PUÇ

sif.
1. İçi xarab olmuş, ləpəsi quruyub yeyilməz hala düşmüş. Puç fındıq (qoz, badam).
2. məc. Boş, heç, fani, axırı olmayan.
Ey Vidadi, sənin bu puç dünyada; Nə dərdin var ki, zar-zar ağlarsan? M.P.Vaqif.
Həyatın mənası çalışmaqdadır; Əməksiz bir ömür puçdur, saxtadır. R.Rza.

□ Puç etmək (eyləmək) – məhv etmək, puça çıxarmaq, heç etmək, heçə çıxarmaq.
[Hacı Nuru şair:] Sənin atan usta Rəhman dəllək, ülgüc, bülöv ilə məqul dövlət qazandı, sənsə puç etdin. M.F.Axundzadə.
Puç eylədin, övrət, bu gözəl, sadə insanı! M.Ə.Sabir.
[Xədicə:] Necə ağlamayım ki, illər ilə bəslədiyim məhəbbəti ruzigar puç etmək istəyir. N.Nərimanov.

Puç olmaq – məhv olmaq, puça çıxmaq, heç olmaq.
Amma elə ki, [Əmiraslanın] var-yoxunun hamısı eyş-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü. S.S.Axundov.
[Şahmar:] Mənim arzularım, gör necə puç oldu, kül kimi göyə sovruldu! B.Bayramov.

Puça çıxarmaq – bax puç etmək.
Düşmənin məftil hasarını dağıtmaq, puça çıxarmaq vəzifəsini Fərhadın vzvoduna tapşırılmışdı. Ə.Vəliyev.

