Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sikkə
Sikkə — metaldan və ya başqa materialdan düzəldilmiş müəyyən forma, kütlə və dəyərə malik pul kütləsidir. Hazırda xırda pul kimi işlənən, eləcə də kolleksiya, xatirə və investisiya sikkələri buraxılır. Adətən sikkələr dairə formasında hazırlanır. Sikkənin üzərində zərb olunduğu yer, tarix, hökmdarın və ya ilahların təsviri, mühüm tarixi hadisə təsvir oluna bilər. == Etiomologiya == Sikkə sözu ərəb mənşəli sözdur. Dilimizə ərəb işğalından sonra keçmişdir. == Tarix == İlk sikkələr demək olar ki, e.ə. VII əsrdə qədim Çin və qədim Lidiya dövlətində meydana gəlmişdir. İlk qızıl sikkələr 2500 il bundan əvvəl Lidiyada (Kiçik Asiyanın qərb hissəsi) yaranıb. İlk dövrlərdə tədavüldə eyni zamanda qızıldan və gümüşdən düzəldilmiş sikkələr olmuşdur.
Lil sirkəni
Türkmən sirkəni
Türkmən sirkəni (lat. Atriplex leucoclada) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik və Orta Asiya, İran, Rusiya və Qafqazda yayılmışdır. == Botaniki təsviri == 20-75 sm hündürlüyündə, qollu-budaqlı, şaxələnmiş, ağımtıl budaqları olan çoxillik yarımkoldur. Yarpaqları kiçik, uzunsov-yumurtavari, təxminən oturaq, küt, oyuq-dişli, hər iki tərəfdən möhkəm, ağımtıl və ya gümüşü-unludur. Çiçəkləri qoltuqlarda sünbülvari çiçək qruplarında yerləşir. Dişi çiçəklərin çiçəkyanlığı yoxdur, erkəkcikləri beş üzvlüdür. İyul-avqust aylarında çiçəkləyir. Sentyabr-oktyabr aylarında meyvə verir. == Ekologiyası == Gilli, adətən şorlaşmış torpaqlarda bitir.
Şoranlıq sirkəni
Şoranlıq sirkəni (lat. Atriplex halimus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Mərkəzi asiya sirkəni
Bilon sikkə
Bilon sikkə — natamam qiymətli xırda metal pul. Bilon sikkənin nominal dəyəri ibarət olduğu metalın və kəsilməsinə xərclənən xərcin dəyərindən yüksək olur; bu fərq dövlət büdcəsinə sikkə gəliri kimi daxil edilir. Bilon sikkə qızılın əvəzedicisi və nəticə etibarilə dəyər nişanıdır.
Sikkə çevrəsi
Sikkə çevrəsi — sikkə, dairəvi jetonlar, medallar və s. kənarı. Sikkə çevrələri adətən tərtib edilmiş olurlar. Tərtib edilməmiş çevrənin xarici görünüşü sikkənin istehsal texnologiyasından asılıdır. Əvvəlcədən hazırlanmış nümunələr üzrə zərbedilmə işi zamanı o, zəif tərtib edilmiş hamar düz silindrə bənzəyir; sikkə metal zolaqdan kəsildiyi zaman isə zəif tərtib edilmiş çoxüzlüyə oxşayır.
Şirəçi
Şirəçi — İğdır ilinin Qaraqoyunlu ilçəsində kənd. == Coğrafiyası == == Əhalisi == === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən, Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Daşburun kənd cəmiyyətinin Şirəçi kəndində 219 nəfər əhali yaşayırdı, onların hamısını etnik tatarlar (azərbaycanlılar) təşkil edirdi.
