Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ritm
Ritm (lat. rhythmus, q.yun. ῥυθμός, q.yun. ῥέω, mənası: ahəng, uyğunluq)— eyni bir hadisənin müxtəlif tərkib hissələrinin müəyyən bir zaman çərçivəsində ahəngdar şəkildə, təkrarlanmasıdır. Başqa sözlə, sözün və ya səsin proporsional şəkildə təkrarlanmalıdır. Ədəbiyyatda ritm – sənət əsərlərində ortaq ölçülü müxtəlif ünsürlərin ardıcıl uzlaşması, obyektiv aləmin ritmik proseslərinin əsərdə əks etdirilməsi. Şerdə ritm – sistematik və ölçülü təkrarlar, öz aralarında uyğun şəkildə səslənən nitiq vahidləri, antik şeirdə uzun və qısa hecaların misra daxilində eyni şəkildə təkrarı, sillabotonik şeirdə vurğulu və vurğusuz hecaların ahəngdar növbələşməsi və s. Belə ahəngdarlıq şeir dilinə xüsusi bir ölçü verir. Ritm hələ qədim zamanlarda insanlar arasında birlikdə görülən iş prosesində özünü göstərmişdir. Qədim insan işin ahəngini sahmana salmaq, onu tez, asan görmək üçün eyni sözlərin, səs və hərəkətlərin təkrarından istifadə etmişlər.
Ritm tezliyi
Ürək yığılmasının tezliyi (ritm tezliyi də adlanır) — vahid zamanda ürək sistolarının sayını ölçməklə əldə edilən fiziki kəmiyyətdir. Ənənəvi olaraq vahidlərlə ölçülür: "dəqiqədəki döyüntü " (döy / dəq), baxmayaraq ki, Sİ-nin qaydalarına uyğun olaraq hers ilə ölçülməlidir. Ürək yığılmasının tezliyi tibbi və idman praktikasında normal ürək ritminin fizioloji göstəricisi kimi istifadə olunur və normal ürək ritmi ilə digər ürək ritm pozğunluqlarını (aritmiya) bir-birindən ayırmağa imkan verir. Eyni zamanda ürək yığılmasının tezliyinin maksimum həddini də müəyyən edir. == Ölçmə üsulları == Ürək yığılmasının tezliyinin ölçülmə üsulları ilə ürək ritmindəki dəyişiklikləri qeyd etmə üsulları eynidir. Ürək yığılmasının tezliyinin ölçülməsi adətən 1 dəqiqədə olan nəbz döyüntülərinin sayı ilə və ya elektrokardioqramada mədəcik komplekslərinin sayının ölçülməsi ilə əldə edilir. Beynəlxalq standartlara uyğun olaraq, ürək yığılmasının tezliyinin zamandan asılılığını ölçmək üçün cihaz ritmokardioqraf , belə qeydlər isə ritmokardioqramlar adlanır ("taxokardioqraf", "kardiotaxoqraf", "kardiosikloqraf" adlandırıla bilməz). == Konvensional müqavilələr == === Normal müntəzəm sinus ritmi === Düzgün və ya müntəzəm sinus ritmləri ürək ritmi adlanır, müşahidə hüdudlarında yalnız sinus düyünlərinin fəaliyyəti ilə müəyyən edilir. Sinus düyününün ritmi dəqiqədə 60–90 döyüntü aralığına düşürsə normal sinus ritmi adlanır. Ürək yığılmasının tezliyindəki dəyişikliklər 0,1 saniyədən az olarsa ürək ritminin təbii dəyişkənlikləri ilə əlaqəli normal sinus aritmiyası (fizioloji) adlanır, belə dəyişikliklər ürək ritminin pozğunluqları hesab edilmir.
Ritm-end-blyuz
Rhythm and blues — musiqi janrı. Amerika qaradərili musiqiçilərinin caz, rep kimi qarışığı olan bir musiqi janrı olaraq yaratdıqları janrdır. == Tarixi == İlk dəfə 1947-ci ildə Cerri Ueksler tərəfindən "Bilbord" jurnalında istifadə olunmuşdur. İlk R&B nümunələri populyar səviyyədə Stivi Uander, Maykl Cekson kimi müğənnilər səsləndirib.
