Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gigiyena
Gigiyena (q.yun. ὑγιεινόν — "sağlam") — tibbin həyat şəraitinin, insan əməyinin insana təsirini və müxtəlif xəstəliklərin profilaktikasını öyrənən elm sahəsidir. İnsan sağlamlığını qorumağı əmək və istirahətin düzgün təşkilini öyrənir. Bu sağlamlığı qorumağa və ömrü uzatmağa kömək edir. Gigiyena sözü Qədim Yunan mifologiyasından götürülmüşdür. Qədim Yunanların təbabət tanrısı Asklepinin (yun. Ἀσκληπιός, Asklepios) beş qızından biri olan Higieya (q.yun. Ὑγιεία) təmizlik ilahəsi idi. == Şəxsi gigiyena == Şəxsi gigiyena – sağlamlığı qorumağa və möhkəmləndirməyə kömək edən gigiyena qaydaları toplusu. Bu qaydalar orqanizmə təsir edən aşağıdakı təsirləri neytrallaşdırır: Bioloji — mikroorqanizmlər, parazitlər, həşəratlar, antibiotiklər və sairə biosubstratlar.
Su hövzələrinin sanitariya mühafizəsi
Su hövzələrinin sanitariya mühafizəsi – içməli su mənbələrinin çirklənmədən qoruyan qanunverici, təşkilatı və sanitar-texniki tədbirlər sistemi. Su hövzələrinin sanitariya mühafizəsi barədə ilk dövlət qanunu 19-cu əsrin 70-ci illərində B.Britaniyada, 90-cı illərdə isə Fransada həyata keçirilmişdir. SHSM-də ciddi rejimli və məhdudlaşdırılmış sanitariya mühafizəsi zonası müəyyənləşdirilmişdir. Birinci zonaya su götürülən yer və su kəmərinin baş qurğuları aiddir; bura hasara alınır, sahəsi yaşıllaşdırılır, qorunur və tikinti işləri qadağan edilir. İkinci zonaya su təchizatı mənbəyinə təsir göstərə bilən sahə aiddir. Çayın sahili 150-200 m enində yaşıllaşdırılır və sanitariya rejimi gözlənilir. Su hövzələrinin sanitariya mühafizəsində sanitariya-epidemioloji stansiyalar nəzarət edir. == Su hövzəsinin özü-özünə çirklənməsi == Parçalanan ölü maddələrlə çirklənməsi. Su hövzəsinin özü-özünə çirklənməsi yosunların kütləvi parçalanması (əsasən göy-yaşıl yosunların) nəticəsində baş verir. Su mühiti bu zaman nəinki ölü üzvi maddələrlə zənginləşir, həm də mürəkkəb molekulyar strukturlu zəhərli maddələrin ayrılması nəticəsində zəhərlənir, heyvan və insanlar üçün təhlükəli olur.
Çində su təchizatı və sanitariya
Çində su təchizatı və sanitariya — Çin Xalq Respublikasının su ehtiyatlarının idarə olunması. Çində su çatışmazlığı və çirklənmə böyük çətinliklər yaradır. == Su ehtiyatları == Çinin çay axarlarının ümumi ehtiyatları il ərzində 2800 km3 təşkil edir. Bu ölçüyə görə, Çin Braziliya, Rusiya, Kanada və ABŞ-dən sonra dünya üzrə beşinci yeri tutur. Lakin adambaşına cəmi ildə 2200 m3 düşür ki, bu da orta dünya göstəricinin cəmi 1/4 hissəsini təşkil edir. Bu səbəbdən də Çin 149 ölkə arasında 109-cu yerdə qərarlaşmışdır. Ehtimal edilir ki, 2030-cu ilə Çinin əhalisi 1,6 milyard nəfərə çatarsa adambaşına su təminatı ilə 1760 km3 qədər azalacaq. Müxtəlif rayonlarda yerüstü və yeraltı axınların paylanması arasında çox böyük qeyri-bərabərlik vardır ki, bu da vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki bərpa olunan su ehtiyatlarının Çinin regionları üzrə paylanması heç də bərabər göstəricilərə malik deyildir. Xuanxe, Xuayxe və Xayxe çayları hövzələrinin, eləcə də becərilən kənd təsərrüfatı torpaqlarının 45%-nin yerləşdiyi və Çin əhalisinin 36%-inin yaşadığı ölkə ərazisinin yarısını tutan axarı olmayan şimal-qərb vilayətlərinin payına su resurslarının cəmi 12 %-inin düşməsi faktı da su ehtiyatlarının paylanmasında disproporsiyanı əks etdirir.
