Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəkil
Forma, bir obyektin çevrəsi və səthi kimi xarici xüsusiyyətlərindən asılı olan ümumi bir tərifdir. Rəng, naxış və maddə kimi xüsusiyyətlər bir cismin formasında həlledici rol oynamır. Psixoloqlar düşünürlər ki, insanlar cisimləri mənalandırarkən onları zehinlərində geon adlanan formalara bölürlər. Konuslar və kürələr bu formaların nümunəsidir.
Vəkil
Vəkil (ərəb. ماحم‎) Vəkalətə əsasən iş görən şəxs -Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm. (M. F. Axundzadə). Məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu, advokat.
Şəkil gəlini
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi.Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır. Belə ki, tarixən Yaponiyada evlilik üçün sevgi yox, ailə əlaqələri böyük əhəmiyyət kəsb etmişdir.
Berlin şəkil qalereyası
Berlin şəkil qalereyası (alm. Berliner Gemäldegalerie‎) — Berlin Dövlət Muzeyləri və Avropanın aparıcı sənət muzeylərindən biri olan Prussiya Mədəni İrs Fondunun tərkibində məşhur sənət qalereyası, Potsdamer meydanı qərbindəki Berlin Kulturforumda yerləşən mükəmməl 18-ci əsrlərə aid rəsm kolleksiyasına sahibdir. Qalereya kolleksiyasında Albrext Dürer, Lukas Kranax, Bottiçelli, Rafael, Tisian Veçellio, Karavaco, İeronim Bosx, Peter Paul Rubens və Rembrandt kimi sənətkarların tanınmış dünya şah əsərləri var. 1830-cu ildə açıldı və 1998-ci ildə təmir edildi. 1998-ci ildən bəri, Berlin Rəsm Qalereyası Kulturforumda onun üçün xüsusi tikilmiş bir binada yerləşdirilmişdir. Dördbucaqlı binanın şimal fasadı bir qədər irəlidədir. Sıx şəkildə yığılmış lövhələr və fasadın paslanmış səthi İtalyan İntibahından və Prussiya klassikliyindən ilham almışdır. Binanın mərkəzində amerikalı konseptual sənətkar Valter De Maria tərəfindən Seriya 5–7-9 fəvvarə ilə bəzədilmiş iki sıra sütun, düz bir tonoz və 32 şüşə günbəzdən ibarət əsas foye var. Foye, təbii sərnişin işıqları ilə işıqlandırılan 72 mərtəbəli nal və iki mərtəbədəki iş otaqları ilə əhatə olunmuşdur. Onların ümumi sahəsi 7000 m²., ziyarətçilər təxminən iki kilometr boyunca muzeyin salonlarını gəzirlər, üzərində 900 rəsm əsəri qoyulmuş divarların sahəsi 1800 xətti metrdir.
Çılpaq Maya (şəkil)
Çılpaq Maxa və ya Çılpaq Maja (isp. La Maja Desnuda) — İspan rəssam Fransisko Qoyyanın 1790 və 1800-cü illər arasında tamamladığı təxmin edilən rəsm əsəridir. "Çılpaq Maxa" əsərindən ilk bəhs edən Manuel de Qodoyun şəkil kolleksiyası haqqında məqalə yazan alim və yazıçı Pedro Qonzales de Sepulveda olmuşdu. Sepulveda bu məqaləni 1800-ci ildə yazmışdı. Əsər hazırda Madriddəki Prado muzeyində sərgilənir. Rəssam bu əsəri kilsənin İspaniyada çılpaq qadın şəkillərinin çəkilməsini qadağan etdiyi bir dövrdə, İspaniya baş naziri Manuel de Qodoyun istəyi ilə çəkmişdi. Şəkil Qodoyun kolleksiyasına 12 noyabr 1800-cü il tarixində daxil edilmişdir.Qoyya bu əsərində üzərində yastıqlar olan yataqda uzanmış çılpaq bir qadını təsvir etmişdi. Bu əsər XIX əsr romantizmindəki erotik cərəyanın əsas əsərlərindən biri hesab olunur. "Çılpaq Maxa" əsərindəki modelin rəssamın "Su satıcısı", "Geyimli Maxa" və "Yemişan satıcısı" adlı əsərlərindəki modellər kimi səmimi bir şəkildə izləyicinin gözlərinin içinə baxması, qadına cinsi baxımdan asan əlçatan bir imic qazandırmışdır. Qoyyanın bu təsviri rəssamın xəyal dünyasında aşağı təbəqədən olan qadınlarla əlaqədar utancaq bir günah işləmə tabusu olması şəklində şərh olunur.
Raw (şəkil formatı)
Raw — Rəqəmsal kameranın , rəqəmsal kino kamerasının , habelə hərəkətsiz görüntü və ya film skanerinin fotomatrisindən elektrik siqnalları haqqında xam məlumatları ehtiva edən rəqəmsal şəkil fayl formatıdır .Belə fayllar matrisin elektrik siqnalları haqqında birbaşa ADC -dən alınan məlumatları ehtiva edir, heç bir ümumi qəbul edilmiş spesifikasiyası (standart) yoxdur . Müxtəlif istehsalçıların matrisləri və ADC-lərinin texniki xüsusiyyətlərinə görə universal RAW standartı yoxdur və müxtəlif cihazlardan olan fayllar bir-birindən fərqlənir. == Xüsusiyyətləri == RAW faylları bəzən "rəqəmsal neqativlər" adlanır, çünki onlar analoq fotoqrafiya və kinoda neqativlərə oxşar rol oynayırlar. Həm fotoqrafik, həm də kino neqativləri son görüntü deyil, onu yaratmaq üçün bütün lazımi məlumatları ehtiva edir. Əksər tətbiqlərdə " inkişaf " adlanan RAW fayllarının çevrilməsi prosesi oxşar məna daşıyır , çünki foto materialların emalı ilə analoqu olaraq , gizli təsvirə daxil edilmiş məlumatları bu və ya digər şəkildə şərh etməyə imkan verir. Dönüşüm zamanı RAW faylının özü heç bir şəkildə dəyişmir, lakin göstərmə və çap üçün uyğun olan başqa bir fayl yaratmaq üçün mənbə kimi xidmət edir. Bununla belə, proses bu şəkildə əldə edilən fayllardan bərpa olunmayan məlumatın geri dönməz itkisi ilə nəticələnir. Bundan əlavə, RAW faylları monoxrom məlumat massivini xüsusi rəng məkanına çevirmək üçün konversiya zamanı debaerizasiyaya məruz qalır. Qrafik redaktorlarda baxmaq üçün uyğun olan son qrafik faylı "rəqəmsal neqativdən" "çap"dır, yaratma şərtləri, analoq foto çap prosesində olduğu kimi, konvertasiya zamanı dəyişdirilə bilər.. RAW faylının çevrilməsi həm TIFF və ya JPEG şəkillərini tez yaradan daxili kamera çeviricisi ilə , həm də xarici kompüterdə çəkilişdən sonra həyata keçirilə bilər .
Təyinatlı vəkil
Təyinatlı vəkil - məhkəmə işində iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onların maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququnun təmin edilməsi məqsədilə dövlət hesabına təyin olunmuş vəkil. Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya da daxil olmaqla bəzi Birlik dövlətlərində təyinatlı solisitorlar cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxslərə müvafiq xidmətləri göstərirlər. Kanadada belə vəkillərə təyinatlı konsullar deyilir.
