Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sigur Rós
Sigur Ros — İslandiya post-rok qrupudur. Qrupun əsas xüsusiyyəti post-rock janrının ən öncül qruplarından olmasıdır. Qrupun adı vokalist Jon Birgissonun bacısı, qrupun qurulduğu gün anadan olan Sigurros'dan götürülüb. Maraqlıdır ki, qrup üzvlərindən sadəcə Kjartan Sveinsson musiqi təhsili alıb. Qrup ilk albomu olan "Von"u (tərcüməsi: Ümid) 1997-ci ildə yayımladı. Sonrakı il isə onun remiks albomu olan "Von brigði" gəldi. 1999-cu ildə ilk beynəlxalq çıxışı edən qrup iki il ərzində bu albom sayəsində çox məşhur oldu. Albomun adının mənası "Yaxşı Başlanğıc" deməkdir. "Ágætis byrjun" albomundan bir çox film qrupun musiqilərindən istifadə etməyə başladı. 2001-ci ildə qrup İslandiyalı balıqçı Steindór Andersen ilə Rímur EP'ini yayımladı.
Bos gour
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
İgor Cukrov
İqor Sukrov (6 iyun 1984, Şibenik) — Xorvatiya müğənnisi. İqor Sukrov 6 iyun 1984-cü ildə Yuqoslaviyada anadan olmuşdur. Zaqrebdə İlahiyyət Fakültəsində təhsil alır. Andrea Susnjara ilə birlikdə Xorvatiyanı 2009 Avroviziya Mahnı Müsabiqəsində “Lijepa Tena” (Azərbaycanca:“Gözəl Tena”) mahnısı ilə təmsil etmişdir. Yarımfinalda ilk onluğa daxil ola bilməsə də münsiflərin seçimi ilə finala keçmişdir. Finalda isə 45 xalla 18–ci olmuşdur.
Jiqor
Jiqor (fr. Gigors, oks. Gigòrds) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Tyurye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04093. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 32 yaşda (15-64 yaş arasında) 22 nəfər iqtisadi fəal, 10 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 61.5%). 22 fəal şəxsdən 20 nəfəri (11 kişi və 9 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Siqor
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Antuan Riqodo
Antuan Pocer Riqodo (fransiz dilində: Antoine Roger Rigaudeau; 17 dekabr 1971-ci ildə anadan olmuşdur) ― peşəkar fransız basketbol oyunçusu. 2015-ci ildə FİBA şərəf zalı siyahısına daxil edilmişdir.. == Peşəkarlıq karyerası == Antuan Riqodo Fransanın Şole (basketbol klubu) (1987—1995), PO-Ortez (basketbol klubu) (1995—1997), Virtus (basketbol klubu, Bolonya) (1997—2003), Dallas Maveriks (basketbol klubu, ABŞ) (2003), Valensiya (basketbol klubu, İspaniya) (2003—2005) komandalarında çıxış etmişdir. O, 1997-1998-ci il və 2000-2001-ci il mövsümlərində Virtus (basketbol klubu, Bolonya) komandasının tərkibində Avroliqa çempionu olmuşdur. Antuan Riqodo, həmçinin 2002-2003-cü il mövsümündə Dallas Maveriks komandasının tərkibində Milli Basketbol Assosiasiyasında NBA-da çıxış etmişdir. == Fransa yığması == 2001-ci ildə hələ basketbol üzrə Avropa çempionatına qədər Antuan Riqodo Basketbol üzrə kişilərdən ibarət Fransa yığma komandasının tərkibində 127 oyun keçirdikdən sonra beynəlxalq basketbol oyunlarından uzaqlaşmışdır, lakin 2005-ci ildə o, basketbol üzrə Avropa çempionatına qayıtmağı qərara almış, bürüc medal qazanmış, turnir qurtardıqdan sonra yenidən idmandan getmişdir. == Məşqçilik fəaliyyəti == Antuan Riqodo 2015-ci ildən Paris-Levallua basketbol komandasının məşqçisidir.
