Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Raman Subramanyan
Raman Subramanyan (23 iyun 1969) — Hindistanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Raman Subramanyan Hindistanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Raman Yaliotnau
Raman Yaliotnau (10 may 1993) — Belaruslu biatlonçu. Raman Yaliotnau Belarusu 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Raman Yaliotnau birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Drinovek 26:12.6 saniyəlik nəticəsi ilə 87 atlet arasında 71-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Ramana
Ramana (nadir hallarda Romanı, Romana) — Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində qəsəbə. == Tarixi == Ramana Abşeron zonasının ənənəvi kəndlərindən olub Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Bu qəsəbənin ən məşhur tikilisi XIV əsrdə inşa edilmiş Ramana qalasıdır. 1893-cü ilin məlumatına görə, Ramana kəndində 873 nəfər yaşamışdır. Bu gün isə qəsəbə sakinlərinin sayı təxminən 13.000 nəfərdir. Azərbaycan tarixçisi Sara Aşurbəyova (1906–2001) "История города Баку" adlı kitabında belə bir versiya irəli sürür ki, Ramana kəndinin əsasını I əsrin 84–96-cı illərində Roma imperiyasının XII İldırım sürətli legionunun hərbçiləri qoymuşlar. Bu legion e.ə. 58-ci ildə Roma diktatoru Qay Yuli Sezar (e.ə. 100–44) təsis etmişdir. Legion 5000 piyadadan, 300 süvaridən ibarət idi.
Ramana-450
Ramana-450 — 2007-ci ildə Sabunçu rayonu ərazisində salınmış qəsəbə. == Əhalisi == Əhalisi Şuşa rayonu Malıbəyli kənd sakinlərindən ibarətdir.
Ramana (dəqiqləşdirmə)
Ramana — Azərbaycanda yaşayış məntəqəsi. Yeni Ramana — Azərbaycanda yaşayış məntəqəsi. Ramana (Pakistan) — Pakistanda yaşayış məntəqəsi. Ramana (aktyor) — aktyor.
Ramana bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ramana məscidi
Ramana məscidi və ya Qurban məscidi — 1912–1914-cü illərdə Ramana kəndində tikilib. Məscidin memarı Zivər bəy Əhmədbəyovdur. == Haqqında == XIX–XX əsrlərdə yanında yerləşən hamam və yaşayış evləri ilə birgə bu məscid tarixi mərkəz rolunu oynayır. Məscid 1912–1913-cü illərdə tikilib. Memarı Zivər bəy Əhmədbəyovdur. Plana görə məscid iki kvadrat şəkilli ibadət zalından, qadınlar üçün birinci mərtəbə, zalın şimal və şərq hissələrində yerləşən yardımçı otaqlardan ibarətdir.Zivər bəy Əhmədbəyov məscidi təkcə müsəlman məbədi kimi tikmir, həm də yerli Abşeron məktəbinin bütün xüsusiyyətlərini nəzərə almaqla yaradır. Məscidin baş fasadının həlli üçün səciyyəvi olan portalın yerinin XX əsrin əvvəllərində dini tikililərdə müşahidə olunduğu kimi səthi variantda deyil, dərin taxçalı, uyğun bölgülərdə qeyd edilən girişli Abşeron memarlığının klassik üsulları ilə müəyyən edilməsidir.
Ramana qalası
Ramana qəsri — Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alımışdır. 2001-ci ildə Ramana qalası digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.Qəsr, Şirvanşahların sifarişi ilə XIV əsrdə inşa edilmişdir. Bəzi tədqiqatçılar qəsrin inşa tarixini XII əsrə aid edirlər. Qəsrin daxili həyətinin tərəfləri 28x10 metr ölçüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Ramana qalasının girişi üzərində müdafiə meydançası yerləşir. Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Ramana qəsrinin kvadrat formalı donjonu dörd yarusa bölünür. == Tarixi == Qəsr, Şirvanşahların sifarişi ilə ehtimal ki, XIV əsrdə müdafiə məqsədi ilə inşa edilmişdir. Bəzi tədqiqatçılar qalanın Nizami dövründə (XII əsr) tikildiyini iddia edirlər.Əsasən, XII əsrdən etibarən tikintisinə başlanılan Abşeron qalaları bir-biri ilə təmasda idi.
