Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seyidağa Axundzadə
Seyidağa Axundzadə — tarixçi. Seyidağa Mir Hüseyn oğlu Axundzadə 1887-ci ildə Maştağada ruhani ailəsində anadan olub, açıqfikirli və mütərəqqi ziyalılardan idi. Atası Axund Mir Hüseyn (1852-1924) İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil almış, islami elmlərlə yanaşı tarix, coğrafiya və tibb sahəsinə dair biliklərə dərindən yiyələnmişdir. Axund Mir Hüseyn xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə dostluq edirdi. Deyilənə görə Hacı, Axund Mir Hüseynin biliyini və istedadını yüksək qiymətləndirib ona at və fayton bağışlamışdı. Seyidağa atasının Hacı ilə dostluq münasibətlərindən faydalanaraq Tağıyevin "Kaspi" mətbəəsində mürəttib vəzifəsinə işə düzəlmişdi. O sürətlə və qüsursuz yığıcılıq peşəsinə yiyələnməklə yanaşı mətbuatda məqalələr ilə çıxış edirdi. "Kaspi" mətbəəsi Bakının indiki Sabir adına bağçasında yerləşirdi. Cavad Axundzadənin dediyinə görə anası mətbəədə işləyən atasına vaxtaşırı çörək aparırmış və hamiləliyinin son günlərindən birində – 1909-cu ildə o Maştağada yox, məhz "Kaspi" mətbəəsində anadan olmuşdur. Seyidağa Axundzadə sonralar "Orucov qardaşları" mətbəəsində, "Səda", "Hümmət", "Yeni fikir" qəzetlərində və "Azərnəşr"də linotipçi işləsə də ilk dəfə əmək fəaliyyətinə başladığı məkanı, ilk övladının dünyaya gəldiyi yeri – "Kaspi" mətbəəsini unutmurdu.
Seyidağa Həbibov
Seyidağa Mircabbar oğlu Həbibov (d. 26 oktaybr 1919, Maştağa — ö. 1 iyun 1987, Bakı) — tanınmış şair-qəzəlxan. Seyidağa Mircabbar oğlu Həbibov 1919-cu il oktyabrın 26-da Bakının Maştağa kəndində dünyaya göz açmış və ailənin yeganə övladı olmuşdur. O, öncə Cəfər Cabbarlı adına 187 nömrəli umumtəhsil tam orta məktəbində bir neçə il oxumuş, sonra təhsilini Bakıdakı Bədəl bəy adına orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra 1937-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 3-cü kursdan təhsilini yarımçıq qoymuş, və 1940-cı ildə Azərbaycan Sənaye İnstitutuna (indi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması səbəbindən Seyidağa təhsilini yarımçıq qoymuş və yaşıdları kimi ölkəmizin (keçmiş SSRİ) müdafiəsi üçün ordu sıralarına qoşulmuş, ön cəbhəyə getmiş və döyüşlərdə tankçı kimi iştirak etmişdir. O, 1943-cü ildə Mozdok rayonu ətrafında gedən şiddətli döyüşlərdə ağır yaralandıqdan sonra arxa cəbhədə xidmət etməyə göndərilmişdir. Seyidağa 1945-ci ildə müharibə bitdikdən sonra yarımçıq qalmış təhsilini davam etdirmiş və 1950-ci ildə neft mütəxəssisi kimi ali təhsil almışdır. O, əmək fəaliyyətinə öncə Bakının Ramana kəndinin neft mədənlərində neftçıxarma ustası kimi başlamışdır.
Seyidağa Mövsümlü
Seyidağa Mövsümlü (1 avqust 1957, Ucar – 25 iyun 2018, Bakı) — Azərbaycan Ordusunun ilk hərbi operatoru. Seyidağa Mövsümlü 01 avqust 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyində operatorluğa bir sevgi olub. O üzdən də tale onu televiziya sahəsinə gətirib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib. Tamaşaçıların dövlət televiziyasından sevə-sevə izlədikləri "Adı sənin, dadı mənim", "Kökdən düşmüş piano", "Bağışla" (3 hissəli), "Göz həkimi" "Gülüş sanatoriyası", "Pəncərədə işıq" və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır.
Seyidağa Mövsümov
Seyidağa Mövsümlü (1 avqust 1957, Ucar – 25 iyun 2018, Bakı) — Azərbaycan Ordusunun ilk hərbi operatoru. Seyidağa Mövsümlü 01 avqust 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyində operatorluğa bir sevgi olub. O üzdən də tale onu televiziya sahəsinə gətirib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib. Tamaşaçıların dövlət televiziyasından sevə-sevə izlədikləri "Adı sənin, dadı mənim", "Kökdən düşmüş piano", "Bağışla" (3 hissəli), "Göz həkimi" "Gülüş sanatoriyası", "Pəncərədə işıq" və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır.
