Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həyat bilgisi
Həyat bilgisi – Azərbaycan Respublikasının təhsil sistemində ibtidai (I-IV) və ümumi orta təhsil (V-IX) pillərində tədris olunan inteqrativ fənn. Həyat bilgisi – şagirdin özünü bioloji, psixoloji, sosial və mənəvi tərəfləri ilə bütöv bir varlıq kimi dərk etməsi və reallaşdırması üçün lazım olan bilik, bacarıq və dəyərlər sistemi formalaşdırmağa və onu təkmilləşdirməyə kömək edən inteqrativ fəndir. == Tarixi == Fənn ibtidai təhsil pilləsində 2004/2005-ci tədris ilindən başlayaraq tətbiq olunmağa başlanmışdır. İlk "Həyat bilgisi" fənn proqramları, dərs vəsaitləri və dərslikləri 2004-2007-ci illərdə nəşr olunmuşdur. Elə həmin illərdə dərsliklər ölkənin digər təlim dillərinə – rus və gürcü dillərinə də tərcümə olunmuşdur. == Məqsəd və vəzifələri == 2008/2009-cu tədris ilindən başlayaraq ölkədə tətbiq olunan yeni Milli Kurikuluma uyğun olaraq "Həyat bilgisi" fənninin tədrisinə I-II siniflərdə həftədə 1 saat, V-IX siniflərdə 1 saat vaxt ayrılır. Başqa fənlərdən fərqli olaraq bu fənni konkret bir elmin əsaslarını öyrətmir, ümumtəhsil məktəblərində tədris olunan təbiət və sosial fənn sahələrinə aid müəyyən elementləri əhatə edir. Bu cür geniş əhatə dairəsinə malik olan fənn şagirdlərin həyati əhəmiyyət kəsb edən bilik, bacarıq və vərdişlər qazanması üçün onları ən zəruri praktik işlərin həyata keçirilməsinə istiqamətləndirir, milli və bəşəri dəyərlərə yiyələnmələrinə, şəxsiyyət kimi formalaşmalarına kömək edir. Fənnin şagirdlərdə ünsiyyət qurma və birlikdə çalışma kimi mənəvi dəyərlərin formalaşdırılmasında, onlarda mühakimə yürütmək, öz nöqteyi-nəzərlərini sərbəst ifadə etmək, onları arqumentləşdirmək, öz hüquqlarını qorumaq və başqalarının hüquqlarını müdafiə etmək vərdişlərinin yaranmasında mühüm rolu var. Müəyyən olunmuş məzmun xəttinin (təbiət və biz, fərd və cəmiyyət, mənəviyyat, sağlamlıq və təhlükəsizlik) köməyi ilə şagirdlərin şüurunda əhatə olunduqları canlı və cansız aləmin vahid, bütöv və bölünməz obrazı yaradılır.
SES
Su elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meylli, kanyonvari relyef formasına malik olması. == İş prinsipi == Su elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
Araz SES
Araz SES (tam adı: Araz Su Elektrik Stansiyası) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində, Araz çayı, Araz su anbarı üzəində su elektrik stansiyası. Araz SES-in inşasına 1964 cü ildə başlanılmış və 1970 ci ildə bitirilmiş 1971 ci ildə istismara verilmişdir. SES SSRI dövründə Azərbaycan SSR iləİran dövləti arasındakı razılaşma əsasında inşa edilmişdir. SES torpaq tipli bəndə malik olub, uzunluğu 900 m hündürlüyü isə 40 m-dir. SES 11 MVt gücə malik 2 hidroaqreqat turbinlə təmin olunmuşdur. SES-in ümumi gücü 22 MVt olub istehsal potensialı 148 milyon KVt-saatdir. SES hərbiri İran və Azərbaycan ərazisində yerləşməklə iki binaya malikdir. Hər bir bina özlüyündə 11 MVt gücə malik 2 hidroaqreqat turbinə malikdir.
Arpaçay SES
Arpaçay Su Elektrik Stansiyası — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşir. Açılışı 9 sentyabr 2013-cü ildə olub. Arpaçay Su Elektrik Stansiyası Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “2008-2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində inşa olunmuşdur. Stansiyanın tikintisinə 2011-ci ilin fevral ayında başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Gücü 20,5 meqavat olan su elektrik stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir.
Bekme SES
Bekhme SES (ərəb. سد بخمة‎) — İraqın Kürdüstan hissəsində, tikinti mərhələsində su elektrik stansiyası. Dəclənin sol qolu olan Böyük Zab çayı üzərində tikilir. SES-in tikintisi 1979-cu ildə başlanmış, lakin İran-İraq müharibəsi nəticəsində yarımçıq qalmışdır. Müharibədən sonra layihənin tikintikisi 1988-ci ildə davam etdirilmiş, lakin bir neçə ildən sonra İraqa tətbiq olunan sanksiyalara görə yenidən dayandırılmışdır. Odur ki, Körfəz müharibəsi zamanı layihə tamamilə dayandırılmışdır.
