Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sübh
Sübh (Neftçala)
Sübh (Neftçala)
Sübh — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sübh qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə Sübh kəndi adlandırılmışdır.
Sübh (roman)
Sübh (ing. Breaking Dawn) — Alatoran romanlar seriyasın dördüncü cildi. 2011-2012-ci illərdə kitabın əsasında iki film ekranlara çıxdı.
Sübh azanı
Sübh azanı — "bildirmək, elan etmək" mənasına gəlir. Sübh namazının vaxtını bildirmək üçün islam dininde önəmli yerə sahibdir. Termin mənası isə müsəlmanları namaz ibadətinin vaxtının gəldiyini bildirir. "Azan"— kəliməsi islam dininin müqəddəs kitabı olan "Qurani-Kərim"- də "bildiriş, elan" mənasında keçir. Sübh vaxtı — (ərəb. fəcr‎-yarılma) — günəş doğmadan əvvəl şəfəq deməkdir. Türkcə “sübhün doğması” adlandırılan bu hadisə gecəni gündüzdən ayırdığı və ya gündüzü üzə çıxardığı üçün fecir adlanır. Sübh vaxtına yaxın gün çıxan tərəfdən bir ağartı yuxarıya tərəf hərəkət edir ki, ona "birinci fəcr" deyilir. O ağartı yayılan vaxt "ikinci fəcr" və sübh namazının əvvəl vaxtıdır. Sübh namazının axır vaxtı günəşin çıxan vaxtıdır.
Sübh namazı
Sübh və ya ertə namazı 2 rəkət sünnət,2 rəkət fərz və 2-ci fəcrdən gün çıxana qədər arada qılınır. Birinci rükət: Niyyət ; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; İkinci rükət: Həmd-surə; Qunut Ruku; 2 səcdə; Təşəhhüd; Salam. 2 rəkət sübh namazı qılıram vacib qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün). Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. Fatihə surəsi ilə ondan başqa İxlas surəsi oxunmalı, yəni ayaqda sırasıyla : Fatihə surəsi; İxlas surəsi oxunur. Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı 3 dəfə "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir və ya "Subhanə Rabbiyəl Azim". Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.
Adi şam
Adi şam Skandinaviya, Avropa, İspaniya, İtaliya və Balkan yarımadası, Atlantik okeanı sahillərindən başlayaraq Sakit okean sahillərinə kimi geniş ərazini əhatə edir. Qayalarda və daşlı yamaclarda bitir. Həmişəyaşıl, hündürlüyü 40 m-ə, gövdəsinin dimateri 60 sm-ə çatan ağacdır. Uzunömürlüdür, 300 ilə kimi yaşayır. Dirək gövdəsinin qabığı bozumtul-qonur, qalın, qeyri-bərarər çatlıdır, budaqları qırmızımtıl-sarı, nazik qabıqla örtülüdür. Seyrək çətirli, iynəyarapqları tünd-yaşıldır, aşağı budaqları töküldükdən sonra çətiri ensizləşir. Uc tumurcuqları yumurtavarı və ya yumurtavarı-konusvarı, qabıqları enli-neştərvarı və ya üçkünc, kənarları seyrək, saçaqlı və saçaqsızdır. Adi şamın qozaları may ayında əmələ gəlir, yazda yetişir. Qozaları yumurtavarı-konusvarı, yetişdikdə bönövrəyə qədər açılırlar. Apofizləri bir az piramidal-yuxarı qalxandır.
Qarmaqvarı şam
Qarmaqvarı şam — Təbii halda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Göygöldə, Zəyəm çayının sol sahilində yayılmış, hündürlüyü 25 m olan, bir gövdəli ağac. Çətiri piramida formalı və ya yumrudur. Gövdənin aşağı hissəsinin qabığı tünd-qonur rəngli, dərin yarıqlı, yuxarısında qırmızı-sarı, budaqları boz, cavan budaqları açıq-sarıdır. Yarpaqları cod, duz və az əyilmiş, göyümtüldür, uzunluğu 2-7 sm və eni təxminən 0,2 sm-dir. Qozaları konusşəkilli, assimmetrik, kənar pulcuqları zəif dişlidir. Qozaları tək-tək və ya 2-4 ədədi bir yerdə yerləşir. Parlaq, oval-şar şəkillidir, əvvəlcə yaşıl, sonra qonur-qırmızı olur. Böyümənin axırında qonur-boz rəngdə olur. Aşağı əyilir, uzunluğu 1,5-5,5 sm və qaidəsində eni 2-4 sm-dir. Pulcuqları qırışlı qalxanlıdır.
