Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rasif Məmmədov
Rasif Salman oğlu Məmmədov (d. 30 noyabr 1967; Xocalı, Azərbaycan – ö. 26 fevral 1992; Xocalı, Azərbaycan) — Xocalı soyqırımı şəhidi. == Həyatı və hərbi xidməti == Rasif Məmmədov 30 noyabr 1967-ci ildə Xocalıda dünyaya göz açmışdır. Qarabağ müharibəsi illərində könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. 26 fevral 1992-ci ildə Xocalı soyqırımı zamanı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Ağdam rayonunun Uzundərə kəndində torpağa tapşırılmışdır. İgidlik və şücaətlərinə görə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Rasif Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir. == Həmçinin bax == Qarabağ müharibəsi Erməni terrorizmi Azərbaycanlıların Soyqırımı Günü Xocalı soyqırımı == İstinadlar == AZƏRBAYCAN RESPUBLİKASININ XATİRƏ KİTABI. X CİLD. SƏH.179.
Asif, Vasif, Ağasif
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. == Məzmun == Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.
Asif, Vasif, Ağasif (film, 1983)
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. == Məzmun == Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.
Rasim
Rasim — kişi adı. Rasim Balayev — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi (1990–2013) Rasim Ocaqov — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982) Rasim NəbiyevRasim Nəbiyev (alim) — Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001)Rasim Daşdəmirov — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rasim Mürsəlov — Samux rayonu İcra hakimiyyətinin başçısı Rasim İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Vasif
Vasif — Kişi adı. Mənası: vəsf edən, tərənnüm edən.
Asif
Asif — Azərbaycanlı kişi adı. Asif Manafov — Asif Mirili — Asif Mehraliyev — Asif İmaməliyev — Asif İsaoğlu —Asif MəmmədovAsif Məmmədov (kimyaçı) — Kimyaçı, kimya elmləri doktoru, professor.
Jan Rasin
Jan Rasin (1639 - 1699) — XVI əsr Fransız ədəbiyyatının qabaqda gələn şairlərindən və faciə yazıçılarından olan Rasin yaxşı bir təhsil görmüşdür. Xüsusilə Yunan faciə şairi EURIPIDES (Öripid)dən təsirlənən Rasin, Fransız klassik tragediyasının inkişafında böyük rol oynamışdır. XIV Lui dövründə saray tarixçiliyi etmiş olan Rasin, əsərlərində Yunan mifologiyası, Fələstin tarixi və İngilis saraylarından seçilmiş mövzulara yer vermişdir. Rasin, əsərlərində ümumiyyətlə ehtiraslarına əsir olmuş kəslərə yer vermişdir. Tənzimat Dövründə yaşayan Türk ədəbiyyatçılar üzərində də əkili olan Racinenin, Andromaque (Andromak), Berenice (Berenis), Bajazet (Bayazıt), Iphigénie (İfijeni) və Phaidra (Fedra) adlı əsərləri məşhurdur.
Rasim Məmmədov
Rasim Məmmədov (fizik) — fizika-riyaziyyat elmləri doktoru (2004), Professor (2005). Rasim Məmmədov (mayor) — Azərbaycan mayoru. Aprel döyüşləri şəhidi.
