Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səttər Piriyev
Səttdər Fuad oğlu Piriyev (25 oktyabr 1998; Quba rayonu, Azərbaycan — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. 2004-2012-ci illərdə B. Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. == Hərbi xidməti == Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Səttər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasın da, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib. Səttər Piriyev noyabrın 7-də Hadrutun azad edilməsi zamanı "Qızılqaya" və "Üçtəpə" adlandırılan ərazilər istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Septem
Septem (fr. Septème) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38480. Kommunanın 2012-ci il üçün əhalisi 1844 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 27 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Ceyson Stetem
Ceyson Steytem (ing. Jason Statham, 26 iyul 1967) — İngiltərə aktyoru. O, döyüş-triller filmlərindəki sərt və kobud rollarına görə məşhurlaşıb. Steytem 2000 və 2010-cu illərdə döyüş filmlərini yenidən populyarlaşdırdığına görə alqışlanıb. Onun rol aldığı filmlər 2017-ci ilə qədər 1,5 milyard dollardan çox gəlir gətirib, bu onu kino sənayesinin ən çox qazanan ulduzlarından birinə çevirib. Ceyson Steytem gənclik illərində mağazalarda işləyərkən boş vaxtlarında Çin döyüş sənətləri, kikboksinq və karate ilə məşğul olurdu. O, həvəslə futbol oynamış və suya tullanma ilə məşğul olmuşdur. İngiltərənin suya tullanma üzrə milli komandasını təmsil etmiş və 1990-cı ildə Birlik Oyunlarında İngiltərə üçün qürurla yarışmışdır. Bundan qısa müddət sonra o, müxtəlif reklam kampaniyalarından təkliflər aldı, tanınmış brendlər French Connection, Tommy Hilfiger və Levi's üçün modellik etdi. Steytem bundan bir neçə il sonra Qay Ritçinin cinayət filmlərində çəkilmək üçün seçildi, o, 1998-ci ildə "Lock, Stock and Two Smoking Barrels" və 2000-ci ildə "Qapışma"da rol aldı.
Matthaus Seutter
Georq Matthaus Seutter (1678-1757)—Almaniya coğrafiyaşünası. == Həyatı == Məşhur alman coğrafiyaşünası Georg Matthäus Seutter (1647-1756) öz xəritəsində bütün cənubi Qafqazı Azərbaycan və Şirvanın tərkibində göstərmişdir. Bu xəritədə Ermənistan ümumiyyətlə yoxdur, onun ərazisi Azərbaycanın tərkibində göstərilir.
Qetter Yaani
Qetter Yaani (est. Getter Jaani; d. 3 fevral 1993, Tallin) — Estoniya pop-müğənnisi. 2011 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı "Rockfeller Street" (azərb. Rokfeller küçəsi‎) mahnısı ilə təmsil etmiş, finala çıxmış, 24-cü yeri tutmuşdur. == Bioqrafiya == 1993-cü ilin 3 fevralında Tallində anadan olmuş və böyümüşdür. 2015-ci ildə gecə məktəbindən məzun olaraq diplomunu almışdır. İlk dəfə "Eesti otsib superstaari" (azərb. Estoniya super ulduz axtarışındadır‎) müsabiqəsinin 3-cü mövsümündə tanınmış və 4-cü yeri tutmuşdur. 2011-ci ildə 2011 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmişdir və "Rockfeller Street" mahnısı ilə finalda 24-cü yeri tutmuşdur.
Seattle SuperSonics
Seattle SuperSonics, NBA-də Pasifik Grupunda yer almış, 1967-2008-ci illərdə fəaliyyətdə olmuş, Sietl, Vaşinqtonu təmsil etmiş basketbol klubudur.
Sebastian Fettel
Sebastyan Fettel (alm. Sebastian Vettel‎; d. 3 iyul 1987, Heppenhaim, Almaniya) — Almaniya avtopilotu. Formula 1 seriyasının dörd dəfə dünya çempionu (2010, 2011, 2012 və 2013). 2010-cu ildə Fettel Almaniyada ilin ən yaxşı idmançısı olaraq tanınıb. == Bioqrafiya == Sebastyan Fettel 1987-ci il iyulun 3-də Almaniyanın Heppenhaym şəhərində Norbert Fettel və Heyke Fettelin ailəsində doğulub. Onun Fabian adlı özündən balaca qardaşı, Melani və Stefani adlı böyük bacıları var. Onun uşaqlıqda üç kumiri olub – Mixael Şumaxer, Maykl Cordan və Maykl Cekson. Uşaqlığında Maykl Cekson kimi mahnı oxumaq istədiyini, lakin səsi olmadığını bildirir. Fettel uşaqlıqdan tanıdığı Hanna Patter ilə münasibətdədir.