Ritm-ənd-blyuz
Rhythm and blues — musiqi janrı. Amerika qaradərili musiqiçilərinin caz, rep kimi qarışığı olan bir musiqi janrı olaraq yaratdıqları janrdır. == Tarixi == İlk dəfə 1947-ci ildə Cerri Ueksler tərəfindən "Bilbord" jurnalında istifadə olunmuşdur. İlk R&B nümunələri populyar səviyyədə Stivi Uander, Maykl Cekson kimi müğənnilər səsləndirib.
Sirkad ritmi
Sirkad (sirkadian) ritmi (lat. circa "tədricən, ətrafında" + dies "gündüz") — gecə və gündüzün dəyişməsi ilə əlaqəli müxtəlif bioloji proseslərin intensivliyindəki tsiklik dalğalanmalar. Sirkad ritmlərin müddəti adətən 24 saata yaxındır. Xarici stimullarla əlaqəyə baxmayaraq, sirkad ritmi endogen mənşəlidir və bununla da bədənin bioloji saatını təmsil edir. Sirkad ritmi siyanobakteriyalar, göbələklər, bitkilər və heyvanlar kimi orqanizmlərdə mövcuddur.
Abşeron ritmləri (film, 1970)
Abşeron ritmləri tammetrajlı bədii musiqili televiziya filmi rejissor Eldar Quliyev tərəfindən 1970-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film incəsənət ustadlarının Azərbaycan zəhmətkeşləri qarşısında yaradıcılıq hesabatıdır. Burada tamaşaçılar musiqinin sədaları altında Bakının seyrinə çıxır, Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə tanış olurlar. Filmdə Rəşid Behbudov, Zeynəb Xanlarova, "Qaya" Vokal Kvarteti, Flora Kərimova, Oqtay Ağayev, Rəfiqə Axundova, Vladimir Pletnyov, Rafiq Babayev və onun idarəsilə kvartet, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Polad Bülbüloğlu, Aliyə Ramazanova və Ramiz Məmmədov iştirak edirlər. == Məzmun == Film incəsənət ustadlarının Azərbaycan zəhmətkeşləri qarşısında yaradıcılıq hesabatıdır. Burada tamaşaçılar musiqinin sədaları altında Bakının seyrinə çıxır, Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə tanış olurlar. Musiqili filmdə Rəşid Behbudov, Zeynəb Xanlarova, "Qaya" Vokal Kvarteti, Flora Kərimova, Oqtay Ağayev, Rəfiqə Axundova, Vladimir Pletnyov, Rafiq Babayev və onun idarəsilə kvartet, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Polad Bülbüloğlu, Aliyə Ramazanova və Ramiz Məmmədov iştirak edirlər. == Film haqqında == 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə "Abşeron ritmləri" filminin elektron versiyasını hazırlamışdır. === Filmin heyəti === == Filmin üzərində işləyənlər == Rejissor: Eldar Quliyev Ssenari müəllifi: İmran Qasımov Operator: Rasim Ocaqov Rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Polad Bülbüloğlu == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Azərbaycanın melodiya və ritmləri (film)
Azərbaycanın melodiya və ritmləri sənədli filmi "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın melodiya və ritm zənginliyindən, kökləri əsrlərin dərinliklərinə gedib çıxan Azərbaycan musiqisindən bəhs edir. == Məzmun == Film Azərbaycanın melodiya və ritm zənginliyindən, kökləri əsrlərin dərinliklərinə gedib çıxan Azərbaycan musiqisindən bəhs edir. Filmdə Polad Bülbüloğlunun, tarzən Həmid Vəkilovun, kamança ustası Habil Əliyevin ifaları da yer almışdır.