Böyük Qriqor
Qriqor (doğum və ölüm tarixləri bilinmir) – X əsrdə hakimiyyətdə olmuş Xaçın knyazı. Saak Sevadanın oğlu, Hovannes Sənəkərimin qardaşıdır. Erməni hökmdarı II Aşot tərəfindən əsir alınmış və gözləri çıxardılmışdı. Bioqrafik məlumatları saxlanmamışdır.
II Qriqor
II Qriqor Sənəkərim (doğum tarixi bilinmir - 1166) — 1096 - 1103 və ya 1105 – ci ildən 1166 - cı ilə kimi hakimiyyətdə olmuş Sünik knyazı. == Bioqrafiya == II Qriqor taxtda atası Sənəkərimi əvəz etmişdi. Onun hakimiyyəti əsasən Cənubi Sünik ərazisini – Balk havarını (Qafan) əhatə edirdi. Onun hakimiyyəti dövründə Sünik knyazlığı xeyli zəifləmiş, Gəncədəki Səlcuqlu əmiri bir neçə Sünik qalasını ələ keçirmişdi. Kişi varisi olmadığına görə, (qardaşı 1166-cı ildə Səlcuqlu əmiri ilə döyüşdə öldürülmüşdü) ölümündən sonra taxta qızı Kət və Xaçın zadəganlarından olan Vaxtanq-Həsənin oğlu Həsən Hərəkərəçi keçmişdi.
I Qriqor
I Qriqor Aşotyan (doğum tarixi naməlum — 1072 və ya 1084) – Sünik knyazlığının 1044/51 – 1072/84 – cü illərdə hakimiyyətdə olmuş dördüncü knyazı. == Bioqrafiya == I Qriqor taxtda qardaşı II Smbatı əvəz etmiş, Loru hakimi ilə münasibətləri gücləndirmişdi. 1046 – cı ildə Sünik knyazı I Qriqor və Loru hakimi Torpaqsız Davidin orduları öz ərazilərini genişləndirməyə çalışan Şəddadilər sülaləsindən olan Dəbil hakimi Əbüləsvara qarşı döyüşmüşlər. Səlcuqluların Cənubi Qafqaza yürüşü zamanı I Qriqor Sünikin bütün hərbi qüvvəsini öz idarəsi altında birləşdirmişdi. Lakin Alp Arslanın ordusu ilə müqayisədə zəif orduya malik olduğunu görən I Qriqor Süniki dağıntılardan xilas etmək üçün Səlcuqlulardan vassal asılılığını qəbul etməyə məcbur oldu. Varisi olmadığına görə I Qriqordan sonra taxta Xaçın zadəgan sülalələrindən olan arvadının böyük qardaşı Sənəkərim keçmişdi.
Qriqor Antipa
Qriqor Antipa (27 noyabr 1867 – 9 mart 1944, Buxarest) — rumıniyalı Darvinist bioloq, zooloq, hidrobioloq, okeanoloq, limnoloq. Rumıniyada hidrobioloji və ixtiologiya məktəbinin qurucusu. Dunay Deltasının və Qara dənizin faunasını araşdırmışdır. Buxarest Təbiət Muzeyinin direktoru (1892-1944) və Rumıniya Akademiyasının üzvü (1910) olmuşdur. Botoşani'də bir vəkil ailəsində anadan olmuşdur. Valideynlərini Erkən itirmiş və xalası onun tərbiyəsi ilə məşğul olmuşdu. Böyük qardaşı Nikolasın köməkliyi ilə təqaüd aldı və Almaniyada Yena Universitetində təhsil almağa başladı. Məzuniyyətdən sonra Fransa, İtaliya, Kapri şəhərində tədqiqat aparıb, o, balıq və dəniz anası quruluşunu öyrənmişdir. 1892-ci ildə zoologiya kafedrasına başçılıq edir və sonra Buxarest Təbiət Tarixi Muzeyinin direktoru vəzifəsinə keçdi. Bu vəzifədə, həyatının sonuna qədər işləmişdir.