Sebastyan Fettel
Sebastyan Fettel (alm. Sebastian Vettel‎; d. 3 iyul 1987, Heppenhaim, Almaniya) — Almaniya avtopilotu. Formula 1 seriyasının dörd dəfə dünya çempionu (2010, 2011, 2012 və 2013). 2010-cu ildə Fettel Almaniyada ilin ən yaxşı idmançısı olaraq tanınıb. == Bioqrafiya == Sebastyan Fettel 1987-ci il iyulun 3-də Almaniyanın Heppenhaym şəhərində Norbert Fettel və Heyke Fettelin ailəsində doğulub. Onun Fabian adlı özündən balaca qardaşı, Melani və Stefani adlı böyük bacıları var. Onun uşaqlıqda üç kumiri olub – Mixael Şumaxer, Maykl Cordan və Maykl Cekson. Uşaqlığında Maykl Cekson kimi mahnı oxumaq istədiyini, lakin səsi olmadığını bildirir. Fettel uşaqlıqdan tanıdığı Hanna Patter ilə münasibətdədir.
Setzer süleysünü
Setzer süleysünü və ya İran Sıçanabənzər süleysini(lat. Myomimus setzeri) — Gəmiricilər dəstəsinə, Sıçanabənzər süleysinlər cinsinə aid heyvan növü. Yayılma arealı: İran, Türkiyə, Azərbaycan. == Mənbə == Baillie, J. 1996. Myomimus setzeri . 2006 IUCN Red List of Threatened Species.
Netten burnu
Netten burnu (çuk. Нэтъэн) — İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çukotski rayonu ərazisində yerləşir. Sahillərini Çukot dənizinin suları yuyur. Eskimosca (esk. Натуӄ) «çiçəklənən» mənasını verir. Burunda qədim eskimos düşərgəsi və qütb stansiyası vardır.
Senter-Layn
Senter-Layn (ing. Center Line) — ABŞ-nin Miçiqan ştatının Makom dairəsində yerləşən şəhər.
Con Dette
Conatan Dette (ing. Jonathan Dette; d. 19 aprel 1970, San-Dieqo, Kaliforniya) — Amerikalı treş-metal barabançısı. O, Testament, Anthrax, Slayer kimi məşhur metal qruplarında ifa etmişdir.
Mette Frederiksen
Mette Frederiksen (dan. Mette Frederiksen; 19 noyabr 1977, Olborq, Danimarka) — 2019-cu ilin iyunundan etibarən Danimarkanın Baş naziri, 2015-ci ilin iyunundan etibarən isə Sosial Demokratların lideri olan danimarkalı siyasətçi. Həmkarlar ittifaqı işçisi kimi çox qısa fəaliyyətinə əlavə olaraq, Frederiksen heç vaxt siyasətdən kənar heç bir işlə məşğul olmadı. İlk dəfə 2001-ci il ümumi seçkilərində Folketinqə seçildi və Kopenhagen əyalətini təmsil etdi. Sosial Demokratlar 2011-ci il ümumi seçkilərində qalib gəldikdən sonra Baş nazir Helle Torninq-Şmitt tərəfindən Məşğulluq Naziri təyin edildi. 2014-cü ildə Ədliyyə Naziri vəzifəsinə yüksəldi. 2015-ci il ümumi seçkilərində Sosial Demokratların kiçik fərqlə məğlubiyyətindən sonra Torninq-Şmitt istefa etdi və Frederiksen onu əvəz etmək üçün növbəti seçkilərində qalib gələrək müxalifət lideri oldu. Frederiksen partiyasını 2019-cu il ümumi seçkilərinə apardı, nəticədə sol və mərkəz-sol partiyaların bloku Folketinqdə çoxluq qazandı. Frederiksen Kraliça II Marqrete tərəfindən yeni hökumət qurmaqda danışıqlara rəhbərlik etmək üçün təyin olundu və 27 iyunda Baş nazir olaraq and içdi. == Həyatı == Danimarkanın şimalında Olborq şəhərində anadan olub.
