Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sədo
Sədo (lat. Ruta) - sədokimilər fəsiləsinə aid bitki cinsi.
İyli sədo
Ətirli sədo, İyli sədo (lat. Ruta graveolens) — sədo cinsinə aid bitki növü.
Ətirli sədo
Ətirli sədo, İyli sədo (lat. Ruta graveolens) — sədo cinsinə aid bitki növü.
Sədokimilər
Sədokimilər (lat. Rutaceae) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Sado
Sado (yap. 佐渡島) — Yapon dənizi sularında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Niiqata prefekturasına daxildir. Adanın inzibati cəhətdən mərkəzi eyni adlı şəhərdir. Şəhər ada ərazisi bütünlüklə örtülür. 1 yanvar 2008 il məlumatına görə adanın sahəsi 855,26 km² təşkil edir. Ada 65 037 nəfər adam yaşayır. Ada səmadan «N» hərifini xatırladır. Reylef baxımından adanı üç yerə bölmək olar. Böyük Sado adanın şimal-qərbində dağlıq ərazidir.
Sədi
Sədi — ad. Sədi Şirazi — orta əsr fars ədəbiyyatı, qəzəl janrının ən görkəmli nümayəndəsi. Sədi Sani Qarabaği — XIX əsr Azərbaycan şairi.
Sədr
Sədr – Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Səfəvi dövlətində sədr dini idarəyə rəhbərlik edir, antifeodal bidətçi hərəkatların qarşısının alınması kökünün kəsilməsi, habelə hər yerdə şiəliyin mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı. Ümumiyyətlə Səfəvi dövlətində ruhanilər böyük ayətullah, hüccətül-islam, qazı və müftidən, ibarət olub, mülki və şəri təhqiqatla onlar məşğul olurdular. Ayətullaha müctəhid-e əzəm (hökm vermək, qərar çıxarmaq hüququna malik olan ən nüfuzlu və böyük fəqih), yəni sədr deyirdilər. Bu söz isə ərəbcə olub, bədənin yuxarısı mənasını ifadə edir. Bəzi mənbələrdə bədənin bu hissəsinə qəlb deyilir. Ancaq ayrılıqda, daha doğrusu, ali rütbə, yüksək məqam və bir istilah kimi "sədrneşin", yəni sədr yerini tutan, yaxud məcazi mənada ən yüksək fəzada, göylərin yeddinci qatında qərar tutan "sidr" ağası kimi, ya da məclisdə başda oturan mənasını da verməkdədir. I Şah İsmayıl Səfəvi dövlətini yaratdıqdan sonra ondan əvvəl bölgədə hökmranlıq edən Teymuri, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən ilham almış və onların dövlət quruluşu və divan sisteminə bənzər bir təşkilat yaratmışdı. Azərbaycan Səfəvilər səltənətinin qurucusu olan Şah İsmayılın dövlətinin hərbi-siyasi özülünü türk-qızılbaşlar təşkil edirdi.Dini və qəzai mövqelərə isə seyid, müctəhid, şeyxlər, üləmalar arasından seçilən şəxslər təyin edilirdi.Bu barədə İsgəndər bəy Münşi yazır: "Bu vilayət nişanəli sülaləsində qayda bu cür idi ki, seyidləri və ruhaniləri himayə etmək, onların işlərinə cavabdeh olmaq, vəqflərin idarə olunması və şəriətin yayılması üçün vəsaitlərin xərclənməsi kimi öhdəliklər daşıyan sədarət vəzifəsi yüksək dərəcəli və pəhrizkar seyidlərdən savayı, digər bir kimsəyə tapşırılmazdı." Belə ki, Şah İsmayıl həm hərbi həm siyasi həm də dini məqamları bir yerdə cəmləmək, onları dövlət məqsədləri çərçivəsində istiqamətləndirmək və Səfəvi dövləti ərazisində şiələşdirmək siyasətini həyata keçirmək üçün sədarət vəzifəsini yaratdı. Bu vəzifəni ilk icra edən şəxs isə Şah İsmayıla səltənət tacını taxan Qadı Şəmsəddin Mövlana Lahıcı Gilani olmuşdur.
