Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bastiya
Bastiya — Korsika regionunda əsas ticarət şəhəridir. Yuxarı Korsika departamentinində yerləşir. Əhalisi 42,9 min nəfərdir (2005). Bastiya adanın ən ucqar nöqtəsi Kors burnunun sahillərində yerləşməklə, Korsikanın əsas iqtisadi mərkəzi hesab edilir. Aralıq dənizi iqlim tipinə malik olub, qışda temperatur-8°С , yayda isə 23°С olur (bəzən illik orta temperatur 15°С). İllik yağıntıların miqdarı isə illik-700 mm-dir. == Bastiyanın ətrafı == Ənənəvi olaraq yay fəslində şəhər əhalisi-şəhərdən 16 km aralıda Bastiyanın cənubuna La-Manş sahillərinə gəlirlər. Sahillər şam meşələri ilə əhatə olunub. Bura plajlarda restoranlar çoxluq təşkil edir. Ancaq demək olar ki, dəniz sahilləri çirklənmişdir.
Fratriya
Fratriya — qarşılıqlı nikah əlaqəsində olan bir neçə nəsilləri birləşdirən qəbilə bölgüsü idi. Bunlar çox vaxt bir nəslin sonrakı inkişafı nəticəsində yaranmışdı. Qəbilənin ən ilkin başlanğıcı azı iki nəslin mövcud birliyi şəklində olmuşdur. Nəslin və ya qəbilənin təsərrüfat fəaliyyəti ümumi təsərrüfat formasına – icmaya əsaslandığı üçün bunu həm də nəsli icma və ya arxaik icma adlandırırlar. Məlum olduğu kimi bütün ibtidai icma dövründə, yəni sinifsiz cəmiyyətdə əmək alətləri və istehsal vasitələri üzərində icma mülkiyyəti mövcud olmuşdur. Bu cür icmalar bir qayda olaraq qohumluq münasibətlərinə əsaslanırdı. Əmlak bərabərsizliyinin yaranması, qan qohumluğu əlaqələrinin sarsılması və ərazi əlaqələrinin yaranması nəticəsində nəsli icmalar kənd icmalarına və ya əkinçilik icmalarına çevrilirdi. Bu da öz dualizmi ilə seçilirdi. Belə ki, torpaq, otlaq və biçənəklər üzərində icma-kollektiv mülkiyyət saxlanılır, istehsal vasitələri üzərində isə ayrı-ayrı ailələrin xüsusi mülkiyyəti təşəkkül tapırdı. Deməli, ailələrin istifadə etdiyi əkin sahələri və otlaqlar icmaya məxsus idi.
Kassiya
Kassiya (lat. Cassia) - paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Latviya
Latviya (latış. Latvija‎), köhnə mənbələrdə Letoniya (liv. Leţmō) və ya Liflyandiya, rəsmi adı ilə Latviya Respublikası (latış. Latvijas Republika‎, liv. Leţmō Vabāmō) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 kv. km.-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir.
Reaksiya
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Ümumiyyətlə bu reaksiya göstərmə forması, müxalif görüşü sözlə ifadə etmə yanında o görüşü toplumsallaştırma və bir qrupla birlikdə ifadə etmə xarakteri də daşıya bilər. Bundakı məqsəd ictimaiyyət nəzdində səsini daha çox duyurabilmek və rəhbərliyə qarşı daha təsirli bir duruş sergileyebilmektir. Bu, birbaşa ifadə və təsir etmənin və aktivizmi bir yoludur.
Rossiya
Rossiya (aviaşirkət) — Rusiyada fəaliyyət göstərən aviaşirkət. "Rossiya" açıq sənədli filmlər festivalı — Rusiyada hər il keçirilən kino festivalı.
Traksiya
Traksiya və ya Dartma — sınıqlarda və onurğa sütünü xəstəliklərində istifadə olunan ortopedik metod. Onurğanın traksiyası əzələ kontrakturalarını azaldır, sinir sıxılmaları zamanı dekompressiya törədir, fəqərəarası diskin daxili təzyiqini azaldır . Traksion müalicə ortoped-travmatoloji və nevroloji profilli xəstələrin reablitasiyasında fəqərəarası disk fraqmentlərinin protruziyasının azaldılması, fəqərəarası diskin yerdəyişməsi zamanı, onurğada əyrilik olduqda, bir çox reflektor pozulmalarda istifadə olunur .