Vəkil (dəqiqləşdirmə)
Vəkil — Məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu. Vəkil (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.
Vəkil (Çaldıran)
Vəkil (fars. وكيل‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (36 ailə).
Vəkil Hacılı
Hacılı Vəkil Məhəmməd oğlu (6 mart 1936, Sarvan, Marneuli rayonu – 2008, Bakı) — tənqidçi, ədəbiyyatşünas, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Vəkil Hacılı 1936-cı il martın 6-da Gürcüstanın Borçalı (indiki Marneuli) rayonunun Sarvan kəndində anadan olmuşdur. Borçalının öndər şəxsiyyəti Nayvəlinin nəticəsi, filosof alim Cümşüd Hacıyevin, filoloq alim Abbas Hacıyevin, pedaqoq və ictimai xadim Tofiq Hacıyev (siyasətçi)in qardaşı, filoloq Asif Hacılının əmisidir. Vəkil Hacılı Borçalı Pedaqoji Texnikumunda (1951-1955), Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır (1955-1960). Tələbəlik illərində xam torpaqlarda tələbə inşaat dəstələrində fəaliyyət göstərmişdir (1958). 1961-ci ildə ADU–nun Avropa ədəbiyyatı ixtisası üzrə aspiranturasına daxil olmuşdur. Aspiranturada akademik, Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun rəhbərliyi ilə 1964-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Universitetin xarici ölkələr ədəbiyyatı kafedrasında müəllim, baş müəllim və dosent işləmişdir (1965 – 1982). 1978-1980-ci illərdə Türkiyənin İskəndərun şəhərində metallurgiya zavodunda tərcüməçilik etmişdir. 1982–ci ildən BDU–nun XX əsr rus ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının dosenti, həm də Ədəbiyyatşünaslıq üzrə ixtisaslaşmış müdafiə şurasının elmi katibi olmuşdur (1983–1989).
Vəkil Mustafayev
Vəkil Mustafayev (1938, Özbəkistan SSR – 19 aprel 2019, Brüssel) — sovet KQB agenti, kürd separatçısı. 1992-ci ilin mayında, Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından iki gün sonra bu ərazilərdə qondarma “Laçın kürd respublikası” elan edib. == Həyatı == Vəkil Mustafayev 1938-ci ildə Özbəkistanda, sürgünə göndərilmiş kürd ailələrindən birində anadan olub, 80-ci illərin əvvəlləriinə qədər Orta Asiyada yaşayıb və işləyib. 1980-ci ildə həbs təhlükəsindən yayınmaq üçün Naxçıvana qaçdı. Naxçıvanda yaşayan kürdlər onun müdafiəsinə qalxdılar. Ermənistana, Azərbaycana, Moskvaya onun yaxşı kadr olması, ona böhtan atılması barədə yazdılar. 1981-ci ildə o, Azərbaycanda işləməyə göndərilib və daxili işlər orqanlarında vəzifə tutub. “Musto” ləqəbli sovet KQB-sinin agenti kimi tanınırdı və ötən əsrin 80-ci illərinin sonlarında, Qarabağda erməni separatizmi baş qaldıranda o vaxtkı Əli Bayramlı şəhərinin polis rəisinin müavini işləmişdi. Onun həyat yoldaşı əslən rusdur, Sovet ordusunda zabit kimi qulluq göstərirdi. V.Mustafayevin son üç ildir yaşadığı Belçikanın Brüssel şəhərində 2019-cu il aprelin 19-da astma xəstəliyindən öldüyü bildirilir.
Əl-Vəkil
Əl-Vəkil (ər. الوكيل) — Allahın adlarından biri. "Vəkil olaraq Allah yetər". "Gərək möminlər Allaha təvəkkül etsinlər!" "Allah bizə yetər. O, nə gözəl Vəkildir". "Məndən başqa heç bir Vəkil tutmayın.
Əli Vəkil
Əli Vəkil (tam adı: Səfiyev Əli Vəkil oğlu; 10 iyun 1938, Yuxarı Şorca, Basarkeçər rayonu – 7 fevral 2022, Bakı) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin (1972), Azərbaycan Jurnalistlər Birliyinin (1968) üzvü, "Araz" ali ədəbi mükafatı laureatı (1998). == Həyatı == Əli Vəkil 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun (indiki Vardenis rayonu) Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orada Şişqaya kənd orta məktəbini bitirib İrəvanda X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Azərbaycan şöbəsində təhsil almışdır (1955–1960). Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlamışdır (1960–1972). Həmin dövrdən bədii yaradıcılığı davam etdirir. Eyni zamanda tərcümə ilə də məşğul olur. L.Adyanla birlikdə Bəxtiyar Vahabzadənin "Vicdanın səsi" pyesini, S.Xocayanla birlikdə Bayram Həsənovun "Ayaz" povestini erməni dilinə çevirmişdir. Onun erməni ədəbiyyatından doğma dilə tərcümələri də vardır. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini qiyabi bitirmişdir (1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xəbərlər Baş redaksiyasında redaktor (1972–1975), M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda laborant (1975–1977), Yazıçılar İttifaqının orqanı "Qrakan Adrbecan" ("Ədəbi Azərbaycan") jurnalı redaksiyasında şöbə müdiri (1977–1988), sonra məsul katibi (1988–1990), Azərnəşrdə "Göy qurşağı" redaksiyasının müdiri (1990-?) olmuşdur.
Vəkil hanı?