Ramannanın müvəffəqiyyətsizlikləri (film, 2010)
Ramannanın müvəffəqiyyətsizlikləri (Tel: మర్యాద రామన్; Rom: Maryada Ramanna) — 2010-cu ildə S. S. Rajamouli ilə müştərək süjet xətti yazılan və rejissorluğu edilən teluqu dilli hind döyüş komediya dram filmidir. Filmin çəkilişlərini Arka Media Works şirkətinin nəzdindəki Şobu Yarlagadda və Prasad Devineni tərəfindən həyata keçirilmişdir. Filmdə baş rolları Sunil, Saloni və Nagineedu canlandırmışdır. Filmin M. M. Keeravani tərəfindən bəstələnmiş musiqisinin ifası və montajı müvafiq olaraq Ram Prasad və Kotagiri Venkateswara Rao tərəfindən edilmişdir.
Ramanucan
Srinivasa Ramanucan (ing. Srinivasa Ramanujan, ingiliscə tələffüzü: [/ˈʃriːniˌvɑːsə rɑːˈmɑːnʊdʒən/], dinlə; d. 22 dekabr 1887, Erod, Mədrəs prezidentliyi, Britaniya Hindistanı – ö. 26 aprel 1920, Kumbakonam, Mədrəs prezidentliyi, Britaniya Hindistanı) — Britaniya Hindistanı zamanında yaşamış hindistanlı riyaziyyatçı. Onun mücərrəd riyaziyyat üzrə rəsmi təliminin olmamasına baxmayaraq, riyazi analiz, ədədlər teorimi, sonsuz sıralar, dəvamlı kəsirlər və həlli qeyri-mümkün qəbul edilən məsəslələrin həlli də daxil olmaq üzrə əhəmiyyətli qatqıları olmuşdur.Ramanujan ilkin olaraq təcrid vəziyyətində öz riyazi tədqiqatlarını inkişaf etdirdi; tezliklə Hind riyaziyyatçıları tərəfindən tanındı.Fəaliyyətini daha yaxşı anlayabilən riyaziyyatcıların axtarışında olaraq, 1913-cü ildə Kambric Universitetindəki riyaziyyatcı Qodfri Hardi ilə poçt vasitəsi ilə tərəfdaşlıq etməyə başladı.Tanınması üçün qeyri-adi çalışmasından nümunə kimi Hadriyə göndərdi, Hadri onun Britaniyaya səyahət etməsini təşgil etdi. Qısa həyatı boyunca Ramanucan müstəqil olaraq təxminən 3900 nəticə (əsasən hərfli ifadələr və tənliklər) tərtib etmişdir. Bir çoxu tamami ilə yeni; Ramanucan ədədi, Ramanucan teta funksiyası, bölgü formulu, mock modular formulu yeni bütöv fəaliyyət sahəsi açmış və sonraki bir çox araşdırmaya ilham qaynağı olmuşdur. Demək olar ki, indi bütün iddialarının doğruluğu sübut edilmişdir. Ramanucan jurnalı, hakim-təftişi elmi jurnalı riyaziyyatın hər sahəsinədə nəşrlər etmək üçün Ramanucandan təsirlənərək qurlumuşdur və onun yayınlanmış və yayınlanmamış nəticələrinin xülasəsini ehtiva edən qeyd dəftəri, yeni riyazi fikirlərin mənbəyi kimi ölümündən sonra onilliklər ərzində təhlil və tədqiq edilmişdir. O Səltənət cəmiyyətinin ən gənc ikinci hind üzvü olaraq və ilk hintli üzvü olaraq Kambric Müqəddəs Üçlü Kollecinə seçildi.
