Əlizamin İsgəndərov (6 dekabr 1977, Milabad, Jdanov rayonu – 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Əlizamin İsgəndərov | |
---|---|
Əlizamin Həmid oğlu İsgəndərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 dekabr 1977 |
Doğum yeri | |
Vəfat tarixi | 5 noyabr 2020 (42 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1996–1999 / 2006–2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Əlizamin İsgəndərov 1977-ci il dekabrın 6-da Beyləqan rayonunun Milabad qəsəbəində anadan olub.[1] 1984–1996-cı illərdə Milabad qəsəbəsi tam orta məktəbində təhsil alıb. Güləş idman növü ilə məşğul olub. Ailəli idi. Dörd övladı yadigar qaldı.
Əlizamin İsgəndərov 1996–1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti zamanı müdafiə naziri Səfər Əbiyevin mühafizə xidmətinin üzvü olub. 2006-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi və Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində rabitəçi olaraq xidmət edirdi. 2016-cı ildən müqavilə əsasında Kəşfiyyat Manqasının Komandiri idi.
Azərbaycan Ordusunun çavuşu olan Əlizamin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlizamin İsgəndərov noyabrın 5-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]