Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Silahlı Qüvvələr
Silahlı qüvvələr — dövlətin hərbi təşkilatı. Dövlətin suverenliyini və ərazi bütövlüyünü hücumlardan və müharibədən daima qorumaq üçün mövcud olan zəruri dövlət təsisatı. Dövlətin dayaq sütunlarından biri sayılır. Müxtəlif qoşun növlərinə aid olaraq həqiqi və ehtiyat hərbi hissələrdən ibarət olur.
ABŞ Silahlı Qüvvələri
ABŞ Silahlı Qüvvələri (ing. United States Armed Forces) — Amerika Birləşmiş Ştatlarını qorumaq məsuliyyəti daşıyan ordu. == Tarixi == ABŞ Ordusu ilk dəfə, yeni qurulan Amerika dövlətini Müstəqillik Müharibəsində Böyük Britaniyaya qarşı müdafiə etmək üçün 13 ştatın təşkil etdiyi Konqres rəhbərliyi tərəfindən 1775-ci ildə quruldu. ABŞ-nin qurulmasından qabaq və müstəqilliyin ilk illərində ordu üçün əsgərlər ştatlarda yaşayan təhsilsiz insanlar arasından təmin edilirdi. Ancaq qısa bir müddət sonra nizamlı bir quru ordusu və dəniz donanmasına ehtiyac olduğu meydana çıxdı. ABŞ Donanması 1794-cü ildə bir neçə dənə esmines alınmasıyla qurulmuş oldu və bu vaxt həm də nizamlı quru ordusu quruldu. Ancaq ordu yenə də çox kiçik və əsasən döyüş zamanı əyalətlərdəki silah istifadə edə bilən kəslərin qatqısına möhtac idi. Müstəqillikdən vətəndaş müharibəsinə qədər olan dövrdə Amerikan ordusu Osmanlı dövlətinə kağız üzərində bağlı olan Əlcəzairli Bərbər piratları ilə döyüşdü və qələbə qazandı. Bundan başqa 1812-ci ildə Böyük Britaniya ilə yeni savaşa girərək onu məğlub etdi və ABŞ-Meksika müharibəsində qalib gələrək Meksika ərazisinin yarıdan çoxunu işğal etdi. == Orduda din xadimlərinin xidməti == ABŞ-də Müdafiə Nazirliyi nəzdində Silahlı Qüvvələrin Keşişlər İdarəsi tərəfindən təşkil edilir.
Albaniya Silahlı Qüvvələri
Albaniya Silahlı Qüvvələri (alb. Forcat e Armatosura të Republikës së Shqipërisë (FARSH)) — Albaniya ordusudur və 1912-ci ildə müstəqillik elan edildikdən sonra formalaşmışdır. Bu gün Baş Qərargah, Alban Quru Qüvvələri, Alban Hava Qüvvələri və Alban Dəniz Qüvvələrindən ibarətdir. Albaniyanın prezidenti, millətin hərbi baş komandanıdır. Sülh dövründə prezidentin baş komandanı kimi səlahiyyətləri Baş nazir və Müdafiə naziri tərəfindən icra edilir. == Missiya və vəzifələr == Alban Konstitusiyasına əsasən, Alban Silahlı Qüvvələrinə: ölkənin ərazi bütövlüyünü qorumaq, təhlükə yaradan ərazilərdə olmaq, təbii və sənaye fəlakətlərinə qarşı əhaliyə kömək etmək və hərbi və qeyri-hərbi təbiət təhlükələrini xəbərdar etmək, konstitusiya qaydalarını qorumaq, qanunla müəyyən edilmiş və çoxmillətli qüvvələrin tərkibində beynəlxalq əməliyyatlarda iştirak etmək. == Tarix == 4 dekabr 1912-ci ildə Albaniya hökuməti və Baş naziri İsmayıl Qemali Alban Milli Ordusunu qurdular. Ordunun ilk baş komandanı Polkovnik-leytenant Ali Şaffat Şkupi idi. 1923-cü ilə qədər Alban Silahlı Qüvvələri hərbi polis qüvvələri də daxil olmaqla 10.691 aktiv qoşun toplamışdır. O zaman Albaniyanın donanması yox idi.1927-ci ildə Alban Silahlı Qüvvələri təxminən 8,000 nəfər idi.
Avstraliya Silahlı Qüvvələri
Avstraliya Silahlı Qüvvələri — Avstraliyanı qorumaq məsuliyyəti daşıyan ordu. == Orduda din xadimlərinin xidmətindən istifadə == Avstraliya ilə Roma Katolik Kilsəsi arasındakı 1981-ci razılaşmasına əsasən təşkil olunur. Havadan müdafiə və quru qoşunlarında kapitan rütbəsinədək irəliləyə bilirlər. Dəniz qoşunlarında isə hərbi kimlik daşımırlar. 24 mindən artıq olan quru qoşunlarında 49, 19 mindən artıq olan havadan müdafiə qüvvələrində 29, 12 minlik dəniz qoşunlarında isə 19 dini məmur fəaliyyət göstərir.
Avstriya Silahlı Qüvvələri
Avstriya silahlı qüvvələrinin (SQ) ümumi sayı təqribən 54,5 min nəfərdir (2005); quru qoşunlarından (QQ) və hərbi-hava qüvvələrindən (HHQ) ibarətdir. SQ-in ali baş komandanı prezidentdir. Sülh şəraitində orduya müdafiə naziri (mülki şəxs) rəhbərlik edir. Müdafiə nazirinin və ölkə hökumətinin baş hərbi müşaviri baş qərargah rəisidir (peşəkar hərbçi). Avstriyanın SQ-i dinc şəraitdə toplantı və təlim keçirən nizami qoşundan və milis dəstələrindən ibarətdir. SQ-in döyüş tərkibinə QQ-nın, HHQ-nın komandanlıqlarının qərargahları, federal ərazilərin və Vyana şəhərinin komandanlıqları, həmçinin mərkəzə tabe olan idarə və hissələr daxildir.
Azərbaycan Silahlı Qüvvələri
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 21 generallarından 15-i bolşeviklər tərəfindən güllələnib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib.
Banqladeş Silahlı Qüvvələri
Banqladeş Silahlı Qüvvələri — Banqladeşi qorumaq məsuliyyəti daşıyan ordu. == Orduda din xadimlərinin xidmətindən istifadə == Hər bir hərbi hissədə ən azı bir məscid və dövlət tərəfindən təyin olunmuş üç imam mövcuddur. İbadətlərin təşkili ilə yanaşı, tədris də təşkil olunur.
Almaniya Silahlı Qüvvələri
Almaniya Silahlı Qüvvələri (alm. Bundeswehr‎) — Almaniyanı qorumaq məsuliyyəti daşıyan ordu. == Tarixi == Almaniya Silahlı Qüvvələri Bundesvehr İkinci dünya müharibəsinin bitməsindən 10 il sonra, 7 iyun 1955-ci ildə təşkil olunub. Həmin gün Almaniya Müdafiə Nazirliyi fəaliyyətə başlayıb. Yeni alman ordusunun ilk 100 çağırışçısı Bonn şəhərində and içərək xidmətə başlayıblar. Tezliklə Almaniya Federativ Respublikası NATOnun üzvü oldu. Soyuq müharibə dövründə Almaniya Kapitalist ölkələrlə Kommunist ölkələrin kəsişdiyi ərazidə yerləşməsinə görə hərbiləşdirilmiş dövlətə çevrilmişdi. Həmin illərdə Almaniyada yarım milyon nəfər hərbçi xidmət keçirdi. Almaniyada 1957-ci ildə qüvvəyə minən məcburi hərbi xidmət qanunu 2011-ci il iyulun 1-dən etibarən ləğv edilib. O zaman Almaniya ordusundakı toplam personal sayının 250 mindən 185 minə endirilməsi hədəflənmişdi.