"Vəkil hanı?" — rejissor Ülviyyə Könülün 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Sınaq Film Prodüser Mərkəzində ekranlaşdırdığı film. == Məzmun == Cavan vəkil (Bəhruz Vaqifoğlu) həmkarının (Kamilə Babayeva) xahişi ilə onu əvəz etmək üçün məhkəmə salonuna yollanır, lakin otaqları səhv salıb qatı cinayətkarın məhkəməsində vəkillik etməyə başlayır. Çox keçmir ki, aləm dəyir bir-birinə... == Film haqqında == Filmin premyerası 25 may 2011-ci ildə "Azərbaycan" kinoteatrında keçirilmişdir. Filmdə "Rast" və "Queen" qruplarının, Zülfiyyə Xanbabayevanın, Faiq Ağayevin, Elariz Məmmədoğlunun, Xumar Qədimovanın, Natəvan Həbibinin repertuarlarındakı parçalardan istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri: Elza Ağayeva, Ramiz Fətəliyev Quruluşçu rejissor : Ülviyyə Könül Quruluşçu operator : Rafiq Quliyev Quruluşçu rəssam : Rafiq Nəsirov Bəstəkar : Rəşad Haşımov Aktyor seçimi : Sənubər İsgəndərli (Sənubər İsgəndərova kimi) Rejissor : Ənvər Həsənov Operator : Ceyhun Quliyev Səs rejissoru : Teymur Abdullayev Montaj : Ramiz Hüseynov Redaktor : İlhamə Kərimova Geyim üzrə rəssam : Aygün Mahmudova Qrim üzrə rəssam : Kristina Qrim : Mziya Kençiaşvili, İradə Gülbabayeva Rejissor assistentləri : Pərviz Həsənov, Anar Almazov, Xədicə Qarayeva Operator assistentləri : Pərvanə Bədəlova, Rauf Qurbanəliyev, Ruslan Ağazadə Mexanik : Qoça Brolaşvili Dekor üzrə rəssamlar : İbrahimxəlil Əminov, Elyaz Səfərov Səs operatoru : Elvin Bayramzadə Fotoqraf : Babək Quliyev Geyim ustası : Gülxar Sadıqova (Gülxar Sadıxova kimi) Əlbəsə ustası : Füzuli Ağayev İşıqçılar : Qabil Yəhyayev, Həsən Əliyev, Əminağa Əliyev Kaskadyorlar qrupunun rəhbəri : Əli Məmmədov Kaskadyorlar : Əhməd Cəfərov, Bəxtiyar Abbasov, İlham Abbasov, Etibar Məmmədov Pirotexnik : Əlibala Məmmədov, Vaqif Qurbanov İnzibati qrup : Asif Ağayev, Pərviz Hacıyev, Ədalət Yunusov, Nəsib Hümbətov, Zaur Göyüşov Sürücülər : Vahid Kərimov, Əkbər Həsənov, Fuad Hüseynov, Bəhmən Qasımov, Süleyman Tağıyev İcraçı prodüser : Məhəmməd Ağabəyov Prodüser : Tofiq Musayev === Rollarda === Bəhruz Vaqifoğlu – Rəşad Babayev Toğrul Rza – Fərid Səidə Quliyeva – Nisə xala Qorxmaz Əlilicanzadə – Dadaş Rəhimov Kamilə Babayeva – Nigar Fuad Osmanov – Elxan Naina İbrahimova – Ofeliya Bəhram Bağırzadə – Əfqan Rövşən Kərimduxt – Karuzo Həcər Ağayeva – Esya Gülşad Baxşıyeva – hakim Əkbər Əlizadə – katib Ağaxan Salmanov (Ağaxan Salmanlı kimi) – Zəki Sahibə Nəzərova – Könül Ramilə Məmmədova – Gülya Mətanət Atakişiyeva – Nigarın anası Əsgər Rəhimov – prokuror Ömür Nağıyev – müstəntiq Möhsün Hüseynxanlı – Əmirqulu Nahidə Orucova (Naidə Orucova kimi) – Əmirqulunun arvadı Ənvər Həsənov – baş həkim Lüdmila Duxovnaya – Faina Markovna Yevgeniya Nevmerjinskaya – Kristina Farizovna Kərəm Hacızadə – Sadıxov Mətləb Abdullayev – mühafizəçi Həsən Yaqubov – mühafizəçi Niyazi Abdullayev – mühafizəçi Ağa Rəhimov – mühafizəçi Nəzrin Heydərova – uşaq Murad Həsənov – uşaq Nərmin Heydərova – uşaq Aynur Məmmədova – jurnalist Asif Ağayev – həbsxana rəisi Ülvi Həsənov – yanacaq dolduran Ofa Səlimova – manikürçü qız Nigar Zakirova – manikürçü qız Ləman İmanova – qonşu Firuz Xudaverdiyev – qonşu Möhsün Quliyev – qonşu Nərmin İsmayılova – qonşu Natiq Əliyev – qonşu === Filmi səsləndirənlər === Tofiq Orucov Mehriban Həsənova Xələf Cəfərov İlahə Şıxlinskaya Məmmədəli Məmmədov (DJ Fateh) (radiomətnlər) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi == Çəkilişə köməklik edən qurumlar == Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası Sabunçu rayon xəstəxanası "Qoşa qala" restoranı "Nərgiz" Ticarət Mərkəzi "Azpetrol" MMC Azərbaycan Respublikası "Ovçuluq və Balıqçılıq" Cəmiyyəti Muzey Mərkəzi "Kristis" gözəllik salonu "G & A" gözəllik salonu == İstinadlar == == Mənbə == Vəkil hanı? Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine Ülviyyə Könül. Vəkil hanı? Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Vəkil hanı?
Vəkil (Səfəvilər)
Vəkil — Səfəvilər imperiyasının iyerarxiyasında ən yüksək vəzifələrdən biri, səltənətin inzibati və bəzi dini işlərində canişin. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. ISBN 978-0857716613. == Əlavə ədəbiyyat == Mitchell, Colin P. The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric. I.B.Tauris. 2009. ISBN 978-0857715883.
Geomorfoloji Skil
Geomorfoloji Skil (rus. геоморфологичеcкий цикл, ing. geomorphological cycle) -coğrafi sikl – hər-hansı ərazinin tektonik hərəkətlərlə Dünya okean səviyyəsindən yüksəyə qaldırılmasından başlayaraq müx-təlif ekzogen proseslərin təsiri ilə hamarlanaraq əvvəlki səviyyəsinə yaxın vəziyyətdə peneplen əmələ kəsilməsinə qədər, relyefin ardıcıl dəyişməsi. İqlim şəraitindən və əsas aparıcı denudasion amillərdən asılı olaraq G.s. su-erozion, arid, buz-laq, dəniz, karst və b. sikllərə ayrılır. Hər bir sikl relyefin morfoloji əlamətlərinə görə bir-birindən fərqlənən gənclik, yetkinlik, qocalıq və zəiflik mərhələlərinə ayrılır. Nəzəriyyə 19 əsrin axırlarında amerika geomorfoloqu U.Devis tərəfindən irəli sürülmüşdür.
Geotektonik skil
Geotektonik skil (rus. цикл геотектонический, ing. geotectonic cycle) -Belousova görə uzun müd¬dət ərzində (150 mln. ilə yaxın) bütün Yer üzərində həm geosink-linal və həm də platformalarda eyni vaxtda təzahür edən ehtizazı hərə¬\kətlər rejiminin dövrü dəyişməsi. Qalxma və enmənin dövriliyi dənizlərdə geniş transqressiya və reqressiyaların dövriliyinə səbəb olur. Paleozoydan başlayaraq Yerin inkişafında üç sikl ayrılır: Kaledon-Kembridən başlayır və Devonun əvvəllərində qurtarır; Hertsen-Devondan başlayıb, Permdə qurtarır; Alp-bütün Mezozoy və Kaynozoyda davam edən. Belousova görə geosinklinallarda qırışıq əmələgəlmə epoxaları bu sikllərə uyğun gəlir.
Eskil
Eskil — Aksaray ilinə yerləşən ilçə.
Azər Tağıyev (vəkil)
Azər Cabir oğlu Tağıyev (25 aprel 1948, Nuxa – 30 aprel 2018, Bakı) — azərbaycanlı vəkil, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sabiq sədri. == Həyatı == Azər Tağıyev 25 aprel 1948-ci ildə Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1967–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır.1974-cü ildə Azərbaycan SSR Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunaraq Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında vəkillik fəaliyyətinə başlamışdır. 1980-ci illərin əvvəlində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, 1980-ci illərin sonunda Rəyasət Heyətinin sədr müavini, 1995-ci ildə isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilmişdir. Azər Tağıyev uzun sürən xəstəlikdən sonra, 30 aprel 2018-ci ildə vəfat etmişdir. == İctimai-siyasi fəaliyyəti == 2004-cü il 3–4 noyabr tarixində Bakı şəhərində Təsis Yığıncağı keçirilərək, Azərbaycan Respublikasının yeni Vəkillər Kollegiyası yaradılmış və o, 7 dekabr 2017-ci ilədək Kollegiyaya rəhbərlik etmişdir. 26 iyun 1998-ci ildə Mərkəzi Seçki Komissiyasına üzv təyin edilmiş və vəfat edənə qədər Komissiyanın işində fəal iştirak etmişdir. == Mükafatları == Azərbaycan Respublikasının Prezidentinin 24 aprel 2008-ci il tarixli Sərəncamı ilə Azər Tağıyevə əməkdar hüquqşünas fəxri adı verilib. O, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının "Fəxri fərmanı" və "Fəxri diplomu" ilə təltif edilib, ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının "Fəxri Hüquq Doktoru" və "Fəxri vəkil" adları verilib, onun adı Kollegiyanın "Vəkillərin Şərəf Kitabı"na daxil edilib.