Srinivasa Ramanucan
Srinivasa Ramanucan (ing. Srinivasa Ramanujan, ingiliscə tələffüzü: [/ˈʃriːniˌvɑːsə rɑːˈmɑːnʊdʒən/], dinlə; d. 22 dekabr 1887, Erod, Mədrəs prezidentliyi, Britaniya Hindistanı – ö. 26 aprel 1920, Kumbakonam, Mədrəs prezidentliyi, Britaniya Hindistanı) — Britaniya Hindistanı zamanında yaşamış hindistanlı riyaziyyatçı. Onun mücərrəd riyaziyyat üzrə rəsmi təliminin olmamasına baxmayaraq, riyazi analiz, ədədlər teorimi, sonsuz sıralar, dəvamlı kəsirlər və həlli qeyri-mümkün qəbul edilən məsəslələrin həlli də daxil olmaq üzrə əhəmiyyətli qatqıları olmuşdur.Ramanujan ilkin olaraq təcrid vəziyyətində öz riyazi tədqiqatlarını inkişaf etdirdi; tezliklə Hind riyaziyyatçıları tərəfindən tanındı.Fəaliyyətini daha yaxşı anlayabilən riyaziyyatcıların axtarışında olaraq, 1913-cü ildə Kambric Universitetindəki riyaziyyatcı Qodfri Hardi ilə poçt vasitəsi ilə tərəfdaşlıq etməyə başladı.Tanınması üçün qeyri-adi çalışmasından nümunə kimi Hadriyə göndərdi, Hadri onun Britaniyaya səyahət etməsini təşgil etdi. Qısa həyatı boyunca Ramanucan müstəqil olaraq təxminən 3900 nəticə (əsasən hərfli ifadələr və tənliklər) tərtib etmişdir. Bir çoxu tamami ilə yeni; Ramanucan ədədi, Ramanucan teta funksiyası, bölgü formulu, mock modular formulu yeni bütöv fəaliyyət sahəsi açmış və sonraki bir çox araşdırmaya ilham qaynağı olmuşdur. Demək olar ki, indi bütün iddialarının doğruluğu sübut edilmişdir. Ramanucan jurnalı, hakim-təftişi elmi jurnalı riyaziyyatın hər sahəsinədə nəşrlər etmək üçün Ramanucandan təsirlənərək qurlumuşdur və onun yayınlanmış və yayınlanmamış nəticələrinin xülasəsini ehtiva edən qeyd dəftəri, yeni riyazi fikirlərin mənbəyi kimi ölümündən sonra onilliklər ərzində təhlil və tədqiq edilmişdir. O Səltənət cəmiyyətinin ən gənc ikinci hind üzvü olaraq və ilk hintli üzvü olaraq Kambric Müqəddəs Üçlü Kollecinə seçildi.
Yeni Ramana
Yeni Ramana — Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbə inzibati ərazi vahidi tərkibindəki Yeni Ramana qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Qəsəbədə 24 dekabr 2013-cü ildə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışı olmuşdur. == Təhsil == Qəsəbədə 316 nömrəli tam orta məktəbi, 90 nömrəli tam orta məktəb, Qubadlı rayonu Fərrux İsrafil oğlu Mehdiyev adına Qaralar kənd tam orta məktəbi, Qubadlı rayonu Xanlar kənd tam orta məktəbi, Xankəndi rayonu 4 nömrəli tam orta məktəb yerləşir.
Zaman maşını (roman)
Zaman maşını (ing. The Time Machine) — Herbert Uellsin 1895-ci ildə nəşr olunan elmi fantastika kitabı. Eyniadlı iki film bu kitaba əsaslanır. == Məzmun == Kitabın baş qəhrəmanı "Zaman səyyahı" olaraq adlandırılan ingilis alim və ixtiraçıdır. Şam yeməyində zamanın dördüncü forma olduğu mövzusu haqda danışılır. Və stolun üstündəki zaman maşınından söhbət açılır. Sonrakı hissədə yeməkdəkilərdən biri bu zaman maşınını yoxlamaq istəyir. O, ilk öncə sadəcə beş saat əvvələ gedir. Daha sonra isə e.ə. IX əsrə səyahət edir.
Laman
Laman (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Laman (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Maman
Maman (heykəl) — tuncdan heykəl. Maman (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Ramas
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Ramen
Ramen (yap. ラーメン, 拉麺, 老麺) - buğdadan hazırlanmış yapon əriştə şorbası. Yapon sayılsada Yaponiyaya Çindən gəlib. Yapon dilində ramen sözü Çin 拉麺 (pinyin: lāmiàn), mənşəlidir və "dartılmış makaron" mənasını verir.
Ramin
Ramin — Azərbaycan kişi adı. Ramin Hacılı — Azərbaycanlı siyasi aktivist Ramin Şıxəliyev — Azərbaycan aktyoru. Ramin Mahmudzadə — Ramin Hacıyev — Azərbaycan rejissoru, aktyor.
Razan
Razan (fars. رزان‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 216 nəfər yaşayır (65 ailə).