Belarus Silahlı Qüvvələri
Belarus Silahlı Qüvvələri — Belarus Respublikasının ərazi bütövlüyünü qorumaq məsuliyyəti daşıyan ordu. Belarus Silahlı Qüvvələrində xidmət edən hərbi qulluçuların sayı 46 min 482 nəfərdən ibarətdir. Belarus ordusunun silahlanmasında 1317 ədəd tank, 1942 ədəd zirehli maşın, 63 ədəd təyyarə və 15 döyüş helikopteri var. O cümlədən silahlanmanı 100 millimetrdən böyük kalibrli 1079 artilleriya qurğusu tamamlayır.2017-ci il çərçivəsində Belarus Silahlı Qüvvələrində 1300-dən çox hərbi hazırlıq tədbiri keçirilib. Hərbi qulluqçular 22 min 200-dən çox paraşütlə tullanış həyata keçiriblər. 2017-ci ildə hazırlıq proqramı çərçivəsində 3000-dən çox hərbi mütəxəssis, o cümlədən 277 zabit və 1638 kiçik komandir heyəti hazırlanıb.
Belçika Silahlı Qüvvələri
Belçika Silahlı Qüvvələri — Belçikanı qorumaq məsuliyyəti daşıyan ordu. == Orduda din xadimlərinin xidmətindən istifadə == 1952-ci ildə dövlət tərəfindən təşkil olunaraq, protestant və yəhudilərin də iştirakı ilə Roma Katolik Kilsəsi tərəfindən həyata keçirilir. 75 Roma-katolik, 9 protestant və 1 yəhudi təmsilçisi olmaqla generaladək müxtəlif rütbələr daşıyırlar.
Bolqarıstan Silahlı Qüvvələri
Bolqarıstan Silahlı Qüvvələri —Bolqarıstanı xaricdən gələ biləcək hərbi təhdidlərə qarşı qorumaqda vəzifəli silahlı qüvvələrdir. Bolqarıstan prezidenti Silahlı Qüvvələrin Baş Komandanıdır. Hərbi komandanın Baş qərargah altına alınmasına baxmayaraq, Müdafiə Nazirliyi siyasi rəhbərliyə görə məsuliyyət daşıyır. Quru qüvvələri, Donanma və Hava Qüvvələri kimi 3 növə ayrılır. Tarix boyunca ordu, ölkəni müdafiə etməkdə mühüm rol oynamışdır. 1878-ci ildə müstəqilliyini qazanmasından sonra, Bolqarıstan regional bir hərbi güc qüvvəsi halına gəldi və bir çox böyük savaşalara qatıldı – Serb-Bolqar müharibəsi (1885), Birinci Balkan müharibəsi (1912–13), İkinci Balkan müharibəsi (1913), I Dünya Müharibəsi (1915–1918) və II İkinci Dünya Müharibəsi (1941–1944). Ordu bu döyüşlərdə böyük təcrübə qazanmışdı. Sırasında 1988-ci ildə Soyuq Müharibəsi zamanı Bolqarıstan Xalq Respublikasının, Varşava Paktında təxminən 152.000 hərbçisi var idi. Ölkədə Kommunist rejimin dağılmasından sonra ordunun mövcudluğu sürətlə aşağıya salındı. Bolqarıstan 2004-cü ildə Şimali Atlantika Müqaviləsi Təşkilatına qatıldı və hal-hazırda üç ölkədə ümumi 776 hərbçisi var.
Braziliya Silahlı Qüvvələri
Braziliya Silahlı Qüvvələri — Braziliyanı qorumaq məsuliyyəti daşıyan ordu. == Orduda din xadimlərinin xidmətindən istifadə == İkinci dünya müharibəsindən sonra yaradılmış, 1981-ci ildə qanuniləşdirilmişdir.
Butan Silahlı Qüvvələri
Butan Silahlı Qüvvələri - Butan Kral Ordusu, Butan Kral Qvardiyası, polis və Butan Kral polisindən ibarətdir. Butanın dənizə çıxışının olmadığına görə Hərbi Dəniz Qüvvələri yoxdur. Butan Kral Ordusu (BKO) - Butan Silahlı Qüvvələrinin bir hissəsidir, (Butan Konstitusiyasının 27-ci maddəsinə əsasən) ölkənin ərazi bütövlüyünü və xarici təhdidlər zamanı dövlət suverenliyini qorumaq üçün məsuliyyət daşıyır. BKO-nun baş komandanı Butan Kralıdır. BKO bir də Butan Kral Qvardiyası - elit hissəsidir, kralın, ailəsinin və digər yüksək vəzifəli şəxslərin təhlükəsizliyinə cavabdehlik daşıyır. Belə qəbul edilib ki, hər bir Butan ailəsindən bir oğlan orduda xidmət etməlidir (məcburi olmamasına baxmayaraq). Lazım gəldiyi təqdirdə xalq səfərbərliyə cəlb edilə bilər. Butan Kral Qvardiyası - Butan Kral Ordusunun müstəqil bölümüdür, kral və ailəsini mühafizə etmək üçün qurulmuşdur, ordunun ən yaxşı hazırlanmış və ən yaxşı silahlı birliyidir. Sayı min nəfərdən çoxdur. Kral mühafizəçiləri özlərinin yüksək səviyyəli hazırlıqlarını 2003-cü ildə Assam separatçı düşərgələrinin məğlubiyyəti zamanı sübut etdi.Hücum zamanı mühafizəçilər ön sıralarında yürüdülər, lakin heç bir itki vermədilər; əməliyyatlarda şəxsən iştirak edən kral Jiqme Sinqe Vanqçuk da yaralanmadı.
Dominika Silahlı Qüvvələri
Dominika ordusu — Dominika Birliyinin milli hərbi qüvvələrinə verilən ad. Dominika 1981-ci ildən bəri daimi orduya malik deyil. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi (RTS) təmin edir.Dominika Polis Qüvvəsini Vətəndaş Birliyinin bir Xüsusi Təyinatlı Vahidi var. Müharibə və ya fövqəladə hal vəziyyətində hakimiyyət tərəfindən elan edilibsə, ölkənin polis qüvvəsi ordu kimi fəaliyyət göstərə bilər.
Ermənistan Silahlı Qüvvələri
Ermənistan Silahlı Qüvvələri (ermənicə Հայաստանի Հանրապետության զինված ուժեր) — Ermənistanı qorumaq məsuliyyəti daşıyan ordu. 1992-ci ildə Ermənistan dövlət müstəqilliyini qazandıqdan həmən sonra yaradılmışdır. Ermənistanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2,9 mlrd. dollar, xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində müdafiə xərclərini 34% artıraraq 495,3 mln. ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb. Hərbi xərclər Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində xərclərin 15,7%-ni, ümumi daxili məhsulun isə 3,6%-ni təşkil edir. == Səfərbərlik == Əsgərlik yaşı: 18 Xidmət müddəti: 24 ay Əsgərliyə alınması mümkün vətəndaş sayı:[mənbə göstərin]722.836 kişi, 15–49 yaş arası 795.084 qadın, 15–49 yaş arası Əsgərliyə yararlı vətəndaş sayı:[mənbə göstərin]551.938 kişi, 15–49 yaş arası 656.493 qadın, 15–49 yaş arasıErmənistanda hərbi çağırış 27 yaşa qədər aparılır.
