Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
"Nuhçıxan" radiosu
Azadlıq Radiosu
Azadlıq Radiosu (ing. Radio Free Europe/Radio Liberty; RFE/RL) — ABŞ hökuməti tərəfindən maliyyələşdirilən, "məlumatların sərbəst yayımı ya hökumət orqanları tərəfindən qadağan edilən, ya da tam inkişaf etməmiş ölkələr" dediyi Şərqi Avropa, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq ölkələrində xəbərlər, məlumatlar və təhlillər yayımlayan və hesabat verən media təşkilatı. Azadlıq Radiosu ABŞ federal hökumətinin bütün beynəlxalq yayım xidmətlərinə nəzarət edən müstəqil dövlət agentliyi olan Qlobal Media Agentliyi tərəfindən idarə olunan özəl, qeyri-kommersiya 501(c) (3) korporasiyasıdır. Ceremi Bransten RFE-nin baş redaktoru vəzifəsini icra edir. Azadlıq Radiosu 27 dildə 23 ölkədə yayımlanır. Təşkilatın baş ofisi 1995-ci ildən Praqada yerləşir və bütün yayım bölgələrindəki ölkələrdə 500-dən çox əsas işçi və 1300 strinqer və frilanserdən ibarət 21 yerli büroya malikdir. Bundan əlavə, Vaşinqtondakı baş qərargahında və korporativ ofisində 680 işçisi var. Soyuq müharibə dövründə Azad Avropa Radiosu sovet peyk dövlətlərinə, o cümlədən Baltikyanı dövlətlərə yayımlanırdı. Azad Avropa Radiosu 1949-cu ildə Azad Avropa Uğrunda Milli Komitə tərəfindən antikommunist təbliğat mənbəyi kimi, Azadlıq Radiosu isə iki il sonra təsis edilib. İki təşkilat 1976-cı ildə birləşdi.
Azərbaycan Radiosu
Azərbaycan Radiosu — Azərbaycanda radiostansiyasi. Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə 6 noyabr 1926-cı ildə "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanıb. Həmin gündən ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan eşidilən qeybdən gələn səs insanları özünə bağlayıb. Bu Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu gün Müstəqil Azərbaycanın həm də dünyadakı tərcümanı, sülhsevər Vətənimizin təmsilçisinə çevrilən Azərbaycan Radiosu haqlı olaraq, "Səsli salnamə" adlandırılır. Azərbaycan Radiosunu FM-105 və ölkəboyu yayımlandığımız digər tezliklərdən 24 saat fasiləsiz olaraq dinləmək imkanımız var. İctimai-siyasi proqramlar Ədəbi dram və folklor Baş proqram direksiyası Musiqi verilişləri redaksiyası Beynəlxalq verilişlər Uşaq verilişləri redaksiyası Xəbərlər redaksiyası Rejissorlar qrupu === Azərbaycan Radiosunun yaranması tarixi === Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Borovo radiosu
Borovo radiosu (ing. Radio Borovo) - 1991-ci ildə fəaliyyətə başlamış Xorvatiyada milli azlıqları təmsil edən radio stansiyası. Borovo radiosunun mənzil qərargahı Borovo şəhərində yerləşir. Borovo radiosu Xorvatiyada milli azlıqlara aid olsa da, ən çox dinlənilən radio stansiyadır.. Radio stansiyanın verilişləri serb dilində yayımlanır. Radio stansiyanın tezliyi 100.7 MHz-dir. Borovo radiosu insan və milli azlıqların hüquqlarının müdafiəsi ilə əlaqədar vaxtaşırı olaraq QHT sektoru ilə əməkdaşlıq edir.