Biləv SES
Biləv SES (tam adı: Biləv Su Elektrik Stansiyası) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən su elektrik stansiyası. Stansiyanın inşasına 2009-cu ilin martında başlanılmışdır. İnşaat işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirilməsi üçün maksimum səy göstərilmişdir.Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan qidalanır. Su əvvəlcə tənzimləyici bəndə yığılır. Burada suyun toplanması üçün sahəsi 5,15 hektar olan süni göl yaradılmışdır. Göldəki bəndlərin eni 159 metrdir, hündürlüyü isə 7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün suyun tutumu 250 min kubmetrdir. Buradan su açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür.Üçsıralı anbar 8200 kubmetr su tutur. Burada su bərk əşyalardan təmizlənir və anbara ötürülür. Anbarın su tutumu 34 min kubmetrdir.Bu anbardan su poladdan hazırlanan və uzunluğu 1540 metr olan təzyiq borusu ilə stansiya binasına verilir.
Boquçan SES
Boquçan SES (rus. Богучанская ГЭС) — Rusiyada Anqara çayı üzərində inşa edilmiş su elektrik stansiyası. Krasnoyarsk diyarının Kejemski rayonunun Kodinsk şəhərində yerləşir. 2997 MVt layihə gücü olan Boquçan SES, Rusiyanın ən iri su elektrik stansiyaları sırasına daxildir. 1974-cü ildə tikintisinə başlanılan SES, 2014-cü ildə istismara verilib. Boquçan SES Rusiyanın hidroenergetika tarixində tikilmə müddətinə görə rekord sayılır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Boquçan SES ilə əlaqəli mediafayllar var.
Dnepr SES
Dnepr SES (ukr. Дніпровська ГЕС), həmçinin DneproHES (rus. ДнепроГЭС), daha əvvəl — V.İ.Lenin adına Dnepr SES — Ukraynanın cənubundakı Zaporojye şəhərində Dnepr çayı üzərində qurulmuş su elektrik stansiyası. Bu, Dnepr su elektrik stansiyaları kaskadının beşinci mərhələsidir. Ukraynanın ən böyük su elektrik stansiyası olan Dnepr SES 1932-1956-cı illərdə SSRİ və Avropanın ən böyük su elektrik stansiyası olmuşdur. Dnepr su elektrik stansiyasının tikintisi QOELRO planı ilə nəzərdə tutulmuşdu, stansiya bu plana uyğun olaraq tikilmiş ən böyük elektrik stansiyası oldu. Onun tikintisinə 1927-ci ildə başlanmış, ilk hidroaqreqatlar 1932-ci ildə istismara verilmiş, 1939-cu ildə isə Dnepr SES-in tikintisi başa çatdırılmışdır. Elektrik stansiyası SSRİ-də sənayeləşmənin ən məşhur simvollarından birinə çevrildi, eyni zamanda Zaporojyedə böyük sənaye müəssisələri kompleksi tikildi. Böyük miqdarda ucuz elektrik enerjisi istehsal etməklə yanaşı, Dnepr SES Dnepr relslərini su altında saxlamaqla Dneprdə fasiləsiz naviqasiyanın təmin edilməsi problemini həll etdi. Böyük Vətən müharibəsi illərində Dnepr su elektrik stansiyası əvvəlcə sovet, sonra isə alman qoşunları tərəfindən partladıldı.
Füzuli SES
Füzuli SES (tam adı: Füzuli Su Elektrik Stansiyası) — Baş Mil kanalı üzərində yerləşən su elektrik stansiyası. Füzuli Su Elektrik Stansiyasının tikintisi Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli Əlavəyə əsasən həyata keçirilmişdir. Stansiyanın təməlini 2008-ci ildə Füzuliyə səfəri çərçivəsində ölkə prezidenti İlham Əliyev qoymuşdur. Tikinti işləri yerli “Azenco” şirkəti tərəfindən həyata keçirilmişdir.Füzuli Su Elektrik Stansiyası Baş Mil kanalı üzərində 14 hektar ərazidə inşa olunmuşdur. Stansiyanın ümumi gücü 25,2 meqavatdır. Su elektrik stansiyası Füzuli rayonundakı 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə birləşdirilərək, sistemlə paralel rejimdə işlədilir.Qurğu üçün Baş Mil kanalı üzərində 40 min ton tutumu olan su anbarı yaradılmışdır. Anbara toplanan su dörd hidroturbin vasitəsilə generatora ötürülür. Hər bir hidroturbin avtomatlaşdırılmış qapılarla açılıb-bağlanır. Stansiyanın işləməsi üçün nəzərdə tutulan su müəyyən həcmdən artıq olduqda digər xətt vasitəsilə Baş Mil kanalına ötürülür. Lazım olan su isə hər birinin uzunluğu 250 metr, diametri isə 3 metr olan 4 boru vasitəsilə generator və digər mexaniki avadanlığın yerləşdiyi SES binasına ötürülür.
