədər ada yoxdur. Burada Lauter adaları, Yanq, Qarrett, Baterst, və Qriffit adaları yerləşir.
Eric Burdon
Eric Victor Burdon (11 may 1941, Vaker[d]) – "The Animals" qrupunun vokalisti. "The Animals" qrupuna dünya şöhrəti gətirən hitlər arasında "House Of The Rising Sun", "We Gotta Get Out Of This Place", "It's My Life", "Don't Let Me Be Misunderstood", "When I Was Young" və "Monterey" Eric Burdon tərəfindən bəstələnmişdir.
German Burgos
German Burgos (isp. Germán Adrián Ramón Burgos; 16 aprel 1969) — futbolçu == Karyera == === Klub === Burgos peşəkar karyerasına "Ferrocarril Oeste." klubunda 1989-cu ildə başladı. German klubun heyətində beş mövsüm keçirdi, lakin yalnız son iki mövsümdə komandanın əsas qapıçısı oldu. Ümumilikdə, klubda 104 matç keçirib. 1994-cü ildə "River Plate" klubuna transfer olundu. Ilk mövsümündə, "milyonerlər"in heyətində keçirilən 33 matçda iştirak edən Burgos, zaman keçdikcə tez-tez qapısında yer alırdı. 1999-cu ilin yayında Ispaniyanın Malyorka klubuna gəldi. Komandada iki mövsüm keçirdi, yalnız 12 matçda iştirak etdi. 2001-ci ildə başqa ispan klubu olan Atletiko Madrid klubuna transfer olundu. 2001/02 mövsümündə əsas qapıçı idi, lakin növbəti iki mövsüm ərzində, yalnız 14 matçda oynadı.
Rob Burdon
Rob Bourdon — Linkin Parkın zərb alətçisi. 1996-cı ildən bu günə qədər Linkin Park qrupunda fəaliyyət göstərir. Linkin Park qrupuna gəlməmişdən əvvəl ofisant işləmişdir.
Sebastian Burdon
Sebastian Burdon (Sebastien Bourdon, 2 fevral 1616[…], Monpelye – 8 may 1671[…], Paris) —Fransız rəssamı.
Simen Burhol
İsaak Barrou
İsaak Barrou (d.1630, London – ö.1677, London) — ingilis riyaziyyatçısı, filoloqu, ilahiyyatçısı, Kembric Universitetinin professoru, sonsuz kiçilənlər hesabının tədqiqində Nyuton və Leybnisin sələfi. 1668-ci ildə İsaak Nyuton Kembricə qayıdıb və tezliklə Lukask riyaziyyat kafedrasına rəhbərlik ona həvalə olunub. Ona qədər bu kafedraya müəllimi İsaak Barrou rəhbərlik edib. Barrou sevimli tələbəsini maddi cəhətdən təmin etmək üçün kafedranı ona güzəştə gedib.
German Burqos
German Burgos (isp. Germán Adrián Ramón Burgos; 16 aprel 1969) — futbolçu == Karyera == === Klub === Burgos peşəkar karyerasına "Ferrocarril Oeste." klubunda 1989-cu ildə başladı. German klubun heyətində beş mövsüm keçirdi, lakin yalnız son iki mövsümdə komandanın əsas qapıçısı oldu. Ümumilikdə, klubda 104 matç keçirib. 1994-cü ildə "River Plate" klubuna transfer olundu. Ilk mövsümündə, "milyonerlər"in heyətində keçirilən 33 matçda iştirak edən Burgos, zaman keçdikcə tez-tez qapısında yer alırdı. 1999-cu ilin yayında Ispaniyanın Malyorka klubuna gəldi. Komandada iki mövsüm keçirdi, yalnız 12 matçda iştirak etdi. 2001-ci ildə başqa ispan klubu olan Atletiko Madrid klubuna transfer olundu. 2001/02 mövsümündə əsas qapıçı idi, lakin növbəti iki mövsüm ərzində, yalnız 14 matçda oynadı.
Silvani Burton
Silvani Burton (1956 və ya təq. 1964) — dominikalı siyasətçi, Dominikanın 9-cu prezidenti. == Həyatı == Burton 1956-ci ildə Dominikada anadan olmuşdur. İngiltərənin Mançester Universitetində layihə idarəçiliyi üzrə magistr dərəcəsi və Kanadanın Sent-Fransisk Ksavye Universitetində kənd inkişafı üzrə bakalavr dərəcəsi almışdır. O, evlidir, iki övladı var. == Karyerası == 2014-cü ildən Burton müxtəlif nazirliklərdə, o cümlədən ictimai inkişaf, ətraf mühitin mühafizəsi, kənd yerlərinin modernləşdirilməsi, Kalinaqonun inkişafı və seçicilərin gücləndirilməsi, xarici işlər, ticarət, gənclər və sosial xidmətlər nazirliklərində daimi katib vəzifələrində fəaliyyət göstərmişdir. Burton bundan əvvəl də Kalinaqo İşləri Nazirliyində inkişaf mütəxəssisi vəzifəsində fəaliyyət göstərmişdir. Burton, Ruzvelt Skerritin rəhbərlik etdiyi DLP hökuməti tərəfindən vəzifədən gedən prezident Çarlz Savarinin yerinə namizəd göstərilmişdir. Onun namizədliyi müxalifətin lideri Cesma Paul Victor tərəfindən rədd edilmiş və bu müxalifətin namizədinə qarşı parlamentdə seçkiyə səbəb olmuşdur. Burton 2 oktyabr 2023-cü ildən Dominikanın prezidenti vəzifəsini icra edir.