Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həlimət Məmmədova
Məmmədova Həlimət Məhəmməd qızı — Azərbaycan aktrisası. == Həyatı == Həlimət Məmmədova 27 dekabr 1965-ci ildə Balakənin Tülü kəndində anadan olub. M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib (1989). 1982-ci ildən Azərbaycan Dövlət Muğam Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Teatrda hazırlanan muğam tamaşalarında – "İsgəndərnamə"də Nüşabə, "Dədə Qorqud"da Burla Xatun, "Qarabağ" musiqili tamaşasında ana, Mikayıl Müşviqə həsr olunmuş tamaşada Dilbər, "Məhəbbət hekayəti"ndə cadugər rollarında oynayıb. Teatrda səhnələşdirilən "Zabul segah", "Bayatı-Şiraz", "Şur", "Çahargah" muğam tamaşalarında baş rollarda iştirak edib. 2002-ci ildə yaranmış "Savalan" qrupunda qiraətçi və müğənni kimi fəaliyyət göstərir. Qrupla bərabər Türkiyədə, Hollandiyada, Pakistanda, Amerikada keçirilən mistik musiqi festivallarında uğurla Azərbaycanı təmsil edib. Yuğ Teatrında "Üz tuturam Tanrıya" (rejissor Vaqif İbrahimoğlu), Yunus İmrənin "Olsun" (rejissor Rasim Aşın) tamaşalarında musiqi və şeirləri ifa edib. İfasında Ramiz Rövşənin "Qapı" poemasının motivləri əsasında hazırlanmış video-tamaşa, "Biz ölən deyilik" kompozisiyası hazırlanıb.
Səlimə Mehdiyeva
Səlimə İbrahim qızı Mehdiyeva — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyasının rəhbəri, professor (1993), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2017). == Həyatı == Səlimə İbrahim qızı Mehdiyeva 1941-ci ildə Naxçıvanda anadan olmuşdur. 1963-cü ildə BDU-nun fizika fakultəsini bitirdikdən sonra Az. MEA Fizika İnstitutunun aspiranturasına daxil olmuş, 1967-ci ildə Vilnus Dövlət Universitetində fizika və texnika baxımından çox maraqlı material olan selen yarımkeçiricisinin tətqiqi ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1988-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 1993-cü ildə isə professor elmi adını almışdır. 1969-1978-ci illərdə Fizika İnstitutunda elmi katib, 1976-cı ildən isə həm də laboratoriya rəhbəri kimi fəaliyyət göstərmişdir. 1995-2002-ci illərdə Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, hazırda “qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəridir. Elmi məqalələrin sayı - 224 Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı - 61 Xaricdə çıxmış elmi əsərlərinin sayı - 127 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı - 14 Kadr hazırlığı- 13 fəlsəfə doktoru, 1 elmlər doktoru == Əsas elmi nailiyyətləri == İlk dəfə selendə köçürmə hadisələrinin, tarazlıqda olmayan müxtəlif elektron proseslərinin mexanizmləri, keçiricilik tipinin mənşəi, amorf, kristal, maya selenin elektrik, optik, istilik və mexaniki xassələrinə xarici faktorların təsir mexanizmləri müəyyənləşdirilmişdir. Selenin xassələrindəki anomallıqların səbəbinin onda olan oksigenin miqdarı və vəziyyəti ilə bağlı olduğu aşkar edilərək, seleni oksigendən təmizləmək üçün xüsusi qurğu təklif edilmişdir. Alınan nəticələr selenin xassələrini məqsədyönlü dəyişmək yollarının müəyyənləşdirilməsi və cihazların parametrlərinin yaxşılaşdırılması istiqamətində təkliflər verməyə imkan yaratmış və keçmiş ittifaqda yeni yüksək səmərəli selen cihazlarının hazırlanması üzrə xüsusi istehsal sahəsi də yaradılmışdı.