Gizeldon SES
Gizeldon — su elektrik stansiyası Şimali Osetiyanın Priqorodnı bölgəsindəki Gizeldon çayındakı Koban kəndi yaxınlığındakı su elektrik stansiyasıdır. GOELRO (rus.Rusiyanın ГОЭЛРО Elektrikləşdirmə üzrə Dövlət Komissiyası)planına uyğun tikilib. Gizeldon SES Şimali Qafqazdakı ən köhnə işləyən su elektrik stansiyası və Rusiyadakı ən köhnə su elektrik stansiyalarından biridir. İstismara verildiyi dövrdə Gizeldon SES Avropanın ən yüksək təzyiqli su elektrik stansiyası idi və hazırda Rusiya Su Elektrik Stansiyaları arasında ən böyük başlıqdan istifadə edir və buxar hidravlikdən istifadə edən ən güclü Rusiya Su Elektrik Stansiyasıdır. Su elektrik stansiyasının avadanlıqlarının əksəriyyəti işə düşməsindən bəri - 80 ildən çoxdur, hazırda fəaliyyətini davam etdirir. Gizeldon SES sahibi PJSC RusHidrodur . == Təbii şərait == SES qurğuları Koban kəndindən 1.8 km cənubda, Darqav dərəsində (Gizeldon ya da Koban deyilir) Gizeldon çayı üzərində yerləşir. Gizeldon çayının (Terekin bir qolu) uzunluğu 81 km-dir, çay buzlu qarla qidalanır, yazın sonunda və yazın əvvəllərində sel hadisələri olur. Su elektrik stansiyasının yerində orta illik axın sürəti 3,2 m³ / s, müşahidə olunan ən yüksək axın sürəti 45,1 m³ / s, orta illik axın sürəti 0.106 km³-dir . Ən böyük qolu Genaldon, su elektrik stansiyasının yerləşdiyi yerin altından axır.
Göyçay SES
"Göyçay" SES — Göyçay rayonunda yerləşən kiçik su elektrik stansiyası. == Tarixi == "Göyçay" Su Elektrik Stansiyası Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 noyabr tarixli Sərəncamına əsasən inşa olunmuşdur. SES-in təməli 2010-cu ilin fevralında ölkə Prezidenti tərəfindən qoyulmuşdur.Ölkə Prezidenti İlham Əliyev 6 oktyabr 2015-ci ildə "Göyçay" SES-in açılışında iştirak etmişdir. == Texniki göstəriciləri == "Göyçay" SES kiçik su elektrik stansiyasıdır və gücü 3,1 meqavatdır.Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verir. Bu isə Göyçay rayonunun tələbatının 25 faizini təşkil edir.Stansiyanın ərazisi 5 hektardır, burada geniş yaşıllaşdırma və abadlıq işləri aparılıb, köməkçi tikililər inşa edilmişdir.Burada hər birinin gücü 1,03 meqavat olan üç hidroaqreqat, suqəbuledici və tutumu 4500 kubmetr olan təzyiq hovuzu, hər birinin uzunluğu 28,4 metr olan üç dəmir-beton təzyiq qurğusu quraşdırılmışdır. Burada, həmçinin turbin zalı və su nəqledici kanal yaradılıb, 10 kilovoltluq yarımstansiya və elektrikverici xətlər çəkilmişdir.
Hayqır SES
Hayqır SES — İranda su elektrik stansiyası. Bu SES Fars ostanının Firuzabad şəhərinin cənub-şərqində, Hayqır dərəsində, Firuzabad çayı üzərində yerləşir. Hayqır SES Firuzabad şəhərindən təxminən 40 kilometr (25 mil) aralıda, bu şəhərdən Qirə gedən yolda yerləşir. Regionu içməli su ilə təmin etmək, kənd təsərrüfatı və sənaye sahələrin dəstək olmaq, elektrik enerjisi istehsal etmək, daşqınlara nəzarət etmək məqsədilə tikilmişdir.
Kozyak SES
Kozyak SES (mak. ХЕЦ Козјак) — 1994-cü ildən 2000-ci ilə qədər Treska çayı və süni Kozyak gölü üzərində qurulmuş Şimali Makedoniyayay məxsus olan su elektrik stansiyası. Şimali Makedoniyada ən böyüyü və ən yüksək bəndə (hündürlüyü 130 m) sahib su anbarıdır. Ölkənin qərb hissəsində, Makedonski Brod icmasında (Skopyedən 45 km məsafədə) yerləşir. Anbarın tikilməsində əsas məqsəd daşqınların qarşısını almaqla elektrik enerjisi istehsal etmək və çayın axınını idarə etmək olur. Elektrik stansiyası Çinin birbaşa maliyyə dəstəyi ilə tikilib və müstəqil Makedoniya Respublikasında tikilmiş ilk elektrik stansiyasıdır. == Təsviri == Elektrik stansiyası iki Frensis turbininə əsaslanır: hər birinin nominal gücü 41 MVt-dır. Süni gölün uzunluğu 32 km və maksimum dərinliyi 130 m, göldəki suyun maksimum səviyyəsi 469.9 m, suyun həcmi isə 380 milyon kubmetrdir. Göldə balıq yoxdur. == İnşaat == === Maliyyələşdirmə === Bəndin tikintisi 1994-cü ilin avqustundan 2000-ci ilə qədər aparılmışdır.
