YARAŞIQLI

sif. Yaraşığı olan, görünüşcə qəşəng, gözəl. Yaraşıqlı paltar. Yaraşıqlı qız.
[Ağa Mərdanın arvadı:] Məni Hacı Qafurun arvadı yaraşıqlı (z.) görsə, əlbəttə, artıcaq sayar. M.F.Axundzadə.
Ay quşcuğazlar nə yaraşıqlısız; Can kimi bəslənməyə layiqsiz. A.Səhhət.
[Humay] çox arıq olmasına baxmayaraq, yaraşıqlı bir oğlan idi. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YARAŞIQLI yaraşıqlı bax gözəl 1
  • YARAŞIQLI gözəl — qəşəng — bəzəkli

Antonimlər (əks mənalı sözlər)

  • YARAŞIQLI YARAŞIQLI – KİFİR Çox arıq olmasına baxmayaraq, yaraşıqlı bir oğlan idi (İ.Əfəndiyev); Kifirdir, amma nə olsun ki, kişinin bəxti vurub (M
YARAŞIQLANMAQ
YARAŞIQLILIQ
OBASTAN VİKİ
Yaraşıqlı kəkilli qartal
Yaraşıqlı kəkilli qartal (lat. Spizaetus ornatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli qartal cinsinə aid heyvan növü.

Digər lüğətlərdə