Hərəkət edən səki
Sərnişin konveyeri (slenq ing. travelator) və ya Hərəkət edən səki — sərnişinlərin hərəkətini yüngülləşdirən və ya tezləşdirən hərəkət edən pilləsiz mexaniki yol. == Terminologiya == O ingilis dilində : travelator, walkalator, movator., rus dilində isə həmçinin "qaçan yol" («бегущая дорожка») və "hərəkət edən səki" («движущийся тротуар») də adlandırırlar. == İstifadə sahəsi == Sərnişin konveyeri bir qayda olaraq böyük ticarət komplekslərində, aeroportlarda, vağzallarda və sərgi komplekslərində istifadə edirlər. Onlar həm şaquli, həm də üfüqi qurulur. Sürətinə görə sərnişin konveyerləri az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər. Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır. Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər.
Vəkil hanı? (film, 2011)
"Vəkil hanı?" — rejissor Ülviyyə Könülün 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Sınaq Film Prodüser Mərkəzində ekranlaşdırdığı film. == Məzmun == Cavan vəkil (Bəhruz Vaqifoğlu) həmkarının (Kamilə Babayeva) xahişi ilə onu əvəz etmək üçün məhkəmə salonuna yollanır, lakin otaqları səhv salıb qatı cinayətkarın məhkəməsində vəkillik etməyə başlayır. Çox keçmir ki, aləm dəyir bir-birinə... == Film haqqında == Filmin premyerası 25 may 2011-ci ildə "Azərbaycan" kinoteatrında keçirilmişdir. Filmdə "Rast" və "Queen" qruplarının, Zülfiyyə Xanbabayevanın, Faiq Ağayevin, Elariz Məmmədoğlunun, Xumar Qədimovanın, Natəvan Həbibinin repertuarlarındakı parçalardan istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri: Elza Ağayeva, Ramiz Fətəliyev Quruluşçu rejissor : Ülviyyə Könül Quruluşçu operator : Rafiq Quliyev Quruluşçu rəssam : Rafiq Nəsirov Bəstəkar : Rəşad Haşımov Aktyor seçimi : Sənubər İsgəndərli (Sənubər İsgəndərova kimi) Rejissor : Ənvər Həsənov Operator : Ceyhun Quliyev Səs rejissoru : Teymur Abdullayev Montaj : Ramiz Hüseynov Redaktor : İlhamə Kərimova Geyim üzrə rəssam : Aygün Mahmudova Qrim üzrə rəssam : Kristina Qrim : Mziya Kençiaşvili, İradə Gülbabayeva Rejissor assistentləri : Pərviz Həsənov, Anar Almazov, Xədicə Qarayeva Operator assistentləri : Pərvanə Bədəlova, Rauf Qurbanəliyev, Ruslan Ağazadə Mexanik : Qoça Brolaşvili Dekor üzrə rəssamlar : İbrahimxəlil Əminov, Elyaz Səfərov Səs operatoru : Elvin Bayramzadə Fotoqraf : Babək Quliyev Geyim ustası : Gülxar Sadıqova (Gülxar Sadıxova kimi) Əlbəsə ustası : Füzuli Ağayev İşıqçılar : Qabil Yəhyayev, Həsən Əliyev, Əminağa Əliyev Kaskadyorlar qrupunun rəhbəri : Əli Məmmədov Kaskadyorlar : Əhməd Cəfərov, Bəxtiyar Abbasov, İlham Abbasov, Etibar Məmmədov Pirotexnik : Əlibala Məmmədov, Vaqif Qurbanov İnzibati qrup : Asif Ağayev, Pərviz Hacıyev, Ədalət Yunusov, Nəsib Hümbətov, Zaur Göyüşov Sürücülər : Vahid Kərimov, Əkbər Həsənov, Fuad Hüseynov, Bəhmən Qasımov, Süleyman Tağıyev İcraçı prodüser : Məhəmməd Ağabəyov Prodüser : Tofiq Musayev === Rollarda === Bəhruz Vaqifoğlu – Rəşad Babayev Toğrul Rza – Fərid Səidə Quliyeva – Nisə xala Qorxmaz Əlilicanzadə – Dadaş Rəhimov Kamilə Babayeva – Nigar Fuad Osmanov – Elxan Naina İbrahimova – Ofeliya Bəhram Bağırzadə – Əfqan Rövşən Kərimduxt – Karuzo Həcər Ağayeva – Esya Gülşad Baxşıyeva – hakim Əkbər Əlizadə – katib Ağaxan Salmanov (Ağaxan Salmanlı kimi) – Zəki Sahibə Nəzərova – Könül Ramilə Məmmədova – Gülya Mətanət Atakişiyeva – Nigarın anası Əsgər Rəhimov – prokuror Ömür Nağıyev – müstəntiq Möhsün Hüseynxanlı – Əmirqulu Nahidə Orucova (Naidə Orucova kimi) – Əmirqulunun arvadı Ənvər Həsənov – baş həkim Lüdmila Duxovnaya – Faina Markovna Yevgeniya Nevmerjinskaya – Kristina Farizovna Kərəm Hacızadə – Sadıxov Mətləb Abdullayev – mühafizəçi Həsən Yaqubov – mühafizəçi Niyazi Abdullayev – mühafizəçi Ağa Rəhimov – mühafizəçi Nəzrin Heydərova – uşaq Murad Həsənov – uşaq Nərmin Heydərova – uşaq Aynur Məmmədova – jurnalist Asif Ağayev – həbsxana rəisi Ülvi Həsənov – yanacaq dolduran Ofa Səlimova – manikürçü qız Nigar Zakirova – manikürçü qız Ləman İmanova – qonşu Firuz Xudaverdiyev – qonşu Möhsün Quliyev – qonşu Nərmin İsmayılova – qonşu Natiq Əliyev – qonşu === Filmi səsləndirənlər === Tofiq Orucov Mehriban Həsənova Xələf Cəfərov İlahə Şıxlinskaya Məmmədəli Məmmədov (DJ Fateh) (radiomətnlər) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi == Çəkilişə köməklik edən qurumlar == Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası Sabunçu rayon xəstəxanası "Qoşa qala" restoranı "Nərgiz" Ticarət Mərkəzi "Azpetrol" MMC Azərbaycan Respublikası "Ovçuluq və Balıqçılıq" Cəmiyyəti Muzey Mərkəzi "Kristis" gözəllik salonu "G & A" gözəllik salonu == İstinadlar == == Mənbə == Vəkil hanı? Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine Ülviyyə Könül. Vəkil hanı? Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Vəkil hanı?