Seyidağa Onullahi
Seyidağa Onullahi (26 avqust 1925, Astara, Gilan ostanı – 2004, Bakı) — Tarix üzrə elmlər doktoru, şərqşünas, professor, Bakı Dövlət Universitetinin "Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)" kafedrasının müdiri (2001–2004-cü illər) olmuş, "21 Azər" medalı ilə təltif olunmuş 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatının iştirakçısı. Seyidağa Onullahi 26 avqust 1925-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuş, orada fars dilində orta məktəbi bitirmişdi. 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatında iştirak etmiş və buna görə "21 Azər" medalı ilə təltif olunmuşdur. Milli hökumətin süqutundan sonra mühacirət etməyə məcbur olaraq Sovet Azərbaycanına (hazırda Azərbaycan Respublikası) pənah gətirmişdir. Astarada şəhər siyasi idarəsinin rəisi işləmişdi. Güney Azərbaycanda Pişəvəri hərəkatının faciəli süqutu zamanı Sovet Azərbaycanına gəlmiş, 1952-ci ildə Gəncə şəhərində Zərdabi adına Pedaqoji İnstitutun Tarix fakültəsini bitirmiş, 6 il Ağstafada dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdı.1958-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspiranturasına daxil olmuşdur. 1963-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1985-ci ildə professor elmi adı almışdır. 1962-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının (hazırda Azərbaycan Milli Elmlər Akademiyası) Tarix İnstitutunun "Orta əsrlər tarixi şöbəsi"ndə kiçik, baş və aparıcı elmi işçi vəzifələrində işləmişdir. Ömrünün son illərində, 2001-ci ildən 2004-cü ilədək Bakı Dövlət Universitetinin (BDU) "Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)" kafedrasının müdiri vəzifəsində çalışmışdır. Elmi fəaliyyəti əsasən Azərbaycan tarixinin orta əsrlər dövrünün başlıca problemlərinin araşdırılması ilə bağlı olmuşdur.
Səidabad
Səidabad (Maku)
Sidama
Sidama — Efiopiyada yaşayan xalqlarından biri, sidamo dilində danışirlar. Sidamanın etnik ərazisi Efiopiyanın cənubunda, Avasa və Dilla şəhərlərin arasında yerləşir. Təxmini sayı — 3 milyon nəfərdir. Dindarların əksəriyyəti — monofizit xristiandır, qismən müsəlmandırlar. Əkinçilik və heyvandarlıqla məşğuldurlar.
Səida
Səida (ərəb. سعيدة‎)‎ — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Şəhər vilayətin şimal-qərb hissəsində, Atlas dağlarının yüksəkliklərində, dəniz səviyyəsindən 868 metr yüksəklikdə yerləşir. Səida ölkənin paytaxtı Əlcəzairdən təxminən 335 kilometr cənub-qərbdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 128,413 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Şəhərdən 3 kilometr şimalda eyni adlı kiçik bir hava limanı yerləşir. Digər şəhər mərkəzləri ilə dəmir yolu və avtomobil yolu ilə də bağlıdır. Səidə əhəmiyyətli regional kənd təsərrüfatı mərkəzidir. Şəhərin yaxınlığında buğda, zeytun, üzüm və esparto becərilir. Heyvandarlıq inkişaf etdirilmişdir.
Həmidağa Hüseynzadə
Həmidağa Bağı oğlu Hüseynzadə (13 avqust 1990, Bakı – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmidağa Hüseynzadə 1990-cı il avqustun 13-də Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə 54 saylı tam orta məktəbdə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Bir qız övladı yadigar qaldı. == Hərbi xidməti == Həmidağa Hüseynzadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun kapitanı olan Həmidağa Hüseynzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunda, Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Həmidağa Hüseynzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə "Qarabağ" ordeni ilə təltif edildi.
Həmidağa Səmədov
Səidabad (Bostanabad)
Səidabad (fars. سعيداباد‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 3.199 nəfər yaşayır (913 ailə).
Səidabad (Germi)
Səidabad (fars. صياداباد‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 355 nəfər yaşayır (57 ailə).
Səidabad (Maku)
Səidabad və ya Nadirabad (fars. سعيداباد‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 14 nəfər yaşayır (4 ailə).
Səidabad (Marağa)
Səidabad (fars. سعيداباد‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (33 ailə).
Səidabad (Nəmin)
Səidabad (fars. سعيداباد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 188 nəfər yaşayır (43 ailə).
Səidabad (Sayınqala)
Şahinabad (fars. سعيداباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 507 nəfər yaşayır (76 ailə).
Səidabad (Xoy)
Səidabad (fars. سعيداباد‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2.876 nəfər yaşayır (699 ailə).
Səidabad (Xudabəndə)
Səidabad (fars. سعيد اباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (22 ailə).
Səidabad (Çaldıran)
Səidabad (fars. سعيداباد‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (8 ailə).