Qriqor Artsruni
Qriqor Artsruni (erm. Գրիգոր Արծրունի; 27 fevral (11 mart) 1845, Moskva – 19 (31) dekabr 1892, Tiflis) — erməni liberal-burjua publisisti, "Mşak" qəzetinin naşiri və redaktoru. O, Andrey Artsruninin qardaşı olmuşdur. Qriqor Artsruni 27 fevral 1845-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, latın, alman, fransız, rus və erməni dillərini öyrənmişdir. Artsruni 1863-cü ildə Birinci Tiflis Kişi Gimnaziyasında kurs bitirmiş, sonra Moskva və Sankt-Peterburq Universitetlərində təhsil almışdır. O, ardınca Heydelberq Universitetinə daxil olmuş, burada siyasi və iqtisadi elmlər üzrə təhsil almışdır. Artsruni 1869-cu ildə elmlər namizədi alimlik dərəcəsi aldıqdan sonra Tiflis şəhərinə qayıtmışdır. Qriqor Artsruni ədəbi fəaliyyətinə "Meğu hayastani" ("Ermənistan arısı") və "Haykakan aşxar" ("Erməni dünyası") qəzetlərində başlamış, sonra 1872-ci ildə "Mşak" ("Əməkçi") qəzetini təsis etmişdir. Qəzetin ilk əməkdaşlarından biri yazıçı Perç Proşyan olmuşdur.
Qriqor Hammam
Qriqor Hammam – IV Xaçın knyazı, Albaniya knyazı, alim, yazıçı. Atrnersehin oğlu idi. Nə vaxt doğulduğu haqda məlumat yoxdur. Arranın böyük bir hissəsini özünə tabe edən Qriqor, özündən əvvəlki Xaçın knyazlarından fərqli olaraq Kambisenanı da idarə etmişdi. O, qısa müddətə olsa da,"ləğv edilmiş Alban dövlətini bərpa etmişdi." Moisey Kalankatlı onun haqqında yazır: "Bundan sonra mömin knyaz Hammam tənəzzül etmiş Alban knyazlığını bərpa etdi, necə ki, Aşot Baqratuni bunu Ermənistanda etmişdi. Bu iki hadisə eyni vaxtda olmuşdu. Həmin Hammam bu həyatin faniliyi eşqinə öz qardaşının qanının tökülməsinin banisi idi və Allaha qarşı olan öz böyük günahlarını yumaq üçün kilsələr tikdirdi, bütün kasıb və ehtiyacı olanlar üçün böyük işlər gördü." 893-cü ildə Qriqor Hammam Sacilər sülaləsindən olan Azərbaycan əmiri Məhəmməd ibn Əbu Sac tərəfindən tutulmuş erməni katolikosu II Georqu böyük məbləğ qarşılığında azad edərək Ermənistana göndərmişdi. Qriqor Hammam eyni zamanda "Suallar və Cavablar" (856–865) traktatının müəllifidir. Onun bir neçə dini-liturgiya xarakterli şeirləri də dövrümüzə çatmışdır. O, Frakiyalı Dionisiyanın qrammatikasının tərcüməsinin və bir neçə başqa əsərin müəllifidir.
Qriqor Magistros
Qriqor Magistros (erm. Գրիգոր Մագիստրոս; təq. 990, Bjni – 1058) — erməni alimi və yazıçısı. Zadəgan Pahlavuni ailəsinin üzvü olan Magistros Pakraduni, Bizans və son olaraq Kilikiya saraylarında mühüm rol oynamışdır.
Qriqor Narekatsi
Qriqor Narekatsi (erm. Գրիգոր Նարեկացի; 951 – 1003) — erməni mistik və lirik şair, rahib və ilahiyyatçı. O, Erməni Apostol və Katolik Kilsələrində müqəddəs kimi hörmət edilir və 2015-ci ildə Papa Fransisk tərəfindən Kilsənin Doktoru elan edilib.