Mətbəə
Mətbəə — müxtəlif sahələr üzrə çap materialı istehsal edən xüsusi müəssisə. Azərbaycanda ilk çap dəzgahı hələ XIX əsrin əvvəllərində Təbrizdə quraşdırılmışdır. Daha sonra 1830-cu ildə isə Şuşada mətbəə fəaliyyətə başlamışdı. XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasına gətirib çıxardır. Çətinliklə olsa da görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək "ƏKİNÇİ" qəzetinin nəşrinə icazə ala bildi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb qrafikalı mətbəə şriftləri gətizdirdi və nəhayət xeyli əziyyətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qəzetin ilk nömrəsi işıq üzü gördü. Beləliklə milli mətbuatımızın əsası qoyuldu. Azərbaycan mətbuatı üçün Əkinçinin ayağı yüngül oldu . Bir çox yazıçı və şairlər öz əsərlərini qəzet və jurnallarda dərc edirdilər. Yazdıqlarını kitab şəklində görmək istəyən bu ədiblər vəsait tapan kimi mətbəə açmağa çalışırdılar .
Səttar
Səttar — Azərbaycanlı kişi adı. Səttar (xanəndə) — xanəndə. Səttar (müğənni) — azərbaycanlı olan İran pop müğənnisi. Səttar Bəhlulzadə — rəssam.
Leta Stetter Hollinqvort
Leta Stetter Hollinqvort (25 may 1886 – 27 noyabr 1939) — amerikalı psixoloq. Xüsusilə İntellekt əmsalı və istedadlı uşaqlar üzərində gördüyü işlər ilə tanınan psixoloqdur. İstedadlı uşaqlarla yanaşı, klinik psixologiya, təhsil psixologiyası və qadınların psixologiyası ilə bağlı araşdırmalar aparmışdır. Eyni zamanda qadınlarla bağlı stereotiplərin aşılmasına mühüm töhfələr vermişdir. == Həyatı == L. S. Hollinqvort 1886-cı ildə Nebraska-da anadan olmuşdur. Anasının erkən ölümü və atasının evi tərk etməsi səbəbiylə çətin bir uşaqlıq həyatı olmuşdur. 15 yaşında yerli qəzetlərdədə məqalələr dərc etməyə başladı. 1902-ci ildə orta məktəbi bitirdikdən sonra Nebraska Universitetində ədəbiyyat təhsili aldı. Bu vaxt, psixologiya aspirantı olan Harri Levi Hallinqvor ilə nişanlandı. Nişanlısı doktorluq təhsili almaq üçün Kolumbiya Universitetinə getdi və Ceyms Makkin Kettellin tələbəsi oldu.
Satter qraflığı (Kaliforniya)
Satter (ing. Sutter) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 94,737 nəfər olmuşdur. Mərkəzi Yuba-Siti şəhəridir.
Better Call Saul
Ən yaxşısı Sola zəng et (ing. Better Call Saul) — Vins Qilliqan və Piter Quld(en) tərəfindən yaradılmış amerikan cinayət–drama teleserialı. Qilliqanın yaradıcısı olduğu əvvəlki işi "BədBəxt"in (2008–2013) spin-offudur. "Ən yaxşısı Sola zəng et" AMC telekanalında 8 fevral 2015-ci ildən 15 avqust 2022-ci ilə qədər altı mövsüm 63 seriya yayımlanaraq sona çatmışdır. Hadisələr 2000-ci illərin əvvəllərində, "BədBəxt"dən illər öncə Albukerkedə cərəyan edir. Serial ağır cinayətləri örtbastır edən vəkil – hazırda Sol Qudman(en) kimi fəaliyyət göstərən keçmiş dələduz Cimmi MakQilldən (Bob Odenkirk(en)) bəhs edir. Serialın digər önəmli personajları arasında narkotik tacirləri ilə əməkdaşlıq edən korrupsiyoner polis məmuru Mayk Ermantraut(en) (Conatan Benks(en)), Cimminin sevdiyi həmkarı Kim Veksler(en) (Rey Sihorn(en)), öz doğma qardaşı və düşməni Çak MakQill(en) (Maykl Makkin(en)), Çakın hüquqşünası Hovard Hemlin(en) (Patrik Fabian(en)), narkotik satıcısı Naço Varqa(en) (Maykl Mendo(en)), narkobaron Qus Frinq(en) (Cankarlo Ezpozito(en)) və kartel rəhbəri Lalo Salamanka(en) (Toni Dalton(en)) var. Serialda həmçinin Solun narkobaron Volter Vayt (Brayan Krenston) ilə tərəfdaşlığı da işıqlandırılmışdır. == İstinadlar == == Xarici keçidlər == amc.com/shows/better-call-saul--1002228 — Ən yaxşısı Sola zəng et rəsmi saytı Ən yaxşısı Sola zəng et Netflix-də Ən yaxşısı Sola zəng et — Internet Movie Database saytında.