Şəkil Etüdləri, Op. 33
Şəkil Etüdləri (fra. Études-Tableaux) böyük rus bəstəkarı Sergey Raxmaninov tərəfindən yazılmış iki etüdlər toplusundan birincisidir. == Tarixi == Raxmaninov Op. 33 etüdlər toplusunu 1911-ci ilin sentyabr və avqust aylarında, Op. 32 prelüdlər toplusunu tamamladıqdan bir il sonra yazmışdır.Prelüdlərlə bəzi stilistik oxşarlıqları olsa da, bir-birlərindən kəskin fərqlənirlər.O, prelüdlərində, əsasən, melodiya və duyğular üzrə çalışmışdı.Bundan əlavə, onun Op. 32 prelüdlərində 24 major və minor açarların hamısından istifadə etmişdir. Raxmaninovun bioqrafiyaçısı Maks Harrisona görə bu etüdlər "müəyyən duyğuların piano və səslərin ahəngdarlığı ilə dəyişimini araşdırır.Prelüdlərindən fərqli olaraq, musiqinin gedişatını təxmin etmək çətindir və quruluşca daha mürəkkəbdir".Raxmaninov bu etüdlər toplusu üçün əvvəlcə 9 etüd yazsa da, 1914-cü ildə bunların yalnız 6 dənəsini yayımlamışdır.A (La) minorda yazılan etüdü bir qədər dəyişdirilmiş və Op. 39 etüdlər toplusunda istifadə olunmuşdur.Digər ikisi isə bəstəkarın vəfatından sonra yayımlanmışdır və günümüzdə digər 6 etüdlə birlikdə ifa olunur.8 etüdü birlikdə ifa etmək, əslində bəstəkarın istəklərinə qarşı gəlmək hesab olunur, çünki iki etüdü bu topludan məhz bəstəkarın özü çıxartmışdı.Bundan əlavə, 6 etüd bir-biriləri ilə melodik əlaqələrə malikdirlər, ikisi isə bu altısından bir qədər fərqlənir. == Nömrələmə və xarakter == Raxmaninov 9 etüdünü də 1911-ci ildə, İvanovka malikanəsində yazmışdır.Onlardan altısı (No. 1, 2, 6, 7, 8, 9) elə həmin il yayımlanmışdı.No.
Bakı şəhərinin dənizdən görünüşü (şəkil)
Vereşagin tarixi şəhərlərin təsvirə böyük maraq göstərmişdir. 1951-ci ildə Moskvanın incəsənət fondunnan Azərbaycan Milli İncəsənət Muzeyinə təmənnasız şəkildə verilib. Şəhərin tarixi burda əksini tapıb, Bakı tədricən sənaye şəhəri olub və bu şəkildə qala divarlarının hüdudlarından kənarında yerləşən əlavə tikililəri görmək olar.
İlyas Göçmənin şəkil dəftəri (kitab)
İlyas Göçmənin şəkil dəftəri — Səlim Babullaoğlunun şeirlər kitabı. == Məzmun == Səlim Babullaoğlu türkiyəli fotoqraf İlyas Göçmənin albomundakı 40 şəklin (lap nağıllarda olduğu kimi!) hərəsinə bir şeir yazıb. Bu şeirlər əsla həmin şəkillərə poetik illüstrasiyalar deyil. Şeirlər bir növ şəkillərin davamıdır, kadr arxasında qalan məqamların inikası, obyektivin görə və göstərə bilmədiklərinin ifadəsidir. Vəşeirləri oxuduqdan sonra bu şəkillər tamaşaçı ilə başqa cür “danışır”, tamamilə yeni semantik çalarlar qazanır, özgə bir canlılıq kəsb edir... Qələm dostlarışairin yaradıcılığından bəhs edən məqalələrində Səlimin yazı tərzinin “kinematoqrafik xarakterindən” (yada salaq ki, müasir kino sənətinin əsasında məhz fotoqrafiya dayanmışdır), “sanki ruhun şəklini çəkməsindən” söz açıb. Amma Babullaoğlunun bədii istedadının bu cəhəti ilk dəfə məhz sözügedən silsiləyə daxil olan şeirlərdə bütün tamlığı və parlaqlığı ilə üzə çıxıb... ...Məhz bu tipli əsərlər nəhəng dünya ədəbiyyatı okeanına qovuşmağa gətirib çıxara bilər.
Sevil
Sevil — qadın adı. Sevil Əliyeva — Sevil Nuriyeva —ƏsərlərSevil (pyes) — Cəfər Cabbarlının 1928-ci ildə yazdığı pyes. Sevil (opera) — Fikrət Əmirovun 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı dramı və Tələt Əyyubovun librettosu əsasında yazdığı opera.FilmlərSevil (film, 1929) — Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmiş film. Sevil (film, 1970) — dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılmış film.DigərSevil (ansambl) — musiqi qrupu.
Şəkili
Şəkili (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Şəkili (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Şəki
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Fərman Şəkili
Fərman Şəkili (4 noyabr 1954, Nuxa – 5 mart 2013, Bakı) — Azərbaycan aktyoru, rejissor, ssenari müəllifi. == Həyatı == Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədədir. Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olmuşdur. Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən 5 mart 2013-cü ildə 58 yaşında vəfat etmişdir.. == Filmoqrafiya == Aşkarsızlıq şəraitində… (film, 1986) Boş yer (film, 1989) Zirzəmi (film, 1990) "Fransız" (film, 1995) Həm ziyarət, həm ticarət...
Sevil (ansambl)
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. == Tarixi == Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur.Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur.Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur. Ansambl dağıldıqdan sonra Vaqif Mustafazadə "Muğam" caz üçlüyünü yaratmışdır.
Sevil (dəqiqləşdirmə)
Sevil — qadın adı. Sevil Əliyeva — Sevil Nuriyeva —ƏsərlərSevil (pyes) — Cəfər Cabbarlının 1928-ci ildə yazdığı pyes. Sevil (opera) — Fikrət Əmirovun 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı dramı və Tələt Əyyubovun librettosu əsasında yazdığı opera.FilmlərSevil (film, 1929) — Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmiş film. Sevil (film, 1970) — dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılmış film.DigərSevil (ansambl) — musiqi qrupu.
Sevil (kvartet)
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. == Tarixi == Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur.Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur.Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur. Ansambl dağıldıqdan sonra Vaqif Mustafazadə "Muğam" caz üçlüyünü yaratmışdır.
Sevil (opera)
Sevil — 1949–1952-ci illərdə yazılmış lirik-psixoloji dram operası. Operanın musiqisi Fikrət Əmirov, librettosu isə Cəfər Cabbarlının "Sevil" pyesi əsasında Tələt Əyyubov tərəfindən yazılmışdır. Operanın premyerası 25 dekabr 1953-cü il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur. Opera 1957-ci ilin nəşrində 4 pərdəli, 1962-ci ilin nəşrində 3 pərdəli, 1967-ci ilin nəşrində 3 pərdəli, 1976-cı ilin nəşrində 2 pərdəli, 1982-ci ilin nəşrində 3 pərdəli, 1987-ci ilin nəşrində 3 pərdəli olmuşdur. Əsər ilkin olaraq 4 pərdədə yazılmış, sonradan isə müəllif tərəfindən redaktə edilərək 3 və 2 pərdəli variantlara uyğunlaşdırılmışdır. Müasir mövzuya müraciət edən bəstəkar opera sənətinə şəhər məişətini, yeni ifadə vasitələri tələb edən yeni mühiti gətirmişdir. Fikrət Əmirovun yaradıcılığının əsas ifadə vasitəsi olan melodiya, operanın musiqisində emosional başlanğıc rolunu oynayır. Operanın musiqi dolğunluğu, zəngin harmonik dili, orkestr rəngarəngliyi, simfonikləşmə tendensiyaları ilə diqqəti cəlb edir. Bəstəkar operada müxtəlif musiqi formalarını – ariya, ariozo, reçetativlər, ansambl və xor epizodlarını böyük sərbəstlik və ustalıqla istifadə etmişdir. Operanın musiqisində mühüm rol oynayan leytmotivlər qəhrəmanların səviyyəsində böyük əhəmiyyət kəsb edir.
