Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Razan
Razan (fars. رزان‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 216 nəfər yaşayır (65 ailə).
Rizvan
Rizvan — Kişi adı, təxəllüs. Rizvan Abasov — Azərbaycan Respublikasının əməkdar mühəndisi. Rizvan Cəbiyev — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı. Rizvan Hümbətov — “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş döyüşçü Rizvan Qarabağlı — Azərbaycan memarı, memarlıq namizədi Rizvan Məmmədov — Rizvan Muradov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Rizvan Paşayev — fizika-riyaziyyat elmləri doktoru, professor. Rizvan Piriyev — coğrafiyaşünas, professor (1972). Rizvan Rəsulov — SSRİ idman ustası Rizvan Teymurov — Azərbaycanın Milli Qəhrəmanı;Bu təxəllüsü olanlarƏləsgər Rizvan — Təbriz teatrının aparıcı səhnə ustalarından olub.
Rəzan
Ryazan — Rusiyada şəhər. Ryazan vilayətinin mərkəzi. == Qardaş şəhərlər == Bressuire, Fransa. Kruševac, Serbiya. Loveç, Bolqarıstan. Münster, Almaniya. New Athos, Abxaziya. Omiš, Xorvatiya. Ostrów Mazowiecka, Polşa. Xuzhou, Çin.
Bernhard Riman
Bernhard Riman (ing. Bernhard Riemann; 17 sentyabr 1826[…], Yameln[d] – 20 iyul 1866[…], Verbaniya[d], Pyemont) — alman riyaziyyatçısı. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsində həndəsi istiqamətin əsasını qoymuşdur. O, həndəsəyə istənilən bircins obyektlərin kəsilməz yığımı haqqında təlim kimi baxmış, kəsilən funksiyaları öyrənmişdir. Riyaziyyata Riman fəzası adlanan fəza daxil etmiş və onun nəzəriyyəsini (Riman həndəsəsi) yaratmışdır; diferensial tənliklər nəzəriyyəsi, triqonometrik sıralar, inteqral hesabı sahələrində çalışmışdır. == Həyatı == 1826-cı ildə doğulub. 1866-cı ildə vəfat edib.
Fəxrülmülk Rizvan
Fəxrülmülk Rizvan (XI əsr – ən tezi 1113 və ən geci 1114) — 1095-ci ildən vəfatına qədər Hələbin səlcuq əsilli əmiri. Rizvan qardaşı Böyük Səlcuqlu sultanı I Məlikşahın göstərdiyi xidmətlərə görə bir mükafat olaraq bölgəni və ona bitişik əraziləri verdikdən sonra Suriyada bir bəylik quran Tutuşun ailəsində anadan olmuşdur. Məlikşahın ölümündən sonra Tutuş Səlcuqlu tacına iddiasını qalmışdır, ancaq İranın Rey şəhəri yaxınlığında qardaşı oğlu Börküyarıqın qüvvələri tərəfindən qılıncdan keçirilmişdir. Bunun ardınca Rızvan Hələb şəhərinə getmiş və özünü ərazinin yeni əmiri elan etmişdir. Qardaşı Dukakın Dəməşq şəhərində yeni bir əmirlik elan etməsi ilə Suriya Səlcuqlu Dövləti iki hissəyə bölünmüş və qardaşlar arasında rəqabət başlamışdır ki, bu da 1097-ci ildə Birinci Səlib yürüşü başladıqdan sonra belə davam etmişdir. Rızvan səlibçiləri qızılla qovmağa çalışmış və 1098-ci ildə Antioxiyanın mühasirəsinin bitməsindən sonra qurulan bir səlibçi dövləti olan Antioxiya knyazlığına qarşı vuruşmuşdur. I Boemund Rızvanın idarəsindəki ərazisini işğal etmiş, Hələbin ətraflarına qədər irəliləmişdi. Boemondun xələfi Antioxiya regenti Tankred də Rizvana qarşı vuruşmuşdur. Buna baxmayaraq, onlar daha sonra Edessa qrafı II Balduin və Telbəşir hakimi I Joslenin dəstəklədiyi Mosul əmiri Çavlu Sakavuya qarşı müttəfiq olmuşdur. Rizvanın şəxsiyyəti müəmmalı idi.