Səlimə Rüstəmova
Səlimə Rüstəm qızı Rüstəmova (1923, Xıdırlı, Ağdam rayonu – 16 avqust 1998, Bakı) - maarif xadimi, müəllimə, Azərbaycan SSR Ali Sovetinin deputatı == Həyatı == Səlimə Rüstəm qızı Rüstəmova 1923-cü ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. İlk təhsilini Xıdırlı kənd məktəbində almışdır. O, 1938-1940 illərdə Ağdam pedaqoji məktəbdə oxumuş, 1948-1950 illərdə Ağdam Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır. Səlimə Rüstəmova 1940-cı ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Ağdam şəhər 1 nömrəli orta məktəbdə, Ağdam şəhər 8 nömrəli orta məktəbdə ibtidai sinifdən dərs demişdir. Səlimə Rüstəmova 1948-ci ilin yanvar ayında Ağdam şəhər zəhmətkeş deputatları Sovetinə deputat seçilmişdir. O, 1951-ci ildə Boyəhmədli seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. Səlimə Rüstəmova 16 avqust 1998-ci ildə Bakıda vəfat etmişdir. == Ailəsi == Atası - Rüstəm Qulu oğlu Rüstəmzadə (1906-1943) Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində, Füzuli rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmış və 1941-1943 illərdə Ağdam rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir. Anası - Gülxar Əliyeva-Rüstəmzadə (1908-16.03.1986) ötən əsrin əvvəllərində "Əbilov adına klub"da təşkil edilən "Savad kursu"nda təhsil almışdır.
I Səlamət Gəray
I Səlamət Gəray (1558 – 1610) — 1608–1610-cu illər arasında Krım xanlığının hökmdarı idi. 1601-ci ildə Krım xanlığı daxilindəki daxili mübarizələrə görə Osmanlı imperiyasında qaçqın olaraq yaşamışdır. Daha sonra 1610-cu ildə Krımda öldü. Onun hakimiyyəti I Əhməd dövrünə təsadüf edir.
II Səlamət Gəray
II Səlamət Gəray (1691 – 1751, Bolqarıstan) — XXXVII Krım xanı.Krım xanı I Səlim Gərayın oğludur. Atasının vəfatından sonra sırayla qardaşlarının səltənətlərini gördü. Qardaşı I Qaplan Gərayın səltənətində Perekop qalasının idarəsinə gətirildi. Digər qardaşı II Məngli Gərayın səltənətində isə əvvəlcə nurəddin, daha sonra isə kalqay ünvanı aldı. Onun ölümünün ardından 1740-cı ilin yanvarında Krım xanlığına gətirildi. Qardaşı Qazi Gərayın oğlu Əzəməti kalqay, digər qardaşı Məngli Gərayın oğlu Toxtamışı isə nurəddin təyin etdi. Səlamət Gəray taxta çıxdığı dövrdə başda Bağçasaray olmaqla, Krımın bir çox iri şəhərləri ruslar tərəfindən darmadağın edilmişdi. Atasının topladığı böyük kitabxana yandırılmış, məscidlər yararsız hala salınmışdı. Bu səbəblə ilk iş olaraq bütün xanlıq ərazisində yenidən qurma işlərinə başlayan Səlamət Gəray qısa zamanda paytaxt Bağçasarayı abadlaşdırdı. Xarici siyasətdə rus təsirini azaltmaq məqsədilə isveçlilərlə ittifaq qurmaq niyyəti olsa da, Rusiya ilə müharibəyə girişməkdən çəkinən Osmanlı sultanı bu ittifaqa qarşı çıxdı.
Səlim Səlimov
Səlim İsmayıl oğlu Səlimov (11 oktyabr 1941, Xaçınyalı, Laçın rayonu) — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1990–1995). == Həyatı == Səlim Səlimov 1941-ci il oktyabrın 11-də Laçın rayonunun Xaçınyalı kəndində anadan olub.1963-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. 1969-cu ildə dilçi-ədəbiyyatçı, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası alaraq universiteti bitirmişdir. Səlim Səlimov 1996-cı ildən təqaüdçüdür. == Siyasi fəaliyyəti == 1956-cı ildən ÜİLKGİ-nin, 1968-ci ilin yanvar ayından isə Azərbaycan KP-nın üzvü olmuşdur. 1973–1975-ci illərdə Bakı Ali Partiya Məktəbinin tam kursunu bitirmişdir. === Laçında === 1971-ci ildə 56 saylı seçki dairəsindən XIII çağırış, 1975-ci ildə 51 saylı seçki dairəsindən XIV çağırış Laçın Rayon Zəhmətkeşlərin Deputatları Sovetinə, 1979-cu ildə isə 50 saylı seçki dairəsindən XV çağırış Laçın Rayon Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Laçın rayon VII (1978), VIII (1980), IX (1983) partiya konfranslarının üzvü olmuşdur. 1971–1973-cü illərdə Azərbaycan ÜİLKGİ Laçın rayon Komsomolun katibi işləmişdir. 1981-ci ildə Azərbaycan SSR "Bilik" cəmiyyətinin üzvü olaraq mühazirəçi olmuşdur.