Sevil (pyes)
Sevil — 1928-ci ildə azərbaycanlı dramaturq Cəfər Cabbarlı tərəfindən qələmə alınmış pyes. Bu əsər əsas etibarilə qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət, geridə qalmış patriarxal ənənələr üzərindəki qələbəsindən bəhs edir. Bir çox qadın şəhərdəki teatrda tamaşanı izlədikdən sonra hicab geyinməkdən imtina etmişdir.Pyesin sonrakı uyğunlaşdırmaları orijinal əsər ilə müqayisədə insanlara daha az təsir göstərmişdir. 1929-cu ildə bu əsərin eyniadlı filmi çəkilmişdir. Film bütövlükdə Mərkəzi Asiya və Qafqaz regionlarında insanlara nümayiş etdirilmişdir. == Süjet == Əsərdə hadisələr 1918-1919-cu illərdə Bakıda cərəyan edir. Əsərin əsas obrazları olan cütlük - Sevil və Balaş kəndli icmasına məxsus ailələrdə böyüyüb boya-başa çatmışdır. Sevil özünü evinə və ailəsinə həsr etmiş bir qadın ikən, Balaş cəmiyyətdə müəyyən mövqe tutmuşdur və həyat yoldaşı Sevili, hətta onun ən sadə davranışlarına görə belə alçaldaraq təhqir edir. Onların Gündüz adında bir oğlu da vardır. Cəfər Cabbarlı əsərdə insanlara ötürmək istədiyi məlumatları Balaşın bacısı Gülüş vasitəsilə ötürür.
Sevil Bünyatova
Sevil Bünyatova (5 oktyabr 1989) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Sevil Bünyatova 1989-cu il oktyabrın 5-də Rusiyada anadan olub. Əslən Əmircan qəsəbəsindəndir. Bacısı Sevinc Bünyatova da qılıncoynadandır. == Karyerası == Sevil Bünyatova 2015-ci ilin 12–28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün dördündə qalib gələn Sevil Bünyatova "F" qrupunu 2-ci sırada başa vurdu. Pley-off mərhələsində isə Sevil Bünyatova əvvəlcə təsnifat mərhələsində Polşa nümayəndəsi Maqdalena Pasternaya 15:4, sonra isə 1/8 final mərhələsində Rusiya nümayəndəsi Mariya Ridela 15:10 və 1/4 final mərhələsində Yunanıstan nümayəndəsi Vassili Vuqiuya 15:12 hesabları ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Fransa nümayəndəsi Marqu Rifissa 15:10 hesabı ilə qalib gələn Sevil Bünyatova turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Polşa nümayəndəsi Angelina Vator oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə rəqibinə 14:15 hesabı ilə məğlub olan Sevil Bünyatova I Avropa Oyunlarının gümüş medalına sahib oldu.
Sevil Gültən
Nuriyeva Sevil Məmməd qızı (Sevil Gültən) — azərbaycanlı tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Sevil Gültən 1961-ci il aprelin 22-də Zərdab rayonunun Təzəkənd kəndində dünyaya gəlib. Atası Məmməd Nuriyev traktorçu, anası Gülasta Nuriyeva kolxozçu olub. 1978-ci ildə Ş.Qurbanov adına Zərdab şəhər orta məktəbini bitirib, Xarici Dillər İnstitutunun (hazırkı Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinə qəbul olub və institutu əla qiymətlərlə bitirib. Hələ tələbə vaxtından bədii yaradıcılıqla məşğuldur. Birinci kursda oxuduğu vaxtdan tərcümə etdiyi kiçik hekayələr institutun "Bilik" qəzetində çap edilib. 1987-ci ildə ailə qurub. Həyat yoldaşı 2003-cü ildə dünyasını dəyişib. == Yaradıcılığı == Təyinatla Zərdab rayonunun Bıçaqçı kəndinə göndərilib. Təyinat müddəti bitdikdən sonra rayonun müxtəlif kəndlərində ingilis dili müəllimi işləyib.
Sevil Hacıyeva
Sevil Hacıyeva (3 oktyabr 1968, Bakı – 12 sentyabr 2000, Los-Anceles, Kaliforniya) — Azərbaycan müğənnisi, Karvan və "Qaya" vokal kvartetinin solisti. == Həyatı == Sevil Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil almışdır. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilmiş və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlamışdır. 1980-ci illərin sonunda Azərbaycanın ən məşhur səslərindən biri hesab edilirdi. "Bakı Payızı-88", "Yurmala-89" laureatlarının qalibi olmuşdu. Yurmalada gənc musiqiçilərin yarışında iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin finalına çıxmışdı. Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan Karvan ilə bağlıdır. 1993-cü ildə Karvan qrupunu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünmür. Karvan qrupu dağıldıqdan sonra Sevil Hacıyeva da dövrün ağır şərtlərindən təsirlənərək səhnələrdən uzaq düşür.
Sevil Mehdiyeva
Mehdiyeva Sevil Hacı qızı (9 sentyabr 1942, Bakı) — filologiya elmləri doktoru (1992), professor (2005), Əməkdar müəllim (2000), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Sevil Mehdiyeva 9 sentyabr 1942-ci ildə Lənkəran şəhərində anadan olmuşdur, 1959-cu ildə Bakının Nərimanov rayonundakı 57 saylı orta məktəbi bitirmiş, həmin ildə də Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1967-ci ilin oktyabrından bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi (indiki Dil tarixi və dialektologiya) şöbəsində baş lobarant, baş elmi işçi, şöbənin müdiri vəzifələrində işləmiş, 2013-cü ildə Akademiyada, eləcə də Dilçilik İnstitutunda aparılan islahatlarla əlaqədar baş elmi işçi vəzifəsində çalışır. 1974-cü ildən filologiya elmləri namizədidir, 1992-ci ildən filologiya elmləri doktorudur. 2005-ci ildən professordur. 2000-ci ildən Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prof. S.H.Mehdiyeva 170-dən artıq elmi, elmi-metodik, elmi-kütləvi məqalənin, 4 monoqrafik tədqiqatın (Yazılı dastanların dili. “Şəhriyar” dastanının materialları əsasında. B., Elm, 1991; Folklor abidələrinin linqvo-poetik tədqiqi.
Sevil Mikayılova
Sevil Mikayılova (Sevil Əlirazı qızı Mikayılova 27 iyun 1974, Bakı) — "Trend" informasiya agentliyi baş direktorunun müavini, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü. Azərbaycan Respublikasının Milli Məclisinə 56 saylı Xaçmaz kənd seçki dairəsindən seçilmiş VI çağırış millət vəkili, Əməkdar jurnalist. == Həyatı == Sevil Mikayılova 1974-cü il iyunun 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər Universitetinin İngilis dili fakültəsini bitirmişdir. Əməkdar jurnalistdir. Rus və ingilis dillərini bilir. === Fəaliyyəti === 1992–1996-cı illərdə Sumqayıt şəhər Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində, 1996–1999-cu illərdə Bakı Elmi-Tədris Mərkəzinin İnformatika və İdarəetmə İnstitutunda ingilis dili müəllimi olmuş, 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor, 1999–2001-ci illərdə "Midiya Press" İnformasiya Agentliyində, 2001–2004-cü illərdə "525-ci qəzet"də tərcüməçi işləmişdir. 2004–2012-ci illərdə "Trend" informasiya agentliyində tərcüməçi, Tərcümə departamentinin direktoru, 2012–2017-ci illərdə "AzerNews" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 2017-ci ildən "Trend" informasiya agentliyi baş direktorunun müavinidir. 2020-ci il fevralın 9-da Milli Məclisə VI çağırış seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilib.