Fransa Silahlı Qüvvələri
Fransa Silahlı Qüvvələri — Fransa Respublikasının hərbi gücünü təşkil edir. Əhalisinin, ərazisinin və milli maraqların müdafiəsinə cavabdehdir. Fransa Silahlı Qüvvələrinə əsasən bunlar daxildir: Quru Qoşunları, Milli Dəniz Qüvvələri, Hava və Kosmik Qüvvələri, Milli Jandarma, dəstək xidmətləri və birgə təşkilatlar (qərargahlar daxil olmaqla) Fransa Ordusu peşəkar aktiv əsgərlər, ehtiyatda olan əsgərlər (keçmiş həqiqi hərbi xidmət əsgərləri və ya mülki könüllülər) və mülki şəxslərdən ibarət peşəkar orduya çevrilmişdir. Təqribən 270.000 hərbi və mülki personaldan ibarət ümumi işçi qüvvəsini təmsil edir.. Fransa, Böyük Britaniya və Almaniya mütləq mənada ən böyük hərbi büdcəyə malik üç Qərbi Avropa dövlətidir. 1990 və 2000-ci illərdən sonra sürətlə azalan hərbi xərclər 2017-ci ildən Almaniyada və 2018-ci ildən Fransada artmaqdadır. 2010-cu ilin əvvəlindən Rusiyanın hərbi xərcləri Fransa, Böyük Britaniya və Almaniyanın hərbi xərclərini ötüb. Fransa, Böyük Britaniya və Rusiya Avropada nüvə qarşısının alınmasına malik olan yeganə üç dövlətdir. 2017-ci ildə Fransa ordusu Avropada Rusiyadan sonra ikinci, dünya miqyasında isə beşinci yerdə idi. Amerika araşdırmasına görə, Fransa 2030-cu ildə Avropanın əsas hərbi gücü (Rusiya istisna olmaqla) və dünyada ilk beşlikdə qalacaq..
Gizli Silahlı Təşkilat
Gizli Silahlı Təşkilat və ya OAS (fr. Organisation Armée Secrète) — XX əsrin 60-cı illərinin əvvəlində Fransada terrorçu hərbi faşist qruplaşması. == Tarixi == Gizli Silahlı Təşkilat 1961-ci ilin yazında qatı müstəmləkəçi zabitlər və ifrat sağ siyasi xadimlər tərəfindən yaradılmışdır. Qruplaşmanın başlıca məqsədi Əlcəzairə istiqlaliyyət verilməsinə mane olmaq idi. Əlcəzair 1962-ci ildə istiqlaliyyət qazandıqdan sonra əsas fəaliyyətinin Fransaya və onunla qonşu ölkələrə çevirən OAS Fransanın demokratik qüvvələrinin təzyiqi ilə tezliklə ləğv edilmişdir. OAS başçıları uzunmüddətli həbs cəzalarına məhkum olunmuş, lakin 1968-ci il amnistiyasına əsasən azad edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Harrison, Alexander. Challenging De Gaulle: The O.A.S and the Counter-Revolution in Algeria, 1954–1962. New York: Praeger, 1989 (ing.). Henissart, Paul.
Gürcüstan Silahlı Qüvvələri
Gürcüstan Silahlı Qüvvələri (gürc. საქართველოს შეიარაღებული ძალები) — Gürcüstan ordusunun rəsmi adıdır. Gürcüstan Silahlı Qüvvələri quru qoşunları, hərbi hava qüvvələri və yarımhərbi Gürcüstan Milli Qvardiyasından ibarətdir. == Tarixi == Gürcüstan Silahlı Qüvvələri 1990-cı illərdə Sovet ordusunun qalıqları əsasında qurulub. Lakin keçmiş Sovet İttifaqının digər regionlarından fərqli olaraq Gürcüstanda ordu quruculuğu bir qədər fərqli aparıldı. Gürcüstan müstəqilliyə müharibə ilə başladı. Cənubi Osetiya və Abxaziya Gürcüstanın başağrısına çevrildi. Məhz buna görə, Gürcüstanın ordu quruculuğunda problemlər yaşandı. Məhz 94-95-ci illərdən sonra Gürcüstanda ordu quruculuğuna start verildi. 23 mart 1994-cü ildə Gürcüstan Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan ilk Sovet respublikalarından biri olub.
Hindistan Silahlı Qüvvələri
Hindistan Silahlı Qüvvələri (Hindi (in IAST): Bhāratīya Saśastra Senāeṃ) Bu üç peşəkar güc strukturlarının ibarətdir: Hindistan Ordusu, Hindistan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri.Bundan əlavə, Hindistan Silahlı Qüvvələri Hindistan Sahil Mühafizəsi və Paramilitariya Təşkilatları tərəfindən dəstəklənir
Kanada Silahlı Qüvvələri
Kanada Silahlı Qüvvələri (fr. Forces armées canadiennes, FAC) — Kanadanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq funksiyasını yerinə yetirən hərbi təşkilat. Kanada Silahlı Qüvvələrinin fəaliyyəti, "Müdafiə haqqında qanun" ilə tənzimlənir.Təşkilat, Quru Qoşunları, Hərbi Hava Qüvvələri (RCAF) və Hərbi Dəniz Qüvvələrindən (RCN) ibarətdir. == Təşkilatın strukturu == Kanada Silahlı Qüvvələrində aşağıdakı iyerarxiya var: Ali Baş Komandan — Kraliça II Elizabet, 2010-cu ildən Kanada general-qubernatoru David Lloyd Conston tərəfindən təmsil olunur; Qərargah rəisi — Tomas Louson, 27 avqust 2012-ci ildən Qərargah rəisinin müavini, general-leytenant Qay Tibo Kanada kral hərbi donanma komandiri, vitse-admiral Mark Norman Kanada Ordusunun komandiri general-leytenant Paul Vinnik Kanada Kral Hava Qüvvələrinin komandanı, general-leytenant İvan Blonden Hərbi xidmət şöbəsinin müdiri general-mayor David Millar Kanada xüsusi qüvvələrinin komandiri, general Tuğgeneral William Tompson Kanada Silahlı Qüvvələrinin Kəşfiyyat komandiri, general-mayor Kristian Rousseau Kanadada birgə əməliyyat komandanlığı, General-leytenant Stüart Bir == Ədəbiyyat == Black, Jeremy. Fighting for America: The Struggle for Mastery in North America, 1519-1871. Indiana University Press. 2011. ISBN 978-0-253-35660-4. Conrad, John. Scarce Heard Amid the Guns: An Inside Look at Canadian Peacekeeping.
Misir Silahlı Qüvvələri
Misir Silahlı Qüvvələri - Afrikada ən böyük və Yaxın Şərqi əhatə edir. Bu Misir Ordusu, Misir Dənizi, Misir Hava Qüvvələri və Misir Hava Hücumundan Müdafiə Qüvvələrinin ibarətdir və 1922-ci ildə yaradılmışdı. 138 ölkənin ordusu arasında 9-cu yeri tutan Misir Silahlı Qüvvələri Yaxın Şərq və Afrikanın ən güclü ordusu hesab edilib. Bu, 2019-cu ildə olan göstəricidən üç pillə yüksəkdir. Qeyd edək ki, Misir Silahlı Qüvvələrinin personalı 920 min nəfərdir. Təkcə Hərbi Hava Qüvvələrinin malik olduğu texnikanın sayı 1,054 ədəddir. Quru qoşunlarında isə 4,295 ədəd tank, 11,700 hərbi maşın, 1,084 raket əleyhinə qurğu mövcuddur. Reytinq cədvəlində dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələri hesab edilib. Rusiya ikinci, Çin isə üçüncü yerdədir.
Pakistan Silahlı Qüvvələri
Pakistan Silahlı Qüvvələri (urduca:پاک مُسَلّح افواج‎, Musallah Afwaj-e-Pakistan) — Pakistanı qorumaq məsuliyyəti daşıyan ordu. Aktiv şəxsi heyət sayına görə dünyada 6-cı, müsəlman ölkələri arasında 1-ci yerdədir. Silahlı Qüvvələr üç əsas hissəyə ayrılır- Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri. 1963-cü il Çin-Pakistan razılaşmasına əsasən, bu iki dövlət bir-biri ilə yaxın hərbi əlaqələrə malikdir. 2013-cü il hesablamalarına görə, Çin Pakistanı ən çox silah və texnika ilə təmin edən 2-ci ölkə hesab olunur. Hər iki ölkə həmçinin, bir-biri ilə nüvə enerjisi və aerokosmik texnologiyalar sahəsində də sıx əməkdaşlığa sahibdir. 2004-cü ildə Pakistana ABŞ-nin NATO-ya daxil olmayan ölkələr arasında əsas müttəfiqi statusu verilib. Pakistanı əsas hərbi məhsullarla təchiz edənlər də daxili təchizatçılardan sonra, Çin və ABŞ-dır. == Yerləşməsi == === Pakistan ərazisində === Hesablamalara əsasən Pakistan Silahlı Qüvvələri şəxsi heyətinin 60-70%-i Hindistan-Pakistan sərhədi boyunca yerləşmişdir. ABŞ-nin Əfqanıstana müdaxiləsindən sonra 150,000 nəfər şəxsi heyət isə "Qəbilə əraziləri"ndə yerləşmişdir.
