Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amman sarmaşığı
Amman sarmaşığı (lat. Convolvulus ammanii) - sarmaşıq cinsinə aid bitki növü.
Ağac sarmaşığı
Ağac sarmaşığı (Cobaea L.)-yabanı halda dağlıq,tropik meşələrdə bitən iri kol bitkisidir.Şaxələnmiş bığcıqları vaitəsilə bitkilərə sarmaşır.Ağac sarmaşığı yarasalar və ya iri gecə kəpənəkləri vasitəsilə tozlanır.Cinsin iki növü vardır:sallaqçiçəkli ağac sarmaşığı (C.penduliflora) və sarmaşan ağac sarmaşığı (C.scandens).Sarmaşan ağac sarmaşığı dekorativ gülçülükdə şaquli yaşıllaşdırmada geniş istifadə olunur.Ağac sarmaşığı gövdələri 3 m uzunluqda olan bitkidir.İlk istifadə edilən növün gülləri al-qırmızı rəngdə olub, diametri 9 sm-ə çatır.Mədəni formasının (C.scandens f.alba) sarı gülləri vardır.Gül və zoğları əvvəlcə yaşıl rəngdə,sonradan al-qırmızı olur.Ağac sarmaşığı şitil üsulu ilə yetişdirilir.Torpağı əkəndən sonra şitilləri sulamaq lazımdır.Ağac sarmaşığı lian bitkilərə aiddir.Onun inkişaf etməsi üçün taxta və metal konstruksiyalardan dayaq qurulur və buna əsasən müxtəlif kompozisiyalar yaradılır.Azərbaycanda təbii halda meşələrdə,mədəni halda isə yaşıllaşdırmada və parkların salınmasında istifadə olunur. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Hasar sarmaşığı
Hasar sarmaşığı (lat. Calystegia sepium) - çəpərsarmaşığı cinsinə aid bitki növü.
Qafqaz sarmaşığı
Qafqaz sarmaşığı Şimali Qafqazda təbii yayılmışdır. Uzunluğu 30 m-dək olan, əmici köklərin köməkliyi ilə ağacların gövdələrinə,qayalara və divarlara qalxan,həmişəyaşıl,oduncaqlı lianadır.Yarpaqların uzunluğu 10 sm-dək,dərili,üstü tünd-yaşıl,parlaq,formaca müxtəlifdir: artım zoğlarında 3-5 qanadlı,çiçək zoğlarında bütöv,yumurtavari və ya rombvaridir.Çiçəkləri xırda,sarımtıl-yaşıl,şarşəkilli çiçək qruplarında yerləşir.Meyvəsini diametri 5–9 mm-dir. Rütubətli torpaqları sevir.Şaxtaya davamlıdır. Balakəndə.Yalamada.Hirkan florasında-Lənkəranda,Astarada.Masallıda meşələrin aşağı yaruslarında rast gəlinir. Yaşıllaşdırmada da istifadə edilir.Yarpaqlarında qlikozid qederin və saponinlər vardır.Xalq təbabətində qaraciyər və öd kisəsi xəstəliklərində,revmatizmdə istifadə edilir.Yaralarda,yanıqlarda üstdən sürtülür. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Çöl sarmaşığı
Çöl sarmaşığı (lat. Convolvulus arvensis) — sarmaşıq cinsinə aid bitki növü.
İran sarmaşığı
İran sarmaşığı (lat. Convolvulus persicus) — sarmaşıq cinsinə aid bitki növü.
Kolxida daş sarmaşığı
Sarıgilə daş sarmaşığı
Sarığilə daş sarmaşığı Avropada,Asiyada,Şimali Amerikada bitir. Çox hündürə dırmaşmaq qabiliyyətinə malik olan kol bitkisidir.Zoğları sarımtıl rəngli çılpaq bığcıqlı ulduzvari tükcüklərlə əhatə olunmuşdur.Köhnə budaqlarının rəngi bozumtul-sarı rəngdə olub,qırışlıdır.Yarpaqlarının rəngi sarımtıl-yaşıl,uzunluğu 10-12 sm,eni 9-11 sm olub,meyvə verməyən zoğlar üzərində yerləşir.Çiçək qrupu 3-15 ədəd iri çətirdən ibarətdir.Çətirlərinin diametri 3-4 sm,sıx sarımtıl ulduzvari tükcüklərlə örtülmüşdür.Çətirlərdə olan tükcüklərin sayı 5-6 ədəd olur. Rütubətsevən,kölgəyədavamlı bitkidir.Münbit torpaqlarda yaxşı bitir. Kiçik Qafqazda rast gəlinir.Abşeronda mədəni şəraitdə yetişdirilir. Yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadə olunur. Tofiq Məmmədov (botanik), "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Sarmaşıq
Sarmaşıq və ya Otsarmaşıq (lat. Convolvulus) - sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. Sarmaşan və sarmaşmayan ot yaxud kollardır. 250-dək növü məlumdur. Bunlardan 8-i Azərbaycan ərazisində rast gəlinir. Çöl sarmaşığı (Convolvulus arvensis) açıq-çəhrayı çiçəkləri olan çox yayılmış alaqdır. Yarpağında S vitamini var. Yaşıl yem kimi zəhərlidir, quru otu zərərsizdir.