Sətər
Sətər — İranın Kirmanşah ostanının Sonqur şəhristanının Kolyai bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 354 ailədən ibarət idi.
Əmtəə
Əmtəə — İqtisadi nəzəriyyədə müştərilərin istəklərini qarşılayan və faydalılıq təmin edən məhsul və xidmətlərdir. Əsasən əmtəələr və xidmətlər fərqləndirilir. İqtisadi nəzəriyyədə bütün əmtəələr maddi hesab edilsə də, həqiqətdə informasiya (və ya Məlumat) kimi əmtəələr qeyri-maddi əmtəələrdir. Misal üçün, digər əmtəələr arasında Alma maddi obyekt olsa da, xəbər qeyri-maddi sinif əmtəələrə aiddir və yalnız Kompüter, Mətbəə kimi alətlər vasitəsilə qavranıla bilir. == Əmtəələrin faydalılıq xarakteristikası == Əmtəələr öz faydalılığını artıra və azalda bilər və ya marjinal faydalı əmtəə kimi təsvir edilə bilər. Atmosfer kimi bəzi şeylər faydalıdır amma iqtisadi dəyəri yoxdur. Bunlar "pulsuz əmtəələr"ə daxildirlər. İqtisadi nəzəriyyədə pis yaxşının əksidir. Belə ki, hər hansı bir obyektin yaxşı və ya pis olması onun fərdi istehlakçısından asılıdır və buna görə də bütün əmtəələrin hər zaman yaxşı olmadığını anlamaq önəmlidir. == Əmtəələrin növləri == Əmtəələr fərqli xarakteristikalarına görə maddilik və ya nisbi elastiklik kimi müxtəlif kateqoriyalara bölünürlər.
Should've Known Better
Should've Known Better (azərbaycanca: Yaxşı bilmək lazım idi) — Danimarka 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Soluna Samay ifa etdiyi mahnıdır. 23-ci yeri tutdu.
Sabiha Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. == Həyatı == 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Səbihə Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. == Həyatı == 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Səftər Cəfərov
Səftər Məmməd oğlu Cəfərov (1900, Pirşağı, Bakı qəzası – 16 noyabr 1961, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1959–1961). == Həyatı == Səftər Cəfərov 1900-cü ildə Bakı qəzasının Pirşağı kəndində kəndli ailəsində anadan olmuşdur. 15 yaşından işləməyə başlamış, xüsusi sahibkarların yanında fəhləlik etmişdir. Həmin illərdə fəhlə hərəkatına qoşulmuşdur. 1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqda Səftər Cəfərov Qızıl Orduya daxil olmuş, həmin ilin oktyabrında isə Sov. İKP üzvlüyünə qəbul edilmişdir. O, Qızıl Orduda 1932-ci ilədək xidmət etmiş, sıravi əsgər rütbəsindən siyasi işçi vəzifəsinədək yüksəlmişdir. Batalyon və polk hərbi komissarı, diviziya qərargahı rəisinin siyasi hissə üzrə köməkçisi, sonra isə Styopin adına Azərbaycan ikinci Qafqaz atıcı diviziyasının və Xəzər hərbi donanmasının hərbi prokuroru olmuşdur. 1932-ci ildən 1935-ci ilədək Azərbaycan SSR-in prokuroru, 1933-cü ildən eyni zamanda Azərbaycan SSR xalq ədliyyə komissarı vəzifəsində işləmişdir. Sonralar Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri, Moskvada SSRİ Xalq Komissarları Soveti yanında Azərbaycan SSR-in daimi nümayəndəsi olmuş, 1940-cı ilin oktyabrında isə Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsinə təyin edilmişdir.