Polşa Silahlı Qüvvələri
Polşa Silahlı Qüvvələri — Polşanı qorumaq məsuliyyəti daşıyan ordu. == Orduda din xadimlərinin xidmətindən istifadə == Roma Katolik Kilsəsi tərəfindən təşkil olunur. 1989-cu ildə qanuniləşdirilmişdir. Xidmət kilsə keşişləri və imamları tərəfindən aparılır.
Qazaxıstan Silahlı Qüvvələri
Qazaxıstan Silahlı Qüvvələri (qaz. Қазақстан Республикасының Қарулы Күштері) Qazaxıstan Respublikasını istənilən növ təhdidlərdən mühafizə etmək vəzifəsi daşıyan qüvvədir. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri, həmçinin Respublika Qvardiyasından ibarətdir. Milli müdafiə siyasəti məqsədləri ölkənin konstitusiyasına əsaslanır. Qazaxıstan Silahlı Qüvvələri ölkənin müstəqilliyinin və suverenliyinin, həmçinin onun ərazi bütövlüyünün, hava məkanının və konstitusional hüququnun mühafizəçisidir. Ölkənin silahlı qüvvələri Müdafiə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. == Tarixi == 7 may 1992-ci ildə Qazaxıstan prezidenti "Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin təsis olunması" haqqında sərəncam imzaladı. Beləliklə, Qazaxıstan Respublikası Dövlət Müdafiə Komitəsinin Müdafiə Nazirliyinə transformasiyası baş verdi və general-polkovnik Saqadat Nurmaqambetov ölkənin ilk müdafiə naziri təyin olundu. Muxtar Altınbayev Qazaxıstanın ən uzun müddət bu vəzifədə xidmət etmiş müdafiə naziridir. Belə ki, o, 2001-ci ilin dekabrından 10 yanvar 2017-ci il tarixinə qədər bu vəzifədə xidmət etmişdir.
Rusiya Silahlı Qüvvələri
Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır. == Tarixi == 31 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə Sovet ordusu başsız qaldı.
Salahlı
Salahlı — soyad. Səyyad Salahlı — azərbaycanlı ictimai-siyasi xadim; filologiya elmləri namizədi (2005); Yeni Azərbaycan Partiyasının qurucularından biri; yazıçı-publisist. Mirzəli bəy Salahlı-Kəngərli — Qarabağ bəyi. == Kənd və qəsəbələr == Salahlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. === Oxşar kənd adları === Salahlı Kəngərli — Azərbaycanın Ağdam rayonunda kənd. Aşağı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Azər Salahlı
Azər Salahlı (11 aprel 1994, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-nın və Azərbaycan milli futbol komandasının müdafiəçisi və yarımmüdafiəçisi. == Karyerası == Azərbaycan Premyer Liqasında "Keşlə"nin heyətində 17 may 2014-cü ildə "Şüvəlan"la oyunda debüt edib. [mənbə göstərin] == Milli komanda karyerası == Milli komandada debütünü 10 oktyabr 2020-ci ildə Millətlər Liqasının Monteneqro ilə oyununda edib.
Aşağı Salahlı
Aşağı Salahlı – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində yerləşən kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı.Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Qazax) – Azərbaycanın Qazax rayonunda kənd. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı XIX əsrin sonlarından ara-sıra rast gəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir. Kənd Kür çayınin sag sahilindən təxminən 6–7 km uzaqlıqda yerləşir.
Daş Salahlı
Daş Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Ümumi məlumat == Daş Salahlı Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Avey dağının şərq ətəyində yerləşir. Oykonim daş (ağ rəngli, əhəng tərkibli daşlıq sahədə yerləşdiyinə görə) və Salahlı (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq sahədə yerləşən Salahlı kəndi" mənasındadır. Bir haşiyə: Azı 200-300 il tarixi (Aveydağ və Damcılı mağaralarında yaşamış ulu əcdadlarımızla hazırkı əhalinin hər hansı bağlılığının olub-olmamasını nəzərə almadan təkcə kənd qəbristanlığında olan qəbirlərin yaşı və tarixi bunu deməyə əsas verir) olan bir kəndin, hasilatına təxminən 50-60-cı illərdən başlanan əhəng daşının (mişar daşının) adı ilə "Daş Salahlı" adlandırılması məsələsinə aydınlıq gətirilməsinə və bunun tarixi faktlara, elmi, mütəxəssis araşdırmalarına əsaslanmayan təsadüfi məntiq olmadığını dəqiqləşdirməyə ehtiyac var. Məlumatın əldə olunduğu mənbənin ("Azərbaycan toponimlərinin ensklopedik lüğəti" I cild) tərtibatçılarından və müəlliflərindən, bu sahənin mütəxəsslərindən xüsusilə bu məsələyə münasibət bildirmələrini xahiş edirik. Bizim etnoqrafiya, epiqrfiya, arxeologiya sahəsində kifayət qədər alimlərimiz və mütəxəssislərimiz var. Qədim qayaüstü, qəbirüstü və digər yazıların araşdırılmasında, tədqiq olunmasında-Epiqrafiya sahəsində Azərbaycan tarixinə ən dəyərli töhfələr vermiş alim Məşədixanım Nemətin (Nemətova) adını çəkmək kifayətdir. Onların dəyərli fikirləri bir kəndin barəsində məlumatların yer aldığı bu səhifəni daha da zənginləşdirəcək və bu məlumatlar kəndin 10 minlik əhalisi üçün də heç şübhəsiz maraqlı olacaq. Hazırda kəndin tarixi yerlərində aparılan arxeoloji qazıntı və axtarış işləri ümid edirik ki, bizim üçün daha qaranlıq mətləblərə aydınlıq gətirəcək.
Elgiz Salahlı
Elgiz Nurəddin oğlu Salahlı (11 sentyabr 1992; Beyləqan, Azərbaycan — 6 oktyabr 2020; Füzuli-Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgiz Salahlı 11 sentyabr 1992-ci ildə Beyləqan şəhərində Nurəddin Salahovun və Afət Salahovanın ailəsində anadan olmuşdur. 1998-2009-cu illərdə Beyləqan şəhər 1 saylı tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2016-cı il təvəllüdlü Dəniz adlı qızı yadigar qaldı. == Hərbi xidməti == Elgiz Salahlı 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2015-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Elgiz Salahlı müddətdən həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur.
Orta Salahlı
Orta Salahlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Orta Salahlı (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Orta Salahlı bələdiyyəsi — Azərbaycanın Qazax rayonunda bələdiyyə.
Salahlı (Ağstafa)
Salahlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) - Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) - Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) - Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) - Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli - Azərbaycanın Ağdam rayonunda kənd.Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir.
Salahlı (Samux)
Salahlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Salahlı kəndi Poylu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Salahlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntə­qəsi qazaxların salahlı tayfasının məskun­laşması nəticəsində yaranmışdır. == Tarixi == Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar. == Coğrafiyası və iqlimi == Kənd Qabırrıçayın sahi­lində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == Əhalisinin sayı 758 nəfərdir.
Salahlı (Yevlax)
Salahlı — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) – Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd.Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir.