Sarı şam
Sarı şam (lat. Pinus ponderosa) – şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Şimali Amerika nın qərbində, İngiltərə də, Kolumbiya da, Cənubi Kaliforniya da, eləcə də Avropa nın bir çox ölkələrində bitir. Hündürlüyü 50 m olan, ensiz-konusşəkilli, açıq çətirli, sonradan enli-piramidal forma alan möhkəm, ağacdır. Gövdəsinin qabığı qırmızı-qonur və ya qara rəngli olub, 10 sm qalınlığındadır, iri qatlarla ayrılan qalın qabıqla örtülmüşdür. Diametri 180 sm-dir. Azsaylı şaxələnmiş, çox vaxt qövsşəkilli əyilmiş, qısa budaqları ağaca xüsusi gözəllik verir. Cavan zoğlarının qalınlığı 8–20 mm-ə qədərdir. Qınların uzunluğu 20–27 mm-dir. İynəyarpaqları tünd-yaşıl, ucu biz, sıxdır, uzunluğu 30 sm-ə qədərdir, 2-5 ədədi bəzən bir dəstədə yığılır.
Sıxçiçəkli şam
Pinus densiflora (lat. Pinus densiflora) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Yaponiya , Koreya və Çin in dağ meşələrində dəniz səviyyəsindən 1000–2000 m hündürlükdə, Tunberqa şamı (Pinus Thunbergii Parl.), Zibolda tsuqası (Tsuga Sieboldii Carr.), həmişəyaşıl palıdlarla, müxtəlif iynəyarpaqlı, yarpağı tökülən ağaclarla birlikdə bitir. Hündürlüyü 20–35 m-ədək, gövdəsinin diametri 1-1,3 m olan ağacdır. Qabığı açıq qırmızımtıl-qonur, hamar, nazikdir. Qoca gövdələrin aşağı hissəsi tünd-qonur rəngli olub, dərin uzunsov çatlara bölünür. Yaşlandıqda çətirvarı budaqları hündür, üfüqi yaruslarla yerləşir. Zoğları sarımtıl-qonur, mum örtüklüdür. Tumurcuqları silindrik, ucu biz, qırmızı-qonur, enli-neştərvaridir. Tumurcuqların qabıqları tünd-qonur, kənarlarında sıx yerləşmiş açıq saçaqlıdır.
Uzunyarpaq şam
Vətəni Himalay dağıdır. Kanar şamına yaxınsır və qozaların uzunsov olması ilə ondan fərqlənir. Hündürlüyü 25 m olan dekorativ ağacdır. Gövdəsi boz rəngli, qalın və çat-çat olmuş qabıq ilə örtülüdür. İynəyarpaqları açıq-yaşıldır, 25-27 sm uzunluğunda at yalına bənzər olub, aşağıya doğru sallanır. Çətiri yığcam ellipsvarıdır. Qozaların uzunluğu 18 sm-dir. Kanar şamından qozaların qabığının uzunsov qalxanalrı ilə fərqlənir. Azərbaycan da Mərdəkan dendrarisində introduksiya edilmişdir. Burada iri qozalar əmələ gətirir, lakin toxum tam yetişmir.
