Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Brendan Şenaxen
Brendan Frederik Şenaxen (23 yanvar 1969) — Kanadalı keçmiş peşəkar buzüstü hokkey oyunçusu və hazırda prezident vəzifəsini icra edir. Əvvəllər Milli Hokkey Liqasında (MXL) oyunçu təhlükəsizliyi direktoru vəzifəsini icra edirdi. == Çıxış etdiyi klublar == New Jersey Devils (1988–1991) St.
Sərxan Sərxan
Sərxan Sərxan (müğənni) — Azərbaycan müğənnisi. Sərxan Sərxan (qatil) — ABŞ senatoru Robert Kennedinin qatili.
Kəndaxan
Kəndaxan — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi düzənlikdədir. Keçmışdə Kəndüvan da adlanmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Kəndaxan adlı bir Şəxs saldığı üçün kəndə onun adı qoyulmuşdur. Əslində, istər yaşayış məntəqəsinin keçmiş adı, istərsə də indiki adı "kənd yeri" mənasındadır.
Səravan
Səravan- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Səravan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,652 nəfər və 10,078 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Səngan
Səngan (Rəzəvi Xorasan)
Sərxan Sərxan (müğənni)
Sərxan Sərxan (doğum adı: Sərxan Rəşid oğlu Qurbanbəyov; 18 iyun 1952, Bakı) — Azərbaycan-sovet müğənnisi, bəstəkar, Azərbaycanın xalq artisti (2018). Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. 30 dekabr 1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb. Танго (azərb. Tanqo‎) — 3:43 Осень (azərb. Payız‎) — 4:06 Прости (azərb.
Sərxan Sərxan (qatil)
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Hüseynabad (Səfaxana)
Hüseynabad (fars. حسين اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı, Səfaxana dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 61 nəfər yaşayır (12 ailə).
Qordon Straxan
Qordon Devid Straxan (9 fevral 1957, Edinburq) — keçmiș Şotlandiya futbol məşqçisi və oyunçusu.
Səfaxana (Sayınqala)
Səfaxana (fars. صفاخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.356 nəfər yaşayır (266 ailə).
Səravan şəhristanı
Səravan şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səravan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 147,757 nəfər və 28,218 ailədən ibarət idi.
Səfxan Rüstəmov
Rüstəmov Səfxan Hidayət oğlu (25 aprel 1926, Daşkənd, Yeni Bəyazid qəzası – 15 may 1991, Çənlibel, Şəmkir rayonu) — əməkdar müəllim, Dövlət Təhlükəsizlik Komitəsinin Vardenis rayon şöbəsinin əməkdaşı. Səfxan Rüstəmov 25 aprel 1926-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. 1951-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Səfxan Rüstəmov Ermənistan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Vardenis rayon şöbəsinin əməkdaşı olmuşdur. 1970-ci ildən 1988-ci ilə qədər Daşkənd kənd orta məktəbində direktor müavini işləmişdir. Səfxan Rüstəmov əməkdar müəllim, Vardenis rayon və Daşkənd kənd sovetlərinin deputatı olmuşdur. 1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılan Səfxan Rüstəmov Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır. Görkəmli pedaqoq Səfxan Rüstəmov Şəmkir rayonunun Çənlibel kəndində 15 may 1991-ci ildə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir.
Səngan (Qəzvin)
Səngan (Aşağı Tarım) yaxudda Aşağı Səngan (fars. سنگان‌سفلی‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. Kənd Qəzvindən 105 kilometr aralı yerləşir. 2016-cı ilin məlumatına görə kənddə 236 nəfər yaşayır (83 ailə). Əhalisi bütünlükdə yerli Azərbaycan türklərindən ibarətdir. Əhalisi əsasən bağçılıqla məşğul olaraq gəlirləri bu yoldandır və bu kənd bölgədə nar meyvəsinin mərkəzi sayılır.Səngan kəndində müxtəlif nar növləri o cümlədən Şahabar,Qaragöz,Ağ nar və Meyxoş narları yetişdirilir. İllik olaraq bu kənddə Oktyabr ayında nar dərimi münasibətilə nar festivalı keçirilir.Üzüm, zeytun, alça, əncir, ərik, tut, böyürtkən, moruq, qoz və qara tut kəndin başqa önəmli bağçılıq məhsulları sayılır. Səngan kəndində İmamzadə Əlaəddin türbəsi yerlişir ki onda 2010-cu ildə quruculuq işləri aparılaraq qismən bərpa edilib.