Salahlı Kəngərli
Salahlı Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağdam rayonunun Salahlı Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 17 km. şimalda, Xaçın çayının sol sahilində, Ağdam – Ağdərə yolundan 3 km. şərqdə, Qarabağ düzündə yerləşir. Salahlı Kəngərli kəndi şimal-qərbdən Boyəhmədli kəndi, qərbdən isə Qızıl Kəngərli kəndi ilə qonşudur. Kəngərli ellərinin hamısı oğuz türklərinin peçeneq qolundan (kanqarlar) olsalar da, müxtəlif tirələrdəndilər və bu da çox vaxt onların məskunlaşdıqları ərazi adlarında (oykonimlərdə) özünü büruzə verir. Salahlı Kəngərli kəndinin camaatı kəngərli türk tayfasınln salahlı tirəsindəndi və kəndin adı da bunu ifadə edir – Salahlı Kəngərli. Kəngərlilər Azərbaycanın, əsasən, Naxçıvan bölgəsində yaşasalar da, digər bölgələrdə, məsələn, Qazaxda, Borçalıda, Qarabağda da məskunlaşıblar. O səbəbdən də Azərbaycanda çoxlu Kəngərli kəndi var; tək elə Ağdam rayonu ərazisində üç Kəngərli kəndi var: Salahlı Kəngərli, Qızıllı Kəngərli və Kəngərli (bu kəndə Pirhəsən Kəngərlisi də deyirlər). Nəzərə alınsa ki, Şirvanlı və Qaraqaşlı (bu kəndi Qaraağaclı da adlandırırlar) kəndləri də əvvəllər (1963-cü ilə qədərki dövrdə) Kəngərli adlanıb, onda demək olar ki, Ağdam rayonunda beş Kəngərli kəndi var.
Salahlı bələdiyyəsi
Salahlı bələdiyyəsi (Yevlax) — Yevlax rayonunda bələdiyyə. Salahlı bələdiyyəsi (Samux) — Samux rayonunda bələdiyyə.
Salahlı xalçaları
Salahlı xalçaları — Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Ümumi məlumat == Xalçanın adı Qazaxdan şimalda yerləşən Daş Salahlı, Aşağı Salahlı, Orta Salahlı və Yuxarı Salahlı kəndlərinin adından götürülmüşdür. Kür çayının yaxınlığında yerləşən bu kəndlər qədim dövrlərdən xalçaların, xovsuz zili və kilimlərin, həmçinin məişət əşyalarından çulların, məfrəşlərin istehsal mərkəzləri olmuşdur. Yerli əhali bu xalçanı "Daş - Salahlı" kimi tanıyır, bəzi xalçaçılar isə onu Qarabağ qrupuna aid edərək, Bərdə şəhərindən 14 km məsafədə yerləşmiş qəsəbənin adı ilə "Mehdixanlı" adlandırırlar. == Bədii analiz == «Salahlı» xalçaları əsasən iki variantda hazırlanır. Birinci variant Birinci variant "namazlıq" (100x150sm) xalçaları ilə təmsil olunur. Ara sahənin kompozisiyası iri dördbucaqlı fiqurla formalaşır. Bu fiqur kvadrat çıxıntı şəklində yerinə yetirilmiş məhrabla bitir. Fiqurun daxili sahəsi fondan fərqli olaraq qırmızı rənglə toxunaraq həndəsi dördbucaqlılarla və səkkizbucaqlılarla doldurulmuşdur. Bu variantda olan xalçanın köbə zolaqları daha çox Qazax xalçalarında olsa da, məhz "Salahlı" xalçaları üçün xarakterikdir.
Salahlı (Zərdab)
Salahlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) – Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd.Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir. == Din == Kənddə Salahlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Səyyad Salahlı
Səyyad Aran və ya Səyyad Salahlı (tam adı: Səyyad Adil oğlu Salahlı; 15 yanvar 1952, İmişli) — Azərbaycan ictimai-siyasi xadimi, filologiya elmləri namizədi (2005), Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi, 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini (16 noyabr 2012-ci ildən). Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Bioqrafiya == Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Ailələrində 10 uşaq olublar; o, ailənin ilk övladı idi. === Təhsili === 1958–1968-ci ilərdə İmişli şəhəri 1 saylı orta məktəbdə oxumuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni bitirmişdir. İkinci ali təhsilini Bakı Dövlət Universitetində almış və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirmişdir. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə)" mövzusunda "Azərbaycan ədəbiyyatı" ixtisasından (ixtisas şifri: 10.01.01) dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olmuşdur. === Əmək fəaliyyəti === 1972–1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1973–1974-cü illərdə Naxçıvanda, Qıvraq kəndində yerləşən Sovet Ordusunun 69626 nömrəli hərbi hissəsində hərbi qulluqda olmuşdur.
Yuxarı Salahlı
Yuxarı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Qazax mahalının qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa)–Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux)–Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab)–Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax)–Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli–Azərbaycanın Ağdam rayonunda kənd.Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı XIX əsrin sonlarından ara-sıra rast gəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir. == Toponimikası == Yuxarı Salahlı oyk., miir. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd.
Şıx Salahlı
Şıx Salahlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Əhməd Salahlı
Əhməd Musa oğlu Məmmədov (Salahlı) (1897, Tiflis – aprel 1953, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Əhməd Məmmədov 1897-ci ildə Tiflisdə Şeytan-bazar məhəlləsində dəmirçi ailəsində anadan olub. O, üçsinifli məktəbdə oxumuş, təhsil aldığı müddətdə, 1911-ci ildən başlayaraq teatr sənətinə maraq göstərib. İlk vaxtlarda epizodik və sözsüz rollarda səhnəyə çıxan aktyor 1916-cı ildən başlayaraq sözlü və irihəcimli obrazlarda çıxışlar edib. 1922-ci ildə isə Tiflis Dövlət Türk Dram Teatrının truppasına qəbul edilib. 1930-cu ilədək burada çalışan aktyor Bakıya gələrək burada Bakı Türk İşçi Teatrının truppasına daxil olub.Əhməd Salahlı 1932-ci ilin dekabr ayının 28-də Bakı Türk İşçi Teatrının kollektivi Gəncəyə gələrkən truppa ilə birlikdə buraya gəlib və səkkiz ildən artıq bu teatrın səhnəsində aktyor kimi çalışıb. O, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Tiflis şəhərinə qayıdaraq yenidən Tiflis Dövlət Azərbaycan Teatrına gəlib. 1947-ci ildə bu teatr fəaliyyətini dayandırdığından o, yenidən Bakıya gələrək Adil İsgəndərovun dəvəti ilə Azərbaycan Dram Teatrının truppasına qəbul olunub.Əhməd Salahlı həmçinin quruluşçu rejissor kimi də fəaliyyət göstərib. O, 1953-cü ilin aprelində Bakıda vəfat edib. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Əmək igidliyinə görə" medalı — 22 iyul 1949 == İfa etdiyi əsas rollar == Tiflis teatrındaGəncə teatrındaAzərbaycan Dram teatrında == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli.
Əli Salahlı
Əli Məmməd oğlu Salahlı (Salayev) (26 iyun 1946, Masallı rayonu – 24 aprel 2005, Lənkəran) — Azərbaycanın teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Əli Salahlı 26 iyun 1946-cı ildə Masallı rayonunun Yeddioymaq kəndində doğulmuşdur. O, 1977–1982-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil alıb. 1973–2005-ci illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppasında aktyor işləyib.Əli Salahlı 24 aprel 2005-ci ildə Lənkəranda vəfat etmişdir.
Əliyanlı
Əliyanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əliyanlı Bərdə rayonunun Kələntərli i.ə.v.-də kənd. Yaşayış məntəqəsi Qubadlı rayonunda yaşayan kürd mənşəli qaraçorlu tayfasının əliyanlı qolunun məskunlaşması nəticəsində yaranmışdır. Əliyanlı etnonimi hələ XII əsrdən məlumdur. Orta əsrlərdə Arazbar mahalında da bu adda kənd mövcud olmuşdur. == Əhalisi == Kəndin ilkin əhalisi kürd mənşəli qaraçorlu tayfasına mənsub idi.