Rasim Nəbiyev
Nəbiyev Rasim Nəsib oğlu (10 may 1957) – yerüstü komplekslər, start avadanlıqları, uçuş aparatları və onların sistemlərinin istismarı ixtisası üzrə Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001), == Həyatı == 1979-cu ildə Azərbaycan Politexnik İnstitunu bitirərək Elektronçu mühəndis ixtisasını almışdır. 1979-cu ildən SSRİ Müdafiə Sənayesi Nazirliyinin "Fotoelektronika" Elmi-tədqiqat İnstitunda mühəndis kimi fəaliyyətə başlayaraq Baş Elmi İşçi vəzifəsinə qədər yüksəlmişdir. Bu dövrdə gecə görmə qurğuları üçün fotohəssas elementlərin işlənməsi ilə məşğul olmuşdur.1987-ci ildə fizika-riyaziyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1994 – cü ildən Mill Aviasiya Akademiyasının Elmi-tədqiqat Aviasiya İnstitunitunda Aviasiya Elektronikası şöbəsinin rəisi və Aviasiya cihazları kafedrasında professoru, İnstitutun elmi şurasının elmi katibi, Elmi-tədqiqat sektorunun rəisi vəzifəsində işləmişdir. 200-dan çox elmi əsərin müəllifidir. O jümlədən 1 dərsliyin («Aviasiya elektronikası» azərbayjan, rus və ingilis dillərndə) və 9 monoqrafiyanın 16 ixtiranın müəllifidir. Onun rəhbərliyi və birbaşa iştirakı ilə Aviasiya sahəsində tətbiq olunan mühüm əhəmiyyətli layihələrin texniki-iqtisadi əsaslandırmaları aparılmış, yüklərin təhlükəsiz daşınmasına kompleks nəzarət sistemi layihələndirilmiş, aeroportların radiotexniki obyektlərinə kompleks nəzarət sistemi ASK-1, elektron idarəli birfazalı və üçfazalı gərginlik stabilizatorları BGS-4 və ÜGS-10, induksiya kabelaxtaranı İKİ-1, agrodrom elektrik qızdırıcısı AEQ-02-20000, təyyarələrin yüklənməsini ölçən qurğu İZS-110, radioaktiv yüklərə nəzarət quryusu RNQ-001 kimi cihazlar və sistemlər layihələndirilmiş, hazırlanmış və istehsalata tədbiq olunmuşdur. «Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» toplusunun elmi redaktorudur. Milli Aviasiya Akademiyasının dissertasiya işlərinin müdafiəsi üzrə ixtisaslaşdırılmış Şurasının üzvüdür.
Rasim Ocaqov
Ocaqov Rasim Mirqasım oğlu (22 noyabr 1933, Nuxa – 11 iyul 2006, Bakı) — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı (1981), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980). == Həyatı == Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib. 50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu.
Rasim Qaraca
Rasim Qaraca — azərbaycanlı yazıçı, jurnalist. == Həyatı == Rasim Qaraca 1960-cı ildə Şirvan şəhərində anadan olub. İxtisasca jurnalistdir, Azərbaycan Dövlət Universitetini bitirib. Öz ölkəsində çeşidli qəzetlərdə xəbər yazarı, reportyor kimi çalışıb, 1991-ci ildə SSRİ dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra sərbəst fəaliyyətə başlayıb. Ölkəsinə İlk müstəqil ədəbiyyat dərnəyi “Baca”nı yaradıb, dərnəyin mətbuat orqanı “Yaşıl söz”ü buraxıb. Böhranlı keçid illərində Rusiyada yaşayıb, 2000-ci ildə Bakıya qayıdıb və “Azad Yazarlar Ocağı” ədəbiyyat qurumunu təşkil edib, “Alatoran” ədəbiyyat jurnalını təsis edib. Jurnal yeni nəsil yazarların yetişməsndə ciddi rol oynayıb. Rasim Qaraca hal-hazırda Alatoran nəşriyatının rəhbəridir. Nəşriyyat bu günədək 500-dən artıq kitab nəşr edib. Rasim Qaracanın 15 kitabı - şeir, hekayə və romanları nəşr olunub.