Bioloji ritmlər
Bioloji proseslərin intensivliyinin dövri olaraq dəyişməsi bioloji ritmlər adlanır. Yer üzərində yaşayan bütün canlılar bioloji ritmə uyğunlaşmışdır. Bioloji ritmlər yerin öz oxu ətrafında fırlanmasından asılı olaraq işıqlanma və temperaturun dəyişməsi nəticəsində yaranmışdır. Bu amillər sutka, il ərzində dövri olaraq dəyişir. Bu səbəbdən canlı orqanizmlərdə sutkalıq,fəsil,illik və bu kimi ritmlər meydana gəlmişdir. Bioloji ritmlər orqanizmin “bioloji saat “ adlanan xüsusi daxili mexanizmləri ilə saxlanılır.”Bioloji saat” orqanizmlərin günün vaxtlarını hiss etmək,gündüz və gecə vaxtı ölçmək qabiliyyətidir.Bütün orqanizmlər üçün səciyyəvidir. Normal fizioloji proseslərin getməsi üçün gecə və gündüzün növbələşməsi vacibdir. “Bioloji saat” orqanizmdə fizioloji proseslərin idarə olunmasında (məsələn,hüceyrənin bölünməsində) iştirak edir. Orqanizmlərdə sutkalıq və fəsil ritmləri aydın nəzərə çarpır: Sutkalıq ritmlər: Yerin öz oxu ətrafında fırlanması nəticəsində gecə və gündüz növbələşməsi baş verir.Temperaturun da sutka ərzində dəyişməsi sutkalıq ritmə aiddir.İşığın təsiri ilə gün ərzində fəallıq və dinclik fazaları bir-birini əvəz edir.Gündüz həyat tərzi keçirən canlılar sutkanın işıqlı şəraitində fəal olurlar. Gecə həyat tərzi keçirənlər isə gecə fəal olurlar.
Yanar qəlbin ritmləri (film, 1989)
== Məzmun == Film məşhur musiqiçi, cazmen Vaqif Mustafazadəyə həsr olunmuşdur. Burada onun caz kompozisiyaları səslənir. Filmdə V.Mustafazadə barəsində anası Zivər xanım, arvadı Elza xanım, həkim Ələkbər Nəzərov, yazıçı və rejissor Rüstəm İbrahimbəyov, daşkəndli musiqiçi Sergey Qilev, bioloq Tamaz Kuraşvili, xarici ölkə musiqiçiləri onun barəsində söz deyirlər. == Film haqqında == Filmdə V.Mustafazadənin sağlığında çəkilmiş kinoxronikadan, fotoşəkillərdən, şəxsi arxiv sənədlərindən istifadə edilmişdir.
Şəhərin Ritmləri (1964)
== Məzmun == Sübh tezdən, axşam düşənədək Bakının qaynar həyatı mətnsiz reportajda öz əksini tapmışdır. Filmdə Bakının birgünlük həyatı canlı orqanizm kimi göstərilmişdir. == Film haqqında == Filmdə diktor mətni yoxdur. == Festivallar və mükafatlar == 1) 1965-ci ildə Zaqafqaziya və Ukrayna respublikalarının kinofestivalı Film müəllif-operator işinə görə Diplom almışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rasim İsmayılov Ssenari müəllifi: Rasim İsmayılov Operator: Rasim İsmayılov Səs operatoru: İqor Popov == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154.
Şəhərin ritmləri (film, 1964)
== Məzmun == Sübh tezdən, axşam düşənədək Bakının qaynar həyatı mətnsiz reportajda öz əksini tapmışdır. Filmdə Bakının birgünlük həyatı canlı orqanizm kimi göstərilmişdir. == Film haqqında == Filmdə diktor mətni yoxdur. == Festivallar və mükafatlar == 1) 1965-ci ildə Zaqafqaziya və Ukrayna respublikalarının kinofestivalı Film müəllif-operator işinə görə Diplom almışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rasim İsmayılov Ssenari müəllifi: Rasim İsmayılov Operator: Rasim İsmayılov Səs operatoru: İqor Popov == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154.
Riim Mansur
Riim Mansur (20 dekabr 1993, Cizə) — Misirli oxatan. Riim Mansur Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Riim Mansur birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Lin Şih-çia ilə üz-üzə gəldi. Həmin görüşdə Riim Mansur rəqibinə 0:6 hesabı ilə uduzdu.
Riom (rayon)
Riom (fr. Riom) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Püi-de-Dom. Suprefektura — Riom. Rayon əhalisi 2006-cı ildə 114 657 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 50 nəf / km². Rayon sahəsi — 2300 km².