Xırdaçiçəkli şam
Pinus parviflora (lat. Pinus parviflora) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Yaponiya nın dağ rayonlarında dəniz səviyyəsindən 2500 m hündürlüyə qədər olan ərazilərdə və Koreya sahilləri ndə Utserye yarımadasında bitir. Hündürlüyü 15–20 m-ə çatan ağacdır. Gövdəsi çox vaxt bünövrədən budaqlanır. Çətiri cavanlıqda ensiz-konusvarı olub, yaşlandıqdan sonra enli-konusvarı, şaxəlidir. Qabığı hamardır, yaşlandıqda nazik qabıqlarla çıxır. Cavan zoğlarında qabıqların qalınlığı təxminən 3 mm-dir, yaşıl və ya yaşılımtıl qonur olub, ağımtıl, qıvrım tükcüklərlə örtülür. Yaşlı zoğları açıq-boz rənglidir, çılpaqdır. Uc tumurcuqların uzunluğu 4–7 mm, eni 2,5–3 mm, yumurtavarı-silindrikdir, qatranlı deyil, qırmızı və ya tünd qonurdur, kənarları açıq saçaqlıdır.
Şüalı şam
Pinus radiata (lat. Pinus radiata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Vətəni Şimali Amerika dır. Çətiri yumru, şarşəkilli, sıxdır. Zoğları möhkəm yapışmış, nazik və müxtəlif uzunluqdadır. Tumurcuqları qısa, uzunluğu 3 mm, pulcuqları yapışqanlı, nazik, yumşaq, boz-mavi, zoğların uclarında yuxarı istiqamətlənmiş, qeyri-bərabər yayılmışdır, üstdən yaşıl, altdan mavi-yaşıldır, uzunluğu 10 sm-ə qədərdir. Tezböyüyən, istisevən kölgəyə və soyuğa davamlıdır, quraqlığa dözümsüzdür. Ağır olmayan rütubətli, drenaj üsulu ilə təmişlənmiş gillicə, qumluca tropaqlarda yaxşı bitir, durğun sulu, artıq dərəcədə nəm olan torpaqlarda göbələk xəstəliklərinə yoluxduğu üçün uzunömürlü olmur. Aşağı temperaturda (-10-110 C) iynəyarpaqlarını don vurur. Güclü dəniz küləklərinə qarşı davamlıdır.
Əş-Şam
Əş-Şam (ərəb. جبل شمس‎) — Oman sultanlığının ən hündür nöqtəsi. Əl-Əxdar silsiləsinin ən hündür nöqtəsi. Zirvənin hündürlüyü 3018 metrdir. Dağ Baxla şəhərindən 30 km şimalda yerləşir. Zirvədə radiolakasiya stansiyası yerləşdiyindən qapalı zomnadır. Zirvəyə torpaq yol çəkilmişdir. dağın qarşı tərəfində müşahidə meydançası vardır. Bura yaxın ərazidə turistik baza yerləşir.
Qara şam
Qara şam (lat. Larix) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi.
Şam (dəqiqləşdirmə)
Şam — Şam (tibb) — Şam (xalça) — Şam şəhəri — Şamb — Sisyan rayonunda kənd. Şam ağacı — Alışdırma şamları — Avtomobildə alışdırma şamları.
Şam şəhəri
Dəməşq və ya Şam — Suriya Ərəb Respublikasının paytaxtıdır. Dəməşq (ərəb dilində "təşəbbüs" mənasını bildirir) nəinki Suriyanın, eləcə də bütün dünyanın ən qədim şəhərlərindən biridir. Dəməşq barədə ilk məlumat e.ə. 1500-cü ilə təsadüf edir. Dəməşq həm də dünyanın ən qədim paytaxt şəhəridir.Belə ki, e.ə. 13 əsrin əvvəllərindən e.ə. 732-ci ilə qədər şəhər Dəməşq padşahlığının paytaxtı olub. Çoxəsrlik tarixi boyunca Dəməşq assuriyalılar, farslar, makedoniyalılar, romalılar tərəfindən dəfələrlə təzyiqə və az qala məhv olmağa məruz qalıb, lakin bir müddətdən sonra ticarət və mədəniyyət mərkəzi kimi yenidən dirçəlmişdir. Dəməşqin əsasının qoyulduğu dəqiq tarix bilinmir, lakin XII əsrdə yaşamış ərəb tarixçisi İbn Asakir şəhərin əsasının eramızdan əvvəl IV minillikdə qoyulduğu, Nuh dövründəki böyük daşqından sonra ilk tikilən qala divarlarının Dəməşqdə olduğunu yazıb. Şəhərin mövcudluğuna dair ilk yazılı abidə eramızdan əvvəl XV əsrə aiddir, bu vaxt Dəməşq Misir fironluğunun hakimiyyəti altında olub.