Sosial gigiyena və səhiyyənin təşkili
Sosial gigiyena və səhiyyənin təşkili və ya ictimai səhiyyə – cəmiyyətin, təşkilatların, icmaların və fərdlərin mütəşəkkil səyləri və şüurlu formada seçimləri yolu ilə ömrü uzadan və həyat keyfiyyətini yaxşılaşdıran "xəstəliklərin qarşısının alınması elmi və sənəti" olaraq müəyyən edilmişdir. Daha geniş bir formada deyiliş ilə təşkil edilən ictimai fəaliyyətlərin nəticəsində, ətraf mühitin və səhiyyə şəraitinin yaxşılaşdırılması, insanlara səhiyyə haqqında düzgün məlumatlarının verilməsi, yoluxucu xəstəliklərin qarşısının əvvəlcədən alınması, xəstəliklərin əvvəlcədən diaqnostikası və müalicəsini həyata keçirəcək sağlamlıq təşkilatlarının yaradılması, ictimai fəaliyyətlər nəticəsində cəmiyyətin hər bir üzvünün sağlamlığını təmin edə biləcək bir yaşayış səviyyəsinin təmin edilməsi, insan ömrünün uzadılması, insanların fiziki sağlamlıqlarının artırılması hesabına iş qüvvələrinin yüksəldilməsini hədəfləyən bir elmdir.
Higiyena
Gigiyena (q.yun. ὑγιεινόν — "sağlam") — tibbin həyat şəraitinin, insan əməyinin insana təsirini və müxtəlif xəstəliklərin profilaktikasını öyrənən elm sahəsidir. İnsan sağlamlığını qorumağı əmək və istirahətin düzgün təşkilini öyrənir. Bu sağlamlığı qorumağa və ömrü uzatmağa kömək edir. Gigiyena sözü Qədim Yunan mifologiyasından götürülmüşdür. Qədim Yunanların təbabət tanrısı Asklepinin (yun. Ἀσκληπιός, Asklepios) beş qızından biri olan Higieya (q.yun. Ὑγιεία) təmizlik ilahəsi idi. == Şəxsi gigiyena == Şəxsi gigiyena – sağlamlığı qorumağa və möhkəmləndirməyə kömək edən gigiyena qaydaları toplusu. Bu qaydalar orqanizmə təsir edən aşağıdakı təsirləri neytrallaşdırır: Bioloji — mikroorqanizmlər, parazitlər, həşəratlar, antibiotiklər və sairə biosubstratlar.
Sanatoriya
Sanatoriya (lat. sano "sağaldıram, şəfa verirəm") — sağalma və ya xəstəliklərin profilaktikası üçün iqlim, mineral su, şəfaverici palçıq, dəniz vannası, idman, fizioterapiya və dietik yeməklərdən istifadə edilən sağlamlıq-profilaktik müəssisələri. Sanatoriyalar təşkil olunacaq necə kurortlarda, həm də onlardan kənar, əlverişli iqlimlə, landşaftla yerlərdə (şəhərətrafı zonalar) və sanitardır – gigiyenik şərait (şərtlər) (yerli sanatoriyalar). İşləyənlər üçün sənaye müəssisələrinə yaxın sanatoriyalar təşkil olunacaq – profilaktorilər.
Meliton Kantariya
Meliton Kantariya (gürc. მელიტონ ქანთარია, rus. Мелитон Варламович Кантария; 5 oktyabr 1920, Cvari, Salencix bələdiyyəsi[d] – 27 dekabr 1993, Moskva) — Sovet ordusunun gürcü əsilli çavuşu. Mixail Yeqorov və Aleksey Berest ilə birlikdə 1945-ci ilə Reystağa Sovet bayrağını sancmışdır. == Həyatı == Gürcüstandakı kiçik qəsəbələrdən biri olan Cvaridə (hazırda şəhərdir), kəndli ailəsində anadan olmuşdur. 1940-cı ilə qədər kolxozda işləmişdir. Həmin il Qırmızı Ordunun sıralarına qatılmışdır. İkinci Dünya müharibəsi dövründə 1-ci Belarusiya cəbhəsinin 756-cı atıcı alayının 150-ci tüfəng diviziyasında xidmət etmişdir. 1945-ci il aprelin 30-da Mixail Yeqorov və Aleksey Berest ilə birlikdə Reystağa Sovet bayrağını sancmışdır. === Müharibədən sonra === 1946-cı ildə ordudan tərxis olundu.
Ətraf mühitin gigiyenası
Ətraf mühitin gigiyenası — gigiyenanın ətraf mühit şəraitinin əhalinin sağlamlığına təsirini və insanın sağlamlığın; saxlamaq nöqteyi-nəzərincə ətraf mühitin optımallaşdınlması kriteriyasmı (ölçüsünü) öyrənən sahəsi. Bəzən düzgün olmayaraq təbiətin (ətraf mühitin) mühafizəsi kimi də işlədilir. == Ətraf mühitdə zərərli maddələrin miqdarinin gigiyenik normalaşdırılması == Ətraf mühitdə zərərli maddələrin miqdarinin gigiyenik normalaşdırılması — ətraf mühitin müxtəlif obyektlərində zərərli maddələrin insan üçün zərərsizlik dərəcəsinin əsaslandırılması. Ətraf mühitdə zərərli maddələrin gigiyenik mümkün konsentrasiya həddi kriteriya kimi istifadə olunur.