Kanada radiosu
"Radio Kanada" » (ingilis dilində:Radio Canada International, qısaldılmış şəkildə:RCI) — Kanada Televiziya və Radio Verilişləri Korporasiyasına (Canadian Broadcasting Corporation,qısaldılmış şəkildə: CBC) (məxsus beynəlxalq radio stansiyadır. Xarici ölkələr üçün nəzərdə tutulan verilişlərdə Kanadada baş verən hadisələrə daha çox diqqət yetirilir. Beynəlxalq aləmdə Kanada haqqında çox az bəhs olunduğundan "Radio Kanada" bu boşluğu aradan qaldırmağa çalışır.. == Tarixi == "Radio Kanada" 25 fevral 1945-ci ildə fəaliyyətə başlamışdır. 1961-ci ildə Qərbi Avropa ölkələri üçün nəzərdə tutulan italiya, niderland, danimarka, isveç və norveç dillərində verilişlər dayandırıldı (Fin dilində verilişlər hələ 1955-ci ildə dayandırılmışdı). Radiostansiya 1970-ci ilədək "CBC International Service" adı ilə məlum olmuşdur. Daha əvvəllər bu radiostansiya "Kanadanın səsi" ("Voice of Canada") adlandırılmışdır. 1991-ci ildə Şərqi Avropa ölkələrində yayımlanan alman, polyak, çex, slovakiya və macar dillərində verilişlər dayandırıldı. 2012-ci ilin iyununda, radiostansiya fəaliyyətə başladıqdan 67 il sonra qısa dalğalı verilişlər dayandırıldı və hazırda 1990-cı ildən 14 dildə fəaliyyət göstərən "Radio Kanada"nın verilişlərinə internetdə 5 dildə qulaq asmaq mümkündür.
Naxçıvan Radiosu
Naxçıvan Radiosu — Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən dövlət radiosu. "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti muxtar respublikanın ən böyük kütləvi informasiya orqanıdır. Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi, 26 dekabr 1978-ci ildə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi daha sonra Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır. 1 aprel 2021-ci ildən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Naxçıvan Radiosu gün ərzində 16 saat yayımda olur. Radio FM radio, DVB-T standart rəqəmli yerüstü televiziya və internet üzərindən də canlı yayımlanır.
Qazax radiosu
Qazax Radiosu (Qazax Radiosu) — Qazaxıstan Respublikasının dövlət informasiya və əyləncə radio stansiyasıdır. Qazaxıstan Respublikası televiziya və radio verilişləri kompaniyasının tərkibinə daxildir. 1921-ci il 29 sentyabrda Qazaxıstanda Muxtar Sovet Sosialist Respublikasının poçt və Teleqraf Xalq Komissarlığı tərəfindən qəbul edilmiş qərara əsasən təşkil olunmuşdur. 1921-ci ilin oktyabrında o zamanlar Qazaxıstanın paytaxtı olan Orenburqda fəaliyyətə başlayan radio verilişləri bütün ölkə ərazisini əhatə edirdi. 23 Mart 1927-ci ildə efirdə ilk dəfə qazax dilində verilişlər yayımlandı. 2012-ci il oktyabr ayının 1-dən Astanada yeni media mərkəzinə köçürülmüşdür. 1950-ci illərdə Qazaxıstan radiosunda bəstəkar A. Esbayev musiqi redaktoru idi.
Qobustan radiosu
Qobustan radiosu — Krım vilayətinin Sevostopol şəhərində Azərbaycan dilində yayımlanan radio. Krım vilayətinin Sevostopol şəhərində Azərbaycan dilində “Qobustan" radiosu on iki ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində Azərbaycan milli adət-ənənələrinin, tanınmış ziyalılarının, mədəniyyətinin, incəsənətinin, həmçinin erməni terror təşkilatlarının Azərbaycanda törətdikləri vandal aktları barəsində yerli əhaliyə ətraflı məlumatlar verilir, klassik musiqilərimiz səsləndirilir. “Qobustan” radiosu getdikcə öz proqramlarını zənginləşdirmiş və rəngarəng verlişləri ilə dinləyicilərin rəğbətini qazanmışdır. 2010-cu ilin əvvəllərində radionun 150-ci verilişi dinləyicilərə təqdim olunmuşdur. "Qobustan" bu radionun yaradılmasında və yerli əhali arasında böyük nüfuz qazanmasında onun redaktoru Həbib Əliyevin xüsusi əməyi olmuşdur.