1000 manatlıq sikkə
1000 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri. == Həmçinin bax == 1000 manatlıq əsginas == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
100 manatlıq sikkə
100 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri. == Həmçinin bax == 100 manatlıq əsginas == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
10 qəpiklik sikkə
10 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 10 qəpiklik sikkələr Qarabağ mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 10 qəpiklik sikkələr latunla örtülmüş qızılı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 10 qəpiklik sikkələrin ölçüsi isə 22,25 mm, çəkisi isə 5,25 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
1 qəpiklik sikkə
1 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. Bu sikkə Azərbaycanın digər sikkələri ilə müqayisədə ən aşağı nominal dəyərə malikdir. == Mövzusu == Hazırda dövriyyədə olan 1 qəpiklik sikkələr mədəniyyət mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 1 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsü və kütləsi == 2006-cı ildə dövriyyəyə buraxılmış 1 qəpiklik sikkələrin ölçüsi isə 16,25 mm, kütləsi isə 2,8 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
20 qəpiklik sikkə
20 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 20 qəpiklik sikkələr təhsil və gələcək mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 20 qəpiklik sikkələr latunla örtülmüş qızılı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 20 qəpiklik sikkələrin ölçüsi isə 24,25 mm, çəkisi isə 6,6 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
3 qəpiklik sikkə
3 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 3 qəpiklik sikkələr yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 3 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 3 qəpiklik sikkələrin ölçüsi isə 18 mm, çəkisi isə 3,45 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
500 manatlıq sikkə
500 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri. == Həmçinin bax == 500 manatlıq əsginas == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
50 manatlıq sikkə
50 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri. == Həmçinin bax == 50 manatlıq əsginas == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
50 qəpiklik sikkə
50 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 50 qəpiklik sikkələr iqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan yeganə bikolor sikkə – 50 qəpiklik sikkələr latun və nikellə örtülmüş ikirəngli – qızılı və gümüşü rəngdədir. Yan tərəfləri fərdi üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 50 qəpiklik sikkələrin ölçüsi isə 25,5 mm, çəkisi isə 7,7 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
5 batlıq sikkə
5 batlıq sikkə (tay เหรียญ 5 บาท) — Tailandda işlədilən bat sikkələrindən biri. 1988-ci ildən dövriyyədədir. 500 satanqa bərabərdir. Sikkənin ön tərəfində Tailand kralı Bhumibol Adulyadeyin portreti, arxa tərəfindən isə Banqkokda yerləşən Vat Bençamabofit buddist mədəninin görünütüsü əks olunmuşdur. == 2009-cu il dəyişiklikləri == 2 fevral 2009-cu ildə Tailand Xəzinə Departamenti sikkə ilə bağlı bir neçə dəyişiklik tətbiq edəcəyini açıqlamışdır. Sikkənin ağırlığı 7,5 qramdan 6 qrama düşürülmüşdür və qalınlığı azaldılmışdır. Lakin metal tərkibi və digər xüsusiyyətlər olduğu kimi saxlanılmışdır.
5 manatlıq sikkə
5 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri. == Həmçinin bax == 5 manatlıq əsginas == İstinadlar == == Xarici keçidlər == Mərkəzi Bank tədavülə 5 manatlıq gümüş yubiley pul nişanı buraxıb Pul.
5 qəpiklik sikkə
5 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. 2023-cü ildə yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb. Hər iki sikkə paralel olaraq dövriyyədə olacaq. == Mövzusu == Hazırda dövriyyədə olan 5 qəpiklik sikkələr tarix mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 5 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 5 qəpiklik sikkələrin ölçüsi isə 19,75 mm, çəkisi isə 4,85 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
Hadrut sikkə dəfinəsi
Hadrut sikkə dəfinəsi — Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsində aşkarlanan dəfinədə olan numizmatik materiallar. == Tapılma yeri və ümumi məlumat == Hadrut dəfinəsi Azərbaycan xanlıqlarının pul təsərrüfatını açıqlayır. 1939-cu ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində gümüş sikkələr dəfinəsi aşkarlanmışdır. Dəfinədəki 64 (altmış dörd) ədəd sikkə illi Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. Dəfinədəki sikkələrin numizmatik təyinatı nəticəsində Azərbaycan xanlıqları (1185–1205 = 1771–1790-ci illərin Şamaxı, 1189–1206 =1775 – 1791-ci illərin Gəncə və 1209 = 1794-cü ilin Pənahabad) dövrünə aid gümüş abbasılardan ibarət olduğu müəyyən edilmişdir. == Səciyyəvi xüsusiyyətləri == Şamaxı xanlığı NF 34555. Şamaxı xanlığı. 1186 = 1772, gümüş abbası, 3,04 qGəncə xanlığı NF 34575. Gəncə xanlığı. 1189 = 1775, gümüş abbası, 2,98Qarabağ xanlığı NF 34580.