Dıli sado
"Dıli sado" (orijinalda tal. Dıli sədo, tərcüməsi: "Qəlbin səsi") — talış yazıçısı Aytən Eyvazonun 2015-ci ildə talış dilində yazılmış romanı. Əsər 19-cu əsrin sonlarında Talışıstanda baş verən tarixi hadisələrdən bəhs edir və müəllif zamanın koloritini öz əsas personajları vasitəsilə çatdırır, onların arasında ümumi fonda gənc bir sevən cütlük seçilir, onların taleyi belədir. əsərin əsas məqamı . Romanda talış adət-ənənələri, həyat tərzi, məişət və şəxsiyyətlərarası münasibətlər təsvir olunur. В романе описаны талышские традиции, образ жизни, бытовые и межличностные отношения. Kitabın redaktoru Əlimərdan Şükürzadədir və kitab talış şairi Vüqar Mirzəzadənın maliyyə dəstəyi ilə nəşr edilib. 18 mart 2015-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində "Etnoqlobus" onlayn xəbər agentliyi "Tolışi Ədəbiјoti Bınyvışton" ("Talış ədəbiyyatı yazıçıları") təşəbbüs qrupunun köməkliyi ilə romanın təqdimatını keçirmişdir. Romanın müəllifi görülən işlərdən bu şəkildə danışmışdır: Romanın talış dilində yazılması, dilin inkişaf etdirilməsi, onun canlılığı, ədəbi ənənənin qurulması məqsədi daşıması da vacibdir. Oxucu üçün maraqlı olar ki, romandakı dialoqlar talış dilinin Lənkəran və Lerik dialektlərini əks etdirir .
Musa Sədr
Seyyid Musa Seyid Sədrəddin oğlu Sədr (15 aprel 1928 və ya 15 may 1928, Qum – 31 avqust 1978, yoxa çıxma[d]) — İran islamşünas alimi. İmam Musa Sədr 1928-ci ildə Qum şəhərinin "Eşqəli məhəlləsi"ndə ruhani ailəsində dünyaya göz açmışdır. Atası mərhum Ayətullah-üzma Seyid Sədrəddin Sədr övladının adını Musa qoydu. Seyid Musa uşaqlıq və yeniyetməlik dövrünü həmin məhəllədə keçirdi. Musa Sədr 1942-ci ildən başlayaraq on il müddətində Qum Elmi hövzəsində təhsil alır. Hövzədə təhsil almaqla yanaşı Tehran Universitetinə daxil olur və iqtisadçı-hüquqşünas ixtisasına yiyələnir. 1944-cü ildən Nəcəf Elmi hövzəsində təhsilini davam etdirir. Musa Sədr 28 yaşında ailə həyatı qurur. Onun bu izdivacdan iki oğlu (Sədrəddin, Həmid), iki qızı (Hura, Məlihə) dünyaya gəlir. Livan səfəri Musa Sədr 1960-cı ildə Livandan çoxsaylı müraciətlər əsasında baba yurduna 30 günlük səfərə çıxır, amma Livandakı vəziyyət onu bu ölkədə qalıb fəaliyyət göstərməyə vadar edir.
Möhsün Sədr
Möhsün Sədr (1871, Məhəllat, Mərkəzi ostanı – 19 oktyabr 1962, Tehran) — İranın baş baziri. 1945-ci ilin iyununda Güney Azərbaycanda İşlər ciddiləşdi. İranda yeni hökumət böhranı dərinləşməyə başladı. Bir tərəfdən İbrahim Həkimi hökuməti istefa vermişdi, digər tərəfdən yeni təyin edilmiş Baş kazir, 70 yaşlı Möhsün Sədr (Sədr-ül-Əşrəf) Məclisdən etimad ala bilməmişdi. Məclisin müxalifət azlığı və Xalq Partiyası Baş Nazir vəzifəsinə Möhsün Sədrin namizədliyini müdafiə etmirdilər. Onlar Sadri irticaçı şəxslərdən biri hesab edirdilər. Seyid Ziya tərəfdarlarının və Məclisdə müxalifət çoxluqunun ciddi cəhdlərinə baxmayaraq Məclisdən etimad almaq məsələsi iki aya qədər yubandı. Əşrəf Sədr Rza şah dövründə Ədliyyə naziri işləmişdi. Onun dövründə Mazandaran düzənliyinin Rza şaha verilməsi hüquqi cəhətdən əsaslandırılmışdı. O, Məhəmmədəli şah dövründə Qanuni Əsası və demokratiya uğrunda mübarizə aparıb Rusiyanın köməkliyi ilə həbs edilmiş demokratların istintaq işini aparmışdı.
Oruc Səda
Oruc Səda (24 may 1934, Saracıq, Qaryagin rayonu – 16 may 2016, Horadiz, Füzuli rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Oruc Səda 1934-cü il may ayının 24-də Qaryagin rayonunun (indiki Füzuli rayonu) Saracıq kəndində anadan olmuşdur. 1953-cü ildə Əhmədalılar kənd tam orta məktəbini bitirmiş, elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinə daxil olmuşdur. 1957-ci ildə buranı bitirib Astraxanbazar (indiki Cəlilabad rayonu) rayonuna yollanmışdır. 4 il burada müəllim işlədikdən sonra, 1961-ci ildə Horadiz şəhərinə dəyişdirilmişdir. Şairin ilk şeiri olan "Analar" şeiri 1956-cı ildə "Gənclər" qəzetində çap edilmişdir. Beş kitabı işıq üzü görmüşdür. 1994-cü ildə şeir və hekayələrindən ibarət olan "Şeytan barmağı" kitabı çap edildi. Bundan sonra "Hələ şüşədədir divlərin canı", "Mavi nəğməli ömür", "Allah evi" və "Qəmin heyrət zirvəsi" kitablarını yazmışdır. Sonuncu yazdığı "Qəmin heyrət zirvəsi" kitabı isə 2003-cü ildə çap edilmişdir.