Qənimət
Talançılıq — hərbi, siyasi və ya digər sosial böhranlar, təbii fəlakətlər (hüquq və mülki icraatın müvəqqəti olaraq təsirsiz olduğu yerlərdə), və ya iğtişaş zamanı güclə və ya oğurluq yolu ilə daşınan və ya daşınmaz əmtəənin alınması.
Təlimat
Təlimat termini aşağıdakı mənalarda istifadə oluna bilər: Təlimat — qanun qüvvəli akt; qanunvericilik aktının, nazirin yaxud digər dövlət orqanı rəhbərinin əmrini izah etmək və onun tətbiqi qaydasını müəyyənləşdirmək məqsədilə verilir; Təlimat — texniki xarakterli göstərişlər; Təlimat — ixtisasçının öz funksional vəzifəsini yerinə yetirmə qaydalarını və ya konkret məsələnin həlli prosesində iş qaydalarını təyin edən sənəd; Təlimat — müəyyən fəaliyyət növlərinin, işlərinin həyata keçirilməsinin, xidməti davranışının xüsusi normativ sənədlərdə verilmiş qaydaların toplusu; Təlimat — bir şeyi həyata keçirmək üçün qayda və üsullar müəyyən edən yazılı göstəriş. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Səlimov
Səlimov — Azərbaycan soyadı. Midat Səlimov — Sovet və rus infeksiyanisti Arif Səlimov — Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Kamil Səlimov — BDU Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının müdiri (1992) Emil Səlimov — Fransa azərbaycanlılarından olan rejissor Ceyhun Səlimov — Azərbaycan tərəfindən Qarabağ müharibəsi iştirakçısı Rauf Səlimov — Dövlət Statistika Komitəsinin sədr müavini Yaşar Səlimov — fizika-riyaziyyat elmləri doktoru (1988), professor (1989) Aleksandr Səlimov — Amerikalı şair, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru Sənan Səlimov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mehman Səlimov (d. 1955) — Azərbaycanlı hərbçi, polkovnik. Akif Səlimov (1950—2021) — Azərbaycan polkovniki. Qurban Səlimov (d. 1940) — Azərbaycan rejissor və prodüser. Hüseynqulu Səlimov (1889—?) — Azərbaycan Xalq Cümhuriyyətinin tələbəsi. Səlim Səlimov (d. 1941) — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1990–1995) Albert Səlimov (d. 1986) — Ləzgi əsilli Azərbaycanlı boksçu.
Səlivə
Səlivə — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Coğrafi ad talış dilində sə (sı) «qırmızı» və livə «yarpaq» sözlərinin birləşməsindən ibarətdir (Dəmir ağacının yarpaqları payızda qırmızı rəngdə olur). == Tanınmış şəxslər == === Şəhidləri === Novruz Əsgərov (20 Yanvar şəhidi) (1968-1990).
Əlamət
Əlamət dəqiq elmlərdə hansısa halın faktlarının təsviri.
Əlmət
Əlmət və ya Almetyevsk (tatar. Әлмәт / Əlmət; rus. Альметьевск) — Rusiya Federasiyasında yerləşən şəhər.