Rita Dravuç
Rita Dravuç (14 aprel 1980, Solnok) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Rita Dravuç, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Rita Dravuç, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu. Rita Dravuç, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Rita Heyvort
Rita Heyvort (ing. Rita Hayworth, 17 oktyabr 1918, Nyu-York, ABŞ — 14 may 1987, Nyu-York, ABŞ) — ABŞ aktrisası.
Rita Kestxey
Rita Kestxey (d. 10 noyabr 1991) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Rita Kestxey, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Rita Kestxey, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Rita Ora
Rita Ora (ing. Rita Sahatçiu Ora; 26 noyabr 1990, Priştina, Kosovo, Yuqoslaviya SFR) — ingilis müğənni və aktrisa. 2012-ci ildə ilk albomu Ora, Birləşmiş Krallıqda siyahılarda birinci yerə yüksəldi. Albomun ən məşhur sinqlları R.İ.P və How We Do(Party) olmuşdur. Rita Ora, arxa-arxaya üç dəfə zirvədə olmaqla UK Singles Chartda bir nömrə olan ən çox sinqla malik müğənni oldu Həmçinin 2015-ci ildə The Voice UK dördüncü mövsümündə münsif kürsüsündə əyləşmişdir.
Rita Renuar
Rita Renoir (16 yanvar 1934, XV arondisman – 4 may 2016, Parisin 18-ci dairəsi[d]) — fransız kino və teatr aktrisası. == Həyatı == Rita Renuar 1938-ci ildə Parisda anadan olmuşdur. Aktrisa 1960-cı illərdə "Crazy Horse Saloon"da çalışmağa başlasa da, son 10-15 ildə teatrda işləməyə üstünlük vermişdir.. 4 may 2016-cı ildə 78 yaşında vəfat edib. == Kino == 1953: Les Compagnes de la nuit 1958: Le Sicilien 1962: Commandant X (TV) 1963: Mondo di notte n. 3 1963: Dragées au poivre 1964: Ni figue ni raisin (TV) 1964: Qırmızı səhra, rejissor Mikelancelo Antonioni 1966: Chappaqua 1967: Fantomas Skotland-Yarda qarşı 1970: Cannabis 1975: Le Futur aux trousses 1981: Sois belle et tais-toi 1982: The Angel 1984: Lire c'est vivre: Élie Faure, Vélasquez et les Ménines (TV) == Teatr == 1965: Du vent dans les branches de sassafras, rejissor René Dupuy; Miriam 1967: Le Désir attrapé par la queue, Pablo Pikasso 1973: Et moi qui dirai tout, Le Diable, Théâtre de Plaisance, Paris == Biblioqrafiyası == J'aime le strip-tease, Frank Horvat-Patrick Lindermohr, Éditions Rencontres, 1962 Entretien avec Rita Renoir, in Plexus, la revue qui décomplexe, n. 3, Paris, 1966 Homenaje a una joven bruja, Julio Cortázar, Territorios, Mexico-Madrid-Buenos Aires, Siglo Veintiuno, 1978 Le Diable et la Licorne: métaphysique du strip-tease, Jean-Pierre Georges, Paris, La Table ronde, 2004, 153 pagg. == İstinadlar == == Xarici keçidlər == Rita Renuar — IMDb səhifəsi Jean-Michel Palmier, «Rita Renoir: Les Voyeurs attrapés par la queue», in Politique Hebdo.
Rita Taketsuru
Rita Taketsuru (竹鶴リタ, 14 dekabr 1896, Kirkintillox – 17 yanvar 1961, Yoiçi[d]) və ya əsl adı ilə Cessi Roberta Kovan – şotlandəsilli yaponiyalı iş qadını. O, "Yaponiya viskisinin anası" hesab olunur. == İlk illəri == Cessi Roberta Kovan 1896-cı ildə Şotlandiyanın Kirkintillox şəhərində həkim ailəsində doğulmuşdur. Onun İzabella və Luci adında iki bacısı, Kambell adlı bir qardaşı olmuşdur. Cessinin nişanlısı Birinci dünya müharibəsi zamanı Dəməşqdə öldürülmüş, atası isə 1918-ci ildə ürək tutmasından ölmüşdür. Buna görə müharibədən sonra ailə maddi problemlər yaşamağa başlamışdır. == Yaponiya == 1918-ci ildə onun ailəsinə qonaq olan və Şotlandiyaya viski sənayesini öyrənmək üçün gəlmiş yapon kimyaçı Masataka Taketsuru ilə tanış olmuşdur. Onlar 8 yanvar 1920-ci ildə Qlazqo şəhərində evlənmişdirlər. Cessi özünə Rita adını götürmüşdür. Evlilikdən 10 ay sonra onlar Yaponiyaya köçmüş və viski sənayesi ilə məşğul olmağa qərar vermişdirlər.