Səftər Məmmədov
Səftər Quliyev
Quliyev Səftər Mehdi oğlu - texnika elmləri doktoru (1948), professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (1959). == Həyatı == Səftər Quliyev 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və qaz quyularının qazılması ixtisası üzrə bitirmişdir. 1939-cu ildə "Qazıma boruları dəstəsinin tarazlığının dayanıqlı formaları barədə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edə­rək texnika üzrə fəlsəfə doktoru, 1948-ci ildə isə "Neft quyuları üçün çınqıllı filtrlər" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi də­rəcələrini almışdır. Səftər Quliyev 1955-ci ildə Azərbaycan EA müxbir üzvü, 1959-cu ildə isə həqiqi üzvü seçilmişdir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1928-ci ildə başlayan Səftər Quliyev 1928-1942-ci illərdə "Azərneft" İB-nin qazma müəssisələrində texnik vəzifəsində çalışmış, baş mühəndisə qədər müxtəlif vəzifələri icra etmişdir. 1932-1960-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft və qaz quyularının qazılması kafedrasında assistent, dosent, professor kimi fəaliyyət göstərmiş, habelə ilk azərbaycanlı kafedra rəhbəri işləmişdir. 1945-ci ildə Quliyev S.M. Azərbaycan EA-nın yenidən yaradılmış Neft İnstitutunda elmi işlər üzrə direktor müavini təyin edilmişdi. 1960-1971-ci illərdə AEA-nın Dərin Neft Qaz Yataqları Problemləri İnstitutunun direktoru ol­muş­dur. Səftər Quliyev uzun müddət keçmiş İttifaqın Ali Attestasiya Komissiyasının Dağ Ekspert Komissiyasının üz­vü, neft və qaz səna­yesinin Azərbaycan Elmi-Texniki Cəmiyyətinin fəxri üzvü olmuşdur.
Səftər Turabov
Səftər Turabov (15.03.1910 Bakı - 26.11.1989 Bakı) — Azərbaycan rejissoru, əməkdar incəsənət xadimi. == Həyatı == 16 yaşında Milli Dram Teatrında səhnə fəhləsi kimi əmək fəaliyyətinə başlayıb. 1934-cü ildə Bakı Teatr Məktəbini bitirib. Səftər Turabov Milli Dram Teatrında Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", Zeynal Xəlilin, "İntiqam", Mir Cəlalın "Mirzə Xəyal", Tur qardaşlarının "Bir evin sirri", Əbdürrəhim bəy Haqverdiyevin "Köhnə dudman" və digər əsərlərə quruluş vermişdir. Səftər Turabov 1954-cü ildə Azərbaycan Musiqili Komediya Teatrında, 1956-cı ildən Dövlət Radiosunda rejissor işləyib. Azərbaycan İncəsənət İnstitutunda rejissor və aktyorluq sənəti müəllimi vəzifəsində işləyib.
Sərtəkə (Sərdəşt)
Sərtəkə (fars. ‎سارتكه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 304 nəfər yaşayır (47 ailə).
Səttar (müğənni)
Əbdülhəsən Səttarpur (d. 19 noyabr 1949; Tehran, İran) — azərbaycan əsilli İran pop müğənnisi. == Həyatı == Əbdülhəsən Səttarpur 19 noyabr 1949-cu ildə Tehran şəhərində anadan olmuşdur. Səttarpurun anası fars, atası isə azərbaycanlı idi.
Səttar Zülfüqarov
Səttar Abuzər oğlu Zülfüqarov (26 iyun 1910, Çiçi, Quba qəzası – oktyabr 1976) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ət və süd sənayesi naziri (1965–1971). == Həyatı == Səttar Abuzər oğlu Zülfüqarov 1910-cu ildə hazırkı Quba rayonunun Çiçi kəndində kəndli ailəsində anadan olmuşdur. 1931-ci ildən inşaatçı-texnik işləmiş, 1934-cü ildən Pyatiqorsk Zootexnika İnstitutunun tələbəsi olmuşdur. Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini almışdır. 1938-ci ildə institutu bitirən Səttar Zülfüqarov Ağstafa atcılıq zavodunda işləmişdir. 1939–1943-cü illərdə o, burada zootexnik, zavodun direktoru vəzifələrində çalışmışdır. 1943-cü ildən Azərbaycan SSR xalq əkinçilik komissarının müavini və sovxozlar nazirinin müavini olmuşdur. 1950-ci ildən Bakı ət kombinatının baş zootexniki, atçılıq zavodunun direktoru, Azərbaycan SSR Nazirlər Sovetinin heyvandarlıq bölməsinin rəisi, 1959-cu ildən isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifələrində çalışmışdır. 1962–1965-ci illərdə Səttar Zülfüqarov tədarük nazirinin müavini, quşçuluq sənayesi idarəsinin rəisi, kənd təsərrüfatı nazirinin müavini vəzifələrində işləmişdir. 1965-ci ilin oktyabrında Azərbaycan SSR ət və süd sənayesi naziri təyin edilmişdir.