Akif Səlimov
Akif Səlimov (tam adı: Akif İsmayıl oğlu Səlimov; 7 noyabr 1950, Qarıqışlaq, Laçın rayonu – 30 aprel 2021) — Laçın Rayon İcra Hakimiyyətinin başçısı (4 mart 2013 – 3 mart 2016). == Həyatı == Səlimov Akif İsmayıl oğlu 7 noyabr 1950-ci ildə Azərbaycan Respublikasının Laçın rayonunun Qarıqışlaq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1966-cı ildə Laçın rayonu Qarıqışlaq kənd orta məktəbini, 1972-ci ildə isə Azərbaycan Politexnik İnstitutunu kimyaçı mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir. 1972–1974-cü illərdə SSRİ Silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmət illərində leytenant rütbəsi almışdır. 1974-cü ilin oktyabr ayından 1975-ci ilin avqust ayınadək Qaradağ sement zavodunda usta, 1975-ci ilin avqust ayından 1976-cı ilin avqust ayınadək Laçın rayon Qarıqışlaq daş karxanasında mühəndis, 1976-cı ilin avqust ayından 1980-ci ilin fevral ayınadək Laçın Təmir-tikinti idarəsində mühəndis, 1980-ci ilin fevral ayından 1982-ci ilin fevral ayınadək Laçın Tikinti materialları istehsalat birliyinin direktoru, 1982-ci ilin fevral ayından 1984-cü ilin oktyabr ayınadək Laçın Rayon Partiya Komitəsində təlimatçı, 1984-cü ilin oktyabr ayından 1990-cı ilin noyabr ayınadək Laçın Rayon Milis Şöbəsində siyasi hissə üzrə rəis müavini, 1990-cı ilin noyabr ayından 1994-cü ilin mart ayınadək Laçın Rayon Polis Şöbəsinin rəisi, 1994-cü ilin mart ayından 1996-cı ilin oktyabr ayınadək Goranboy Rayon Polis Şöbəsinin rəisi, 1996-cı ilin oktyabr ayından 2000-ci ilin oktyabr ayınadək Qax Rayon Polis Şöbəsinin rəisi, 2000-ci ilin oktyabr ayından 2006-cı ilin dekabr ayınadək Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007-ci ilin yanvar ayından 4 mart 2013-cü il tarixədək isə "Yaqub" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, 3 mart 2016-cı il tarixli Sərəncamı ilə həmin vəzifədən azad edilmişdir.Yeni Azərbaycan Partiyasının üzvüdür, Qarabağ müharibəsi iştirakçısı, polis polkovnikidir. == Ailəsi == Ailəlidir, iki övladı var. Anası Sona Səlimova 1 iyul 2014-cü ildə vəfat edib. == Qarabağ müharibəsində iştirakı == 1988-ci ildə ermənilərin separatçılıq niyyəti açıq müharibəyə çevrildiyi andan onun xidməti və vətəndaşlıq fəaliyyəti erməni faşistlərinə qarşı mübarizəyə həsr olunmuşdur.
Albert Səlimov
Albert Səlimov (5 aprel 1986, Xəzərli) — Rusiyanı və Azərbaycanı təmsil edən boksçu, Dünya və Avropa Çempionatlarının, həmçinin Avropa Oyunlarının qalibi == Karyerası == Albert Səlimov 2006-cı ilin iyulunda Bolqarıstanın Plovdiv şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Albert Səlimovun final görüşündə rəqibi Azərbaycan nümayəndəsi Şahin İmranov oldu. Həmin görüşdə Albert Səlimov rəqibinə 28:10 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qalibi oldu. == Kariyerası == Bir ildən sonra isə Albert Səlimov Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində Dünya Çempionatında qızıl medal qazanaraq Rusiyanı Pekində Olimpiya Oyunlarında təmsil etmək hüququ qazandı. === Pekin Olimpiadası === Albert Səlimov Pekin Olimpiadasında elədə uğurlu çıxış etmədi. O, elə birinci mərhələdəcə Ukraynalı Vasil Lomaçenkoya 7-14 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı. Pekin Olimpiadasından sonra Albert Səlimov 2009-cu ildə İtaliyanın Milan şəhərində Dünya Çempionatında bürünc medal qazandı. 2010-cu ildə isə Rusiya yığmasının heyətində son uğurunu qazandı. O, elə doğma Rusiyada baş tutan Avropa Çempionatında 1-ci yeri tutaraq qızıl medal qazandı. Bu uğurdan sonra Albert Səlimovun karyerasında eniş müşahidə olundu və o, Azərbaycan vətəndaşlığı alaraq bu ölkənin yığmasının şərəfini qorudu.
Aleksandr Səlimov
Aleksandr Səlimov — Amerikalı şair, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru, YUNESKO-nun fəxri mədəniyyət səfiri. == Həyat və fəaliyyəti == A.Səlimov 1963-cü ildə Mahaçqalada anadan olmuşdur. Onun valideynləri müəllim və incəsənət xadimləri olub. 1986-cı ildə Dağıstan Universitetini bitirən A.Səlimov 1989-cu ilə qədər Kuba Silahlı Qüvvələr Nazirliyinin beynəlxalq münasibətlər şöbəsində hərbi tərcüməçi vəzifəsində çalışıb. 1990-cı ildə ABŞ-nin Delaver Universitetinin magistratura pilləsinə, oranı bitirəndən sonra isə Pensilvaniya Universitetinin aspirantura pilləsinə daxil olub. 1996-cı ildə "İspan dili və ədəbiyyatı" ixtisası üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Hazırda Delaver Universitetində ispan və Latın Amerikası ədəbiyyatından dərs deyir. ABŞ Pen-klubunun, Amerika Şairlər Akademiyasının üzvü, Boliviya Yazıçılar və Rəssamlar İttifaqının fəxri üzvü, YUNESKO-nun fəxri mədəniyyət səfiridir. Onun kitabları və məqalələri İspaniyada, ABŞ-da, Kanadada, Cənubi Koreyada və Azərbaycanda nəşr edilib. A.Səlimovun kitabları arasında "Çağırış və digər poemalar" adlı şeirlər məcmuəsi xüsusi yer tutur.