Rita Zeqiri
Rita Zeqiri (8 dekabr 1995) — Kosovolu üzgüçü. Rita Zeqiri Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rita Zeqiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 1:12.31 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Rita Əmirbəyova
Rita Cəmil qızı Əmirbəyova (d. 30 avqust 1955) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Rita Əmirbəyova 30 avqust 1955-ci ildə Bakıda anadan olub. O, 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini (Cənnət Səlimovanın kursunu) bitirmişdir. == Fəaliyyəti == Rita Əmirbəyova 1978-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır. Aktrisa teatr səhnəsində yaratdığı müxtəlif taleli qadın obrazlarının daxili sarsıntısını və psixoloji vəziyyətlərini nümayiş etdirə bilir. O, "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi kinofilmlərə də çəkilmişdir.
Şotland Riti
Qədim və Qəbul Edilmiş Şotland Nizamnaməsi (ing. Scottish Rite) — Masonluqda dərəcələndirməni ifadə etmək üçün istifadə edilən masonluq ritlərindən biri. Şotland Riti masonlar arasında ən geniş istifadə edilən ritdir.
Rita Sarkisyan
Rita Aleksandri Sarkisyan (erm. Ռիտա Ալեքսանդրի Սարգսյան, née Dadayan (Դադայան); 6 mart 1962, Stepanakert – 20 noyabr 2020, Almaniya Federativ Respublikası) — 2008–2018-ci illərdə Ermənistan prezidenti olmuş Serj Sarkisyanın həyat yoldaşı. O, hərbçi ailəsində anadan olub, ixtisasca musiqi müəllimi olub. == Həyatı == 1962-ci il martın 6-da Xankəndi şəhərində anadan olub. Stepanakertdəki Aleksandr Qriboyedov adına 3 saylı orta məktəbi bitirib, musiqi təhsili alıb. Bir müddət uşaq bağçasında musiqi müəllimi işləyib. Stepanakertdən İrəvana köçəndən sonra işləməyib. 1983-cü ildə Serjlə evlənib. Onların Anuş və Satenik adlı iki qızı və Məryəm, Rita, Ara və Serj adlı dörd nəvəsi var. 2020-ci il noyabrın 16-da Rita Sarkisyan son dərəcə ağır vəziyyətdə "Nairi" tibb mərkəzinə yerləşdirilib.
Rim Yaquzin
Rim Yaquzin (başq. Рим Зәйнәғәбит улы Янғужин; 15 noyabr 1941, Sterlitamak rayonu, Başqırd MSSR – 11 noyabr 2007, Ufa, Başqurdıstan, Rusiya) — Sovet və rus etnoqrafı, başqırdların etnogenezi və etnik tarixi problemləri, eləcə də onların ənənəvi iqtisadiyyatı və sosial quruluşunun öyrənilməsi üzrə mütəxəssis. Tarix elmləri doktoru (1990), professor (1991). == Bioqrafiyası == 5 noyabr 1941-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Sterlitamak rayonunun Ayuçevo kəndində anadan olmuşdur. İşimbay şəhərinin 3 nömrəli orta məktəbini (sonradan 2 saylı internat məktəbi), 1964-cü ildə isə Başqırdıstan Dövlət Universitetinin tarix fakültəsini qızıl medalla bitirmişdir. Moskva Dövlət Universitetinin Etnoqrafiya kafedrasında aspiranturada oxumuş və 1969-cu ildə tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1968-ci ildən Başqırd Dövlət Universitetində çalışmış, baş müəllim, dosent, professor və SSRİ tarixi kafedrasının müdiri, 1991-ci ildən Başqırdıstan tarixi və etnoqrafiya kafedrasının müdiri olmuşdur. 1989-cu ildə Lomonosov adına Moskva Dövlət Universitetində "18-19-cu əsrlərdə Başqırd xalqının iqtisadiyyatı və sosial quruluşu" mövzusunda tarix elmləri doktoru dərəcəsi üçün dissertasiya müdafiə etmişdir. Rim Yaquzin ictimai işlərdə çox iştirak edir. Kəndlərdə və qəsəbələrdə Başqırdların etnologiyasından mühazirələr oxuyur.