Aksiya
Aksiya (alm. Aktion; Handlung‎; fr. Action; ing. Action; activity; ərəb. فؼم‎) – hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, insanın hər hansı bir xarici səbəblə deyil, birbaşa istəkdən qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya kəlməsi müasir sosioloji anlam kimi daha geniş mənalarda işlənməkdədir. İnsanların toplaşaraq hər hansı bir məkanda planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada da işlədilir.
Fasiya
Fasiya anlayışını geoloji ədəbiyyata ilk dəfə İsveçrə alimi Qressli daxil etmişdir. O, 1846-cı ildə İsveçrənin Yura dağları yamacı boyunca geoloji tədqiqat apararkən eyni yaşlı çöküntülərin öz litoloji tərkiblərini kəskin dəyişdiklərini müşahidə etmişdir. Daha sonra Qressli Portland çöküntülərində müəyyənləşdirdiyi onurğasızların asossasiyası Aralıq dənizinin müasir çöküntülərində də müşahidə etmişdir. O, həmin tədqiqatlara əsaslanıb eyni yaşlı suxurların sahə boyunca dəyişməsini "eyni horizontun petroqrafik modifikasiyası" adlandırmış, sonra bu anlayışı yığcam şəkildə ifadə edərək, "fasiya" sözü ilə əvəz etmişdi. Latınca Fasiya (facies) üz deməkdir. "Fasiya" – eyni stratiqrafik, intervalda olan, lakin fiziki- coğrafi əmələgəlmə şəraitlərinə və tərkiblərinə görə bir- birindən ayrılan çöküntü kompleksinə deyilir. Geoloji ədəbiyyatda fasiyanın aşağıdakı növlərinə, modifikasiyalarına rast gəlinir: 1. Litofasiya 2. ümumi geoloji fasiya 3. Mineroloji fasiya 4.
Retiya
Retiya (Retsiya; lat. Raetia, romanş Rhaetia) — İtalyan yeparxiyasının bir hissəsi olan Roma İmperatorluğunun Tuna əyalətlərinin ən qərbində diotsez. Şərqdə Norik və Veneti ölkəsi, cənubda Transpadan Qaul, qərbdə Helvetiya və şimalda Almaniya ilə həmsərhəd idi. Buraya indiki Baden, Vurttemberq və Bavariyanın cənub hissələri, İsveçrənin şimal-şərq və şərq hissələri, Tirol və Lombardiyanın bir hissəsi daxil idi. == Ədəbiyyat == Retiya // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Asiya
Asiya – Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) — 10,5 min km, qərbdən şərqə — 12,5 min km məsafədə uzanır. sahəsi 43,4 mln kv. km-dir. Əhalisinin sayı təxminən 4.3 mlrd nəfər təşkil edir. Onlardan 52,1 % kişilər, 47,9 %-ni qadınlardır. Şəhər-kənd əhalisinin nisbəti 37,6:62,4-ə olan kimidir. Əhalinin hər kv.km-də orta sıxlığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda-6742 nəfərə çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv.km-də 1,72 nəfərdir.
2S3 Akatsiya
2S3 Akatsiya və ya digər adıyla SO-152 1968-ci ildə SSRİ tərəfindən istehsal olunmuş 152.4 mm-lik özüyeriyən artilleriya qurğusu. ABŞ istehsalı 155 mm-lik M109 haubitsasına cavab olaraq hazırlanmışdır. SO-152-nin istehsalı 1968-ci ildə tamamlanmış, 1971-ci ildə isə silahlanmaya qəbul olunmuşdur. Sonradan bu döyüş texnikası GRAU tərəfindən 2S3 adlandırıldı. == Döyüş keçmişi == 2S3 Akatsiya Sovet ordusunun Əfqanıstan müharibəsində çox yaxşı təsir bağışladı və bu müharibədən sonra ən məşhur özüyeriyən artilleriya qurğularından biri hesab olunurdu. Həmçinin, 2S3-lər hər iki Çeçen müharibəsi daxil keçmiş SSRİ ərazisində baş verən bir çox münaqişələrdə kifayət qədər uğurlu şəkildə istifadə olunmuşdur. Bu haubitsanın istifadə olunduğu digər müharibələr aşağıdakılardır: İran-İraq müharibəsi (1980-1988) Körfəz müharibəsi (1991) Birinci çeçen müharibəsi (1994-1996) Rusiya-Gürcüstan müharibəsi (2008) Liviya vətəndaş müharibəsi (2011) Suriya vətəndaş müharibəsi (2011-davam edir) Donbass müharibəsi (2014-davam edir) == Əlavə məlumatlar == Əsas silahı: 152 mm-lik“2A3” yivli topu. Kalibri: 152 mm Qüllənin qalxma bucağı: -4...