Hizan (Germi)
Hizan (fars. هيزان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 314 nəfər yaşayır (57 ailə).
Mizan (Meşkinşəhr)
Mizan (fars. ميزان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 632 nəfər yaşayır (143 ailə).
Nazim Rizvan
Rizvanov Nazim Abbas oğlu (Nazim Rizvan) — şair, ədəbiyyatşünas, yazıçı, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi. == Həyatı == Nazim Rizvan 1951-ci il mayın 12-də Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini,1981-ci ildə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat institunun aspiranturasını bitirmiştir. 1981-1987-ci illərdə institutun "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsində kiçik elmi işçi, 1987-2003-cü illərdə isə böyük elmi işçi vəzifələrində çalışmışdır. 1985-ci ildə "Məhəmməd Hüseyn Şəhriyar yaradıcılığında vətənpərvərlik" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1996-2003-cü illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyətinin ağsaqallar şurasının sədri olmuşdur. 2003-cü il oktyabrın 3-də Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Bədii yaradıcılığa 1963-cü ildə "Göy-göl" şeiri ilə başlamışdır. İlk mətbu şeiri 1967-ci ildə Azərbaycan Demokrat Firqəsinin organı olan "Azərbaycan" qəzetində dərc olunmuşdur. Bundan sonra "Çinar pöhrələri", "Odlu misralar", "Azərbaycan", "Yaşıl budaqlar", "Yeni səslər" ədəbi almanaxlarında, qəzet və jurnallarda çıxış etmişdir.
Rigan şəhristanı
Rigan şəhristanı — İranın Kirman ostanında şəhristan. İnzibati mərkəzi Məhəmmədabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 53 059 nəfər və 11 380 ailədən ibarətdir.
Rikan (Urmiya)
Rikan (fars. ريكان‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (40 ailə).
Riman həndəsəsi
Riman həndəsəsi (elliptik həndəsə) — qeyri-Evklid həndəsələrindən biri; Evklid həndəsəsinin aksiomlarından fərqli aksiomlara əsaslanan həndəsi nəzəriyyə. Üçölçülü Riman həndəsəsinin əsas obyektləri (elementləri) nöqtə, düz xətt və müstəvi, əsas anlayışları isə aidlik (nöqtənin düz xəttə və müstəviyə aidliyi), tərtib (məsələn, düz xətt üzərində nöqtələrin tərtibi və ya müstəvidə götürülmüş nöqtədən çıxan düz xətlərin tərtibi) və fiqurların konqruyentliyidir. Riman həndəsəsi Bernhard Rimanın "Ueber die Hypothesen, welche der Geometrie zu Grunde liegen" (Həndəsənin əsaslandığı fərziyyələr haqqında) adlı ilk mühazirəsində ifadə etdiyi nəzəri baxışların əsasında formalaşmışdır. Riman həndəsəsi R3 fəzasındakı səthlərin diferensial həndəsəsinin çox geniş və mücərrəd bir ümumiləşməsidir. Riman həndəsəsinin inkişafı səthlərin həndəsəsi və onların geodezik əyrilərin (geodeziklərin) davranışı ilə bağlı müxtəlif nəticələrin sintezi, daha yüksək ölçülü diferensiallanan çoxobrazlıların tədqiqində tətbiq oluna bilən üsulların meydana çıxmasıyla nəticələndi. O, Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin formalaşmasına imkan verməklə yanaşı qrup nəzəriyyəsi və təqdimat nəzəriyyəsinə, eləcə də riyazi analizə dərin təsir göstərdi və cəbri və diferensial topologiyanın inkişafına təkan verdi. == Giriş == Riman həndəsəsi ilk dəfə 19-cu əsrdə Bernhard Riman tərəfindən ümumiləşmiş formada irəli sürmüşdür. O, metrik xassələri nöqtədən nöqtəyə dəyişən genişhəcmli həndəsi aralıqlarla, o cümlədən qeyri-Evklid həndəsəsinin standart növləri ilə məşğul olmuşdur. Hər bir hamar çoxobrazlı Riman metrikasını qəbul edir ki, bu da bir çox hallarda diferensial topologiya məsələlərini həll etməyə kömək edir. Həmçinin o (dörd ölçüdə) ümumi nisbilik nəzəriyyəsinin əsas obyektləri olan psevdo-Riman çoxobrazlılarının daha mürəkkəb strukturu üçün giriş səviyyəsi kimi yararlıdır.