Sərxan İbrahimoğlu
Sərxan İbrahimoğlu (Mustafayev Sərxan İbrahim oğlu; 18 dekabr 1983, Bakı) — Jurnalist, redaktor. O həm də keçmiş Azərbaycan futbolçusudur. Futbolçu kimi müdafiəçi mövqeyində oynamışdır. Sərxan İbrahimoğlu 1983-cü il dekabrın 18-də Bakıda anadan olmuşdur. 1990-cı ildə orta məktəbə daxil olmuş və 2000-ci ildə məzun olduqdan sonra, həmin ildə Milli Aviasiya Akademiyasına daxil olmuşdur. Həmin akademiyada iqtisadiyyat və hüquq fakültəsi üzrə bakalavr və magistr dərəcəsi üzrə təhsil almışdır. İstər akademiya daxilində, istərsə də digər universitetlərə qarşı keçirilən müxtəlif turnir və matçlarda iştirak edərək akademiyanın futbol sektorunda fəal rol oynayıb. Təhsil aldığı akademiyanın ictimai-sosial tədbirlərində fəal iştirak etdiyinə görə bir neçə dəfə təşəkkürnamə və fəxri fərmanlarla mükafatlandırılmışdır. 2005–2006-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. Sərxan İbrahimoğlunun futbolçu kimi ilk fəaliyyət illəri əsasən 1995-ci ilərdən başlayır.
Kissəyi Səncan
Kissəyi Səncan (fars. قصه سنجان‎, qüc. કિસે સનજાન/કિસ્સા-એ-સંજાણ ; hərf. Səncan hekayəsi) — Hindustan yarımadasındakı zərdüşti köçkünlərin erkən illərinə dair hesabat. Bu, ilk dəfə b.e. 1599-cu ildə parsi keşişi Bəhmən Keyqubad yazmışdır. Mətn ümumiyyətlə orada təsvir olunan hadisələrin yeganə povesti kimi qəbul edilir və parsi icmasının bir çox üzvləri epik poemanı öz əcdadlarının dəqiq hesabatı kimi qəbul edirlər. Hesabat Böyük Xorasandan başlayır və mühacirlərin indiki Hindistanın qərb sahilində yerləşən Qücərat şəhərinə səyahətindən bəhs edir. Ən uzun olan birinci fəsil Səncanda od məbədinin qurulması və sonradan onların nəslinin dağılması ilə başa çatır. Sonrakı fəsillərdə əsərdə yadelli işğalçıları dəf etmək istiqamətində uğurlar, daha sonra həmin istiqamətdə uğursuzluqlar və zərdüştilərin sonrakı təxliyəsini nəql edir. Hesabat "Varharan atəşi"nin Navsariyə çatdırılması ilə bağlı bir fəsillə bağlanır.
Sərxan (Şəmkir)
Sərxan — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidinin tərkibində kənd. Kənd Şəmkir şəhəri ilə birləşdirilmişdir. Sərxan qəsəbəsi Şəmkir rayonunun tərkibindədir. Burada ilkin yaşayış IV əsrə aiddir. Burada həmin dövrə aid 2010-cu ildə arxeoloji qazıntılar nəticəsində qədim yaşayış məskəni tapılmışdır. Qəsəbə Şəmkir rayonu ilə həmsərhəddir. Əhalisinin sayı 2012-ci il üzrə 9.000 nəfərdir. Burada əkinçilik və ovçuluq çox inkişaf etmişdir.
Səngan döyüşü
Nəbərdi-Səngan — 1727-ci ilin payızında II Təhmasibə sadiq olan və Nadirin komandanlıq etdiyi Səfəvi qüvvələri ilə üsyançı Abdali əfqanları arasında cənubi Xorasanda baş vermiş döyüşdür. Bu döyüş yenidən canlanma ərəfəsində olan Səfəvi qüvvələri ilə əfqanlar arasında baş tutmuş ilk döyüşlərdən biridir. Döyüş texniki olaraq Səfəvi qüvvələrinin qələbəsi ilə sonlanmışdır. == Arxa plan == İsfahan şəhəri I Şah Abbasın dövründən etibarən Səfəvi dövlətinin paytaxtı idi. 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi üsyançı əfqanlar Gülnabad döyüşündə Səfəviləri məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə aldılar. 8 aylıq mühasirədən sonra Səfəvi hökmdarı Şah Sultan Hüseyn meydana çıxan aclığa görə Mir Mahmud Hotakiyə təslim oldu. Hələ İsfahan mühasirədə olarkən şahzadələrdən biri şəhərdən qaçmağı bacarmış və kənardan əfqanlarla döyüşə bilmək üçün ordu toplanmasına başlamışdır. Gərgin vəziyyətdə toplanan orduya qatılanlardan biri də Xorasanda məskunlaşdırılmış Əfşarlardan biri olan Nadir və ya o zamankı adı ilə Təhmasibqulu xan idi. Yenidən canlanan Səfəvi ordusunun birləşdirməyə başladığı ilk coğrafiya isə Xorasan seçildi. Nadir əldə etdiyi uğurları davamlı etmək, Səngan, Xaf və Behdadini təmin edə bilmək üçün daha cənuba yönəlmək fikrində idi.