Mehri SES
Mehri SES (bəzən Аraz SES) — tikintisi davam etdirilən SES. Stansiya Araz çayının üzərində yerləşir. Mehri şəhəri yaxınlığında Ermənistan (Qərbi Azərbaycan) və İran arasındakı sərhəddə yerləşir. SES tikintisinə 8 noyabr 2012-ci ildə başlanmışdır. Layihənin tikintisinin başa çatdırılması 2017-ci ilə təsadüf edəcəkdir. Stansiyanın güçü günlük olaraq 793 kVts enerjiyə hesablanmışdır. Mehri stansiyasının ümumi güçü 130 МVtBurada kaskad tikintisi planlaşdırılmasada Araz üzərində yerləşən iki SES tikiləcəkdir. Mehri SES idarə baxımından Ermənistana, Qaraçılar SES isı İrana mənsub olmalıdır. Ermənsitan hissəsində tikinti işlərinin ümumi qiyməti 323 milyon dollar olaraq qiymətləndirilir. == Layihənin tarixi == SES tikintisi ilə əlaqədar iki ölkə arasında 2007 və 2008-ci illərdə dövlətlər arası müqavilələr imzalanmışdır. 14 aprel 2009-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan Mehri SES tikintisi ilə əlaqədar İrana səfər edir.
Mingəçevir SES
Mingəçevir SES (tam adı: Mingəçevir Su Elektrik Stansiyası) — Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olub, Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. == Tarixi == Stansiyanın tikintisinə 1945-ci ildə başlanılmış, 1953-cü ildə ilk hidroaqreqat əldə olunmuşdur. 1954-cü ildən isə stansiya tam gücü ilə işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 27 fevral tarixində "Mingəçevir" su elektrik stansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak etmişdir. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənmişdir. Bunun nəticəsində isə imkan gücü 284 MVt olan stansiyanın istehsal gücü artırılaraq 424 MVt-a çatdırılmışdır. Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının — postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə şəhər statusu alıb.
Qaraqaya SES
Qaraqaya SES (türk. Karakaya Barajı) — Türkiyədə Fərat çayı üzərində inşa edilmiş su elektrik stansiyası. Stansiya b1987-ci ildə istifadəyə verilmişdir. Cənub-Şərqi Anadolu layihəsi əsasında inşa edilmiş 21 su elektrik stansiyasından biri. Burada güçü 300 MVt olan turbinlərin sayəsində ümumi güçü 1800 МВт olan elektrik enerji istehsal edilir. Hər ilin su səviyyəsi aşağı düşən dönəmlərdə bir kəndin məscidinə aid olan minarə su səthinə çıxır. Suyun 30 metr üzərinə çıxmasına baxmayaraq dağılmamışdır. == Konstruksiya == Qaraqaya SES önündə 173 metr hündürlüyü olan dəmir-beton konstruksiyalı bənd vardır. Su elektik stansiyanın 1800 MVt gücü sayı 6 olan, hər birinin isə 300 MVt gücə malik turbinlər təşkil edir. Su anbarının sahəsi 298 km²-dir.
Nurek SES
Nurek Su Elektrik Stansiyası (rus. Нурекская ГЭС, tac. Нерӯгоҳи обии Норак) — Tacikistanda, Nurek şəhərinin yaxınlıqlarındakı Polisənki dərəsində, Baxş çayı üzərində yerləşən su elektrik stansiyası. == Tarixi == Nurek su elektrik stansiyasının tikintisinə 1961-ci ildə başlanmış, 1972-ci ildə ilk iki aqreqatı işə salınmışdır. 1979-cu ilin oktyabrında doqquzuncu, yəni sonuncu aqreqatın işə düşməsi ilə layihə gücünə (2.7 milyon kvt) çatdırılmışdır. 1982-ci ildə gücü 3 milyon kvt-dək artırılmışdır. Həmin il orta illik elektrik enerjisi istehsalı 11,2 milyard kvt-saat olmuşdur. Su qovşaqlarının təzyiq səviyyəsi 710 m, maksimum təzyiq 275 metrdir. Artıq suyun axıdılması üçün iki tunel (uzunluqları 1.4 və 1.6 km) tikilmişdir. Bənd Nurek su anbarını əmələ gətirmişdir.