Ailə şirkəti
Ailə şirkətləri — səsvermə hüquqlu səhmlərin əskəriyyətinin hakim/nəzarət edən ailədə (o cümlədən, şirkəti öz xələflərinə ötürmək niyyəti olan təsisçi(lər)də) cəmləşdiyi şirkətdir. == Haqqında == Ailə şirkətləri dünyada ən erkən və çox yayılmış işgüzar fəaliyyət növüdür. Bir çox ölkədə ailə şirkətləri işgüzar fəaliyyətdə 70%-dən artıq çəkiyə malikdir, iqtisadi artımın və işçi qüvvənin məşğulluqla təmin edilməsində aparıcı mövqeyə malikdir. Misal üçün, İspaniyada ailə şirkətləri işgüzar fəaliyyətin təxminən 75%-i təşkil edir və ümumdaxili məhsulun orta hesabla 65%-i hasil edir. Oxşar mənzərə Latın Amerikasında da müşahidə edilir – bu regionun məcmu ümumdaxili məhsulunun təxminən 60%-i ailə şirkətləri hesabına yaranır. Ailə şirkətləri kiçik və orta şirkətlərdən müxtəlif sənaye və ölkədə fəaliyyət göstərən nəhəng şirkətlərə qədər fərqlənir. Ailə şirkətlərində olan bəzi tanınmış şirkətlər sırasına aşağıdakılar daxildir: Salvatore Ferragamo, Benetton, Fiat Group (İtaliya); L’Oreal, Carrefour Group, LVMH, Michelin (Fransa); Samsung, Hyundai Motor, LG Group (Cənubi Koreya); BMW, Siemens (Almaniya); Kikkoman, Ito-Yokado (Yaponiya); Ford Motors Co, Wal-Mart Stores (ABŞ). Ailə şirkətləri əsasında qurulmuş şirkətlərin əksəriyyəti təsisçinin rəhbərlik dövründən sonra çox qısa ömür sürür və bu şirkətlərin təxminən 95%-i sahibkarların üçüncü nəslindən sonra ailə şirkətləri kimi artıq mövcud olmur. Bir çox halda bu, xələflərin inkişaf edən şirkətlə bağlı tələblərin və daha da böyümüş ailənin tələbatının öhdəsindən gəlməyə hazır olmamalarının nəticəsi ilə bağlıdır. Düzgün idarəetmə strukturlarının nizama salınması və xələflərin ailə şirkətləri mövzusunda savadlanmasının mümkün qədər tez başlaması ailə şirkətlərinin davam etməsi imkanlarını artıra bilər.
Asiya şirkəti
Asiya şirkəti (dan. Asiatisk Kompagni) — XVIII əsrdə Hindistan və Çin ilə ticarət etmək üçün qurulan Danimarka ticarət şirkəti. == Tarixi == Asiya şirkəti 1732-ci ildə (digər mənbələrə görə — 1730-cu ildə) əsasən çürümüş Danimarka Şərqi Hindistan Şirkətinin keçmiş səhmdarları tərəfindən quruldu və krallıq imtiyazına görə, Hind Okeanı bölgəsində və Çində yerləşən ölkələrlə ticarətdə inhisar aldı. Təşkilati olaraq şirkət ən böyük səhmdarları Kopenhagen tacirləri olan bir səhmdar cəmiyyətdi. Şirkətin nizamnamə kapitalı 100 min riksdalerdən ibarət idi və hər biri 250 riksdalerin 400 səhminə bölündü. Şirkət 1732-dən 1807-ci ilə qədər inkişaf etmişdir. O dövrdə Kopenhagen Şərqi Hindistan və Çin ticarəti üçün böyük bir mərkəz idi və Danimarka Avropa hərbi münaqişələri zamanı bitərəf qaldıqda şirkət əhəmiyyətli mənfəət əldə etdi. 1734-1745-ci illər arasında Danimarkaya 9,1 milyon Riksdaler dəyərində mal idxal edildi. Bu illər ərzində Şərqi Hindistana 15, Çinə 17 gəmi göndərildi və 1746 - 1765 arasında onların sayı müvafiq olaraq 27 və 38 gəmiyə yüksəldi. 1772-ci ildə imtiyazın bitməsindən sonra Şərqi Hindistan ilə ticarət sərbəst hala gəldi, lakin şirkətə 20 il müddətinə bu bölgəyə gəmi göndərən şəxslərdən müəyyən miqdarda haqq alma hüququ verildi.
