Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sızanaq xəstəliyi
Sızanaq və ya çivzə xəstəliyi — dərinin iltihabi xroniki xəstəliyidir. Elmi adı acne vulgaris olan bu xəstəlik əsasən yeniyetməlik dövründə meydana çıxır. Lakin istənilən yaşda yarana bilər. Kürəkdə, üzdə, saçlı dəridə əsasən irinli qabarcıqlar şəklində özünü göstərir. Sızanaq və ya akne xəstəliyinin yaranmasında zəncirvari dörd ana mexanizm mövcuddur. Onlar aşağıdakılardır: Yəni yağ vəzlərinin həddindən artıq ifrazı. Yağ vəzlərinin sintezi və ifrazı birbaşa insanın hormonal statusunua bağlıdır. Yağ vəzlərindəki hormon reseptorları və qandakı hormonların miqdarı arasındakı tarazlıq yağ vəzlərindəki möhtəviyyatın sintezini və ifrazını tənzimləyir. Genetik olaraq hiperseborreya halına meyilli olanlarda bu balans pozulduğu üçün üz dərisi və saçlarda yağlanma müşahidə olunur. Bu isə akne xəstəliyinə meyilliyə səbəb olur.
Şinadağ
Şinadağ — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 35 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Şnatağ, Şenatağ formalarında da qeyd edilir. Toponim qədim türk dilində «tikinti, tikili, qəsəbə, kənd, oba, yurd» mənasında işlənən şen sözünün qədim forması olan şin sözü ilə Azərbaycan dilində «yerin hündür, dik, yamaclı və zirvəli hissəsi» mənasında işlənən dağ sözünün qədim fonetik forması olan tağ sözü əsasında əmələ gəlmişdir. «Kənd, oba, yurd, tikili, yaşayış məntəqəsi» mənasında işlənən şen sözü öz izini Azərbaycan dilində «abad yaşayış yeri, ümumiyyətlə məskun yer, məntəqə», «qəsəbə» mənasında işlənən şenlik sözündə və «adam az olan, əhalisi az olan» mənasında işlənən şenliksiz sözündə saxlamışdır. Bu söz həm də şin, şın formasında toponimlərin tərkibində (Çavanşin, Buvırşın, Sarığşın, Şin, Şinçay) işlənməkdədir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 2.
Zare Sinanyan
Zare Con Sinanyan (erm. Զարեհ Սինանյան, ing. Zareh John Sinanyan; 1973, İrəvan) — Ermənistan və ABŞ siyasətçisi, vəkili. O, hal-hazırda Ermənistan diasporla iş üzrə ali komissarı vəzifəsində çalışır. Sinanyan Kaliforniyanın Qlendeyl şəhər şurasının keçmiş üzvüdür və iki dəfə şəhərin meri vəzifəsində çalışmışdır. Şəhər şurasının üzvü kimi müxtəlif komissiyalarda, o cümlədən Parklar, İstirahət və İcma Xidməti və İcma İnkişafı Bloku Qrant Məsləhət Komitəsində vəzifələr tutmuşdur. 14 iyun 2019-cu ildə Sinanyan baş nazir Nikol Paşinyan tərəfindən Ermənistan diasporla iş üzrə ali komissarı (ləğv edilmiş diaspor naziri postunu əvəz etmək üçün yaradılmış vəzifə) təyin edilmişdir. Zare Sinanyan 1973-cü ildə Ermənistanın İrəvan şəhərində anadan olmuş və 172 nömrəli yerli məktəbdə təhsil almışdır. Atası Türkiyənin İstanbul şəhərində anadan olmuş və 1946-cı ildə Ermənistanda məskunlaşmışdır. Anası Ermənistanın Talın şəhərindəndir.