Rasim Qarayev
Rasim Şirin oğlu Qarayev - iqtisad elmləri namizədi, professor, Hacı İsmayıllılar nəsli == Həyatı == Rasim Qarayev 15 yanvar 1930-cu ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. İlk təhsilini Ağdam şəhər 2 nömrəli ibtidai məktəbdə almış, 1949-cu ildə Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirmişdir. O, 1949-1954 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin siyasi iqtisad şöbəsində ali təhsil almış, qırmızı diplomla qurtarmışdır. Rasim Qarayev müsabiqə yolu ilə siyasi iqtisad fənni üzrə Azərbaycan Qiyabi Dövlət Pedaqoji İnstitutuna baş müəllim təyin edilmişdir. Azərbaycan Qiyabi Dövlət Pedaqoji İnstitutu Azərbaycan Pedaqoji İnstitutuna (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) birləşdirildikdən sonra həmin təhsil ocağında baş müəllim ştatı ilə siyasi iqtisad fənnindən dərs demişdir. Rasim Qarayev 1967-ci ildə dissertasiya müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Rasim Qarayev Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim (1954-1970), dosent (1970-1986), professor (1986-2002) vəzifələrində çalışmışdır. O, kafedra müdirinin müavini (1969-1975), kafedra müdiri (1975-1999) vəzifələrində işləmişdir. Rasim Qarayev 9 fevral 2003-cü ildə vəfat etmişdir. == Elmi fəaliyyəti == Rasim Qarayev bır neçə elmi əsərin, tədris vəsaitinin müəllifidir.
Rasim Qasımov
Qasımov Rasim Mustafa oğlu (rus. Касимов Расим Мустафа оглы ; 1 yanvar 1935 – 30 may 2016, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan Alimi, Texnika Elmləri Doktoru, Professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasınin Akademiki [1] Arxivləşdirilib 2016-08-27 at the Wayback Machine, Nyü-York Akademiyasinin Həqiqi Üzvü. == Həyatı == Qasımov Rasim Mustafa oğlu 1 yanvar 1935-ci ildə Bakida həkim ailəsində anadan olmuşdur. 1957-ci ildə Moskva Energetika İnstitutunu bitirib. Qasımov namizədlik dissertasiyasını M. V. Lomonosov adına MDU-nun kimya fakultəsində müdafiə etmişdir, onun tərəfindən burada SSRİ-də ilk dəfə olaraq radiodalğaların millimetrlik diapazonunda məhlul və mayelərin eksperiment kəşfləri və ölçüləri təşkil olunmuşdur. Ilk dəfə olaraq maye və məhlulların fluktasiyon hadisələrinin onların dielektrik xassələrinə təsiri nəzəri və təcrübi cəhətdən öyrənilmişdir. Yuxarıda qeyd etdiyimiz işlərin əsasında Qasımov R. M. 1962-ci ildə V. İ. Lenin adına MDPS-n xüsusi şurasında "Radiodalğaların millimetrik diapazonunda həll olan məhlulların dielektrik xassələri va onların molekulyar quruluşu" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. == Əsas elmi nailiyyətləri == Qasımov R. M. 1964-cü ildən Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. Bu illərdə O, SVK-ə olan qütb mayelərin dielektrik xassələrini ölçmək üçün bir çox metodlar tapmışdır. Ayrı-ayrı neftkimyəvi sintez məhsullarının analizi üçün kütlə-spektr analiz metodlarını yaratmışdır.
Rasim Quliyev
Rasim Quliyev (mühəndis)
Rasim Ramaldanov
Rasim Ramaldanov (ləzg. Рамалданрин Асадуллагьан хва Расим, d. 24.01.1986, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan futbolçusu. Qəbələ futbol klubunun və Azərbaycan milli futbol komandası müdafiəçisidir. Milliyətcə ləzgidir .
Rasim Ramazanov
Rasim İsmayıl oğlu Ramazanov (26 iyul 1998; Babək rayonu, Azərbaycan - 19 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Rasim Ramazanov 1998-ci il iyulun 26-da Babək rayonunun Babək qəsəbəsi anadan olub. == Hərbi xidməti == Rasim Ramzanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rasim Ramazanov oktyabr 19-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Ramazanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Ramazanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) • (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) • — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) ( (azərb.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF).