Cerolamo Sakkeri
Cerolamo Sakkeri (ing. Giovanni Girolamo Saccheri, ən tezi 4 sentyabr 1667 və ən geci 5 sentyabr 1667, San-Remo, Liquriya – 25 oktyabr 1733[…], Milan) — İtalyan riyaziyyatçısı və məntiqçisidir; öz tədqiqatları ilə qeyri-evkilid həndəsəsinin kəşfinə yardım edən riyaziyyatçılardan biridir; əksini fərz etməklə Evklidin beşinci (paralel düz xətlər haqqında) postulatını isbat etməyə cəhd etmişdir..
Holdinq şirkəti
Holdinq — iki və daha çox şirkət və ya müəssisənin, gəlir əldə etmək məqsədi ilə birləşməsidir. Bir başqa adla Şirkətlər Qrupu deməkdir. Holdinqlərə bağlı şirkət və müəssisələr bir mərkəzdən idarə olunur, müxtəlif sahələrdə fəaliyyət göstərir. Holdinqlər əksər halda bir qrup sahibkar və yaxud bir ailə tərəfindən idarə olunur.
Kodak şirkəti
Kodak — fototexnika və kinoməhsullar istehsal edən məşhur ABŞ şirkəti. Mənzil-qərargahı ABŞ-nin Nyu-York ştatının Roçester şəhərində yerləşir. == Mülkiyyət == Şirkət səhmləşdirilib və azad satışdadır.2011-ci ilin yanvarına əsas səhm sahibləri aşağıdakılar idi: Legg Mason Capital Management (21,6 %). Vanguard Group (5,5 %). BlackRock Institutional Trust Company (5,1 %).
Pulman şirkəti
Pulman şirkəti (ing. Pullman Company) — 1867-ci ildə Corc Pulman tərəfindən yaradılmış şirkət. Şirkət dəmiryolu vaqonlarının istehsalı ilə məşğul olur. ABŞ-də iqtisadi inkişafın yaşandığı illərdə, ölkənin dəmiryol vaqonlarına olan ehtiyacını tək başına ödəyən şirkət, bu gündə fəaliyyətini davam etdirir. Pulman şirkətinin işçiləri yaxşı iş şəraitinin yaradılması və maaşların artırılması kimi tələbərlərlə, şirkət yarandığı gündən etibarən tətil keçirmişdilər. Şirkət daxilində fəaliyyət göstərən kuriyer sindikatının işçiləri XX əsrin əvvələrində əsasən qara dərili şəxslərdən təşkil olunmuşdu. Həmin sindikat ABŞ-də fəaliyyət göstərən ən böyük afroamerikalı sindikatı idi. == Ümumi tarixi == Corc Pulman bir gün dəmiryolu ilə uzun səfərə çıxır. Səfər narahat şəkildə keçir. Özü və digər sərnişinlər, vaqonların şəraitsiz və narahat olmasında, gecəni yata bilmirlər.
Səsyazma şirkəti
Musiqi şirkəti və ya səsyazma şirkəti — musiqi yazıları və musiqi videoları bağlı brend və ya ticari quruluş. Çox vaxt əsərlərin nəşrində, istehsal prosesi, istehsalı, paylanması, təbliği, müəllif hüquqlarının izlənməsi, yeni sənətkarların aşkarlanması və inkişafı və sənətkarlarla müqavilə bağlama işlərində iştirak edir.