Qriqor Nazianzen
Qriqór Nazianzén (yun. Γρηγόριος Ναζιανζηνός) və ya İlahiyyatçı Qriqor (329 və ya 330 – 25 yanvar 389 və ya 390) — xristian ilahiyyatçısı, kilsə müqəddəsi, Konstantinopol arxiyepiskopu, Kappadokiya kilsə atalarından biri. 329-cu ildə Roma İmperiyasının Arianzum şəhərində (indiki Türkiyənin Niğde şəhərinin yaxınlığında) doğulmuşdur. Onun atası Nazianz şəhərinin yepiskopu Qriqor, anası isə Müqəddəs Nonna olmuşdur. O, Kapadokiya Qeysəriyyəsi (indiki Türkiyənin Kayseri şəhəri) və Fələstin Qeysəriyyəsi (indiki İsrailin Qeysəriyyə şəhəri) şəhərlərində təhsil aldıqdan sonra İsgəndəriyyədə biliklərini təkmilləşdirmiş, oradan isə elm dalınca Afinaya getmişdir. Əsərlərində neoplatonizm təsiri duyulan ilahiyyatçı burada antik filosoflar, o cümlədən Platon və Aristotelin yaradıcılığı ilə yaxından tanış olmuşdur. Sonralar Kapadokiya Qeysəriyyəsinin arxiyepiskopu olmuş ilahiyyatçı Müqəddəs Vasili və məşhur imperator Mürtəd Yulian (xristianlığı tərk etdiyi üçün "Mürtəd" ləqəbi almışdır) onunla birlikdə Afinada təhsil almışlar. Vasili 371-ci ildə Kapadokiya Qeysəriyyəsinə arxiyepiskop təyin olunduqdan sonra Qriqor kiçik Sasim şəhərinin yepiskopluğunu təklif etmişdir. Təklifi qəbul edən ilahiyyatçı bir müddət burada fəaliyyət göstərdikdən sonra yenidən doğma şəhərinə qayırmış, ancaq burada da rahatlıq tapmayıb üç il səhrada yaşamışdır. Qriqor Basilə yazdığı məktublarında həmkarını arianlarla (kilsədən uzaqlaşdırılmış Ariusun rəhbərlik etdiyi heretik sayılmış xristian cərəyanı) apardığı mübarizəyə onu da qoşmağa çalışmasına görə tənqid etmişdir: "Sən məni tənbəllikdə qınayırsan ki, yepiskop olmaq istəmədim və sizinlə bərabər sümük üstündə çarpışan köpəklər kimi çarpışmadım.
Varaz Qriqor
Varaz Qriqor — Mehranilər sülaləsindən ilk Qafqaz Albaniyası çarı. Girdman knyazı II Vardın oğlu idi. Bizans imperatoru İraklinin Qafqaza yürüşü zamanı xristianlığı qəbul etmişdi və onun tərəfindən Qafqaz Albaniyası hökmdarı olaraq bərpa edilmişdi. Varaz Qriqor bundan əvvəl Girdman knyazı idi. Babalarından biri olan knyaz I Varsken Sasanilər dövründə Albaniya mərzbanı təyin olunmuşdu. Varaz Qriqorun Albaniya çarı olmazdan əvvəl yaşadığı həyatı bilinmir. Onun dövründə ərəblərin İranı işğalı başlamışdı və şahın bütün vassalları kimi Varaz Qriqor da öz ordusunu köməyə göndərmişdi. İran müharibələrindən sonra Varaz Qriqorun müstəqil olmaq istəyi ilə barışa bilməyən III Yezdəgird onu həbs etdirdi və Albaniyada mərzban hakimiyyətini geri gətirmək istədi. Ölüm tarixi məlum deyil və Cavanşirin elə onun sağlığında taxta çıxdığı güman edilir. Varaz Qriqor şahzadə Huriduxt ilə evlənmişdi.
Çığmur (Miyanə)
Çığmur (fars. چخمور‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 206 nəfər yaşayır (36 ailə). Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 33 km cənub-qərbdədir.