Riqa SES
Riqa SES (latış. Rīgas hidroelektrostacija‎, Rīgas HES) — Riqanın cənub sərhədinə yaxın Salaspils şəhərində yerləşən Dauqava çayın üzərində qurulan su elektrik stansiyası. == Əsas məlumatlar == "Hidroproyekt" institutu stansiyanın layihəçi olmuşdur. Riqa SES 1974-cü ildə istismara verildi. Bəndin inşası 1970-ci illərin sonlarında tamamlandı. Stansiyanın ümumi quraşdırılmış gücü 402 MVt-dır. Altı generator, transformator və 330 kV-lik iki elektrikötürmə xətti quraşdırılmışdır. Su elektrik stansiyasının tikintisi üçün Dauqava üzərində Doles adasının ortasına qədər bənd tikildi, hansınınki yarısı sonradan, digər adalar ilə birlikdə Riqa su anbarına görə suyun altında qaldı. Bəndin yuxarı hissəsi boyunca magistral yol çəkilmişdir, hansıki Riqa halqa yolunun bir hissəsidir. Bundan başqa, tikinti zamanı işlənən dəmir yolları da çəkilmişdir (Salaspils dəmir yolu stansiyasından adanın mərkəzinə qədər).
Sərsəng SES
Sərsəng SES ya Tərtər SES (tam adı: Sərsəng/Tərtər Su Elektrik Stansiyası) — Azərbaycana məxsus 1976 ci ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində, inşa edilmiş su elektrik stansiyası. == Texniki göstəriciləri == Hər birinin gücü 25 MVt olan 2 ədəd turbindən ibarət Su Elektrik Stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 m³/san olmaqla SES-dən cəmi 60 m³ su buraxıla bilər. Bundan əlavə suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılmışdır. Bu siyirtmələr vasitəsilə hər biri 5 m³/san olmaqla Tərtər çayına cəmi 30 m³/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 m³/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulmuşdur. Bəndinin hündürlüyü 125 m, uzunluğu 600 m-dir. Bənd Sərsəng su anbarını əmələ gətirmişdir. === Vəziyyəti === Qeyd etmək lazımdır ki, Sərsəng respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı ərazilərin işğalından öncə respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
Taxtakörpü SES
Taxtakörpü SES (tam adı: Taxtakörpü Su Elektrik Stansiyası) — Samurçay, Taxtakörpü su anbarı üzəində su elektrik stansiyası olub, Şabran şəhərinin yaxınlığında yerləşir. Taxtakörpü SES-də ümumi gücü 25 meqavat olan üç hidroaqreqat quraşdırılmışdır. Stansiya sərfiyyata nəzarət hovuzuna malikdir. Buraya su xüsusi ötürücü vasitəsilə verilir. Hovuzdakı dörd qapıdan üçü elektrik enerjisinin alınması məqsədilə suyun turbinlərə verilməsinə xidmət edir. Həmin hovuzdan dəryaçaya sutullayıcı inşa edilmişdir. Taxtakörpü-Ceyranbatan kanalında gələcəkdə təmir aparılmasına ehtiyac olarsa və ya digər zəruri hallar yaranarsa, hovuzdakı normadan artıq su sutullayıcı vasitəsilə dəryaçaya yönəldiləcəkdir. Su elektrik stansiyası və açıq paylayıcı qurğuda əsasən Almaniya, Çexiya və digər xarici ölkələrdən gətirilən avadanlıq quraşdırılmışdır. Tikinti-quraşdırma işlərini əsasən yerli mütəxəssislər yerinə yetirmişlər. Bu prosesin reallaşmasına Almaniya, Çexiya və Türkiyədən dəvət olunan mütəxəssis və quraşdırıcılar da cəlb edilmişlər.
Azərbaycan Yurd Bilgisi (jurnal)
Azərbaycan Yurd Bilgisi (türk. Azerbaycan Yurt Bilgisi) Türkiyə Respublikasında qurulmuş olan jurnal. İlk sayı 1932-ci ilin yanvarında işıq üzü görən “Azərbaycan Yurd Bilgisi”nin məqsədi bu ilk nömrədə vurğulanır. "Bir neçə söz" başlıqlı bu bölmədə bildirilir ki, jurnalın məqsədi təkcə Azərbaycanı yaxından tanıyanlarla araşdırma qrupu yaratmaq və mədəniyyətşünaslıq aparmaq deyil, həm də onu həmvətənlərinə, dostlarına tanıtmaqdır. Bunun da kifayət etməyəcəyi, ortaq türk mədəniyyətinin öyrənilməmiş tərəflərini işıqlandırmaq məqsədinin güdüldüyü də əlavə edilir. "Azərbaycan Yurd Bilgisi" jurnalının Mühacirət mətbuatı tariximizdə başlıca əhəmiyyəti türk mədəniyyəti tarixini və dəyərlərini elmi əsaslarla oxuculara çatdırmasında olmuşdur. == Tarixi == İlk nömrəsi 1932-ci ilin yanvarında çıxan jurnalın bütün nömrələri İstanbuldakı Bürhanəddin mətbəəsində çap olunurdu. Son çıxan nömrələr 35-36-cı nömrələrdir. Anlaşıldığı kimi, 1932-ci ilin ilk ayında nəşrə başlayan jurnal 1934-cü ilin noyabr-dekabr aylarında nəşrini dayandırdı. Üç il ərzində 12 sayı çıxan jurnalın ümumi səhifəsi 1344 (I cild üçün 456 səhifə, II cild üçün 472 səhifə, III cild üçün 416 səhifə) təşkil edirdi.