Rita Levi-Montalcini
Rita Levi-Montalcini (22 aprel 1909[…], Turin[…] – 30 dekabr 2012[…], Roma) — italiyalı alim. 1986-cı ildə Fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülüb (Stenli Koen ilə birgə).
Ritz oteli (Paris)
“Ritç” (fr. Hôtel Ritz) — Parisin möhtəşəm otellərdən biri. == Tarix == Otel Ritç ilk dəfə 1898-ci ildə İsveçrə əsilli otelçi işadamı Sezar Ritç tərəfindən Vandom meydanının №15 ünvanında açılmışdır. Bu uğurlu başlanğıcdan sonra Sezar Ritç London və digər şəhərlərdə silsilə otellərini açmağa nail olur. XVIII əsirdə Arduen Mansar tərəfindən əsası qoyulmuş aristokratik iqamətgah üslubunda inşa edilmiş otel binasının müəllifi memarı Şarl Myui olmuşdur. O dövürdə “Ritç” yeganə otel idi ki, onun hər bir nömrəsi vanna otağı ilə təmin edilmişdir. Otel mətbəxinə cavabdeh isə əfsanəvi aşpaz Ogüst Eskofe olmuşdur.
Ritç oteli (Paris)
“Ritç” (fr. Hôtel Ritz) — Parisin möhtəşəm otellərdən biri. == Tarix == Otel Ritç ilk dəfə 1898-ci ildə İsveçrə əsilli otelçi işadamı Sezar Ritç tərəfindən Vandom meydanının №15 ünvanında açılmışdır. Bu uğurlu başlanğıcdan sonra Sezar Ritç London və digər şəhərlərdə silsilə otellərini açmağa nail olur. XVIII əsirdə Arduen Mansar tərəfindən əsası qoyulmuş aristokratik iqamətgah üslubunda inşa edilmiş otel binasının müəllifi memarı Şarl Myui olmuşdur. O dövürdə “Ritç” yeganə otel idi ki, onun hər bir nömrəsi vanna otağı ilə təmin edilmişdir. Otel mətbəxinə cavabdeh isə əfsanəvi aşpaz Ogüst Eskofe olmuşdur.
Erməni Rita (imperatriça)
Erməni Rita (erm. Ռիտա Հայաստանի; 11 yanvar 1278 – iyul 1333) — Erməni-Kilikiya çarı II Levonun qızı, Bizans imperatriçası. Evləndikdən sonra adı Mariya Dukan Paleoloq (yun. Μαρία Δούκαινα Παλαιολογίνα) olaraq dəyişdirildi. 16 yanvar 1294-cü ildə Ayasofiyada keçirilən mərasimlə Bizans imperatoru II Andronikin varisi Mixaillə evləndirildi. 21 may 1294-cü ildə baş tutan tacqoyma mərasimində ortaq imperator elan edilən ərinin yanında imperatriça elan edildi. Ancaq o əsnada ortaq imperator olan qaynatası II Andronikin xanımı İrina həyatda idi və bu səbəblə, Montferratlı İrinanın öldüyü 1317-ci ilədək kiçik imperatriça olaraq anımağa başlandı. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi. III Andronik (1297-1341), Bizans imperatoru Manuel Paleoloq – qardaşı III Andronikin əmriylə 1320-ci ildə öldürüldü. Anna Paleoloq (ö.