Riman inteqralı
Riemann inteqralı — riyaziyyatın həqiqi analiz olaraq bilinən sahəsində bir intervalda təyin edilmiş funksiyaların inteqralını hesablamağa istiqamətlənmiş ilk tam qaydadır. Adını Bernard Riemandan alan anlayış nəzəri məqsədlər üçün çox da rahat deyilsə də, çox asan anlaşıla bilir. f {\displaystyle f} , [ a , b ] {\displaystyle [a,b]} intervalında bir həqiqi qiymətli funksiya və S = { ( x , y ) | 0 < y < f ( x ) } {\displaystyle S=\{(x,y)|0<y<f(x)\}} , f {\displaystyle f} funksiyanın altında və [ a , b ] {\displaystyle [a,b]} intervalının üstündə qalan müstəvi səthi olmaq şərtiylə ∫ a b f ( x ) d x {\displaystyle \int \limits _{a}^{b}f(x)\,dx} ifadəsi bu sahəni təyin etmək üçün istifadə edilir.
Rizvan Abasov
Rizvan Abasov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. == Həyatı == Rizvan Fərman oğlu Abasov 23 noyabr 1958-ci ildə Puşkin rayonunun Təzəkənd kəndində anadan olmuş və 1965-1976-cı illərdə Ağalıkənd orta məktəbində təhsil almışdır. 1977-1979-cu illərdə Sverdlovsk vilayətində daxili qoşun hissəsində hərbi xidmətdə olmuşdur. 1980-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna daxil omuş və oranı 1986-cı ildə mühəndis-hidrotexnik ixtisası ilə bitirmişdir. 1986-cı ildən "Xəzərdənizneftqaztikinti" trestinin 3 saylı tikinti qurşdırma idarəsində işə başlamış və 1997-ci ilədək quraşdırıcı, usta, iş icraçısı, sahə rəisi vəzifələrində işləmişdir. 1997-2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin istehsalat şöbəsinin rəisi, baş mühəndisin müavini və 2003-cü ildən 2006-cı ilin fevral ayına kimi trestin baş mühəndisi və müdiri vəzifələrində işləmişdir. 2006-cı ilin fevral ayından ömrünün sonunadək "Neftqaztikinti" trestinin müdiri vəzifəsində çalışmışdır. Elmi-tədqiqat islərinin yerinə yetirilməsində iştirak edirdi, 2 elmi əsərin müəllifi idi. Dövlət əhəmiyyətli "Bakı-Supsa" neft kəmərinin, "Çıraq-Səngəçal" sualtı qaz saxlama anbarı, Dübəndi xam neftin yığılması, hazırlanması, nəqli mərkəzi məntəqəsi, kompressor stansiyası "Azərtrans Terminalı və Səngəçal Terminalı arası birləşdirici boru kəmərlərinin və boruların təmizlənməsi stansiyası, "Saquramo-Qırmızı körpü" magistral qaz kəmərinin Qardabani-Navtludi sahəsində bərpa işlərinin aparılmasında və digər obyektlərin tikintisində, fəal iştirak etmişdir. Son zamanlar onun rəhbərliyi ilə Respublikada qeyd olunan obyektlərin dünya standartlarına uyğun yeni texnologiyalar gətirilməsini təmin etmişdir.