Qarağan Sədi
Qarağan Sədi — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qarağan Şıxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qarağan Sədi kəndi Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qarağan Şıxlar kəndi mərkəz olmaqla, Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Akiko Sudo
Akiko Sudo (d. 7 aprel 1984) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 3 qol vurub.
Sədi (Cəbrayıl)
Sədi — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Kəndin adı Sədili variantında da qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, kəndi Sədi adlı şəxs saldığına görə belə adlandırılmışdır. Əslində oykonim azərbaycanlıların etnogenezində iştirak etmiş sədulu tayfasının adı ilə bağlıdır. Kənd Arazboyu düzənlikdə yerləşir. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edir.
Sədi (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Sədi (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd.
Sado (ada)
Sado (yap. 佐渡島) — Yapon dənizi sularında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Niiqata prefekturasına daxildir. Adanın inzibati cəhətdən mərkəzi eyni adlı şəhərdir. Şəhər ada ərazisi bütünlüklə örtülür. 1 yanvar 2008 il məlumatına görə adanın sahəsi 855,26 km² təşkil edir. Ada 65 037 nəfər adam yaşayır. Ada səmadan «N» hərifini xatırladır. Reylef baxımından adanı üç yerə bölmək olar. Böyük Sado adanın şimal-qərbində dağlıq ərazidir.
Sədi Yüzbəndi
Sədi Yüzbəndi (1918, Yüzbənd, Şərqi Azərbaycan ostanı – 1946, Təbriz) ― azərbaycanlı şair, aktyor. Azərbaycan Milli Hökuməti dövründə Şairlər məclisinin üzvü. Azərbaycan Milli Hökuməti süquta uğradıqdan sonra şah ordusunun silahlı dəstələri tərəfindən başı kəsilib. Sədi İzzət oğlu 1918-ci ildə Qaradağ mahalının Yüzbənd kəndində anadan olub. Azərbaycan Demokrat Firqəsinə qoşulub. Firqənin Qaradağ Vilayət Komitəsində Əbdülsəməd İmraninin rəhbərliyi altında fədai kimi döyüşlərdə iştirak edib. Burada müxtəlif məsul vəzifələrə seçilib. 1945-ci ildə Təbrizdə "Vətən yolunda" qəzeti yanında təsis edilən Şairlər məclisinin üzvü olub. 1946-cı ildə isə Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı və leytenant rütbəsilə təltif olunub. "Ziddi-faşist", "Şairlər məclisi", Azərbaycan qəzet və jurnallarında şeirləri çap edilib.
Sədr (titul)
Sədr — ilk növbədə İran dünyasında alim kimi müstəsna bir şəxsi təyin etmək üçün istifadə olunan titul. Bu, əvvəlcə Maveraünnəündə böyük din alimləri üçün şəxsi titul kimi, sonra da yüksək rütbəli inzibati xadimlər üçün və təq. 1380 ildən XVIII əsrin sonlarına qədər bir millətin dini hakimiyyətinin başçısı üçün istifadə olunurdu. Daha sonra Qacar dövlətində yüksək vəzifəli şəxslər, o cümlədən baş vəzir üçün istifadə edilmişdir. Floor, Willem (2005). "Ṣadr". In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation.
Səda Fəttahoğlu
Səda Fəttahoğlu (26 sentyabr 1979, Trabzon – 27 sentyabr 2023, Bəyoğlu) — Türk aktrisası. Fettahoğlu 26 sentyabr 1979-cu ildə Trabzonda doğulub. O, Trabzon Anadolu Liseyində və Bilkent Universiteti Səhnə Sənətləri Bölümündə təhsil almışdır. 1999-cu ildə başladığı aktyorluq karyerasını 2023-cü ildə vəfat edənə qədər davam etdirib. İngilis dilini mükəmməl bildiyi üçün xarici kino və televiziya filmlərində dublyaj işləri görüb. 2003–2004-cü illərdə "Elmavision" kanalında Can Gürzapla birlikdə "İyi Seyirlər" adlı teatr proqramını aparıb. Aktyorluq karyerasında əsasən serial və reklamlarda çəkilib. O, daha çox zamanının fenomeninə çevrilən "ATV" və "Kanal D"də yayımlanan "Çocuklar Duymasın" serialında Sultan obrazı ilə yadda qalıb. Eyni vaxtda o "Muhteşem Yüzyıl", "Sihirli Annem", "Dolunay", "Sular Durulmuyor" kimi seriallarda ekranlara çıxıb. Fettahoğlu 27 sentyabr 2023-cü ildə İstanbulun Beyoğlu rayonunda parkda depressiyaya düşdüyü üçün 44 yaşında özünü tapança ilə vuraraq intihar etdi.