Emil Əliyarlı
Əliyarlı Emil Xudayar oğlu — azərbaycanlı rejissor, operator. == Həyatı == Emil Əliyarlı 30 avqust 1983-cü ildə Rusiyanın Pyatiqorsk şəhərində anadan olub. Sabir Rəzzaqov adına Cəlilabad şəhər 7 nömrəli orta məktəbi bitirib. 2000-ci ildə "Pyatiqorsk Dovlət Humanitar-Texnoloji Universitetinin" "İdarəetmə və turizm" fakültəsinin qiyabi şöbəsinə daxil olub. 2004-cü ildə Pyatiqorsk Dovlət Humanitar-Texnoloji Universitetinin idarəetmə və turizm fakültəsini bitirib. 2003-ci ilin dekabr ayından "Azad Azərbaycan"(ATV) teleradio yayım şirkətində operator assistenti vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 2004-ci ilin fevral ayından "Azad Azərbaycan"(ATV) teleradio yaylm şirkətində tele-operator vəzifəsinə keçirilib. 2004-ci ildən "ATV" telekanalın Milli Məclisdə akkreditə olunmuş operatoru. 2006-cı ilidən isə "ATV" telekanalının Prezident Administrasiyasında akkreditə olunmuş operatoru kimi fəaliyyətə başlayıb. 2008-ci ilin fevral ayında "ATV" telekanılın baş operatoru vəzifəsinə təyin olunmuşdur.
Süleyman Əliyarlı
Süleyman Sərdar oğlu Əliyarlı (18 dekabr 1930, Şahsevən eli – 16 yanvar 2014, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor == Həyatı == 18 dekabr 1930-cu ildə Karyagin (indi Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya gəlmişdir. === Təhsili === 1954-cü ilində Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirmişdir. Moskva Dövlət Universitetinin tam beşillik kursunu 1954-cü ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan MEA Tarix İnstitutunda 5 il çalışmışdır. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilmiş və ömrünün sonunadək həmin kafedrada çalışmışdır. 1962-ci ildə "Bakı proletariatının vəziyyəti" adlı namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi adını almışdır 1975-ci ildə "Azərbaycan neft sənayesində inhisarlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1989–2000-ci illər Azərbaycan Milli Məclisinin Yer adları (Toponimiya) komissiyasına başçılıq edib. 1992–2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. 1990-cı ildə Azərbaycan Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2000-ci ildə Türk Tarix Kurumunun fəxri üzvü seçilib. === Elmi fəaliyyəti === 1978 mayından 2001-ci ilin iyun ayına kimi, yəni 23 il Azərbaycan tarixi kafedrasına başçılıq etmişdir.
İltifat Əliyarlı
İltifat Musa oğlu Əliyarlı (1949, Birinci Şahsevən, Jdanov rayonu) — Tarixçi-alim, publisist, tarix üzrə fəlsəfə doktoru.[mənbə göstərin] == Həyatı == İltifat Əliyarlı 1949-cu ildə Jdanov (indiki Beyləqan) rayonunun Birinci Şahsevən kəndində anadan olub. 1974-cü ildə ADU (indiki BDU)-nun tarix fakuitəsinin əyani şöbəsini bitirib. 1974–1981-ci illərdə Beyləqan rayonunda müəllim, 1982–1995-ci illərdə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildə Azərbaycan polisiinin tarixi üzrə respublikada ilk dəfə olaraq dissertasiya işi müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi-tədqiqatla yanaşı ali məktəblərdə pedaqoji fəaliyyətlə də məşğul olub. İ. Əliyarlı 1996–2008-ci illərdə AR DİN-in "Mübariz keşikdə" qəzetində çalışıb. O, hazırda qüvvədə olan 2 iyul Polis Gününün təsis edilməsində yaxından iştirak edib. Tarix üzrə fəlsəfə doktoru İ. Əliyarlı polis və Azərbaycan tarixinə dair 6 kitabın və bir neçə elmi məqalələrin müəllifidir. Radio və televiziyada çıxışları olub, dövrü mətbuatda müxtəlif aktual mövzularda 1000-ə yaxın məqaləsi dərc edilib. İ. Əliyarlı 2008-ci ilin sentyabrından AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) sistemində işləyib.
Əliyanlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əliyan (Üşnəviyyə)
Əliyan (fars. عليان‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 221 nəfər yaşayır (40 ailə).
Allahlı
Allahlı (Ərdəbil)
Milanlı
Milanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Toponimikası == Milanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin adı çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra (1828) Türkiyədən köçüb gəlmiş kürddilli milanlı tirəsinin adındandır. == Əhalisi == Əhalisi kürddilli milanlı tayfasına mənsubdur.
Silahlar
Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir. == Silahın tarixi == İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. == Silah növləri == Silahlar iki yerə bölünürlər: soyuq və odlu. === Soyuq silahlar === Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
Siyablı
Siyablı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 334 nəfərdir. == Toponimiyası == Oykonimin düzgün variantının Siyabili olduğu söylənilir. Tədqiqatçılar bu coğrafi adı talış dilinin materialları əsasında “qara ördək“, “qara sulu“, “qara sucaq yer“ mənalarında izah edir, hətta siyablı nəsil adı ilə də bağlayırlar. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Siçanlı
Yaşayış məntəqələri ErmənistanSiçanlı (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Siçanlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd olmuşdur. Təzəkəndin yanında yerləşmişdir.TürkiyəSıçanlı (İğdır) — İğdır ilinin Merkez ilçesine bağlı bir kənd.ToponimSiçanlı (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Siçanlıdağ — Kəlbəcər rayonunda dağ. Siçanlı — Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində yer adı. Siçanlı yalı — Tovuz rayonunun Qaralar kəndində yer adı.
Zilanlı
Zilanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Oykonim kürddilli zilanlı tayfasının adı ilə bağlıdır. == Tarixi == Rusiya-İran müharibəsi (1826–1828) sonra kürddilli zilanlı tayfasının nümayəndələri İrandan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Tayfa bir neçə tirəyə bölünmüşdür. XIX əsr mənbələrində göstərilmişdir ki, zilanlılar Hüseyn xan Zilanlının başçılığı ilə Azərbaycana gələrək bir sıra yaşayış məntəqələri salmışlar.28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Zilanlı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Zilanlı Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Zilanlı kəndi dağətəyi düzənlikdədir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Enlialın butulkaburun
Enlialın butulkaburun, və ya şimal enlialın butulkaburunu (lat. Hyperoodon ampullatus) — Balinakimilər dəstəsinə, butulkaburun cinsinə aid iri məməli növü. Cinsə daxil olan iki növdən biridir. Bu növ XIX-XX əsrlərdə kütləvi ovlanmaya məruz qalmışdır. Bu məməlilər digər balinakimilər arasında ən dərinə dalan dalğıclardandırlar. Onlar okeanın 1453 m (4767 ft) dərinliklərinə enə bilirlər. == Xüsusiyyətləri == İri dəniz məməlisi 10—11 metr uzunluğa, 7,5 ton çəkiyə malik olurlar. Dərinə üzmələrinə baxmayaraq istirahəti əsasən dayazlıqlarda edirlər. Onlara insanlar və onların gəmiləri maraqlı gəldiyindən daha tez ovlanmalarına səbəb olur. Bu xüsusiyyətlər digər balinakimilərin bir qisminə də aiddir.