Qriqor Nazianzin
Qriqór Nazianzén (yun. Γρηγόριος Ναζιανζηνός) və ya İlahiyyatçı Qriqor (329 və ya 330 – 25 yanvar 389 və ya 390) — xristian ilahiyyatçısı, kilsə müqəddəsi, Konstantinopol arxiyepiskopu, Kappadokiya kilsə atalarından biri. 329-cu ildə Roma İmperiyasının Arianzum şəhərində (indiki Türkiyənin Niğde şəhərinin yaxınlığında) doğulmuşdur. Onun atası Nazianz şəhərinin yepiskopu Qriqor, anası isə Müqəddəs Nonna olmuşdur. O, Kapadokiya Qeysəriyyəsi (indiki Türkiyənin Kayseri şəhəri) və Fələstin Qeysəriyyəsi (indiki İsrailin Qeysəriyyə şəhəri) şəhərlərində təhsil aldıqdan sonra İsgəndəriyyədə biliklərini təkmilləşdirmiş, oradan isə elm dalınca Afinaya getmişdir. Əsərlərində neoplatonizm təsiri duyulan ilahiyyatçı burada antik filosoflar, o cümlədən Platon və Aristotelin yaradıcılığı ilə yaxından tanış olmuşdur. Sonralar Kapadokiya Qeysəriyyəsinin arxiyepiskopu olmuş ilahiyyatçı Müqəddəs Vasili və məşhur imperator Mürtəd Yulian (xristianlığı tərk etdiyi üçün "Mürtəd" ləqəbi almışdır) onunla birlikdə Afinada təhsil almışlar. Vasili 371-ci ildə Kapadokiya Qeysəriyyəsinə arxiyepiskop təyin olunduqdan sonra Qriqor kiçik Sasim şəhərinin yepiskopluğunu təklif etmişdir. Təklifi qəbul edən ilahiyyatçı bir müddət burada fəaliyyət göstərdikdən sonra yenidən doğma şəhərinə qayırmış, ancaq burada da rahatlıq tapmayıb üç il səhrada yaşamışdır. Qriqor Basilə yazdığı məktublarında həmkarını arianlarla (kilsədən uzaqlaşdırılmış Ariusun rəhbərlik etdiyi heretik sayılmış xristian cərəyanı) apardığı mübarizəyə onu da qoşmağa çalışmasına görə tənqid etmişdir: "Sən məni tənbəllikdə qınayırsan ki, yepiskop olmaq istəmədim və sizinlə bərabər sümük üstündə çarpışan köpəklər kimi çarpışmadım.
Qriqor Otyan
Qriqor Otyan (erm. Գրիգոր Օտեան, 9 (21) dekabr 1834, Konstantinopol, Osmanlı imperiyası – 6 (18) avqust 1887, Parisin 16-cı dairəsi[d]) — Osmanlı ermənisi hüquqşünas, siyasətçi və yazıçı. O, erməni milli konstitusiyasının və 1876-cı il Osmanlı konstitusiyasının yaradılmasında əsas fiqur olmuşdur. Otyan erməni dramaturqu və yazıçısı Ervand Otyanın əmisi idi.
Qriqor Maraşetsi
Qriqor Maraşetsi (erm. Գրիգոր Մարաշեցի; XII əsr və ya bilinmir, Qəhrəmanmaraş – XII əsr və ya bilinmir, Qəhrəmanmaraş, Zәngilәr dövlәti) — XII əsr erməni şairi. Qriqor Maraşetsi Maraşdan çox da uzaq olmayan Gesvants monastırında yaşayıb işləyirdi. Maraşetsi Kilikiya ədəbi məktəbinin nümayəndəsi idi. Ən məşhur əsəri "Mərsiyələr"dir (1149, erm. «Ողբ» или «Վայ գիրք»). Bu əsər 1149-cu ildə Maraşın sultan Məsud tərəfindən alınmasına həsr edilmişdir. Qriqor Maraşetsinin daha beş şeiri indiki dövr gəlib çatmışdır – "Dua" (erm. «Աղօթքը»), "Tövbələr toplusu" (erm. «Մեղաների շարք»), həmçinin Müqəddəs Məryəmə həsr olunmuş üç panegirik.