Sevil Nuriyeva
Nuriyeva Sevil Aydın qızı — jurnalist, televiziya aparıcısı. == Həyatı == Sevil Nuriyeva 1973-cü il avqustun 24-də Gəncədə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Türkiyədə beynəlxalq münasibətlər üzrə dissertasiya müdafiə edib və müvafiq sahə üzrə doktor elmi dərəcəsi alıb. Azərbaycan Dövlət Televiziyasında, 215 KL studiyasında, Azərbaycanın ilk müstəqil televiziya kanalı olan ANS-də müxtəlif sosial, siyasi və strateji xarakterli proqramlar hazırlayıb və təqdim edib. "Güzgü", "Nəzər Nöqtəsi", "Divan", "Xəbərdar", "Bu bizik", "Əks-səda", "Ötən Həftə" , "Zərif çərşənbə" , "Şənbə gecəsi Sevil Nuriyeva ilə" kimi bir sıra proqramların müəllifi və aparıcısı olub. 1997-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin "Natəvan", 1998-ci ildə isə "Zərdabi" mükafatlarına, 1998-ci ildə Çingiz Mustafayev adına "İlin ən cəsarətli TV proqram müəllifi və aparıcısı" mükafatına, 1998-1999-cu illərdə Yeni Nəsil Jurnalistlər Birliyinin "İlin TV proqramçısı", 1999-cu ildə Jurnalistlərin Dostu Dərnəyinin "İlin ən cəsur TV proqramçısı və aparıcısı" mükafatlarına, 2000-ci ildə Gürcüstanda "Qafqazın ən obyektiv proqramçısı və aparıcısı" müfakatına layiq görülüb. 1998-ci ildə CNN-də, 1999-cu ildə BBC-də proqram müəllifi stajı keçib. Hal-hazırda Türkiyənin "Star" qəzetində Qafqaz üzrə köşə yazarı kimi çalışır. Həmçinin Asiya Dialoqu İctimai Birliyinin həmtəsisçisi və sədri, Qafqaz mediya mərkəzinin rəhbəridir.
Sevil Qazıyeva
Sevil Həmzət qızı Qazıyeva (1 iyun 1940, Aşağı Tala, Zaqatala rayonu – 23 sentyabr 1963, Jdanov) — Azərbaycan SSR-də ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Sevil Qazıyeva 1940-cı il iyun ayının 1-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 1958-ci ildə orta məktəbi bitirən Sevil sənədlərini Azərbaycan Tibb İnstitutuna versə də, müsabiqədən keçə bilmir. Elə həmin il sənədlərini Bakıdakı 5 nömrəli sənət məktəbinə verir. Burada poliqrafiya sənətini öyrənən Sevil Qazıyeva həm də teatr dərnəyində fəaliyyət göstərir. Ehtiyat Əmək Qüvvələrinin Mədəniyyət Evinin üzvü olan Sevil əvvəlcə Süleyman Sani Axundovun "Laçın yuvası" pyesində Pərican, sonra isə Cəfər Cabbarlının "Sevil" pyesində Sevil obrazlarını yüksək səviyyədə canlandırır. Həmin illərdə mətbuatda şeirləri də dərc olunur. 1959-cu ilin dekabrında Sevil qəzetdə bir məqalə oxuyur. Məqalə ilə tanış olan tələbə özbək qızı Tursunoy Axunovanın maşında təkbaşına yüz adam qədər pambıq yığdığını öyrənəndə sürücü-mexanik olmağa qərar verir. Ertəsi gün Bakı 5 saylı sənət məktəbinin 4 tələbəsi Sevil Qazıyeva və rəfiqələri Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibinə məktub yazıb Bakı şəhərində qızlar üçün sürücü-mexanik kurslarının açılmasını xahiş edirlər.
Sevil Xıdırlı
Sevil Xıdırlı — aşıq. == Həyatı == Sevil Xıdırlı 1973-cü ildə Yevlaxda doğulub. Orta təhsilini doğma Tanrıqulular kəndində alıb. 1991-1994-cü illərdə təhsil aldığı M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu fərqlənmə diplomu ilə bitirib. Texnikumdan məzun olduqdan sonra Tanrıqulular kəndində sinif müəllimi olaraq çalışıb, həmçinin kəndin mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Saz kursu"nda dərs keçib. == Fəaliyyəti == 1998-ci ildə Azərbaycanda ilk dəfə keçirilən "Gənc istedadların Aşıq Şəmşir adına Ozan müsabiqəsi"ndə də öz yetirmələri ilə iştirak edib və fəxri yer tutub. 2007-ci ilin avqustunda Türkiyədə (Ankara) keçirilən "Türk Dünyası Şair və Aşıqlar Festivalı"nda, həmin ilin sentyabrında Qaracaoğlan Şeir Şölənində (Mersin/Tarsus), 2008-ci ilin yanvarında "İpək Yolu Ödül Törənində" (İstanbul), "Uluslararası Şairlər və Aşıqlar Buluşması"nda (Konya), yenə həmin il (iyun ayında) "Aşıq və Şairlər Yarışması"nda (Bursa/Yıldırım), 2009-cu ildə "Azərbaycan Musiqi Gecəsi"ndə (İstanbul), yenə 2009-cu ilin iyununda "Aşıq və Şairlər Yarışması"nda (Bursa), 2009-cu il "Aşıqlar Bayramı"nda (Sivas), 2010-cu ilin martında Sənətçilərin Böyük Konsertində (Tehran), 2010-cu ilin may ayında "Qaracaoğlan Gecəsi"ndə, yenə 2010-cu ilin iyununda "Aşıq və Şairlər Yarışması"nda (Bursa) iştirak edib, diplomlarla, ödüllərlə təltif olunub. 2002-ci ildən "Aşıq Pəri" məclisinin üzvü, həmin ildən 2008-ci ilədək Aşıqlar Birliyi Mingəçevir bölməsinin sədri olub. Mingəçevir, Yevlax, Gəncə, Şəmkir və Gədəbəydə keçirilən dövlət tədbirlərində səhnə alıb, habelə Qazaxıstanda (Karaqanda və Temirtau) Azərbaycan diaspor nümayəndələri qarşısında çıxışlar edib. Onun Samirə (Nağıyeva), Məhəbbət, Lamiyə, Heyran (Ağamalıyeva), Ziyadxan, Samir (Allahverdiyev), Şahbaz (Abdullayev) kimi yetirmələri respublika səviyyəli sənət yarışmalarında fəxri yerlər tutub.