Sədr (Səfəvilər)
Sədr – Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Səfəvi dövlətində sədr dini idarəyə rəhbərlik edir, antifeodal bidətçi hərəkatların qarşısının alınması kökünün kəsilməsi, habelə hər yerdə şiəliyin mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı. Ümumiyyətlə Səfəvi dövlətində ruhanilər böyük ayətullah, hüccətül-islam, qazı və müftidən, ibarət olub, mülki və şəri təhqiqatla onlar məşğul olurdular. Ayətullaha müctəhid-e əzəm (hökm vermək, qərar çıxarmaq hüququna malik olan ən nüfuzlu və böyük fəqih), yəni sədr deyirdilər. Bu söz isə ərəbcə olub, bədənin yuxarısı mənasını ifadə edir. Bəzi mənbələrdə bədənin bu hissəsinə qəlb deyilir. Ancaq ayrılıqda, daha doğrusu, ali rütbə, yüksək məqam və bir istilah kimi "sədrneşin", yəni sədr yerini tutan, yaxud məcazi mənada ən yüksək fəzada, göylərin yeddinci qatında qərar tutan "sidr" ağası kimi, ya da məclisdə başda oturan mənasını da verməkdədir. I Şah İsmayıl Səfəvi dövlətini yaratdıqdan sonra ondan əvvəl bölgədə hökmranlıq edən Teymuri, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən ilham almış və onların dövlət quruluşu və divan sisteminə bənzər bir təşkilat yaratmışdı. Azərbaycan Səfəvilər səltənətinin qurucusu olan Şah İsmayılın dövlətinin hərbi-siyasi özülünü türk-qızılbaşlar təşkil edirdi.Dini və qəzai mövqelərə isə seyid, müctəhid, şeyxlər, üləmalar arasından seçilən şəxslər təyin edilirdi.Bu barədə İsgəndər bəy Münşi yazır: "Bu vilayət nişanəli sülaləsində qayda bu cür idi ki, seyidləri və ruhaniləri himayə etmək, onların işlərinə cavabdeh olmaq, vəqflərin idarə olunması və şəriətin yayılması üçün vəsaitlərin xərclənməsi kimi öhdəliklər daşıyan sədarət vəzifəsi yüksək dərəcəli və pəhrizkar seyidlərdən savayı, digər bir kimsəyə tapşırılmazdı." Belə ki, Şah İsmayıl həm hərbi həm siyasi həm də dini məqamları bir yerdə cəmləmək, onları dövlət məqsədləri çərçivəsində istiqamətləndirmək və Səfəvi dövləti ərazisində şiələşdirmək siyasətini həyata keçirmək üçün sədarət vəzifəsini yaratdı. Bu vəzifəni ilk icra edən şəxs isə Şah İsmayıla səltənət tacını taxan Qadı Şəmsəddin Mövlana Lahıcı Gilani olmuşdur.
Səda (mətbəə)
"Səda" mətbəəsi — Mətbəə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixində görkəmli yeri olan Haşım bəy Vəzirov tərəfindən təsis edilmişdi. Özünün müstəqil qəzet nəşr etmək istəyini Hacı Zeynalabdin Tağıyevə bildirən Haşım bəy Vəzirov Bakı Bələdiyyə İdarəsinə rəsmi müraciət edərək "Tazə həyat" adlı mətbu orqanın nəşrinə icazə istəyir. Haşım bəy Vəzirov olduqca çətin və mürəkkəb şəraitdə "Tazə həyat"ın çapına razılıq alır. "Tazə həyat" qazeti ilə yanaşı, "İttifaq", "Səda" və "Sədayi-həqq" kimi qazetlərin də çap hüququnu əldə edir. Üç il sonra, yəni 1910-cu ildə "Səda" mətbəəsinin ilk sayının nəşrinə başlayır. XX əsrin əvvəllərində Rusiya imperiyası daxilində baş verən inqilabi hadisələr, müstəmləkəçilikdən, milli ayrı-seçkilikdən əziyyət çəkən xalqların etirazları rejimin daxili qayda-qanunlarının sərtləşdirilməsinə səbəb oldu. İmperiyanın bu sərt qayda-qanunları Bakıda da hiss edildi. Bakı general-qubernatoru polis departamentinə 1901-ci il 14 noyabr tarixli tamamilə gizlin məlumatında əhali arasında məzhəb məsələsinə, məxsusi olaraq İran və Türkiyəyə münasibətə, panislamizmə, gənc türklərlə əlaqəyə diqqət yetirməyi tapşırdı. Bakı general-qubernatoru Azərbaycanın Avropa təhsili görmüş, milli düşüncəli bir qrup ziyalısının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb edirdi. İzləniləcək ziyalıların siyahısında Azərbaycan jurnalistikasının tanınmış nümayəndələri Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Əliabbas Müznibinin adları var idi.Çar Rusiyasının Qafqazdakı canişinliyinin təqib və təhdidlərinə baxmayaraq, Azərbaycan xalqı öz istiqlalı, azadlığı uğrunda mübarizə aparır, müxtəlif ideoloji-siyasi cərəyanları təmsil edən partiyalarda, hərəkatlarda təmsil olunurdular.
