UĞULDAMAQ

f.
1. Uğultu səsi çıxarmaq. Külək uğuldayır.
[Qəhrəman:] Kənarda buzlu ruzigar şikayətli bir yaralı heyvan iniltisi ilə telefon tellərinə toxunur və uğuldayırdı. H.Nəzərli.
Çılğın kimi ruzigar uğuldar; Qar parçaları səmaya fırlar. A.Şaiq.

// Bu cür səsin qulaqda hiss olunması haqqında.
Bünyadın qulaqları uğuldayırdı. Ə.Əbülhəsən.
Onun qulaqları uğuldadı, elə bil qorxunc, dəhşətli əks-səda eşidilirdi. Q.İlkin.

2. Göyərçinlərin çıxartdığı səs haqqında – quruldamaq.
Məscidin damındakı göyərçinlər kəsik-kəsik uğuldayırdılar. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UĞULDAMAQ küyüldəmək — vızıldamaq — cingildəmək
UĞULDAMA
UĞULTU

Digər lüğətlərdə