Yumşaqiynəyarpaqlı şam
Pinus muricata (lat. Pinus muricata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Kaliforniya və Sakit okean sahillərində, qumluqlarda, bataqlıq yerlərdə, dağ ətəyində dəniz səviyyəsindən 600–900 m hündürlükdə, seyrək ağacları olan kiçik qruplar əmələ gətirir. Hündürlüyü 12–25 m, gövdəsinin diametri 40-90 sm, qabığının qalınlığı 15 sm-ə qədər olur. Gövdənin bünövrəsində qeyri-bərabər dərin şırımlar vardır, məhkəm qabıqlı, qırmızı-qonur rənglidir. Budaqları qalın, şaxələnmiş, enli, hamar-yumru çətir əmələ gətirir. Zoğları narıncı-yaşıl, çılpaq, bir neçə buğumarası, xırda yarpaqları vardır. Tumurcuqları silindrik, tündqonurdur. İynəyarpaqları möhkəm, cod, tünd-yaşıl, uzunluğu 10-15 sm-dir. Alt tərəfi hamardır, nazik dişli, ucu biz şəkilli, dəstədə 2 ədəd olub, budaqların uclarında yığılmışdır.
Şam-Fi
Şam (ağac)
Şam ağacı (lat. Pinus) — şamkimilər fəsiləsinə aid bitki cinsi. Şam ağacının 115 növü məlumdur. Şam ağacının iynəyarpaqlarından diş ağrısının müalicəsində istifadə olunur. Ağızı iynəyarpaq həlimi və sirkə ilə yaxalamaq uğurlu nəticə verir. İynəyarpaq buxarı ilə inhalyasiya etmək aborta kömək edir və aybaşının başlanmasına təkan verir. İynəyarpağın tüstüsü qaş və kipriklərin tökülməsində, gözdən yaş gəldikdə və zəif görmədə kömək edir. Şamağacı tumurcuğunun həlimi öskürəyə qarşı vasitədir. İynəyarpağından böyrək xəstəliklərinə qarşı preparatlar və vanna üçün şamağacı ekstraktı hazırlanır. İynəyarpaq-karotin pastası yaraların müalicəsində işlənir.
Şam (işıq)
Şam — işıqlandırma vasitəsi. Adətən yanan bərk maddədən silindr şəklində hazırlayırlar. Onu yandırmaq üçün fitil adlanan hissəni alova tuturlar. Yanan bərk maddə kimi əsasən parafindən istifadə olunur. Bundan başqa piy, mum, spermaset (kaşalotun kəllə sümüyündən çıxardılan, ətriyyat istehsalında və sənayedə işlədilən maddə) və s.-dən istifadə olunur. Fitilə şora, ammonium-xlor, bor turşusu məhlulu hopdurulur.
Şam (kənd)
Şamb, Şamkəndi, Şamkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Şamkəndi kimi qeyd edilmişdir. Toponimin ilkin forması "Şam"dır. Toponimin sonundakı "b" samiti sonradan artırılaraq erməni dilində "qarğı, qamış" mənasını verən şamb formasına uyğunlaşdırılmışdır. Toponim "ağac" mənasında işlənən şam sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Qurluşca sadə toponimdir.
Şam (xalça)
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Şam ağacı
Şam ağacı (lat. Pinus) — şamkimilər fəsiləsinə aid bitki cinsi. Şam ağacının 115 növü məlumdur. Şam ağacının iynəyarpaqlarından diş ağrısının müalicəsində istifadə olunur. Ağızı iynəyarpaq həlimi və sirkə ilə yaxalamaq uğurlu nəticə verir. İynəyarpaq buxarı ilə inhalyasiya etmək aborta kömək edir və aybaşının başlanmasına təkan verir. İynəyarpağın tüstüsü qaş və kipriklərin tökülməsində, gözdən yaş gəldikdə və zəif görmədə kömək edir. Şamağacı tumurcuğunun həlimi öskürəyə qarşı vasitədir. İynəyarpağından böyrək xəstəliklərinə qarşı preparatlar və vanna üçün şamağacı ekstraktı hazırlanır. İynəyarpaq-karotin pastası yaraların müalicəsində işlənir.