Tatarıstan radiosu
Tatarıstan Radiosu tatar və rus dillərində ictimai-siyasi və mədəni mövzularda yayımlanan regional bir dövlət radiostansiyasıdır. 2004-cü ildən Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinin üzvüdür. 1921-ci il mayın 1-də Kazanda indiki Azadlıq meydanında telefon danışığını gücləndirən stansiya quraşdırıldı. Bu ölkədə və respublikada baş verən mühüm siyasi hadisələrin bildirilməsi üçün vacib bir cihaza çevrildi. Bir neçə gün sonra İzvestiya qəzeti bu mesajı bütün ölkəyə yaydı. Bu xəbər Vladimir Leninin diqqətini çəkdi. O, Xalq Komissarları Sovetinin katibi N. Gorbunova bənzər texnologiyanı Moskva və Leninqradda sınamağı tapşırdı Bundan qısa müddət sonra gənc Sovet hökuməti ölkədə radio rabitəsinin genişləndirilməsinə yönəlmiş mühüm qərarlar qəbul etdi. 1922-ci ilin əvvəllərində Şamil Usmanov, VI partiyanümayəndələrinin iştirak etdiyi konfransda Kazanda radio stansiya yaratmağı təklif etdi. Yalnız Böyük Oktyabr İnqilabının 10-cu ildönümündə Şamil Usmanov radio açmaq üçün icazə ala bildi. Ş.Usmanov təşkilati işlərə başladı, Moskvaya, Leninqrada işgüzar səfərlərə getdi, müvafiq mütəxəssislər topladı.
Xorvatiya radiosu
Xorvatiya radiosu (xorv. Hrvatski radio) — Xorvatiyanın dövlət radiosu. Xorvatiya radiosu 15 may 1926-cı ildə İvo Stern rəhbərliyi altında yayımına başlayan Zaqreb radio stansiyasının varisidir. Əvvəlcə bu radio stansiyası xüsusi bir müəssisə idi, lakin 1940-cı il mayın 1-də milliləşdirildi. İkinci Dünya müharibəsi dövründə "Hrvatski krugoval" radiostansiyası tamamilə Xorvatiya Müstəqil Dövlətinin səlahiyyətlilərinin ixtiyarına verildi və təbliğat aparatı idi. Müharibədən sonra yenidən doğulmuş Zaqreb radiostansiyası Cənub-Şərqi Avropanın ilk böyük ictimai radio stansiyası idi. Hal-hazırda Xorvatiya Radio Yayımları Şirkətinin (əvvəllər Zaqreb Radio və Televiziya) Radio və Televiziya hissəsidir. Xor Radio radiosunda üç radio stansiyası mövcuddur: HR 1 (əsasən musiqi radio stansiyası), HR 2 (əyləncə proqramlarına vurğu, çox sayda şou) və HR 3 (təhsil yayımları və klassik konsertlər).
Xəzər radiosu
Xəzər FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixi qərarı ilə “Xəzər TV” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 №-li Fərmanının 5.1-ci bəndinə əsasən lisenziyalar müddətsiz hesab edilmişdir. Açılışı 2016-cı ildə baş tutan yeni inzibati binada “Xəzər FM” müasir avadanlıq, efir və montaj otaqları ilə təmin olunmuşdur.
Azad Azərbaycan radiosu
Azad Azərbaycan Radiosu — Azərbaycanda radio "Azad Azərbaycan" radiosu 28 may 1998-ci ildən fəaliyyət göstərir. Təsisçisi "Azad Azərbaycan" Teleradio Yayımı şirkətidir. "Azad Azərbaycan" radiosu 106.3 MHz FM tezliyində, AzərSpace 46 11175 MHz H 27500kbt yayımlanır. Gün ərzində 24 saat yayımlanın radionun verilişləri dünya azərbaycanlıları və azərbaycan dilini bilən dinləyicilər üçün nəzərdə tutulmuşdur. Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2005-ci il tarixli qərarı ilə "Azad Azərbaycan" Teleradio Kompaniyasının radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.