Venesiya şirkəti
Venesiya şirkəti (ing. Venice Company) — 1583-cü ildə Aralıq dənizindəki Venesiya koloniyaları və ətrafındakı ticarəti inhisara almaq üçün qurulan bir İngilis ticarət şirkəti. 1592-ci ildə Kraliça I Yelizavetanın təsdiqi ilə Türk Şirkəti (1581) ilə Levantin Şirkətini qurdu. == Yaranması == Venesiya şirkəti, 1583-cü ildə Tomas Kordell, Vilyam Harvey və Edvard Holmden tərəfindən 7 il müddətinə ticarət şirkəti olaraq qeydiyyata alındı. Vəziyyəti İngilis istehsalı olan malların, ümumiyyətlə yun parçaların şərq mallarına, xüsusən ədviyyatlara və ipək parçalara dəyişdirilməsi idi. == Birləşdirilməsi == 1592-ci ildə, Türk və Venesiya şirkətlərinin hər iki nizamnaməsinin bitməsindən sonra Kraliça I Yelizaveta, Osmanlı İmparatorluğu ilə ticarət və siyasi ittifaqları davam etdirməyə çalışdığı üçün hər iki şirkətin Levantin şirkətinə birləşdirilməsinə dair bir nizamnamə təsdiqlədi. Kordell və Paul Baining, Levantin şirkətinin quruluşundan sonra qatıldı. == İstinadlar == == Ədəbiyyat == Andrews K. Elizabethan Privateering, 1583—1603. Cambridge University Press, 1964. Andrews K. Trade, Plunder and Settlement: Maritime Enterprise and the Genesis of the British Empire, 1480—1630.
Virciniya şirkəti
Virciniya şirkəti (ing. Virginia Company) — iki ingilis səhmdar cəmiyyətinin adı: London və Plimut şirkətləri.Hər iki şirkət 1606-cı ildə Şimali Amerikanı ticarət etmək və müstəmləkə etmək üçün Riçard Hakluytun köməyi ilə quruldu. London şirkəti Atlantik Okeanının sahilindəki 34 və 41 paralellər arasında əraziyə mülkiyyət qazandı. Plimut şirkətinin ərazisi 38 ilə 45 paralel arasında idi. Londonlular 1607-ci ildə Ceyms Çayı üzərində Ceymstaun koloniyasını qurdular; Plimutlar, üstəlik, Kennebek çayı üzərində Papa Koloniyasını qurdular. 1609-cu ildə Plimut şirkəti fəaliyyətini dayandırdı və bütün torpaqlar London şirkətinin mülkiyyətinə keçdi. Maliyyə baxımından şirkət uğurlu olmadı və hətta yeni kapital toplamaq üçün bir lotereyaya müraciət etdi. Şirkət 1624-cü ildə Virciniyaya sahib olmaq və idarə etmək üçün patentini itirdi və Virciniya İngilis müstəmləkəsi oldu. Bu hadisə, əsasən 1622-ci ildə Ceymstaunda Hindistan qırğınının nəticəsi idi.
Şinkiçi Kikuçi
Şinkiçi Kikuçi (d. 12 aprel 1967) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Sığorta şirkəti
Sığorta şirkəti — sığorta fondunun tarixən müəyyən edilmiş sosial fəaliyyət forması, sığorta müqavilələrinin bağlanmasını və onların saxlanmasını həyata keçirən ayrıca strukturdur. Sığorta şirkətlərinin fəaliyyət sahəsi kommersiya sığortasıdır, sığortanı həyata keçirmək üçün sığorta şirkətinə dövlət sığorta nəzarəti orqanından lisenziya lazımdır. == Dünyanın ən böyük sığorta şirkətləri == Sığorta İnformasiya İnstitutunun məlumatına görə, aşağıdakı sığorta şirkətləri 2013-cü ildə mükafatların toplanması baxımından dünyanın ən böyük şirkətləri olub: == Qarşılıqlı sığorta == Sığorta şirkətləri adətən qarşılıqlı və ya özəl şirkətlər kimi təsnif edilir. Qarşılıqlı şirkətlər sığortalılara, səhmdarlar isə (polislərə sahib ola və ya olmaya bilər) özəl sığorta şirkətlərinə məxsusdur. Qarşılıqlı sığortaçıların səhmdar cəmiyyətləri yaratmaq üçün demutuallaşdırılması, eləcə də qarşılıqlı holdinq şirkəti kimi tanınan hibridin formalaşması XX əsrin sonlarında ABŞ kimi bəzi ölkələrdə adi hala çevrilib. Bununla belə, bütün dövlətlər qarşılıqlı holdinq şirkətlərinə icazə vermir. == Təkrar sığorta şirkətləri == Təkrarsığorta şirkətləri digər sığorta şirkətlərinə sığorta polisləri təqdim edən sığorta şirkətləridir ki, bu da onlara öz risklərini azaltmağa və əhəmiyyətli itkilərdən qorunmağa imkan verir. Təkrarsığorta bazarında böyük ehtiyatlara malik bir neçə iri şirkət üstünlük təşkil edir. Təkrarsığortaçı həmçinin sığorta risklərinin birbaşa təkrarsığortaçısı ola bilər. == Keptiv sığorta şirkətləri == Keptiv sığorta şirkətləri, əsas qrup və ya qrupların yaratdığı riskləri maliyyələşdirmək üçün xüsusi məqsədlə yaradılmış məhdud təyinatlı sığorta şirkətləri kimi müəyyən edilə bilər.