Roman
Roman — yazılı ədəbiyyatın və epik növün ən irihəcmli janrı. XII-XIII əsrlərdə ispan, italyan, fransız dillərində yazılmış hər bir nəsr əsərinə roman deyilirdi. == İzahı == "Roman" sözü fransız, ispan, italyan və s. dillərinin daxil olduğu roman dil qrupunun adı ilə bağlıdır. Bu dillərdə təhkiyə üsulu ilə qələmə alınan hər hansı bədii əsər XII-XIII əsrlərdə roman adlandırılsa da, sonralar roman xüsusi janr kimi formalaşmışdır. Roman epik növün həcm etibarilə ən böyük janrdır. Romanda təsvir edilən hadisələr və surətlər povestlə müqayisədə xeyli çoxdur. Hekayə və povestdə yazıçı, adətən, qəhrəmanın həyatının müəyyən bir mərhələsini təsvir etdiyi halda, romanda yazıçı qəhrəmanı dinamik inkişafda göstərmək, bəzən onun bütün ömür yoluna nəzər salmaq imkanı qazanır. Silsilə təşkil edən iki hissəli roman dilogiya, silsilə təşkil edən üç hissəli roman trilogiya adlanır. Mehdi Hüseynin "Abşeron" və "Qara daşlar" romanları birlikdə dilogiya təşkil edir.
Saman
Saman və ya Sahman— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,777 nəfər və 3,961 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Zaman
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklərdə mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Ramal
Ramal — ad. Ramal Hüseynov — Azərbaycan futbolçusu. Ramal Aslanov — Azərbaycan kikboksçusu. Ramal Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Ramal Amanov — Boksçu, 3 dəfə dünya, 1 dəfə avropa çempionu. Ramal İsrafilov — Azərbaycanlı müğənni, bəstəkar.DigərRamal (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Rama
Rama — hind mifologiyasında populyar şahzadə. == Haqqında == Hind mifologiyasına görə Rama sınaqdan keçərək Şiva allahının bu vaxtadək heç kimin əyə bilmədiyi oxunu sındırıb gözəl şahzadə Sita ilə evlənmişdi. Düşmənləri Ramanın öz ölkəsindən 14 il müddətinə qovulmasına nail olurlar. Ögey qardaşı və arvadı Sita da Rama ilə birlikdə gedirlər. Meşədə sərgərdan həyat sürən Rama və onun qardaşı çoxlu igidliklər göstərir və bir neçə müdhiş rakşası (eybəcər məxluq simasında olan şər allahlarını) öldürürlər. Rakşasların çarı Sitanı qaçırır və onu cəng arabasında hava ilə Lanka adasındakı paytaxtına aparır. Sitanı xeyli axtardıqdan sonra Rama meymunların çarı ilə saziş bağlayır, meymunların və ayıların qoşunlarına başçılıq edərək okeandan körpü salır və Lankanı mühasirəyə alır. Döyüşdə Rama ilə qardaşı bir neçə rakşas sərkərdəsini öldürülər, təkbətək yekun savaşında isə Rama rakşasların çarına qalib gəlir. O, Sita ilə birlikdə öz ölkəsinə qayıdır və çar olur. XI əsrdən başlayaraq Rama kultu hiduizmin iki mühüm kultundan (krişnaizmlə yanaşı) biri olur.