Xudafərin SES
Xudafərin SES — İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərindəki torpaqla doldurulmuş bir bənddir. İranın Şərqi Azərbaycan ostanına daxil olan Xumarlı kəndindən 8 kilometr (5,0 mil) qərbdə və Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər Ermənistan Respublikasının nəzarəti altında olmuşdur.[mənbə göstərin]SES Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Stansiyanın gücü 102 və ya 200 meqavata bərabərdir. Su anbarı vastəsi ilə 75.000 hektar ərazinin suvarılması nəzərdə tutulmuşdur. == Tarixi == Bəndin məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Sovet İttifaqı ilə iran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşması ilə layihəsi hazırlanmışdır. Layihələndirmə 1982-ci ildə sona çatmış, 1990-cı illərin əvvəllərində yenidən işlənmiş və 1999-cu ildə inşaat işlərinə başlamışdır. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalanmışdır. Bəndin tamamlanması 2008-ci ildə baş tutmuşdur.
Yenikənd SES
Yenikənd SES (tam adı: Yenikənd Su Elektrik Stansiyası) — Yenikənd su anbarı üzərində tikilib, Şəmkir SES ilə birlikdə kaskad yaradan su elektrik stansiyası.Yenikənd Su Elektrik Stansiyasının tikilməsi üçün qərar prezident Heydər Əliyev tərəfindən hələ 1979-cu ildə verilmişdi.Təməli 1984-cü ildə qoyulan "Yenikənd" SES 2000-ci ildə istifadəyə verilib. O zaman hər birinin gücü 37,5 MVt olan 3 hidroaqreqat istismara verilib. 2003-cü ildə dördüncü hidroaqreqat işə qoşulmaqla müəssisənin gücü 150 MVt-yə çatdırılıb.Azərbaycanda iqtisadiyyatı, energetika və kənd təsərrüfatının inkişafında tikilən su anbarları və SES-lərin mühüm rolu vardır. Bu işdə Heydər Əliyevin yüksək fəaliyyəti danılmazdır. Yenikənd SES-in tikilib, istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Heydər Əliyevin söylədikləri: == Texniki göstəriciləri == 2011-ci il mart ayında “Şəmkir” və “Yenikənd” su elektrik stansiyaları (SES) üzrə 85 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Bu, proqnozdan 3 milyon kilovat-saat çoxdur. 2011-ci ilin birinci rübdə SES-lər üzrə 187 milyon kilovat-saat əvəzinə 192,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Bunun 129 milyon kilovat-saatı “Şəmkir” SES-in payına düşür. == Həmçinin bax == Yenikənd su anbarı == İstinadlar == == Xarici keçidlər == ""Şəmkir" və "Yenikənd" su elektrik stansiyaları üzrə istehsal artmışdır" (az.). https://azertag.az.
Zaramaq SES
Zaramaq Su Elektrik Stansiyaları — Şimali Osetiyanın Alagir bölgəsindəki Ardon çayı üzərində bir-biri ilə əlaqəli iki su elektrik stansiyasından — mövcud Qolovnoy SES və tikilməkdə olan Zaramaq SES ibarət su elektrik stansiyasından ibarətdir. Kompleksin inşasına 1976-cı ildə başlanılıb, 2019-cu ildə başa çatdırılması planlaşdırılır. Layihə çətin təbii şəraitdə həyata keçirilir və Rusiya hidroenergetika sənayesinə xas bir sıra texniki həllər ilə fərqlənir — xüsusən, Zaramaq SES-1 Rusiyada ən böyük başlığa, ən güclü soba hidrolik turbinlərinə və ən uzun törəmə tunelə sahib olacaqdır. İnşaatın idarəedilməsi PAS RusHidro şirkətinin törəmə şirkəti olan Zaramaq SES-lər tərəfindən həyata keçirilir. == Ətraf mühitə təsiri == Bərpa olunan enerji mənbəyi olmaqla, Zaramaq Su Elektrik Stansiyaları işə düşəndən sonra Şimali Qafqazın yanacaq balansından təxminən 270 min ton standart yanacaq çıxarmağa imkan verəcəkdir. Bunun illik azot oksidlərinin 3,5 min ton, kükürd oksidlərinin — 8,2 min ton, külün — 3 min ton, karbon qazının 420 min ton miqdarında tullantıların qarşısını alacağı gözlənilir. Su anbarının kiçik olması səbəbindən mikroiqlimə təsiri azdır, onu yalnız sahildən 100 metr radiusda görmək mümkündür. Tədqiqatlara görə, su anbarı Tibski mineral su yatağına, eləcə də Kudzaxtanın və Nara qrupunun bulaqlarına təsir göstərməyəcəkdir. Zaramaq SES-nin inşası layihəsi Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi prosedurundan keçmişdir. == İnşası == 2015-ci ildə tikinti yenidən quruldu, obyekt yenidən RusHidro investisiya proqramına daxil edildi, Zaramaq SES-1-in istifadəyə verilməsi 2018-ci ilə planlaşdırılır.2015-ci ilin əvvəlinə stansiya hazırlığı 60% qiymətləndirilmişdir.