Rizvan Abbasov
Rizvan Qəşəm oğlu Abbasov (1975 – 22 aprel 1994, Ağdərə rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Abbasov Rizvan Qəşəm oğlu 1975-ci ildə Gədəbəy rayonunun Pərizamanlı kəndində anadan olmuşdur. O, 1982-ci ildə Pərizamanlı kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1992-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. 22 aprel 1994-cü ildə Ağdərə bölgəsində torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Rizvan Abdullayev
Rizvan Abdullayev (Abdullayev Rizvan Yusif oğlu) — Tibb elmləri doktoru, professor. Rusiya Tibb Elmləri Akademiyası Mərkəzi Elmi‑Tədqiqat Vərəm İnstitutunun aparıcı elmi işçisi, biokimya laboratoriyasının müdiri. == Həyatı == Abdullayev Rizvan Yusif oğlu 1961-ci il aprelin 30-da Azərbaycan Respublikasının Ağstafa şəhırində anadan olub. 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) sanitariya-gigiyena fakültəsinə daxil olub. 1984-cü ildə institutu bitirib və təyinatla Dəvəçi (indiki Şabran) şəhərinin Mərkəzi rayon xəstəxanasının kliniki diaqnostika laboratoriyasına göndərilib, orada əvvəlcə həkim-laborant, sonra isə laboratoriya müdiri vəzifəsində çalışıb. 1988-ci ildə müsabiqə yolu ilə Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ftiziopulmonologiya İnstitutunun kiçik elmi işçisi vəzifəsinə keçib. 1990-cı ildə Rusiya Tibb Elmləri Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun (RTEA METVİ) aspiranturasına daxil olub.Sonrakı dövrdə R.Abdullayevin əmək fəaliyyəti və formalaşması RTEA METVİ ilə bağlıdır. 1993-cü ildə o, “Ağciyər vərəminə tutulmuş xəstələrdə kimyəvi terapiya prosesində energetik mübadilə göstəricilərinin və eritrositlərin oksigen ötürmə funksiyasının klinik əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edib. Kliniki-eksperimental xarakterə malik olan bu tədqiqat ftiziatriyanın aktual probleminə – ağciyər vərəminə tutulmuş xəstələrin müalicəsinin effektivliliyinin artırılmasına həsr edilib. Dissertasiya işində müəyyən olunub ki, ağciyər vərəminin inkişafı bioenergetika, antioksidant müdafiə sistemlərində və eritrositlərin oksigen ötürmə funksiyasında pozuntularla müşayiət olunur.
Rizvan Baxşıyev
== Həyatı == Rizvan Baxşiyev 1963-cü ilin mart ayının 28-i Masallı rayonunun Hacıtəpə kəndində anadan olub.
Rizvan Cəbiyev
Rizvan İsrafil oğlu Cəbiyev (5 dekabr 1940, Axtaçı, Kürdəmir rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005). == Həyatı == Rizvan Cəbiyev 1940-cı il noyabrın 5-də Kürdəmir rayonunun Axtaçı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Rus dilini bilir. Əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Rizvan Cəbiyev ailəlidir, üç övladı var. Mərhum reper Anar Nağılbazın atası idi. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 72 nömrəli Kürdəmir dairəsindən bitərəf namizəd olan Rizvan Cəbiyev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Rizvan Cəbiyev Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 72 saylı Kürdəmir dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Rizvan Cəbiyev II çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Rizvan Cəbiyev Milli Məclisin Müdafiə məsələləri Daimi Komissiyasının, Azərbaycan–Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.Rizvan Cəbiyev Azərbaycan Respublikası Prezidenti 21 iyul 2005-ci il tarixli 925 nömrəli Sərəcamı ilə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülüb, 18 noyabr 2017-ci il tarixli 3397 nömrəli Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Rizvan Fərzəliyev
Rizvan Fərzəliyev - Araz Naxçıvan MFK-ın müdafiəçisi kimi oynayan Azərbaycan futzalçısıdır. O, Azərbaycan yığmasının kapitanıdır. 2011-ci ildə UEFA Avropa Furzal Çempionatında Ukraynanı məğlub edərək yarım finala yüksəlməyə kömək edən son penalıtini qola çevirən futzalçı. Yarımfinalda Portuqaliya ilə düşən Azərbaycanın qələbə qolunun müəllifi. Bu ölkənin bu idmanda ən yaxşı performansı idi.