Sədrəddin Sədr
Sədrəddin Sədr (1882 – 26 noyabr 1953) Musa Sədrlə (1978-ci ildə Liviyada yox çıxdı) Rabab Sədrin atası və On iki imam şiə İslamın tanınmış alimlərindən ibarət Sədr ailəsinin adını daşıyan Böyük Ayətullah Sədrəddin bin Salehin nəvəsi. O, Böyük Ayətullah Seyyid İsmail Sədrin (ö.1920) ikinci oğludur. O, indiki İraqda livanlı valideynlərin ailəsində anadan olub və orada mütərəqqi dini qrupa rəhbərlik edib. Sonra o, Xorasana hicrət etdi və burada Ayətullah Hüseyn əl-Qumminin qızı ilə evləndi (wikidata:Q20557209). Sonra o, İranın Qum şəhərindəki şiə elm mərkəzinə (havzayi'ilmī) getdi və orada məşhur böyük Ayətullah oldu. 26 noyabr 1953-cü ildə İranda vəfat etmişdir.
İsmayıl Sədr
İsmayıl Sədr (ərəb. اسماعيل الصدر‎; 1842-ci ildə anadan olub - 1919-1920-ci illərdə vəfat edib) kifayət qədər öyrənmək və ictihad etmək üçün icazə almağa lazım olan ictihad səviyyəsinə nail olmaq sayəsində həmyaşıdları və ardıcılları üzərində səlahiyyəti olan, İran və İraqda, on iki şiə aliminə istinad edərək istifadə edilən bir rütbəyə sahib livanlı Böyük Ayətullah. == Həyatı və ailəsi == Seyid İsmayıl Sədr tanınmış və hörmətli Sədr ailəsinin babasıdır. O, əcdadları Livandakı Cəbəl Amildən olan atası Sədrəddin ibn Salehdən sonra əs-Sədr soyadı ilə tanınan ilk şəxsdir. İsmayıl Sədr İranın İsfahan şəhərində anadan olub. O, beş qardaşın ən kiçiyidir, onların hamısı şiə İslam alimləri olmuşlar. Onun dörd oğlu var idi: Məhəmməd Mehdi əs-Sədr (1879-1939), Məhəmməd əs-Sədrin (1999-cu ildə qətlə yetirilib) babası, Müətəda əs-Sədrin ulu babası; Sədrəddin Sədr (1881-1954), Musa Sədrin (1978-ci ildə yoxa çıxdı/öldü) və Rabab Sədrin ataları; Heydər Sədr (1891-1937), Məhəmməd Baqir Sədr və Əminə Sədrin (hər ikisi 1980-ci ildə öldürüldü) ataları; dördüncü oğlu. O, İraqın Nəcəf şəhərində məskunlaşmışdı və hicri 1338-ci ildə (təxminən 1919-1920) vəfat edənə qədər yeganə mərcə oldu.
Əminə Sədr
Bint əl-Huda əs-Sədr (ərəb. بنت الهدى الصدر‎) kimi tanınan Əminə Heydər əs-Sədr 1980-ci ildə Səddam Hüseyn rejimi tərəfindən qardaşı Ayətullah Seyid Məhəmməd Baqir əs-Sədrlə edam olunan iraqlı maarifçi və siyasi fəal. == Həyatı == Əminə Heydər əl-Sədr 1937-ci ildə anadan olub Kazımiyyə şəhərində qızlar üçün bir neçə dini məktəb yaratmışdır. Bint əl-Huda İraqın müsəlman qadınları arasında İslam şüurunun yaradılmasında mühüm rol oynamışdır. O, 1959-cu ildə İraqın Nəcəf şəhərinin dini ziyalıları tərəfindən çap edilən əl-Ədva adlı İslam jurnalında məqalələr yazmağa başlayanda o, iyirmi yaşında idi. O, 1977-ci ildə Səfər üsyanında iştirakı ilə də məşhur idi. Bint əl-Huda ciddi öyrənmə eşqi ilə böyüdü. O, tezliklə müsəlman qadınların əzabları və ölkəsində İslam ideologiyasına zərər verən böyük fəlakətlər kimi qəbul etdiyi şeylərdən xəbərdar oldu. 1980-ci ildə dini lider Ayətullah Seyid Məhəmməd Baqir əs-Sədr və onun bacısı Bint əl-Huda rejimə qarşı müxalifətdə aparıcı rol oynadıqları üçün Səddam Hüseyn rejimi tərəfindən həbs edilmiş, vəhşicəsinə işgəncələrə məruz qalmış və daha sonra edam edilmişdir. Rejim onun cəsədini heç vaxt qaytarmayıb, lakin onun dəfn olunduğu yerin Nəcəf Vadi-üs-Salamda olduğu bildirilir.