Azərbaycan Dövlət Radiosu
Azərbaycan Radiosu — Azərbaycanda radiostansiyasi. Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə 6 noyabr 1926-cı ildə "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanıb. Həmin gündən ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan eşidilən qeybdən gələn səs insanları özünə bağlayıb. Bu Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu gün Müstəqil Azərbaycanın həm də dünyadakı tərcümanı, sülhsevər Vətənimizin təmsilçisinə çevrilən Azərbaycan Radiosu haqlı olaraq, "Səsli salnamə" adlandırılır. Azərbaycan Radiosunu FM-105 və ölkəboyu yayımlandığımız digər tezliklərdən 24 saat fasiləsiz olaraq dinləmək imkanımız var. İctimai-siyasi proqramlar Ədəbi dram və folklor Baş proqram direksiyası Musiqi verilişləri redaksiyası Beynəlxalq verilişlər Uşaq verilişləri redaksiyası Xəbərlər redaksiyası Rejissorlar qrupu === Azərbaycan Radiosunun yaranması tarixi === Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Sputnik (alman radiosu)
Sputnik və ya MDR Sputnik bir gəncliyə yönəldilmiş Alman radiostansiyasıdır və Halle'deki oturacağı ilə Leipzig-də yayımlanan ictimai yayımçı MDR hissəsidir. Əsasən pop və rok musiqisinin müxtəlif növlərini ifa edən stansiya 1964-cü ildə yaradılan Şərqi Almaniyanın DT64 gənclik stansiyasının varisidir . 1990-cı ildə Almaniyanın birləşməsindən sonra 1993-cü il mayın 1-də bugünkü adını verdilər; Sovet Sputnik peykindən ilhamlanan yeni ad Saxon baş naziri Kurt Biedenkopf'un təklifi idi. DT64 Şərqi Almaniyada yayımlanarkən, Sputnik yalnız GDR- i əvəz edən və yalnız MDR əhatə dairəsinə aid olan üç federal dövlətdən birində (Saksoniya-Anhalt) beş federal dövlətdən birində FM- də mövcuddur; Bu ərzində mövcuddur Avropada via Astra şərq 19,2 ° on peyk DVB-S standartı olduğu kimi ən çox Alman kabel şəbəkələri on DVB-C və MDR sahəsi (in Saksoniya , Saksoniya-Anhalt , Thuringia vasitəsilə) FM ən kabel şəbəkələri və DAB vasitəsilə + . 1992-ci ilin ilk yarısında DT64 bütün FM tezliklərini itirdi. Dörd yeni federal əyalətdə bu frekanslar xüsusi radiostansiyalara verildi, Berlin və Brandenburqda yeni ictimai gənclik radiosu (Rock Radio B , daha sonra Fritz) bu müddətə qədər istifadə edilən DT64 frekanslarında başladı. DT64 1992-ci ilin yayında AM-yə keçməlidir, AM ötürülməsi bir il davam etmişdir. Bu müddətdə stansiya yeni adı MDR Sputnik aldı. 1993 və 1997-ci illər arasında MDR Sputnik yalnız Astra peykinin analog audio alt daşıyıcıları və Kabel və peyk vasitəsilə alınacaq xüsusi bir Alman rəqəmsal Radio Sistemi DSR vasitəsilə əldə edilmişdir. 1997-ci ildə Saxony-Anhaltda FM əhatəsi qurulmuşdur.
Radio
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Cyclotella radiosa
Cyclotella radiosa (Grunow in Van Heurck) Lemmerm. == Bazionim == Cyclotella comta var. radiosa Grunow in Van Heurck == Sinonimlər == Cyclotella comta (Ehrenb.) Kütz. C. quadrijuncta (Schröter) Keissl. C. schröteri Lemmerm. == Ekologiyası == Göllərdə və çaylarda planktonda, oliqohalob-indifferent (Sa).
Federika Radiççi
Federika Radiççi (d. 21 noyabr 1988) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Federika Radiççi, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Daha sonra Federika Radiççi, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Navicula radiosa
Navicula radiosa Kütz. — Kirpiklilər və ya İnfuzorlar cinsinə aid yosun . Navicula acuta Kütz. N. radiosa var. acuta (W. Sm.) Grunow Pinnularia radiosa W. Sm. Epifit, göllərdə, çaylarda, su anbarlarında, nohurlarda, bataqlıqlarda və dənizlərdə bentik, şirin və şortəhər sularda, oliqohalob-indifferent (Sa), indifferent (pH), β-mezosaprob (S). Böyük Qafqaz: Samur-Dəvəçi (Şabran) kanalı; Şəki-Zaqatala bölgəsinin sututarları; BQ-ın cənub yamacının sututarları; Abşeron r-nu: Ceyranbatan su anbarı. – KDÇ: Yevlax r-nu: Kür ç. (aşağı axarı); Hacıqabul r-nu: Hacıqabul g. ; İmişli r-nu: Sarısu g.