Əlizamin Mustafalı
Əlizamin Mustafalı (tam adı: Əlizamin Valeh oğlu Mustafalı; 01 sentyabr 1997; Beyləqan, Azərbaycan — 21 oktyabr 2020; Hadrut, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlizamin Mustafalı Valeh oğlu 1997-ci il 1 sentyabr tarixində Beyləqan rayonunda anadan olub. 2003-2012-ci illərdə orta təhsilini, Sumqayıt şəhər İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbində alıb. 2012-ci ildə 3 nömrəli peşə liseyinə daxil olmuş və 2015-ci ildə bitirmişdir. === Ailəsi === Ailəli idi, iki övladı var. == Hərbi xidməti == Əlizamin Mustafalı 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbidə ixtisası DŞK pulemyot atıcısı olub. 2017-ci ildə hərbi xidməti uğurla başa vurub. 2020-ci il iyul döyüşləri zamanı General Polad Həşimov şəhid olandan sonra cəbhədə döyüşmək üçün könüllü yazılıb. Azərbaycan Ordusunun əsgəri olan Əlizamin Mustafalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsidə Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə olub.
Əlizamin Mustafayev
Əlizamin Mustafayev (Mustafayev Əlzamin Baxış oğlu) — Tərtər rayonunda İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Mustafayev Əlzamin Baxış oğlu 21 iyun 1999-cu ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. 2005-ci ildə Tərtər rayonunda yerləşən Kəlbəcər 64 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə orta məktəbi bitirib == Hərbi xidməti == Əlzamin Mustafayev 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 2019-cu ildə Hacıqabul rayon N saylı hərbi hissədə hərbi xidmətini başa vurub. Əlzamin Mustafayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Daha sonra o, xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirib. == İkinci Qarabağ müharibəsində iştirakı == 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Əlzamin Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 02 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 03 oktyabr 2020-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dəfn edilib.
Əlizamin Ramazanlı
Əlizamin Ümid oğlu Ramazanlı (9 may 2000; Bərdə rayonu, Azərbaycan — 16 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlizamin Ramazanlı 2000-ci il mayın 9-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Əlizamin Ramazanlı 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "gizir" hərbi rütbəsində Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əlizamin Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlizamin Ramazanlı oktyabrın 16-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əlizamin Sadıqov
Əlizamin Sadıqov (tam adı: Sadıqov Əlizamin;) — Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin müdiri, professor == Həyatı və təhsili == 1983-cü ildə Azərbaycan Tibb Universtetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1991–1994-cü illərdə Sankt-Peterburq Tibb Elmləri Akademiyasında Pulmonologiya üzrə aspirantura keçib. 2000–2003-cü illərdə Ak. İ. P. Pavlov ad. Sankt-Peterburq Dövlət Tibb Universitetində Pulmonologiya üzrə doktorantura keçib. 2010-cu il Barselona Universteti, Döş qəfəsi İnstitutu, Barselona, İspaniya 2011-ci il Sart-Telman Universiteti Pulmonoloji təbabət 2011-ci il Praqa Universiteti Yuxu təbabəti (Sleep Medicine) 2012-ci il Arizona Universiteti, Pulmonar təbabət, Arizona, ABŞ Robert Weol Sohn Universiteti, Pulmonar təbabət, Nyu Cersi, ABŞ Vayskof Universiteti, İnvaziv Pulmonologiya == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1983–1986-cı illər Naxçıvan Muxtar Respublikasında həkim-terapevt kimi çalışıb. 1987–1991-ci illərdə Salyan rayon Mərkəzi xəstəxanasında, Reanimatologiya və İntensiv terapiya şöbəsində çalışıb. 1995–2000-ci illərdə Salyan rayon Ağciyər xəstəlikləri dispanserində çalışmışdır. === Elmi fəaliyyəti === 200-dən çox elmi məqalənin müəllifidir. 60 jurnal məqaləsinin müəllifidir.
Əlizamin İsgəndərov
Əlizamin Həmid oğlu İsgəndərov (6 dekabr 1977; Beyləqan rayonu, Azərbaycan SSR — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlizamin İsgəndərov 1977-ci il dekabrın 6-da Beyləqan rayonunun Milabad qəsəbəində anadan olub. 1984-1996-cı illərdə Milabad qəsəbəsi tam orta məktəbində təhsil alıb. Güləş idman növü ilə məşğul olub. Ailəli idi. Dörd övladı yadigar qaldı. == Hərbi xidməti == Əlizamin İsgəndərov 1996-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti zamanı müdafiə naziri Səfər Əbiyevin mühafizə xidmətinin üzvü olub. 2006-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi və Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində rabitəçi olaraq xidmət edirdi. 2016-cı ildən müqavilə əsasında Kəşfiyyat Manqasının Komandiri idi.
Eleyalı Zenon
Elealı Zenon (yun. Ζήνων, m. ö. 490 – 430) — qədim yunan filosofu, Eleya məktəbinin təmsilçisi, Parmenidesin şagirdi olmuşdur. == Aporiaları == == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 39-40. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF).
Nikolay Olyalin
Nikolay Olyalin - Məşhur sovet aktyoru, Ukrayna xalq artisti == Həyatı == Nikolay Olyalin Voloqodsk vilayətinin Opixalino kəndində doğulub. 1959-cu ildə Leninqrad teatr, musiqi və kinematoqrafiya institutuna daxil olub. İnstitutu bitirəndən sonra Krasnodar gənc tamaşaçılar teatrına göndərilib. Aktyor kinoda Nikolay Litus və Leonid Rizinin "Yay günləri" filmindəki sınaqçı-təyyarəçi rolunda debüt edib. Bundan dərhal sonra Yuri Ozerovun "Qurtuluş" kinoepopeyasına dəvət alıb. Kapitan Svetayev rolu ona bütün SSRİ-də şöhrət gətirib. Bundan sonra o, "Geriyə yol yoxdur" filmində mayor Toporkov rolunu canlandırıb. Bu, aktyorun yaradıcılığında ikinci böyük uğur olub. Olyalin "Qaçış", "Saniyəölçən", "Uğur centlemenləri", "İtmiş ekspedisiya" və s. filmlərdə də çəkilib.
Elidalı Hippi
Hippias (yun. Ἱππίας m. ö.460 — 400) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndəsi, Sokratın çağdaşı. Riyazi əyrinin (quadratrix) yaradıcısı.Yunanıstanın bütün şəhərlərində, xüsusən Afinada dərs deyən Hippias fenomenal yaddaşa sahib idi və dövrünün bütün elmlərini dərindən bilirdi. Bu səbəbdən Poliqistor ləqəbini qazanmışdı. O dövrdə məlum olan bütün ədəbiyyat növlərində qələmini sınamış, ilk dialoq yazmağa da cəhd etmişdir. Platonun iki dialoqu ("Hippias Major" (Dahi Hippias) və "Hippias Minor" (Kiçik Hippias)) onun adını daşıyır. Həmçinin Platonun "Protaqor" dialoqunda aparıcı obrazlardan biridir. Universal biliyə malik Hippias poeziya, qrammatika, tarix, siyasət, arxeologiya, riyaziyyat və astronomiya üzrə mühazirələr demişdir. Onun ədəbi irsinə nəsrdə yazılmış texniki traktatlarından əlavə elegiya və faciələr də daxildir.
Enlialın Butulkaburun balina
Enlialın butulkaburun, və ya şimal enlialın butulkaburunu (lat. Hyperoodon ampullatus) — Balinakimilər dəstəsinə, butulkaburun cinsinə aid iri məməli növü. Cinsə daxil olan iki növdən biridir. Bu növ XIX-XX əsrlərdə kütləvi ovlanmaya məruz qalmışdır. Bu məməlilər digər balinakimilər arasında ən dərinə dalan dalğıclardandırlar. Onlar okeanın 1453 m (4767 ft) dərinliklərinə enə bilirlər. == Xüsusiyyətləri == İri dəniz məməlisi 10—11 metr uzunluğa, 7,5 ton çəkiyə malik olurlar. Dərinə üzmələrinə baxmayaraq istirahəti əsasən dayazlıqlarda edirlər. Onlara insanlar və onların gəmiləri maraqlı gəldiyindən daha tez ovlanmalarına səbəb olur. Bu xüsusiyyətlər digər balinakimilərin bir qisminə də aiddir.