Araz Səlimov
Araz Səlimov (1 iyun 1960, Xocalı – 26 fevral 1992, Əsgəran, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. == Həyatı == 1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulmuşdur. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinfini bitirmişdir. 1978-ci ildə hərbi xidmətə çağırılmışdır. 1980-ci ildə ordudan tərxis edilir və doğma yurdu Xocalıya qayıdır. Burada tərəvəzçilik sovxozunda işləməyə başlayır. == Döyüşlərdə iştirakı == 1988-ci illərdən başlayaraq ermənilərin millətçilik və işğalçılıq siyasəti geniş vüsət almağa başlayanda Araz könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə yazıldı. Cəsur döyüşçü dəfələrlə qaynar döyüşlərə girmişdi. Araz 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşdu. Vətənin cəsur oğlu onlarla dinc sakini xilas etdi.
Arif Səlimov
Arif Ağacan oğlu Səlimov (7 iyun 1956, Ağsu) — Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi, Türkiyə Dövlət mükafatı laureatı (Tübitak Proje Performans Ödülü), Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın Ekspert şurasının sədri, BDU-da kafedra müdiri == Həyatı == Arif Səlimov 1956-cı ildə Azərbaycanın Ağsu şəhərində anadan olmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi bitirmiş və 1973–1978-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi olmuşdur. 1978–1980-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda mühəndis-riyaziyyatçı kimi çalışmış, 1980–1983-cü illərdə isə Rusiyanın Kazan Dövlət Universitetinin əyani aspiranturasında "Həndəsə və topologiya" ixtisası üzrə təhsil almışdır. 1983-cü ildə aspiranturanı bitirmədən əvvəl dissertasiyasını müdafiyəyə təqdim etmiş və 1984-cü ilin yanvar ayında Kazan şəhərində məşhur sovet həndəsə alimi V. V. Vişnevskinin elmi rəhbərliyi altında namizədlik (PhD) dissertasiyasını müdafiə etmişdir. 1983–1999-cu illərdə Bakı Dövlət Universitetinin həndəsə kafedrasında müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildə Kazan Dövlət Universitetində "Həndəsə və topologiya" ixtisası üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmişdir və bu ixtisas üzrə Azərbaycanda yeganə elmlər doktorudur. 2017-ci ildən Bakı Dövlət Universitetinin "Cəbr və Həndəsə" kafedrasının müdiri vəzifəsində çalışır. Evlidir, 2 övladı var. == Elmi fəaliyyəti == Tenzor operatorlar nəzəriyyəsində aldığı fundamental nəticələr və lift nəzəriyyəsində yaratdığı yeni metod ilə diferensial həndəsə sahəsində dünyada tanınmış mütəxəssisdir. 15 tələbəsi riyaziyyat (həndəsə) üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir, 4 tələbəsi hal-hazırda professordur.