Sevil Xəlilova
Sevil Xəlilova — Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycanın Əməkdar Artisti. == Həyatı == Sevil Rza qızı Xəlilova 10 yanvar 1953-cü ildə Bakıda anadan olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdindəki "kino aktyoru" kursunun axşam şöbəsində (1969-1970), 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında N.Hikmətin "Şöhrət və ya unudulan adam" psixoloji dramını tamaşaya hazırlayan H.Salayevin dəvəti ilə bu əsərdə Professorun qızı rolunu ifa edib. Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib. Ötən illər ərzində milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynayıb. S.Dağlı "Kölgələr pıçıldaşır" Çeşmə, Anar "Şəhərin yay günləri" Qumru, C.Məmmədquluzadə "Dəli yığıncağı" Zəvvar, S.Rəhman "Əliqulu evlənir" Humay, B.Vahabzadə "Kimdir haqlı?" Məlahət, İ.Əfəndiyev "Büllur sarayda" Səadət, Anar "Təhminə və Zaur" Mədinə, B.Brext "Üç quruşluq opera" Kitti, S Rəhman "Nişanlı qız" Zərifə, S.Vurğun "Vaqif" Gülnar, J.Rasin "Fedra" Enona, Elçin "Poçt şöbəsində xəyal" Züleyxa, Ə. Əmirli "Köhnə ev" Mələk, X. Qoca "Hərənin öz payı" Xədicə xala, H.Cavid "Afət" İlçay, Mir Cəlal "Dirilən adam" Telli, C.Məmmədquluzadə "Ölülər" Məşədi Orucun anası, İ.Şıxlı "Ölüləri qəbristanlıqda basdırın" Güləndam, A.Şaiq "Eloğlu" Cəvahir xanım və s. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. Bunlardan İ.Əfəndiyevin "Atayevlər ailəsində" Mehrican, M.F.Axundov "Hacı Qara" Sona, Ə.Məmmədxanlının "Şərqin səhəri" Nataşa, A.Məmmədovun "Kişilər" Səlimə, R.Kaşkauasın "Yağışlı gecə" Auşra, Anarın "Ötən ilin son gecəsi" Gülarə, R.Qasımovanın "Yollar görüşəndə" Rahidə, A.Qəhrəmanovun "Müsabiqə" Sevinc və s. Sevil Xəlilova teatr sənətindəki xidmətlərinə görə 1986-cı il iyun ayının 23-də Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Nə geri çəkil, nə də təslim ol (film, 1986)
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir. Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir. Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır. == Məzmun == Ceyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir.
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (ing. No Retreat, No Surrender 3: Blood Brothers) — 1990-cı ildə Luks Lou tərəfindən çəkilən döyüş filmidir. == Məzmun == Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrindən biri Con Aleksandr köhnə düşməni Franko tərəfindən öldürüldükdən sonra onun böyük oğlu Keysi kiçik qardaşı Uili kəşfiyyata qatılmasını istəmir. Ancaq Vill şəxsən Frankodan qisas almağı planlaşdırır və Floridaya gəlir. Keysi Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Frankonu axtarmağa çalışır... == Xarici keçidlər == Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları — Internet Movie Database saytında.
Cəlil
Cəlil — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslərCəlil Məmmədquluzadə — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik Cəlil bəy Bağdadbəyov — aktyor, Azərbaycanın əməkdar artisti Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Cəlil Sadıxov —Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Vəzirov — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Kiyekbayev Cəlil XəlilovCəlil Xəlilov (geoloq) Cəlil Xəlilov (polkovnik) Cəlil Xəlilov (tərcüməçi) == Həmçinin bax == Cəlilzadə Cəlilov Cəlilli — Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Cəmil
Cəmil — Azərbaycanlı kişi adı. Cəmil Ağayev — Cəmil Debbouz — Cəmil bəy Haqverdiyev — Cəmil bəy Musayev — Cəmil bəy Vəzirov — Cəmil bəy Köçərlinski — Cəmil bəy Rəfibəyli — Cəmil Cahid bəy Toydəmir — Cəmil bəy Xazalanski — Cəmil Lənbəranski — Cəmil Mirzəyev — Cəmil Sadıqbəyov — Cəmil Kavukçu — Cəmil Çiçək — Cəmil Əlibəyov — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974-1984) Cəmil Quliyev — Azərbaycan kinorejissoru, İctimai Televiziyanın baş direktoru (2013-cü ildən).
Dəbil
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. == Tarixi == 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Fəsil
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Həkim
Həkim - ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insan. == Həkim andı == Daha çox qədimdən də həkim andı kimi məlum olan "Hippokrat andı"dır. And 9 etik prinsip və öhdəliyi özündə əks etdirir.
Kokil
Kokil — töküklərin əldə olunmasında istifdaə oluna metal qəlibdir. Ondan çox hallarda əlvan metallar, həmçinin çuqun və polad məmulların istehsalında istifadə olunur. Kokil çuqun və polad xəlitələrindən hazırlanır. Bu qəliblər töküyün kütləsi və xassəsindən asılı olaraq 100–10000 tökmənin yerinə yetrilməsinə imkan verirlər. İqtisadi cəhətdən kokillər seriyalı və kütləvi istehsalda tətbiq olunması əlverişlidir. Kokillər töküyün həndəsəsindən asılı olaraq bütöv və ya üfüqi və ya şaquli ayırma müstəvi üzrə birləşdirilə bilən ayrı-ayrı hissələrdən təşkil oluna bilir. Kokildə tökmə zamanı töküyün xarici səthini kokilin divarları, daxili səthini isə qüm içliklər əmələ gətirir. Onun ayrıma müstəvisi üzrə metal ərintisi ilə doldurulması üçün tökmə sisteminin aknallarından istifadə olunur. Kokilin yarım hissələrinin açılıb-bağlanmaı xüsusi kokil maşınlarında avtomatlaşdırlmış şəkildə aparılır. Onun davamlığını artırmaq və töküyün soyuma sürətini azalatmaq üçün kokilin işçi səthlərinə kiçik qalınlıqda (0,5 mm) xüsusi örtüklər və rənglər çəkilir.
Ləkin
Ləkin — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Cəlilabad rayonunun eyniadlı ı.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Əsl adı Ləkandır. Oykonim lək tayfa adından və cəmlik bildirən – an şəkilçisindən ibarət olub, “Ləklər” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1665 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ləkit
Ləkit Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ləkit kəndi qədim tarixə malikdir. Onun yaşının ən azı 2000 il olması sübut olunmuş fakt hesab oluna bilər. Belə ki, Ləkit kəndinin adı qonşu Qum kəndi ilə birlikdə qədim yunan tarixçilərinin əsərlərində çəkilir. Bu kəndlərdə mövcud olan, qədim albanlara aid edilən məbədlərinin qalıqları da bunu sübut edir. Ləkit sözünün də qədimdə həmin ərazidə yaşamiş "lək" ("leq") tayfalarının adından götürüldüyü güman edilir. Tarixin müxtəlif zamanlarında iri yaşayış məskəninə çevrilən kənddə bəzi vaxtlarda 1000-ə qədər ev olduğu bildirilir. == Toponimikası == Kənd dağətəyi ərazidə yerləşir. Kəndin ərazisində VI əsrdə tikildiyi müəyyən edilən və hal-hazırda dağınıq halda olan, Qafqaz Albaniyasına aid xristian məbədi - Ləkit məbədi yerləşir. Bəzi tədqiqatçılar bu coğrafi adı Böyük Qafqaz dağlannm cənub ətəklərində (əsasən, Samurçay hövzəsində, o cümlədən Qafqaz Albaniyasında) yaşamış qəd.
Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar su­larda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoq­rafik, struktur, dinamik, genetik və b.