1984 (roman)
1984 (ing. Nineteen Eighty-Four) — Corc Oruell tərəfindən 1949-cu ildə yazılmış roman. 2009-cu ildə The Times qəzeti onu son 60 il ərzində yaradılmış 60 ən yaxşı kitab siyahısına daxil etmiş, == Tarixi == 1948-ci ilin oktyabrın 22-nə aid olan Fred Uorburqa ünvanladığı məktubunda, Oruell yazıb ki, bu romanı yazmağa fikri ilk dəfə 1943-cü ildə ağlına gəlib. O, həmçinin o vaxt onun adını ya 1984, ya da Avropada son adam (ing. Last Man in Europe) qoymaq istədiyindən yazırdı.Öz nəşr tarixi boyu, 1984 Yevgeni Zamyatinin Biz, Oldos Hakslinin Heyrətamiz yeni dünya, Artur Kostlerin Günorta qaranlığı və Rey Bredberinin 451 Fahrenheyt kimi başqa antiutopiya janrında yazılmış əsərlər kimi də qadağan olunurdu və ya məhkəməyə verilirdi. Bəzilərin fikrincə, Oruell 1984-ü Zamyatinin Biz romanın təsiri altında olaraq yazıb. 1944-cü ilin fevralın 17-də Qleb Struveyə göndərdiyi məktubunda Oruell Biz romanı haqqında belə yazırdı: Mən bu cür kitab ilə maraqlanıram və hətta gec-tez yazıla bilən bir kitab üçün özüm qeydlərimi yazıram == Yazı və nəşr == === İdeya === London Universitet Kollecindəki Orwell Arxivində min doqquz yüz səksən dördə çevrilən ideyalar haqqında tarixsiz qeydlər var. Qeyd dəftərlərinin "1944-cü ilin yanvarından gec tamamlanma ehtimalı azdır" və "onlarda olan bəzi materialların müharibənin əvvəlinə aid olduğuna dair güclü şübhələr var".[1] 1948-ci il məktubunda Oruell “[kitab] haqqında ilk dəfə 1943-cü ildə düşündüyünü” iddia edir, digərində isə bu barədə 1944-cü ildə düşündüyünü deyir və 1943-cü il Tehran Konfransından ilham mənbəyi kimi qeyd edir: “Əslində məqsədi dünyanın “Təsir zonalarına” bölünməsinin nəticələrini müzakirə edin (mən bunu 1944-cü ildə Tehran konfransının nəticəsi kimi düşündüm) və əlavə olaraq totalitarizmin intellektual nəticələrini onlara parodiya edərək göstərin”. Oruell 1944-cü ilin mayında Avstriyanı gəzdi və onun fikrincə, Sovet və Müttəfiqlərin ayrı-ayrı işğal zonalarına aparacaq manevrləri müşahidə etdi. 1944-cü ilin yanvarında ədəbiyyat professoru Qleb Struve Oruelli Yevgeni Zamyatinin 1924-cü ildə yazdığı "Biz" distopiya romanı ilə tanış etdi.
2312 (roman)
2312 – Kim Stenli Robinson tərəfindən yazılmış və 2012-ci ildə nəşr olunmuş elmi fantastika romanı. Cəmiyyətin bütün Günəş sisteminə yayıldığı 2312-ci ildən bəhs edir. Roman 2013-cü ildə Ən yaxşı roman kateqoriyasında Nebula mükafatını qazanmışdır. == Məzmun == Romanda hadisələr 2312-ci ildə baş verir. Terminator Merkuri planetində dəmiryolları üzərində hərəkət edən (planetin yaşanıla bilən bölgəsində sabit qalması üçün) müasir kosmik şəhərdir. Rəssam və keçmiş asteroid terrariumu dizayneri Svan Er Hon Terminator şəhərinin tanınmış sakinlərindən, ögey nənəsi Aleksin ölümünün yasını tutur. Dəfn mərasimindən sonra ailə üzvləri və Aleksin yaxın dostları (onların arasında Svanın bəyənmədiyi Titan peykinin sakini Fits Uahram da var) arasında görüş baş tutur. Görüşdən sonra Svan Yupiterin İo peykində yaşayan, ən yaxşı kub və kvant kompüteri dizaynerlərindən biri, Aleksin yaxın dostlarından biri olmuş Vanqı ziyarət etməyə qərar verir. Svan Vanqı İoda ziyarət edərkən qəfildən uğursuzluqla nəticələnən bir hücum baş verir. Qısa müddət sonra isə naməlum şəxs və ya şəxslər tərəfindən Terminator şəhərinin meteorit hücumu təşkil edilir.
ALJİR (roman)
ALJİR — Ülviyyə Tahirin Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi barədə tarixi romanı. == Məzmun == Tarixin bu səhifəsinə ən güclü insani duyğular həkk olunub; doğmalarından zorla qoparılmağın dözülməz ağrısı, övladının, sevdiyi insanın aqibətinin məchulluğu... Bir günün içində əzizlərinə “xalq düşməni” damğası vurulmuş, hər şeyini itirərək qula çevrilmiş, təcavüzə uğrayan ziyalı qadınlar, analar... Qışda qarı, yayda qumu göyə sovuran səhra küləkləri, ucsuz-bucaqsız Qazaxıstan çölləri – Akmola düşərgəsi. Qəddar rejim kölələri və şəfqətli yerlilər. Ana qayğısından məhrum edilərək manqurtlaşdırılan körpələr... Bütün bu dəhşətlər 1937-1938-ci illər ərzində Sovet ölkələrindən Qazaxıstanın Akmola düşərgəsinə toplanan 18.000-dən yuxarı qadının başına gətirilir. Bu qadınlardan 44 nəfəri azərbaycanlı idi; Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova və onlarla digər ziyalı qadın. Tariximizin ən qaranlıq səhifələrindən olan ALJİR hadisəsi və yaşanan o faciələr yazıçı və tarixçi Ülviyyə Tahirin qələmi ilə arxiv sənədlər əsasında işıqlandırılır. Bu tarixi romanı oxuduqca Sovet hakimiyyətinin millətimizin kökünə çaldığı baltanın izləri bütün çılpaqlığı ilə gözlər önündə canlanır.