Puça çıxmaq – bax puç olmaq.
Bu il çox yerlərdə quraqlıq keçir və əkinlər susuzluqdan yanıb puça çıxır… C.Məmmədquluzadə.
Şahpərinin ümidi də puça çıxdı. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PUÇ boş — mənasız — əsassız — heç nə
  • PUÇ puç bax fani
PUBLİSİSTİKA
PUÇAL
OBASTAN VİKİ
Riki Puç
RiKard "Riki" Puç Marti (isp. Ricard Puig Martí; 13 avqust 1999, Matadepera, İspaniya) — La Liqa təmsilçilərindən olan Barselona klubunda mərkəz yarımmüdafiəçisi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur.
Luis Mariya de Puç
Luis Mariya de Puç (29 iyul 1945, İspaniya - 15 dekabr 2012) - AŞPA-nın keçmiş prezidenti. == Fəaliyyəti == Luis Mariya de Puç 29 iyul 1945-ci ildə İspaniyada anadan olub. Luis Mariya de Puç 23 il ərzində AŞPA-da müxtəlif vəzifələrdə çalışıb, 2008-2010-cu illərdə AŞPA prezidenti olub. Luis Mariya de Puç tarix və müasir siyasətlə bağlı 15 kitabın müəllifi idi.
Puç olmuş ümidlər (film, 1997)
"Puç olmuş ümidlər" (orijinal adı: PardesIAST) 8 avqust 1997-ci ildə nümayiş etdirilmiş olan hind musiqili melodramıdır. Film 1997-ci ilin üçüncü hiti olmuşdur. == Süjet xətti == Hindistanlı mühacir Kişor Lal ABŞ-da məskunlaşaraq milyonçu olmağı bacarmışdır. Amma yad ölkədə keçirdiyi bütün illər ona doğma vətənini unutdurmur. Amerikalı kimi böyüyən oğlu Racivə hind mədəniyyətinə məhəbbət aşılamaq üçün ona ənənəvi hind mənşəli həyat yoldaşı tapmağa qərar verir. Seçimi köhnə dostu Suracın qızı Qanqanın üzərinə düşür. Planları müvəffəqiyyətlə həyata keçirilir: oğlu qardaşı ilə Hindistana səyahət edərək Amerikaya gənc gəlini gətirirlər. Ancaq ABŞ-da bir dəfə Qanqa başa düşür ki, Raciv onun gələcək həyat yoldaşı olacaq şəxs haqqındakı fikirlərinə müvafiq gəlmir və onun üçün həyat tərzini dəyişmək niyyətində deyil. Bundan əlavə, Qanqanın getdikcə daha çox müştərək cəhətləri olan bəyin qardaşı Arcuna bağlılıq hissi onun Kişor Lalın fikirlərinə qarşı getməsinə olur. Tezliklə hər ikisi də bir-birlərini sevdiklərini başa düşürlər, lakin Kişor Lalaya verdiyi sözə sadiq qalan Arcun Racivi daimi olaraq Qanqanın gözündə ucaltmağa çalışır.
Cakomo Puççini
Cakomo Puççini (it. Giacomo Antonio Domenico Michele Secondo Maria Puccini, 22 dekabr 1858[…], Lukka, Böyük Toskana hersoqluğu – 29 noyabr 1924[…], Brüssel, Brabant əyaləti[d]) — görkəmli italyan bəstəkarı. == Həyatı == == "Madam Batterflay" əsəri == Cakomo Puççini yeni operası üçün mövzunu "Madam Batterflay"(digər adı "Çio Çio San")və "Manon Lesko" operalarının Metropoliten Operada premyerasında iştirak etmək üçün 1907-ci ildə Nyu-Yorkda gəldiyi zaman tapmışdı. Böyük bəstəkar o zaman Amerika auditoriyası qarşısında çıxış etmişdi. Amerika Puççini, Puççini isə Amerikanı sevirdi. Amerikalı dramaturqun tamaşası ingilis dilində bir söz bilməyən Cakomo Puççininin çox xoşuna gəlmişdi. Bəstəkar Madam Batterflay və Toska kimi faciəli taleyə malik qadınlardan fərqli bir obraz yaratmaq ideyası ilə yaşayırdı. 1910-cu ildə Cakomo Puççini yenidən Nyu Yorka qayıdır. Bu dəfə "La Fanciulla del West" operasının ilk tamaşasında iştirak etmək üçün. Operada əsas partiyaları əfsanəvi Enriko Karuzo və Emmi Destinin ifa etməsi, Arturo Toskanininsə dirijorluq etməsi ona böyük şöhrət gətirmişdi, lakin operada mürəkkəb partiyaların olması onun tamaşaya qoyulmasını çətinləşdirirdi.
Joze Puçnik adına Beynəlxalq Hava Limanı
Joze Puçnik adına Beynəlxalq Hava Limanı — (Sloven. Letališče Jožeta Pučnika Ljubljana) Sloveniyanın paytaxtı Lyublyana şəhərində yerləşir. Brnik kəndi yaxınlığında yerləşdiyindən əvvəlki adı Brnik hava Limanı olmuşdur. Sloveniyanın ən iri milli havayolu şirkəti olan Adria Airways üçün əsas hava limanıdır. == Tarixi == Aeroport rəsmi olaraq 1963-cü il dekabrda fəaliyyətə başlamış və 1933-cü ildən fəaliyyət göstərən Pole hava limanı ilə əvəzlənmişdir. 1964-cü ilin yanvar ayında Brnik hava limanından müntəzəm uçuşlar başlayır. 1991-ci il iyunun 27-də Sloveniyanın Yuqoslaviyadan müstəqillik qazandığı gündən 2 gün sonra, Yuqoslaviya ordusu ölkədə hərbi əməliyyatlara başladı. Müharibənin 1-ci günü hava limanı bombalanmışdı. Növbəti gün, iyunun 28-də, Avstriya və Almaniyadan gələn iki jurnalist, Nikolas Vogel və Norbert Verner, aeroport yaxınlığında idarə etdikləri avtomobildə raketlə vurularaq öldürülmüşdü. Dörd Adria Airways təyyarəsi də Yuqoslav Hava Qüvvələrinin hücumu zamanı ciddi ziyan gördü.