Bakıxan Səlimli
Bakıxan Alim oğlu Səlimli (31 avqust 1993, Əliyar, Şəki rayonu – 24 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bakıxan Səlimli 1993-cü il avqustun 31-də Şəki rayonunun Əliyar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Bakıxan Səlimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bakıxan Səlimli oktyabrın 24-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Əliyar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bakıxan Səlimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bakıxan Səlimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ceyhun Səlimov
Səlimov Ceyhun Aqil oğlu — "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş şəhid, keçmiş "Papanin" küçəsi Ceyhun Səlimovun adını daşıyır. == Həyatı == 1970-ci ilin 23 dekabrında Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonundakı 9 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı şəhərindəki 54 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirərək yol maşınları çilingəri peşəsinə yiyələnmişdir. 1990-cı il iyun ayının 25-də hərbi xidmətə çağırılıb. O, hərbi xidmətdə tankçı peşəsinə mükəmməl yiyələnir. Azərbaycana qarşı Ermənistanın işğalçılıq müharibəsinə dözməyən və Rusiya hökümətinin ermənipərəst mövqeyini hiss edən Ceyhun hərbi xidmətin müddətini başa çatmasını gözləmədən Bakıya qayıdır və az sonra valideynlərinə demədən Milli Ordunun Xüsusi Təyinatlı bölməsində tankçı kimi xidmətə başlayır. Evdəki nərdtaxtanın içərisinə qoyub getdiyi məktubunda Ceyhun yazmışdı: “Ata, sən məni kişi kimi tərbiyə etdiyinə görə çox sağ ol... Mən Şuşaya getdim...Vətənini qəlbdən sevən oğlunuz Ceyhun Səlimov.” == Döyüş yolu == O, 777-ci Xüsusi Təyinatlı hərbi hissənin tərkibində Şuşaya yollanır. O,cəsur və qorxmaz bir oğlan idi.
Cəmil Səlimov
Cəmil Oqtay oğlu Səlimov (15 yanvar 1991, Əzizbəyov rayonu – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmil Səlimov 1991-ci il yanvarın 15-də Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan hərbi tibb qulluqçusu Cəmil Səlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Cəmil Səlimov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Binə qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Eldəniz Səlimov
Eldəniz Adil oğlu Səlimov (2 noyabr 1976, Xaçmaz) ― Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırış deputatı. == Həyatı == Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Eldəniz Səlimovun atası – Adil Səlimov dəmiryolçu olub. 1983-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məktəbin birinci sinfinə gedən Eldəniz Səlimov, 1993-cü ildə həmin məktəbi bitirdi. Eldəniz Səlimov 2000–2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi, 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi kimi çalışmışdır. 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov, rus dilini bilir.2011–2012-ci illərdə "TexnikaBank" ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində fəaliyyət göstərmiş, 2013–2014-cü illərdə Müdafiə Nazirliyinin "Üfuq" İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı, 2014–2015-ci illərdə Xaçmaz rayon İcra hakimiyyətinin başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. === Ailəsi === Eldəniz Səlimov ailəlidir, bir oğlu və bir qızı var. == Siyasi fəaliyyəti == Eldəniz Səlimov 2015 və 2020-ci il parlament seçkilərində 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olaraq Azərbaycan Milli Məclisinə deputat seçilmişdir.O, 2010–2015-ci illərdə Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü olmuşdur. Eldəniz Səlimov, həm də, Avstraliya, Yeni Zelandiya, Belarus, BƏƏ, Çin, İtaliya, Qazaxıstan və Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarınında üzvü olub.2015–2021-ci illərdə isə Milli Məclisin Aqrar siyasət, Gənclər və İdman Komitələrinin üzvü olub. === Həbsi === Eldəniz Səlimov haqqında 2021-ci ilin iyul ayının 29-da Xaçmaz şəhəri ərazisində polis işçisini döydüyü iddiası ilə polis orqanları müraciət edilmiş, Daxili İşlər Nazirliyi işi Baş Prokurorluğa göndərmişdir.
Emil Səlimov
Emil Səlimov (fr. Émile Salimov; 20 iyun 1956, Bakı) — Fransa azərbaycanlılarından olan rejissor. Fransanın dram müəllifləri və bəstəkarlar Cəmiyyətinin üzvü. == Həyatı == Səlimov Emil Ənvər oğlu 1956-cı ildə Bakıda dünyaya gəlib. Valideynləri ayrılıqdan sonra bir müddət Ukraynada yaşayıb. 1978-ci ildə Moskva Dövlət Mədəniyyət İnstitutunun rejissor fakültəsinə qəbul olub, Ənvər Behbudovun və Edqar Eqadzenin tələbəsi olub. Təhsil illərində mədəniyyət evlərində, park və stadionlarda pantomim və dram kompozisiyaları hazırlayır. == Fəaliyyəti == Emil Səlimov təhsilini bitirdikdən sonra Paris şəhərində yaşayaraq fəaliyyətini davam etdirir. 1981-ci ildə E.Eqadze ilə birgə "Usaçyovkada" teatr-studiyasının yaradılmasında iştirak edib. 1983-cü ildə uşaqlar üçün "Nağıl" studiyasını yaradır.