Heydər Sədr
Ayətullah Heydər əs-Sədr (ərəb. حيدر الصدر‎, 1891-1937) — İraqın Samərra şəhərində anadan olub. Onun atası İsmayıl Sədr (ö. 1920) Böyük Ayətullah idi və Şiə İslamı daxilində uzun bir dini elm xətti ilə əlaqəli olan Sədr soyadını istifadə edən ilk şəxs idi. Heydər və Sədr ailəsi də seyidlər və ya nəsillərini Məhəmmədə (ö.632) qədər uzananlar sayılırlar. Ailənin nəsli müvafiq olaraq altıncı və yeddinci şiə imamları İmam Cəfər Sadiq və onun oğlu İmam Musa Kazıma qədər uzanır. Bu birbaşa və diqqətlə sənədləşdirilmiş soy, hətta İslam dünyasında belə bir soy iddiasında olan məşhur ailələr arasında misilsizdir. Şiə müsəlmanları özlərini Məhəmmədin soyunun davamçıları hesab edirlər, buna görə də bütün cəmiyyətdə seyidlərə böyük hörmət və ehtiram göstərilir. Heydər Sədrin tanınmış qohumlarından bəziləri arasında onun qardaşı Sədrəddin Sədr (ö. 1954), qardaşı oğlu Musa Sədr və digər qardaşı oğlu Məhəmməd Sadiq Sədr də var.
Sədr sülaləsi
Sədrlər və ya əl-Sədr (ərəb. الصدر‎) — Livan dakı Cəbəl Amil mənşəli Livan-İraq-İran ruhani şiə sülaləsi. Onlar Musəvi ailəsinin yeddinci şiə imamı Musa ibn Cəfərə qədər uzanan bir qoludur. == Tarix == Sədrlər Livandakı Cəbəl Amildən olan Şərafəddin (ərəb. شرف الدين‎) ailəsinin qoludur. Şərafəddin ailəsinin özü də Nurəddinlər ailəsinin bir qoludur, nəslini Musa əl-Kazımdan (yeddinci şiə imamı) və onun vasitəsilə birinci İmam Əli ibn Əbu Talibə və Məhəmmədin (vəf.632) qızı Fatimeyi Zəhraya qədər uzanır. Sədrlər (Əs-Sədr) ailəsi İran, Livan və İraqda çoxlu İslam alimləri yetişdirmişdir, o cümlədən İsmayıl Sədr (vəf.1919-cu il) və onun nəvələri Musa Sədr (1978-ci ildə Liviyada itkin düşmüşdür) və Məhəmməd Baqir Sədrdir (vəf.1980-ci il). == Tanınmışların siyahısı == Seyid Məhəmməd əs-Sədr, 1948-ci ildə İraqın baş naziri Sədrəddin ibn Saleh, 19-cu əsr İslam alimi İsmayıl Sədr, (1919-cu ildə vəfat edib), Sədrəddin ibn Salehin oğlu Məhəmməd əl-Sədr (1943-1999) Müqtəda əs-Sədr, (1973-cü il təvəllüdlü), Məhəmməd Sadiq Sədrin oğlu, İraqda böyük milislərə rəhbərlik edir Sədrəddin Sədr (1954-cü ildə vəfat edib) İsmayıl Sədrin oğlu İmam Musa Sədr, (1928-1978?), Sədrəddin Sədrin oğlu, Livan dini lideri Heydər Sədr, (1891-1937), İsmayıl Sədrin oğlu Məhəmməd Baqir əs-Sədr, (1935–1980), Heydər Sədrin oğlu və böyük İslam mütəfəkkiri; "Üçüncü şəhid" və ya "I Sədr" kimi də tanınır.
Oedo
Oedo (kor. 마라도) — Cənubi Koreya aid olan ada. Koce şəhərinin bir hissəsini təşkil edir. Əvvəllər qayalıqlardan ibarət olan ada elektrik və telefonla təhciz olunmamışdı. Bu zamanlar adada cəmi 8 ev mövcud olmuşdur. 1969-ci ildə Li Çan Ho və onun həyat yoldaşı adada bağ salmışdır. İlk əvvəllər burada portağal əkilmiş və ev donuzu təsərrüfatı yaradılmışdır. Ancaq onların bu cəhtləri uğursuz olur. Bu səbəbdən adada botanik bağ salınmışdır. 1976-cı ildə ada tamamən yaşıl rəngə bürünmüşdür.
Sedə
Sedə-İranın Fars ostanının İqlid şəhristanının Sedə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,572 nəfər və 1,497 ailədən ibarət idi. Əhalisini Qaşqay Türkləri, Bəxtiyarilər və Farslar təşkil edir.
