SETTER

n 1. setter (it cinsi); 2. k.t. əkici maşın; 3. quran, qoyan (tələ); the ~ of a trap tələ quran

SETTEE
SETTING
OBASTAN VİKİ
İngilis setteri
İngilis setteri, İngiltərədə yetişdirilmiş olan ov iti cinsidir. İlk setter 1500-cü illərdə Fransada inkişaf etdirilmişdir. Təxminən 3 əsr sonra isə ingilis setteri inkişaf etdirilən it yetişdiricisi (Laverack) ilə bərabər İngiltərəyə aparılmışdır. Buna görə də bu itlərə Laverak setter (Laverack Setter) də deyirlər. İlk pointerlar ilə spaniellərin mələzləşdirilməsi yolu ilə əldə edilmiş olan ingilis setterinin erkəklərinin orta boyu 61-68 sm, dişiləri üçün isə, orta hesabla 59-66 sm arasında, çəkiləri isə erkəklərində orta hesabla 20-35 kq dişilərində isə orta hesabla yenə də 20-35 kq arasında dəyişiklik nümayiş etdirir. Ağ rəngin üstündə qara, qəhvəyi, sarı, narıncı və s. rənglərlə ləkəli dərisi, uzun ipək tüklər ilə örtülmüşdür. Qarın və ayaq nahiyyələri istiqamətində hərəkət edən uzun tükləri bu növün fərqli olmasına səbəb olmuşdur. Ov üçün yetişdirilməklə yanaşı, bəzən evlərdə bəzək iti kimi də saxlanılır.