Son Ha-Rim
Son Ha-Rim (d. 12 yanvar 1985) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Son Ha-Rim Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı. Daha sonra Son Ha-Rim Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Anna Rita Del Piano
Anna Rita Del Piano (rəsmi adı Anna Rita Viapiano, it. Anna Rita del Piano; 26 iyul 1966, Kassano-delle-Murce) — İtaliya kino, televiziya və teatr aktrisası və teatr rejissoru. == Həyatı == Anna Rita Viapiano 1966-cı il iyulun 26-da İtaliyada anadan olub.
The Ritz-Carlton Baku
The Ritz-Carlton Baku – Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli bina. Hündürlüyü 130 metr olan bina 33 mərtəbədən ibarətdir. Azərbaycanın 10 ən yüksək binasından biri hesab olunur. İlk adı ilə Trump Tower Baku və ya sonrakı adı ilə Yelkən Hotel == Tarixi == Tikintisinə 2008-ci ildə başlanılıb. 2009-cu ilin iyun ayında binanın bünövrəsi artıq tam hazır idi, həmin ilin iyulunda binanın birinci mərtəbəsinin tikintisinə başlanılıb. 2011-ci ilin sonuna kimi binanın beton karkası tikilmiş və eksteryerinin şüşələnməsinə başlanılmışdır. 2015-ci ildə fasadın bəzədilməsi üzrə bütün çöl işləri başa çatdırılmışdır. Binada 11 ədəd sürətli lift quraşdırılmışdır. == Yerləşdiyi yer == Bina Bakıda, paytaxtın mərkəzi magistral yollarının kəsişməsində yerləşir (Heydər Əliyev prospekti, Babək prospekti, Yusif Səfərov küçəsi). Qüllədən 350 metr şimalda bu yaxınlarda tikilmiş Heydər Əliyev Mərkəzi yerləşir.
Hitç (film)
Hitç (ing. Hitch) — Rejissor Endi Tennantın 2005-ci ildə çəkdiyi romantik komediya filmidir. Filmdə baş rolları Uill Smit, Eva Mendes, Kevin Ceyms və Amber Valletta oynamışdırlar. Filmin süjet xətti Kevin Biş tərəfindən yazılmışdır. Filmin süjet xətti kişilərə qadınları necə cəlb etməyi öyrətməklə dolanan, özünü peşəkar "görüş həkimi" təqdim edən Aleks "Hitç" Hitçensdən (Uill Smit) bəhs edir. Hitç son müştərisinə xəyallarındakı qadını cəlb etməyə kömək edərkən, Hitçin özünün aşiq olduğu qadın onun bu oyunlarını öyrənərək öz işlədiyi qəzetdə onu ifşa edir. Columbia Pictures 11 fevral 2005-ci ildə filmin təqdimatını keçirmişdir. Film tənqidçilərdən müsbət rəylər almış və dünya üzrə 371,6 milyon dollar qazanaraq 2005-ci ilin ən çox gəlir gətirən onuncu filmi olmuşdur.
Zita və Gita (film, 1972)
Zita və Gita (Seeta Aur Geeta) — 1972-ci ildə Hindistanda istehsal olunan komediya dram janrında film. == Məzmun == Uşaqlıqdan bir-birindən ayrılmış iki əkiz bacının dünya qədər köhnə olan hekayəsi. Qaraçılar tərəfindən oğurlanmış Gita (Hema Malini) rəqqasə olur. Zita isə varlı əmisi tərəfindən tərbiyə olunub və varlı varisə çevrilib....
Hiti
Hiti adası (fr. Hiti) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Bir atolldur və yumurta formasına malikdir. Daxilində bir bir laqun vardır. Laqun okean sularından tam təcrid olunmuşdur. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Atoll 1820-ci ildə Faddey Bellinshauzenin ekspedisiyası zamanı kəşf edilir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Atım mənim, muradım mənim (film)
Atım mənim, muradım mənim qısametrajlı sənədli televiziya filmi Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir. == Məzmun == Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir.
Uç, mənim atım (film, 1986)
== Məzmun == Film Azərbaycanın milli "sür-papaq" və "çövkən" oyunlarından, bu oyunlarda ölkənin müxtəlif bölgələrinin at zavodlarının komandalarının iştirak etmələrindən bəhs olunur.