Şam namazı
Şam və ya axşam namazı 3 rəkətdir. Əvvəl vaxtı Günəş qürub edərkən günçıxan tərəfdən gələn işartının başımızın üstündən günbatan tərəfə keçdiyi vaxtdır. Axır vaxtı isə gecəyarısına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir 1-ci rəkət: Niyyət; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; 2-ci rəkət: Həmd-surə; Qunut; Ruku; 2 səcdə; Təşəhhüd; 3-cü rəkət: Təsbihati-ərbəə Ruku; 2 səcdə; Təşəhhüd; Salam. Niyyət bu şəkildə edilir: "Şam namazı qılıram vacib qürbətən iləllah". Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. Fatihə surəsi ilə ondan başqa qısa bir surə (vacibi səcdə ayəsi olmayan) oxunmalı. Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. Təşəhhüd deyən zaman oturaq vəziyyəti alırsan.
Şam qarğası
Şam qarğası (lat. Nucifraga caryocatactes), qarğalar (Corvidae) ailəsindən bir quş növüdür.
Roksburq şamı (Uzunyarpaqlı şam)
Sülh
Sülh — hansısa dövlətin, böyük ərazinin əhalisinin müəyyən dövr ərzində digər dövlətlə açıq müharibə vəziyyətində olmaması zamanı. Sülh dövlətlərin bir-biri ilə münasibətlərinin qeyri-zorakılıq şəraitində qurması, bir-birinin milli maraqlarını uzlaşdırması və bütün bunların müqavilə ilə təsdiqləməsi nəticəsində mümkün olur. Sülh şəraiti müharibə nəticəsində pozulur. Sülhsüz nə ictimai, nə də şəxsi təhlükəsizlik mümkün olmur. R.Ceksonun hesablamalarına görə 1945-ci ildən sonra dünyada cəmi 26 gün müharibəsiz keçib. İstənilən müharibənin istəyi sülhdür. Cəmiyyət Nobel Sülh mükafatı BMT Яндекс.
SAM
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək). 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
Nam San Mi
Nam San Mi (3 may 1984) — Cənubi Koreyalı aktrisa.
San-Fransisko sülh müqaviləsi
1947-ci ilin əvvəlində ABŞ Sakit okeanda əvvəllər yapon nəzarəti altında olan adaların (Karolin, Marian, Marşall) ona verilməsini xahiş etdi. Lakin BMT Təhlükəsizlik Şurası bu ərazilərin özünüidarəetmə istiqamətində inkişafı haqqında düzəlişləri qəbul etdi. 1947-ci il iyulun 11-də Uzaq Şərq Komissiyası Yaponiya ilə sülh müqaviləsini tərtib etmək üçün 11 dövlətdən ibarət müşavirənin çağırılması təklifini irəli sürdülər. 1949-cu ildə Kanberra görüşündə bu tələb təsdiq olundu. 1951-ci ilin yanvarında Dalles Tokioya gələrək Yaponiya hökuməti ilə danışıqlara başladı. Mart ayında hazırlanmış Amerika-Yaponiya birgə layihəsi regionda ABŞ-İngiltərə əməkdaşlığını nəzərə alırdı. İyulun 20-də İngiltərə və ABŞ Yaponiya ilə sülh müqaviləsi bağlamaq üçün San-Fransiskoda müşavirə keçirilməsini təklif etdilər. 1951-ci ilin sentyabrında keçirilən bu müşavirədə 52 dövlət iştirak etdi. Müqavilənin imzalanması mərasimində SSRİ, Polşa və Çexoslovakiya iştirak etmədilər. Müqaviləyə görə: Yapon xalqının Yaponiya üzərində tam suverenliyini tanıyan iştirakçılar ilə bu ölkə arasında müharibə dayandırıldı.