Radionun tarixi
Radionun tarixi — radiodalğalardan istifadə etməyə imkan verən cihazların tarixi ilə əlaqədardır. Bir sıra alimlər öz nəzəri və praktiki bilikləri ilə bu sahənin inkişafına xidmət etmişlər. Radionun inkişafı naqilsiz teleqrafın kəşfindən sonra başlamışdır. Daha sonralar əsasən radioyayım məsələləri daha çox müzakirə edilmişdir. 1830-cü illərdə naqilsiz rabitə ideyası üzrə təcrübələrin aparılması radionun kəşf edilməsində mühüm rol oynamışdır. Ceyms Maksvell nəzəri və riyazi üsullarla elektromaqnit dalğalarının fəzada sərbəst şəkildə yayıldığını 1864-cü ildə sübut etdi. Ehtimal edilir ki, elektromaqnit dalğaları vasitəsilə siqnalların ötürülməsi ilk dəfə David Hyuza tərəfindən 1880-ci illərdə sınaqdan keçirilmişdir. Lakin həmin dövrdə bu təcrübələr induksiya kimi dəyərləndirilirdi. Alman fizik Rudolf Herz 1886-ci ildə sübut etdi ki, elektrik cərəyanın sürətli dəyişməsi radiodalğaların fəzada yayılmasını təmin edə bilər. "Herz" dalğalarının kəşf edilməsindən sonra bir sıra alimlər həmin dalğalar vasitəsilə rabitə sistemlərinin yaradılması üzərində işlərə başladılar.
Actinotia radiosa
Actinotia radiosa (lat. Actinotia radiosa) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin actinotia cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 32-36 mm-dir. Ön qanadlar qırmızımtıl-qonur rəngdədir, üzərindəki haşiyə ağdır, qara rəngli pazşəkilli naxışla kəsişir. Yumuru və pazşəkilli naxışlar zəif görünür. Böyrəkşəkilli naxış qonur rəngdə olub, ortası qara, kənarları isə ağdır. Dalğavari zolaq dişlidir və "w" hərifinə oxşayır. Arxa qanadlar ağımtıldır. == Yayılması == Avropa, Rusiyanın cənubu və cənubi-şərqində, Şimali Qafqaz ərazilərində rast gəlinir. Azərbaycanda Kiçik Qafqazın cənub yamaclarında yayılıb.
FM-radio
26 dekabr 1933-cü ildə Edvin Houard Armstronq (Edwin Howard Armstrong) tezlikli modulyasiya prinsipi əsasında qurulmuş FM-radionu patentləşdirmişdir. Bu radio efirdə yaranan küyü aradan götürməyə və daha yaxşı rabitə keyfiyyətini əldə etməyə imkan verirdi. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Radio-operator
Radio-operator (radist, radioçu, radiorabitəçi) — radio stansiyasında mesajların ötürülməsi və qəbulu üzrə mütəxəssis. Bu müddət oxşar bir peşə, ixtisas, hərbi ixtisas, vəzifə və hərbi mövqe də adlanır. Bəzən bu peşə başqası ilə birləşdirilir, məsələn: radio-operatoru, naviqator, radio-operatoru və s. Bu peşə radio ixtirası ilə əlaqələndirilir. Radio-operatoru peşəsi insan fəaliyyətinin bir çox sahəsində — dənizdə, çayda, havada, kosmosda, quruda tələb olunur. Radio-operatoru radio stansiyasında işləyir və radio mesajları qəbul etmək, ötürmək və ona texniki xidmət göstərməklə məşğuldur. SSRİ-nin fəxri radio-operatoru — nişan Üstümüzdə Cənubi Xaç Bütün dünyanın adamları olsa … Krenkel E. T. Dörd yoldaş. M .: Bədii ədəbiyyat, 1940. — 316 s. Krenkel E. T. RAEM — çağırışım.