Musiqi şirkəti
Musiqi şirkəti və ya səsyazma şirkəti — musiqi yazıları və musiqi videoları bağlı brend və ya ticari quruluş. Çox vaxt əsərlərin nəşrində, istehsal prosesi, istehsalı, paylanması, təbliği, müəllif hüquqlarının izlənməsi, yeni sənətkarların aşkarlanması və inkişafı və sənətkarlarla müqavilə bağlama işlərində iştirak edir.
Bədheybətlər şirkəti
Bədheybətlər şirkəti (ing. Monsters, Inc.) — 2001-ci il ABŞ istehsalı animasiya filmi. "Pixar'" studiyası tərəfindən hazırlanıb. Rejissoru Piter Dokterdir. Ssenari müəllifi Endrü Stenton və Den Qersondur. Film "Bədheybətlər şirkəti"də çalışan iki yoldaş, Ceyms P. "Salli" Sallivan və onun ən yaxşı dostu Mayk Vazovskinin hekayəsindən bəhs edir. == Məzmun == Salli və Maykın peşəsi insanların yaşadığı dünyaya keçid açaraq uşaqları qorxutmaqdır, şirkət bu sayədə onların qışqırığından enerji əldə edir. Bədheybətlər bu işi təhlükəli hesab edirlər, uşaqların ölümcül olduğuna inandıqları üçün onlara toxunmurlar. Bir gün səhvən insan dünyasına aparan qapı açıq qalır və Monstropolisə balaca qız uşağı daxil olur. Bunu öyrənib təlaşlanan Salli və Mayk uşağı heç kimin xəbəri olmadan öz dünyasına qaytarmalıdırlar.
Azərbaycan İnvestisiya Şirkəti
“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) — Azərbaycanda investisiya fəaliyyətinin məqsədini, əsasən, ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsini təşkil edir. Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçib. == Tarixi == Şirkət Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli 1395 nömrəli "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" Sərəncamı ilə yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli 288 nömrəli “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanı ilə regionlarda sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə həvalə edilmişdir.Eyni zamanda 2007-ci ildə AİŞ, İslam İnkişaf Bankı (İDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD), Küveytin “Saham Holdinq” investisiya fondu və Yəmənin “Al-Ahmar Group” şirkəti tərəfindən Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verilməsi məqsədi ilə “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC (XBİŞ) yaradılmışdır. XBİŞ iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı (istixanalar, bağlar, kənd təsərrüfatı məhsullarının emalı və s.) sahəsində həyata keçirilən layihələrə investisiya yatırmışdır.Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə sənaye məhəllələrinin təşkili və idarə edilməsi AİŞ-ə həvalə edilmişdi.Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli müvafiq Fərmanlarına əsasən Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib. == Prinsipləri == Azərbaycan İnvestisiya Şirkəti"nin Nizamnaməsinə əsasən prinsipləri aşağıdakılardır: Kommersiya səmərəliliyi; Şirkətin investisiya qoyuluşu üçün müəyyən edilmiş məqsədlərə uyğunluğu; İnvestisiya obyekti tərəfindən istehsal olunan malların və göstərilən xidmətlərin yüksək əlavə dəyərinin təmin olunması; İstehsal olunacaq məhsulların (malların və xidmətlərin) rəqabətədavamlı olması; Obyektin fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin edən və həmin fəaliyyət sahəsində kifayət qədər təcrübəyə malik olan strateji investorun (investorlar qrupunun) olması; Maliyyə (mühasibat) hesabatlarının Beynəlxalq Standartlara uyğun aparılması və ya onların tətbiqi; Maliyyə (mühasibat) hesabatlarının kənar auditor tərəfindən yoxlanılması; İnvestorların, səhmdarların və digər maraqlı şəxslərin hüquqlarının müdafiəsini təmin edən korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi; AİŞ-in minoritar paya (30%-dək) sahib olması; AİŞ-in Müşahidə Şurasında iştirakı (Direktorlar Şurası). == İnvestisiya yatırılmış layihələr == === Cari === Səba ASC Milk-Pro MMC Diamed Co Azərsun İstehsalat və Logistika Mərkəzi MMC Bakı Gəmiqayırma Zavodu MMC Xəzər Beynəlxalq İnvestisiya Şirkəti QSC “Balacans Agro Food” MMC === Tamamlanmış === Ağstafa Aqrar Sənaye Kompleksi Azərbaycan Duz İstehsalat Birliyi QSC AzərToxum MMC Holcim Azərbaycan ASC Sanqaçal Terminal QSC == Sənaye məhəllələri == 2015-2021-ci illərdə AİŞ-in tabeliyində 4 sənaye məhəlləsi fəaliyyət göstərmişdir. Sənaye məhəlləsi - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazi. Bu istiqamətdə AİŞ-in başlıca fəaliyyəti sənaye məhəllələrində sənaye istehsalının və müvafiq xidmət sahələrinin təşkili üçün zəruri infrastrukturu və biznes şəraitini yaratmaq, sənaye məhəllələrinin sənayeləşmə siyasətinin icrasında əsas vasitələrdən birinə çevirməkdir. === Neftçala Sənaye Məhəlləsi === Neftçala Sənaye Məhəlləsi İlham Əliyevin 2 fevral 2015-ci il tarixli 1011 nömrəli sərəncamı ilə yaradılmışdır.
Azərkimya Dövlət Şirkəti
Azərkimya Dövlət Şirkəti — neft-kimya və kimya sahəsində mərkəzləşdirilmiş idarə olunmanı təmin etmək məqsədilə Prezidentin 13 sentyabr 1992-ci il tarixli 199 saylı fərmanı ilə yaradılmış şirkət. Əsasnaməsi Azərbaycan Respublikasının Nazirlər Kabiteninin 12 mart 1993-cü il tarixli Qərarı ilə təsdiq olunub.
Bank holdinq şirkəti
Bank holdinq şirkəti — Bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkət.
Başqırd Soda Şirkəti
Başqırd Soda Şirkəti (başq. Башҡортостан сода компанияһы) — Kalsium, ərzaq və kaustik soda, Polivinil xlorid, kabel birləşmələri istehsal edən Rusiya müəssisəsi. Müəssisə yeganə tereftaloil xlorid, rutenium-iridium örtüklü anodlar, katyonik polielektrolit flokulyant istehsalçısıdır. Sterlitamak şəhərində yerləşən iki əsas istehsaldan ibarətdir: Soda istehsalı və Kaustik istehsalı. Şirkətə Bereznikovski Soda Zavodu ASC (Berezniki) də daxildir. Hüquqi olaraq şirkət 2013-cü ildə "Kustik" və "Soda" açıq səhmdar cəmiyyətlərinin birləşməsi nəticəsində qurulmuşdur. "Başqırd Kimya" ASC-nin bir hissəsidir. Şirkətə iki kimyəvi istehsal müəssisəsi daxildir [3]: istehsal "Kostik" (Sterlitamak, Texniçeskaya Prospekti, 32) - kostik soda, süspansiyon polivinil xlorid, kabel birləşməsi, xlorid turşusu, dikloroetan, tereftaloil xlor, xlorlu parafinlər, polietilen poliaminlər və s. "Soda" istehsalı (Sterlitamak, Babuşkina k., 7) - kalsium dodası, sodium bikarbonat, kalsium xlorid, ağ his və s. == Tarix == Ötən əsrin 30-cu illərində ölkədə genişlənən genişmiqyaslı tikinti şəraitində soda külü və sementə təcili ehtiyac var idi.