Rizvan Hacıyev
Rizvan Qara oğlu Hacıyev (24.03.1973 Azərbaycan SSR, Kürdəmir rayonu, Qocalı kəndi - 02.04.1993 Azərbaycan,Füzuli rayonu, Qacar kəndi) — Qarabağ müharibəsinin itkin şəhidi . == Həyatı == Rizvan Hacıyev 24 mart 1973-cü ildə Kürdəmir rayonunun Qocalı kəndində anadan olub. 8 nəfərdən ibarət ailədə yaşayıb. Müəllim atası, anası və 5 qardaşı. Rizvan 1991-ci ildə oxuduğu kənd məktəbindən məzun olaraq hərbi xidmətə yola düşüb. Hərbi xidmətini Ukraynanın Dnipro (Дніпропетровськ) şəhərində başa vurdudan sonra Azərbaycana qayıdır. Qısa zaman sonra Füzuli rayonunda gedən döyüşlərə qatılır. Füzuli rayonu, Qacar kəndinin müdafiəsi zaman 02 aprel 1993-cü ildə şəhid olur. Hələ də nəşi tapılmayıb. Subay idi.
Rizvan Hümbətov
Hümbətov Rizvan Humay oğlu (1 yanvar 1954, Güləbird, Laçın rayonu – 31 oktyabr 1992, Laçın rayonu) — “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş döyüşçü == Həyatı == 1 yanvar 1954-cü ildə Laçın rayonunun Güləbird kəndində doğulmuşdur. 1971-ci ildə Güləbird kənd orta məktəbini bitirdikdən sonra Bərdə rayonunda sürücülük peşəsinə yiyələnmişdir. Hərbi xidmətini 1975-ci ildə başa vuraraq Laçın rayon avtobazasında sürücü kimi fəaliyyətə başlamışdır. 1991-ci ildə Laçın rayonunun könüllü özünümüdafiə dəstəsinə qoşulmuşdur. Rota komandiri Rizvan Hümbətov Malxələf, Susuzdağ, Qızartı, Koridor və digər döyüşlərdə xüsusi fərqlənmişdir. 8 oktyabr 1992-ci ildə Güləbirdə soxulmuş qulduların qovulmasında və 822 saylı düşmən tankının ələ keçirilməsində onun əvəzsiz rolu olmuşdur. 1992-ci il oktyabrın 31-də Səfiyan kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. Üç övladı yadigar qalmışdır.
Rizvan Hüseynov
Rizvan Hüseynov (tarixçi)
Rizvan Kamil
Məhəmməd Rizvan Kamil (4 oktyabr 1971-ci il təvəllüdlü) — İndoneziyanın ən sıx əyaləti olan Qərbi Yavanın 15-ci qubernatoru olan memar ve siyasətçi. O, həmçinin Bandunqun meri idi. O, 23 iyun 2013-cü il tarixində Bandunqun meri kimi seçilmişdir. O, həmçinin Bandunq Texnologiya İnstitutu Memarlıq Departamentində memar və müəllimdir. Kamil üç ortaq ilə 2004-cü ildə Urbane İndoneziya memar firmasını qurdu. 2018-ci ildə müvəffəqiyyətlə ikinci mer seçkisi əvəzinə qubernator vəzifəsinə seçildi. == Həyat == Emil Bandunq Texnologiya İnstitutunda memarlığını oxudu və Magistr dərəcəsi üçün Berkli Kaliforniya Universiteti Ətraf Mühit Kollecində Şəhər Dizayn təhsilini davam etdirdi. == Mükafatlar == 2006-cı ildə Emil İlin Beynəlxalq Gənc Dizayn Sahibkarlığı təqdimatında İndoneziyanı təmsil edən British Council-in Gənc Yaradıcı Təşəbbüskar mükafatının qalibi oldu.2009-cu ildə Emil Elle Decor jurnalı tərəfindən İlin Memarı seçildi. Urbane İndoneziya 2008-ci ildən 2010-cu ilədək və yenidən 2012-ci ildə BCI Asia Top 10 mükafatlarında siyahıya alınmışdır. == Layihələr == Emil İndoneziyanın Berkebun hərəkatının İndoneziya şəhərlərində həvəskar bağlar qurmaq üçün öncül idi.2011-ci ildən etibarən İndoneziyanın on dörd şəhərində icma layihəsi yaradılıb, üzvlük 4000-ə çatıb.