+60° Üfüqi tuşlama bucağı: 360° Mərmi ağırlığı: 27.67 – 50.8 kq Mərminin çıxış sürəti: 680 metr/saniyə Atəş tezliyi: 6 atəş/dəqiqə Atəş məsafəsi: 24 km Sursat sayı: 46 ədəd Köməkçi silahı: 7.62 mm-lik “PKT” pulemyotu Kalibri: 7.62 mm Mərmi: 7.62x54 mm Atəş tezliyi: 750-800 atəş/dəqiqə Güllənin başlanğıc sürəti: 855 metr/saniyə Atəş məsafəsi: 1.5 km Maksimal atəş məsafəsi: 4 km Sursat sayı: 1500 ədəd Uzunluğu: 6.97 metr Qüllə daxil olmaqla: 7.76 metr Qüllənin uzunluğu: 5.19 metr Klirens: 0.45 metr Zireh qalınlığı: 30 mm-lik yayılmış polad Zəminə təzyiq: 0.6kq/sm² Dalış dərinliyi: 1 metr Xəndək keçmə: 3 metr Divar dağıtmaq: 0.7 metr Qalxma dərəcəsi: 30° Motor: V-59U dizel At gücü: 520 Maksimal sürəti: 63 kilometr/saat Yanacaq tutumu: 830 litr Mənzili: 500 kilometr Dayandırılması: Hidravlik amortizatorlar və müstəqil burulma bar. Variantları: 2S3 (SO-152) 2S3M (SO-152 M) 2S3M1 (SO-152 M1) 2S3M2 (SO-152 M2) 2S3M2 -155 2S3M3 == İstifadəçiləri == Əlcəzair: 40 Anqola: 48 Azərbaycan : İlk dəfə 2008-ci il hərbi paradında nümayiş olunmuşdur. Ermənistan: 28 Belarus: 168 Gürcüstan: 32 Macarıstan: 18 Qazaxıstan: 150 Rusiya: 931 ədədi hazırda xidmətini davam etdirir, 1600 ədədi ehtiyatda saxlanılır.
Adam Qarsiya
Adam Garcia (ing. Adam Garcia; Wahroonga, New South Wales) — ABŞ aktyoru.
Alfred Qarsiya
Alfred Qarsiya Kastiyo (isp. Alfred García Castillo; d. 14 mart 1997, El-Prat-de-Yobreqat, Kataloniya, İspaniya) — İspaniya müğənnisi. O, Amaya Romero ilə duet şəklində ifa etdiyi "Tu canción" mahnısı ilə İspaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Alfred Qarsiya 14 mart 1997-ci ildə İspaniyanın Kataloniya muxtar vilayətində yerləşən El-Prat-de-Yobreqat şəhərində anadan olmuşdur. O, yeddi yaşından vokal və trombon dərsləri almağa başlamışdır. Qarsiya eyni zamanda gitara, təbil və sintezorda da ifa edə bilir. O, Unió Filharmònica del Prat musiqi filarmoniyasında musiqi təhsili almışdır. Qarsiya audiovizual kommunikasiya ixtisası üzrə təhsil alır. O, eyni zamanda Barselonada yerləşən Taller de Músics musiqi məktəbində caz və müasir musiqi ixtisasları üzrə təhsilinin üçüncü ilindədir.
Anisley Qarsiya
Anisley Navarro Qarsiya (19 yanvar 2002) — Kubalı suya tullanan. Anisley Qarsiya Kubanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Anisley Qarsiya birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 213.25 xal toplayaraq 22-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Bastiya (rayon)
Bastiya (fr. Bastia) — Fransanın Korsika regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Korsika . Prefektura — Bastiya. Rayonun əhalisi 2006-cı ildə 105 917 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 77 nəf./ km². Rayon sahəsi — 1382 km².
Bastiya limanı
Bastiya — Korsika regionunda əsas ticarət şəhəridir. Yuxarı Korsika departamentinində yerləşir. Əhalisi 42,9 min nəfərdir (2005). Bastiya adanın ən ucqar nöqtəsi Kors burnunun sahillərində yerləşməklə, Korsikanın əsas iqtisadi mərkəzi hesab edilir. Aralıq dənizi iqlim tipinə malik olub, qışda temperatur-8°С , yayda isə 23°С olur (bəzən illik orta temperatur 15°С). İllik yağıntıların miqdarı isə illik-700 mm-dir. == Bastiyanın ətrafı == Ənənəvi olaraq yay fəslində şəhər əhalisi-şəhərdən 16 km aralıda Bastiyanın cənubuna La-Manş sahillərinə gəlirlər. Sahillər şam meşələri ilə əhatə olunub. Bura plajlarda restoranlar çoxluq təşkil edir. Ancaq demək olar ki, dəniz sahilləri çirklənmişdir.