Rasim Rufullayev
Rasim Yadigar oğlu Rufullayev (31 avqust 1997; Zevin, Yardımlı rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rasim Rufullayev 1997-ci il avqustun 31-də Yardımlı rayonunun Zevin kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Rasim Rufullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rasim Rufullayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Rufullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rasim Rufullayev ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Rasim Sadıqov
Rasim Tofiq oğlu Sadıqov - Azərbaycanlı şəhid. == Həyatı == Sadıqov Rasim Tofiq oğlu 15 sentyabr 1974-cü ildə Gədəbəy rayonunun Arabaçı sovetliyinin Fərzalı kəndində anadan olmuşdur. 21 fevral 1991-ci ildə hərbi xidmətə çağırılıb. Bakıda qvardiyada xidmət edib. Sonra müharibə cəbhəsinə yollanıb. == Ölümü == 4 iyul 1992-ci il məhkəmənin qərarı ilə ölmüş elan edilib və şəhid statusu alıb. == İstinadlar == "Gədəbəy Şəhidləri".
Rasim Tahirbekov
Rasim Zahirbəyoviç Tahirbəyov (d. 4 may 1984, Mahaçqala) — Rusiya futbolçusu, müdafiəçi. Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətinin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub. "Anji" komandasının kapitanıdır.
Rasim Tahirbəyov
Rasim Zahirbəyoviç Tahirbəyov (d. 4 may 1984, Mahaçqala) — Rusiya futbolçusu, müdafiəçi. Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətinin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub. "Anji" komandasının kapitanıdır.
Rasim Tağıyev
Rasim Məhəmməd oğlu Tağıyev — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tağıyev Rasim Məhəmməd oğlu 1969-cu ilin yanvarında Gədəbəy rayonunun Düzrəsullu kənd İƏV-i nümayəndəliyi Göyəlli kəndində dünyaya göz açıb. 1976-cı ildə Zamanlı kənd orta məktəbinə daxil olub və həmin məktəbi 1987-ci ildə bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Qayıtdıqdan sonra, ermənilərin torpaqlarımıza təcavüzü onun 1990-cı ildə könüllü olaraq döyüşlərə qatılmasına səbəb oldu. === Ölümü === Gədəbəy bölgəsində gedən döyüşlərdə bir ildən artıq iştirak edən Rasimin son döyüşü 1992-ci ilin avqust ayının 30-da Hörükdaş əməliyyatı zamanı oldu. O, bu döyüşdə də böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı.
Rasim Öztəkin
Rasim Öztəkin (14 yanvar 1959, İstanbul – 8 mart 2021, İstanbul) — türk teatr, kinoteatr və serial aktyoru.Aktyor Pelin Öztəkinin atasıdır. İstanbuldakı Qalatasaray ali məktəbinin ardından İstanbul Universiteti mətbuat şərhi yüksək məktəbindən məzun olan sənətçi, səhnə həyatında ilk təcrübələrini İstanbul akademik sənətçilər icması və Kadıköy xalq təhsil mərkəzi və növbətçi teatrda həvəskar çalışmalarla edindi. Fərhan Şənsoyun ortaaktyorlar icmasında profesional teatr sənətinə başladı. 2016 ilində Kəl Həsən Əfəndinin qovağı Fərhan Şənsoy tərəfindən özünə təhvil verildi. 1992–1995 illəri arasında TV-də şou proqramları hazırladı. 1994-cü ildə Gani Müjde və Yılmaz Ərdoğanın yazdığı "2071-də Türkiyə" adlı musiqili səhnəyə qoyub oynadı. Teatrın bundan əlavə, kinoteatr və serial filmlərdə də rol almışdır. TRTyə proqram mətn yazarlığı və bir dönəm "Akşam" qəzetinde köşə yazarlığı etmişdir. Həyatının son illərində "Youtube"da da videolar çəkirdi. == Ölümü == Keçirdiyi ürək tutması səbəbi ilə 2021-ci il martın 8-i axşam saatlarında, müalicə gördüyü Dr.