Səttar Zərdablı
Zərdablı Səttar Mahmud oğlu (d. 5 may 1937, Allahqulubağı, Zərdab rayonu — ö. 29 oktyabr 2014, Bakı) — şair, publisist, ssenari müəllifi, kino redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977). == Həyat və fəaliyyəti == Səttar Zərdablı 1937-ci ilin mayın 5-də Zərdab rayonunun Allahqulubağı kəndində anadan olub. M. Qirki adına Zərdab orta məktəbini bitirəndən sonra 1957–1959-cu illərdə Bakı Mədəni Maarif Texnikumunun mədəni-maarif şöbəsində, 1959-cu ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil almışdır. 1964–1979-cu illərdə patiyanın XXII qurultayı adına Bakı Neftayırma zavodunun klubuna bədii rəhbər, Azərbaycan Yazıçılar Birliyinin Natavan adına klubunda müdir, Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılığı Evində məsləhətçi, "Mozalan" satirik kinojurnalında redaktor olmuşdur. 1981-ci ildə "Kirpi" satirik jurnalının felyetonlar şöbəsinin əməkdaşı, 1992-ci ildə "Mozalan" müstəqil ictimai-siyasi satirik qəzetinin felyetonlar şöbəsinin müdiri vəzifələrində çalışmış, 1994-cü ildən "Güzgü" qəzetinin baş redaktoru olmuşdur. 1992-ci ildə H. Zərdabi Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin prezidenti olmuş şair öz şəxsi maşınını sataraq Həsən bəy Zərdabinin qəbrini düzəltdirmiş, eyni zamanda Terrora Qarşı Beynəlxalq İdeoloji Mübarizə Mərkəzinin sədri olmuşdur. İlk şeiri olan "Şəlalə" adlı qoşma 1958-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur. Onun yaradıcılığında " Lenin haqqında nəğmələrim" silsilə şeirlər başlıca yer tuturdu.
Səttar Əsədov
Səttar Məcid oğlu Əsədov (15 mart 1910, Şuşa – 11 fevral 1974, Bakı) — Azərbaycan zooloq–parazitoloqu, biologiya elmləri doktoru (1961), professor (1969), Azərbaycan SSR EA-nın həqiq üzvü (1968), akademik. == Həyatı == Səttar Əsədov 15 mart 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Ali təhsilini 1939-cu ildə Bakı Dövlət Universtetinin Biologiya fakültəsində almışdır. 1945-ci ildə biologiya üzrə fəlsəfə doktoru, 1961-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir. 1962-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir. == Əmək fəaliyyəti == Azərbaycan SSR EA Zoologiya İnstitutunda direktor müavini (1948–1950), direktor (1950–1960) olmuşdur. 1960–1974-cü illərdə təşkil etdiyi ekoloji parazitologiya laboratoriyasının rəhbəri idi. Əsas tədqiqatı parazitologiyanın mühüm nəzəri məsələlərinə, sahiblərə və landşafta görə parazitlərin spesifikliyinə, onların təbii və məhəlli ocaqlarına həsr edilmişdir. Səttar Əsədov Azərbaycan ərazisini ekoloji helmintoloji rayonlara ayırmış və bu məqsədlə xəritələr tərtib etmişdir. Onun ixtisaslı kadrlar hazırlanmasında xidməti var.
Səttarə Fərmanfərmaiyan
Səttarə Fərmanfərmaiyan — şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Məsumə xanımın qızı idi. O, İranın Sosial iş anası kimi tanınır. Məryəm Fərmanfərmaiyan, onun ögey bacısı və Məhəmməd Musaddıq əmməsi oğlu idi.
Better Love (Katerina Duska mahnısı)
Better Love (azərb. Daha yaxşı sevgi‎) — Yunanıstanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Katerina Duska "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı ifaçı Katerina Duska və Leon of Athens tərəfindən bəstələnmişdir.
There'd Better Be a Mirrorball
"There'd Better Be a Mirrorball" — İngilis rok qrupu Arctic Monkeys mahnısı. 29 avqust 2022-ci ildə yeddinci studiya albomu The Car-ın ilk sinqlı kimi, musiqi videosu ilə birlikdə buraxıldı. == Musiqi videosu == Mahnı klipinin rejissorluğunu solist Aleks Törner edib. Videoda mahnının yazılma prosesi zaman qrup göstərilir.