Sero
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Şodo
Şodo (fr. chaudeau, chaudau, от fr. chaud eau — тёплая вода) Fransız desertidir. Su vannasında yumurta sarılarından və yumurtanın ağının ağının şəkər tozu ilə şərabda çalınmasından hazırlanır.Fransız və İtaliyan toylarında daima təqdim olunur. Fransız gəlinləri öz bəyləri üçün bu şirniyyatı hazırlayırdılar. Onu bəzən qırmızı və çəhrayı şərabdan hazırlayırdılar.
Sefo
Seyfullah Sağır (16 mart 1998, Samsun) – Türk pop musiqiçisi və söz yazarıdır."Bilmem mi?" adlı Reggaeton tipli mahnısı ilə o daha çox tanınmağa başlamışdır. 16 mart 1998 tarixində o Samsunda doğulub. Əslən Trabzondandır. 2018-in Mart ayında o musiqi karyerasına "Yalan" adlı ilk mahnısı ilə başlamışdır. O, 2019-cu ilin Fevralında çıxardığı "Poz" adlı sinqlından sonra musiqiyə daha çox diqqət yetirmək qərarına gəlib. 18 aprel 2019-cu ildə "Up Down" adlı mahnısını dinləyiciləri ilə bölüşdü. 28 iyun 2019-cu ildə "362" adlı sinqlı buraxdı. Bu sinqldan sonra o, "Derdi Ne" mahnısı yaratdı. Mahnılarında adətən pop ritmindən istifadə edir. O, 21 fevral 2020-ci ildə "Başa Sar" adlı sinqlı buraxdı, mahnının digər adları arasında Aerro və Yase Sefo'nun beatində müşayiəti var.
SEDOL
SEDOL (ing. Stock Exchange Daily Official List) — Böyük Britaniya və İrlandiyada istifadə edilən təhlükəsizlik identifikasiya kodlarının siyahısı. Yeddi rəqəmli SEDOL kodları qiymətli kağızın emitentinin müraciəti əsasında London Fond Birjası tərəfindən təyin edilir. Kodlar SEDOL Böyük Britaniyada buraxılmış bütün qiymətli kağızlar üçün Milli İdentifikasiya Nömrəsi (NSIN) kimi xidmət edir və buna görə də onların ISIN kodunun bir hissəsini təşkil edir. SEDOL kataloqu (SEDOL Masterfile, SMF) həmçinin milyonlarla qlobal investisiya alətləri üçün identifikatorları ehtiva edir, onların hər biri öz bazarında unikal identifikatora malikdir. Xüsusilə, CUSIP kodu olmayan qeyri-ABŞ alətləri üçün çoxlu SEDOL kod identifikatorları mövcuddur. ISIN və SEDOL identifikatorları arasındakı fərq ondan ibarətdir ki, ISIN alət üçün unikal koddur, SEDOL isə müxtəlif platformalarda eyni alət ticarəti üçün bir neçə koda malik ola bilər. Məsələn, Fransa Birjasında və DAX-da satılan Total səhmləri eyni ISIN və fərqli SEDOL kodlarına malikdir. Bu kodlara əlavə olaraq, Reuters simvolik identifikatorları tez-tez istifadə olunur - Reuters Instrument Code (RIC) və bir çox başqaları. Yeddi rəqəmli SEDOL kodu iki hissədən ibarətdir: altı rəqəmli simvol-rəqəm kodu və doğrulama rəqəmi.
SEO
SEO (ing. search engine optimization; azərb. axtarış sistemi optimizasiyası‎) — axtarış sistemləri üzərindən vebsayta və ya veb səhifəyə yönlənmiş vebsayt trafikinin keyfiyyətinin və kəmiyyətinin bir sıra alqoritmlərlə yaxşılaşdırılması prosesi.
Sed
Sed (stream editor) – mətn verilənlərinin ardıcıl axınına qabaqcadan müəyyən olunmuş müxtəlif mətn çevirmələri tətbiq edən mətn redaktoru (eləcə də proqramlaşdırma dili). İlkin variantı 1973-74-cü illərdə Bell Labs əməkdaşı Li Makmahon (Lee E. McMahon) tərəfindən UNIX-utilit kimi yazılıb. Hazırda sed faktiki olaraq komanda sətri ilə işi dəstəkləyən istənilən əməliyyat sistemində işləyir. Olduqca dolaşıq proqram olsa da, çox güclüdür. sed giriş axınını (adətən, fayl) sətirbəsətir qəbul edir, sed-skriptlə müəyyən olunmuş qaydalara uyğun olaraq hər bir sətri redaktə edir və nəticəni çıxış axınına verir. Tez-tez sed qeyri-interaktiv mətn redaktoru hesab olunur. Adi mətn redaktorları öncə sənədin bütün mətnini yükləyir, sonra isə komandaları bir-bir ona tətbiq edir. Bundan fərqli olaraq, sed öncə komandalar toplusunu özünə yükləyir, sonra isə bütün komandaları mətnin hər bir sətrinə tətbiq edir. Eyni anda yaddaşda yalnız bir sətir ola bildiyindən, sed istənilən böyüklükdə mətn fayllarını emal edə bilər. Super-sed (ssed) adlı genişləndirilmiş versiyası vardır.