AVAVA (roman)
Avava romanı Azərbaycan türkcəsində yazılmış, yazarı isə Nasir Mənzuri dir. Bu roman ilk dəfə 2005-ci ildə Tehranda çap olunub. Romanın adı Sonay gecələrində çağırış səsi olan “AVAVA”-dan alınıbdır. == Həmçinin bax == AVAVA Qaraçuxa (roman), Nasir Mənzuri. Qaraçuxa Sonay == qaynaq == ədəbiyyat qəzetində səxavət sahil'dən AVAVA haqında yazılan bir məqalə.
A (roman)
A — Qaraqan tərəfindən yazılmış roman. Milli Kitab Mükafatı laureatı. == Məzmun == Tam xaos. Paranoya. Həyatdan bezmiş bir qrup gənc dünyanın xilasını onun məhvində görür. Müasir Bakı, cağdaş problemlər. "Biz dünyaya niyə gəlmişik?" Ən dərin fəlsəfi suallara ən sərt cavablar. A kimdir? O nə etmək istəyir? Kontrkultura, alternativ düşüncə.
Abay (roman)
Abay — qazax yazıçısı Muxtar Auezovun Abay Kunanbayev haqqında epopeyası. == Mövzu == Muxtar Auzeovun "Abay" romanında məqsəd qazax xalqının tarixi taleyinin inkişafında mühüm rol oynamış Abayın həyat və yaradıcılığını, onun şair kimi formalaşaraq kamilləşməsini, maarifçiliyini və xalqın həyat, düşüncə tərzini, dünyagörüşünü, adət-ənənəsini və s. təsvir etmək olmuşdur. Əsərdə bir-biri ilə qarşılıqlı əlaqədə olan və biri digərini tamamlayan iki obraz vardır: Abay və xalq. Romandakı bütün hadisələr bu iki obrazla əlaqəlidir və bunların dolğun, hərtərəfli və koloritli təsvirinə səfərbər edilmişdir. Səciyyəvi digər cəhətlərdən biri də romandakı hər iki obrazın müəllifin mövqeyinin öncədən, yəni yaradıcılıq aktına başlamamışdan əvvəl müəyyənləşdirilməsinə səbəb olmasıdır. Muxtar Auezov sənətkar kimi böyük sələfinin obrazını yaratmağı və xalqının özünəməxsusluqlarını qabarıq şəkildə çatdırmağı qarşısına məqsəd qoymuşdur. Yazıçının konkret məqsədi əsərdə müəllif mövqeyini və əsərin epik vüsətinin səbəbini müəyyənləşdirməkdə mühüm rol oynamışdır. Xalq-Abay və Abay-xalq cütlüyünün qarşılıqlı əlaqələrinin və şairin həyatının kiçik yaşlarından müdriklik çağlarına qədər təsviri istər-istəməz təfərrüatlara geniş yer verilməsini zəruri etmişdir. Yazıçı Abayın portretini yaradarkən, onun mənəvi dünyasındakı psixoloji yaşantıları təsvir edərkən detallara nə qədər üstünlük vermişdirsə, xalq obrazını canlandırarkən təfərrüatlara bir o qədər xüsusi meyil göstərmişdir.