Karles Puçdemon
Karles Puçdemon (kat. Carles Puigdemont i Casamajó; 29 dekabr 1962[…], Amer[d]) — Katalan siyasətçi və jurnalist. 2019-cu ildən bu yana Avropa Parlamentinin üzvü kimi fəaliyyət göstərir. Cironanın keçmiş bələdiyyə başçısı olan Puçdemon, Kataloniyanın müstəqillik bəyannaməsindən sonra İspaniya hökuməti tərəfindən vəzifəsindən uzaqlaşdırıldığı zaman 2016-dan 2017-ci ilədək Kataloniyanın 130-cu prezidenti vəzifəsində çalışıb. Respublika Üçün Milli Çağırış partiyasının həmtəsisçisi, Kataloniya üçün birlikdə seçki ittifaqının lideri və Kataloniya üçün Birlik partiyasının qurucusudur. Amerika və Cironada təhsil aldıqdan sonra, 1982-ci ildə müxtəlif yerli nəşrlər üçün yazdı və "El Punt" qəzetində baş redaktor oldu. 1999–2002-ci illərdə Kataloniya Xəbər Agentliyinin direktoru və 2002–2004-cü illərdə Cirona Mədəniyyət Evinin direktoru vəzifəsində çalışıb. Puçdemonun ailəsi Kataloniya müstəqillik hərəkatının dəstəkçisi idilər. Puçdemon 1980-ci ildə Kataloniya Avropa Demokratik Partiyasının sələfi olan milliyyətçi Kataloniya Demokratik Konvergensiyasına qoşularaq siyasətə başladı. 2006-cı ildə Cirona seçki dairəsindən Kataloniya Parlamentinə üzv seçildikdə siyasətdə karyera qurmaq üçün jurnalistikadan getdi.
Puçero
Puçero — əvvəlcə İspaniya, daha dəqiq Əndəlus, sonralar Argentina, Kolumbiya, Uruqvay, Filippin və Kanar adaları mətbəxlərinə aid şorbaya yaxın olan isti yemək. Puçeroya ən oxşar yemək kosido hesab olunur. == Puçero Əndəlusda == Əvvəllər Əndəlusda puçero kəndli yeməyi hesab olunurdu. Onun tərkibinə noxud, düyü və ya makaron, konservləşdirilmiş ət, kartof, müxtəlif tərəvəzlər: kələm, kabaçok, çuğundur daxildir. Puçero bir neçə günə hazırlanır. Birinci gün onu düyü ilə, sonrakı günlər ənənəvi olaraq makaronla yeyilir. Puçerodan artıq qalan sous digər yeməklərin hazırlanmasında istifadə olunur. Artıq ət tikələri isə prinqa adlanan yeməklə birlikdə verilir. == Xarici keçid == Пучеро. Мексиканская кухня.
Puçuq
Puçuq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Pucuq oyk., sadə. Quba r-nunun Qonaqkənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Pucuqqışlaq olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Quba qəzasının Gümür kənd icmasına mənsub ailələr onlara məxsus qışlaq yerində salmışlar. Sonralar toponimin tərkibindəki qışlaq sözü ixtisar edilmişdir. Toponimiyada puçuq/pucuq!puşuq •‘əkinə yararlı olmayan sahə”, “örüş sahəsi” mənalarını bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 48 nəfər əhali yaşayır. Əhalisi tatlardan ibarətdir.
Villi Puçner
Villi Puxner (d. 15 mart 1952) — Aşağı Avstriya əyalətində Mistelbax qəsəbəsindən olan fotoqraf, sənətçi, rəssam və yazıçı. == Həyatı == Villi Puxner Aşağı Avstriya əyalətində Mistelbax an der Zaya qəsəbəsində bir fotoqraf ailənin uşağı olaraq dünyaya gəlmişdir. 1967-ci ildən 1974-cü ilə qədər yüksək qrafik məktəbinin fotoqrafiya hissəsində təhsil almışdır. Bitirdiyi məktəbdə iki il müəllimlik etmişdir. 1978-ci ildən etibarən fotoqraf, rəssam, sənətçi və yazar olaraq sərbəst çalışır. 1983-cü il ilə 1988-ci illər arasında fəlsəfə, jurnalistika, sosiologiya və tarix fənləri üzrə təhsil almışdır. Diplomunu 1988-ci ildə Sosial fəlsəfə "Şəxsi həyat fotoqrafiyası" sahəsində əldə edir. 1989-cu ildən bəri "Wiener Zeitung" adlı qəzetin davamlı olaraq çalışan bir işçisidir. "Pinqvinlərin Həsrəti" adlı layihəsi ilə Villi Puçner məşhur olmuşdur.
Vladislav Puçkov
Vladislav Romanoviç Puçkov (rus. Владислав Романович Пучков; 18 yanvar 1999-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Kuban-2 Krasnodar klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Karyerası == Puçkov öz peşəkar karyerasında debütünü 2 sentyabr 2017-ci ildə Kuban-2 Krasnodar klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Afips Afipski klubuna qarşı oyunda etmişdir.

Digər lüğətlərdə