Rizvan Mirzəyev
Rizvan Bilal oğlu Mirzəyev 29 iyul 1966-cı il Daşkənd, Yardımlı rayonu Azərbaycan SSR SSRİ. 26 fevral 1992-ci il Daşaltı Şuşa rayonu Azərbaycan. Azərbaycan silahlı qüvvələrinin əsgəri. Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1966-cı il iyulun 29-da Yardımlı rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1973-cü ildə Daşkənd kənd orta məktəbin I sinfinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin X sinfini bitirmişdir. 1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olub. 1991-ci il dekabr ayında Umudlu kəndinin müdafiəsində mərdliklə döyüşüb. 1992-ci il yanvar ayının 26-da Daşaltı əməliyyatında qəhrəmancasına şəhid olmuşdur. == Hərbi xidməti == 1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olub. 1991-ci il dekabr ayında Umudlu kəndinin müdafiəsində mərdliklə döyüşüb.
Rizvan Muradov
Rizvan Telman oğlu Muradov (d. 27 noyabr 1997; Çiçəkli, Sabirabad rayonu, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşləri şəhidi. == Həyatı == Rizvan Muradov 27 noyabr 1997-ci ildə Sabirabad rayonunun Çiçəkli kəndində anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra 2015-ci ilin oktyabr ayında SHXÇDX-nin Sabirabad rayon şöbəsindən hərbi xidmətə çağırılmışdır. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Rizvan Muradov Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. Rizvan Muradov 2 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Aprelin 4-ü isə Rizvan Muradov doğulduğu Sabirabad rayonunun Çiçəkli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
Rizvan Mustafayev
Rizvan Abış oğlu Mustafayev (1957, Kirovka, Ağstafa rayonu) — Dövlət Gömrük Komitəsinin işlər idarəsinin rəisi, Gömrük Xidməti polkovniki. == Həyatı == 1957-ci ildə Ağstafa rayonu Kirovka kəndində ziyalı ailəsində anadan olub. Qazax rayonu Köhnəqışlaq kənd 8-illik və Tatlı kənd orta məktəbini bitirərək ali təhsil almaq və işləmək üçün 1974-cü ildə Bakı şəhərinə gəlmişdir. Ali təhsilini Azərbaycan Mühəndis İnşaat İnstitutunda, Ali Komsomol Məktəbində, Marksizm-Leninizm Universitetində, Rusiya Federasiyasının Volqaətrafı Sosial-Siyasi İnstitutunda, Bakı Sosial-Siyasi İdarəetmə və Politologiya İnstitutunda almışdır. Əmək fəaliyyətinə 1974-cü ildən Sənaye-Tikinti Nazirliyi sistemində fəhlə, çilingər kimi başlamış, 1976–78-ci illərdə hərbi xidmətdə olmuş, 1979–81-ci illərdə Avtomobil Yolları və Tikintisi Nazirliyi sistemində mühəndis, böyük mühəndis vəzifələrində işləmiş, 1981–90-cı illərdə Komsomol və Partiya orqanlarında-Bakı Metropolitenində Komsomol Komitə katibi, Nəsimi rayon Komsomol Komitəsinin təşkilat şöbəsində təlimatçı, şöbə rəisi, II katib və rayon Partiya Komitəsinin təşkilat şöbəsində fəaliyyət göstərmiş, 1992–97-ci illərdə Azəravtoyol Dövlət Şirkətində aparıcı mühəndis vəzifəsində çalışmışdır. 1997-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Komitə sədri yanında İnspeksiya şöbəsində baş inspektor, ümumi şöbənin rəisi, Daxili Təhlükəsizlik İdarəsinin (İnspeksiya İdarəsi) rəisi vəzifəsində xidmət etmiş, 2009-cu ildən DGK-nın İşlər İdarəsinin rəisi vəzifəsində xidmət göstərir. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. == Ailəsi == Ailəlidir, üç övladı var.