Hüseynqulu Səlimov
Hüseynqulu Yusif oğlu Səlimov (9.10.1889, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == Bakı real məktəbini bitirmiş (1909), Xarkov Texnologiya İnstitutunun kimya Şöbəsində 3-cü kursadək oxumuşdur. Lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, Hüseynqulu Səlimovun təhsilini kimya sahəsində davam etdirməsi üçün Rusiyaya göndəriləcək tələbələrin siyahısına salınmışdı. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək baş tutmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Kamil Səlimov
Kamil Səlimov (d. 12 aprel 1956. Bakı, Azərbaycan SSR, SSRİ) — BDU Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının müdiri (1992), hüquq elmləri doktoru (2000), professor. == Həyatı == Kamil Səlimov 1956-cı il 12 apreldə Bakı şəhərində anadan olub. O, 1974-1979-cu illər Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb və 1980-1981-ci illərdə Ukraynanın Xarkov Universitetinin Hüquq fakültəsinin aspirantı olub.1973-cü ildə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutunda laborant, 1979-1984-cü illərdə vəkil, 1984-1987-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini, 1988-1992-ci illərdə BDU Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi kimi fəaliyyət göstərib. 1992-ci ildən həmin kafedranın müdiridir və kriminalistika, əməliyyat-axtarış fəaliyyəti dərslərini tədris edir. Kamil Səlimov 2006-cı ildə Ədliyyə Nazirliyi yanında Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin koordinatoru, 2007-2009-cu illərdə isə həmin komitənin üzvü kimi çalışıb. O, həmçinin, 2004-2009-cu illərdə “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri, 2007-2009-cu illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının eksperti, 2008-2009-cu illərdə isə Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun sədri olub. Ailəlidir, 2 övladı var. == Elmi fəaliyyəti == 1987-ci ildə SSRİ Prokurorluğu yanında Cinayətkarlığın Səbəblərinin Öyrənilməsi və Qarşısının Alınması üzrə Tədbirlərin Hazırlanması Ümumittifaq İnstitunda hüquq elmləri namizədi dərəcəsi almaq üçün namizədlik dissertasiyası, 2000-ci ildə isə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ETİ-də hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir.
Mehman Səlimov
Mehman Səlimov (12 avqust 1955, Qızılkilsə, Dmanisi rayonu) — Azərbaycanlı hərbçi, polkovnik. Azərbaycanın müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini (1995–1999). == Həyatı == Mehman Əmirxan oğlu Səlimov 1955-ci il avqustun 12-də Gürcüstan SSR-in Dmanisi rayonundakı Qızıl-Kilsə kəndində anadan olmuşdur. 1962-ci ildə Dmanisi rayonunun 1 saylı rus orta məktəbinin I sinfinə daxil olmuş, 1973-cü ildə isə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1974-cü ildə Donetsk Ali Siyasi Hərbi Məktəbinə daxil olmuş və 1978-ci ildən 1984-cü ilədək Kiyev Hərbi Dairəsinin hərbi hissələrində komandirin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir. 1984-cü ildə V.İ.Lenin adına Hərbi-Siyasi Akademiyaya daxil olmuş və 1987-ci ildə akademiyanı bitirmişdir. 1987-ci ildən Zaqafqaziya Hərbi Dairəsində Ermənistan SSR-in o vaxtkı Leninakan, indiki Gümrü şəhərində 120-ci tank alay komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir. 1989-1990-cı illərdə Gəncədə 130-cu tank alayı komandirinin siyasi məsələlər üzrə müavini işləyib. 1990-1991-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin Bakıdakı 295-ci motoatıcı diviziyası komandirinin müavini-siyasi şöbənin rəisi vəzifəsində çalışmışdır. 1991-ci ilin yayından başlayaraq gizli və açıq şəkildə Azərbaycanda Milli Ordu quruculuğuna, Müdafiə Nazirliyi strukturunun formalaşmasına dəstək verməyə başlayıb.