Borucuqlu kassiya
Borucuqlu kassiya (lat. Cassia fistula) – kassiya cinsinə aid bitki növü. == Sinonimlər == Bactyrilobium fistula' Willd. Cassia bonplandiana DC. Cassia excelsa KunthCassia excelsa Schrad. is a synonym of Senna spectabilis var. excelsaCassia fistuloides Collad. Cassia rhombifolia Roxb. Cathartocarpus excelsus G. Don Cathartocarpus fistula Pers.
Cared Qarsiya
Cared Qarsiya (6 dekabr 1992) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Cared Qarsiya ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Cared Qarsiya 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.875 saniyəlik nəticəsi ilə 9-cu yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 31.644 saniyəlik nəticəsi ilə 8-ci yeri tutdu.
Danna Qarsiya
Danna María García Osuna (4 fevral 1978, Medellin) — Kolumbiya'lı aktrisa və müğənni.
Ensizyarpaq kassiya
Senna alexandrina (lat. Senna alexandrina) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü. == Təbii yayılması == Sudanda yayılmışdır. == Botaniki təsviri == Yerə sərilən yarımkoldur. Hündürlüyü 1,5 m-ə qədərdir. Gövdəsi düz, çoxlu budaqlara şaxələnir. Yarpaqları növbəli, cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları enli neştərvari, ucu şiş, göyümtül-yaşıl, üzəri tüksüz və ya zəif tüklü, kənarları bütövdür. Çiçəkləri iri, salxımşəkilli çiçək qruplarına yığılmışdır. Ləçəkləri sarı, kasayarpaqları 5, erkəkcikləri 10-dur.
Fransiya Markes
Fransiya Markes (isp. Francia Elena Márquez Mina) — Kolumbiyada insan haqları və ətraf mühit üzrə afro-kolumbiyalı fəal. 2019-cu ildə BBC Fransiya Markesi həmin il üçün 100 Qadın siyahısına daxil edir. == Bioqrafiyası == Əsasən Afrika əsilli əhalisi olan Kauka departamentinin şimalındakı Suares bələdiyyəsinə aid Yolombo kəndində anadan olub. O, 13 yaşında bənd tikintisi onun icmasını təhdid edəndə fəal olUR. Santiaqo de Cali Universitetində hüquq təhsili almır. İki uşağın anası olan Fransiya Markes çoxmillətli korporasiyalar tərəfindən hüquqlarına və torpaqlarına edilən hücumlara qarşı La Tomenin Afro-Kolumbiyalı icmasının mübarizəsində liderə çevrilir. 2009-cu ildə onun iştirakı ilə başlayan müqavimət prosesi yerli sakinlərin bu ərazidən zorla çıxarılmasının qarşısını alıb. 2013-cü ildə o, 12 dekabr 2016-cı ilə qədər üzvü olduğu La Toma İcma Şurasının üzvü olur. Kolumbiyada sülh prosesinə qatılan, hökumətin Kubadakı Kolumbiya İnqilabçı Silahlı Qüvvələri qrupu ilə danışıqlarına dəvət edilir. Həm də geniş şəkildə feminist aktivist kimi tanınır.
Hafsiya Herzi
Hafsiya Herzi (fr. Hafsia Herzi; 25 yanvar 1987, Manosk) —Tunis-Əlcəzair əsilli Fransa aktrisası. == Həyatı == Hafsiya Herzi 25 yanvar 1987-ci ildə Fransanın Manosk şəhərində anadan olub. O, 13 yaşında Notes sur le rire telefilmində rol alıb. Getdikcə püxtələşən Hafsiya Herzi Plus belle la vie и Sous le soleil filmlərində çəkilib. Hafsiya Herzi 2005-ci ildə Əbdüllətif Keşişin Kus-kus və barabulka filmində Rum roluna dəvət alıb.
Karina Qarsiya
Karina Qarsiya (3 yanvar 1984) — Boliviyalı atıcı. Karina Qarsiya Boliviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karina Qarsiya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 405.6 xal toplayaraq 44-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.