Rasim İbrahimov
İbrahimov Rasim Səxavət oğlu (18 aprel 1962, Bakı – 28 iyun 1992, Tuğ, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əslən Füzuli rayonundan olan İbrahimov Rasim Səxavət oğlu 18 aprel 1962-ci ildə Bakı şəhəri Əzizbəyov rayonunun Çilov adasında neftçi ailəsində anadan olmuşdur. 1969-cu ildə buradakı 131 saylı məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfədək həmin məktəbdə təhsil almışdır… 1977-ci ildə C. Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R. İsmayılov 1979-cu ildək burada oxuyub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R. İsmayılov 1992-ci ildə o Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Bu tabor Füzuli rayonunun kəndlərini mərdliklə qoruyurdu. Onların taboru 1992-ci il 28 iyun Tuğ kəndi uğrunda döyüşə girir. Onlarla erməni quldurunu məhv edən döyüşçülər digər dəstənin gəlib çatmamasından mühasirəyə düşürlər. Cəsur komandir R. İbrahimov döyüşçü dostlarını mühasirədən xilas edərkən özü düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R. İbrahimov "Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!",-deyərək özünü qumbara ilə partladır.
Rasim İsmayılov
Rasim İsmayılov (jurnalist)
Rasim Şərifov
Rasim Cəfər oğlu Şərifov (10 noyabr 1955, Hacıhətəmli, İsmayıllı rayonu – 12 yanvar 2018) — İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı (1992-1993) == Həyatı == Əslən haputlu olan Rasim Şərifov 1955-ci il noyabrın 10-da İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşdur. 1973-cü ildə Hacıhətəmli kənd orta məktəbini əla qiymətlərlə, 1977-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İlk əmək fəaliyyətinə doğma kənd məktəbində dil-ədəbiyyat müəllimi kimi başlamış, 1980–1984-cü illərdə həmin kənddəki Kuybışev adına sovxoz komsomol komitəsinin katibi seçilib. İşgüzarlığı, gənclərlə işləmək qabiliyyətini nəzərə alaraq ona etimad göstərilmiş, 1984-cü ilin may ayında İsmayıllı rayon komsomol komitəsinin ikinci katibi seçilmişdir. 1986-cı ildə o, rayon partiya komitəsinin təşkilat komitəsinin təlimatçısı vəzifəsinə irəli çəkilib. 1988-ci ilin avqust ayında Hacıhətəmli kənd orta məktəbinin direktoru təyin edilmişdir. Rasim Şərifov smayıllı rayon Xalq Cəbhəsinin rəhbəri kimi olmuşdur. Rasim Şərifov 27 may 1992-ci ildə İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilmiş, 20 avqust 1993-cü ildə isə həmin vəzifədən azad edilmişdir. 1993–1998-ci illərdə ictimai-siyası fəaliyyətlə məşğul olmuşdur. 1998-ci ilin mart ayından "Olaylar" ekoloji araşdırmalar mərkəzinin direktoru, 2004-cü ildən "Ulu Xudafərin" jurnalının baş redaktoru işləmişdir.
Cəfər Kaşif
Cəfər Məmmədzadə (Cəfər Kaşif) — azərbaycanlı şair. == Həyatı == Cəfər Kaşif 1894-cü ildə Cənubi Azərbaycanın Mamağan qəsəbəsində anadan olub. Uzun müddət Tiflisdə yaşamış və öz şeirləri ilə mətbuatda çıxış etmişdir 1945-ci ildə Cənubi Azərbaycanda başlanmış milli-azadlıq hərəkatının əsgəri kimi öz şeirləri ilə yorulmaq bilmədən irtica əleyhinə mübarizə aparmışdır. Şair "Hürriyyət pərisinə", "Əl çəkin" və başqa şerləri ilə Cənubi Azərbaycan xalqının qəlbini fəth etmişdir. Cəfər Kaşif öz şerlərində vətəninə bağlılığından, xalqına olan sevgisindən və hürriyyətdən bəhs etmişdir. Cəfər Kaşifin şerləri bu gün də oxucular maraqlanır və oxuyurlar. Baxmayaraq ki, o kəndli ailəsində dünyaya gəlmişdir lakin o hər zaman oxumağı və oxuduğu kitablardan dostlarına bəhs etməyi çox sevərdi. Kaşif 1947-ci ilin əvvəllərində Tehranda vəhşicəsinə öldürülmüşdür.