Selibat
Selibat (lat. caelibatus - kişi nikahsızlığı, lat. caelebs - subay kişi) — katolik ruhanilərin məcburi nikahsızlığı. Erkən orta əsrlərdə Roma papalarının selibat haqqında dekretləri olsa da, onlar faktiki cəhətdən yerinə yetirilməyib. Onu praktikada yalnız XIII əsrin ortalarında təmin etmək mümkün olub. Katolik kilsəsi selibatdan kilsə torpaq sahibliyinin qorunması məqsədilə istifadə edib. Belə ki, selibat torpaqların katolik ruhanilərin varisləri arasında bölünməsinin qarşısını alıb. XX əsrdə bu məhdudiyyəti aradan qaldırmaq üçün bəzi cəhdlər göstərilib, lakin 1967-ci ildə Roma papası selibatın toxunulmazlığını və müqəddəsliyini yenidən təsbit edib. Protestantlıq, ümumiyyətlə selibatı tanımır, pravoslavlıqda isə o yalnız rahiblərə şamil olunur.
Selket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Sexmet
Sexmet (/ˈsɛkˌmɛt/ və ya Şaxmis /ˈsækmɪs/ , digər orfoqrafiyalarda — Səxmet, Səxət, Saxet, qibt. Ⲥⲁⲭⲙⲓ) — Şəfa və döyüşçü ilahəsi. O, aslan kimi təsvir edilmişdir. O, fironların qoruyucusu kimi təqdim olunur və onları müharibədə yönləndirirdi. Öləndən sonra Sexmet onları ölümdən sonrakı həyata daşıyaraq qorumağa davam etdi. Sekhmet günəş tanrısıdır, bəzən Ra qızı adlanır və tez-tez Hathor və Bastet ilahələri ilə əlaqələndirilir. O, onu Wadjet və royalti ilə əlaqələndirən Uraeus və günəş diski taxır. == Rollar == Sekhmet günəş tanrısı Ra'nın qızı idi və Ra'nın gücünün intiqamçı təzahürü olan Ra'nın Gözü kimi çıxış edən ən əhəmiyyətli ilahələrdən biri idi. Sekhmetin odla nəfəs aldığını deyirdilər və nəfəsini səhranın isti küləklərinə bənzədirdilər. O, həm də xəstəliklərdən qorunmağa çağırıldığı halda, epidemiyalara səbəb olduğuna inanılırdı (onları xidmətçiləri və ya elçiləri adlandırırdılar).
Şəriət
Şəriət (ərəb. الشريعة‎) — İslamda qəbul edilən ibadət, davranış və cəzalarla əlaqəli bütün dini qanun anlayışlarına və qaydalarına verilən ad. Fiqh, digər tərəfdən, şəriətdə bu qanun və qaydaların nəzəri və praktiki tətbiqi araşdırmaları ilə əlaqəli və şəriətin nə mənada olduğunu müəyyənləşdirən fəaliyyətlərə verilən addır. Dini terminologiyada şəriət ayələr və hədislər kimi dinin mənbəyi kimi qəbul edilən Allah və Məhəmməd peyğəmbərin kəlamlarına, fiqh isə dini rəhbərlərin sözləri və hərəkətlərinə və onların şərhlərinə istinad edir. Qurana əsaslanan şəriət qanunları əsas mənbə kimi əsrlər boyu islam cəmiyyətlərini və bir çox məsələlərdə kişi və qadınlar arasında münasibətlər, müharibə, nikah, boşanma, irs mübadiləsi, şəhadətnamə kimi müəyyən edilmiş qaydalarla sosial həyatı tənzimləmişdir. Qadın geyimləri ilə bağlı dəqiq çərçivənin olmaması, Qadın geyimləri haqqında əmrin rejimi ilə Qurani-Kərimdə ifadə edilmiş cümlələrdə, ideyaların yaranmasına gətirib çıxarmışdır, hansılar ki, İslamda əsrlər boyu müzakirə edilmişdir, hansılar ki, bir sonunda qadın geyimlərini yalnız qadının cinsiyyət orqanlarını əhatə etmək üçün kifayətdir, digər tərəfdən və şəxslər də daxil olmaqla, bütün bədəni örtməyə qadını məcbur edirdilər.İslam fiqhinin məzhəbləri Quranı dinin əsas mənbəyi hesab edirlər. Vacib (fərz, vəcib və sünnət) əməllərdən əl çəkmək və pis (məkruh və haram) olaraq təyin olunan işləri etmək cəzaya səbəb olur. (hadd və ya tazir cəzaları) Klassik şəriət tətbiqlərindən bəzilərinə ciddi insan haqları pozuntuları daxildir. 'Müharibələrdə əsir götürülmüş' qadınların vəziyyəti insan hüquqları baxımından kritik bir mövzudur. Quranın ənənəvi təfsirlərinə görə, bu qadınlar müharibə talanları kimi qəbul edilir.