Şəmkir SES
Şəmkir SES (tam adı: Şəmkir Su Elektrik Stansiyası) — Cənubi Qafqazda Azərbaycana məxsus 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş, Yenikənd SES ilə birlikdə kaskad yaradan ölkənin ikinci böyük su elektrik stansiyası. Şəmkir SES Kür çayının üzərində, Şəmkir şəhərinin yaxınlığında yerləşir. Şəmkir SES-in tikintisi SSRİ respublika rəhbərləri sırasında öz işgüzarlığı və siyasi uzaqgörənliyi ilə seçilən Heydər Əliyevin dəstəyi ilə reallaşmağa başlayıb. 1982-ci il dekabr ayının 22-də Heydər Əliyevin xeyir-duası ilə SES-in ilk bloku işə salınıb. Bir müddət sonra ikinci blok da işə düşüb. Beləliklə, ölkənin enerji sisteminə 380 meqavatlıq dəyərli bir obyekt qoşulmuş oldu.Kür çayının üstündə əzəmətlə ucalan Şəmkir SES-də ötən illər ərzində təxminən 25 milyard kilovat-saat ucuz və keyfiyyətli elektrik enerjisi istehsal edilərək Azərbaycan energetika sisteminə ötürülmüşdür ki, bu da azı 700 milyon manat civarında əmtəə məhsulu deməkdir. Ümummilli Lider Heydər Əliyevin stansiyanın inzibati binasının həyətində mərmər lövhəyə həkk olunan "Mən fəxr edirəm ki, vaxtilə Kür çayı üzərində Şəmkir Su Elektrik Stansiyasının təməlini qoydum və onu qurub-yaratdım" kəlamı burada çalışan hər bir energetikin qürur mənbəyinə çevrilib. == Texniki göstəriciləri == 2 hidroaqreqata (hər biri 190 Mvt) malik olan Şəmkir SES-in müəyyən olunmuş gücü 380 Mvt, orta illik elektrik enerjisi istehsalı 56 milyon kvt/saat-dır. Bəndinin hündürlüyü 70 m, uzunluğu 4500 m-dir. Bənd Şəmkir su anbarını əmələ gətirmişdir.
Sen-Şef
Sen-Şef (fr. Saint-Chef) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38374. Kommunanın 1999-cu il üçün əhalisi 2892 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Səs
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. == Səsin sürəti == Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Bicnisi
Bicnisi (gürc. ბიჯნისი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 379 nəfər idi. 2014-cü ildə 268 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Bilgədi
Bilhədi — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 610 nəfər azərbaycanlı yaşamaqda idi. Etiqad baxımından kənd əhalisi sünni müsəlmanlardan ibarətdir.