Heydər Əliyevin heykəli
Heydər Əliyevin heykəli — Bakıda Heydər Əliyev Sarayının qarşısında, 2005-ci il may ayının 10-da ucaldılan möhtəşəm abidə. Heykəl müasir dövrün ən gözəl monumental heykəltaraşlıq nümunlərindən sayılır. Memarlıq kompleksinin, o cümlədən Heydər Əliyevin abidəsinin açılışı 2005-ci il mayın 10-da Heydər Əliyevin anadan olmasının 82-ci ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Sarayının qarşısındakı parkda olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, nazirlik və idarələrin rəhbərləri, Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin, eləcə də Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər. == Haqqında == Heydər Əliyev heykəlinin müəllifləri Mixail Noqin və Salavat Şerbakov əsər üzərində gərgin yaradıcılıq axtarışları aparmışlar. Heykəlin hündürlüyü 5,2 metr, ağırlığı 2,4 tondur. Heykəl tuncdan tökülmüşdür. === Yaranma tarixi === Kompleksin üzərində Moskvanın baş rəssamı, memar İqor Voskresenskinin rəhbərliyi altında bir qrup rus memar və heykəltaraş çalışıb. RİA Novosti-yə müsahibəsində Voskresenski abidənin yaradılması ilə bağlı bunları deyib: Şerbakovun sözlərinə görə, "onun hazırlanması üçün ən ənənəvi, köhnəlməyən materiallardan — bürünc və qranitdən istifadə edilib və biz abidənin özünü Moskvada heykəlləndirmişik". Şerbakovun qeyd etdiyi kimi, "bu, azərbaycanlı inşaatçıların və moskvalı rəssamların, memarların və heykəltaraşların birgə yaradıcılıq işi idi".
Heydər Əliyevin heykəlləri
Heydər Əliyevin heykəlləri — Azərbaycanın eks-prezidenti Heydər Əliyevi təsvir edən heykəltaraşlıq nümunələri. == Azərbaycanda == Heydər Əliyevin heykəli (Bakı) — Bakıda Heydər Əliyev Sarayının qarşısında, 2005-ci il may ayının 10-da ucaldılan möhtəşəm abidə. Heykəl müasir dövrün ən gözəl monumental heykəltaraşlıq nümunlərindən sayılır. Memarlıq kompleksinin, o cümlədən Heydər Əliyevin abidəsinin açılışı 2005-ci il mayın 10-da Heydər Əliyevin anadan olmasının 82-ci ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Sarayının qarşısındakı parkda olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, nazirlik və idarələrin rəhbərləri, Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin, eləcə də Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.Heydər Əliyev büstü (Naxçıvan) — Naxçıvan şəhərində Heydər Əliyevə həsr olunmuş büst. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1983-cü il 7 may tarixli Fərmanı ilə iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüyünə görə anadan olduğu Naxçıvan şəhərində Heydər Əlirza oğlu Əliyevin büstünün qoyulması qərara alınmışdır. 1983-cü ilin oktyabrında Naxçıvan şəhərində Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin büstünün açılışı olmuşdur. Büst Naxçıvan şəhərinin qədim məhəllələrindən birinin yerindəki mədəniyyət və istirahət parkında uca ərazidə yerləşir. Büstün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, xalq rəssamı Ömər Eldarovdur.Heydər Əliyev büstü (Sabirabad) — Sabirabadda yerləşən ulu öndərə həsr olunmuş büst. Heydər Əliyevin büstü Heydər Əliyev Mərkəzinin içərisində yerləşir.
Əziz Əliyevin kitabları
Əziz Əliyevin kitabları — O, kitabları sevirdi, xiridarı idi. Hər yerdə həmdəmi kitablar idi, özü də onu maraqlandıran bütün problemlərin cavabını və həllini onlardan tapırdı. == Əsərləri == === Kitabları === ==== 1933-cü il ==== Klinik analizlər: Həkimlər va talabalar üçün Əziz Əliyev; red. M.Ə.Əfəndiyev.- Bakı: Azərnəşr, 1933.- 107, s. Kitabın içindəkilər: Müqəddimə. Qan: Ümumi məlumat; Qan almaq texnikası; Hemoqlabin miqdarının tayini; Rəng göstə ricisinin təyini; Qanın formalı elementlərinin sayılması; Təzə qan preparatının hazırlanması və müayinəsi; Quru, boyanmış qan preparatlarının hazırlanması və müayinəsi; Qalın damcının hazır lanma və boyanması; Qan lövhəçiklərinin trombositlərin sayılması; Retiqulositlərin sayılması; Eritrositlərin normal və patoloji morfolojisi; Ağ qan kürəciklərinin normal və patoloji morfolojisi; Plazmotik hüceyrələr — Türkin qıcıqlanma hüceyrələri; Leykosi tar formula; Malariya plazmodiyalarının qanda aranılması.- Bəl gam: Ümumi məlumat; Bəlğəmin maqrosqopik müayinəsi; Si diyin kimyəvi müayinəsi; Sidiyin mikroskopik müayinəsi.- Nəcis: Ümumi məlumat; Nəcisin maqrosqopik tədqiqi; Nəcisin mikros kopik müayinəsi. ==== 1934-cü il ==== Klinik analizlər: Həkimlər və tələbələr üçün Əziz Əliyev; red. M.Ə.Əfəndiyev.- Bakı: Azərnəşr, 1934.- 107 s. Kitabın içindəkilər: Müqəddimə. Qan: Ümumi məlumat; Qan almaq texnikası; Hemoqlabin miqdarının toyini; Rong göstə ricisinin toyini; Qanın formalı elementlərinin sayılması; Təzə qan preparatının hazırlanması və müayinəsi; Quru, boyanmış qan pre paratlarının hazırlanması və müayinəsi; Qalın damcının hazırlan ma və boyanması; Qan lövhaçiklərinin trombositlərin sayılması; Retiqulositlərin sayılması; Eritrositlərin normal va patoloji mor folojisi: Ağ qan kürəciklərinin normal va patoloji morfolojisi, Plazmotik hüceyrələr — Türkin qıcıqlanma hüceyralari; Leyko sitar formula; Malariya plazmodiyalarının qanda aranılması.
Salehli
Salehli, Böyükşəhər olan Manisa ilinin ən sıxlıq ilçelerinden bir dənəsidir. Odun Köftesi, albalı və Üzümü ilə məşhurdur. Tarixdə ilk pulun basıldığı Sardes bu ilçede var. İlçe bölgənin tarix, təbiət və termal turizmi baxımından ən əhəmiyyətli mərkəzlərindəndir. == Coğrafiya == Salehli, İzmir - Ankara (E-96) quru yolu və İzmir-Uşak-Afyon dəmiryolu üzərindədir. Ayrıca İstanbul - Antalya Quru yolu ilə İzmir - Ankara Karayolları Salihli'nin şərq çıxışındakı Körpülü qovşaqda kəsişir. Istehsalı davam edən Ankara - İzmir sürətli qatar xəttinin mahalda keçməsi və burada da bir stansiyanın edilməsi planlaşdırılır. Layihə mərhələsində olan Ankara - İzmir otoyolunun da mahalda keçməsi planlaşdırılır. Manisa il mərkəzinə 72 km və İzmir il mərkəzinə təxminən 96 km uzaqlıqda olan mahal, qərbdən Ahmetli, şimal-qərbdən Gölmarmara, şimaldan Gördes və Köprübaşı, kuzeydoğudan Demirci , şərqdən Kula, cənub-şərqdən Alaşehir və cənubdan Ödəmiş tərəfindən çevrilmişdir. Salehli mahalı, cənubunda Bozdağlar Silsiləsi, (2.157 m) şimalında Gediz Ovası ilə örtülü olub, düzənliyin şimalında dibə dağları (1.120 m), şimal-şərqində Üşümüş Dağları (2095 m) vardır.