Abdul Rahman
Tunku Abdul Rahman Putra əl-Xəcc (malay Tunku Abdul Rahman Putra Al-Haj ibni Almarhum Sultan Abdul Hamid Halim Shah); 8 fevral 1903[…], Alor-Setar[d], Kedah sultanlığı – 6 dekabr 1990, Pinanq) — müstəqil Malay Federasiyasının ilk Baş Naziri, 1963-cü ildən Malayziya şahzadəsi (putra) == Tərcümeyi-halı == Kedah sultanının (şərqi Malay) qardaşı Tunku Abdul Rahman 8 fevral 1903-cü ildə anadan olmuşdur. O. 1920–1931-ci illərdə Kembric Universitetində oxumuşdur. Malayziyanın Yaponiya tərəfindən işğalı dövründə (dekabr 1941–1945) Kedah sultanlığının inzibati orqanlarında işləmişdir. Tunku Abdul Rahman 1951-ci ildə ölkənin Malay icmasını təmsil edən siyasi qüvvəyə — Birləşmiş Malay Milli Təşkilatına (BMMT — UMNO) rəhbərlik edirdi. 1955-ci ildə 3 müxalifət partiyasının (Birləşmiş Malay Milli Təşkilatı, Malayziyanın Çin Assosiasiyası və Malayziyanın Hindistan Konqresi) İttifaq Partiyası halında birləşdikdən sonra bu təşkilatın sədri oldu. 1955-ci ildə parlament seçkilərində qələbədən sonra Tunku Abdul Rahman Malay Federasiyasının Baş Naziri və daxili işlər naziri olmuşdur. 1956-cı ildə o, Londonda Malaya təxirəsalınmadan daxil özünüidarə hüququnun, daha sonralar isə müstəqillik verilməsi ilə bağlı danışıqlara başçılıq etmişdir. 1957-ci il 31 avqustda müstəqillik elan edildikdən sonra Malay Federasiyasının (1963-cü ildən Malayziyanın) Baş Naziri və daxili işlər naziri vəzifələrini tutaraq hökumətin rəhbəri vəzifəsində qalmışdır. 1961-ci ildə Malay Federasiyasının və Böyük Britaniya müstəmləkələri olan Sinqapur, Sabaxa, Saravaka, Bruneyin Malayziya Federasiyası halında birləşdirilməsi planını irəli sürdü. 16 sentyabr 1963-cü ildə birləşmə baş tutdu.
Aclıq (roman)
"Aclıq" (norv. "Sult") — Norveç yazıçısı Knut Hamsunun 1890-cı ildə nəşr edilmiş ilk romanı. Bu kiçik əsər yazıçını Avropada tanıtmışdır. Əsərdə çoxlu avtobioqrafik detallara rast gəlmək olar. Romanın bəzi hissələri 1888-ci ildə anonim adla Ny Jord adlı Danimarka jurnalında nəşr edilmişdir. Roman, XX əsrin ədəbi kəşfi elan edilmiş və müasir psixoloji ədəbiyyatın ən gözəl nümunələrindən biri kimi dəyərləndirilmişdir. "Aclıq" romanında, intriqant, bəzən də yumoristik tərzdə insan zəkasının irrasionallığından bəhs edilmişdir. "Aclıq" romanını azərbaycan dilinə böyük şair Əhməd Cavad tərcümə etmişdir. Lakin bu tərcümə 30-cu illərdə edildiyindən, həmin dövrün ədəbi dilindədir və ərəb-fars sözləri, tərkibləri ilə zəngin olduğu üçün müasir oxucu onun dilini anlamaqda çətinlik çəkir. 2004-cü ildə Knut Hamsunun 6 romandan ("Aclıq", "Viktoriya", "Pan", "Nağıllar diyarında", "Torpağın bərəkəti", "Misteriyalar") ibarət əsərlərinin 2 cildiliyini dilimizə tərcümə edən Nadir Qocabəyli (Quliyev) bunu nəzərə alaraq "Aclıq" romana yenidən müraciət etmişdir.
Ağlasığmaz (roman)
Ağlasığmaz (ing. Improbable) — Adam Faver tərəfindən yazılmış və 2005-ci ildə yayımlanmış elmi fantastika romanı. Ən yaxşı roman kateqoriyasının da aralarında olduğu çox sayıda mükafat qazanmışdır. Kitab Devid Keyinin bir neçə eksperimental müalicələr nəticəsində əldə etdiyi inkişaf etmiş ehtimal hesablama bacarığı vasitəsilə fərziyyələrinin gələcəyi görmə halına gəldiyinin başa düşməsilə baş verən hadisələr haqqındadır. Qısa olaraq kitabın qəhərmanı Pyer Simon Laplasın yaratdığı bir nəzəriyyə olan Laplasın şeytanı halına keçmişdir. == Obrazlar == David Caine Jasper Caine Nava Vaner Dr.