Sənain körpüsü
Sənain körpüsü — Sənain körpüsü, 1234-cü ildən etibarən inşa edilmiş və Allahverdi rayonunun Sənain kəndi yaxınlığında Tona çayı üzərində yerləşir. Bu körpü, adını məxsus olduğu kənddən almışdır və Dədəli körpüsü ilə oxşar birtağlıdır. Allahverdi (19.09.1969-cu ildən Tumanyan) rayonunun Sənain kəndi yaxınlığında, Tona (sovet dövründə Debed) çayı üzərində yerləşən tarixi bir daş körpü. == Memaqrlıq quruluşu == 1234-cü ildən etibarən yonulmuş daş plitələrdən inşa edilmiş bu körpünün sol qurtaracağı iri bir qaya üzərində, sağ qurtaracağı isə sahil boyunca dayanır. Körpünün sağ tərəfdən ortasına qədər yol pillələrlə yüksəlir, daha sonra düz şəkildə davam edir. == Tarixi == Sənain körpüsü 1940-cı ildə yenidən qurulmuşdur. Qədimdən bəri Türk-Oğuz boylarının anayurdu olan Sənain kəndinə ermənilərin ilk gəlişi XIX əsrin əvvəllərinə təsadüf edir. Bu körpü, bölgənin tarixi və mədəni irsinin əhəmiyyətli bir hissəsi kimi qiymətləndirilir. == Memarlıq xüsusiyyətləri == Sənain körpüsünün tağbəndi relyefli xətlə haşiyələnmişdir. Lakin Dədəli körpüsündən fərqli olaraq, burada xətlər daha az pilləlidir.
Səngan (Üşnəviyyə)
Səngan (fars. سنگان‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 925 nəfər yaşayır (151 ailə).
Sərxan Abdullayev
Sərxan Abdullayev (filoloq)
Sərxan Aliyev
Sərxan Bayramov
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Sərxan Bağırov
Sərxan Hacıyev
Sərxan Həsənov
Sərxan Həşimov
Sencan
Sencan — İranın Mərkəzi ostanının Ərak şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,592 nəfər və 2,897 ailədən ibarət idi.Bu şəhərin qədimki əhalisi yəhudilərdən ibarət idi ki hamısı İsrailə köçüblər.
Senixa
Senixa (isp. Senija) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 4,80 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 661 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 75 km uzaqlıqda yerləşir.
Şenyan
Şenyan (çincə: 沈阳市) Çin Xalq Respublikasının Liaonin əyalətinin ən böyük şəhəri. Mancur dilində Mukden və ya Fenqtian adlanır. Şimal-şərqi Çin bölgəsində urbanizasiya səviyyəsinə görə də ən böyük şəhərdir. 2010-cu il hesablamalarına görə, şəhər əhalisinin ümumi sayı 8.1 milyon nəfərdir. 17-ci əsrdə Şenyan şəhərinin mancurlar tərəfindən işğal olunmasından sonra Tzin sülaləsi tərəfindən idarə olunmağa başlamışdır. Qonşu şəhərlərlə birlikdə Şenyan şəhəri Çinin vacib sənaye mərkəzlərindən biri hesab olunur və ölkənin şimal-şərq qonşuları olan Yaponiya, Rusiya və Koreya ilə nəqliyyat və iqtisadi əlaqələrin saxlanmasında mühüm rol oynayır. Şəhər 1930-cu ildən etibarən Çində ağır sənaye mərkəzi olaraq qalmaqdadır. Yaponiya, Cənubi Koreya, Rusiya, Fransa, Almaniya, Şimali Koreya və ABŞ kimi ölkələrin konsulluqları Şenyan şəhərində yerləşir. Şenyan şəhəri bir çox şəhərlə qardaş şəhər əlaqələri qurmuşdur ki, bu da iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə səbəb olmuşdur.
Şeyxan
Şeyxan qəzası
Sepahan FK
Sepahan — İranın futbol klubu.
Çenaran şəhristanı
Çinaran şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çinaran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 108,533 nəfər və 26,937 ailədən ibarət idi. Əhalisi Xorasan türkləri, farslar və kurmanclardan ibarətdir.
Kameciro Senaqa
Kameciro Senaqa (瀬長 亀次郎, Senaqa Kameciro, 10 iyun 1907, Tomiqusuku[d], Okinava prefekturası – 5 oktyabr 2001, Naha) – Yaponiya siyasətçisi və Okinavada sosial hərəkat lideri. Yaponiya Kommunist Partiyasının vitse-sədri olmuşdur. == Həyatı == Kameciro Senaqa 1907-ci ildə Yaponiyanın Okinava prefekturasında doğulmuşdur. Kaqoşimada yerləşən Yeddinci liseydə təhsil alarkən marksizm-leninizm ilə tanış olmuşdur. Solçu fəaliyyətlərinə görə liseydən xaric edilmiş və bir neçə fabrikdə işləmişdir. İşçi tətillərinin birindəki iştirakına görə saxlanılmış və üç il həbsdə olmuşdur. 1935-ci ildə azadlığa çıxdıqdan sonra hərbi xidmət üçün Çinə göndərilmiş və 1940-cı ildə Okinavaya qayıtmışdır. İkinci dünya müharibəsindən sonra Okinavada başlayan ABŞ rejimi dövründə Senaqa aktiv siyasətçi olmuşdur. O, Okinava Xalq Partiyasının lideri olmuş və sədri seçilmişdir. Okinavada ABŞ hərbi bazalarının yaradılmasına qarşı çıxmışdır.