Raşid Gezal
Rachid Ghezzal (ərəb. رشيد غزال‎; 9 may 1992[…]) Super Liqa klubu Beşiktaş və Əlcəzair milli komandasında cinah müdafiəçisi kimi çıxış edən peşəkar futbolçudur. Gezal, karyerasına 2012-ci ilin oktyabrında debüt etdiyi "Lion"da başlayıb. O, bütün yarışlarda 119 oyunda iştirak edib və 13 qol vurub. 2017-ci ilin avqustunda Gezal, pulsuz transferlə Monakoya keçdi. == Klub karyerası == === Lion === 2010-cu ilin iyulunda Lion Metropoliteninin Desines Şağpyu (fr. Decines-Charpieu) şəhərində anadan olmuş Gezal Lion ilə beş illik müqavilə imzaladı.Ardıcıl iki mövsüm "Championnat National 2" də klubun ehtiyat komandası ilə çıxış etdikdən sonra, 2012–13 mövsümündən əvvəl o, menecer Remi Qarde tərəfindən böyük komandaya yüksəldi və 31 nömrəli formaya sahib oldu. Gezal böyük komandada debütünü 4 oktyabr 2012-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində İsrailin İroni Kiryat Şmona klubu ilə səfər matçında etdi. 2013–14 mövsümündə Gezal Lionda ikən ilk altı ayda belindən zədə aldı və bu, onu 10 yanvar 2014-cü ilə qədər maça çıxmamağa məcbur etdi, bu müddət ərzində Lionun 32 oyununu buraxdı. Daha sonra heyətə qayıtdı, lakin mövsümün qalan hissəsində Lion üçün heç bir çıxış etmədi; ya oyun günü heyətlərdə adı çəkilmədi, ya da ehtiyat oyunçular skamyasında adı çəkildi.
Raşid Nəjmetdinov
Raşid Hibyatoviç Nəjmetdinov (tatar. Räşit Hibät ulı Näcmetdinov, Рәшит Һибәт улы Нәҗметдинов; 15 dekabr 1912, Aqtöbe, Turqay vilayəti, Rusiya imperiyası — 3 iyun 1974, Kazan, Tatarıstan MSSR, RSFSR, SSRİ) — beynəlxalq dərəcəli şahmat idman ustası, dama üzrə idman ustası, SSRİ-nin əməkdar məşqiçisi (1962), RSFSR-in beş qat çempionu, komanda yarışması üzrə üç qat SSRİ çempionu. == Bioqrafiyası == Aqtöbe şəhərində, kasıb kəndli ailəsində anadan olmuşdur. Beş yaşında valideynlərini itirmişdir. Raşidi uzaq qohumları saxlamış anca 1921-ci ildə baş verən aclıq zamanı yetimxanaya verilmişdir. Raşidin əcdadları əslən Nijni Novqorod vilayətinin Krasnıy Ostrov kəndindən gələmələrdi. Bu kənddən bir çox tanınmış ilahiyyatçılar çıxmışdır.1922-ci ildə Rəşidin böyük qardaşı - Kavi, gələcəyin məşhur tatar yazıçısı Kavi Najmi kiçik qardaşını Kazana, öz yanına gətizdirdi. 1930-cu ildə məktəbi bitirdikdən sonra Raşid Kazan Kimya Texnologiyaları İnstitutunun tədqiqat şöbəsinə daxil oldu. Lakin çox keçmədən işləməyə məcbur oldu. 1931-33-cü illərdə Odessada yaşamış və işləmişdir.