Radio (dəqiqləşdirmə)
Radio —
Radio 1
Radio 1 (RTV-Moskva Region) Moskva bölgəsində ilk radio stansiyasıdır. Varlığı dövründə Moskva yaxınlığında radio yayımı bir neçə dəfə yenidən təşkil edildi. Tarixinin müasir mərhələsi 1993-cü il oktyabrın 7-də Nazirlər Şurasının - Rusiya Federasiyası Hökumətinin 1993-cü il 7 oktyabr tarixli "Moskva Rayon Dövlət Radio Şirkətinin təşkili haqqında" qərarı ilə başlası . 2011-ci ildə şirkət "Moskva Regionunun Dövlət Muxtariyyəti" Televiziya və radio yayım şirkəti "RTV-Moskva Region" oldu. 2014-cü ildən 30 iyunnundan 2016-dək radio stansiyasına "Moskva vilayəti" adını adını daşıdı 2016-cı il 1 iyul tarixindən "Radio 1" kimi adlandırlır "Radio 1" radiostansiyası əsasən məlumat proqramları yayınlayır, əsas məzmunu xəbərlər , sosial və siyasi proqramlardır . Yayım formatının seçimi Moskva vilayətində Moskva vilayətinin qubernatoru və Moskva vilayətinin Hökumətinin fəaliyyətinə yönəldilmiş tabliğatın yayım stansiyasının ehtiyacından irəli gəlir. "Radio 1" Moskva bölgəsinin baş verən hadisələri dərhal çatdırır. Radio 1 multimedia jurnalistikasının prinsiplərinə əsaslanan də yayımlar: İnternet yayımı Arxivləşdirilib 2016-08-17 at the Wayback Machine funksiyaları, YouTube-un öz video hostinq kanalı və ən populyar sosial şəbəkələrdə hesablarıfa, Facebook-da Radio 1 , Vkontakte qrupu var. Baş redaktor - Olqa Strelkova Şef xəbərləri - Artem Artemov Proqram direktoru - Aleksandr Sadikov Moskva və Moskva vilayətində 66.44 MHz tezliyində yayımlanır (həftədə 28 saat). Mon-Fri: 6.10-7.00, 11.10-12.00, 17.10-18.00, 10.10-19.00, 19.10-20.00, Cümə axşamı: 10.10-16.00, 10.17-18.00, Şənbə: 10.10-14.00) Şəhərlərə görə yayım tezlikləri ( MHz ): Volokolamsk - 106.8 Dubna - 95.8 Zaraysk - 106.5 Naro-Fominsk - 89.7 Kaşira - 89.8 Kolomna - 94.2 Orexovo-Zuyevo - 89.3 Podolsk - 91.7 Serpuxov - 98.2 Taldom - 106.8 Şatura - 105.1 Ruza - 107.6 Rostelecom (MO) telekanalının 3-cü kanallı yayımı SV - 846 kHz, Yeni Psarki Elektrostal , 150 kVt; əhatə dairəsi: Moskva, Moskva regionu, Rusiyanın mərkəzi rayonları.
Radio Antenn
Antenn Müstəqil Teleradio Kompaniyasının radiosu - radio "Antenn" 101 FM 1998-ci ildən fəaliyyət göstərir. Şirkətin həmtəsisçiləri Rüstəm Qədim oğlu Əliyev (Prezident) və Rövşən Novruz oğlu Cavadovdur (Vitse-prezident). 2000-ci ilin fevralında radiokanal - Radio "Antenn 101 Fm" yayıma başladı. Bu vaxt ərzində radionun stabil dinləyici auditoriyası formalaşıb, əhatə coğrafiyası daha da genişlənib. İndi radiomuzun yayımladığı verilişləri Azərbaycanın bütün rayonlarında dinləmək mümkündür. Zövqdə 1-ci olan Radio "Antenn" 101 Fm sizlər üçün belə bir imkan yaradıb. Radionun yayımı dünya standartlarına uyğun avadanlığa sahib Almaniyanın "Rohde & Schvartz" və İtaliyanın “DB Elettronica” firmalarının istehsalı olan 1-2,5 kwат gücü olan 8 ötürücü vasitəsilə həyata keçirilir. Efirə çıxan bütün proqramlar Azərbaycan dilindədir. Şirkət xəbərlər, siyasi, tematik, musiqi proqramları yayımlayır və audio-video reklamlar hazırlayır. "Antenn" 101 FM radiosunu ANTENN.AZ internet saytında və TÜRKSAT 3A, tezlik-10,968 MHs, S/R-11200 H, FEC-5/6 dalğasında peyk yayımı vasitəsilə dünyanın hər yerində canlı dinləyə bilərsiniz.