Cənub dənizlər şirkəti
Cənub dənizlər şirkəti (ing. The South Sea Company) — İngilis ticarət şirkəti, maliyyə piramidi. Şirkət 1711-ci ildə İngilis xəzinədar Robert Harli tərəfindən quruldu. Səhmdarlara asyento — Cənubi Amerikanın İspan hissəsi ilə ticarət etmək hüququ vəd edildi. İmtiyazlar müqabilində şirkət, Marlboro Hersoqunun müharibələri zamanı xeyli artan milli borcunu geri alacağını vəd etdi. Üstəlik, bu hüquqlar İngiltərə tərəfindən yalnız 1714-cü ildə başa çatan İspaniya mirası uğrunda müharibəsinin uğurla başa çatmasına əsaslanırdı. Əslində təqdim olunan hüquqlar təsisçinin nəzərdə tutduğu qədər tam deyildi. Şirkət 1717-ci ilə qədər ticarət fəaliyyətini həyata keçirmədi, xüsusən 1718-ci ildə Böyük Britaniya ilə İspaniya arasındakı diplomatik münasibətlər ciddi şəkildə pisləşdiyindən. == Partlama == Buna baxmayaraq, 1720-ci ildə səhmlərin qiyməti sürətlə artmağa başladı: yanvar ayında £128 ; Fevral ayında £175; Mart ayında £330; May ayında £550. Səhmləri bir çox başlıqlı şəxs əldə etdi.
Dövlət Neft Şirkəti
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ya qısaca SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) — dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan respublika prezidentinin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ümumiyyətlə, ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. == Tarixi == Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır. Azərneft Azərbaycanın neft sənayesinə rəhbərliyi həyata keçirmək, dağıdılmış neft təsərrüfatını bərpa etmək, neft və neft məhsulları istehsalını artırmaq üçün yaradılmış bir təşkilatdır.
Gürcü Nəşriyyat Şirkəti
Gürcü Nəşriyyat Şirkəti — XX əsrin əvvəllərində Tiflisdə fəaliyyət göstərmiş ən iri nəşriyyatlardan biri. == Molla Nəsrəddin jurnalı == 1909 ilin iyulunadək Cəlil Məmmədquluzadənin özünəməxsus "Qeyrət" mətbəəsində çap olunan "Molla Nəsrəddin" jurnalı həmin tarixdən 1917 ilin fevralınadək Gürcü nəşriyyat şirkətinin mətbəəsində çap olunmuşdur. 1913 ilin yanvarından isə jurnalın mətni "Şərq" mətbəəsində yığılır, Gürcü nəşriyyat şirkətinin mətbəəsində isə çap edilirdi. Jurnalın şəkil və karikaturaları Bıxovun litoqrafiyasında hazırlanırdı. 1913 ildə "Molla Nəsrəddin" jurnalının 16-cı sayında İran inqilabçılarına divan tutulması səhnəsini əks etdirən şəkil dərc olunur. Həmin nömrədə jurnalın naşir və məsul redaktorunun imzalarının verilmədiyinə və həmin nömrədəki karikaturalar baxılmaq üçün əvvəlcədən Mətbuat işləri üzrə Tiflis Komitəsinə təqdim edilmədiyinə görə, komitənin qərarı ilə jurnalın bu nömrəsi həbs olunur, Gürcü nəşriyyat şirkəti, mətbəəsinin müdiri A.Cabadari məhkəmə məsuliyyətinə cəlb edilir. Elə həmin ilin sentyabrında Tiflis şəhər 2-ci dairə sülh məhkəməsi A.Cabadarini 50 manat məbləğində cərimə etmək, ödəyə bilməyəcəyi halda isə 10 günlük həbs etmək haqqında hökm çıxarır. == Həmçinin bax == Cəlil Məmmədquluzadə "Qeyrət" nəşriyyatı Şərq (qəzet) Kommunist qəzeti == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.114.
Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüş sikkə
Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüş sikkə — Xatirə sikkəsi. Sikkə Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir. == Məzmun == Xatirə sikkəsi milli mətbuatın 135 illiyinə həsr olunmuşdur (1875-2010). Xatirə sikkəsinin üz tərəfində görkəmli publisistin portreti, arxa tərəfində isə Azərbaycan Respublikasının Xəritəsinin stilistik (qrafik) görünüşü təsvir edilmışdir. Portretin ətrafında Həsən bəy Zərdabinin adı və həyat dövrü, xəritənin ətrafinda xatirə sikkəsinin buraxıldığı il "2010"-cü il, "Azərbaycan Respublikası" sözləri və xatirə sikkəsinin nominalı göstərilmişdir. Xatirə sikkəsi Avstriyanın "Austrian Mint" sikkəxanasında yüksək standartalara uyğun hazırlanmışdır. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.