Igor
Igor — amerikalı repçi Tyler, the Creator-un beşinci studiya albomu. 17 may 2019-cu ildə Columbia Records tərəfindən buraxılıb.
İqor
İqor — ad. İqor Ametov — texnika elmləri doktoru, professor. İqor Burqanov — Rusiyanın Əməkdar rəssamı, professor. İqor Qorbenko — Ukraynanı təmsil edən yüngül atlet. İqor Yusufov — rus dövlət xadimi, biznesmen.
Diqor elçəsi
Diqor — Qars ilinin ilçəsi.
Diqor ilçəsi
Diqor — Qars ilinin ilçəsi.
II Qriqor Dop
II Qriqor (doğum tarixi bilinmir – 1331) – 1287 – ci ildən hakimiyyətdə olmuş Xaçın knyazı. II Qriqorun hakimiyyəti əsasən Yuxarı Xaçın ərazisini əhatə etmişdi. Tərsaiç Orbeli və Həsən Cəlalın qızı Minaxatunun qızı olan Aspa xatunla evlənmişdi. Mənbələrdə II Qriqor “Kiçik Sünikin, Xandaberd, Akna, yüksək Qeqam dağlarının Sotkdan Şoxaqa qədər ərazilərin hakimi” adlanıdırılır. II Qriqordan sonra Yuxarı Xaçında haökmdar hakimiyyəti ləğv edilmiş və Yuxarı xaçın Həsən Cəlalyanlar sülaləsinin idarə etdiyi Aşağı Xaçına birləşdirilmişdir.
II Qriqor Supan
II Qriqor Supan — 859–912/913-cü illərdə (və ya 910) hakimiyyətdə olmuş Qeqarqunik hakimi. == Bioqrafiyası == Sünik sülaləsinin Qeqarqunik Haykazunları nəskindən olan II Qriqor Supan Vasak Qabur və şahzadə Məryəm Baqratuninin böyük oğludur. 895–906-cı illərdə Tatev monastırının inşasında Aşot Süniyə yardım etmişdir. Monastır kilsəsinin şimal fasadında digər sifarişçilərlə birgə II Qriqor Supanın da heykəli vardır. II Qriqor eyni zamanda Göyçə gölü sahilindəki Kotavəng kilsəsi və Makenatots kilsəsini də inşa etdirmişdir. II Qriqor Supan Sacilər sülaləsindən olan Azərbaycan əmiri Yusif ibn Əbu-Sac tərəfindən döyüşdə öldürülmüşdür. Varisi, oğlu Aşotdur. "Tanrının erməni ölkəsinə sakitlik və əminamanlıq bəxş etdiyi günlərdə, nahararlar təhlükəsizlikdən əmin olmaq üçün tikinti işlərinə başladılar, monastırların və şəhərlərin ətrafında möhkəm qalalar, keçilməz səddlər inşa etdirdilər.
I Qriqor Dop
I Qriqor Dop, Qriqor Xaçınlı (bilinmir – 1387) – XIII əsrdə Xaçın knyazı. Hakimiyyətinə Yuxarı Xaçın ərazisi daxil idi. I Həsən və Dəfnə xatunun övladı olmuşdur. Həsən Cəlalın xalası oğludur. I Qriqor Dop oğlu Saak Sevada ilə birgə monqol sərkərdəsi Baycu noyonun Mesopatamiya səfərində (1242–1243) iştirak etmişdir. Özündən sonra hakimiyyətə oğlu Həsən gəlmişdir. Digər oğlu Hovannes isə monax həyatını seçərək monastırda qulluğa başlamışdır. I Qriqor Dopun adı ilk dəfə 1220-ci ildə Hədəvəng monastırının kitabələrindən birində xatırlanır. Onun adından yazılmış və monqolların İran, Ermənistan və Xaçını ələ keçirməsi ilə başa çatan kiçik bir "Xronoqrafiya " dövrümüzə çatmışdır.