Bolnisi
Bolnisi (azərb. Qəmərli‎) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Bolnisi bələdiyyəsinin inzibati mərkəzi. == Tarix == Bolnisi şəhəri azərbaycanlılar tərəfindən tarixən Çörük Qəmərli kimi adlandırılmışdır. Bununla yanaşı rayonun bəzi yerlərində əski türk dilində "Bol və ulus" (çoxmillətli) sözlərinin birləşməsindən yarandığı ehtimal edilən "Bolus" sözü ilə əlaqəli bir çox toponimlərin olması da diqqəti çəkir.Bolnisi qəsəbə olaraq 1818-ci ilin payızı - 1819-cu ilin yayında Vürtemberq Krallığından Çar Rusiyası tərəfindən Qafqaza köçürülmüş almanlar üçün təşkil edilmiş, qəsəbə Rus imperatoru I Pavelin (1796-1801) qızı və Vürttemberq kraliçası Yekaterina Pavlovnanın şərəfinə Yekaterinenfeld (almanca Katharinenfeld) adlandırılmışdır. Burada məskunlaşdırılmış 116 alman ailəsinə 3913.1155 desyatin torpaq sahəsi verilmişdi.Gürcüstanda Sovetlər Birliyi qurulduqdan sonra 1921-ci ildə o, Almaniyada doğulmuş yəhudi əsilli kommunist inqilabçı Roza Lüksemburqun şərəfinə Lüksemburq adını daşımışdır. 15-30 oktyabr 1941-ci ildə burada məskunlaşmış alman əsilli əhali məcburi şəkildə Qazaxıstana deportasiya olundu. Almanların sürgün edilməsindən sonra 3 aprel 1943-cü ildə Lüksemburq qəsəbəsinin adı Bolnisi qəsəbəsi olaraq dəyişdirildi. == Fiziki-coğrafi mövqeyi == Bolnisi şəhəri Gürcüstanın cənub-şərqində Maşavera çayının üzərində dəniz səviyyəsindən 520-600 metr yüksəklikdə, Rustavi şəhərindən 65 km qərbdə, paytaxt Tiflisdən isə 63 km cənub-qərbdə yerləşir. Havanın orta illik temperaturu 12 °C, o cümlədən yanvarda 0,0-0,3 °C, iyulda 23,6 °C, mütləq maksimum temperatur 40 °C, mütləq minimum temperatur -25 °C, illik yağıntı 400–500 mm təşkil edir. == Əhali == Gürcüstanda 2002-ci ildə aparılmış sonuncu əhali siyahıyaalmasının nəticələrinə görə şəhərin əhalisi 2.614 ailədə 9.938 nəfərdən ibarət olmuşdur .
Tbilisi
Tbilisi (gürc. თბილისი) və ya Tiflis – Gürcüstanın paytaxtı, Qafqaz şəhərlərinin mühüm sənaye, mədəniyyət və elm mərkəzlərindən biri. Ölkənin şərq hissəsində, Kür çayının hər iki sahilində, dəniz səviyyəsindən 406–522 metr hündürlükdə, Tiflis çökəkliyində yerləşir. Şəhər 244 km2 ərazidə yerləşir. "Tbilisi" toponiminin hərfi mənası qədim gürcü dilində "isti su" anlamına gəlir. Tarixi qaynaqlara gorə, şəhər eramızın V əsrində gürcü sərkərdəsi Vaxtanq Qorqasali tərəfindən salınmışdır. Tbilisi iqtisadi baxımdan hazırda Gürcüstanın ən inkişaf etmiş bölgəsi hesab olunur. 2005-ci ildə ölkədə istehsal edilmiş sənaye məhsulunun 35,4%-i, tikintinin 63,6%-i bu şəhərin payına düşmüş, fəaliyyətdə olan müəssisələrin say etibarı ilə 47,4%-i burada cəmləşmişdir. Tbilisi şəhəri 8 şəhər rayonuna bölünür. İllik orta temperatur yanvar ayında 0,5º S, iyul ayında 24,2º S olur.
Bilici
Bilici Qorğan — Şabran rayonunda kənd. Dağ Bilici — Şabran rayonunda kənd. Düz Bilici — Şabran rayonunda kənd.
Erq-Şeş
Erq-Şeş (ing. Erg Chech) — Saxaranın qərbində olan qumlu səhra. Əlcəzairin cənub-qərbi, Malinin şimal ərazilərini əhatə edir. Erq-Şeş öz növbəsində maksimal hündürlüyü 300 m olan düzənlikdən ibarətdir. Şimalında hündürlüyü 300 m olan dyunlər, cənubda 50 metrə enir. Saura vadisində çay deltası yerləşir. İllik yağıntının miqdarı 10 mm təşkil edir. İyul ayının orta temperaturu 35 °С təşkil edir. Səhra ərazisində demək olar ki, su quyu yoxdur. 7 aprel 1942-ci ildə Erq-Meşə ekspedisiya zamanı geoloq Andrey Feofiloviç Meyendorf vəfat etmişdir.
Səs (1993)
== Məzmun == Film-portret müğənni Akif İslamzadəyə həsr olunmuşdur.
Səs (dəqiqləşdirmə)
Səs
Bəlqis
Bilqeys Zişərh qızi, Səba məlikəsi və ya Makida – hazırkı Efiopiya və ya Yəmənin ərazisində mövcud olduğu guman edilən tarixi Səba Krallığının (İbricə Sh'va və ya Səba שבא, Ərəbcə Səba və ya Səba سبأ, Amhar dilində: ሳባ) hökmdarıdır. Müasir arxeologiyaya görə bu krallığın mövcudluğu mübahisəlidir. Kitabı Müqəddəsdə kraliça haqqında söhbət açılmır. == İslama görə == Nəml surəsində 22-44-cü ayələrində Səba məlikəsi haqında söhbət gedir. Quranda məlikənin adı çəkilməsə də ərəb mənbələrində o, "Bilqeys" olaraq adlandırılır. Bilqeys haqqında Quran və Əhdi-Ətiq rəvayətləri bir-birinə çox bənzəyir.