San-Stefano sülh müqaviləsi
San-Stefano (Yaşılköy) sülh müqaviləsi - 3 mart 1878-ci ildə Rusiya-Türkiyə müharibəsini başa çatdırmış ilkin müqavilədir. Fevralın 19-da İstanbul yaxınlığındakı San-Stefano şəhərində imzalanmışdır. Müqaviləyə görə Çernoqoriya, Serbiya və Rumıniya müstəqil dövlətlər elan edildilər. Osmanlı imperiyası daxilində Bosniya və Herseqovinaya muxtariyyət verildi. Bolqarıstan Türkiyədən vassal asılılığında dövlət elan olundu. Batum, Ərdəhan , Qars, Bayazid və Cənubi Bessarabiya Rusiyanın tabeliyinə keçdi. Türkiyə Epirə, Fessaliya və Albaniyaya daxili özünüidarə hüququ verməyi, Türkiyənin şəhərlərində ermənilər yaşayan ərazilərdə islahatlar keçirməyi və s. öhdəsinə götürdü. Müqavilə Cənubi Qafqazda yeni bir münaqişə ocağının meydana gəlməsinin başlanğıcını qoydu. Türkiyənin heç bir vilayətində əhalinin əksəriyyətini təşkil etməyən ermənilərə muxtariyyət vədlər verilməsi onların arasında terrorçuluq, separatçılıq meyllərinin güclənməsinə, "erməni məsələsi" nin sonralar beynəlxalq səviyyələrdə müzakirə obyektinə çevrilməsinə, dənizdən-dənizə "Böyük Ermənistan" xülyaları əsasında xəritələr cızılmasına, Azərbaycana və Türkiyəyə, xüsusilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinəəsassız iddialar irəli sürülməsinə və s.
Sam Dastyari
Səhənd „Sem“ Dəstyari (28 iyul 1983, Sari) — Azərbaycan əsilli Avstraliya siyasətçisi. 2013-cü ildən 2018-ci ilə qədər Yeni Cənubi Uelsi Avstraliya senatında təmsil etmişdir.
Sam Mirzə
Sam mirzə Şah İsmayıl oğlu Səfəvi (28 avqust 1518 – 1567) — Səfəvi şahzadəsi, təzkirəçi, ədəbiyyatşünas. 10 sentyabr 1517-ci ildə, Şah İsmayıl Xətai və Şahbəyim Taclı Bəyimin övladı olaraq dünyaya gəlmişdir. Bəhram Mirzə Səfəvini əvəz edərək iki dəfə Xorasan hakimi və Ərdəbil hakimi olmuşdur. Şah İsmayılın qəfil ölümündən sonra 10 yaşında hakimiyyətə keçən oğlu Təhmasib mirzə feodalların, qızılbaş əmirlərinin əlində oyuncağa çevrilmişdi. İlk on il hədsiz hərcmərclik və qızılbaş tayfa başçıları arasında kəskin qanlı döyüşlər dövrü idi. Əmirlər və tayfa başçıları arasında bu qanlı çəkişmələrlə yanaşı, bir tərəfdən də osmanlılar tez-tez Azərbaycana hücum edirdi. Şahlığının 10-cu ilində — 20 yaşlarında hakimiyyəti möhkəmlətmək, ölkəni daha çox nizama salmaq istərkən Təhmasib daxildə və xaricdə böyük çətinliklərlə üzləşir. Əmirül-üməra Hüseyn xan Şamlı ən yaxşı torpaqları şamlıların əlində toplamağa çalışmaqla yanaşı, vaxtilə lələsi olduğu Sam Mirzəni hakimiyyətə keçirmək üçün Şah Təhmasibi zəhərləmək istəyir. Şah bunu eşidərək Hüseyn xanı yanına çağırtdırıb, tikə-tikə doğratdırır. Elə bu zamanlar Sam Mirzə qardaşına xəyanət edərək özünü Osmanlı sultanı Sultan Süleymanın vassalı sayır.
Sam Horn
Samuel Lee Horn (2 noyabr 1963-cü ildə anadan olub) keçmiş peşəkar Amerikalı beysbol oyunçusudur. Səkkiz mövsümün bir hissəsini Major League Baseball- da (MLB) keçirmiş və Boston idman komandalarının flaqman stansiyası olan New England Sports Network- ün aparıcısı olmuşdur.