Kantabir sarmaşıq
Convolvulus cantabrica (lat. Convolvulus cantabrica) – sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. Hündürlüyü 15–60 sm, gövdəsi düzduran və ya yuxarıya doğru qalxan, bəzən sərilən, əsasından budaqlanan, sıx və uzun qabarıq və ya qısa basıq tüklü çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları boz-yaşıl rəngli, üst tərəfdən adətən çılpaqdır, alt tərəfdən basıqtüklüdür, bəzən uzun qabarıq tüklüdür, aşağıdakılar saplaqlıdır, uzunsov, əksinəneştərşəkilli və ya uzunsov-neştərvaridir, küt ucludur, orta və yuxarıdakı yarpaqlar oturaqdır və ya demək olar ki, oturaqdır, uzunsov-xətvaridir, sivri təhərdir. == Çiçək == Çiçəkləri tək və ya 2–4 saydadır, kənar və ya təpə yarımçətirlərdə, uzun çox vaxt qabarıq çiçək oxu üzərindədir. Tac çəhrayıdır və kasacıqdan 2–3 dəfə uzundur. == Meyvə == Qutucuq enli-yumurtaşəkillidir, yuxarı hissədə tüklüdür, kasacıqdan qısadır. Toxumları enli-yumurtaşəkillidir, tünd-qəhvəyi rəngdədir, uzunluğu 2,5–3,5 mm-dir. == Çiçəkləməsi == May-İyul (Avqust) == Meyvə verməsi == İyul-Sentyabr == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ cənub, KQ mərkəzi, Lənk. oval., Lənk.
Oxyarpaq sarmaşıq
Oxyarpaq sarmaşıq (lat. Convolvulus scammonia) - sarmaşıq cinsinə aid bitki növü.
Sarmaşıq Liqası
Sarmaşıq Liqası (ing. The Ivy League) — ABŞ-nin şimal-şərqində 7 ştatda yerləşən 8 özəl ali məktəb. Bu adın yaranmasına səbəb bu universitetlərin qədimi binalarını örtən sarmaşıqlarla bağlıdır. Liqaya daxil olan ali məktəblər təhsilin yüksək keyfiyyətilə fərqlənirlər. Braun Universiteti — 1764-cü ildə yaradılmışdır. Rod-Aylend ştatının Providens şəhərində yerləşir. Harvard Universiteti — 1636-cı ildə yaradılmışdır. Massaçusets ştatının Kembric şəhərində yerləşir. Dartmut Kolleci — 1769-cu ildə yaradılmışdır. Nyu-Hempşir ştatının Hannover şəhərində yerləşir.
Tükcüklü sarmaşıq
Tükcüklü sarmaşıq (lat. Convolvulus subhirsutus) — sarmaşıq cinsinə aid bitki növü.
Üçrəng sarmaşıq
Üçrəng sarmaşıq (lat. Convolvulus tricolor) — sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. Convolvulus maroccanus Batt. Convolvulus meonanthus Hoffmanns. & Link Convolvulus minor Convolvulus pseudotricolor Bertol. Convolvulus tricolor subsp. hortensis (Batt.) Maire Convolvulus tricolor subsp. meonanthus (Hoffmanns. & Link) Maire Convolvulus tricolor subsp. pentapetaloide O. Bolòs & Vigo Convolvulus tricolor subsp.
Yaraşıqlı kəkilli qartal
Yaraşıqlı kəkilli qartal (lat. Spizaetus ornatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli qartal cinsinə aid heyvan növü.
Tamusşəkilli yalançı sarmaşıq
Tamusşəkilli yalançı sarmaşıq — Qafqazda yayılmışdır. Uzunluğu 1-2 m-dək olan,qalın,ətli köklü,sürünən bitkidir.Gövdəsi çılpaq və ya zəif tükcüklü,uzunluğu 1-2 m-dəkdir.Yarpaqları uzun saplaqlı,nazik,yumurtavari və ya uzunsov-yumurtavari,kənarları bütöv,dərin ürəkşəkilli,bünövrəsində yumru qanadlı,ucu biz,çılpaq,uzunluğu 8 sm-dək və eni 5 sm-dir.Çiçəkləri ucda və qoltuqda ensiz süpürgəvari çiçək qrupunda yerləşir,yan çiçəkləri nazik ayaqlarda,çiçəkyanlığına bərabər və ya ondan uzun,xırda çiçəkaltlıqlıdır.Çiçəkyanlığı əvvəlcə zəngvari,uzunluğu 6-8 mm,ulduzvari şaxələnmiş,uzunsov-xətvari,yumru hissəli,3 damarcıqlıdır.Meyvələrin diametri təxminən 2 mm,üstü çox batıq,hamar,qapaqla açılır; toxumların kənarları iti qara-qonur,parlaqdır. Rütubətsevən,torpağa az tələbkardır. Böyük Qafqazda,Kiçik Qafqazda,Naxçıvanda rast gəlinir. Canlı çəpərlərin salınmasında tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.