Səidabad livası
Səidabad sancağı və ya Marağa livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Səidabad idi. 1593-cü ildə Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə birlikdə Təbriz əyalətinə daxil idilər.
Səidabad nahiyəsi
Səidabad mahalı — XIV əsr-1990 inzibati nahiyə. Təbriznın bölgələrindən biri. Təbrizin üç mənzil cənub-şərqində yerləşirdi Mənbələr Qara Yusifin müəyyən hərbi-taktiki planlar (yeni ordu tipi) hazırlaması haqda da xəbər verirlər. Qaraqoyunlu qoşunu Təbrizdən cənubda Ucan şəhərinin şimal-qərbində yerləşən Səidabad kəndinə gələn zaman Qara Yusifin xəstəliyi daha da ağırlaşır. O, 1420-ci il noyabrın 13-də 65 yaşında vəfat edir. Beləliklə, sultan Şahruxla gözlənilən döyüş baş tutur. Qara Yusifin cəsədi Ərcişə aparılaraq dəfn edilir. 1593 cü ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Səidabad livasının nahiyəsi Ağacəri: Qaraqoyunlu ulusuna bağlı olan Ağacərilər, Maraş bölgəsindəki ormanlarda yaşarkən, 15-ci yüzildə Qaraqoyunlu oymaqlarıyla birlikdə Azərbaycana köç etdilər. Bunlar, 1727-də Ərdəbilin Həştərud, Marağanın Səracu, İrəvanın Gərni, Təbrizin Səidabad ilə Dirəcrud nahiyələrində öz adlarını daşıyan kəndlərdə məskun idilər.
Səmədağa Şıxlarov
Səmədağa Məmməd oğlu Şıxlarov (5 sentyabr 1955, Xıllı – 1 iyun 2021, Bakı) — Sovet və Azərbaycan futbolçusu və məşqçisi. Azərbaycanın "Neftçi", "Xəzər Sumqayıt", "Avtomobilçi", "Kəpəz", "Çıraqqala Siyəzən", Ukraynanın "MOİK Kiyev" və Çexoslovakiyanın "SQV" klublarının və SSRİ U-21 milli futbol komandasının heyətində çıxış edib. Hücumçu mövqeyində oynayıb. Səmədağa Şıxlarov 1955-ci il sentyabrın 5-də Salyan rayonunun Xıllı kəndində anadan olub. Səmədağa Şıxlarov ailədə 4 uşaq idi – 2 qardaş, 2 bacı. Sübhan adlı əkiz qardaşı 1 yaşına çatmamış dünyasını dəyişib. 1957-ci ildə ailəsi ilə Əli Bayramlı şəhərinə köçüb. Atası Məhəmməd kişi Böyük Vətən Müharibəsində Berlinə kimi getmişdi. Müharibədə xəsarət alan atasının bədənindəki qəlpələr onu çox incidirdi. O, Əli Bayramlıya köçəndə "Şirvanneft"də çilingər işləyirdi.
Qaragöz-i Səlimağa (Urmiya)
Qaragöz-i Səlimağa (fars. قراگوزسليم اقا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (47 ailə).
Səidabad-i Süfla (İcrud)
Səidabad-i Süfla (fars. سعيدابادسفلي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 222 nəfər yaşayır (74 ailə).
Səidabad-i Ülya (İcrud)
Səidabad-i Ülya (fars. سعيدابادعليا‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 913 nəfər yaşayır (266 ailə).
Seyidava (Sərdəşt)
Seyidava (fars. سيداوا‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Kameciro Senaqa
Kameciro Senaqa (瀬長 亀次郎, Senaqa Kameciro, 10 iyun 1907, Tomiqusuku[d], Okinava prefekturası – 5 oktyabr 2001, Naha) – Yaponiya siyasətçisi və Okinavada sosial hərəkat lideri. Yaponiya Kommunist Partiyasının vitse-sədri olmuşdur. == Həyatı == Kameciro Senaqa 1907-ci ildə Yaponiyanın Okinava prefekturasında doğulmuşdur. Kaqoşimada yerləşən Yeddinci liseydə təhsil alarkən marksizm-leninizm ilə tanış olmuşdur. Solçu fəaliyyətlərinə görə liseydən xaric edilmiş və bir neçə fabrikdə işləmişdir. İşçi tətillərinin birindəki iştirakına görə saxlanılmış və üç il həbsdə olmuşdur. 1935-ci ildə azadlığa çıxdıqdan sonra hərbi xidmət üçün Çinə göndərilmiş və 1940-cı ildə Okinavaya qayıtmışdır. İkinci dünya müharibəsindən sonra Okinavada başlayan ABŞ rejimi dövründə Senaqa aktiv siyasətçi olmuşdur. O, Okinava Xalq Partiyasının lideri olmuş və sədri seçilmişdir. Okinavada ABŞ hərbi bazalarının yaradılmasına qarşı çıxmışdır.