Georgi Sedov
Gеorgi Yakovloviç Sedov (23 aprel (5 may) 1877, Sedovo[d], Don Voysko vilayəti[d] – 20 fevral (5 mart) 1914, Rudolf adası) — Rus səyyahı, tədqiqatçısı. == Həyatı == Azov dənizi sahillərində Krivaya Kosa, indiki Sedov kəndində balıqçı ailəsində anadan olmuşdur. О, coğrafiya tarixinə məşhur Arktika tədqiqatçısı kimi daxil olmuşdur. Sedov dənizçilik məktəbini bitirdikdən sonra, Qara və Xəzər dənizlərində üzməyə başlamış, bir müddətdən sonra isə Şimal Buzlu okeanda xidmət etməyə göndərilmişdir. Elə burada Sedov qütbü fəth etmək fikrinə düşür. Sibirin şimal sahillrini, Kolıma çayını, Novaya Zemlya (Yeni torpaq) adasının qərb sahillərini tədqiq etməklə Qütbə ekspedisiyanın layihəsini hazırlayır. La yihə 1912-ci ildə çar hökumətinə təqdim edilməsinə baxmayaraq ekspedisiya məqsədəuyğun sayılmır. Bundan sonra çarəsiz qalan Sedov "Novoe Vremya" (Yeni Zaman) qəzetinin xidmətinə müraciət etməyə məcbur olur. Qəzet vasitəsi ilə ekspedisiyanı maliyyə cəhətdən təmin etmək üçün könüllülərə müraciət etməklə ekspedisiyanı təmin etməyə müvəffəq olur və 27 avqust 1912-ci ildə "Müqəddəs Foka" gəmisində yola düşür. Arxanqelsk limanından gəmi çıxmaqla Ağ dəniz vasitəsilə şimala kurs götürür.
Qriqori Sedov
Qriqori Aleksandroviç Sedov (d. 15 yanvar, 1917, Bakı – ö. 10 aprel, 2014, Moskva) — Sovet İttifaqı Qəhrəmanı. Qriqori Sedov 1917-ci ildə Bakıda rus ailəsində anadan olub. 1 may 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. 10 aprel 2014-cü ildə Moskvada vəfat etmişdir. Симонов А. А. Заслуженные испытатели СССР — М.: Авиамир, 2009. Балаков И. Б., Симонов А. А. Испытатели «МиГов». Жуковский.: 1999.
Seda Sayan
Aysel Gürsaçer və ya səhnə adıyla Seda Sayan (30 dekabr 1962, Əyyubsultan) — Türkiyəli müğənni və aparıcı. 1985: Anılarım 1987: Seda Sayan'la Başbaşa 1989: Seviyor musun? 1990: 80'li Yıllar (Nejat Alp ile birlikte) 1990: Ya Benim Olursun 1991: Git Demesi Kolay 1992: İşte Seda Sayan 1993: Yeter ki İste 1994: Vız Gelir Her Şey 1996: Ah Geceler 1997: Sensizliğe Yanarım 1999: Ben Sana Demedim mi? 2001: Var Mısın?
Seda Tutxalyan
Seda Qurqenovna Tutxalyan (15 iyul 1999, Gümrü) — erməni əsilli Rusiyanı təmsil edən idman gimnast. Seda Tutxalyan 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi və gümüş medal qazandı. Seda Tutxalyan 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, komanda yarışlarında yığma Aliya Mustafina, Angelina Melnikova, Mariya Paseka və Dariya Spiridonova ilə birgə finalda 176.688 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Sedov arxipelaqı
Sedov arxipelaqı — Şimal Torpağının qər hissəsində (Rusiya) yerləşın adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Adalar qrupunun tərkibinə altı ada və çoxlu sayda adaclqlar daxildir. Oktyabr İnqilabı adasında yarləşən Paris Kommunası yarımadasın cənub-şərqindən 53 kilometr boyunca şimal-qərbə doğru uzanan kiçik adacıqlar qrupun tərkibini təşkil edir. Qrupun ən şərq adası Oktyabr İnqilabı adasından 4,9 kilometr cənub-qərbdə yerləşən ada ondan Şərq boğazı ilə ayrılır. Adalar qrupuna daxil olan adalar (qərbdən şərqə): Qolomyannıy adası — adanın uzunluğu 6 kilometr, eni isə iki kilometrdir. 1954-cü ilin yazından adada Qolomyannıy adası qütb stansiyası fəaliyyət göstərir edir. Sredniy adası ilə qumlu-gilli bərzəxlə birləşir. Bu bərzəxin uzunluğu 1 km, eni isə ən enli yerdə 300 metrdir.
Sedə Lencan
Sidə Lincan — İranın İsfahan ostanının Lincan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,335 nəfər və 4,167 ailədən ibarət idi.